Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1644/2021 26.04.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X3 Tağızadənin sədrliyi və məruzəsi, X1 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Zümrüd Ruslan qızı Abbaslının katibliyi ilə, İddiaçı «xxxx» Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borc tələbinə dair mülki iş üzrə Zəngilan Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Zəngilan Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli qərardadı ilə (hakim G.K.İmanova) Cavabdeh məhkəmə aidiyyətinin dəyişdirilməsi barədə vəsatətin təmin edilməməsi qərara alınmışdır. İŞİN H A L L A R İ: İddiaçı “xxxx» Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsi ilə Zəngilan Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 3210,96 manat sığorta ödənişi və 30 manat ödənilmiş dövlət rüsmunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh vəsatət ilə məhkəməyə müraciət edərək, iddiaçı “xxxx» Açıq Səhmdar Cəmiyyətinin ona qarşı “borc” tələbinə dair iddia ərizəsinin adiyyat qyadalarına uyğun olaraq Binəqədi Rayon Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdeh şikayəti onunla əsaslandırmışdır ki, o, Zəngilan Rayonundan məcburi köçkün olduğu üçün 27 ildən artıqdır ki, ünvan 1 ünvanında daimi yaşadıgını araşdırmamış, sadəcə onun ünvan 2vanında qeydiyyatda olduğunu əsas gətirərək vəsatətdə qeyd etdiyi arqumentinə qarşı hüquqi mövqe ortaya qoymamışdır. Mülki iş Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində baxılmalıdır. Zəngilan Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli 2(034)-71/2021 saylı ləğv edilməsini və iddia ərizəsinin aidiyyat qaydalarına uyğun olaraq Binəqədi Rayon Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. İş üzrə iddiaçının nümayəndəsi və Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası məruzəçi hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara görə iş üzrə məhkəmə qərardadı dəyişdirilməməlidir, şikayəti isə təmin edilməməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxs, mübahisənin bu və ya başqa məhkəməyə aidiyyətinin dəyişdirilməsi barədə ərizə verə bilər. 32.2. İşdə iştirak edən şəxs məhkəmə aidiyyəti ilə razılaşmamasını əsaslandırmalı və bu barədə işə mahiyyəti üzrə baxılmağa başlanana qədər bildirməlidir. 32.3. Hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. 32.4. Aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. İşdən görünür ki, Cavabdeh ünvan 3 ünvanında qeydiyyatdadır. İş materialları ilə cavabdehin Zəngilan rayonunda qeydiyyatda olduğu müəyyən olunduğuna görə, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hazırda mülki işə Zəngilan Rayon Məhkəməsində baxılması barədə gəldiyi nəticəni düzgün hesab edir. Məhkəmə kollegiyası cavabdehin faktiki Bakı şəhəri, Binəqədi rayonunda yaşamasını nəzərə alıb, bu işə Binəqədi Rayon Məhkəməsində baxılması barədə dəlili əsassız hesab edir. Məhkəmə kollegiyası göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 35.1, 44, 263-ci maddələrini rəhbər tutaraq QƏRARA A L D İ: Cavabdeh şikayəti təmin edilməsin. Zəngilan Rayon Məhkəməsinin bu iş üzrə xx xxxxxx 2021-ci il tarixli 2(034)-71/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Qərardad dərhal qanuni qüvvəsini alır. Sədrlik edən Gülnarə Tağızadə Hakimlər Lətifə Məmmədova Telman Quliyev
Məhkəmə qərarları › İş №2(105)-1644/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1644/2021
26.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver