Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1664/2023 17.10.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), X13 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı nümayəndə və vəkili Vəkil1, Cavabdeh3, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 nümayəndə və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1nə, Cavabdeh2 və Cavabdeh3 qarşı Cavabdeh1 21 oktyabr 2022-ci il tarixli, K-25/2-099/2-t/1 saylı qərarının ləğv edilməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 12 iyun 2023-cü il tarixli, 2(012)-2630/2023 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh2 və Cavabdeh3 tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1nə, Cavabdeh2 və Cavabdeh3 qarşı qərarın ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron Rayonu İcra Hakimiyyətinin 21 oktyabr 2022-ci il tarixli, K-28/2-099/2-t/1 saylı qərarının ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 10 mart 2015-ciil tarixdə X7 ilə rəsmi dövlət nikah qeydiyyatından keçərək ailə həyatı qurmuşdur. Birgə nikahlarından 06 yanvar 2016-cı il təvəllüdlü X8 olmuşdur. 10 dekabr 2021-ci il tarixdə iddiaçının həyat yoldaşı X7 “Böyrəklərin respirator pozğunluq sindromu” səbəbi ilə vəfat etmişdir. 06 yanvar 2016-cı il təvəllüdlü X8 iddiaçının himayəsindəşdir. Hal-hazırda iddiaçı qızı ilə birlikdə valideynləri ilə birlikdə yaşayır. Həyat yoldaşının valideynləri Cavabdeh2 və Cavabdeh3 “uşaqla ünsiyyətdə olma ilə bağlı maneənin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət etmiş və Abşeron Rayon Məhkəməsinin 2(012)-3773/2022 saylı, 20 sentyabr 2022-ci il tarixli qərardadı ilə iddia tələbi baxılmamış saxlanılmışdır. Qərardaddan narazı qalan Cavabdeh2 və Cavabdeh3 apellyasiya şikayəti vermişlər. Sumqayıt Apellyasiya Məhkəməsinin 04 noyabr 2022-ci il tarixli qərarı ilə Abşeron Rayon Məhkəməsinin 20 sentyabr 2022-ci il tarixli, 2(012)-3773/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır. İddiaçı övladının nə babası, nə də nənəsi ilə görüşməyinə heç bir hal və vasitə ilə maneə olmamışdır. Lakin, Cavabdeh2 və Cavabdeh3 nədənsə nəvələri ilə görüşmələrində hər hansı bir maneə olmamasına baxmayaraq, yenidən Cavabdeh1nə müraciət etmişlər. İddiaçı Komissiyanın iclasında iştirak edərək qızının ağır şəkərli diabet xəstəsi olmasını, gündəlik müəyyən rejimlə qidalanması, iynədərman qəbul etməsi barədə məlumat vermişdir. Həmçinin, bir daha vurğulamışdır ki, qızının nənə-babası ilə görüşməsinə heç bir etirazı yoxdur. Sadəcə olaraq gündəlik rejimini, qızının xəstəliyini, həftə içi 5 gün məktəbə getməsini nəzərə almalarını, həftənin yalnız bir günü olmaqla şənbə günü 4-5 saat görüş vaxtının verilməsini xahiş etmişdir. Bununla belə Cavabdeh1 21 oktyabr 2022-ci il tarixli K-28/2-099/2t/1 saylı qərarına əsasən Komissiya Cavabdeh2 və Cavabdeh3 nəvəsi X8 ilə hər həftənin ikinci (çərşənbə axşamı), dördüncü (cümə axşamı) günü saat 13:00-dan 17:00-dək və şənbə günü saat 10:00-dan 16:00-dək ünsiyyətdə olma müddətinin müəyyən edilməsini qərara almışdır. X8 ağır şəkərli diabet xəstəsidir. İddia ərizəsinə əlavə edilmiş X1 X9 X11 X3 də görünür ki, X6 “Şəkərli diabet, 1 tip-insulindənaslı, labil gedişli və ağırlaşdırıcı hal kimi Diabetik lipodistrofiya diaqnozu” qoyulmuşdur. Xəstəliyi ilə əlaqədar olaraq Kərimzadə Xədicəyə xüsusi nəzarət olunmalı, gün ərzində xüsusi pəhrizlə qidalanmalı, günün müəyyən saatlarında (8:00, 13:00, 18:00, 20:00) qanda şəkərə və yeməkdə karbohidrata görə insulin miqdarı təyin olmaqla iynələr vurulmalıdır. Bu səbəbdən də azyaşlı Xədicənin qərarda qeyd edildiyi kimi uzun müddət çərçivəsində nənə və babası ilə görüşün müəyyən edilməsi birbaşa olaraq uşağın səhhətində ciddi təhlükələr yarada bilər. Bundan əlavə, qərarda qeyd edilmişdir ki, həftənin ikinci (çərşənbə axşamı), dördüncü (cümə axşamı) günü saat 13:00-dan 17:00-dək uşağın nənə-babası ilə ünsiyyətdə olması onun gələcək həyatına müsbət nəticələrə səbəb ola bilər. Sual yarana bilər ki, bəs Xədicə nə zaman dincəlməli, nə zaman dərsləri ilə məşğul olmalıdır? Əlbəttə ki, iddiaçı da bir ana kimi övladının öz nənə, baba qayğısı ilə böyüməsini istəyir. Lakin Xədicə məktəblidir. Cavabdeh3 da, həmin məktəbdə müəllimə işləyir, həftədə 2-3 dəfə nəvəsi Xədicəyə dərs deyir, demək olar ki, hər gün onu görür. İddiaçı özü də müəllimədir, övladının təhsili ilə özü məşğul olur, onun qayğısına qalır, onu yaxşı böyütmək, cəmiyyət və dövlət üçün layiqli vətəndaş kimi formalaşdırmaq üçün əlindən gələni edir. Uşaq atası öldükdən sonra çox sarsıntı keçirtmiş, mənəvi cəhətdən iddiaçıya daha çox bağlanmışdır. Xədicənin azyaşlı olması, səhhətindəki problemlərin ağır olması, gün ərzində 4 dəfə iynə vurulması, xüsusi nəzarətdə olması halları nəzərə alınmalıdır. Bu baxımından da həftə içi görüş vaxtının müəyyən edilməsi uşağın mənafeyinə ziddir. Cavabdeh1 X4 İşləri və Hüquqlarının müdafiəsi üzrə Komissiyası qeyd edilən halları nəzərə almadan müvafiq rəy vermişdir. Belə ki, Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə İddiaçı Cavabdeh1nə qarşı “Cavabdeh1 21 oktyabr 2022-ci il tarixli K28/2099/2t/1 saylı qərarının ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair iddiasının mümkün sayılmaması qərara alımışdır. Qərar onunla əsaslandırılmışdır ki, Cavabdeh1 21 oktyabr 2022-ci il tarixli K-28/2- 099/2- t/1 saylı qərarı inzibati akın əlamətlərini özündə əks etdirmir və inzibati akt deyildir. Həmin qərar inzibati akt olmadığından inzibati məhkəmə icraatında mübahisələndirilməsi də mümkün deyildir. Həmçinin müvafiq qaydada iddiaçı Cavabdeh1nə müraciət etmiş və məhkəməyə müraciət etməsiməqsədəmüvafiq hesab edilmişdir. Bu səbəbdən də halhazırki iddia ərizəsi məhkəməyə etmək məcburiyyətində qalmışdır. Abşeron Rayon Məhkəməsinin 12 iyun 2023-cü il tarixli, 2(012)-2630/2023 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh1 21 oktyabr 2022-ci il tarixli K-28/2- 099/2-t/1 saylı qərarının qismən - Cavabdeh3 və Cavabdeh2 nəvəsi X8 ilə hər həftənin ikinci (çərşənbə axşamı), dördüncü (cümə axşamı) günü saat 13:00-dan 17:00-dək ünsiyyətdə olma müddətinin müəyyən edilməsi hissəsində ləğv edilməsi qərara alınmışdır (hakim Cəmilə Səfiyeva). Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 apellyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin 12 iyun 2023-cü il tarixli, 2(012)-2630/2023 nömrəli qətnaməsinin ləğv edilməsini və iş üzrə icraata xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Məhkəmə kollegiyasının iclasında cavabdehlər Cavabdeh2 və Cavabdeh3 nümayəndə və vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, iddiaçı cavabdehlərin gəlinidir. Xədicə Kərimova da onların nəvəsidir. İddiaçı cavabdehlərin oğlu Fərid Kərimovla xx.xx.2015-ci il tarixdə nikaha daxil olub. xx.xx.2016-ci ildə birgə nikahdan Xədicə Kərimova doğulub. xx.xx.2020-ci il tarixdə Fərid Kərimov koronavirus pandemiyası nəticəsində ölmüşdür. Nənə və baba dəfələrlə müraciət etsə də iddiaçı cavabdehlərin nəvələri ilə görüşməsinə maneə yaradır. Nənə nəvənin oxuduğu məktəbdə işləyir. İcra Hakimiyyətinin rəyi olsa da, iddiaçı rəyi icra etmir. Bu səbəbdən də məhkəməyə müraciət etmişlər. İş üzrə qətnamə qəbul olunub. İddiaçı inzibati aktın ləğvi ilə bağlı məhkəməyə müraciət edib. İnzibati məhkəmə həmin aktın (rəyin) inzibati akt olmaması əsası ilə iddianı mümkünsüz saymışdır. Sonradan işə mülki qaydada baxılıb və iddia qismən təmin olunub. Qəyyumluq və Himayəçilik orqanının qərarı müstəqil şəkildə mübahisələndirilə bilməzdi. Bu barədə Ali Məhkəmənin Plenum Qərarı var. Ailə Məcəlləsinin 62-ci maddəsinə əsasən baba, nənə, qardaş, bacı və digər qohumlar uşaqla ünsiyyət hüququna malikdirlər. Valideynlər (onlardan biri) uşağın yaxın qohumları ilə ünsiyyətinə etiraz etdikdə müvafiq icra hakimiyyəti orqanı valideynlərin (onlardan birinin) bu ünsiyyətə mane olmamağını tələb edə bilər. Valideynlər (onlardan biri) müvafiq icra hakimiyyəti orqanının qərarına tabe olmadıqda, uşağın yaxın qohumları və ya müvafiq icra hakimiyyəti orqanı uşaqla ünsiyyətdə olan maneəni aradan qaldırmaq üçün iddia ilə məhkəməyə müraciət edə bilər. Məhkəmə uşağın rəyini və marağını nəzərə almaqla mübahisəni həll edir. Məhkəmənin qərarına əməl etməyən valideyn Azərbaycan Respublikasının mülki-prosessual qanunvericiliyinə uyğun məsuliyyət daşıyır. Qəyyumluq və Himayəçilik orqanının qərarı barədə yalnız onun icra olunmaması zamanı məhkəməyə müraciət oluna bilər. Bundan əlavə Abşeron Rayon Məhkəməsinin e-2(012)-1259/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə cavabdehlərin nəvələri ilə ünsiyyət hüququ tanınınıb və qətnamə apellyasiya qaydasında qüvvədə qalıb. Ali Məhkəmənin Plenumun xx.xx.2011-ci il tarixli qərarında göstərilir ki, uşaqla ünsiyyət hüququnun həyata keçirilməsi barədə baba, nənə, qardaş, bacı və digər qohumların müraciətinə müvafiq icra hakimiyyəti orqanı (yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları) tərəfindən qanunla müəyyən edilmiş müddətdə baxılmaması və ya bu müraciətin təmin edilməsindən imtina edilməsi həmin orqanın qərarından, hərəkət və ya hərəkətsizliyindən şikayət verilməsinə deyil, uşaqla ünsiyyət qaydasının müəyyən edilməsi məqsədilə məhkəməyə iddia vermək üçün əsasdır. Məhkəmə artıq görüşün müddəti məsələsini də həll edib. Bu iddia məhkəməyə veriləndə artıq uşaqla ünsiyyətə dair iddia apellyasiya məhkəməsinin icraatında idi. Yəni məsələyə artıq məhkəmə qaydasında qiymət verilmişdi. Hesab edir ki, cari iddia üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməsini, Abşeron Rayon Məhkəməsinin 12 iyun 2023-cü il tarixli, 2(012)-2630/2023 nömrəli qətnaməsinin ləğv edilməsini və iş üzrə icraata xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh3 apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndə və vəkili Vəkil1 apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, iddiaçının qızı X8 ağır şəkərli diabet xəstəsidir. İş materiallarına əlavə edilmiş X1 X9 X11 X3 də görünür ki, X6 “Şəkərli diabet, 1 tipinsulindənaslı, labil gedişli və ağırlaşdırıcı hal kimi Diabetik lipodistrofiya diaqnozu” qoyulmuşdur. Xəstəliyi ilə əlaqədar olaraq Kərimzadə Xədicəyə xüsusi nəzarət olunmalı, gün ərzində xüsusi pəhrizlə qidalanmalı, günün müəyyən saatlarında (8:00, 13:00, 18:00, 20:00) qanda şəkərə və yeməkdə karbohidrata görə insulin miqdarı təyin olmaqla iynələr vurulmalıdır. İddiaçı övladının baba-nənəsi ilə ünsiyyətdə olmasına heç bir maneə yaratmır, lakin qızının xəstəliyini, həftə içi 5 gün məktəbə getməsini uşağın gündəlik rejimini, nəzərə almaqla yalnız bir günü olmaqla şənbə günü görüş vaxtının verilməsinə etiraz etmir. Hesab edir ki, Abşeron Rayon Məhkəməsi uşağın hüquq və mənafelərini, xəstəliyini, səhhətini nəzərə alaraq tamamilə düzgün və ədalətli qərar vermişdir. Qeyd etdiklərini nəzərə alaraq apellyasiya şikayətinin təmin edilməməsi və Abşeron Rayon Məhkəməsinin qətnaməsinin qüvvədə saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iş üzrə üçüncü şəxs qismində işə cəlb edilmiş Abşeron Rayon İcra Hakimiyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini araşdırıb, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 12 iyun 2023-cü il tarixli, 2(012)-2630/2023 nömrəli qətnaməsi ləğv edilməli, iddia ərizəsi baxılmamış saxlanmalıdır. Mülki işin materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X7 ilə X5 arasında 10 mart 2015-ci ildə rəsmi nikah bağlanmış, arvada Kərimova soyadı verilmişdir. Mülki işin materiallarında olan Sumqayıt “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən xx.xx.2016-cı il tarixdə verilmiş AZ-İİİ № 685728 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X8 06 yanvar 2016-cı ildə Sumqayıt şəhərində anadan olmuş, atası X7, anası İddiaçıdır. Mülki işin materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2021-ci ildə “Böyrəklərin respirator pozğunluq sindromu” səbəbi ilə vəfat etmişdir. Mülki işin materiallarında olan Cavabdeh1 21 oktyabr 2022-ci il tarixli, K-28/2-099/2t/1 saylı qərarının surətindən görünür ki, Komissiya, Cavabdeh3 və Cavabdeh2 nəvəsi X8 ilə hər həftənin ikinci (çərşənbə axşamı), dördüncü (cümə axşamı) günü saat 13:00-dan 17:00-dək və şənbə günü saat 10:00-dan 16:00-dək ünsiyyətdə olma müddətinin müəyyən edilməsini qərara almışdır. Mülki işin materiallarında olan Abşeron İcra Hakimiyyəti tərəfindən .Kərimovaya ünvanlanmış məktubdan görünür ki, X4 İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın 21 oktyabr 2022-ci il tarixli K-28/2-099/2-t/1 saylı rəyi müvafiq məhkəmə tərəfindən mübahisələndirilir və hüquqi qiymət veriləcəkdir. Mülki işin materiallarında olan X1 X12 tərəfindən verilmiş X11 X3 görünür ki, 06 yanvar 2016-cı il təvəllüdlü X6 şəkərli diabet 1 tip insulindənasılı, labil gedişli diaqnozu qoyulmuşdur. Tövsiyyələr: 1. İnsulinterapiya: 8:00, Novorapid: 5 V; 13:00, Novorapid-5V; 18:00, Novorapid-5V, 20:00 Tresiba 6V Bolyus insulini (Novorapid) qanda şəkərə görə və yeməkdə karbohidrat sayına görə korreksiya olunmalıdır. 2. Pəhriz, özünənəzarət (qanda qlükozaya sutkada 4-6 dəfə nəzarət). 3. 3 aydan bir qanda HbA1c kontrolu. 4. Endokrinologun, nefrologun nəzarəti. Mülki işin materiallarında olan Abşeron rayon Məhkəməsinin 2(012)-3773/2022 saylı, 20 sentyabr 2022-ci il tarixli qərardadının surətindən görünür ki, Cavabdeh2 və Cavabdeh3 cavabdeh İddiaçı qarşı uşaqla ünsiyyətdə olma ilə bağlı maneənin aradan qaldırılması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmışdır. Mülki işin materiallarında olan Sumqayıt Apellyasiya M/əhkəməsinin 2(105)2344/2022 saylı qərardadının surətindən görünür ki, Abşeron Rayon Məhkəməsinin 2(012)3773/2022 saylı, 20 sentyabr 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Mülki işin materiallarında olan Abşeron Rayon Məhkəməsinin e-2(012)-1259/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçılar Cavabdeh2 və Cavabdeh3 06 yanvar 2016-cı il təvəllüdlü X8 ilə ünsiyyətdə olmasına cavabdeh İddiaçı tərəfindən yaradılan maneənin aradan qaldırılması qət edilmişdir. Birinci instansiya məhkəməsi məüyyən etmişdir ki, X1 X12 tərəfindən verilmiş X11 kartasından çıxarış epikrizinə əsasən 06 yanvar 2016-cı il təvəllüdlü X6 şəkərli diabet 1 tip insulindənasılı, labil gedişli diaqnozu qoyulmuşdur. Ona 1. İnsulinterapiya: 8:00, Novorapid: 5 V; 13:00, Novorapid-5V; 18:00, Novorapid-5V, 20:00 Tresiba 6V Bolyus insulini (Novorapid) qanda şəkərə görə və yeməkdə karbohidrat sayına görə korreksiya olunmalıdır. 2. Pəhriz, özünənəzarət (qanda qlükozaya sutkada 4-6 dəfə nəzarət). 3. 3 aydan bir qanda HbA1c kontrolu. 4. Endokrinologun, nefrologun nəzarəti tövsiyyə edilmişdir. İddiaçıların nəvəsi ilə ünsiyyətdə olmaq hüququna malikdirlər. Lakin nəvəsi 06 yanvar 2016-cı il təvəllüdlü X6 şəkərli diabet 1 tip insulindənasılı, labil gedişli diaqnozu qoyulmuş və xüsusi nəzarət tələb olunur. Cavabdeh1 21 oktyabr 2022-ci il tarixli K- 28/2099/2-t/1 saylı qərarı qəbul edərkən işin qeyd edilən hallarını nəzərə almadığından qeyd edilən qərar qismən - Cavabdeh3 və Cavabdeh2 nəvəsi X8 ilə hər həftənin ikinci (çərşənbə axşamı), dördüncü (cümə axşamı) günü saat 13:00-dan 17:00-dək ünsiyyətdə olma müddətinin müəyyən edilməsi hissəsində ləğv edilməlidir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticədə haqlı olmamışdır. Belə ki, “Valideynlərin və digər qohumların uşaqla ünsiyyətdə olmaq hüquqları ilə əlaqədar qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 oktyabr 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, 4.1. Qanunun tələbinə görə baba, nənə, qardaş, bacı və digər qohumlar uşaqlarla ünsiyyət hüququna malikdirlər. Valideynlər (onlardan biri) uşağın bu və ya digər qohumları ilə ünsiyyətinə etiraz etdikdə müvafiq icra hakimiyyəti orqanı valideynlərin (onlardan birinin) bu ünsiyyətə mane olmamasını tələb edə bilər. Valideynlər (onlardan biri) müvafiq icra hakimiyyəti orqanının (yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanlarının) qərarına tabe olmadıqda, uşağın yaxın qohumları və ya müvafiq icra hakimiyyəti orqanı uşaqla ünsiyyətdə olan maneəni aradan qaldırmaq üçün iddia ilə məhkəməyə müraciət edə bilər. Məhkəmə 10 yaşına çatmış uşağın fikrini və marağını nəzərə almaqla mübahisəni həll edir. Məhkəmə qərar qəbul edərkən həmçinin 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər. 4.2. Məhkəmələrə izah edilsin ki, baba, nənə, qardaş, bacı və digər qohumlar müvafiq icra hakimiyyəti orqanına müraciət etmədən birbaşa məhkəməyə müraciət etdikləri halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 153.2.1-ci maddəsinə əsasən məhkəmədə baxılmalı olmadığından iddianın yolverilməzliyinə görə ərizəni icraata qəbul etməkdən imtina etməlidir. Əgər eyni məzmunlu ərizə məhkəmənin icraatına qəbul olunmuşdursa, həmin Məcəllənin 259.0.1-ci maddəsinə əsasən ərizə baxılmamış saxlanılmalıdır. 4.3. Uşaqla ünsiyyət hüququnun həyata keçirilməsi barədə baba, nənə, qardaş, bacı və digər qohumların müraciətinə müvafiq icra hakimiyyəti orqanı (yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları) tərəfindən qanunla müəyyən edilmiş müddətdə baxılmaması və ya bu müraciətin təmin edilməsindən imtina edilməsi həmin orqanın qərarından, hərəkət və ya hərəkətsizliyindən şikayət verilməsinə deyil, uşaqla ünsiyyət qaydasının müəyyən edilməsi məqsədilə məhkəməyə iddia vermək üçün əsasdır. Qanunvericilik normasından göründüyü kimi, Ailə Məcəlləsinin 62-ci maddəsinə əsasən baba, nənə, qardaş, bacı və digər qohumlar uşaqla ünsiyyət hüququna malikdirlər. Valideynlər (onlardan biri) uşağın yaxın qohumları ilə ünsiyyətinə etiraz etdikdə müvafiq icra hakimiyyəti orqanı valideynlərin (onlardan birinin) bu ünsiyyətə mane olmamağını tələb edə bilər. Valideynlər (onlardan biri) müvafiq icra hakimiyyəti orqanının qərarına tabe olmadıqda, uşağın yaxın qohumları və ya müvafiq icra hakimiyyəti orqanı uşaqla ünsiyyətdə olan maneəni aradan qaldırmaq üçün iddia ilə məhkəməyə müraciət edə bilər. Məhkəmə uşağın rəyini və marağını nəzərə almaqla mübahisəni həll edir. Qəyyumluq və Himayəçilik orqanının qərarı barədə yalnız onun icra olunmaması zamanı məhkəməyə müraciət oluna bilər. Qanunvericilik normasından göründüyü kimi uşaqla ünsiyyət hüququnun həyata keçirilməsi barədə baba, nənə, qardaş, bacı və digər qohumların müraciətinə müvafiq icra hakimiyyəti orqanı (yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları) tərəfindən qanunla müəyyən edilmiş müddətdə baxılmaması və ya bu müraciətin təmin edilməsindən imtina edilməsi həmin orqanın qərarından, hərəkət və ya hərəkətsizliyindən şikayət verilməsinə deyil, uşaqla ünsiyyət qaydasının müəyyən edilməsi məqsədilə məhkəməyə iddia vermək üçün əsasdır. Bununla da müəyyən edilir ki, uşaqla ünsiyyət hüququnun həyata keçirilməsi barədə baba, nənə, qardaş, bacı və digər qohumların müraciətinə müvafiq icra hakimiyyəti orqanı (yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları) qərarının məhkəmə qaydasında mübahisələndirilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. Həmçinin komissiyanın qərarının icra olunmaması zamanı məhkəməyə müraciət edilə bilər. Bundan başqa iş materialları ilə müəyyən edilir ki, mübahisələndirilən icra hakimiyyəti orqanının qərarı əsasında cavabdehlər Cavabdeh2 və Cavabdeh3 cavabdeh İddiaçı qarşı məhkəməyə müraciət edərək uşaqla ünsiyyətdə olma ilə bağlı maneənin aradan qaldırılmasını xahiş etmiş, Abşeron Rayon Məhkəməsinin e-2(012)-1259/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh2 və Cavabdeh3 xx.xx.2016-cı il təvəllüdlü X8 ilə ünsiyyətdə olmasına cavabdehi İddiaçı tərəfindən yaradılan maneənin aradan qaldırılması qət edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.1-ci maddəsinə görə məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə məhkəmə ərizəni baxılmamış saxlayır. Birinci instansiya məhkəməsi qeyd edilən hallara diqqət yetirməmiş, iddia ərizəsini icraata qəbul etməkdən imtina etməmiş, icraata qəbul olunduqdan sonra da AR Mülki Prosessual Məcəlləsinin 259.0.1-ci maddəsinə əsasən ərizəni baxılmamış saxlamamış, iddiaya mahiyyəti üzrə baxmış, nəticədə qanunvericiliyin tələblərinin pozulması ilə qətnamə çıxarmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 391-ci maddəsinə görə bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. Beləliklə, məhkəmə kollegiyası sadalanan halları, apellyasiya şikayətində göstərilən dəlilləri araşdıraraq belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməli, iş üzrə məhkəmə qətnaməsi ləğv edilməli və iddia ərizəsi baxılmamış saxlanmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 261-264, 365, 391 və 402ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Apelyasiya şikayəti təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 12 iyun 2023-cü il tarixli, 2(012)-2630/2023 nömrəli qətnaməsi ləğv edilsin. İddiaçı cavabdehlər Cavabdeh1nə, Cavabdeh2 və Cavabdeh3 qarşı Cavabdeh1 21 oktyabr 2022-ci il tarixli K-25/2-099/2-t/1 saylı qərarının ləğv edilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlansın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-1664/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1664/2023
17.10.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver