Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1711/2021 29.06.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı Sığorta Şirkəti ASC-nin Cavabdeh qarşı “subroqasiya qaydasında pul” tələbinə dair iddiası üzrə mülki işə üzrə Siyəzən Rayon Məhkəməsinin 2(059)-45/2021 saylı, 22 fevral 2021-ci il tarixli qətnaməsindən İddiaçı Sığorta Şirkəti ASC tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ : Siyəzən Rayon Məhkəməsinin 2(059)-45/2021 saylı, 22 fevral 2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh 2598,88 manat məbləğində sığorta ödənişi və ödənilmiş 30,40 manat məbləğində dövlət rüsumunun 63%-i, yəni 19,15 manatı, cəmi 2618,03 (iki min altı yüz on səkkiz manat 03 qəpik) manat pulun alınaraq iddiaçı "İddiaçı" Sığorta Şirkəti ASC-nin xeyrinə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, aparılmış məhkəmə əmtəəşünaslıq ekspertizası tədqiqatının dəyəri 50 manatın 37 %, yəni 18,50 (on səkkiz manat 50 qəpik) manatı "İddiaçı" Sığorta Şirkəti ASC-dən, 63 %, yəni 31,50 (otuz bir manat 50 qəpik) manatının isə Cavabdeh tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməsi qət edilmişdir (hakim Bəylər Ələkbərov). Qətnamədən İddiaçı Sığorta Şirkəti ASC tərəfindən apelyasiya şikayəti verilərək qətnamənin ləğv edilərək iddia tələbinin tam təmin edilməsinə dair qətnamə qəbul edilməsi xahiş edilmişdir. İ Ş İ N H A L LA R İ: İddiaçı "İddiaçı" Sığorta Şirkəti ASC Cavabdeh qarşı "subroqasiya qaydasında pul" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, «Mitsubishi Pajero» markalı, H 022 195 dövlət qeydiyyat nişanlı avtomobilə vurulan ziyanın əvəzində ödənilmiş 4115 manat məbləğində sığorta ödənişinin və ödənilmiş 30,40 manat məbləğində dövlət rüsumunun, cəmi 4145,40 manat pulun Cavabdeh tutularaq iddiaçı "İddiaçı" Sığorta Şirkəti ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı Sığorta Şirkəti ASC-nin apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə öz qətnaməsini iş üzrə keçirilmiş ekspertiza rəyinin nəticəsi ilə əsaslandırmaqla AR MPM-nin 101.7-ci maddəsinin tələblərini pozmuşdur (Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir). Beləki, məhkəmə ekspert rəyini qiymətləndirərkən iddiaçının mötəbər sübut kimi təqdim etdiyi və iş materiallarında olan “Eurostyle” şirkətinin 23.01.2016-cı il tarixli zərərin qiymətləndirməsi barədə sənədi və 548 saylı 08.02.2016-cı il tarixli ödəniş tapşırığını ümumiyyətlə nəzərə almamışdır. Halbuki “Eurostyle” şirkəti peşəkar fəaliyyəti ilə tanınmış və nüfuzlu şirkət olmaqla tam dəqiq və yüksək keyfiyyətli xidmət göstərir. Bundan başqa məhkəmə işin faktiki halı olan zərərçəkən tərəfin “BP” şirkətinin və həmçinində iddiaçının V.İP müştərilərindən olmasını və bununla da iddiaçının müvafiq könüllü (kasko) müqaviləsi üzrə öhdəlik kimi vurulmuş zərərin tam və yüksək keyfiyyətli təmir edilib təhvil verilməsi barədə öhdəlik götürdüyünü nəzərə almamışdır. Buda o deməkdir ki, müvafiq sığorta, hadisəsi üzrə ekspertin rəyində hesablama nəticəsində amortizasiya aşınmasının tətbiq edilməsi tam əsassızdır. Beləki, könüllü (kasko) müqaviləsi üzrə şərtlər icbari sığorta növü olan müqavilədəki kimi standart deyil tam fərqli olur. Belə olan halda da məhkəmə nəzərə almamışdır ki, bu sığorta ödənişi üzrə aşınma nəzərdə tutulmamışdır. Nəticədə də səhv qətnamə çıxarılmışdır. Məhkəmə müvafiq ekspert rəyini tətqiq etmədən iddiaçını müvafiq hüquqlarından məhrum etmişdir və bununlada çəkişmə prinsipi pozulmuşdur. Beləki, ekspertin rəyində dəyişilməli hissələrin qiyməti 2660 manat məbləğində qöstərilsə də yekunda bu məbləğ aydın olmayan qaydada aşınma tətbiq edilməklə məlum olmayan bir məbləğlə əvəz edilmişdir. Halbuki bu aşınmanın hesablanma qaydası rəydə açıqlanmadığı üçün naməlum qalmışdır. İs materiallarında mövcud olan “Eurostvle” şirkətinin 23.01.2016-cı il tarixli zərərin qiymətləndirilməsi barədə sənədə və həmçinində 548 saylı 08.02.2016-cı il tarixli ödəniş tapşırığına əsasəndə iddiaçının zərərçəkənə 4115 (dörd min yüz on beş) manat məbləğində dəymiş zərərin ödənilməsi faktı öz təsdiqini tapmış olur, lakin bu qədər mötəbər sübutlarla işin faktiki halları əks olunsa da hakim öz mövqeyini məhkəmə üçün məcburi olmayan və təqribi hesablanmış ekspert rəyi ilə əsaslandırmışdır., AR “İcbari sığortalar” haqqında qanunun 23.1.6-ci maddəsinə görə sığortaçının hüquqlarından biri də sığorta ödənişini verdikdən sonra müvafiq şəxslərə qarsı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936-cı maddəsində və bu Qanunun 25-ci maddəsində nəzərdə tutulmuş qaydada subroqasiya hüququndan istifadə etməkdir. Həmçinin də AR MM-nin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçünçü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur və həmçinin də 936.2-ci maddəsinə görə də faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Qeyd olunan maddi və prosessual hüquq normaların tələblərindən məium oiur ki, sığorta hadisəsi üzrə cavabdeh (zərərvuran) Cavabdeh Əbdui oğlunun zərərçəkən “Mitsubishi Pajero” markalı H022195 d.q.n. avtomobilə vurulmuş ziyana görə iddiaçı (sığortaçı) tərəfindən ödənilmiş 4115 mana məbləğində vəsaiti həddində subroqasiya hallarının mövcudluğu ilə əlaqəda olaraq məhz həyata keçirilmiş 4 115 manat məbləğində geri tələb oluna bilər Yəniki iddiaçının (sığortaçı) zərərçəkənə vurulmuş ziyan faktına görə ödənilmi; 4 115 manat məbləğində sığorta ödənişi həddində subroqasiya hüququ üzrə cavabdeh (zərərvuran) Cavabdeh Əbdui oğluna qarşıda iddia tələbi məhz 4115 manat məbləği həddində olmasıda tam olaraq əsaslıdır. Beləki, qüvvədə olan qanunvericiliyə görə subroqasiya tələb hüququ sığortaçının həyata keçirdiyi sığorta ödənişi həddində yaranır. İs materiallarında və isin faktiki hallarında da məlum olduğu kimi sığorta ödənişinin 4 115 man məbləğində həyata keçirilməsi faktı lazımı qaydada mötəbər dəlillərlə sübut olunmuşdur və dəqiq olaraq hadisə tarixinə təsadüf edən hesablamala əsaslanır. Beləliklə məhkəmənin iddia tələbiin həcminin ekspertin təxmini hesablanmasına görə 4115 manatdan 2598,88 manata qədər azaltması da əsassızdır. Beləliklədə prosessual və maddi hüquq normalarının tələblərinin pozulmasına məhkəmə əhəmiyyət verməyərək isin faktiki halları üzrə sübutlara düzgün qiymət verməmişdir. Bundan başqa məhkəmə hüququn tətbiq edilməsində səhv buraxmaqla qanunu səhv təfsir etmişdir və bu da öz növbəsində yanlış; qətnamənin çıxarılmasına səbəb olmuşdur. Həmçinin aşağıda qeyd olunan maddi və prosessual hüquq normalarının tətbiqi pozulmuşdur. iş materiallarında olan “Eurostyle” şirkətinin zərərin qiymətləndirmə sənədi mötəbər sübutdur ki, ziyan məbləği məhz 4115 manat məbləğini təşkil edir və bu ödənişin zərərçəkənə iddiaçı tərəfindən ödənilməsinə dair müvafiq sənəd də təqdim edilmişdir. Odur ki, Siyəzən Rayon Məhkəməsinin 2(059)- 45/2021 saylı 22.02.2021-ci il tarixli qətnaməsini ləğv edərək iddiaçı “İddiaçı Sığorta” Şirkəti ASC-nin Cavabdeh qarşı “subroqasiya qaydasında borcun qaytarılması” tələbinə dair 4 115 (dörd min yüz on beş) manat məbləğində ziyan iddiasını və 30 manat ödənilmiş dövlət rüsumunun tam təmin edilməsi, həmçinin apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş 15.40 (on beş manat qırx qəpik) AZN dövlət rüsumunun ümumilikdə 4160,80 manat məbləğində vəsaitin Cavabdeh iddiaçının xeyrinə tutulması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. PROSESSUAL MƏSƏLƏLƏR: İş üzrə tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq iddiaçının nümayəndəsi məhkəmə iclaslarına, cavabdeh sonuncu məhkəmə iclasına gəlməmişdir, məhkəmə Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinin tələblərinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını, apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməməli, Siyəzən Rayon Məhkəməsinin 2(059)-45/2021 saylı, 22 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası DİN BDYPİ QİŞ tərəfindən verilmiş 17 aprel 2009cu il tarixli, AB seriyalı, 304909 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin, eləcə də 25 aprel 2013-cü il tarixli etibarnamənin surətindən görünür ki, ** FC *** dövlət qeydiyyat nişanlı, "Hyundai Santafe" markalı avtomaşının sahibi X3r və sonuncu mülkiyyətində olan qeyd edilən avtomaşını 25 aprel 2013-ci il tarixdə 6 il, 10 ay müddətə, yəni 25 fevral 2020-ci il tarixə kimi idarə etmək üçün Cavabdeh etibar etmişdir. İşdə olan AB seriyalı, 247324 saylı sürücülük vəsiqəsinin surətindən görünür ki, Cavabdeh 25 fevral 2010-cu il tarixdən 25 fevral 2020-ci il tarixədək “B” kateqoriyalı nəqliyyat vasitələrini idarə etmək hüququna malikdir. İşdə olan Azərbaycan Respublikası DİN BDYPİ QİŞ tərəfindən verilmiş 23 sentyabr 2011-ci il tarixli, AB seriyalı, 742766 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin, eləcə də etibarnamənin surətindən görünür ki, 2011-ci il buraxılışlı, 6G74XK7837 mühərrik, JMYRV95WBJ710074 ban nömrəli, boz rəngli, H 022 195 dövlət qeydiyyat nişanlı, «Mitsubishi Pajero» markalı avtomaşının sahibi “BP Exploration (Caspian Sea) Ltd” şirkətidir və sonuncu mülkiyyətində olan qeyd edilən avtomaşını 22 iyun 2015-ci il tarixdə 20 iyun 2017-ci il tarixə kimi idarə etmək üçün X7 etibar etmişdir. İşdə olan "İddiaçı" Sığorta Şirkəti ASC ilə X5 arasında bağlanmış avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta şəhadətnaməsinin surətindən görünür ki, Vüqar Əliyevə məxsus "Hyundai Santafe" markalı, ** FC *** dövlət qeydiyyat nişanlı avtomobil "İddiaçı" Sığorta Şirkəti ASC-də 29 mart 2015-ci il tarixdən 28 mart 2016cı il tarixədək 5000 manat məbləğində sığortalanmışdır. İşdə olan mötəbər sübutlardan, o cümlədən izahatlardan, yol-nəqliyyat hadisəsinə dair tərtib edilmiş arayışdan, həmçinin Nərimanov RPŞ-nin DYPB-nin əməkdaşı tərəfindən 08 yanvar 2016-cı il tarixdə tərtib olunmuş KYP seriyalı, 142728 saylı inzibati xəta haqqında protokolun və qərarın surətindən görünür ki, Cavabdeh təqsirli hərəkətləri nəticəsində 06 yanvar 2016-cı il tarixdə, saat 07.35 radələrində yol-nəqliyyat hadisəsi baş vermiş və sonuncu idarə etdiyi Hyundai Santafe" markalı, ** FC *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Nərimanov rayonu, Ak. Həsən Əliyev küçəsində yol hərəkəti qaydalarını pozub yol-nəqliyyat hadisəsi törətməklə, X6 idarə etdiyi «Mitsubishi Pajero» markalı, H 022 195 dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurduğuna görə Azərbaycan Respublikası İXM-nin 151.3-cü maddəsi ilə təqsirli bilinərək, 80 manat məbləğində inzibati cərimə edilmişdir. İşdə olan 23 yanvar 2016-cı il tarixli nəqliyyat vasitələrinin yol-nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə aktdan, 05 fevral 2016-cı il tarixli, 024251 nömrəli sığorta aktından və 08 fevral 2016-cı il tarixli ödəniş tapşırığının surətindən görünür ki, baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində «Mitsubishi Pajero» markalı, H 022 195 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər «xxxx» firması tərəfindən 4115 manat məbləğində hesablanmış və bu məbləğdən azadolma məbləği 150 ABŞ dolları, yəni 240,12 manat çıxılmadan həmin məbləğ, yəni 4115 manat miqdarında pul təmir-bərpa xərclərinin əvəzinə "İddiaçı" Sığorta Şirkəti ASC tərəfindən «xxxx» firmasına ödənilmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 25 dekabr 2020-ci il tarixli, 9/5290 8/2145 saylı ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan qüsur aktı məlumatlarına əsasən 2011-ci il buraxılışlı, «Mitsubishi Pajero» markalı, H 022 195 dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci 06 yanvar 2016-cı il tarixə təxminən dəyişilməli hissələrin qiyməti təzə hissələrin qiymətinə müvafiq hesablanmaqla 3330 manat, o cümlədən dəyişilməli hissələrin dəyəri 2660 manat, təmir-bərpa işlərinin qiyməti 670 manat, dəyişiməli hissələrin qiymətinə aşınma tətbiq edilməklə 2839 manat, o cümlədən dəyişilməli hissələrin dəyəri 2169 manat, təmir-bərpa işlərinin qiyməti 670 manat müəyyən edilmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 25 dekabr 2020-ci il tarixli, 9/5290 8/2145 saylı ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış məhkəmə-əmtəəşünaslıq ekspertizasının dəyəri 50 (əlli) manat təşkil edir. İşdə olan 03 sentyabr 2020-ci il tarixli qəbzdən görünür ki, İddiaçı Sığorta Şirkəti ASC məhkəməyə müraciət edərkən iddia tələbi üzrə 30,40 manat dövlət rüsumu ödənilmişdir. Birinci instansiya məhkəməsi qeyd edilən sənədlərə və ekspert rəyinə istinad edərək iddia tələbini yuxarıda göstərilən qaydada qismən təmin etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Mülki Məcəllənin qeyd olunan maddələrinə düzgün istinad edərək iddia tələbini təmin etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 926-cı maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Sığortaçı sığorta ödənişini sığorta məbləği həddində həyata keçirir. Sığorta ödənişinin miqdarının müəyyən edilməsi və ödənilməsi qaydası icbari sığortada icbari sığorta qanunları ilə, könüllü sığortada sığorta müqaviləsi ilə müəyyən edilir. Sığorta hadisəsi nəticəsində bir neçə zərərçəkən müəyyən edildikdə, bu Məcəllənin 927.3-cü maddəsinin tələbi nəzərə alınmaqla, onlardan sığorta tələbi ilə müraciət etmiş hər hansı biri faydalanan şəxs kimi tanınır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 936-cı maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Mülki Məcəllənin 1108.1-ci maddəsinə əsasən, "ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur". Adı çəkilən Məcəllənin 1108.2-ci maddəsinə görə isə, yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 23.1.6-cı maddəsinə əsasən sığortaçının sığorta ödənişini verdikdən sonra müvafiq şəxslərə qarşı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936-cı maddəsində və bu Qanunun 25-ci maddəsində nəzərdə tutulmuş qaydada subroqasiya hüququndan istifadə etmək hüququ vardır. "İcbari sığortalar haqqında" Azərbaycan Respublikasının Qanununun 25.1.8-ci maddəsinə əsasən bu Qanunun 63.1-ci maddəsində nəzərdə tutulmuş halda, sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. "İcbari sığortalar haqqında" Azərbaycan Respublikasının Qanununun 63.1-ci maddəsinə əsasən bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. İş materiallarından müəyyən edilir ki, "Hyundai Santafe" markalı, ** FC *** dövlət qeydiyyat nişanlı avtomobil X4 məxsus olsa da, hadisə vaxtı, yəni 06 yanvar 2016-cı il tarixdə Cavabdeh tərəfindən qanuni əsasla idarə edilmişdir. Belə ki, "Hyundai Santafe" markalı, ** FC *** dövlət qeydiyyat nişanlı avtomobil nəqliyyat vasitəsini sürücülük hüququ olduqda idarə etmək üçün Cavabdeh verilmiş və həmin avtomobilin X1 hüquqa zidd götürülmüş olması barəsində heç bir dəlil irəli sürülməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, yüksək təhlükə mənbəyi olan avtomobilin vurduğu zərər üçün məsuliyyəti, ona qanuni əsaslarla sahib olan Cavabdeh daşımalıdır. İş materiallarından və ekspert rəyindən müəyyən edilir ki, baş vermiş yol nəqliyyat hadisəsi zamanı "Hyundai Santafe" markalı, ** FC *** dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh qanuni əsaslarla sahiblik edərək idarə etmiş və onun təqsirli hərəkətləri nəticəsində "İddiaçı" Sığorta Şirkəti ASC-də sığortalanmış «Mitsubishi Pajero» markalı, H 022 195 dövlət qeydiyyat nişanlı avtomobilə 2839 manat məbləğində zərər dəymişdir. Həmçinin, zərərçəkmiş şəxs tərəfindən azadolma məbləği 150 ABŞ dolları, yəni 240,12 manat "İddiaçı" Sığorta Şirkəti ASC-yə ödənilmişdir. Bu səbəbdən də, azadolma məbləği 150 ABŞ dolları, yəni 240,12 manatın ödənilməsi nəzərə alınaraq dəymiş zərər 2598,88 manat miqdarında hesablanmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq sığortalanmış avtomobilə vurulmuş zərərin cavabdehdən tutulması barədə gəldiyi nəticədə haqlı olmuşdur və qeyd edilən hal cavabdeh tərəfindən də mübahisələndirilməmişdir.ı Apelyasiya şikayətindən görünür ki, iddiaçı təşkilat dəymiş zərərin məbləği hissəsini mübahisələndirmiş, dəymiş zərərin «xxxx» firması tərəfindən verilmiş ziyan aktına əsasən 4115 manat müəyyən edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası qeyd edilən ziyan aktının iddianın tam təmin edilməsi üçün mötəbər sübut kimi qəbul etmir. Belə ki, qeyd edilən akt mübahisələndirilmiş və dəymiş zərərin müəyyən edilməsi üçün ekspertiza təyin edilmişdir. İş materiallarına əlavə edilmiş 25 dekabr 2020-ci il tarixli, 9/5290 8/2145 saylı ekspert rəyinə əsasən iş materiallarında olan qüsur aktı məlumatlarına əsasən 2011-ci il buraxılışlı, «Mitsubishi Pajero» markalı, H 022 195 dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci 06 yanvar 2016-cı il tarixə təxminən dəyişilməli hissələrin qiyməti təzə hissələrin qiymətinə müvafiq hesablanmaqla 3330 manat, o cümlədən dəyişilməli hissələrin dəyəri 2660 manat, təmir-bərpa işlərinin qiyməti 670 manat, dəyişiməli hissələrin qiymətinə aşınma tətbiq edilməklə 2839 manat, o cümlədən dəyişilməli hissələrin dəyəri 2169 manat, təmir-bərpa işlərinin qiyməti 670 manat müəyyən edilmişdir. Göründüyü kimi, ekspert rəyinə görə dəyişilməli hissələrə aşınma tətbiq edilməklə dəyən zərərin qiyməti 2839 manatdır ki, bu da «xxxx» MMC-nin qiymətləndirmə aktında göstərilən məbləğdən azdır. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, sığorta müqaviləsinə əsasən 150 ABŞ dolları, yəni 240,12 manat azad olma məbləği çıxılmalı, zərərin qalan məbləği olan 2598,88 manat pul cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. Məhkəmə kollegiyası iddiaçının təşkilatın ekspert rəyi ilə razı olmaması, ekspert rəyində ziyanın aşınma tətbiq edilməklə 2839 manat müəyyən edilməsinin, ümumiyyətlə, qəbul edilən olmaması barədə dəlilini əsaslı saymır. Çünki ekspert rəyi «xxxx» MMC-nin qiymətləndirmə aktından fərqli olaraq, xüsusi biliyi olan ekspert tərəfindən verilib. Məbləğin aşınma tətbiq edilməklə müəyyən edilməsinin düzgün olmaması ilə bağlı dəlilə gəldikdə, məhkəmə kollegiyası qeyd edir ki, zərər təzə hissələrin qiyməti ilə deyil, vurulan anda zədələnmiş hissələrin aşınma vəziyyətinin qiymətinə uyğun hesablanmalıdır. Bundan əlavə, ödənilmiş 30,40 manat məbləğində dövlət rüsumunun 63%-i, yəni 19,15 manatının cavabdehdən alınıb iddiaçıya ödənilməsi, ekspertizası tədqiqatının dəyəri 50 manatın 37 %, yəni 18,50 (on səkkiz manat 50 qəpik) manatı "İddiaçı" Sığorta Şirkəti ASC-dən, 63 %, yəni 31,50 (otuz bir manat 50 qəpik) manatı isə Cavabdeh tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməsi barədə birinci instansiya məhkəməsi gəldiyi nəticədə haqlı olmuşdur.. Belə ki, Mülki Prosessual Məcəllənin 119-cu maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası cavabdehin apelyasiya şikayətinin dəlillərini, ö cümlədən zərərin az hesablanması barədə mülahizəsini əsassız sayır. Belə ki, dəymiş zərərin hesablanması ilə əlaqədar birinci instansiya məhkəməsində ekspertiza təyin edilmiş və zərərin məbləğ ekspert rəyi ilə təsdiqini tapmışdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini formal mülahizələr kimi qiymətləndirir və hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qanuni və əsaslı qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Hazırki işdə məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv olunması üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutlmuş əsaslar mövcud deyil. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməməli, Siyəzən Rayon Məhkəməsinin 2(059)-45/2021 saylı, 22 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 372.1, 372.6, 372.7, 384.0.1, 393, 402, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Siyəzən Rayon Məhkəməsinin 2(059)-45/2021 saylı, 22 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. İddiaçı Sığorta Şirkəti ASC tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Qətnamədən, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(105)-1711/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1711/2021
29.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver