Məhkəmə qərarları › İş №2(105)-1718/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1718/2024

03.12.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1718/2024 03.12.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh 1 saylı Sumqayıt regional “ASAN xidmət” mərkəzində Notariat ofisinə qarşı xüsusi notariat hərəkətlərinin qeyri-qanuni hesab edilməsi tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər X36 və X2 ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi, Qətnamə ilə hüquq və vəzifələrinə toxunan şəxs Maraqlı şəxs iştirakı ilə, İddiaçı cavabdeh 1 saylı Sumqayıt regional “ASAN xidmət” mərkəzində Notariat ofisinə qarşı vərəsəlik şəhadətnaməsinin verilməsinə dair imtinasının qeyri-qanuni hesab edilməsi barədə mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-4703/2023 nömrəli qətnaməsindən hüquq və vəzifələrinə toxunan şəxs Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İşdə olan xx.xx.1970-ci il tarixdə verilmiş A3 № ******* saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X16 xx.xx.1970-ci ildə Sumqayıt şəhərində anadan olmuş, atası X27, anası X12r.

2. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş Çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, 1-ci mikrorayon, ev 26/8B, mənzil 43 (Yeni qaydalarla: AZ 5004, Sumqayıt şəhəri, Cəfər Cabbarlı küçəsi, 58, M5, m1) X8 adına xüsusi mülkiyyət üzrə hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə xx.xx.2017-ci il tarixdə ********** nömrə ilə qeydiyyat aparılmışdır.

3. Sumqayıt şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, AZ-İ № 911162 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X20 xx.xx.2018-ci il tarixdə ölmüşdür.

4. İddiaçı 1 saylı Sumqayıt regional “ASAN xidmət” Mərkəzində Notariat ofisinə ünvanladığı xx.xx.2018-ci il tarixli ərizəsindən görünür ki, o, xx.xx.2018-ci il tarixdə vəfat etmiş anası X3 qalmış miras əmlakı qəbul edir. Miras əmlak: ünvan 2 ünvanından ibarətdir. Ondan başqa vərəsələr bunlardır: 1. X21, 2. X23, 3. X24, 4. X17, 5. Maraqlı şəxs, 6. X13, 7. X14, 8. X9r.

5. 1 saylı Sumqayıt regional “ASAN xidmət” Mərkəzində Notariat ofisinin İddiaçı ünvanladığı xx.xx.2018-ci il tarixli, 5546 saylı məktubda qeyd edilmişdir ki, miras şərikləri arasında mübahisə olduğundan qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina olunur.

6. İşdən görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-769/2019 nömrəli, 06 mart 2019-cu il tarixli qətnaməsi ilə iddiaçılar Rasimxan Səmədovun və Vəlixan Səmədovun iddiasının qismən təmin edilməsi, analarından miras qalmış mübahisəli mənzilin 1/20 hissəsinə Rasimxan Səmədovun, 1/20 hissəsinə Vəlixan Səmədovun məcburi pay hüququnun, qalan 18/20 hissəsinə isə vəsiyyət üzrə Maraqlı şəxs vərəsəlik hüququnun tanınması, iddiaçılar Rasimxan Səmədovun və Vəlixan Səmədovun iddiasının qalan hissədə, digər iddiaçılar Gülçöhrə Şiriyevanın və İddiaçı iddiasının tam rədd edilməsi qət edilmişdir.

7. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-2525/19 nömrəli, 26 avqust 2019-cu il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iddianın qismən təmin edilməsi, Sumqayıt şəhəri 4 saylı DNK-da xx.xx.2013-cü il tarixdə 2V/127 reyestr nömrə ilə qeydə alınmış X8 adından verilmiş vəsiyyətnamənin etibarsız hesab edilməsi, iddiaçılar Rasimxan Səmədovun, Gülçöhrə Şiriyevanın, Vəlixan Səmədovun, İddiaçı və cavabdeh Maraqlı şəxs hər birinin mübahisəli mənzilin 1/9 hissəsinə pay hüququnun tanınması, 4/9 hissədə payın açıq saxlanılması, iddianın qalan hissədə rədd olunması qət edilmişdir.

8. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-1822/2020 nömrəli, 02 iyun 2020-ci il tarixli qərarı ilə kassasiya şikayəti qismən edilmiş, apelyasiya instansiyası məhkəməsinin 26 avqust 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iş yeni apellyasiya baxışına göndərilmişdir.

9. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-226/21 nömrəli, 01 fevral 2021-ci il tarixli qətnaməsi ilə iddiaçıların apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

10. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-4168/2021 nömrəli, 06 oktyabr 2021-ci il tarixli qərarı ilə kassasiya şikayəti qismən edilmiş, apelyasiya instansiyası məhkəməsinin 01 fevral 2021-ci il tarixli qətnaməsi miras paylarının həcmi hissəsində ləğv edilmiş, iş həmin hissədə yeni apellyasiya baxışına göndərilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.

11. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-342/22 nömrəli, 13 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə iddiaçıların apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi iddia tələbinin miras əmlakın 1/20 hissəsinə Rasimxan Səmədovnun, 1/20 hissəsinə Vəlixan Səmədovun məcburi pay hüququnun, qalan 18/20 hissəsinə isə vəsiyyət üzrə vərəsə Maraqlı şəxs vərəsəlik hüququnun tanınması hissəsində ləğv edilmiş, həmin hissədə iddia qismən təmin edilərək, mübahisəli mənzilin 1/18 hissəsinə Rasimxan Səmədovun, 1/18 hissəsinə Vəlixan Səmədovun məcburi pay hüquqları, qalan 16/18 hissəsinə isə Maraqlı şəxs vəsiyyət üzrə vərəsəlik hüquqları üzrə payları müəyyən edilmişdir.

12. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(102)-555/2023 nömrəli qərarı ilə iddiaçı X13 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)- 342/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi X4 aid hissədə dəyişdirilmədən saxlanılmışdır.

Birinci instansiya məhkəməsindəki icraat

13. İddiaçı cavabdeh 1 saylı Sumqayıt regional “ASAN xidmət” mərkəzində xüsusi notarius X22 qarşı “xüsusi notariat hərəkətlərinin qeyri-qanuni hesab edilməsi tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

14. İddia onunla əsaslandırılmışdır ki, xx.xx.2018-ci il tarixdə anaları X25 vəfat etmişdir. Anaları vəfat etdikdən bir qədər sonra vərəsələr, yəni İddiaçı qanunla müəyyən edilmiş müddətdə vərəsəlik şahədətnaməsini almaq üçün Sumqayıt “ASAN xidmət” Mərkəzinin Notariat ofisinə yazılı ərizə ilə müraciət etmişdir. Müstəqil notariat ofisi heç bir qanuni əsas olmadan xx.xx.2018-ci il tarixdə 5546 saylı məktubla vərəsəlik şəhadətnaməsi verilməsindən imtina etmişdir. Müstəqil notariusun etdiyi hərəkətlər “Notariat haqqında” Qanunun 57 və 58-ci, Mülki Məcəllənin tələblərinə zidd olduğundan göstərilən əsaslarla ləğv edilməlidir. Göstərilənlərə əsasən Sumqayıt “ASAN xidmət” Mərkəzinin Notariat Ofisinin İddiaçı vərəsəlik şəhadətnaməsinin verilməsinə dair imtinasının qeyri-qanuni hesab edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir.

15. Sonradan iddiaçının nümayəndəsi və vəkili cavabdehin əsl cavabdeh ilə əvəz olunmasına dair məhkəməyə ərizə təqdim edərək, 1 saylı Sumqayıt regional “ASAN xidmət” mərkəzində xüsusi notarius X18 1 saylı Sumqayıt regional “ASAN xidmət” mərkəzində notariat ofisi ilə əvəz edilməsini məhkəmədən xahiş etmişdir.

16. İş materiallarında olan məhkəmə sorğusuna cavab olaraq göndərilmiş 1 saylı Sumqayıt regional “ASAN xidmət” mərkəzində notariat ofisinin məktubundan görünür ki, xx.xx.2018-ci il tarixdə vəfat etmiş X3 miras qalmış əmlaka dair vərəsələri : qızı Maraqlı şəxs xx.xx.2018-ci il tarixdə 827 nömrəli, oğlu X14 xx.xx.2018-ci il tarixdə 8İ-4351 reyestr nömrəli, qızı İddiaçı xx.xx.2018-ci il tarixdə 1367 nömrəli, qızı X13 xx.xx.2018-ci il tarixdə 1366 nömrəli, oğlu X19 xx.xx.2018-ci il tarixdə 1333 nömrəli, X37 xx.xx.2018-ci il tarixdə, 8İ-4352 reyestr nömrəli, oğlu X21 xx.xx.2018-ci il tarixdə 1334 nömrəsi ilə təsdiq edilmiş “mirasın qıbulu barədə” ərizə ilə müraciət etmişlər. X7 xx.xx.2018-ci il tarixli, 7E-16158 reyestr nömrəli, qızı X17 xx.xx.2018-ci il tarixli, 7E-13233 reyestr nömrəli, oğlu X24 xx.xx.2018-ci il tarixli, 7E-13234 reyestr nömrəsi ilə təsdiq edilmiş “mirasdan Maraqlı şəxs xeyrinə imtina” barədə ərizə ilə müraciət etmişlər. Mirasqoyan xx.xx.2013-cü il tarixdə Sumqayıt şəhəri 4 saylı notariat ofisində 2V-127 reyestr nömrəsi ilə təsdiq edilmimş vəsiyyətnamə ilə bütün daşınar və daşınmaz əmlakını qızı- Maraqlı şəxs vəsiyyət etmişdir. Vərəsə - X15 xx.xx.2018-ci il tarixdə 5548 nömrəli məktubla Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291-ci maddəsinə əsasən məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. X21 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. X1 xx.xx.2018-ci il tarixdə 5523 nömrəli məktubla Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1291-ci maddələrinə əsasən məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Vərəsə - X4 xx.xx.2018-ci il tarixdə 5547 nömrəli məktubla Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291-ci maddəsinə əsasən məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Vərəsə - X10 xx.xx.2018-ci il tarixdə 5545 nömrəli məktubla Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291-ci maddəsinə əsasən məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Vərəsə - İddiaçı xx.xx.2018-ci il tarixdə 5546 nömrəli məktubla Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291-ci maddəsinə əsasən məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarxili, 2(105)- 342/2022 saylı icra vərəqəsinə əsasən mirasqoyana məxsus Sumqayıt şəhəri, 1-ci mkr-n, 8b/26 saylı evin, 43 saylı mənzilin 1/18 hissəsinə X6, 1/18 hissəsinə X11 məcburi pay hüquqları, qalan 16/18 hissəsinə isə Maraqlı şəxs vəsiyyət üzrə vərəsəlik hüquqları üzrə payları müəyyən edilmişdir. İddiaçı “xüsusi notariat hərəkətlərinin qeyri-qanuni hesab edilməsi tələbi”nə dair Sumqayıt Şəhər Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında təlimatın İİ bölməsinə “Təsdiq edilməli olan hüquq və fakt barəsində müahisə edən digər əlaqədar şəxsdən ərizə alınması haqqında məhkəmədən məlumat gəldikdə notariat hərəkətlərinin aparılması məhkəmədə iş həll edilənədək dayandırılmalıdır. Buna əsasən vərəsələrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməmişdir.

17. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-4703/2023 nömrəli qətnaməsi ilə (hakim Şəbnəm Həxiyeva) iddia tələbi təmin edilmiş, 1 saylı Sumqayıt regional “ASAN xidmət” mərkəzində notariat ofisinin İddiaçı “vərəsəlik şəhadətnaməsinin verilməsindən imtina edilməsinə dair” notariat hərəkəti qanunazidd hesab edilməsi, məhkəmə xərclərinin iddiaçıya aid edilməsi qət edilmişdir.

18. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, İddiaçı qanuni vərəsəlik dairəsinə daxil edilmişdir. Belə olan halda, iddiaçı haqlı olaraq hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1321-ci maddəsinə əsasən vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. Qanunda nəzərdə tutulmuş hallarda vərəsəlik şəhadətnaməsinin alınması məcburidir. Vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsin həmin şəhadətnamədə göstərilən hüquqa malik olması qəbul edilir. Bu, vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsdən onun miras payına aid olan hər hansı bir predmeti, belə predmetlə bağlı hüququ və ya miras payına daxil olan hər hansı bir hüquqdan azad etməni əldə edən şəxsin xeyrinə də qüvvədədir, bir şərtlə ki, əldə edən vərəsəlik şəhadətnaməsinin düzgün olmadığını bilməmiş olsun.

19. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəlləsinin 1133, 1134.1, 1145, 1151.1, 1159.1.1, 1243, 1246, 1321, 1322, 1324, 1325, “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 9, 59, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın təsdiq edilməsi barədə” xx.xx.2000-ci il tarixli Qərarının 36-cı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291 və 1321.1-ci maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2021-ci il tarixli Qərarı və MPM-in 14.2, 76.1, 76.2, 77.1, 119.1, 217.3, 217.4-cü maddələrinin tələbləri ilə əsaslandırmışdır.

20. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-4703/2023 nömrəli qərardadı ilə (hakim Şəbnəm Həxiyeva) Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4703/2023 saylı, 01 noyabr 2023-cü il tarixli qətnaməsi Maraqlı şəxs maraqlarına və hüquqlarına toxunduğu üçün onun tərəfindən maraqlı şəxs kimi qətnamədən verilmiş apellyasiya şikayəti qəbul edilərək vaxtında verilmiş hesab edilməklə, “apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpasına dair” ərizə təmin edilməmiş, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4703/2023 saylı, 01 noyabr 2023-cü il tarixli qətnaməsindən maraqlarına toxunan şəxs Maraqlı şəxs apellyasiya şikayəti prosessual normalara riayət edilərək verildiyindən baxılması üçün mülki işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

21. Qətnamədən hüquq və vəzifələrinə toxunan şəxs Maraqlı şəxs apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

22. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə artıq miras əmlakla bağlı vərəsələrin dairəsinin müəyyən olunması və vərəsələr arasında pay bölgüsünün aparılması barədə qanuni qüvvəsini almış məhkəmə aktlarının olmasını nəzərə almamış və miras əmlakda pay hüququ olmayan bir şəxsin adına vərəsəlik hüququna dair şəhadətnamənin verilməsini qanunauyğun hesab etmişdir. Hazırkı qətnamənin icrası 16/18-də pay hüququ əsasında ona məxsus olan əmlaka miras əmlakdan məcburi pay hüququ əldə etmək imkanını itirmiş şəxsin də miras almaq hüququnun tanınmasına əsas verməklə yanaşı, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(105)-342/2022 nömrəli qətnaməsi ilə müəyyən etdiyi hallara zidd olan əsasların üzə çıxmasına və onun payının azalmasına, mülkiyyət hüquqlarına müdaxilə edilməsinə səbəb olmuşdur. Bundan başqa, Ali Məhkəmənin qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılmasına dair məhkəmə tərkibinin 23 oktyabr 2023-cü il tarixli 13(102)-254/2022 saylı qərardadı ilə hazırki iş üzrə iddiaçının ərizəsinin Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun baxışına çıxarılmasından imtina olunmuşdur. Həmin ərizə Ali Məhkəmənin xx.xx.2021-ci il tarixli 2(102)-4168/2021 saylı qərarından verilmiş və şikayətin də əsasında iddiaçının həmin qərarla vərəsə kimi qəbul edilməməsi və buna səbəb kimi iddiaçının notariusa gec müraciət etməsi olmuş, bundan sonra iddiaçı miras əmlakdan payının müəyyən edilməsini və ona vərəsəlik hüququna dair şəhadətnamənin verilməsini notariat ofisindən xahiş etmişdir. Halbuki artıq o, qanun qüvvəsini almış məhkəmə aktları ilə bu əmlaka vərəsəlik hüququnu itirmişdir. Bundan başqa məhkəmə vərəsəlik hüququna dair şəhadətnamənin verilməməsinin vərəsələr arasında mübahisənin olması səbəbindən baş verməsini nəzərə almaqla bu iş üzrə hüquqları müəyyən edilmiş bütün vərəsələri, o cümlədən də onu tərəf kimi tanımalı olduğu halda bunu etməmiş və nəticədə o, qarşı tərəfin iddia tələbi ilə bağlı sübutlarını təqdim etmək imkanından məhrum olmuş və bu prosessual pozuntu məhkəmə tərəfindən maddi normaların da düzgün tətbiq edilməməsinə səbəb olmuşdur.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

23. Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

24. Məhkəmə kollegiyasının iclasında iştirak edən Maraqlı şəxs apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd edilməsini xahiş etdi.

25. Məhkəmə iclasının yeri və vaxtı barədə İddiaçı və cavabdeh 1 saylı Sumqayıt regional “ASAN xidmət” mərkəzində Notariat ofisinə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

26. Maddə 29. Mülkiyyət hüququ (...) Vİİ. Dövlət vərəsəlik hüququna təminat verir.

Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

27. Maddə 1133. Vərəsəlik anlayışı 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.

28. Maddə 1146. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır.

29. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.

30. Maddə 1243. Mirasın qəbul edilməsi 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.

31. Maddə 1274. Mirasın bölüşdürülməsi anlayışı Miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür.

32. Maddə 1291.Əmlakın bölüşdürülməsi zamanı mübahisələrə baxılması Miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Əmlakın bölüşdürülməsi zamanı məhkəmə bölüşdürülməli əmlakın xarakterini, miras şəriklərindən hər birinin fəaliyyətini və digər konkret halları nəzərə almalıdır.

33. Maddə 1321. Vərəsəlik şəhadətnaməsi anlayışı 1321.1. Vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. 1321.2. Qanunda nəzərdə tutulmuş hallarda vərəsəlik şəhadətnaməsinin alınması məcburidir. 1321.3. Vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsin həmin şəhadətnamədə göstərilən hüquqa malik olması qəbul edilir. Bu, vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsdən onun miras payına aid olan hər hansı bir predmeti, belə predmetlə bağlı hüququ və ya miras payına daxil olan hər hansı bir hüquqdan azad etməni əldə edən şəxsin xeyrinə də qüvvədədir, bir şərtlə ki, əldə edən vərəsəlik şəhadətnaməsinin düzgün olmadığını bilməmiş olsun.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

34. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...)

35. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 77.3. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər.

36. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

37. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı (...) 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. (...) 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. (...)

38. Maddə 218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər (...) 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

39. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

40. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər (...)

41. Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

42. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayətləri mümkün sayılmışdır. Apellyasiya şikayətlərinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

43. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətlərinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilməli və iddia tələbi təmin edilməməlidir.

44. İşdən görünür ki, X20 xx.xx.2018-ci il tarixdə vəfat etmişdir.

45. Mülki Məcəllənin 1145-ci maddəsinə əsasən, miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır.

46. İş materiallarından görünür ki, miras əmlak ünvan 2-dən ibarət olmuş, miras şərikləri arasında mübahisə olduğundan vərəsə (iddiaçı) İddiaçı xx.xx.2018-ci il tarixdə 5546 nömrəli məktubla Mülki Məcəlləsinin 1291-ci maddəsinə əsasən məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur.

47. İş materiallarına əlavə olunmuş məhkəmə aktlarından görünür ki, qeyd olunan miras əmlaka dair vərəsələr arasında məhkəmə mübahisəsi mövcud olmuşdur.

48. Mülki Məcəllənin 1291-ci maddəsinə əsasən, miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Əmlakın bölüşdürülməsi zamanı məhkəmə bölüşdürülməli əmlakın xarakterini, miras şəriklərindən hər birinin fəaliyyətini və digər konkret halları nəzərə almalıdır.

49. İşdən görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-342/22 nömrəli, 13 sentyabr 2022-ci il tarixli qətnaməsinə əsasən mübahisəli mənzilin 1/18 hissəsinə Rasimxan Səmədovun, 1/18 hissəsinə Vəlixan Səmədovun məcburi pay hüquqları, qalan 16/18 hissəsinə isə Maraqlı şəxs vəsiyyət üzrə vərəsəlik hüquqları üzrə payları müəyyən edilmişdir.

50. İşdən həmçinin görünür ki, miras əmlak olan mübahisəli mənzilə dair İddiaçı iddiası təmin edilməmişdir. Beş ildən sonra irəli sürülmüş mövcud iddia üzrə iddiaçının hüquqi marağının nədən ibarət olması isə birinci instansiya məhkəməsi tərəfindən aydınlaşdırılmamış, vərəsələr arasında miras əmlakla bağlı mübahisə olduğunu və mübahisəyə qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə hüquqi qiymət verildiyini nəzərə almamışdır.

51. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 avqust 2012-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqelərə görə, mülki prosesdə iddianın predmeti dedikdə, iddiaçının, barəsində qərar qəbul olunmasını xahiş etdiyi subyektiv hüquq başa düşülür. İddianın predmetinə qanunla qorunan maraqları, o cümlədən, bütövlükdə hüquq münasibətlərini aid etmək olar... İddianın predmeti ilə iddianın obyekti fərqləndirilməlidir. İddianın obyekti - iddiaçının əldə etməyə çalışdığı maddi nemətdir: pul məbləği, qeyriyaşayış sahəsi, sair konkret əmlak. İddianın obyekti iddianın predmetinə daxildir və müstəqil əhəmiyyət kəsb etmir.

52. Konstitusiya Məhkəməsinin qərarında həmçinin qeyd olunmuşdur ki, iddianın predmeti iddia ərizəsinə əsasən tələb edilənlərlə məhdudlaşmayaraq, irəli sürülmüş tələblə ehtiva olunan və ona mahiyyəti üzrə baxılıb əsaslandırılmış qiymətin verilməsi üçün zəruri olan hüquq münasibətlərini də əhatə edir. Belə ki, iddianın predmeti, barəsində qərar qəbul olunması xahiş edilən subyektiv hüquq olduğu üçün iddianın obyektinə aid olan konkret hərəkətlərin yerinə yetirilməsi, əşyaların alınıb verilməsi kimi tələblərlə eyniləşdirilməməlidir. Ayrı-ayrı iddia tələblərinin fərqli formada ifadə olunması və ya zahiri baxımdan fərqlənməsi iddianın predmetinin fərqli olması qənaətinə gəlmək üçün əsas ola bilməz. Odur ki, oxşar iddia tələblərinin eyni predmetli olub-olmamasının müəyyənləşdirilməsi üçün həmin tələblərə iddiaçının subyektiv hüququ, onun qanunla qorunan maraqları, o cümlədən bütövlükdə hüquq münasibətləri baxımından kompleks şəkildə qiymət verilməlidir.

53. “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 40-cı maddəsinə görə notariuslar və notariat hərəkətini aparan digər vəzifəli şəxslər hərəkətin aparılmasına rədd cavabı almış şəxsin xahişi ilə üç gün müddətində imtina barədə əsaslandırılmış qərar çıxarmalı və ondan şikayət verilməsi qaydasını izah etməlidirlər.

54. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 14 oktyabr 2022-ci il tarixli qərarına əsasən, vərəsəliyə çağırılmış vərəsələr arasında vərəsələrin dairəsi, miras kütləsi, payların həcmi, habelə mirasın bölüşdürülməsi ilə bağlı mübahisə olmadığı təqdirdə mirasın qəbul edilməsi faktının rəsmiləşdirilməsi notariat qaydasında həyata keçirilir.

55. Göründüyü kimi, vərəsələr arasında payların həcmi, habelə mirasın bölüşdürülməsi ilə bağlı mübahisə olduğu təqdirdə həmin mübahisələrin həlli notariat orqanlarının deyil, müvafiq məhkəmələrin səlahiyyətinə aiddir. Ona görə də, cavabdeh tərəfindən iddiaçıya qanunla müəyyən edilmiş qaydada məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur.

56. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin bütün faktiki hallarını araşdırmayaraq iddianın təmin edilməsi barədə iş üzrə düzgün olmayan nəticəyə gəlmişdir.

57. Azərbaycan Respublikası MPM-in 385.1.2, 385.1.3 və 385.1.4-cü maddələrinə görə, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

58. Göstərilənlərə əsaslanaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)- 4703/2023 nömrəli qətnaməsi ləğv olunmalı, iş üzrə yeni qətnamə qəbul edilməli və iddia tələbi təmin edilməməlidir.

59. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-4703/2023 nömrəli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdeh 1 saylı Sumqayıt regional “ASAN xidmət” mərkəzində Notariat ofisinə qarşı vərəsəlik şəhadətnaməsinin verilməsinə dair imtinasının qeyri-qanuni hesab edilməsi barədə iddiası təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemi”ndə yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar