Məhkəmə qərarları › İş №2(105)-1652/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1652/2021

04.05.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1652/2021 04.05.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh şöbəsinə, İİİ şəxs X1rşı icra sənədinə əsasən pulun iddiaçıya qaytarılması təmin edilmədən iddiaçının mənzildən çıxarılmasının cavabdehə qadağan edilməsi tələbinə dаir mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 27 yanvar 2021-ci il tarixli, 2(012)1144/2021 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında apelyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh şöbəsinə, İİİ şəxs X1rşı icra sənədinə əsasən pulun iddiaçıya qaytarılması təmin edilmədən iddiaçının mənzildən çıxarılmasının cavabdehə qadağan edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron Rayon Məhkəməsinin 2(012)-5390/2018 saylı, 27 iyul 2020-ci il tarixli icra sənədinə əsasən qət edilmiş 23000 manat pulun İddiaçı qaytarılması təmin edilmədən, İddiaçı Abşeron rayonu, Xırdalan şəhəri, məhəllə 26, bina 12, mənzil 15-dən çıxarılmasının Cavabdeh şöbəsinə qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 07 dekabr 2020-ci il tarixli, 2(012)5054/2020 saylı qərardadı ilə ərizə təmin edilmiş, Abşeron rayon Məhkəməsinin 2(012)-5390/2018 saylı, 27 iyul 2020-ci il tarixli icra vərəqəsinin - İddiaçı Abşeron rayonu, Xırdalan şəhəri, məhəllə 26, bina 12, mənzil 15-dən çıxarılması hissəsində icra olunması Cavabdeh şöbəsinə qadağan edilməsi qərara alınmışdır (hakim Habil Əhmədov) İş üzrə üçüncü şəxs X4 həmin qərardaddan şikayət verərək qərardadın ləğv edilməsini, iddiaçının ərizəsinin rədd olunması barədə yeni qərardad qəbul edilməsi, əks təqdirdə şikayətinə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 2(012)-1144/2021 saylı, 27 yanvar 2021-ci il tarixli qərardadı ilə iş üzrə İİİ şəxs X3 tərəfindən verilən şikayət təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin 07 dekabr 2020-ci il tarixli, 2(012)-1144/2021 saylı qərardadı ləğv edilmiş, Abşeron rayon Məhkəməsinin 2(012)-5390/2018 saylı, 27 iyul 2020-ci il tarixli icra vərəqəsinin - İddiaçı Abşeron rayonu, Xırdalan şəhəri, məhəllə 26, bina 12, mənzil 15-dən çıxarılması hissəsində icra olunmasının Cavabdeh şöbəsinə edilmiş qadağa götürülmüşdür. İddiaçı həmin qərardaddan şikayət verərək, Abşeron Rayon Məhkəməsinin 2(012)- 1144/2021 saylı, 27 yanvar 2021-ci il tarixli qərardadının ləğv edilməsini, əks təqdirdə şikayət 7 gün müddətində işlə birlikdə baxılması üçün apelyasiya instansiya məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 03 mart 2021-ci il tarixli, 2(012)1144/221 saylı qərardadı ilə şikayət təmin edilməmiş, şikayət baxılması üçün 7 Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyasının iclasında İddiaçı şikayəti onunla əsaslandırdı ki, məhkəmə 27.01.2021-ci il tarixli qərardadı ilə özünün 07.12.2020-ci il tarixli qərardadını ləğv etməklə Abvşeron Rayon Məhkəməsinin 27.07.2020-ci il tarixli qətnaməsinin bir tərəfli icrasına şərait yaratmış və bununla da onun hüquqları pozulmuşdur. Məhkəmə 27.12.2020-ci il tarixli qərardadı ilə haqlı olaraq icra hərəkətlərinin aparılmasını icra şöbəsinə qadağan etmişdir. Nəticədə Cavabdeh şöbəsi tərəfindən tərtib edilmiş 11.12.2020-ci il tarixli akt əsasında mübahisəli mənzilə ½ hissədə hüququ yaranan X5 həmin mənzilin ½ hissəsinə köçürülmüş və qətnamə Valentina Kərimovaya dair hissədə icra edilmişdir. Qətnaməyə əsasən mənzilin yerdə qalan ½ hissə\si X6 məxsusdur. Ancaq məhkəmə akt əsasında mənzilə köçürülmüş Valentina Kərimovanın şikayət ərizəsinə əsasən mənzilin digər 1/2 hissəsinə aidiyyatı olmayan 3-cü şəxs adı altında işə qataraq 07.12.2020-ci il tarixli qərardadı ləğv edir. Göründüyü kimi, özünə aid hissədə mənzilə köçürülən Valentina Kərimovanın mənzilin yerdə qalan və qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə ona aid olmayan hissəsinə münasibətdə şikayət etmə hüququ olmadığı halda hakim şikayəti qəbul etmiş, şikayətin əsasında özünün əvvəlki qərardadını ləğv etmişdir. Məhkəmə öz qərardadını əsaslandırarkən belə nəticəyə gəlmişdir ki, iddianın təmin tədbirinin iddia tələbi ilə eyni olması, bu əsasla da iddianın təmin tədbirinin təmin edilməsinin iddianın mahiyyəti üzrə həll edilməsi ilə nəticələnər. Məhkəmə gəldiyi nəticə əsassızdır. Belə ki, qətnamənin bir tərəfli icrası nəticəsində onun ödədiyi və haqqı olan 23000 manat pulun ona qaytarılması təmin edilmədən onu mənzildən çıxarırlar. Odur ki, şikayətin təmin edilərək , Abşeron Rayon Məhkəməsinin 2(012)-1144/2021 saylı, 27 yanvar 2021-ci il tarixli qərardadının ləğv edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilsə də, iş üzrə cavabdeh Abeşron rayon İcra və Probasiya Şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən nümayəndənin iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası məruzəçi hakimin, iddiaçının izahatını məruzəsini dinləyib, şikayətin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən şikayət təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin 2(012)- 1144/2021 saylı, 27 yanvar 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi məhkəmənin 07 dekabr 2020-ci il tarixli, 2(012)-1144/2021 saylı qərardadı ilə Abşeron rayon Məhkəməsinin 2(012)-5390/2018 saylı, 27 iyul 2020-ci il tarixli icra vərəqəsinin - İddiaçı Abşeron rayonu, Xırdalan şəhəri, məhəllə 26, bina 12, mənzil 15-dən çıxarılması hissəsində icra olunmasının Cavabdeh şöbəsinə edilmiş qadağanın götürülməsi qənaətinə gələrkən hesab etmişdir ki, iddia tələbi ilə iddianın təmin tədbiri barədə ərizənin mahiyyəti eyni olduğundan iddianın təmin tədbiri barədə qərardadın qəbul edilməsi işin əvvəlcədən mahiyyəti üzrə həll edilməsi ilə nəticələnər. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, hazırki iddia tələbindən görünür ki, İddiaçı Cavabdeh şöbəsinə, İİİ şəxs X1rşı icra sənədinə əsasən pulun iddiaçıya qaytarılması təmin edilmədən iddiaçının mənzildən çıxarılmasının cavabdehə qadağan edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayon Məhkəməsinin 2(012)-5390/2018 saylı, 27 iyul 2020-ci il tarixli icra sənədinə əsasən qət edilmiş 23000 manat pulun İddiaçı qaytarılması təmin edilmədən, İddiaçı Abşeron rayonu, Xırdalan şəhəri, məhəllə 26, bina 12, mənzil 15-dən çıxarılmasının Cavabdeh şöbəsinə qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bundan əlavə iddiaçı iddianın təmin tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək Abşeron rayon Məhkəməsinin 2(012)-5390/2018 saylı, 27 iyul 2020-ci il tarixli icra sənədinə əsasən qət edilmiş 23000 manat pulun İddiaçı qaytarılması təmin edilmədən, İddiaçı Abşeron rayonu, Xırdalan şəhəri, məhəllə 26, bina 12, mənzil 15-dən çıxarılmasının Cavabdeh şöbəsinə qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 157.1 və 157.2-ci maddələrinə əsasən hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Həmin Məcəllənin 158.1.2-ci maddəsinə əsasən məhkəmə müəyyən hərəkətləri etməyi cavabdehə qadağan edə bilər. Məhkəmə kollegiyası hesab edir ki, iş materiallarından göründüyü kimi, iddia tələbi ilə iddianın təmin tədbiri barədə ərizənin mahiyyəti və xahiş edilən tələb eynilik təşkil edir. Belə olan halda iddiaçının mübahisəli mənzildən çıxarılmasının Cavabdeh Şöbəsinə qadağan edilməsi barədə iddianın təmini tədbirinin təmin edilməsi işi qabaqcadan mahiyyəti üzrə həll etmiş olacaqdır. Bu səbəbdən də birinci instansiya məhkəməsi haqlı olaraq iddiaçının Abşeron rayonu, Xırdalan şəhəri, məhəllə 26, bina 12, mənzil 15-dən çıxarılmasının Cavabdeh şöbəsinə qadağan edilməsi barədə qoyulmuş qadağanın götürülməli olması qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, iddianın təmin tədbiri barədə ərizə iddia tələbi ilə mahiyyəti üzrə eyni olduğundan və iddianın təmin tədbiri barədə ərizənin təmin edilməsinin işi mahiyyəti üzrə həll etdiyindən məhkəmənin 27.12.2020-ci il tarixli qərardadı ilə cavabdeh təşkilat üzərinə qoyulmuş qadağanın götürülməsi barədə məhkəmənin gəldiyi nəticə əsaslıdır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası şikayətin dəlillərini formal mülahizələr kimi qiymətləndirərək hesab edir ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin qanuni və əsaslı qərardadının ləğvi üçün əsas ola bilməz. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-269, 400 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Abşeron Rayon Məhkəməsinin 27 yanvar 2021-ci il tarixli, 2(012)1144/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən:Lətifə Məmmədova Hakimlər: Gülnarə Tağızadə Telman Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar