Məhkəmə qərarları › İş №2(105)-1689/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1689/2022

25.07.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1689/2022 25.07.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Məmmədov Zaur İkram oğlu (sədrlik edən və məruzəçi), Dəmirov İlqar Kamal oğlu və Ağayev Rəşadət Əhməd oğlundan ibarət tərkibdə, Ağayeva Gülsaba Xeyrulla qızının katibliyi ilə, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Rafik oğlunun iştirakı ilə, Xaçmaz Rayon Məhkəməsinin 04 aprel 2022-ci il tarixli, 2(067)-25/2022 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Rafik oğlu tərəfindən verilmiş apellyasiya şikayətlərinin mümkünlüyünə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq müəyyən etdi: Xaçmaz Rayon Məhkəməsinin 04 aprel 2022-ci il tarixli, 2(067)-25/2022 nömrəli qətnaməsi ilə (hakim Anar Sadiqov) İddiaçı cavabdehlər Cavabdeh3 Buba oğlu, Cavabdeh1 və Cavabdeh2 Rafik oğluna qarşı vurulmuş maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddiası qismən təmin edilib, Cavabdeh3 Buba oğlu, Cavabdeh1 və Cavabdeh2 Rafik oğlundan müştərək qaydada 3870 manat məbləğində pul və mənəvi zərərin dəyəri olan 100 manat məbləğində pul vəsaitinin alınaraq İddiaçı verilməsi, ödənilmiş 30,40 manat dövlət rüsumunun 15 manatı cavabdehlərdən alınaraq iddiaçıya verilməsi, 15,40 manat isə iddiaçıya aid edilməsi, mütəxəssis rəyinin dəyəri olan 190 manat məbləğində pulun 95 manatı cavabdehlər Cavabdeh3 Buba oğlu, Cavabdeh1 və Cavabdeh2 Rafik oğlundan müştərək qaydada, 95 manatı isə iddiaçıdan alınaraq "xxxx" ASC Xətai filialı, kod 200071, VÖEN **********, SWİFT: AİİBAZ2X, Mühbir hesab AZ37NABZ********************, Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC VOEN **********, AZ23AİİB******************** nömrəli hesaba keçirilməsi, ekspertiza tədqiqatlarının dəyəri olan 150 manat məbləğində pulun 75 manatı cavabdehlər Cavabdeh3 Buba oğlu, Cavabdeh1 və Cavabdeh2 Rafik oğlundan müştərək qaydada, 75 manatı isəiddiaçıdan alınaraq X1, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22 Məhkəmə Eksperizası Mərkəzi VOEN ********** AZ34CTRE******************** hesaba keçirilməsi qət edilmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Rafik oğlu qətnamədən apellyasiya şikayətləri vermişlər. Məhkəmə kollegiyası cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Rafik oğlundan daxil olmuş apellyasiya şikayətlərini iş materialları ilə birgə araşdıraraq və şikayətlərin mümkünlüyünü müzakirə edərək belə nəticəyə gəlir ki, aşağıda göstərilənlərə əsasən işə hazırki vəziyyətdə apellyasiya qaydasında baxılması qeyri-mümkündür. Mülki Prosessual Məcəllənin 366.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. MPM-nin 357.1-ci maddəsinə görə Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. İş materiallarından görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh3 Buba oğlu, Cavabdeh1 və Cavabdeh2 Rafik oğluna qarşı vurulmuş maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 04 aprel 2022-ci il tarixli, 2(067)-25/2022 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh3 Buba oğlu, Cavabdeh1 və Cavabdeh2 Rafik oğlu tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilmiş, mülki iş prosessual pozuntuların aradan qaldırılması üçün birinci instansiya məhkəməsinə qaytarılmışdır. Lakin birinci instansiya məhkəməsi cavabdehlər tərəfindən verilmiş ilk apellyasiya şikayətlərini geri qaytarmadan, cavabdehlər tərəfindən təkrar verilmiş apellyasiya şikayətlərini mülki işlə birlikdə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. MPM-nin 363.1.1 və 363.1.1-1-ci maddələrinə əsasən apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə, apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa, habelə apellyasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Mülki Prosessual Məcəllənin 364-cü maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. MPM-nin 366.2-ci maddəsində göstərilir ki, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Beləliklə, məhkəmə kollegiyası qeyd olunan mülki prosessual hüquq normalarının tələblərini əsas tutub, hesab edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Rafik oğlunun apellyasiya şikayəti üzrə işə apellyasiya qaydasında baxılması üçün prosessual əsaslar olmadığına görə, apellyasiya şikayəti üzrə işə apellyasiya qaydasında baxılması qeyrimümkün hesab edilməli və mülki iş göstərilən prosessual pozuntunun aradan qaldırılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 263, 264, 366.2, 366.3. və 366.4. maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, q ə r a r a a l d i: İddiaçı cavabdehlər Cavabdeh3 Buba oğlu, Cavabdeh1 və Cavabdeh2 Rafik oğluna qarşı vurulmuş maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 04 aprel 2022-ci il tarixli, 2(067)-25/2022 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Rafik oğlu tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin. Mülki iş göstərilən prosessual pozuntunun aradan qaldırılması üçün birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardaddan rəsmi qaydada təqdim olunduğu gündən on gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar