Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1686/2025 08.12.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, "xxxx" Kommersiya Bankı ASC və Sumqayıt şəhəri 4 saylı notariat ofisinə qarşı icra qeydinin ləğv edilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: İcra qeydi ilə bağlı iddia ərizəsinin geri qaytarılması) X1 (sədrlik edən və məruzəçi), X4 və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2 iştirakı ilə, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-7380/2025 nömrəli, 30 oktyabr 2025-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında bаxаrаq, məhkəmə kollegiyası müəyyən etdi: Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 23431.48 manat məbləğində ipoteka predmetinə tutma yönəldilməsi haqqında icra qeydinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-7380/2025 nömrəli, 30 oktyabr 2025-ci il tarixli qərardadı ilə (hakim P.İmamverdiyeva) İddiaçı cavabdehlər Cavabdeh1, "xxxx" Kommersiya Bankı ASC və Sumqayıt şəhəri 4 saylı notariat ofisinə qarşı icra qeydinin ləğv edilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılması qərara alınmışdır.
3. İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil qərardaddan şikayət verərək Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-7380/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadının ləğv edilərək işin mahiyyəti üzrə baxılması və ya şikayətin baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsinə dair qərardad çıxarılmasını xahiş etmişdir.
4. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-7380/2025 nömrəli, 14 noyabr 2025-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir
5. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iş materiallarından görünür ki, mübahisələndirilən icra qeydi 09 oktyabr 2025-ci il tarixdə verilmişdir. İddiaçı tərəf iddia ərizəsi ilə qanunvericilikdə nəzərdə tutulmuş 10 günlük müddət keçdikdən sonra məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəməyə ünvanlanmış şikayətində icra qeydini iki gün əvvəl aldığını və 09 oktyabrda məhkəməyə müraciət etdiyini bildirsə də, şikayətinə icra qeydinin tərəfindən rəsmi qaydada alınmasını təsdiq edən sənədləri əlavə etməmişdir. Həmin sübutların təqdim edilməsi üçün şərait yaradılması məqsədilə şikayətə şifahi icraat qaydasında baxılması qərara alınmış, lakin iddiaçı məhkəmə iclasında iştirak etməmiş, həmin sənədləri elektron kabinet vasitəsilə də təqdim etməmişdir.
6. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki-Prosessual Məcələsinin 149.2.2, 149.2.3, 152.1.1, 152.2, 269.1, 269.2, 269.3-cü maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ və İİ hissələri və 62-ci maddəsi baxımından “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 41 və 76-cı maddələrinin MPM-in 128.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 16 may 2025-ci il tarixli Qərarına istinadla əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat a) Şikayətin dəlilləri
7. Şikayət onunla əsaslandırılmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-7380/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadına əsasən İddiaçı cavabdehlər Cavabdeh1, "xxxx" Kommersiya Bankı ASC və Sumqayıt şəhəri 4 saylı notariat ofisinə qarşı icra qeydinin ləğv edilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmışdır. Məhkəmənin mövqeyinə görə mübahisələndirilən icra qeydi 09 oktyabr 2025-ci il tarixdə verilmişdir. İddiaçı tərəf iddia ərizəsi ilə qanunvericilikdə nəzərdə tutulmuş 10 günlük müddət keçdikdən sonra məhkəməyə müraciət etmişdir. Lakin məhkəməyə müraciət etməmişdən iki gün əvvəl o, məhkəmə əmrini rəsmi olaraq əldə etmişdir, buna görə də 09 oktyabr tarixdə məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Hesab edir ki, məhkəmənin gəldiyi nəticə tamamilə qanunsuz və əsassızdır. İşə ədalətli şəkildə baxılıb düzgün və obyektiv qərar çıxarılmasını xahiş edir.
b) Şikayətə qarşı etirazın dəlilləri
8. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları
9. Apellyasiya instansiya Məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.
10. ünvan 1 ünvanlayaraq, hazırkı iş üzrə məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir.
Tətbiq edilən hüquq
11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 149.2. Ərizədə aşağıdakılar göstərilməlidir: 149.2.2. iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları); 149.2.3. İddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb. Maddə 152.1. Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: 152.1.1. iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə; Maddə 269.1. qərardaddan verilən şikayətə qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində yazılı icraat qaydasında baxılır. Maddə 269.2. Şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir. Maddə 269.3. Əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə, bu Məcəllənin 32.5-ci maddəsində nəzərdə tutulmuş qaydada aidiyyət haqqında qərardaddan şikayət verildikdə isə həmin şikayət bu Məcəllənin 403-1.5-ci maddəsinin tələbləri izah edilməklə işdə iştirak edən şəxslərə rəsmi qaydada verilir və iş kasasiya instansiyası məhkəməsinə göndərilir. Maddə 282. Borclu məhkəmə əmrini aldığı gündən 10 gün müddətində verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 398.0.2.Qərardaddan verilmiş şikayətə baxan apellyasiya instansiyası məhkəməsinin qərardadını tam və ya qismən ləğv edib, yaxud dəyişib, işi birinci instansiya məhkəməsinə göndərmək səlahiyyəti vardır.
12. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ və İİ hissələri və 62-ci maddəsi baxımından “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 41 və 76-cı maddələrinin MPM-in 128.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 16 may 2025-ci il tarixli Qərarı:
“... Notariusun apardığı icra qeydi ilə Mülki Prosessual Məcəllədə nəzərdə tutulmuş əmr icraatı qaydasında baxılan məhkəmə əmri də müəyyən pul məbləğinin ödənilməsi tələbləri və ya əmlakın tələb edilməsi üzrə işlərə baxılmasının sadələşdirilmiş qaydası olaraq oxşar münasibətləri tənzimlədiyindən Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, müraciətdə qaldırılan məsələnin həlli məqsədilə notariusun icra qeydinin mübahisələndirilməsinə münasibətdə qanunun analogiyası üzrə Mülki Prosessual Məcəllənin 282-ci maddəsinin tətbiqi məqsədəmüvafiqdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ və İİ hissələrinə, 62ci maddəsinə və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olaraq notariusun apardığı icra qeydindən verilən şikayətlərə dair işlər üzrə məhkəmə aidiyyətinin müəyyən edilməsi məsələsinə yenidən baxılması Azərbaycan Respublikasının Milli Məclisinə təklif edilsin, göstərilən məsələ qanunvericilik qaydasında həll edilənədək notariusun apardığı icra qeydindən verilən şikayətlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələrdə baxılması təcrübəsi davam etdirilsin, qanunverici orqan tərəfindən “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 41-ci maddəsində nəzərdə tutulmuş notariusun icra qeydinin mübahisələndirilməsi müddəti dəqiq müəyyən edilənədək məsələyə qanunun analogiyası üzrə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 282-ci maddəsində nəzərə tutulmuş 10 günlük müddət tətbiq edilsin
Apellyasiya baxışının hədləri
13. Şikayətdən görünür ki, apellyator Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 7380/2025 nömrəli, 30 oktyabr 2025-ci il tarixli qərardadının ləğv olunmasını xahiş etmişdir.
14. Ona görə də kollegiya Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-7380/2025 nömrəli, 30 oktyabr 2025-ci il tarixli qərardadının tam həcmdə yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
15. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə əlaqəli şəkildə öyrənərək belə qənaətə gəlir ki, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin mübahisələndirilən qərardadı ləğv edilərək, sonrakı prosessual hərəkətlərin edilməsi üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır.
16. Araşdırılan işdən bəlli olur ki, hazırkı iş üzrə iddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 23431.48 manat məbləğində ipoteka predmetinə tutma yönəldilməsi haqqında icra qeydinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
17. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-7380/2025 nömrəli, 30 oktyabr 2025-ci il tarixli qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh1, "xxxx" Kommersiya Bankı ASC və Sumqayıt şəhəri 4 saylı notariat ofisinə qarşı icra qeydinin ləğv edilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılması qərara alınmışdır.
18. Birinci instansiya məhkəməsinin mövqeyini işin hallarına uyğun hesab etməyən kollegiya şikayətin dəlilləri üzrə hüquqi dəyərləndirmə apararaq aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
19. Borcların mübahisəsiz qaydada alınmasını təmin edən notariusun icra qeydi kreditorun xeyrinə pul məbləğinin tutulması və ya əmlakın tələb edilib alınmasına dair notarius tərəfindən verilən sərəncam olmaqla hüquqların müdafiəsinin sadələşdirilmiş üsullarından biri kimi məhkəmələrin iş yükünün azaldılmasında, mülki dövriyyənin inkişafında xüsusi əhəmiyyətə malikdir.
20. “Notariat haqqında” Qanunun 76-cı maddəsinə uyğun olaraq, borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır.
21. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ və İİ hissələri və 62-ci maddəsi baxımından “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 41 və 76-cı maddələrinin MPM-in 128.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 16 may 2025-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “Notariat haqqında” Qanunun 41-ci maddəsində nəzərdə tutulmuş notariusun icra qeydinin mübahisələndirilməsi müddəti dəqiq müəyyən edilənədək məsələyə qanunun analogiyası üzrə Mülki Prosessual Məcəllənin 282-ci maddəsində nəzərə tutulmuş 10 günlük müddət tətbiq edilməlidir.
22. Göründüyü kimi, Konstitusiya Məhkəməsi məhkəmə təcrübəsinin sabitliyini və davamlılığını təmin etmək məqsədilə, “Notariat haqqında” Qanunun 41-ci maddəsində aparılmış notariat hərəkətlərindən və ya notariat hərəkətlərini aparmaqdan imtina edilməsindən şikayət verilməsi üçün 10 günlük müddətin tətbiq edilməsini məqsədəmüvafiq hesab etmişdir.
23. MPM-in 282-ci maddəsinə əsasən borclu məhkəmə əmrini aldığı gündən 10 gün müddətində verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər.
24. Baxılan işin faktiki hallarından görünür ki, mübahisələndirilən icra qeydi 09 oktyabr 2025-ci il tarixdə verilmiş, iddiaçı tərəf də hüquqlarından istifadə edərək icra qeydinin ləğv edilməsi ilə bağlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, mövqeyini də onunla əsaslandırmışdır ki, icra qeydini rəsmi qayda iki gün əvvəl almışdır.
25. Lakin işə baxmış birinci instansiya məhkəməsi iddiaçının müraciətinə baxarkən yuxarıda qeyd olunanlara, həmçinin müddətin keçib-keçməməsinə xüsusi əhəmiyyət verməmiş, notariat orqanına sorğu verərək, eləcə də müvafiq icra işini tələb edərək iddiaçının sözügedən icra qeydindən nə vaxtdan rəsmi məlumatlı olub-olmamasına aydınlıq gətirməmişdir.
26. Qeyd olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-7380/2025 nömrəli, 30 oktyabr 2025-ci il tarixli qərardadı tam, bu qərardadla bağlı məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı isə qismən, “şikayətin təmin edilməyən” hissəsində ləğv edilərək, ərizə və ona əlavə olunmuş sənədlər prosessual qanunvericiliyin tələbləri baxımından yenidən baxılması üçün iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır
27. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264, 357, 398.0.2, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Q ə r a r a a l d ı:
İddiaçı tərəfindən tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-7380/2025 nömrəli, 30 oktyabr 2025-ci il tarixli qərardadı tam, bu qərardadla bağlı məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı isə qismən, “şikayətin təmin edilməyən” hissəsində ləğv edilərək, ərizə və ona əlavə olunmuş sənədlər prosessual qanunvericiliyin tələbləri baxımından yenidən baxılması üçün iş birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.