Məhkəmə qərarları › İş №2(105)-1670/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1670/2021

09.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1670/2021 09.06.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi hakim), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, cavabdehlər Qulı̇ yev Ramı̇ z Rafı̇ k oğlu və Qulı̇ yev Rafı̇ k Həmı̇ d oğlunun iştirakı ilə Xaçmaz Rayon Məhkəməsinin 23 sentyabr 2020-ci il tarixli, 2(067)-1600/2020 saylı qətnaməsindən cavabdeh R.F.Qulı̇ yevin verdiyi apelyasiya şikayəti üzrə işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Xaçmaz Rayon Məhkəməsinin 23 sentyabr 2020-ci il tarixli, 2(067)-1600/2020 saylı qətnaməsi ilə (hakim İ.Ə.Xəlilov) iddiaçı "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətinin cavabdehlər Qulı̇ yev Ramı̇ z Rafı̇ k oğlu və Qulı̇ yev Rafı̇ k Həmı̇ d oğluna qarşı subroqasiya qaydasında pul tələbinə dair iddia təmin edilib, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada «Mersedes Benz E 240» markalı, **-HM-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə ödənilmiş 4657 (dörd min altı yüz əlli yeddi) manat, “Vaz 21074” markalı **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə ödənilmiş 343 (üç yüz qırx üç) manat sığorta ödənişi və işə baxılması ilə əlaqədar məhkəmənin hesabına ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq «xxxx» ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Cavabdeh R.F.Qulı̇ yev apelyasiya şikayəti verərək Xaçmaz Rayon Məhkəməsinin 23 sentyabr 2020-ci il tarixli, 2(067)-1600/2020 saylı qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmı̇ yyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tələbini onunla əsaslandırmışdır ki, «VAZ 21 063» markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobil sahibi Cavabdeh2 tərəfindən PAZ ********** saylı şəhadətnamə ilə 18.02.2017-ci il tarixdən 18.02.2018-ci il tarixədək «Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası ilə sığortalanmışdır. Həmin avtomobili Cavabdeh1 nəqliyyat vasitəsinin etibarnamə və sürücülük vəsiqəsi olmadan 02.02.2018-ci il tarixdə saat 10:00 radələrində idarə edərkən Quba-Xaçmaz yolu ilə hərəkət edərkən, Babanlı kəndinə dönən yol ayrılığında manevr edərkən nəqliyyat yol hadisəsi törətmiş, nəticədə onun idarə etdiyi avtomobildən qabaqda olan «Mersedes Benz E 240» markalı 90–HM-609 dövlət qeydiyyat nişanlı və yandan hərəkət edən “Vaz 21074” markalı, **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqqquşaraq, həmin avtomobillərə maddi ziyan vurmuşdur. Hadisə Xaçmaz RPŞ-nin DYPB tərəfindən qeydə alınaraq, araşdırma aparılmış, araşdırmanın nəticəsi olaraq, Cavabdeh1 inzibati xətanın törədilməsində təqsirli bilinərək barəsində İXP-nin 332.1, 332.2 və 232.4-cü maddələri ilə TYP 068834 saylı, 13.02.2016-cı il tarixli protokol tərtib edilmişdir. Vurulmuş ziyana görə «xxxx» ASC tərəfindən «Mersedes Benz E 240» markalı 90–HM-609 dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə 4657 manat və “Vaz 21074” markalı **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə 343 manat sığorta ödənişləri edilmişdir. Ona görə də, Cavabdeh1 tərəfindən törədilmiş nəqliyyat hadisəsi nəticəsində vurulmuş ziyana görə «Mersedes Benz E 240» markalı 90–HM-609 dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə ödənilmiş 4657 manat, Vaz 21074 markalı **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə ödənilmiş 343 manat sığorta ödənişinin və məhkəmənin hesabına köçürülmüş 30 manat məbləğində dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq «xxxx» ASC-yə verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ V Ə PROSES İŞTİRAKÇİLARİNİN İZAHAT İ: Cavabdeh R.F.Qulı̇ yev apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Xaçmaz Rayon Məhkəməsi 23 sentyabr 2020-ci il tarixli qətnaməni qəbul edərkən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, o, öz avtomobilini icbari sığrota etdirmiş, digər cavabdehin sürücülük vəsiqəsində “B” kateqoriyası olmadığını bilməmişdir. İddiaçı isə ondan və digər cavabdehdən 5000 manat pul tələb edir. Habuki onlar həmin pulu verməli deyillər. Ona görə də, apelyasiya şikayətinin təmin edilib, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdehlər R.R.Qulı̇ yev və R.H.Qulı̇ yev apelyasiya şikayətini müdafiə edib, təmin olunmasını xahiş etdilər. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada iddiaçı "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətinə məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən iddiaçı "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Cavabdeh R.F.Qulı̇ yev apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmiş, digər cavabdeh isə birinci instansiya məhkəməsinin qətnaməsini mübahisələndirməmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi yalnız Cavabdeh2 aid hissədə yoxlanılır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatını dinləyib və apelyasiya şikayətini müzakirə edərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüfatları barədə arayışdan müəyyən olunur ki, «VAZ 21 063» markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh2 mülkiyyətindədir. 0967/FX/CML-0845/2018-1 saylı Sığota aktından müəyyən olunur ki, «VAZ 21 063» markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobil sahibi, Cavabdeh2 tərəfindən PAZ ********** saylı şəhadətnamə ilə 18.02.2017-ci il tarixdən 18.02.2018-ci il tarixədək «Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası ilə sığortalanmışdır. İXP 068834 saylı inzibati tənbeh haqqında qərardan və avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüfatları barədə arayışdan müəyyən olunur ki, «VAZ 21 063» markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh1 nəqliyyat vasitəsinin etibarnamə və sürücülük vəsiqəsi olmadan 02.02.2018-ci il tarixdə saat 10-00 radələrində idarə edərkən Quba- Xaçmaz yolu ilə hərəkət edərkən, Babanlı kəndinə dönən yol ayrılıcığında manevr edən vaxt yol-nəqliyyat hadisəsi törətmiş, nəticədə onun idarə etdiyi avtomobil qabaqda olan «Mersedes Benz E 240» markalı 90–HM-609 dövlət qeydiyyat nişanlı və yandan hərəkət edən Vaz 21074 markalı **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobillərlə toqqquşaraq, həmin avtomobillərə maddi ziyan vurmuşdur. 0967/FX/CML-0845/2018-1 saylı Sığota aktından görünür ki, əmlaka vurulan zərərə görə sığortanın məbləği 5000 manat təşkil edir. Qiymətləndirmə aktına əsasən vurulmuş ziyana görə «xxxx» ASC tərəfindən «Mersedes Benz E 240» markalı 90–HM-609 dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə 4657 manat və “Vaz 21074” markalı **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə 343 manat sığorta ödənişləri edilmişdir. Yaranmış mübahisə ilə əlaqədar məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 81-ci maddəsinə əsasən yol hərəkəti qaydaları pozuntularının törədilməsində təqsirli olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda inzibati, cinayət və mülki hüquqi məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkmişə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd əməldir. Həmin Məcəllənin 1097.1-ci maddəsinə uyğun olaraq mülki hüquq pozuntusu törətmiş şəxs fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin əvəzini tam həcmdə ödəməlidir. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 21.1 maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 1114.1-ci maddəsinə görə başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Mülki Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Həmin Məcəllənin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə görə faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanunun 25.1-ci maddəsində Sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququnun yarandığı hallar göstərilib. Həmin qanunun 25.1.2-ci madəsinə əsasən, bu Qanunun Xüsusi bölməsində hər hansı sığorta növü üzrə başqa cür nəzərdə tutulmamışdırsa, sığorta hadisəsi baş verərkən sığortalının və ya sığorta olunanın, yaxud onların nümayəndəsinin, etibar etdikləri şəxsin əmlakı (binanı, tikilini, avtonəqliyyat vasitəsini, cihazı, qurğunu, avadanlığı və s.) alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə istismar etməsi, həmçinin qeyd olunan maddələrdən istifadənin müəyyənləşdirilməsi ilə bağlı səlahiyyətli orqan tərəfindən aparılan müayinədən boyun qaçırması subroqasiya hüququnun yaranmasına səbəb olur. “Sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 37.1-ci maddəsinə əsasən sığortalının təqsirkar şəxsə zərərin əvəzini ödəmək tələbi hüququ (iddiası) əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya reqres qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Yuxarıda sadalanan normaların tələbindən də görünür ki, vurulmuş zərərə görə məsuliyyəti biləvasitə zərərvuran daşıyır və məhkəmə işin hallarına uyğun olaraq zərərin əvəzini ondan tutur. Hazırki iş üzrə baş vermiş yol-nəqliyyat hadisəsindən doğan hüquq münasibətləri «VAZ 21 063» markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh1 nəqliyyat vasitəsinin etibarnamə və sürücülük vəsiqəsi olmadan 02.02.2018-ci il tarixdə saat 10:00 radələrində idarə edərkən Quba-Xaçmaz yolu ilə hərəkət edərkən, Babanlı kəndinə dönən yol ayrılıcığında manevr edərkən nəqliyyat yol hadisəsi törətmiş, nəticədə onun idarə etdiyi avtomobildən qabaqda olan «Mersedes Benz E 240» markalı **-HM-*** dövlət qeydiyyat nişanlı və yandan hərəkət edən “Vaz 21074” markalı, **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqqquşaraq, həmin avtomobillərə maddi ziyan vurmuşdur. Avtomobillərə dəymiş zərərin aradan qaldırılması üçün iddiaçı "xxxx" ASC sığorta şirkəti tərəfindən «Mersedes Benz E 240» markalı, **-HM-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə ödənilmiş 4657 (dörd min altı yüz əlli yeddi) manat, “Vaz 21074” markalı **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə ödənilmiş 343 (üç yüz qırx üç) manat sığorta ödənişi verilmişdir. Cavabdehlər R.R.Qulı̇ yev və R.H.Qulı̇ yev tərəfindən vurulmuş ziyan məbləği sığorta şirkəti tərəfindən ödənildiyindən ziyan məbləğini tələb etmək hüququ (Subroqasiya hüququ) "xxxx" ASC-yə keçmişdir. “Subroqasiya hüququ” sığorta ödənişi almış şəxsin sığorta hadisəsinin baş verməsində təqsirli olan səxs(lər)ə qarşı zərərin əvəzinin ödənilməsini tələb etmək hüquqlarının sığortaçıya keçməsidir. Məhkəmə kollegiyası iclasında Cavabdeh2 birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın rədd edilməsinə dair apelyasiya şikayətinin dəlillərini təsdiq edən başqa bir sübut təqdim edə bilməmiş və həmin halları sübuta yetirə bilməmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə kollegiyası işin həqiqi hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə əsaslanaraq hesab edir ki, birinci instansiyası məhkəməsi iddia tələbini təmin etməklə düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apelyasiya şikayətinin dəlilləri əsassız olub, başqa sübutla öz təsdiqini tapmayıb, toplanmış sübutlarla təkzib olunmuşdur. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsi Cavabdeh2 aid hissədə hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin apelyasiya qaydasında dəyişdirmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlanması üçün əsasdır. Ona görə də, apelyasiya şikayəti təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392-393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh R.F.Qulı̇ yevin verdiyi apelyasiya şikayəti təmin edilməsin. Xaçmaz Rayon Məhkəməsinin 23 sentyabr 2020-ci il tarixli, 2(067)-1600/2020 saylı qətnaməsi Cavabdeh2 aid hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar