Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1663/2023 17.08.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər X3 və X1 ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı «alqı-satqı müqaviləsinin bağlanması vəzifəsinin icra edilməsi» tələbinə dair iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 24 iyun 2023-cü il tarixli, 2(060)-4521/2023 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı «alqı-satqı müqaviləsinin bağlanması vəzifəsinin icra edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1986-cı ildən etibarən faktiki istifadəsində olan Cavabdeh 17 sentyabr 2004-cü il tarixli,131 nömrəli qərarı ilə adına rəsmiləşdirilmiş Sumqayıt şəhərinin “Sarıqaya” bağları massivində yerləşən sahəsi 0,12 ha olan bağ torpaq sahəsinin 2004-cü ilin 17 sentyabr tarixində qüvvədə olmuş normativ aktların tələblərinə uyğun olaraq hər 100 kvadrat metr torpaq sahəsinə görə 180 (bir yüz səksən) manat, ümumilikdə 2180 (iki min bir yüz səksən) manat alqı-satqı məbləği tərəfindən bələdiyyəyə yenidən ödənilməklə həmin bağ torpaq sahəsinin alqı-satqı müqaviləsinin (aktının) bağlanılması öhdəliyinin Cavabdeh üzərinə qoyulmasını xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 24 iyun 2023-cü il tarixli, 2(060)-4521/2023 nömrəli qəradadı ilə İddiaçı Cavabdehnə qarşı «alqı-satqı müqaviləsinin bağlanması vəzifəsinin icra edilməsi» tələbinə dair iddia ərizəsinin qəbulundan imtina edilmiş və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmış, iddiaçıya hazırki məsələ ilə bağlı müvafiq inzibati orqan tərəfindən alınmış imtina cavabı ilə əlaqədar inzibati məhkəmə icraatı qaydasında müvafiq inzibati məhkəməyə müraciət etmək hüququ izah edilmişdir (hakim Şəbnəm Həxiyeva). Hazırda İddiaçı şikayət verərək Sumqayıt Şəhər Məhkəməsinin 24 iyun 2023-cü il tarixli, 2(060)-4521/2023 nömrəli qərardadının ləğv olunmasını və iddia tələbinə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iddia ərizəsinin məzmunundan da göründüyü kimi onun Cavabdehnə qarşı tələbi 1986-cı ildən etibarən faktiki istifadəsində olan Cavabdeh 17 sentyabr 2004-cü il tarixli, 131 nömrəli qərarı ilə adına rəsmiləşdirilmiş Sumqayıt şəhərinin “Sarı-qaya” bağları massivində yerləşən sahəsi 0,12 ha olan bağ torpaq sahəsinin 2004-cü ilin 17 sentyabr tarixində qüvvədə olmuş normativ aktların tələblərinə uyğun olaraq hər 100 kvadrat metr torpaq sahəsinə görə 180 (bir yüz səksən) manat, ümumilikdə 2180 (iki min bir yüz səksən) manat alqı-satqı məbləği onun tərəfindən bələdiyyəyə yenidən ödənilməklə alqı-satqı müqaviləsinin bağlanmasından ibarətdir. Beləliklə, cavabdeh inzibati orqan olsa da, hazırki mübahisə təbiətinə görə mülki xarakterli münasibətlərin nəticəsi olaraq ifadə edilir. Bu səbəbdən tərəflər arasında yaranmış mübahisə alqı-satqı müqaviləsinin bağlanılması ilə əlaqədar olduğundan, yəni mülki hüquq münasibətlərindən yarandığından, müvafiq iddiaya inzibati məhkəmə icraatı qaydasında deyil, məhz mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Bu praktika inzibati məhkəmələrdə artıq formalaşmışdır. Belə ki, o, maraqlandıqda bildirilmişdir ki, bələdiyyələrlə alqı-satqı müqavilələrinin bağlanılması tələblərinə dəfələrlə inzibati məhkəmlərdə məhz mülki əqd kimi yanaşılaraq iddia tələbləri mümkün sayılmamış və vətəndaşlara mülki məhkəmələrə müraciət etmək tövsiyyə edilmişdir. Bu halda hesab edir ki, işin baxılması inzibati məhkəmə icraatı qaydasında deyil, mülki məhkəmə icraatı qaydasında həyata keçirilməlidir. Bu müddəa Azərbaycan Respublikasının İnzibati- Prosessual Məcəlləsinin tələblərindən də irəli gəlir. Adı çəkilən Məcəllənin 2.2-ci maddəsində inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddiaların dairəsi müəyyən olunmuşdur. Bu səbəbdən hesab edir ki, çıxarılmış məhkəmə qərardadının hər hansı hüquqi əsası mövcud deyildir və bu hal məhkəmə tərəfindən mülki prosessual qanunvericilik normalarının aşkar pozulduğunun göstəricisidir. Mübahisəyə mühiyyəti üzrə mülki məhkəmə icraatı qaydasında baxılmalı olduğu halda, məhkəmə tamamilə əsassız olaraq işin guya inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğu qənaətinə gəlmişdir. Bu səbəbdən çıxarılmış qərardadın ləğvi üçün şikayətlə məhkəməyə müraciət etməyi zəruri sayır. Sumqayıt Şəhər Məhkəməsinin 20 iyul 2023-cü il tarixli, 2(060)-4521/2023 nömrəli qəradadı ilə İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməmiş, şikayətin işlə birlikdə baxılması üçün 7 gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakim Şəbnəm Həxiyeva). Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən şikayət mümkün sayılaraq yazılı icraata qəbul edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır. Həmin Məcəllənin 153.2.1-ci maddəsinə əsasən, ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim, yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. İnzibati hüquq münasibətləri (idarəçilik sahəsində ümumi (publik) hüquq münasibətləri) dövlət idarəçiliyi və ya yerli özünüidarəetmə sahəsində yaranır və bilavasitə dövlət idarəetmə fəaliyyətinin həyata keçirilməsi prosesində inzibati orqanların vəzifə və səlahiyyətlərinin yerinə yetirilməsi ilə bağlıdır. Göründüyü kimi, belə hüquq münasibətlər publik hüquq sahəsində yaranmaqla münasibətin tərəfi kimi mütləq qaydada inzibati orqan çıxış edir, həmin orqanın fəaliyyəti ictimai idarəetmə ilə bağlı olur və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşaiyyət olunur. Nəzərə alınmalıdır ki, inzibati hüquq münasibətlərini digər hüquq münasibətlərindən fərqləndirən xüsusiyyətlərdən biri həmin münasibətlərin hakimiyyət-tabeçilik prinsipi əsasında qurulmasıdır. İddia ərizəsindən görünür ki, İddiaçı dövlət orqanının hərəkətlərindən şikayət edir və üzərinə vəzifə qoyulmasını xahiş edir. Bu baxımdan, məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2-ci maddəsinə görə isə, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. Həmin Qərarın 6.1-ci bəndində qeyd edilmişdir ki, torpaq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən nəzərə alınmalıdır ki, dövlətin və bələdiyyələrin mülkiyyətində olan torpaqların fiziki və hüquqi şəxslərin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməsi dövlət orqanının və ya bələdiyyənin qərarı ilə həyata keçirildiyindən fiziki və hüquqi şəxslərlə hakimiyyət səlahiyyətlərinin subyektləri olan həmin orqanlar arasında onların torpaqla bağlı qərarlarından, hərəkətlərindən (hərəkətsizliklərindən) verilən iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Belə ki, iddiaçı iddia tələbində torpaq sahəsinin alqı-satqı müqaviləsi bağlanması yolu ilə onun mülkiyyətinə verilməsi öhdəliyinin bələdiyyənin üzərinə qoyulmasını tələb edir. Göründüyü kimi bələdiyyələrin mülkiyyətində olan torpaqların fiziki və hüquqi şəxslərin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməsi bələdiyyənin qərarı ilə həyata keçirildiyindən, birinci instansiya məhkəməsi İddiaçı iddia ərizəsinin qəbulundan imtina edərkən düzgün hüquqi nəticəyə gəlmişdir. Bunundan əlavə qeyd edilməlidir ki, “İnzibati orqanların Təsnifatı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 136 nömrəli qərarına əsasən Azərbaycan Respublikasının bələdiyyələri inzibati orqan hesab edilir. Odur ki, İddiaçı iddia tələbi predmet və subyekt tərkibinə görə inzibati xarakterlidir və bu səbəbdən ümumi məhkəmədə baxılmalı deyildir. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, İddiaçı tələbi predmet və subyekt tərkibinə görə inzibati xarakterli olduğundan və bu səbəbdən ümumi məhkəmədə baxılmalı olmadığından iddiaçının dəlilləri əsassızdır, birinci instansiya məhkəməsi İddiaçı iddia ərizəsinin qəbul edilməsindən imtina etməklə doğru qənaətə gəlmiş, mahiyyətcə düzgün qərardad çıxarmışdır. Ona görə də şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Azərbaycan Respublikası MPM-nin 398.0.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 395-396, 397.2, 398, 400 və 402.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 24 iyun 2023-cü il tarixli, 2(060)-4521/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-1663/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1663/2023
17.08.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver