Məhkəmə qərarları › İş №2(105)-165/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-165/2025

02.04.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-165/2025 02.04.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh3 qarşı avtoyuma fəaliyyətinin qadağan olunması tələbinə dair mülki iş üzrə (Açar sözlər: avtoyuma fəaliyyətinin qadağan olunması) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X18 (sədrlik edən və məruzəçi), X3 və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, Cavabdeh3 və onun nümayəndəsi və vəkili Vəkil (sonuncu məhkəmə iclasına gəlməmişdir) iştirakı ilə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(004)-93/2024 nömrəli qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları

1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestindən RX seriyalı, ******* nömrəli çıxarışa əsasən ünvan 4, mənzil 30, Yeni qaydalarla: AZ1100, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 61.8 kv/m olan mənzil xx.xx.2017-cı il tarixində, ********** qeydiyyat nömrəsi ilə xüsusi mülkiyyət hüququ əsasında tam paylı olaraq İddiaçı adına qeydiyyata alınmışdır.

2. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı Şəhər Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli texniki pasportun surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, M.Seyidov küçəsi, 41 saylı evin yaxınlığında yerləşən qeyri-yaşayış binası (qaraj) Cavabdeh3 məxsusdur.

3. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 03 dekabr 2010-cu il tarixli, 2(004)- 6023/10 saylı qətnaməsindən görünür ki, ərizə təmin edilərək, Bakı şəhəri Yasamal rayonu M.Seyidov küçəsi 41 saylı evin (keçmiş M.D.Hüseynzadə 64 A) yaxınlığında tikilmiş sahəsi 20.0 kv.m olan qarajın tikilməsinə dair Bakı şəhər ZDS İK-nin xx.xx.1968-ci il tarixli 18/19- 188 saylı razılıq məktubunun və 07 iyun 1969-cu il tarixli müqavilənin eyni şəxsə - X8 məxsus olması faktının müəyyən olunması qət edilmişdir.

4. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X20 Monitorinq İdarəsinin 18 aprel 2023-cü il tarixli, 3-14/2-c-815-3/2023 saylı məktubundan görünür ki, keçirilmiş monitorinqlər zamanı ətraf mühitə yayılan səs-küy səviyyəsini müəyyən etmək məqsədilə PCE-322A səyyar cihazı vasitəsilə ölçmə işləri aparılmış, təyin edilmiş göstərici ətraf mühit üçün yol verilən hədd daxilindən artıq olduğu müəyyən edilmişdir.

5. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Aparatının 9 avqust 2023-cü il tarixli, 2-5/2-21057/2023 saylı məktubundan görünür ki, xx.xx.2023-cü il tarixdə 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları ilə birlikdə monitorinq keçirilmişdir. Monitorinq müddətində aparılan ölçmə işləri zamanı avtoyuma məntəqəsinin fəaliyyəti nəticəsində ətraf mühitə yayılan səs-küy səviyyəsi 75-76 dBA (norma 70 dBA) təşkil edərək, ətraf mühit üçün yol verilən normadan artıq olduğuna görə müvafiq tədbirlər görülmüşdür. 11 saylı RETSİ-nin əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixli 79251 nömrəli akt, xx.xx.2023-cü il tarixli, ******* nömrəli protokol tərtib edilmiş və avtoyuma məntəqəsinin icarədarı X9 inzibati məsuliyyətə cəlb olunmuşdur.

6. Azərbaycan Respublikası Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti Başçısının Müavinin 14 avqust 2023-cü il tarixli, 5-21/2-c-28/3-075/3-711/23 saylı məktubundan görünür ki, tərəflərindən Bakı şəhəri, Yasamal rayonu 77 saylı uşaq bağçasının qarşısında M.Seyidov küçəsi 41 nömrəli binanın sağ tərəfində, M.A.Şərifzadə küçəsi 92 nömrəli binanın yanında inşa olunmuş 1 mərtəbəli 2 bokslu tikiliyə baxış keçirilmiş və qeyd olunan obyektin avtoyuma məntəqəsi kimi istifadəsi müəyyən edilmişdir. Nəzərə çatdırırlar ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli, 51 nömrəli qərarı ilə təsdiq edilmiş "Ərazilərin zonallaşdırıması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl Qaydalar"ın 4.1-ci bəndində yaşayış zonasında hansı obyektlərin yerləşə biləcəyi sadalanıb. Həmin obyektlərin sırasında avtoyuma məntəqəsi nəzərdə tutulmayıb. 4.1-ci bəndin axırıncı abzasında qeyd olunmuşdur ki, yaşayış zonalarında mehmanxanaların, yeraltı və yerüstü qarajların, açıq avtomobil dayanacaqlarının, həmçinin ətraf mühitə mənfi təsir etməyən və sanitar-mühafizə zolağı qoyulması tələb olunmayan istehsalat obyektlərinin də yerləşdirilməsinə yol verilir. Avtoyuma məntəqəsi yaşayış zonasında o şərtlə yerləşə bilər ki, ətraf mühitə mənfi təsir etməsin və sanitar-mühafizə zolağı qoyulması tələb olunmasın. Eyni zamanda Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi X20 Monitorinq İdarəsinin 18 aprel 2012-cü il tarixli, 3-14/2-C-815- 3/2023 saylı məktubuna əsasən yuxarıda qeyd olunan avtoyuma məntəqəsinin səs-küy səviyyəsi ətraf mühit üçün yol verilən hədd daxilindən artıq olması müəyyən edilmişdir. Belə olan halda Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi X20 Monitorinq İdarəsinin 18 aprel 2012-cü il tarixli, 3-14/2-C-815-3/2023 saylı məktubuna, vətəndaş İddiaçı müraciətinə və qeyd olunanlara əsasən sizə məxsus M.A.Şərifzadə küçəsi 92 nömrəli binanın yanında inşa olunmuş 1 mərtəbəli 2 bokslu tikilidə fəaliyyət göstərən avtoyuma məntəqəsinin səs-küy səviyyəsi ətraf mühit üçün yol verilən hədd daxilindən artıq müəyyən olunduğu üçün avtoyuma məntəqəsinin təyinatının dəyişdirilməsi tələb olunur. Əlavə olaraq bildirilir ki, M.A.Şərifzadə küçəsi 92 nömrəli binanın yanında inşa olunmuş 1 mərtəbəli 2 bokslu tikilidə fəaliyyət göstərən avtoyuma məntəqəsinin təyinatını dəyişdirilmədiyi təqdirdə qeyd olunan avtoyuma məntəqəsinin fəaliyyətinin dayandırılması istiqamətində tədbirlər görüləcəyi barədə Cavabdeh3 xəbərdar olunur.

7. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 3-16- 16/2-10/9722-4/2023 saylı, 02 aprel 2024-cü il tarixli ekspert rəyinə görə ölçmə işləri nəticəsində müəyyən edilmişdir ki, Cavabdeh3 yaxınlığında yerləşən avtoyuma məntəqəsi kimi istifadə olunan 1 mərtəbəli 2 bokslu tikili İddiaçı yaşadığı Bakı şəhəri, Yasamal rayonu, M.Seyidov küçəsi, 41 binadan 31 metr məsafədə yerləşir. Avtoyuma məntəqəsi kimi istifadə olunan 1 mərtəbəli bokslu tikilidə hal-hazırda hansı yuyucu aparatlardan istifadə edilməsinin müəyyən edilməsi məhkəmə tikinti-texniki ekspertinin səlahiyyətlərinə aid deyildir. Rəyin tədqiqi hissəsində göstərilən səbəblərlə əlaqədar olaraq ekspert qarşısında qoyulmuş 3-cü sual üzrə tədqiqat aparılması və rəy verilməsi mümkün olmamışdır.

8. Bakı şəhəri 77 saylı körpələr evi-uşaq bağçası tərəfindən verilmiş məktubun məzmunundan görünür ki, bağçanın 20-25 metr məsafədə yerləşən Cavabdeh3 məxsus 1 mərtəbəli 2 bokslu avtoyuma məntəqəsi Bakı şəhəri 77 saylı körpələr evi-uşaq bağçasının fəaliyyətinə, bağçada tərbiyə alan körpələrin və uşaqların rahat qalmalarına, tərbiyə almalarına, normal inkişaf etmələrinə hər hansı bir narahatçılıq bu günə qədər yaratmamış, bugün də yaratmır.

9. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(105)-165/2025 nömrəli qərardadı ilə iş üzrə təkrar məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə həvalə edilmiş, xx.xx.2025-ci il tarixli Məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi barədə məlumatla ekspertizanın aparılmasından imtina edilərək qərardad icra edilmədən mülki iş materialı geri qaytarılmışdır.

10. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi X20 Monitorinq İdarəsinin Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3-14-25/C-069/2025 saylı məktubundan görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən Ekologiya və Təbii Sərvətlər Nazirliyinə daxil olan məktuba X20 Monitorinq İdarəsində baxılmışdır. Qeyd etmək istəyirlər ki, vətəndaş İddiaçı tərəfindən Ekologiya və Təbii Sərvətlər Nazirliyinə ünvanlanmış yaşadığı binanın qarşısında fəaliyyət göstərən avtoyuma məntəqəsində yüksək təzyiqli su nasosunun insan sağlamlığına mənfi təsir göstərərək səs-küy yaratması ilə bağlı müraciətə əsasən Nazirliyin X20 Monitorinq İdarəsinin və 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən 11 aprel 2023-cü il tarixində Bakı şəhəri, Yasamal rayonu, M.Seyidov küçəsi, 41 saylı evin yaxınlığında yerləşən avtoyuma məntəqəsinə birgə baxış keçirilmiş və monitorinq-ölçmə işləri aparılmışdır. Səs-küy səviyyəsinin ölçmə işləri sabit hava şəraitində saat 14:00-14:20 radələrində səyyar ölçmə cihazı PCE-322A vasitəsilə avtoyuma məntəqəsindən 5 (beş) metr məsafədə, həmçinin 77 saylı uşaq bağçası ilə avtoyuma məntəqəsi arasında aparılmışdır. Ölçmə nəticələri 75-76 dBa (desibel) (norma 60 dBa) təşkil etmişdir ki, bu da ətraf mühit üçün yol verilən həddən artıqdır (bu barədə tərtib olunmuş xx.xx.2023-cü il tarixli, 000483 nömrəli Akt əlavə olunur). Ölçmə işləri zamanı “Ətraf mühit və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənmələri normalarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 796 nömrəli, 08 iyul 2008-ci il tarixli Fərmanında öz əksini tapan Cədvəl 1-in 16-cı bəndi əsas götürülmüşdür. Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 8 iyul tarixli 796 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənmələri normaları”nın icrasının təmin edilməsi barədə 2009-cu il 13 fevral tarixli 52 nömrəli Fərmanının 1-ci bəndinə əsasən, nəqliyyat vasitələrinin və digər səs-küy mənbələrinin yaşayış və istirahət yerlərində, habelə insanların cəmləşdiyi digər yerlərdə ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və nüfuzedici səs-küyün yolverilən səviyyəsinə nəzarəti 2008-ci il 8 iyul tarixli 796 nömrəli Fərmanın Cədvəl 1-in 1-9-cu bəndlərinə münasibətdə (yaşayış mənzillərinin daxilində) - Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin həyata keçirdiyini nəzərə alaraq, müraciətin aidiyyəti üzrə bu quruma yönləndirilməsini məqsədəmüvafiq hesab edirlər.

Birinci instansiya məhkəməsində icraat

11. İddiaçı cavabdehlər Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti və Bakı şəhəri Cavabdeh2nə qarşı “avtoyuma fəaliyyətinin qadağan olunması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Yasamal rayonu 77 nömrəli uşaq bağçasının qarşısında, A.M.Şərifzadə küçəsi 298 nömrəli yaşayış binasının yanında inşa olunmuş 1 mərtəbəli 2 bokslu tikilinin yerləşdiyi, dövlət (bələdiyyə) mülkiyyətində olan torpaq sahəsində (ərazidə) hər hansı şəxs tərəfindən avtoyuma fəaliyyətinin həyata keçirilməsinin qadağan olunması barədə qətnamənin çıxarılmasını xahiş etmişdir.

12. Daha sonra iddiaçı iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh3 Yasamal rayonu 77 saylı uşaq bağçasının qarşısında, M.Seyidov küçəsi 41 (yeni qaydalarla 121) nömrəli binanın sağ tərəfində, M.A.Şərifzadə küçəsi 92A (yeni qaydalarla 298) nömrəli binanın yanında yerləşən, Abbasov X1 olan 1 mərtəbəli 2 bokslu tikilinin avtoyuma məntəqəsi kimi istifadəsinin qadağan olunması barədə qətnamənin çıxarılmasını xahiş etmişdir.

13. İddia tələbi onunla əsaslandırılmışdır ki, hazırkı mübahisə mülki mübahisədir, qonşu torpaq sahəsindən mənzilə gələn səs-küyün təsirinin qadağan edilməsi barədədir. Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev № 41, mənzil № 30 iddiaçının mülkiyyətindədir. Qonşu torpaq sahəsi dövlət (bələdiyyə) mülkiyyətində olduğu üçün cavabdehlər səs-küyün təsirinə görə mülkiyyətçi kimi məsuliyyət daşıyırlar. Mübahisəyə tətbiq ediləcək norma mülki hüquq normasıdır. Mülki Məcəllənin 170.2-ci maddəsindən görünür ki, öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir, xüsusən, səsküyün qanunsuz təsirləri qadağandır. Dövlət (bələdiyyə) mülkiyyətində olan torpaq sahəsi Yasamal rayonu 77 №-li uşaq bağçasının qarşısında, A.M.Şərifzadə küçəsi 298 №-li yaşayış binasının yanında yerləşir, sahəsi təxminən 40 kv.metrdir (xəritə əlavə olunur). Həmin torpaq sahəsi ümumi istifadədə olan torpaqdır (Torpaq Məcəlləsi, maddə 47, hissə 3). Ümumi istifadədə olan torpaqlar qanuna görə bələdiyyə mülkiyyətinə aiddir (Torpaq Məcəlləsi, maddə 47, hissə 2). Lakin torpaq islahatı nəticəsində bələdiyyə mülkiyyətinə torpaqların verilməsi “Bələdiyyə əraziləri və torpaqları haqqında” Qanunun 2-ci maddəsinin göstərişlərinə uyğun tam sənədləşdirilmədiyinə görə, həmin torpaq sahəsi hazırda dövlətin sərəncamındadır. Lakin hazırkı iddia üzrə icra hakimiyyəti ilə yanaşı bələdiyyə də cavabehlik daşıyır, çünki qanun bələdiyyəni həmin torpaq sahəsinin mülkiyyətçisi elan edib. Dövlət (bələdiyyə) mülkiyyətindəki torpaq sahəsində yerləşən tikili (avtoyuma məntəqəsi) dövlət reyestrində qeydiyyatdan keçməyib. Bunu təsdiq edən, DƏDKR PHŞ-in 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubu var (surəti əlavə olunur). Məktubdan görünür ki, bu tikili və balans saxlayıcı barədə elektron bazada heç bir məlumat yoxdur. Odur ki, həmin tikili üzərində heç kəsin əşya hüququ yoxdur, tikili hüquqi müstəvidə daşınmaz əmlak kimi tanınmır, tikilinin yerləşdiyi yerdən gələn səs-küyə görə torpaq sahəsinin mülkiyyətçisi (əşya hüququ olan şəxs) məsuliyyət daşımalıdır. Əgər mülkiyyətçi torpaq sahəsinin zəbt edilməsinin qarşısını almırsa, əksinə, buna şərait yaradırsa, belə halda o, həmin torpaq sahəsindəki qanunsuz hərəkətlərə görə öz hərəkəti kimi məsuliyyət daşıyır. Nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 188-ci maddəsi torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozulmasına görə cinayət məsuliyyəti müəyyən edib və bu cinayət üzrə cinayət təqibi ictimai ittiham qaydasında həyata keçirilir. Dövlət (bələdiyyə) mülkiyyətindəki torpaq sahəsi ilə iddiaçının yaşadığı binanın (Mirəli Seyidov küçəsi, 41 №-li binanın) arasındakı məsafə təxminən 20 metr olduğundan hər gün saat 8-dən 22-yə kimi həmin torpaq sahəsində (avtoyuma məntəqəsində) istifadə olunan yüksək təzyiqli yuyucu aparatın yaratdığı səsküy mənzilə daxil olur. Bu səbəbdən mənzildə dinc yaşayış mümkünsüz hala gəlib. Səsküyün mənzilin daxilində yaratdığı vəziyyəti əks etdirən audio-video yazı var. Ətrafda çoxmənzilli yaşayış binaları və uşaq bağçası yerləşdiyinə görə digər sakinlər də eyni vəziyyətdədir. Dövlət (bələdiyyə) mülkiyyətindəki torpaq sahəsində əmələ gələn səs-küyün səviyyəsi yol verilən həddi aşır. Belə ki, AR Ekologiya və Təbii Sərvətlər Nazirliyi X20 Monitorinq İdarəsinin mənə ünvanladığı xx.xx.2023-cü il tarixli 3-14/2-C-815-3/2023 nömrəli məktubda qeyd olunub: “... keçirilmiş monitorinqlər zamanı ətraf mühitə yayılan səs-küy səviyyəsini müəyyən etmək məqsədilə PCE-322A səyyar cihaz vasitəsilə ölçmə işləri aparılmış, təyin edilmiş göstərici ətraf mühit üçün yol verilən hədd daxilindən artıq olduğu müəyyən edilmişdir. Bununla bağlı müvafiq tədbir görülməsi üçün aidiyyəti quruma müraciət olunmuşdur” (surəti əlavə olunur). Səs-küyün yol verilən həddən artıq olması təsdiq edir ki, o, insan sağlamlığına mənfi təsir edir. Dövlət (bələdiyyə) mülkiyyətindəki torpaq sahəsində əmələ gələn səs-küyün yol verilən həddi aşması, yəni insan sağlamlığına mənfi təsir göstərməsi hüquq pozuntusudur. Belə ki, AR Prezidentinin xx.xx.2008-ci il tarixli 796 nömrəli Fərmanı ilə “Ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənmələri Normaları” təsdiq olunub. Bu normalar yaşayış və ictimai binalarda, yaşayış tikililəri ərazisi, habelə insanların cəmləşdiyi digər yerlərdə səs-küyün yolverilən səviyyələrini müəyyənləşdirir. Normaların 1.3-cü bəndində qeyd olunub ki, bu normalara mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq, bütün hüquqi və fiziki şəxslər tərəfindən riayət edilməlidir. Bundan başqa,ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən səs-küy çirklənməsinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi normalarının pozulmasına görə AR İnzibati Xətalar Məcəlləsinin 275.2-ci maddəsində cərimə müəyyən edilib. Həmin maddədən görünür ki, belə hal ekoloji təhlükəsizlik haqqında qanunvericiliyin pozulması sayılır. O cümlədən AR Konstitusiyasının 39-cu maddəsinə görə, hər kəsin sağlam ətraf mühitdə yaşamaq hüquq var. Bu maddədə “sağlam ətraf mühit” deyiləndə həm də səsküyun yol verilən hədd daxilində olması nəzərdə tutulur. Dövlət (bələdiyyə) mülkiyyətindəki torpaq sahəsinin yerləşdiyi yer yaşayış zonası sayılır, yəni çoxmənzilli yaşayış binalarının və yaşayış evlərinin üstünlük təşkil etdiyi ərazidir. Yaşayış məntəqələrinin, o cümlədən Bakı şəhərinin ərazisi 12 (on iki) zonaya bölünür: yaşayış zonası, ictimai-işgüzar zona, rekreasiya zonası, istehsalat zonası, nəqliyyat infrastrukturu zonası və və s. Həmin bölgü AR Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli 51 nömrəli qərarı təsdiq edilmiş “Ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl Qaydalar”ın 3.2-ci bəndi ilə müəyyən edilib. “Yaşayış zonası” anlayışı Qaydaların 4.1-ci bəndində müəyyən olunub: “Yaşayış zonaları - tikilmiş və tikilməsi nəzərdə tutulan müxtəlif tip çoxmənzilli yaşayış binalarının və yaşayış evlərinin üstünlük təşkil etdiyi ərazilərdir”. Bu zonada hansı obyektlərin yerləşə biləcəyi isə Qaydaların 4.1-ci bəndində sadalanıb. Həmin obyektlərin sırasında avtoyuma məntəqəsi nəzərdə tutulmayıb. 4.1-ci bəndin axırıncı abzasında qeyd olunub: “Yaşayış zonalarında mehmanxanaların, yeraltı və yerüstü qarajların, açıq avtomobil dayanacaqlarının, həmçinin ətraf mühitə mənfi təsir etməyən və sanitarmühafizə zolağı qoyulması tələb olunmayan istehsalat obyektlərinin də yerləşdirilməsinə yol verilir”. Bu abzasın mənasına görə, avtoyuma məntəqəsi yaşayış zonasında o şərtlə yerləşə bilər ki, ətraf mühitə mənfi təsir etməsin və sanitar-mühafizə zolağı qoyulması tələb olunmasın. Lakin avtoyuma məntəqəsi ətraf mühitə mənfi təsir edir və sanitarmühafizə zolağı qoyulması tələb olunur. Bu, aşağıda qeyd olunanlarla təsdiq olunur. Dövlət (bələdiyyə) mülkiyyətindəki torpaq sahəsində yüksək atmosfer təzyiqi yuyucu aparatdan və digər vasitələrdən istifadə olunur, nəticədə isə akusitik (səs) çirklənmə yaranır. Akusitik (səs) çirklənmənin insan sağlamlığına (xüsusilə sinir sisteminə) zərər vurması mübahisəsizdir. Bundan başqa, belə obyektlərdə kimyəvi vasitələrdən istifadə edilməklə çirkli avtomobillər təmizlənir, nəticədə isə yüksək atmosfer təzyiqli suyun təsiri altında avtomobildən ayrılan çirk və kimyəvi vasitələr hava-damcı üsulu ilə ətrafa yayılır. İnsan sağlamlığına mənfi təsir edən obyektlər üçün sanitar-mühafizə zonasının (zolağının) müəyyən edilməsi mütləqdir. Bu, “Sanitariaya-epidemioloji salamatlıq haqqında” AR Qanununun tələblərindən irəli gəlir. Həmin Qanunun 1-ci maddəsinə görə, müəssisələr, təşkilatlar və idarələr, vəzifəli şəxslər və vətəndaşlar tərəfindən fəaliyyətlərinin tərkib hissəsi kimi sanitariya qaydalarına və normalarına, gigiyena normativlərinə əməl edilməsi, əhalinin sanitariya-epidemioloji salamatlığının təmin edilmə vasitələrindən biridir. Dövlət (bələdiyyə) mülkiyyətindəki torpaq sahəsində avtomobilin yuyulması üçün tikilinin (boksun) olması isə sanitar-mühafizə zonasının müəyyən edilməsindən imtina üçün əsas deyil, çünki həmin tikili (boks) səs-küyün və digər zərərli təsirin ətrafa yayılmasının qarşısını almaq xüsusiyyətinə malik deyil, bundan başqa, avtomobil yuyulduğu zamanı boksun qapısı həmişə açıq olur. Sanitar-mühafizə zonası (zolağı) olmadan belə obyektlərin yaxınlığında dinc yaşayış qeyri-mümkündür. Müqayisə üçün qeyd olunmalıdır ki, digər dövlətlərdə avtoyuma məntəqələrinin fəaliyyəti ilə bağlı rəsmi sanitar normalar müəyyən edib. Məsələn, RF baş dövlət sanitariya həkiminin qərarı ilə təsdiq edilmiş SanPiN 2.2.1/2.1.1.1200-03 “Müəssisə, qurğu və və digər obyektlərin sanitarmühafizə zonası və sanitar təsnifatı”na görə, 1 postlu avtoyuma məntəqələri sanitar təsnifata görə “texnoloji proseslərin həyata keçirildiyi bina və qurğu” sayılır, ətraf mühitə və insan sağlamlığına təsir edir, 5-ci sinif təhlükəyə aiddir və belə obyektlərdən yaşayış binasına qədər olan santiarmühafizə zonası ən azı 50 metr təşkil etməlidir, 2 və daha çox postlu avtoyuma məntəqəsi isə 4-cü sinif təhlükəyə aiddir, belə avtoyuma məntəqələri üçün santiar-mühafizə zonası ən azı 100 metr təşkil etməlidir. Azərbaycan Respublikasının baş dövlət sanitariya həkimi tərəfindən avtoyuma məntəqələri ilə bağlı sanitar-mühafizə normaları rəsmi qaydada müəyyən edilmədiyinə görə, sanitar-mühafizə zonası konkret işlərə baxılarkən məhkəmələr tərəfindən hüququn analogiyası əsasında müəyyən edilməlidir. Həmin avtoyuma mətəqəsinin 298 №-li yaşayış binası ilə ara məsafəsi təxminən 2 metr, 278-282 №-li yaşayış binası ilə ara məsafəsi təxminən 5 metr, 41 (121) №-li yaşayış binası ilə ara məsafəsi təxminən 20 metr, 77 №-li uşaq bağçası ilə ara məsafəsi təxminən 20 metr təşkil edir. Yəni 4 bir tərəfdən məsafə 50 metrdən azdır. Məsafənin 50 metrdən az olduğu aşkardır və bunu yerində ölçmə işləri aparmadan “Google Maps” servisi ilə müəyyən etmək mümkündür. Beləliklə, yaşayış məntəqəsinin ərazisinin yaşayış zonasında (yəni çoxmənzilli yaşayış binalarının və yaşayış evlərinin üstünlük təşkil etdiyi ərazidə) avtoyuma məntəqəsinin yerləşməsi AR qanunvericiliyi ilə qadağandır. Belə obyektlər yaşayış məntəqələrinin digər zonalarında (yəni çoxmənzilli yaşayış binalarının və yaşayış evlərinin üstünlük təşkil etmədiyi ərazidə) yerləşə bilər. Digər zonalarda yerləşən avtoyuma məntəqəqləri ilə ayrı-ayrı yaşayış evlərinin arasında isə sanitar-mühafizə zonası olmalıdır. Odur ki, yaşayış zonasında yerləşən torpaq sahəsindən avtoyuma məntəqəsi kimi istifadə AR Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli 51 nömrəli qərarı təsdiq edilmiş “Ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl Qaydalar”ın pozulmasısayılır, bu səbəbdən həmin torpaq sahəsində avtoyuma fəaliyyəti qadağan olunmalıdır. Belə qadağanın tətbiqi Mülki Məcəllənin tələblərinə uyğundur. Mülki Məcəllənin 170.2-ci maddəsinə görə, öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir, xüsusən, səs-küyün qanunsuz təsirləri qadağandır. Bundan başqa, Mülki Məcəllənin 152.5-ci maddəsində qeyd olunub: “Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə ... ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın”. Dövlət (bələdiyyə) mülkiyyətində olan torpaq sahəsində avtoyuma fəaliyyətinin qadağan edilməsi mülkiyyət hüququna müdaxilə sayılmır, mülkiyyətçi həmin sahədən başqa məqsədlər üçün istifadə edə bilər. İddia təmin ediləcəyi təqdirdə göstərilən qadağa torpaq sahəsinə (əraziyə) görə qüvvədə olmalıdır. Yəni qadağa ərazidə olan istənilən şəxsə tətbiq olunacaq. Əgər qadağa konkret şəxə münasibətdə qüvvədə olsa iddiaçının hüququnun müdafiəsi mümkün olmayacaq. Çünki ərazidə müxtəlif şəxslər yuyucu aparat vasitəsilə avtomobilləri yuyur, bəzən isə sürücülər də bu aparatdan istifadə edirlər. Bundan başqa, avtoyuma fəaliyyəti yalnız boksun daxilində deyil, xaricində də həyata keçirilir. Belə ki, avtomobillər boksun daxilində yuyulsa da, avtomobillərin müxtəlif hissələri (ayaqaltılar və s.) yüksək təzyiqli yuyucu aparat vasitəsilə boksun xaricində (açıq havada) yuyulur.

14. Cavabdeh3 iddia ərizəsinə etirazla məhkəməyə müraciət edərək bildirmişdir ki, Bakı şəhər İK-nin XDS-nin xx.xx.1968-ci il tarixli 18/19-188 saylı məktubundan göründüyü kimi mübahisənin predmeti olan Bakı şəhəri, Yasamal rayonu, M.Seidov küçəsi,41 saylı evin yaxınlığında yerləşən sahəsi 20,0 kv.m, ümümi həcmi 53 kv.m olan qaraj tikilisi müharibə veteranı mərhum atası X31 (Abbasova) ayrılmış torpaq sahəsində inşa edilmiş, o vaxtdan da həmin tikili atasının və onun ailə üzvülərinin sahibliyində və istifadədə olmuş, onun vəfatından sonra isə həmin tikili DƏDRX-nin Bakı şəhər ərazi idarəsi tərəfindən adına tərtib edilmiş xx.xx.2012-ci il tarixli,11/1395,20-0712 inventar nömrəsi ilə qeydə alınmış Texniki Pasport əsasında adına qeydə alınmışdır. Göründüyü kimi mübahisə edilən tikili və həmin tikilinin yertləşdiyi torpaq sahəsi dövlət və ya bələdiyyə fonduna aid olan daşınmaz əmlakların siyahısına daxil deyil, həmin əmlak daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış ona məxsus olan şəxsi əmlak sayılır və uzun müddətdir ki, həmin tikilidən avtoyuma məntəqəsi olaraq icarəyə verməklə istifadə edir, icarədən əldə etdiyi vəsait hesabına isə dolanır. Hazırki mübahisəyədək ətrafda yerləşən binalarda (məntəqədən 15-20 metr məsafədə yerləşən) yaşayan sakinlərdən (iddiaçının yaşadığı bina məntəqədən 40 metr aralıqda yerləşir) avtoyuma məntəqəsində avtomaşınların yuyulması üçün istifadə edilən yuyucu aparatların yaratdığı səs-küydən narazılığını və narahatlığını bildirən olmamışdır. İlk dəfə faktla bağlı iddiaçının müraciətinə əsasən xx.xx.2023-cü il tarixdə 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları ilə birlikdə monitorinq keçirilmiş, monitorinq müddətində aparılan ölçmə işləri zamanı avtoyuma məntəqəsinin fəaliyyəti nəticəsində ətraf mühitə yayılan səs-küy səviyyəsi 75-76 dBA (norma 70 dBA) təşkil edərək, ətraf mühit üçün yol verilən normadan artıq olduğuna görə müvafiq tədbirlər görülmüş, 11 saylı RETSİ-nin əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixli 79251 nömrəli akt, xx.xx.2023-cü il tarixli, ******* nömrəli protokol tərtib edilmiş və avtoyuma məntəqəsinin icarədarı X9 inzibati məsuliyyətə cəlb olunaraq 300 manat məbləğində cərimə edilmişdir. Hesab edir ki, son vaxtlar avtomaşınların yuyulması üçün istifadə edilən yuyucu aparatın səs-küy yaratmasının səbəbi istifadə edilən yuyucu aparatın köhnəlməsi, 2014-cü ilin istehsalı olması ilə bağlı olmuşdur. Bu əsasla da o iddiaçıdan yaratdığı narahatçılığa görə üzr istəyir və çalışacağ ki, bundan sonra bu cür narahatçılıqlara əsas olan hallara yol verilməsin. Hazırda avtoyuma məntəqəsinin fəaliyyətində avtomaşınların yuyulması üçün istifadə etdiyi avtoyuyucu aparatını istəhsalı yeni olan aparatura ilə əvəz etmişdir, nəticədə də ətraf mühitə yayılan səs-küy səviyyəsi nəzərdə tutulmuş normadan da aşağı düşmüş, ətraf mühitə yayılan səsküyün səviyyəsi minimuma endirilmişdir. Bununla əlaqədar məsələyə aydınlıq gətirmək məqsədi ilə o, hal-hazırda 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə rəsmi ərizə ilə müraciət edərək ona məxsus avtoyuma məntəqəsi kimi istifadə etdiyi qeyriyaşayış sahəsində istifadə olunan avtoyuma aparatının ətraf mühitə yayılan səs-küy səviyyəsini ölçmə işlərin aparılması üçün yenidən monitorinq keçirilməsi üçün müraciət etmişdir. Eyni zamanda da hesab edir ki, işin qeyd edilmiş hallarına düzgün hüquqi qiymət verilməsi üçün iş üzrə xüsusi biliyə sahib olan mütəxəssislərin iştrakı ilə məhkəmə ekspertizasının keçirilməsinə zəruriyyət vardır. Məhkəmədən bununla bağlı iş üzrə xüsusi biliyə sahib olan mütəxəssislərin iştrakı ilə məhkəmə ekspertizasının keçirilməsi haqda qərardad qəbul edilməsini xahiş edir. Göstərilənlərə əsasən məhkəmədən İddiaçı ona və qeyrilərinə qarşı qaldırdığı sahibliyində olan 1 mərtəbəli 2 bokslu tikilinin avtoyuma məntəqəsi kimi istifadəsinə qadağan olunmasına dair tələbin təmin edilməməsi haqda qətnamə qəbul edilməsini xahiş edir.

15. İddiaçı xx.xx.2024-cü il tarixdə məhkəməyə yazılı izahatla müraciət edərək bildirmişdir ki, göstərilən 14 hal iddia tələbinin təmin edilməsinə, yəni 1 mərtəbəli 2 bokslu tikilinin avtoyuma məntəqəsi kimi istifadəsinin qadağan edilməsinə əsas verir: 1-ci hal: ətraf mühit və sağlamlıq ilə bağlıdır. Avtoyuma məntəqəsi – çirkli avtomobillərin təmizlənməsi üzrə texnoloji proseslərin həyata keçirildiyi bina və qurğudur. Belə məntəqələrdə yüksək atmosfer təzyiqli yuyucu aparatlardan, penogeneratorlardan, tozsoranlardan, kimyəvi tərkibli təmizləyicilərdən və digər vasitələrdən istifadə olunur və onun fəaliyyəti nəticəsində ətraf mühitə zərər verən səs-küy, çirk və təkibində fosfatlar, səthi aktiv maddələr, çöküntülər və s. olan tullantılar əmələ gəlir. Vikipediyada (ing. Wikipedia, viki texnologiyasının tətbiqi ilə könüllü istifadəçilərin yaratdığı ensiklopediya) avtoyuma məntəqəsi "ətraf mühitin potensial çirkləndiricisi" kimi təqdim olunur. Adi avtoyuma məntəqəsi hər bir avtomobilə görə 378 litrə qədər kimyəvi yüklü tullantı su axıda bilər ki, bu da ətraf mühit üçün zərərlidir (mənbə: WaterSmart Environmental, İnc.) Avtomobillərin təmizlənməsi zamanı natrium hidroksid (NaOH) və bir sıra digər yüksək reaktiv kimyəvi maddələr kimi güclü qələvilərdən hazırlanmış TFR (X26) istifadə olunur. Bunlar avtomobilin çirkli hissələrinə selektiv şəkildə püskürdülür, kirin yumşaldılmasına, boşaldılmasına və çıxardılmasına kömək edir. Son dərəcə güclü təmizləyici olduğuna görə yanlış istifadə edildikdə avtomobil boyasına zərər verə bilər. Şəksizdir ki, avtomobil boyasına zərər vura bilən məhsul insan sağlamlığına da zərər vurur. Belə təmizləyicilər yaşayış zonasında istifadə edildikdə yüksək atmosfer təzyiqli suyun təsiri nəticəsində hava-damcı üsulu ilə insanların tənəffüs yollarına daxil olur. Bundan başqa, avtomobilin şüşələrinin təmizlənməsi, habelə avtomobildəki müxtəlif ləkələrin, o cümlədən bitumun təsirindən əmələ gəlmiş ləkələrin təmizlənməsi üçün kimyəvi tərkibli vasitələrdən istifadə olunur. Bitum - karbohidrogenlərdən və onların oksigenli, kükürdlü, azotlu törəmələrindən ibarət qatrana oxşar üzvi maddədir, avtomobilin hərəkəti zamanı asfaltın təsiri nəticəsində ləkə yaradır. O cümlədən səthi aktiv maddələr (SAM) sayılan yuyucu vasitələr (şampun və s.) tətbiq olunur. Belə şampunların kimyəvi tərkibi 8-10 komponentdən ibarətdir: yüksək yağlı spirtin duzu, sulfatı və ya fosfatı, karbon turşusu və s. Köhnə ləkələrin təmizlənməsi üçün neionogen (5-15%) və anion (5%-dən az) qarşığı (SAM) istifadə olunur. Həmin qarışıq əvvəlcə avtomobilin üzərindəki kir hissəcikləri ilə birləşir, sonra isə kirin effektiv çıxarılması üçün köpük formalaşmasını təmin edir. Bundan başqa, sağlamlıq üçün yalnız kimyəvi maddələr zərərli deyil. Daha çox yanacaq-sürtgü materialları ilə işləyən avtomobilin kuzasına yapışmış toz zərərlidir. Həmin toz bir çox kimyəvi elementlərdən ibarət sürtgü yağının və avtomobil yanacağının yanma və parçalanma məhsulunu, o cümlədən təkər rezininin mikrohissəciklərini özündə saxlayır. Avtomobilin kuzasındakı incəparçalı toz özündə kanserogen saxlayır, bu, ağciyərlərdə toplanır və onkoloji xəstəliklərin inkişafına səbəb ola bilir. Bütün avtoyuma məntəqələrində yüksək atmosfer təzyiqli sudan istifadə edilir. Suyun təzyiqi o dərəcədə yüksək olur ki, hətta yaxın məsafədən avtomobil boyasında mikroçatlar əmələ gətirə bilir. Belə təzyiq nəticəsində çirkli suyun bir hissəsi hava-damcı qarışığına çevrilir və boksun giriş-çıxış qapısı açıq olduğuna görə zərərli elementlər havadamcı üsulu ilə ətrafa yayılır. Küləyin təsiri isə onların ətrafa yayılmasını daha da artırır. Ətrafa yayılan zərərli elementlər insanların tənəffüs yollarına variata Haminato amantegasində avtomobillərin alt hissəsinin (yəni ən çirkli hissəsinin) yuyulması üçün xüsusi cala qazılb. Əksər avtoyuma məntəqələrində belə çala yoxdur, ona görə də avtomobilinin alt hissəsini təmizlətmək istəyən şəxslər məhz bu məntəqəyə gəlir. Avtomobilin alt hissəsinin avtomobilinin təzyiqli su ilə yuyulması nəticəsində əmələ gələn tutullantı suyun insan sağlamlığı üçün nə dərəcədə zərərli olduğunu müəyyən etmək üçün fiziki-kimyəvi ekspertizanın keçirilməsi kifayətdir. Məhkəmə təcrübəsində belə ekspertizalar keçirilib və tullantı suyun tərkibində sağlamlığa zərər vuran çoxsaylı elementlərin olduğu təsdiq olunub. Tullantı suyun tərkibi barədə məlumatlar internet informasiya ehtiyatlarında var. Məhz buna görə bir sıra ölkələrdə avtoyuma fəaliyyəti nəticəsində əmələ gələn tullantılara dair xüsusi qaydalar müəyyən edilib. Məsələn, İtaliya qanunları bioloji parçalanmayan maddələrin hətta kanalizasiyaya düşməsinin qarşısını almaq üçün avtomobillərin yuyulmasına çirkli suların təmizlənməsi üçün müvafiq qurğuların quraşdırıldığı yerdə icazə verir. RF-da müəyyən edilmiş qaydaya görə, həmin su xüsuşi rezervuarda yığılaraq tullantı kimi kənara daşınmalıdır. Belə ki, RF X7 Nəzarət üzrə Federal Xidmətin (Rosprirodnadzor) xx.xx.2017-ci il tarixli 252 nömrəli əmri ilə təsdiq edilmiş "Tullantıların federal təsnifat kataloqu"na görə, avtomobil nəqliyyatının yuyulması nəticəsində əmələ gələn çirkab su qarışığının mexniki təmizlənmə çöküntüsü (kod 7 23 *** ** ** 4, İV sinif təhlükə) tullantı kimi nəzərdə tutulub. RF "İstehsal və istehlak tullantıları haqqında" xx.xx.1998-ci il tarixli 89-FZ nömrəli Qanuna görə, tullantıların daşınması və utilizasiyası ilə müvafiq orqanlardan buna icazə almış şirkətlər məşğul ola bilər. Hazırkı avtoyuma məntəqəsi ilə ən yaxın mənzilin pəncərəsinin arasındakı məsafənin 2 metr, uşaq bağçasının həyətinin (oyun meydançasının) arasındakı məsafənin isə 6 metr olması faktı bu məntəqənin insanların, xüsusilə də uşaqların sağlamlığı üçün nə dərəcədə təhlükəli olduğunu yəqin etmək üçün kifayətdir. Hər hansı avtoyuma məntəqəsinin ətraf mühit və sağlamlığa təhlükəli olub-olmadığının müəyyənləşdirilməsi üçün müxtəlif prosessual hərəkətlərin (ekspertiza keçirilməsi və s.) edilməsinə zərurət yoxdur, çünki bu, aposterioridir. Bununla bağlı hətta elmi məqalələr yazılıb, internetdə "car wash and environment" və ya "автомойка и окружающая среда" açar sözlərindən istifadə etməklə axtarış verildikdə onları tapmaq mümkündür. Məhz belə təhlükə olduğuna görə bütün sivil ölkələrdə avtoyuma məntəqələrinin yaşayış zonasında yerləşməsi qadağan olunub. Bir sıra ölkələrdə hətta belə fəaliyyətlə məşğul olmaq istəyən şəxslərdən peşə lisenziyası və sertifikat tələb olunur. Avropa ölkələrinin əksəriyyətində isə avtoyuma məntəqəsinin fəaliyyəti ekoloji icazə tələb edir. 2-ci hal: yaşayış zonası. Hazırkı avtoyuma məntəqəsi yaşayış zonasında yerləşir, lakin AR qanunvericiliyi avtoyuma məntəqəsinin yaşayış zonasında yerləşməsinə icazə vermir. Belə ki, AR Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli 51 nömrəli qərarı təsdiq edilmiş “Ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl Qaydalar"ın 4.1-ci bəndinə görə, yaşayış zonalarında sosial və kommunal-məişət, mədəniyyət, məktəbəqədər və təhsil, səhiyyə xidməti, mühəndis infrastruktur obyektləri (transformator yarımstansiyaları, nasosxanalar və s.) yerləşdirilir. Həmin bənddə daha sonra qeyd olunub: "Yaşayış zonalarında mehmanxanaların, yeraltı və yerüstü qarajların, açıq avtomobil dayanacaqlarının, həmçinin ətraf mühitə mənfi təsir etməyən və sanitar-mühafizə zolağı qoyulması tələb olunmayan istehsalat obyektlərinin də yerləşdirilməsinə yol verilir". Göründüyü kimi, yaşayış zonasında avtoyuma məntəqəsinin yerləşməsi nəzərdə tutulmayıb, belə məntəqələr ətraf mühitə mənfi təsir etdiyi üçün yaşayış zonasında yerləşə bilməz. "Yaşayış zonası" anlayışı həmin Qaydaların 4,1-ci bəndində müəyyən olunub: "Yaşayış zonaları - tikilmiş və tikilməsi nəzərdə tutulan müxtəlif tip çoxmənzilli yaşayış binalarının və yaşayış evlərinin üstünlük təşkil etdiyi ərazilərdir", Bakı şəhərinin ərazisi 12 (on iki) zonaya bölünür: yaşayış zonası, ictimai-işgüzar zona, rekreasiya zonası, istehsalat zonası, nəqliyyat infrastrukturu zonası və və s. Həmin bölgü adı çəkilən Qaydaların 3.2-ci bəndində müəyyən edilib. Bundan basqa, Torpaq Məcəlləsinin 40-ci maddəsinin axırıncı abzasına görə, torpaqların zonalaşdırılmasına dair tələblərin icrası mülkiyyət formasından və torpaq sahələrinə digər hüquqlardan asılı olmayaraq icra üçün zonalaşdırılmasının çirkləndirməyə Kabinetinin xx.xx.2000-ci il tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş "Torpaqların ümumi əsasları və prinsipləri"nin "yaşayış zonaları" adlı 4.1-ci bəndinə görə, ekoloji çirkləndirməyə qadir obyektlərin yaşayış zonasında yerləşməsi qadağandır. Avtoyuma məntəqəsi ekoloji çirkləndirməyə qadir obyekt sayılır. Avtoyuma məntəqəsinin sahibinin məhkəməyə təqdim etdiyi sənədlər – məktub və sərəncam fərdi avtomobilin saxlanması üçün qarajın tikintisinə icazə verilməsi barədədir. Yuxarıda qeyd olunan qərarların tələbinə görə, qaraj yaşayış zonasında yerləşə bilər. Göründüyü kimi, yaşayış zonasında avtoyuma məntəqəsinin tikintisinə icazə verilməyib. Avtoyuma məntəqəsinin fəaliyyəti ətraf mühitə və sağlamlığa mənfi təsir etdiyi üçün digər ölkələrdə də belə məntəqələrin yaşayış zonasında yerləşməsinə icazə verilmir. Məsələn, ABŞ-ın Texas ştatında qüvvədə olan qaydalara görə, yaşayış zonasında avtoyuma məntəqəsinin fəaliyyətinə icazə verilə bilməz (xx.xx.1999-cu il tarixli 13896 nömrəli sərəncam). Bundan başqa, ABŞ-ın Florida ştatının Qərbi Mayami şəhərində qüvvədə olan qaydalara görə, yaşayış zonasında avtoyuma məntəqəsinin fəaliyyətinə icazə verilə bilməz, belə məntəqələr şəhərin yalnız kommersiya zonasında yerləşə bilər (xx.xx.2011-ci il tarixli 2011-07 nömrəli sərəncam). Bundan başqa, ABŞ-ın Kaliforniya ştatında qüvvədə olan qaydalara görə, yaşayış zonasında avtoyuma məntəqəsinin fəaliyyətinə icazə verilə bilməz (2000-ci il 544 nömrəli sərəncam; xx.xx.2022-ci il tarixli 803 nömrəli Sərəncamla məcəllələşdirilib). X15 99.3-cü maddəsinə görə, hətta ayrı-ayrı şəxslərə ictimai yerlərdə (ictimai yollarda və s.) öz avtomobilini təmizləmək qadağan olunub. Bu qadağanın Səhiyyə Qanununda müəyyən edilməsi avtomobil çirkinin və təmizləyici vasitələrin insan sağlamlığı üçün təhlükəsi ilə bağlıdır. O cümlədən RF Tikinti və Mənzil-Kommunal Təsərrüfatı Nazirliyinin əmri ilə təsdiq edilmiş "SP 42.13330.2011 Şəhərsalma. Şəhər və kənd yaşayış məntəqələrinin planlaşdırılması və tikilməsi"nin 5.1-ci bəndində qeyd olunub: "Yaşayış zonalarının məqsədinin əhali üçün rahat, sağlam və təhlükəsiz yaşayış mühiti yaratmaq olduğunun nəzərə alınması vacibdir. Hazırkı normaların tələbləri ilə bir araya sığmayan obyekt və fəaliyyət növlərinin yaşayış zonalarında yerləşməsinə icazə verilmir". Həmin bəndin 3-cü abzasında qeyd olunub ki, ətraf mühitə zərərli təsir (səs-küy, vibrasiya, maqnit sahəsi, radiasiya təsiri, torpağın, havanın və suyun çirklənməsi və digər zərərli təsirlər) göstərməyən kiçik istehsalat obyektlərinin də yaşayış zonasında yerləşməsinə icazə verilir, ətraf mühitə zərərli təsiri olmadığına baxmayaraq onların ətrafında sanitarmühafizə zonası müəyyənləşdirilir. Bu isə o mənanı verir ki, avtoyuma məntəqəsi yaşayış zonasında yerləşə bilməz, çünki ətraf mühitə mənfi təsir edir. Şərq ölkələrində də belə qadağalar var. Məsələn, X12 yaşayış massivində və yollarda avtomobil yuyulması 1989-cu ildə yerli qanunla qadağan edilib. Çünki hətta az miqdarda avtomobil çirkinin (sürtgü materiallarının və s.) ətrafa yayılması ekoloji problem yaradır. Avtomobillər yanacaqdoldurma məntəqələrində və ya lisenziyalı yuyucu yerlərində yuyulmalıdır. Həmin məntəqələr ekoloji məsuliyyət müəyyən edən qanunlara tabedir. Yalnız bir neçə ticarət mərkəzinin avtomobilləri öz dayancaqlarında yumaq üçün bələdiyyə icazəsi var, onlar isə kimyəvi tərkibli yuyucu vasitələrdən istifadə ilə bağlı bütün təhlükəsizlik tədbirlərinə əməl etmək öhdəliyi daşıyır. Bundan başqa, Qətərin Ticarət və Sənaye Nazirliyi ictimai və şəxsi ərazilərdə, o cümlədən ticarət mərkəzlərində və ticarət küçələrində avtomobillərin yuyulması fəaliyyətinə qadağa qoyub. Avtomobillərin yuyulması yalnız lisenziyalı şirkətlərlə məhdudlaşıb, avtoyuma məntəqələri ticarət və istehlak mərkəzlərinin yeraltı dayanacaqlarında (zirzəmisində) yerləşə bilər. Bundan başqa, Özbəkistanın "Şəhərsalma normaları və qaydaları ŞNK 2.07.01-03” 189-cu bəndinə görə, nəqliyyat vasitələrinə kiçik texniki xidmət məntəqələri (avtomobillərin yuyulması, yağlanması və s.) sənaye və kommunal-anbar təyinatlı zonaların ərazisindəki küçə və yolların boyunca və yaşayış məntəqələrinin çıxışlarında yerləşə bilər. Hətta Keniyanın paytaxtı Nayrobidə avtomobillərin yaşayış zonasında yuyulması qadağan olunub, yalnız yanacaqdoldurma məntəqələrində və lisenziyalı avtoyuma məntəqələrində buna icazə verilir. Belə qadağanın mövcudluğu Nayrobi şəhər hüquqşünasının və Nayrobi Su və Kanalizasiya Şirkətinin (NWSC) kütləvi informasiya vasitələrinə verdiyi məlumatdan müəyyən olunur. AR-da yalnız "xxxx" ASC avtoyuma məntəqələrinin yanacaqdoldurma məntəqələrinin nəzdində fəaliyyət göstərməsi barədə təklif irəli sürüb, bu təklif yaşayış zonalarına verilən içməli suyun israf edilməsinin, həm də ətraf mühitə vurulan zərərin qarşısının alınması ilə əsaslandırılıb. Avtoyuma fəaliyyətinin yaşayış zonasında qadağan edilməsi yalnız ətraf mühitə və insan sağlamlığına vurulan zərərlə bağlı deyil. Avtoyuma məntəqəsi bir xidmət məntəqəsi olduğuna görə, yerləşdiyi yerə daha çox avtomobil cəlb edir, nəticədə həmin yerdə avtomobil hərəkətinin intensivliyi artır, bu isə yaşayış zonası üçün xarakterik sayılmır. Yaşayış zonasının adındakı "yaşayış" sözü bu zonanın təyinatını ifadə edir: ilk növbədə insanların rahat, sağlam və təhlükəsiz yaşayışı təmin olunmalıdır. Lakin avtoyumanın xüsusiyyəti (səs-küy, avtomobil çirki, kimyəvi tərkibli yuyucu vasitələr, avtomobillərin ərazidə hərəkət intensivliyinin artması və s.) yaşayış zonasının təyinatı ilə ziddiyyət təşkil edir. Yaşayış zonasının təyinatı nəzərə alınmaqla digər qanunlarda da bu zonaya dair xüsusi qaydalar müəyyən edilib. Məsələn, "Yol hərəkəti haqqında" Qanuna görə, yaşayış zonasında mühərriki söndürmədən durmaq qadağandır (maddə 45). Belə qadağa ona görə tətbiq olunur ki, yaşayış zonasında avtomobildən ayrılan işlənmiş qazlar insanların sağlamlığına zərər vurmasın. Lakin avtoyuma məntəqəsində avtomobillərdən ayrılan çirk, habelə yuyucu vasitələrin tərkibindəkı kimyəvi maddələr işlənmiş qazlardan dəfələrlə zərərlidir. Avtoyuma məntəqəsinin yaşayış zonasında yerləşməsi faktı belə iddiaların təmin edilməsi üçün kifayətdir, digər halların araşdırılmasına zərurət yoxdur. Digər hallar o zaman araşdırıla bilər ki, avtoyuma məntəqəsi yaşayış zonasından (yaşayış binalarının və yaşayış evlərinin üstünlük təşkil etdiyi ərazidən) kənarda yerləşsin. Belə olduqda avtoyuma məntəqəsi ilə ayrı-ayrı yaşayış binalarının arasındakı məsafə, səsküyün səviyyəsi və s. bu kimi hallar araşdırıla bilər. Lakin yanlış məhkəmə təcrübəsi formalaşdığına görə, məhkəmələr belə işlərə baxarkən yaşayış zonasında yerləşən avtoyuma məntəqəsində səs-küyün səviyyəsi və digər bu kimi halların müəyyənləşdirilməsi üçün ekspertizalar təyin edirlər. Avtoyuma fəaliyyəti nəticəsində yaşayış zonasında antisanitariya vəziyyətinin yaranması ekoloji monitorinq idarəsinin çəkdiyi fotodan da aydın görünür (bax: foto № 2). Hətta Yasamal Rayon İcra Hakimiyyəti antisanitariya vəziyyətinə görə avtoyuma məntəqəsinin sahibinə şifahi xəbərdarlıq edib. 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi isə İXM-nin “Ekoloji təhlükəsizlik haqqında qanunvericiliyin pozulması" adlı 275-ci maddəsini tətbiq etməklə avtoyuma məntəqəsinin icarədarını 300 manat cərimə edib (mad. 275.2). 3-cü hal: ara məsafəsi. Avtoyuma məntəqəsi ilə yaşayış binalarının arasındakı minimum məsafə pozulub. Belə ki, yuxarıda qeyd olunduğu kimi, AR qanunvericiliyi, o cümlədən digər ölkələrin qanunvericiliyi avtoyuma məntəqəsinin yaşayış zonasında yerləşməsinə icazə vermir. Lakin yaşayış məntəqəsi (şəhər, qəsəbə və s.) yalnız yaşayış zonasından ibarət deyil. Yaşayış məntəqəsində elə avtoyuma məntəqələri var ki, onlar yaşayış zonasından (yaşayış binalarının və yaşayış evlərinin üstünlük təşkil etdiyi ərazidən) kənarda - digər zonalarda yerləşir. Belə halda həmin avtoyuma məntəqəsi ilə ayrı-ayrı yaşayış binalarının arasında minimum məsafə gözlənilməlidir. AR-da belə məsafə müəyyən edilməsə də digər ölkələrdə müəyyən edilib. Məsələn, Rusiya Federasiyası baş dövlət sanitariya həkiminin qərarı ilə təsdiq edilmiş SanPiN 2.2.1/2.1.1.1200-03 “Müəssisə, qurğu və və digər obyektlərin sanitarmühafizə zonası və sanitar təsnifatı"nda qeyd olunub ki, 1 postlu avtoyuma məntəqələri sanitar təsnifata görə “texnoloji proseslərin həyata keçirildiyi bina və qurğu" sayılır, ətraf mühitə və insan sağlamlığına təsir edir, 5-ci sinif təhlükəyə aiddir və belə obyektlərdən yaşayış binasına qədər olan santiar-mühafizə zonası ən azı 50 metr təşkil etməlidir, 2 və daha çox postlu avtoyuma məntəqəsi isə 4-cü sinif təhlükəyə aiddir, belə avtoyuma məntəqələri üçün santiar-mühafizə zonası ən azı 100 metr təşkil etməlidir. Eyni qaydalar Belarusda da mövcuddur. Bu məsafələrin məhz sanitariya həkiminin qərarı ilə müəyyən edilməsi avtoyuma fəliyyətinin insan sağlamlığı üçün təhlükəli olduğunu təsdiq edir, bu fakt həmin qərarın məzmununda da öz əksini tapıb. Hazırkı avtoyuma məntəqəsi nəinki yaşayış zonasının daxilində yerləşir, hətta hər tərəfdən yaşayış binaları və uşaq bağçası ilə ara məsəfəsi pozulub. Bu ara məsafələri belədir: 298 №-li yaşayış binası ilə 2 metr, 278-282 nömrəli yaşayış binası ilə 5 metr, 41 (121) №-li yaşayış binası ilə 20 metr, 77 №-li uşaq bağçasının binası ilə 20 metr, bağçanın ərazisi (hayati) ilə 6 metr təşkil edir. İş materiallarına əlavə edilmiş fotodan (ekoloji monitorinq İdarəsinin çəkdiyi foto No 2) aydın görünür ki, avtoyuma məntəqəsi ilə ən yaxın hündürmərtəbəli yaşayış binasının arasındakı məsafə 2 (iki) metrdir. Avtoyumanın zərərli təsirləri (səs-küy, avtomobil çirki, kimyəvi Təkibli yuyucu vasitələrin qalıqları) 2 metrlik məsafədəki pəncərələrdən mənzillərə daxil olur. 2 metrlik məsafə hətta tikinti işlərində yol verilən, Şərhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsində müəyyən edilmiş ara məsafəsindən də azdır. Tikililər arasında məsafə vertical deyil, horizontal təyin olunur. Avtoyuma məntəqəsinin sahibi iddiaçının mənzilinin binanın yuxarı mərtəbəsində yerləşdiyini əsas götürərək ara məsafəsinin vertikal müəyyən edilməsini tələb edir. Lakin mənzil ayrıca tikili deyil, binanın tərkib hissəsidir. Mənzil mülkiyyətçisinin mülkiyyət hüququ yalnız öz mənzili ilə məhdudlaşmır, onun ümumi paylı mülkiyyət hüququ binanın birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlərinə (binanın yerləşdiyi torpaq sahəsinə, texniki zirzəmiyə və s.) şamil olunur. (Mənzil Məcəlləsi, maddə 35.1). Heç bir ölkədə avtoyuma məntəqəsi ilə ətrafdakı tikililər arasında məsafə vertikal müəyyən edilmir. O cümlədən AR qanunvericiliyində bütün ara məsafələri (sanitar-mühafizə məsafəsi, təhlükəsizlik məsafəsi, inşaat məsafəsi və s.) horizontal təyin olunub. Avtoyuma məntəqəsinin sahibi yazılı etirazında iddiaçının mənzilinin yerləşdiyi bina ilə avtoyuma məntəqəsinin arasındakı məsafənin 40 metr olduğunu etiraf edib. Bu, şişirdilmiş rəqəm olsa da, iddianın təmin edilməsi üçün kifayətdir, yəni cavabdehin özü məsafənin pozulduğunu etiraf edib. MPM-in 106.3-cü maddəsinə görə, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Avtoyuma məntəqəsinin yaşayış binalarının və uşaq bağçasının yaxınlığında yerləşməsi ağlabatan mühakiməyə görə yolverilməzdir. AR-da avtoyuma məntəqələri üçün sanitar-mühafizə zonası müəyyən edilmədiyinə görə, məhkəmələr konkret mübahisələrə baxarkən bunu hüququn analogiyası əsasında müəyyən etməlidir (Mülki Məcəllə, maddə 11.2). Çünki avtoyuma məntəqəsinin fəaliyyətinin ətraf mühit, o cümlədən insan sağlamlığı üçün nə dərəcədə zərərli olduğu yuxarıda qeyd olunub. Belə məntəqələrdə hər gün onlarla avtomobil yuyulur. İstənilən avtoyuma məntəqəsinin fəaliyyəti nəticəsində yaranan çirkin və tullantıların fiziki-kimyəvi ekspertizası keçirilsə, onun sanitariya normaları baxımından nə dərəcədə zərərli olduğu müəyyən edilə bilər. 4cü hal: məktəbəqədər təhsil müəssisəsi. AR qanunvericiliyi uşaq bağçasının yaxınlığında avtoyuma məntəqəsinin yerləşməsinə icazə vermir. Belə ki, AR Nazirlər Kabinetinin xx.xx.2012-ci il tarixli 171 nömrəli qərarı ilə təsdiq edilmiş "Təhsil müəssisələrinin tikintisinə, maddi-texniki təchizatına dair vahid normalar, ümumi sanitariya-gigiyena tələbləri, şagird yerləri ilə təminat normativləri"nin 1.2.2-ci bəndinə görə, məktəbəqədər təhsil müəssisələri magistral yollardan, kommunal və sənaye obyektlərindən, avtomobil nəqliyyatı müəssisələrindən kənar sahələrdə yerləşdirilməlidir. Bu bənddə "avtomobil nəqliyyatı müəssisəsi” ümumi ifadə olmaqla avtoyuma məntəqələrini də nəzərdə tutur. Həmin avtoyuma məntəqəsi uşaq bağçasının yaxınlığında yerləşir. Uşaq bağçasının ərazisi (oyun meydançası və s.) ilə avtoyuma məntəqəsinin arasındakı məsafə 6 (altı) metrdir (bax: foto № 3). Uşaq bağçası həm də körpələr evidir və rəsmi adı "77 saylı körpələr evi-uşaq bağçası"dır, 1963-cü ildə inşa edilib. "2011-2013-cü illərdə Bakı şəhərinin və onun ətraf qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramına uyğun olaraq bağçada əsaslı təmir və yenidənqurma işləri aparılıb. xx.xx.2013-cü ildə X21 prezidenti bağçada əsaslı təmir və yenidənqurmadan sonra yaradılmış şəraitlə tanış olub və Fond bağçanı bütün zəruri avadanlıqlarla təchiz edib (bax: X21 saytından çıxarış). Heç bir ölkədə uşaq bağçasının yaxınlığında avtoyuma məntəqəsinin fəaliyyətinə icazə verilmir. Bu avtoyuma məntəqəsi isə nəinki uşaq bağçasının yaxınlığında (6 metrliyində) yerləşir, hətta onun qapısı məhz uşaq bağçasının girişinə tərəfdir və avtomobillərin yuyulduğu zaman boksun qapısı açıq olur. Bağçaya gələn və oranı tərk edən uşaqlar bu boksların qarşısından keçir. Bütün sivil ölkələrdə müəyyən edilmiş qaydalara görə, avtoyuma məntəqəsinin ayrılan çirkab su ya təmizləndikdən sonra kanalizasiyaya buraxılmalı, ya da xüsusi rezervuarda toplanmalı və kənar yerə daşınaraq utilizasiya edilməlidir. Həmin avtoyuma məntəqəsində isə tullantı suların axıdılması üçün qurğu (trap) boksdan kənarda quraşdırılıb, yəni tullantı sular boksdan (tikilidən) kənara çıxdıqdan sonra trapa daxil olur. Bundan başqa, avtoyuma məntəqəsinin sahibi nəinki həmin tikilidən, hətta onun qarşısındakı ərazidən də avtoyuma məntəqəsi kimi istifadə edir. Məsələn, avtomobillərin müəyyən hissələri (çirkli ayaqaltılar və s.) boksdan kənarda (açıq havada) təzyiqli su ilə yuyulur. Yəni avtoyuma məntəqəsinin fəaliyyət göstərdiyi ərazi yalnız tikintialtı sahə ilə məhdudlaşmayaraq daha böyük sahəni əhatə edir, bu isə həmin ərazi ilə ətrafdakı tikililər arasındakı məsafənin daha da azalmasına səbəb olur. Nəticədə isə uşaq bağçasının ərazisi səs-küy, çirk və kimyəvi yüklü tullantı sahəsinə çevrilir. Yasamal Rayon İcra Hakimiyyəti hazırkı iş üzrə cavabdehlərdən biridir, uşaq bağçasının yaxınlığında (6 metrliyində) qanunsuz avtoyuma fəaliyyətinin qarşısının alınmamasına görə İcra hakimiyyətinin vəzifəli şəxsləri də məsuliyyət daşıyır. O cümlədən Elm və Təhsil Nazirliyinin vəzifəli şəxsləri də bu hala görə məsuliyyət daşıyır, çünki bağçalar həmin Nazirliyin tabeliyindədir. 5-ci hal: avtomobil yolu. Avtoyuma məntəqəsi avtomobil yolunun torpaq sahəsində yerləşir. Avtomobil yolları haqqında qanunvericiliyinə görə, həmin məntəqə qanunsuzdur. Belə ki, “Avtomobil yolları haqqında" Qanunun 10-1-ci maddəsinin 1-ci hissəsində qeyd olunub: "Şəhər avtomobil yolları ümumi istifadədə olan avtomobil yollarının tərkibinə daxil olmaqla, şəhərlərin inzibati-ərazi hüdudları daxilindəki küçə və prospektləri əhatə edir". Avtoyuma məntəqəsi şəhər avtomobil yoluna (yəni 77 saylı körpələr evi-uşaq bağçasının qarşısından keçən küçəyə) bitişik olmaqla avtomobil yolunun torpaq sahəsində yerləşir. “Avtomobil yollarının torpaq sahəsi” anlayışı "Avtomobil yolları haqqında" Qanunun 13cü maddəsinin 1-ci və 2-ci hissələrində müəyyən edilib: "Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada avtomobil yollarının əlverişli yerləşdirilməsi, tikintisi, inkişafı, saxlanılması, təmiri və istifadəsi üçün zəruri torpaq sahəsi ayrılır. Avtomobil yollarının torpaq sahəsini təhkim və qorunma (mühafizə) zolaqları təşkil edir". "Avtomobil yolları haqqında" Qanunun 13-cü maddəsinin 6-cı hissəsində qeyd olunub: "Ümumi istifadədə olan avtomobil yollarının torpaq sahələrində müvafiq icra hakimiyyəti orqanının və müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun razılığı olmadan və ya verilmiş razılıq şərtləri pozulmaqla inşa edilmiş hər cür tikili və qurğular qanunsuz hesab edilir. Qanunsuz tikili və qurğuların inşasına yol vermiş hüquqi və fiziki şəxslər, onları bu Qanunla və Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş qaydada öz qüvvəsi və (və ya) vəsaiti hesabına sökməlidir". Avtomobil yolunun torpaq sahəsində 2 bokslu avtoyuma məntəqəsinin inşası üçün 13-cü maddənin 6-cı hissəsinə göstərilən razılıq verilməyib. Avtoyuma məntəqəsinin sahibi nəinki avtomobil yolunun torpaq sahəsini zəbt etməklə orada tikinti işi aparıb, hətta avtomobil yolunun (asfalt örtüyün) təyinatını dəyişərək onu yardımçı meydança kimi (yuyulmuş avtomobillərin qurulanması, yuyulmasını gözləyən avtomobillərin dayanması və s. üçün) istifadə edir. O cümlədən İXM bunu qadağan etməklə belə hərəkətlərə görə inzibati məsuliyyət müəyyən edib. Belə ki, İXM- nin 350.1-ci maddəsinə görə, müvafiq icazə almadan və ya alınmış icazənin şərtlərinə əməl etmədən avtomobil yollarında, prospektlərdə, küçələrdə, təhkim və mühafizə zolağında tikinti işləri aparan şəxslər cərimə olunur. Bundan başqa, İXM-nin 354.0.8-ci maddəsi avtomobil yollarının təhkim zolağında nəqliyyat vasitələrinin yuyulması üçün meydançaların, servis obyektlərinin, digər qurğuların yerləşdirilməsinə görə cərimə müəyyən edib. 6-cı hal: içməli su. Avtoyuma məntəqəsinin yerləşdiyi yaşayış zonasına içməli su fasilələrlə verilir, çünki su kifayət qədər deyil. Buna baxmayaraq avtoyuma məntəqəsində içməli su texniki məqsədlər üçün istifadə olunur. AR Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli qərarı ilə təsdiq edilmiş "Sudan istifadə Qaydaları"nın 1.11ci bəndində qeyd olunub: "Texniki su kəməri şəbəkəsi ilə əhatə olunmamış ərazilərdə içməli sudan texnoloji proseslərdə (yaşıllıqların suvarılması, avadanlığın soyudulması, nəqliyyat vasitələrinin yuyulması, beton qarışıqlarının hazırlanması və s.) istifadə edilməsinə yalnız istehlakçının müraciətinə əsasən texniki şərtlərə uyğun olaraq STKM-in icazəsi ilə yol verilir." Lakin həmin məntəqədə içməli suyun məhz avtomobillərin yuyulması məqsədilə istifadəsinə STKM tərəfindən icazə verilməyib. Cavabdeh fərdi minik avtomobilinin saxlanması üçün qaraj tikintisinə icazə verilməsi barədə sənəd təqdim edib, qaraja isə texniki və ya içməli su verilmir, çünki avtomobilin qarajda saxlanması üçün su lazım deyil. Bundan başqa, AR Su Məcəlləsinin 59-cu maddəsinin axırıncı hissəsinə görə, qanunvericilikdə nəzərdə tutulmuş qaydada içməli sudan texniki məqsədlər üçün istifadə edən müəssisələr, bir qayda olaraq, təkrar və dövr edən su təchizatı sisteminə keçməlidirlər. Lakin həmin məntəqədə təkrar və dövr edən su təchizatı sisteminə keçilməyib. 7-ci hal: zəbt. Zəbt edilmiş torpaq sahəsində avtoyuma fəaliyyəti həyata keçirilə bilməz. Avtoyuma məntəqəsinin yerləşdiyi, dövlət (bələdiyyə) mülkiyyətində olan torpaq sahəsinin avtoyuma məntəqəsinin sahibinə ayrılması barədə hüquq müəyyənedici sənəd yoxdur. O, məhkəməyə məktub təqdim edib, lakin məktub torpağa münasibətdə hüquq müəyyənedici sənəd sayılmır. Avtoyuma məntəqəsinin sahibi həmin tikilinin (qarajın) onun atası X28 (Abbasovun) adına sənədləşdirildiyini bildirsə də, başqa şəxsə - X10 aid olan sərəncamı və planı məhkəməyə təqdim edib. Sərəncanın məhz həmin yerə aid olması qeyri-müəyyəndir. Bundan başqa, həmin sərəncam və planda 1 bokslu qarajın sahəsinin 20 kv.m olduğu qeyd edilsə də, avtoyuma məntəqəsi 2 bokslu olmaqla 40 kv.m sahəni tutur. Bu fakt qarajın planı və qarajın fotosunun (ekoloji monitorinq idarəsinin çəkdiyi fotoların) müqayisəsindən aydın görünür: planda 1 bokslu qaraj əks olunsa da, fotolorda 2 bokslu tikili əks olunub. Bu isə onu təsdiq edir ki, avtoyuma məntəqəsinin sahibi ən azı 20 kv.m torpaq sahəsini zəbt edib. Torpaq sahəsinin zəbt edilməsinə görə cinayət məsuliyyəti müəyyən edilib (Cinayət Məcəlləsi, maddə 188.2). Konstitusiya Məhkəməsinin AR Cinayət Məcəlləsinin 188-ci maddəsinin şərh edilməsinə dair xx.xx.2015-ci il qərarına görə, cinayət qanunvericiliyi mülkiyyət formasından asılı olmayaraq, torpaq üzərində mülkiyyət hüququnun hər bir elementini müdafiə edir və ARnın vahid torpaq fondunu təşkil edən bütün kateqoriya torpaqlar Cinayət Məcəlləsinin qeyd olunan maddəsinin təsiri altına düşür. Həmin cinayət üzrə cinayət təqibi ictimai ittiham qaydasında həyata keçirilir və məhkəmə mülki işə baxarkən bu cinayətin əlamətlərini aşkar etdikdə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verməlidir (MPM, maddə 265.4). Xüsusilə nəzərə alınmalıdır ki, torpaq sahəsi kommersiya məqsədləri üçün uşaq bağçasının yaxınlığında zəbt edilib, orada ətraf mühit üçün zərərli olan avtoyuma məntəqəsi inşa edilib və gəlir əldə edilməsi üçün ayrı- ayrı şəxslərə icarəyə verlir. Avtoyuma məntəqəsinin sahibi məhkəməyə verdiyi etirazında bunu yazılı şəkildə etiraf edib. Avtoyuma məntəqəsində icarədar kimi fəaliyyət göstərən X4 VÖEN- i yoxdur, o, qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğuldur (İXM, maddə 398). Avtoyuma məntəqəsində işçi (yuyucu) kimi fəaliyyət göstərən X5 isə əmək müqaviləsi yoxdur (İXM, maddə 192.1). 8-ci hal: özbaşına tikinti. Özbaşına tikinti avtoyuma məntəqəsi kimi istifadə oluna bilməz. Yuxarıda qeyd olunub ki, torpaq sahəsi zəbt edilib. Mülki Məcəllənin 180.1-ci maddəsinə görə, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində tikilmiş tikili özbaşına tikinti sayılır. Mülki Məcəllənin 180.2-ci maddəsində özbaşına tikinti aparmış şəxsə münasibətdə qeyd olunub: "Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur". Avtoyuma məntəqəsinin sahibi isə yazılı şəkildə etiraf edib ki, həmin tikilini avtoyuma fəliyyətinin həyata keçirilməsi üçün icarəyə verib. İcarə hüququ dövlət qeydiyyatına alınmayıb, baxmayaraq ki, daşınmaz əmlak üzərində müddəti on bir aydan çox olan icarə və ya istifadə hüququ dövlət qeydiyyatına alınır ("Daşınmaz əmlakın dövlət reyestri haqqında" Qanun, maddə 19.1). Bu, onu təsdiq edir ki, avtoyuma məntəqəsi özbaşına tikintidir, bu səbəbdən icarə hüququnun qeydə alınması mümkün deyil. 9-cu hal: icazə və təyinat. Avtoyuma məntəqəsinin sahibinə dövlət (bələdiyyə) mülkiyyətindəki torpaq sahəsində 2 bokslu avtoyuma məntəqəsi inşa etməyə icazə verən hüquq müəyyənedici sənəd yoxdur. Mövcud olan sərəncam fərdi avtomobilin saxlanması üçün 1 bokslu qarajın tikintisinə icazə verilməsi barədədir, həmin sərəncam isə başqa şəxsin - X6 adınadır. "Qaraj" və "avtoyuma məntəqəsi" ayrı-ayrı anlayışlardır. Qaraj (fr, garage) - avtomobil və digər nəqliyyat vasitələrinin durması üçün tikilidir, biznes məqsədli avtoyuma fəaliyyəti üçün zəruri olan tələblərə (səs izolyasiyası və s.) cavab vermir. Avtoyuma məntəqəsinin sahibi qarajın təyinatı dəyişib, 2 boks yaradıb, onun qarşısında su trapı quraşdırıb, avtomobillərin alt hissəsinin yuyulması üçün çala qazdırıb və s. (bax: foto № 2). AR Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli 51 nömrəli qərarı təsdiq edilmiş “Ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl Qaydalar"ın 4.1ci bəndinə görə, yaşayış zonalarında yeraltı və yerüstü qarajların yerləşdirilməsinə yol verilir, avtoyuma məntəqəsinin yaşayış zonasında yerləşməsi nəzərdə tutulmayıb. Odur ki, yaşayış zonasındakı qarajın təyinatının dəyişdirilərək avtoyuma məntəqəsi kimi istifadə edilməsi həmin Qaydaların tələbinə ziddir. 10-cu hal: istismara icazə. AR Şəhərsalma və Tikinti Məcəlləsinin 101.1-ci maddəsinə görə, tikinti obyektinin istismarına icazə verilməsi tikintisi başa çatmış obyektin və ya onun bir hissəsinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun tikildiyinin və ondan təyinatı üzrə istifadənin mümkünlüyünün təsdiq edilməsidir. Mövcud 2 bokslu tikintinin istismarına icazə verilməyib, yəni onu normativ sənədlərin tələblərinə uyğun tikildiyi və ondan təyinatı üzrə (biznes məqsədli avtoyuma kimi) istifadənin mümkünlüyü təsdiq edilməyib. Odur ki, həmin tikinti avtoyuma məntəqəsi kimi istismar oluna bilməz. Avtoyuma məntəqəsi sahibinin əlində fərdi avtomobil üçün 1 bokslu qarajın tikintisinə icazə verilməsi barədə sərəncam var, o isə başqa şəxsin – X6 adınadır. Sərəncamın məhz həmin yerə aid olması isə qeyrimüəyyəndir. 11-ci hal: səs-küyün səviyyəsi. Səs-fiziki hadisə olub, səs mənbəyinin elastic mühitdə yaratdığı hərəkət dalğalarına deyilir. Səsin sürəti havada 21°C temparaturda 343,2 m/s bərabərdir. Səs dalğaları hər hansı maneəyə (binaların divarlarına və s.) rast gəldikə onun bir hissəsi əks olunur. Ona görə də yaşayış zonasında avtoyuma məntəqəsində ayrılan səs dalğaları dəfələrlə əks olunaraq səsin şiddəti artır. Hər hansı sahədə külək arxadan əsəndə səs dalğaları yerə doğru, qarşıdan əsəndə isə yuxarıya doğru istiqamətlənir. Bundan başqa, səs dalğaları gündüz (yer qızdığı üçün) istiliyin təsiri ilə yuxarıya doğru, gecə (yer soyuduğu üçün) aşağıya doğru istiqamətlənir. Ona görə də də yaşayış zonasında avtoyuma məntəqəsindən ayrılan səs dalğaları yuxarı mərtəbələrə daha çox təsir edir. Avtoyuma məntəqəsinin fəaliyyəti nəticəsində əmələ gələ səs-küyün səviyyəsinin normadan artıq olduğu rəsmi qaydada təsdiq olunub, hətta inzibati cərimə tətbiq edilib (İXM, maddə 275.2). Bunu təsdiq edən sənədələr iş materiallarına əlavə edilib. Nəticədə isə AR Prezidentinin xx.xx.2008-ci il tarixli 797 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənmələri Normaları"nın tələbləri pozulub. Səsküyün səviyyəsinin azaldılması üçün aidiyyəti dövlət qurumları avtoyuma məntəqəsinin sahibinə dəfələrlə xəbərdarlıq etsə də, o, xəbərdarlıqlara məhəl qoymayıb. Daha sonra İcra hakimiyyəti tikilinin təyinatının dəyişdirilməsi barədə yazılı xəbərdarlıq etsə də, avtoyuma məntəqəsinin sahibi bu xəbərdarlığa da məhəl qoymayıb. Sonradan səs-küyün səviyyəsinin qismən azalması müvəqqəti təminat tədbiri barədə məhkəmə qərardadının icrası ilə bağlıdır, bu, avtoyuma məntəqəsi sahibinin öz istəyi ilə baş verməyib. Belə ki, həmin qərardadla avtoyuma məntəqəsində təzyiqli yuyucu aparatdan istifadə qadağan olunub. Avtoyuma məntəqəsinin sahibi qərardadın göstərişinə tam əməl etməsə də (yəni təzyiqli yuyucu aparatdan istifadəni dayandırmasa da) səs-küyü qismən azaldıb. Mülki iş üzrə hazırlıq iclası təyin edildikdən sonra avtoyuma məntəqəsinin sahibi əvvəlki aparatı öz sərəncamında saxlamaqla avtoyuma məntəqəsinə ikinci yuyucu aparat gətirib, müvəqqəti olaraq süni səs səviyyəsi yaratmaq üçün texniki tədbirlər görüb, daha sonra isə ekspertiza keçirilməsi barədə vəsatət verib. Əslində məhkəmə avtoyuma məntəqəsinin normal təsərrüfat fəaliyyəti nəticəsində əmələ gələn səs-küyün səviyyəsini əsas götürməlidir. Normal təsərrüfat fəaliyyətindən əmələ gələn səs-küyün səviyyəsi qəfil yoxlama zamanı müəyyən edilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi qəfil yoxlama keçirib və səsin səviyyəsinin normadan yüksək olduğunu müəyyən edib. Bakı şəhərində fəaliyyət göstərən istənilən avtoyuma məntəqəsində səs-küyün səviyyəsi qəfil yoxlanılsa, onun normadan yüksək olduğu müəyyən ediləcək, çünki normal təsərrüfat fəaliyyətindən əmələ gəlir. Yoxlama öncədən təyin edildikdə isə süni olaraq aşağı səs səviyyəsi yaradılır. İnternet informasiya ehtiyatında ingilis dilində "X2" və ya rus dilində "Технические характеристики моек высокого давления" açar sözlərindən istifadə etməklə məlumat axtarıldıqda müəyyən edilir ki, avtomobillərin təmizlənməsi üçün istifadə edilən yuyucu aparatların yaratdığı səs-küyün səviyyəsi (dB) yaşayış zonaları üçün müəyyən edilmiş normadan artıqdır. Ekspertiza keçirilməsi üçün süni olaraq yaradılan səs səviyyəsi iddianın rədd edilməsinə əsas ola bilməz. Belə ki: 1) səs-küy yaradan yuyucu apparat stasionar deyil, daşınandır, onun çevik şəkildə başqası ilə dəyişdirilməsi, ekspertiza keçirildikdən sonra əvvəlki aparatın öz yerinə qaytarılması və ya aparatın texniki imkanlarından istifadə edilməklə səs-küyün səviyyəsinin müvəqqəti azaldılması mümkündür; 2) gələcəkdə subyektlərin avtoyuma məntəqəsinin sahibinin və ya icarədarın dəyişməsi mümkündür, hər yeni subyekt özünə məxsus yuyucu aparatdan istifadə edəcək; 3) normadan artıq səs-küy yaranması avtoyuma fəaliyyətinin xüsusiyyəti ilə bağlıdır, ona görə səs-küyün süni şəkildə azaldılması müvəqqəti mövcud olacaq; 4) səs-küy səviyyəsi həlledici deyil, səs-küyün səviyyəsindən asılı olmayaraq avtoyuma məntəqələrinin ətraf mühitə və sağlamlığa mənfi təsirinə görə qanunvericilik onların yaşayış zonasında yerləşməsinə icazə vermir. Odur ki, həmin tikilinin avtoyuma məntəqəsi kimi istifadəsi qadağan olunmalıdır. 12-ci hal: səsküyün təsirinə dözmək vəzifəsi. Belə mübahisələr həll edilərkən yol verilən məhkəmə səhvlərindən biri “səsin səviyyəsi” və “səsin mənbəyi” anlayışlarının nəzərə alınmamasıdır. Səsin səviyyəsinin qanuniliyinin (norma daxilində olub-olmamasının) yoxlanması üçün əvvəlcə səsin mənbəyinin qanuniliyi (səsi yaradan fəaliyyətin norma daxilində olubolmaması) yoxlanılmalıdır (MPM, maddə 80). Səsin səviyyəsi o halda yoxlanla bilər ki, səsin mənbəyinin qanuni olduğu müəyyən edilsin. Əgər səsin mənbəyi qanunsuzdursa, səsin səviyyəsi yoxlanılmadan səsi yaradan fəaliyyət qadağan olunmalıdır. Çünki istənilən səs ümumi bioloji qıcıqlandırıcı olmaqla insan orqanizminə təsir edir, insanın isə yalnız qanuni mənbədən əmələ gələn səsin təsirinə dözmək vəzifəsi var. AR qanunvericiliyi yaşayış zonasında avtoyuma məntəqəsinin yerləşməsinə icazə vermədiyinə görə, səsin mənbəyi qanunsuzdur. Yaşayış zonasında yaşayış üçün, istehsalat zonasında istehsalat üçün, nəqliyyat infrastrukturu zonasında nəqliyyat üçün xarakterik səslər olan bilər və s. Odur ki, yaşayış zonasındakı səs hətta norma daxilində olsa da həmin tikilinin avtoyuma məntəqəsi kimi istifadəsi qadağan olunmalıdır. Bunu AR qanunvericiliyi də təsdiq edir. Belə ki, Mülki Məcəllənin 171-ci maddəsinin mənasına görə, qonşu sahədən gələn və norma daxilində olan səs-küyün təsirinə dözmək vəzifəsi o halda mövcud olur ki, səs-küy qanuni fəaliyyət nəticəsində əmələ gəlsin. Qanunvericlik avtoyuma məntəqəsinin yaşayış zonasında yerləşməsinə icazə vermədiyinə görə, belə məntəqənin “qonşu” olması mümkün deyil. Odur ki, iddiaçının hətta norma daxilində səs-küyün təsirinə dözmək vəzifəsi yoxdur. Bundan başqa, Mülki Məcəllənin 170.2-ci maddəsində "Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir" qeyd olunub. Göründüyü kimi, bu maddədə "mülkiyyət hüququnu həyata keçirən" ifadəsindən istifadə olunub. Avtoyuma məntəqəsinin sahibinin 40 kv.m torpaq sahəsinə və ya 2 bokslu tikiliyə mülkiyyət hüququ yoxdur. Odur ki, o, iddiaçının mənzilinə nəinki hədsiz təsir, ümumiyyətlə, təsir göstərməkdən çəkinməlidir. 13-cü hal: ətraf mühit və mənzil. Belə mübahisələr həll edilərkən yol verilən məhkəmə səhvlərindən biri "mənzilin daxili" və "ətraf mühit" anlayışlarının nəzərə alınmamasıdır. AR Konstitusiyasının 39-cu maddəsinə görə, hər kəsin sağlam ətraf mühitdə yaşamaq hüququ vardır. Bu hüququn adındakı "ətraf mühit" ifadəsi onu təsdiq edir ki, sağlam ətraf mühitdə yaşamaq hüququ yalnız mənzilin daxili ilə məhdudlaşmır, hər kəs yaşadığı binanın ətrafında da sağlam ətraf mühitin qorunmasını tələb edə bilər, çünki insanlar həm də yaşadığı binanın ətrafında istirahət edir, asudə vaxtını keçirir və s. Ətraf mühit - müəyyən ərazidə orqanizmlərin inkişafına və həyatına təsir edən bütün şərtlərin və təsirlərin cəmidir. "Ətraf mühitin mühafizəsi haqqında" Qanunun 1-ci maddəsində ətraf mühit "insan fəaliyyətindən asılı olmayaraq onu əhatə edən canlı və cansız təbiətin məcmusu" kimi müəyyən edilib. Odur ki, belə mübahisələr həll edilərkən avtoyuma məntəqəsinin yalnız mənzilin daxilinə təsiri (mənzilin daxilində yaratdığı səs-küy səviyyəsi və s.) əsas götürülə bilməz, yaşayış binasının ətrafı da nəzərə alınmalıdır. Həmin avtoyuma məntəqəsi yaşayış binasının ətrafını səs-küy, çirk və kimyəvi yüklü tullantı sahəsinə çevirib. 14-cü hal: ictimai rəy. Heç bir ölkədə avtoyuma məntəqəsinin yaşayış zonasında yerləşməsinə icazə verilmir, lakin AR-da avtoyuma məntəqələri yaşayış zonalarını zəbt edib, səlahiyyətli qurumlar isə bunun qarşısını almaq üçün tədbir görmür. Yaşayış zonasında yerləşən avtoyuma məntəqələrinin səs-küy və antisanitariya mənbəyi olması, insanların sağlamlığına zərər vurması barədə ictimai rəy formalaşıb. Heç kəs avtoyuma məntəqələrinin fəaliyyət göstərməsinin əleyhinə deyil, lakin belə məntəqələrin Bakı şəhərinin yaşayış zonasında yerləşməsi qanunvericiliyə ziddir. İnternet saytlarında bununla bağlı 10-larla məqalə dərc olunub. Hər kəs müvafiq açar sözləri daxil etməklə bu yazılarla tanış ola bilər. Həmin məqalələrin bir hissəsinin başlıqları və dərc edildiyi saytlar qeyd olunub.

16. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-93/2024 nömrəli, 14 may 2024-cü il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, 41 (yeni qaydalarla 121) nömrəli evin yaxınlığında, Bakı şəhəri 77 saylı körpələr evi-uşaq bağçasının qarşısında yerləşən, Abbasov X1 olan qeyri-yaşayış sahəsindən (1 mərtəbəli 2 bokslu tikilidən) avoyuma məntəqəsi kimi istifadə edilməsi Cavabdeh3 qadağa edilmiş, keçirilmiş ekspertiza xərci olan 50 (əlli) manat məbləğində pul vəsaiti Cavabdeh3 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir (hakim Ayşən Sultanova- Məmmədova).

17. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni "Ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənmələri Normaları"na, “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 6, 37, 46-cı maddələrinə, “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 5, 16, 17-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 169.1, 170.1 və 170.2-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 360-cı maddələrinə istinad etməklə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri

18. Cavabdeh3 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddianın təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

19. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, o, birinci instansiya məhkəməsinin nəticəsi ilə razı deyil. Birinci instansiya məhkəməsi belə bir nəticəyə gələrkən aparılmış araşdırmalar nəticəsində mübahisənin predmeti olan avtoyuma məntəqəsi kimi istifadə olunan qaraj tikilisinin iddiaçının yaşadığı mənzilin yerləşdiyi binadan 31 metr aralıda olduğunu, AR Ekologiya və Təbii Sərvətlər Nazirliyi X20 Monitorinq idarəsinin xx.xx.2023-cü il tarixli, 3-14/2/c/815-3/2023 saylı məktubu ilə PCE- 322A səyyar ölçmə cihazı vasitəsi ilə avtoyuma məntəqəsində istifadə olunan aparatdan ətraf mühitə yayılan səs-küy səviyyəsini müəyyən etmək məqsədi ilə ölçmə işləri aparıldığını, təyin edilmiş göstərici ətraf mühüt üçün yol verilən hədd daxilindən artıq olması müəyyən edildiyini, Bakı şəhəri Yasamal rayon İHB-nın müavininin xx.xx.2023-cü il tarixli 5-21/2-c-28/3-075/3- 711/23 saylı məktubu ilə mübahisə edilən tikili qaraj tikilisi olaraq istifadəyə verildiyini, həmin tikilinin təyinatı dəyişdirilərək avtoyuma məntəqəsi kimi fəaliyyət göstərdiyini, bununla əlaqədar ona xəbərdarlıq edilərək tikili avtoyuma məntəqəsi kimi fəaliyyət göstərməyə başlanıldığı təqdirdə həmin fəaliyyətin dayandırılması ilə bağlı tədbirlər görüləcəyi bildirildiyini, iddiaçının yaşadığı evin yaxınlığında və Bakı şəhəri 77 saylı körpələr evin-uşaq bağçasının qarşısında yerləşən avtoyuma məntəqəsi kimi istifadə olunan qeyri-yaşayış sahəsi həm bina sakinlərin nüfuzedən səs-küydən, həm də avtoyuma nəticəsində istifadə edilən kimyəvi maddələrindən əziyyət çəkdiyi müəyyən edildiyini əsas olaraq göstərmişdir. Hesab edir ki, məhkəmə məlum nəticəyə gələrkən ilk növbədə AR MPM-nin 106.1-ci maddənin tələbini pozaraq qətnamədə cavabdehə münasibətdə qərəzli mövqe nümayiş etdirərək qətnamənin 1-ci səhifəsindən başlayaraq 13 səhifəsinədək məhkəmə iclaslarında iştrak etməyən iddiaçının iddianın əsaslarına (hətta ABŞ, Fransa, BƏƏ, Rusiya və Avropa ölkələrində avtoyuma məntələlərinin fəaliyyəti ilə bağlı tətbiq edilən qayda və normalarına) istinad etmiş, qətnamənin 13-cü səhifəsində isə bütün məhkəmə iclaslarında iştrak etmiş cavabdehin və onun nümayəndəsi və vəkilinin iddianı qəbul etmədiklərini və iddianın rədd edilməsi haqqında qətnamə qəbul etməyi xahiş etdiklərini göstərmiş, etirazın əsaslarını təşkil edən subutların heç birinə istinad etməmişdir. Bununla da məhkəmə AR MPM-in 14.1, 76.1, 77.1, 88 və 106.1-ci maddələrin tələblərini pozmuşdur. İlk növbədə məhkəmə araşdırmaları zamanı iddiaya etiraz ərizəsinə və növbəti məhkəmə iclasında məhkəməyə təqdim edilmiş DƏDRX-nin 1 saylı ərazi idarəsi tərəfindən onun adına verilmiş xx.xx.2012-ci il tarixli, 11/1395 və 11/1396 inventar nömrəli texniki pasportlardan görünür ki, 1 mərtəbəli 2 boksli qaraj tikilisi şəxsi mülkiyyət olaraq adına dövlət reyestrində qeydə alınmış, həmin tikilin biri əvvəllər Ramin Qurbanov adına şəxsə məxsus olmuş olsa da, onunla aralarında bağlanmış alqı-satqı müqaviləsi əsasında satın aldıqdan sonra öz adına rəsmiləşdirmişdir. Odur ki, həmin tikili məhkəmənin qətnamədə əks edilmiş iddiaçının izahatında göstərdiyi kimi nə dövlətin, nə bələdiyyənin, nə də ki, Ramin Qurbanov adında şəxsin mülkiyyətində olmuşdur. Məhkəmə iddiaçının ona qarşı olan bu əsassız dəlillərə münasibət bildirməmişdir. Eyni zamanda hesab edir ki, məhkəmə qətnamədə AR Nazirlər Kabinetin xx.xx.2014-cü il tarixli 51 saylı qərarı ilə təsdiq edilmiş “Ərazilənin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydaların 4.1-ci bəndinə istinad edərək yaşayış zonalarında yeraltı və yerüstü qarajların yerləşdirilməsinə yol verildiyinə, lakin avtoyuma məntəqəsinin yaşayış zonasında yerləşdirilməsi nəzərdə tutulmadığı əsas götürməklə iddianı təmin edərkən iddiaçının cavabdehə qarşı belə bir iddia irəli sürmək üçün hüququn olmamasına, avtoyuma məntəqəsi kimi fəaliyyət göstərən qarajın iddiaçının yaşadığı mənzildən 31 metr aralıda yerləşməsi, həmin məntəqədə istifadə olunan avtoyuma aparatın səsi iddiaçının yaşadığı mənzilində müşahidə olunub-olunmaması, ümumiyyətlə məntəqənin fəaliyyəti iddiaçının hansı maraqlarına və mənafəyinə toxunmasını təsdiq edən sübutların təqdim edilməməsinə əhəmiyyət və düzgün hüquqi qiymət verməmişdir. Məlum məsələdir ki, cavabdeh mübahisənin predmeti olan qarajın fəaliyyətini dəyişərək avtoyuma məntəqəsi kimi fəaliyyət göstərirdisə həmin fəaliyyətin qadağan edilməsi üçün tələb irəli sürmək hüququ iddiaçıya yox, müvafiq səlahiyyətli orqanlara aid hesab edilməlidir. İş materiallarından görünür ki, 20 ilə yaxın müddətdə müvafiq səlahiyyətli orqanlar tərəfindən ona qarşı belə bir tələb irəli sürülməmişdir. Bu gün Bakı şəhəri İH-nin və RETSİ-nin əməkdaşları tərəfindən yuxarıda istinad edilmiş tədbirlərin görülməsi və məktubla müraciətlərin edilməsi yalnız iddiaçının müraciətləri əsasında olmuşdur. İddia o halda əsaslı sayıla bilərdi ki, ona məxsus avtoyuma məntəqəsi kimi istifadə edilən qarajın fəaliyyəti iddiaçının hər hansı bir maraqlarına və mənafəyinə toxunmuş olsun. İddiaçı bu halları təsdiq edən hər hansı dəlil və sübutları məhkəməyə təqdim etməmiş, hətta məhkəmə öz təşəbbüsü ilə həmin halların müəyyən edilməsi üçün iş üzrə mütəxəssis və ekspert rəylərin verilməsinə dair qərardad qəbul etmiş, həmin qərardad əsasında Respublika Gigiyeva və Epidemiologiya Mərkəsin mütəxəssisləri tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-28—15/2-263/2024 saylı mütəxəssis və Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/9722-4/2053 saylı ekspert rəyləri ilə müəyyən edilmişdir ki, iddiaçının yaşadığı mənzilin yerləşdiyi binadan məsafə 31 metr aralıda yerləşir və avtoyuma məntəqəsində istifadə olunan apparatlardan yayılan səs-küyün səviyyəsini müəyyən edilmiş normadan artıq olub-olmamasını, ətraf mühüt üçün yol verilən hədd daxilindən artıq olub-olmamasını, o cümlədən iddiaçının yaşadığı mənzilin yerləşdiyi məsafəyə yayılması yol verilən hədd daxilindən artıq olub-olmaması müəyyən etmək, müvafiq ölçülərin aparmaq üçün ekspert və mütəxəssislər iddiaçının yaşadığı mənzilə gəlmələrinə baxmayaraq mənzilə buraxılmamışlar, bu səbəbindən iş üzrə müvafiq rəylərin verilməsi mümkün olmamışdır. Eyni zamanda qeyd edilmiş halların obyektiv araşdırılması və düzgün hüquqi qiymət verilməsi üçün iddiaçının yaşadığı binanın 7-ci və 9-cu mərtəbələrində (özü 8-ci mərtəbədə yaşayır) yaşayan sakinlər X14 və X13 şahid qismində dindirilməsinə dair verdiyi vəsatət məhkəmə tərəfindən təmin edilməmişdir. Hesab edir ki, bu hal bir daha məhkəmə tərəfindən mübahisənin iddiaçının xeyrinə həll edilməsində maraqlı olmasına dəlalət edir. Bundan başqa qətnamənin qeyri-qanuniliyi onunla sübuta yetirilir ki, məhkəmə iddianın təmin edilməsinə dair nəticəyə gələrkən qətnamənin əsaslandırıcı hissəsində avtoyuma məntəqəsi kimi istifadə olunan qeyriyaşayış sahəsi həm bina sakinlərin nüfuzedən səs-küydən həm də avtoyuma nəticəsində istifadə edilən kimyəvi maddələrindən əziyyət çəkdiyi müəyyən edildiyini əsas olaraq göstərmişdir. Halbuki nə iddiaçının özü, nədəki iş üzrə hər hansı bir sənəd və ya sübutla iddiaçıdan başqa qaraj tikilinin avtoyuma məntəqəsi kimi fəaliyyət göstərməsi həmin ərazidə yaşayan sakinləri narazılığına səbəb olması, nə də ki, məntəqədə kimyəvi maddələrdən istifadə edilməsi və bundan da həmin ərazidə yaşayan sakinlərin əziyyət çəkməsini təsdiq edən hər hansı bir sənəd, sübut müəyyən edilməmişdir. Hesab edir ki, məhkəmənin bu nəticəsi AR MPM-nin 217.1, 217.3 və 217.4-cü maddənin tələblərinə zidd hesab edilməlidir. O ki, qaldı qətnamənin əsaslandırıcı və qət etdi hissəsində məhkəmə iddianı təmin edilməsi haqda nəticəyə gələrkən xüsusilə Bakı şəhəri 77 saylı körpələr evinuşaq bağçasının qarşısında yerləşən qeyri-yaşayış sahəsindən avtoyuma məntəqəsi kimi istifadə edilməsi qadağan edilməsini vurğulamasına, hesab edir ki, məhkəmənin belə bir nəticəsi iş materiallarına əlavə edilmiş Bakı şəhəri 77 saylı körpələr evin-uşaq bağçasının xx.xx.2024-cü il tarixli məktubu ilə tam ziddiyyət təşkil edir. Belə ki, məhkəmə həmin məktuba diqqət yetirmiş olsa idi məlum olardı ki, Bakı şəhəri 77 saylı körpələr evin-uşaq bağçasının müdüri avtoyuma məntəqəsi kimi istifadə olunan qarajın bağçadan 20-25 metr aralıda yerləşdiyini və həmin məntəqənin fəaliyyəti bağçada tərbiyə alan körpələrin və uşaqların rahat yaşamalarına, tərbiyə almalarına və normal inkişaf etmələrinə heç bir narahatçılıq törətmədiyini, bununla bağlı cavabdehə qarşı heç bir tələbin və şikayətin olmadığını göstərmişdir. Belə olduğu halda məhkəmənin heç bir əsası olmadığı halda iddiaçının iddia tələblərindən kənara çıxaraq Bakı şəhəri 77 saylı körpələr evi-uşaq bağçasının ehtimal olunan əsassız mənafələrini nəzərə almaqla iddianın təmin edilməsi haqda gəldiyi nəticə də əsassız və qanunsuz hesab edilməlidir. Beləliklə, birinci instansiya məhkəməsinin iddiaçının formal mülahizələrə və əsassız ehtimallara əsaslandırılmış və cavabdehə qarşı hazırki iddianı qaldırmaq üçün subyektiv hüququ olmayan şəxs tərəfindən qaldırılmış iddia əsasında çıxarılmış qətnamə əsassız və qanunsuz hesab edilməklə ləğv edilməlidir. Ən başlıcası isə məhkəmə kollegiyasının diqqətinə AR Konstitusiya Məhkəməsinin Plenumunun “S.Ələkbərovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 14 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına” dair xx.xx.2015-ci il tarixli qərarında şərh edilmiş müddəaları çatdırmaq istəyir. Belə ki, istinad edilmiş qərarda “Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə, iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalı, subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Hesab edir ki, birinci instansiya məhkəməsi məlum nəticəyə gələrkən istinad edilmiş AR Konstitusiya Məhkəməsinin xx.xx.2015-ci il tarixliqərarında şərh edilmiş müddəaları da nəzərə almamışdır.

20. Cavabdeh apellyasiya şikayətinin dəlillərində aşağıdakıları qeyd etmişdir.

21. Birinci instansiya məhkəməsində aparılan araşdırmalar nəticəsində müəyyən edilmişdir ki, mübahisənin predmeti olan avtoyuma məntəqəsi kimi fəaliyyət göstərən ümümi sahəsi 40 kv.m olan qaraj tikilisinə dair mülkiyyət hüquqları dövlət reyestrində qeydə alınmışdır. İddiaçının yaşadığı mənzildən 31 metr aralıda yerləşən avtoyuma məntəqəsi kimi istifadə olunan həmin tikilidə istifadə olunan yuyucu apparatdan ətrafa yayılan səs-küyün iddiaçının yaşadığı mənzilə yayılması, bunun da nəticəsində yaşadığı mənzildə narahatçılıq yaratmasını təsdiq edən sübut və dəlilləri məhkəməyə təqdim etməmiş, məhkəmə qərardadı ilə avtoyuma məntəqəsinin fəaliyyəti zamanı istifadə olunan yuyucu apparatdan yayılan səsin yaşadığı mənzilin yerləşdiyi məsafəyə yayılması yol verilən hədd daxilindən artıq olub-olmaması müəyyən etmək üçün iddiaçının yaşadığı mənzilində müvafiq ölçülərin aparmaq üçün gedən ekspert və mütəxəssisləri mənzilinə buraxmamış, bununla da məhkəmə belə bir tələbi irəli sürmək hüququ olmayan şəxs tərəfindən qaldırılmış tələb əsasında mülkiyyətindən istifadə və sahiblik hüquqlarını pozan və məhdudiyyətlər yaradan əsassız qətnamə qəbul etməklə AR Konstitusiya Məhkəməsinin 13, 29-cü və AR MM-nin 152.1-ci maddələrinin tələblərini pozmuşdur. Birinci instansiya məhkəməsində aparılan araşdırmalar nəticəsində müəyyən edilmişdir ki, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Mirəli Seyidov küçəsi, 41 (yeni qaydalarla 121) nömrəli evin yaxınlığında yerləşən avtoyuma məntəqəsi kimi fəaliyyət göstərən 1 mərtəbəli qaraj tikilisinin fəaliyyəti onun hər hansı bir maraq və mənafəyinə toxunmasını təsdiq edən subutları məhkəməyə təqdim edə bilməmiş, cavabdehə qarşı həmin tikilinin avtoyuma məntəqəsi kimi fəaliyyət göstərməsinin qadağan edilməsi haqda tələb irəli sürmək üçün subyektiv hüququ olmamışdır. Buna baxmayaraq məhkəmə iddiaçının formal ehtimal və mülahizələrini əsas götürməklə iddianın təmin edilməsi haqda qətnamə çıxararkən AR MPM-nin 54.1-ci maddənin tələblərini pozmuşdur. Birinci instansiya məhkəməsi mübahisə ilə bağlı məhkəməyə təqdim edilmiş və məhkəmə araşdırmaları zamanı müəyyən edilmiş subutları tam və hərtərəfli araşdırmamış, həmin subutlara düzgün hüquqi qiymət verməmişdir. Belə ki, 11 saylı RETSİ-nin əməkdaşları tərəfindən cavabdehin barəsində xx.xx.2023-cü il tarixli 79251 nömrəli akt, xx.xx.2023-cü il tarixli, ******* nömrəli protokol tərtib edərkən avtoyuma məntəqəsində istifadə olunan yuyucu aparatdan ətraf mühütə yayılan səs-küyün yol verilən həddi aşması müəyyən edilərkən ölçü işləri qarajın yanından aparılmasına, həmin səs-küyün iddiaçının yaşadığı mənzilinə yayılması, bunun da nəticəsində yaşadığı mənzildə narahatçılıq yaratmasını təsdiq edən subut və dəlilləri məhkəməyə təqdim edə bilməməsinə, hətta məhkəmənin təşəbbüsu ilə iddiaçının yaşadığı mənzilin yerləşdiyi məsafəyə yayılıb-yayılmaması müəyyən etmək, müvafiq ölçülərin aparmaq üçün ekspert və mütəxəssislər iddiaçının yaşadığı mənzilə gəlmələrinə baxmayaraq mənzilə buraxılmamalarına diqqət yetirilməmişdir. Bununla da, birinci instansiya məhkəməsi iş üzrə mühüm əhəmiyyət kəsb edən bu halları nəzərə almadan AR MPM-nin 14.1, 14.2, 76.1, 77.1 və 88-ci maddələrinə zidd olan qətnamə qəbul etmişdir. Mübahisə ilə bağlı çıxarılmış qətnamənin əsaslandırıcı və qət etdi hissəsindən görünür ki, məhkəmə iddiaçının iddia tələblərinin təmin edilməsi haqda qətnamə çıxararkən cavabdehə xüsusilə Bakı şəhəri 77 saylı körpələr evin-uşaq bağçasının qarşısında yerləşən qeyri-yaşayış sahəsindən avtoyuma məntəqəsi kimi istifadə edilməsi qadağan edərkən iddia tələblərindən kənara çıxaraq məsələ ilə bağlı məhkəməyə təqdim edilmiş və iş materiallarına əlavə edilmiş Bakı şəhəri 77 saylı körpələr evin-uşaq bağçasının xx.xx.2024-cü il tarixli məktubunda istinad edilmiş hallara əhəmiyyət verməmiş, bununla da məhkəmə AR MPM-nin 217.3 və 217.4-cü maddələrinin tələblərini pozmuşdur. Məhkəmə mübahisə ilə bağlı iddiaçının iddia etdiyi tələblərlə iş üzrə verilmiş mütəxəssis və ekspert rəyləri arasında ziddiyyət müəyyən olunmasına əhəmiyyət verməmiş, həmin ziddiyyətlərin mövcud olması iddianın təmin edilməməsi üçün əsas olmasına diqqət yetirməmişdir. Hesab edir ki, məhkəmə məlum nəticəyə gələrkən mübahisə edilən qaraj tikilisindən 20 il ərzində avtoyuma məntəqəsi kimi istifadə olunması, tikilinin bu fəaliyyəti vergi orqanlarında qeydiyyata alınması, bunun da nəticəsində 20 il ərzində ətrafda yaşayan sakinlərin və qurum rəhbərlərinin etiraz və şikayətlərin olmamasına əhəmiyyət verməmişdir.

Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

22. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Apellyasiya icraatı iştirakçılarının izahatları

23. Məhkəmə iclasında Cavabdeh3 apellyasiya şikayətini müdafiə edərək orada göstərilənlərə uyğun izahat verib təmin edilməsini xahiş etmişdir.

24. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmişdir. İddiaçı xx.xx.2024-cü il tarixli ərizə ilə məhkəməyə müraciət edərək, 2(105)-1864/2024 nömrəli mülki işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir.

25. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi

26. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

27. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

28. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

29. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

30. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.

31. Maddə 158.1.2.Mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ əmlak hüquqları sayılır.

32. Maddə 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir.

33. Maddə 169.1. Bu Məcəllədə müəyyənləşdirilmiş hallarda mülkiyyət hüququ məhdudlaşdırıla bilər.

34. Maddə 170.1. İkitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır.

35. Maddə 170.2. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır.

36. Maddə 171.1. Torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisi, əgər öz sahəsindən istifadə etməkdə ona maneçilik yaranmırsa və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulursa, qonşu sahədən qazın, buxarın, qoxunun, hisin, tüstünün, səs-küyün, istiliyin, titrəyişlərin və ya digər oxşar amillərin öz sahəsinə təsirini qadağan edə bilməz.

37. Maddə 171.2. Təsirin əhəmiyyətli olduğu, lakin digər torpaq sahəsindən və ya başqa daşınmaz əmlakdan adi istifadədən törəndiyi və istifadəçilərin həmin növü üçün normal təsərrüfat fəaliyyəti sayılan tədbirlərlə qarşısı alına bilmədiyi hallarda da eyni qayda qüvvədə olur.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəllə

38. Maddə 9.3. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz.

39. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

40. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

41. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

42. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

43. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

44. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

45. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər.

46. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

47. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

48. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

49. Apellyasiya şikayətindən görünür ki, Cavabdeh3 Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(004)-93/2024 nömrəli qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

50. Ona görə də kollegiya Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsini tam həcmdə yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

51. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

52. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

53. Beləliklə, işin hallarından görünür ki, hazırkı iddia tələbi Cavabdeh3 məxsus Yasamal rayonu 77 saylı uşaq bağçasının qarşısında, M.Seyidov küçəsi 41 (yeni qaydalarla 121) nömrəli binanın sağ tərəfində, M.A.Şərifzadə küçəsi 92A (yeni qaydalarla 298) nömrəli binanın yanında yerləşən 1 mərtəbəli 2 bokslu tikilinin avtoyuma məntəqəsi kimi fəaliyyətinin həyata keçirilməsi nəticəsində İddiaçı cavabdeh tərəfindən törədilən maneələrin aradan qaldırılması ilə bağlıdır. İddiaçı məhkəmədən cavabdehin sahibliyində olan tikilinin avtoyuma məntəqəsi kimi istifadəsinin qadağan olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

54. İşin mübahisəsiz hallarından görünür ki, ünvan 4 ünvanında yerləşən 30 nömrəli mənzil İddiaçı xüsusi mülkiyyətindədir. Həmin evin yaxınlığında yerləşən qeyri-yaşayış binası (qaraj) xx.xx.2012-ci il tarixli texniki pasporta əsasən Cavabdeh3 məxsus olmaqla, həmin tikilidə avtoyuma fəaliyyəti ilə məşğul olur.

55. Kollegiya qeyd edir ki, hazırkı iddia mülkiyyət hüququnun həyata keçirilməsində yaradılmış maneələrin aradan qaldırması haqqında olan neqator iddiadır. Mülkiyyətçi öz əmlakından istədiyi kimi istifadə etmək imkanından məhrum olduğundan, mülkiyyətin müdafiəsi haqqında iddia qaldırmaq məcburiyyətində olmuşdur.

56. Kollegiya izah edir ki, mülki qanunvericiliyin müddəalarına görə, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər.

57. Qətnaməni mübahisələndirən Cavabdeh3 apellyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən cavabdehə qərəzli mövqe nümayiş etdirməsini, mübahisənin iddiaçının xeyrinə həll edilməsində məhkəmənin maraqlı olmasını, mübahisənin predmeti olan qarajın avtoyuma məntəqəsi kimi fəaliyyətin qadağan edilməsi üçün tələb irəli sürmək hüququnun iddiaçıya məxsus olmamasını göstərmişdir.

58. Apellyasiya şikayətinin dəlilləri ilə bağlı kollegiya aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

59. Cavabdeh şikayətində iddiaçının yaşadığı mənzildə narahatçılığın yaratmasını təsdiq edən və iddianın təmin olunması mülki işdə sübutların mövcud olmamasını göstərsə də, mülki iş materiallarında olan sənədlər iddianın təmin olunması üçün kifayət etmişdir.

60. Belə ki, iddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X20 Monitorinq İdarəsinin 18 aprel 2023-cü il tarixli, 3-14/2-c-815-3/2023 saylı məktubunu, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Aparatının 9 avqust 2023-cü il tarixli, 2-5/2-21057/2023 saylı məktubunu, Azərbaycan Respublikası Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti Başçısının Müavinin 14 avqust 2023-cü il tarixli, 5-21/2-c-28/3-075/3-711/23 saylı məktubunu və mənzilindən çəkilmiş video və audio yazısını məhkəməyə təqdim edərək, avtoyuma məntəqəsinin fəaliyyəti nəticəsində onun yaşadığı mənzilində maneənin, yəni səs-küyün yaranmasına istinad etmişdir.

61. Cavabdehin iddiaçının yaşadığı mənzilində müvafiq ölçülərin aparmaq üçün gedən ekspert və mütəxəssisləri mənzilinə buraxılmaması nəticəsində müvafiq ekspertizanın keçirilməməsi ilə bağlı şikayətin dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə kollegiyası tərəfindən Mülki Prosessual Məcəlləsinin 14.1-ci və 97.5-ci maddəsinin tələblərinə müvafiq olaraq və ümumiyyətlə apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət vermək, apellyatorun məhkəmədə müdafiə hüququnu və tərəflərin çəkişmə prinsipini tam təmin edilməsi məqsədi ilə iş üzrə səs-küyün həddinin və digər maneələrin mövcud olub-olmamasını müəyyən edilməsinə dair ekspertiza təyin etmişdir. İş üzrə ekspert rəyi verilməsə də məhkəmə kollegiyası ekspertiza ilə müəyyən edilməli olan faktın iş materiallarında olan digər sübutlarla təsdiq olunması qənaətinə gəlmişdir.

62. Belə ki, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi X20 Monitorinq İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubun məzmunundan görünür ki, X20 Monitorinq İdarəsi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları ilə birlikdə tərəflərindən mübahisəli avtoyuma məntəqəsinə birgə baxış və monitorinq-ölçmə işləri aparılması nəticəsində tərtib olunmuş xx.xx.2023-cü il tarixli, 000483 nömrəli Akta əsasən, səs-küy səviyyəsinin ölçmə nəticələri 75-76 dBa (desibel) (norma 60 dBa) təşkil etmişdir ki, bu da ətraf mühit üçün yol verilən həddən artıq olmuşdur.

63. Azərbaycan Respublikası Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti Başçısının Müavinin 14 avqust 2023-cü il tarixli, 5-21/2-c-28/3-075/3-711/23 saylı məktubundan görünür ki, tərəflərindən Bakı şəhəri, Yasamal rayonu 77 saylı uşaq bağçasının qarşısında M.Seyidov küçəsi 41 nömrəli binanın sağ tərəfində, M.A.Şərifzadə küçəsi 92 nömrəli binanın yanında inşa olunmuş 1 mərtəbəli 2 bokslu tikiliyə baxış keçirilmiş və qeyd olunan obyektin avtoyuma məntəqəsi kimi istifadəsi müəyyən edilmişdir. Nəzərə çatdırırlar ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli, 51 nömrəli qərarı ilə təsdiq edilmiş "Ərazilərin zonallaşdırıması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl Qaydalar"ın 4.1-ci bəndində yaşayış zonasında hansı obyektlərin yerləşə biləcəyi sadalanıb. Həmin obyektlərin sırasında avtoyuma məntəqəsi nəzərdə tutulmayıb. 4.1-ci bəndin axırıncı abzasında qeyd olunmuşdur ki, yaşayış zonalarında mehmanxanaların, yeraltı və yerüstü qarajların, açıq avtomobil dayanacaqlarının, həmçinin ətraf mühitə mənfi təsir etməyən və sanitar-mühafizə zolağı qoyulması tələb olunmayan istehsalat obyektlərinin də yerləşdirilməsinə yol verilir. Avtoyuma məntəqəsi yaşayış zonasında o şərtlə yerləşə bilər ki, ətraf mühitə mənfi təsir etməsin və sanitar-mühafizə zolağı qoyulması tələb olunmasın. Eyni zamanda Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi X20 Monitorinq İdarəsinin 18 aprel 2012-cü il tarixli, 3-14/2-C-815- 3/2023 saylı məktubuna əsasən yuxarıda qeyd olunan avtoyuma məntəqəsinin səs-küy səviyyəsi ətraf mühit üçün yol verilən hədd daxilindən artıq olması müəyyən edilmişdir. Belə olan halda Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi X20 Monitorinq İdarəsinin 18 aprel 2012-cü il tarixli, 3-14/2-C-815-3/2023 saylı məktubuna, vətəndaş İddiaçı müraciətinə və qeyd olunanlara əsasən M.A.Şərifzadə küçəsi 92 nömrəli binanın yanında inşa olunmuş 1 mərtəbəli 2 bokslu tikilidə fəaliyyət göstərən avtoyuma məntəqəsinin səs-küy səviyyəsi ətraf mühit üçün yol verilən hədd daxilindən artıq müəyyən olunduğu üçün avtoyuma məntəqəsinin təyinatının dəyişdirilməsi tələb olunur. Əlavə olaraq bildirilir ki, M.A.Şərifzadə küçəsi 92 nömrəli binanın yanında inşa olunmuş 1 mərtəbəli 2 bokslu tikilidə fəaliyyət göstərən avtoyuma məntəqəsinin təyinatını dəyişdirilmədiyi təqdirdə qeyd olunan avtoyuma məntəqəsinin fəaliyyətinin dayandırılması istiqamətində tədbirlər görüləcəyi barədə Cavabdeh3 xəbərdar olunur.

64. İş materiallarında olan iddiaçının mənzilindən qeydə alınmış audio və video yazısından müəyyən edilir ki, mübahisələndirilən avtoyuma məntəqəsinin fəaliyyəti ilə bağlı səs-küy mənzilə daxil olmaqdadır.

65. Göründüyü kimi, mübahisəli obyektdə səs-küyün səviyyəsinin yol verilən həddən artıq olması sadalanan sənədlərlə öz təsdiqini tapır.

66. Azərbaycan Respublikası Konstitusiyasının 39-cu maddəsinin İ və İİ bəndinə əsasən, hər kəsin sağlam ətraf mühitdə yaşamaq hüququ vardır. Hər kəsin ətraf mühitin əsl vəziyyəti haqqında məlumat toplamaq və ekoloji hüquqpozma ilə əlaqədar onun sağlamlığına və əmlakına vurulmuş zərərin əvəzini almaq hüququ vardır.

67. “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinə əsasən, ətraf mühitin mühafizəsi sahəsində hər bir vətəndaşın həyatı və sağlamlığı üçün əlverişli ətraf mühitinin olması, onun vəziyyəti və vəziyyətinin yaxşılaşdırılması barədə tədbirlər haqqında dəqiq məlumat almaq hüququ, sağlamlıq və həyat üçün əlverişli olan ətraf təbii mühitdə yaşamaq hüququ, ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin pozulması nəticəsində təqsirkar təşkilatların, vəzifəli şəxslərin və vətəndaşların məsuliyyətə cəlb edilməsi barədə müvafiq orqanlar və məhkəmələr qarşısında iddialar qaldırmaq və s. hüquqları vardır.

68. “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları indiki və gələcək nəsillərin səhhətinə mənfi təsir göstərməyən və onların sanitariya-epidemioloji salamatlığını təmin edən əlverişli ətraf mühitdə yaşamaq hüququna malikdirlər.

69. Bundan başqa kollegiya apellyasiya şikayətinin cavabdehin istifadə və sahiblik hüquqlarını pozulmasına dair dəlilinə münasibət bildirərək qeyd edir ki, mülkiyyət hüququ mütləq hüquq deyil, nisbi hüquq olduğundan, mülkiyyətdən istifadə digər üçüncü şəxslərin hüquqlarını pozmamalıdır. Lakin işdən görünür ki, cavabdeh özünə məxsus obyektindən sahiblik və istifadə hüquqlarını həyata keçirərkən iddiaçının öz mənzilində dinc yaşamaq hüququnu pozmuşdur.

70. Həmçinin, kollegiya apellyasiya şikayətinin “iddiaçının məhkəmədə hazırkı iddianı irəli sürmək hüququnun olmamasına dair” dəlilinə münasibət bildirərək qeyd edir ki, Mülki Məcəllənin 157.4-cü maddəsinin müddəalarına əsasən, hər bir mülkiyyətçi əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bələliklə, İddiaçı ona məxsus mənzilə dair mülkiyyət hüquqlarını həyata keçirərkən yaranmış maneələrinin aradan qaldırılması üçün cavabdeh tərəfindən edilən hərəkətlərə son qoyulmasını məhkəmədən tələb etmək üçün subyektiv hüququ vardır.

71. Kollegiya apellyasiya şikayətinin “birinci instansiya məhkəməsi tərəfindən Bakı şəhəri 77 saylı körpələr evi-uşaq bağçasını xx.xx.2024-cü il tarixli məktubunda istinad edilmiş hallara əhəmiyyət verilməməsi” ilə bağlı dəlilinə münasibət bildirərək qeyd edir ki, qeyd olunan məktubun mövcudluğu və Bakı şəhəri 77 saylı körpələr evi-uşaq bağçasına cavabdeh tərəfindən maneənin yaradılmaması hazırkı iddia üzrə iddiaçının hüququnun pozulmaması və aradan qalxması anlamına gəlmir.

72. Məhkəmə kollegiyası, apellyasiya şikayətinin “mübahisə edilən qaraj tikilisindən 20 il ərzində avtoyuma məntəqəsi kimi istifadə olunmasına, tikilinin bu fəaliyyəti vergi orqanlarında qeydiyyata alınmasına, bunun da nəticəsində 20 il ərzində ətrafda yaşayan sakinlərin və qurum rəhbərlərinin etiraz və şikayətlərin olmaması”na dair dəlilinə qiymət verərək, hesab edir ki, həmin dəlil iddiaçıya yaradılan maneənin mövcudluğunu və hazırkı iddia ilə məhkəməyə müraciət etmək hüququnu istisna etmir.

73. Belə olan halda kollegiya hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər formal mülahizələr kimi qiymətləndirilməlidir, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

74. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə mahiyyətcə düzgün olan qətnamənin ləğvi üçün əsas ola bilməz.

75. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392- 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(004)-93/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar