Məhkəmə qərarları › İş №2(105)-1696/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1696/2024

30.10.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1696/2024 30.10.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri X4 (məruzəçi), X1 və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-4214/2024 nömrəli qərardadından Cavabdeh nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq aşağıdakıları MÜƏYYƏNETDİ İddiaçı Cavabdeh qarşı cehiz əşyalarının çıxarılması tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, cavabdehə məxsus, koridor üçün dolab, yataq dəsti (iki tumboçka, dolab, tryumo və taxt), LG markalı paltaryuyan, Samsung markalı soyuducu , qonaq otağı üçün kamod, TV stend, masa dəsti 6 stul 1 stol, divan kreslo dəsti, Bosh markalı mikrodalğalı soba, Bosh markalı soba (duxovka). Samsung markalı tozssoran, Bosh markalı mikser, Braun markalı şirəçəkən, Moulinex markalı ətçəkən, Tefal markalı çörək qızdıran (toster) cehiz əşyalarının mənə məxsus ünvan 1 ünvanında yerşəşən,134 saylı mənzildən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh Əliyeva X2 Mehbarə Carı qızına qarşı pul tələbi barədə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı əmlakla bağlı xərclənmiş 10210 manat pul tələbi bundan əlavə mənəvi ziyan ilə bağlı 2500 manat pul vəsaiti, ödənilmiş 136 manat dövlət rüsumu və hüquqi yardıma görə ödənilmiş 320 manat pul tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-4214/2024 nömrəli qərardadı ilə Cavabdeh İddiaçı qarşı pul tələbi barədə qarşılıqlı iddia ərizəsi və ona əlavə edilmiş sənədlər Cavabdeh geri qaytarılması, Cavabdeh hazırki mülki iş (2(012)- 4214/2024 saylı mülki iş) üzrə ödəmiş olduğu 136 manat məbləğində dövlət rüsumu (********** saylı qəbz) dövlət büdcəsinin vəsaiti hesabından Cavabdeh qaytarılması qərara alınmışdır. Cavabdeh nümayəndəsi və vəkili Vəkil şikayət ərizəsi verərək həmin qərardadın qanunsuz və əsassız olduğunun göstərmiş və ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-4214/2024 nömrəli qərardadı ilə şikayətin təmin edilməməsi və baxılması üçün mülki işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 10.8-1-ci maddəsinə əsasən, bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 394-1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər. Hazırkı şikayət birinci instansiya məhkəməsinin qərardadından verildiyinə görə məhkəmə kollegiyası mübahisəyə MPM-nin 10.8-1 və 397.2-ci maddələrinə əsasən yazılı icraat qaydasında baxmışdır. Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)- 4214/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Kollegiya ilk olaraq qeyd edir ki, Mülki Prosessual Məcəllənin normaları mülki məhkəmə icraatının gedişini, həmçinin mülki prosessual münasibətlərin hər bir iştirakçısı tərəfindən müvafiq hərəkətlərin aparılması və onların mümkünlüyünü müəyyən edir. Məcəllədə fiziki və hüquqi şəxslərin hər cür mənafe və maraqlarının müdafiəsindən deyil, qanunlardan və digər normativ hüquqi aktlardan irəli gələn, başqa sözlə, qanunla qorunan mənafe və maraqlardan bəhs olunur. Mülki prosessual qanunvericilikdə nəzərdə tutulan məhdudiyyətlərlə bağlı qeyd olunmalıdır ki, hüquq və vəzifələrin həcminin prosessual qaydalar çərçivəsində məhdudlaşdırılması hüquqi müəyyənlik prinsipinin təmin edilməsinə, məhkəmə icraatı zamanı işdə iştirak edən şəxslərin qarşılaşa biləcəkləri hüquqi qeyri-müəyyənliyin aradan qaldırılmasına, ədalət mühakiməsinin daha səmərəli və ədalətli həyata keçirilməsinə xidmət etməlidir. Eyni zamanda, yalnız qanunvericilik səviyyəsində müəyyən oluna biləcək belə məhdudiyyətlər Konstitusiyada təsbit olunmuş hüquq və azadlıqları ləğv etməməlidir. Bu məhdudiyyətlər hər hansı şəxsin iradəsindən asılı olmayaraq, müvafiq hüquqa mütənasib şəkildə qanunvericinin müəyyən etdiyi hədlər çərçivəsində düzgün tətbiq edilməlidir. Məhkəmə kollegiyası ilk olaraq izah edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 156.1-ci maddəsinə əsasən hakim qarşılıqlı iddianı aşağıdakı hallarda qəbul edir: qarşılıqlı tələb ilk tələbin qarşılıqlı ödənilməsinə yönəlmişsə, qarşılıqlı iddianın təmin edilməsi ilk iddianın tam və ya qismən təmin edilməsini aradan qaldırırsa, qarşılıqlı və ilk iddia arasında qarşılıqlı əlaqə vardırsa və onlara birlikdə baxılması mübahisələrə daha tez və düzgün baxmaqla nəticələnərsə. Mülki Prosessual Məcəllənin 155-ci maddəsinə əsasən cavabdeh ilk iddia ilə birlikdə baxılmaq üçün iddiaçıya qarşılıqlı iddia verməyə haqlıdır. Qarşılıqlı iddia bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddət ərzində verilməlidir. Bu Məcəllənin 154.1 ci maddəsində nəzərdə tutulmuş müddətin keçməsindən sonra və ya məhkəmə baxışı zamanı qarşılıqlı iddia o halda verilə bilər ki, onun verilməsi üçün əsaslar həmin dövrdə əmələ gəlmiş olsun və ya cavabdeh qarşılıqlı iddianın həmin müddətdə təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddətin keçməsindən sonra bu Məcəllənin 156.1.3-cü maddəsində nəzərdə tutulmuş əsaslarla qarşılıqlı iddianın verilməsinə yol verilmir. Qarşılıqlı iddianın verilməsi iddia verilməsinin ümumi qaydaları əsasında həyata keçirilir. Həmin Məcəllənin 154.1-ci maddəsinə görə işdə iştirak edən şəxs iddia ərizəsinin surətini aldıqdan sonra 20 gün ərzində iddiaya etirazını, qoyulmuş suallara cavablarını və ərizəyə əlavə olunmuş sənədlərə münasibətini, həmçinin iddiaya etirazın və ona əlavə olunmuş sənədlərin surətlərini iddiaçıya və məhkəməyə təqdim edir. İşin halları ilə müəyyən olunur ki, hüquqlarının izahı barədə bildiriş və iddia ərizəsinin surəti Cavabdeh sifarişli poçt vasitəsilə göndərilmiş, xx.xx.2024-cü il tarixdə zərf məhkəməyə geri qaytarılmışdır. Bundan sonra xx.xx.2024-cü il tarixdə məhkəmə hazırlıq iclasında iştirak edən Cavabdeh iddia ərizəsi və bildiriş tanış olması üçün təqdim edilmiş və həmin tarixli məhkəmə protokolunda bununla bağlı qeyd aparılmışdır. Cavabdeh qarşılıqlı iddia ərizəsini məhkəməyə 20 gün ərzində (ən son xx.xx.2024-cü il tarxidə) verməli olsa da, xx.xx.2024-cü il tarxidə elektron məhkəmə informasiya sistemində vəkil müraciətləri vasitəsilə yüklənmişdir. Bununla da, cavabdeh qarşılıqlı iddia ərizəsinin verilməsi üçün qanunla nəzərdə tutulmuş prosessual müddəti (9 gün) ötürmüşdür. Bu baxımdan kollegiya hesab edir ki, hazırki qarşılıqlı iddia qanunla nəzərdə tutulmuş prosessual müddətin ötürülməsi ilə verilmişdir. Azərbaycan Respublikası MPM-nin 398.0.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb, şikayəti təmin etməmək hüququ vardır. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Cavabdeh İddiaçı qarşı pul tələbi barədə qarşılıqlı iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılması barədə düzgün nəticəyə gəlmişdir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 153, 263-264, 395- 396, 398 və 402.2-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Şikayət təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-4214/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar