Məhkəmə qərarları › İş №2(105)-172/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-172/2021

27.01.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-172/2021 27.01.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), X9 və X3 ibarət tərkibdə, məhkəmə iclas katibi X10, İddiaçı, cavabdeh X6 iştirakı ilə Şamaxı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(074)-3/2020 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti üzrə işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Şamaxı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(074)-3/2020 saylı qətnaməsi ilə (hakim E.Z.Hümbətov) İddiaçı cavabdeh X8 qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddiası qismən təmin edilib, cavabdeh X12 tərəfindən tikinti işləri aparılması nəticəsində vurulmuş maddi ziyanın əvəzi olaraq 4760 manat pulun alınaraq İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi, iş üzrə keçirilmiş ekspertiza üzrə aparılmış tədqiqatın dəyiri 150 manat pulun İddiaçı və cavabdeh X7 birgə qaydada alınıb, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005, VÖEN********** Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ 22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülməsi qət edilmişdir. Cavabdeh apelyasiya şikayəti verib, Şamaxı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(074)-3/2020 saylı qətnaməsinin ləğv olunaraq iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiasını onunla əsaslandırmışdır ki, anası X1 rayonu, Əngəxaran kəndində qeydiyyatda olub və həmin kənddə torpaq sahəsi var. X5 xx.xx.2016-cı il tarixdə vəfat etmiş və onun qanun üzrə vərəsəsidir. 2013-cü ildə təxminən aprel ayında anası ona bildirmişdir ki, Şamaxı rayonu, Əngəxaran kəndində yerləşən torpaq sahəsində ev tikmək lazımdır. O, kəndə köçüb orda yaşamaq istəyir. Bu məqsədlə o, öz kəndlərinə getmiş, ustaları axtarmağa başlamışdır. Həmin müddət ərzində Cavabdeh ona yaxınlaşaraq bildirmişdir ki, «o, bütün tikinti işlərini öz öhdəsinə götürür və ona hazır ev təhvil verəcəkdir». Nəticədə onunla razlaşmış, ona 2000 manat pul vermiş və cavabdeh onun anasına məxsus torpaq sahəsində tikinti işləri başlamış, tikinti işləri 2013-cü ilin may ayından 2015-ci ilin avqust ayına kimi aparılmışdır. Həmin müddət ərzində onun tərəfindən Cavabdeh hissə-hissə 42000 manat məbləğində pul ödənilmişdir. 2015-ci ilin avqust ayında cavabdeh ona bildirmişdir ki, tikinti işləri qutarmış və evi təhvil almaq üçün gəlsin. Həmin müddət ərzində o, kəndə getmiş, təzə tikilən evi yaşamaq üçün tam yararsız vəziyyətdə görmüşdür. Bu barədə cavabdehə öz narazlığını bildirmişdir. Bundan sonra, məlumat almışdır ki, cavabdeh onun evinə aid tikinti materiallarını oğurlamış və həmin materiallardan öz evində tikinti işlərində istifadə etmişdir. X2 xx.xx.2016-cı il tarixdə vəfat etdikdən sonra Şamaxı rayonu, Əngəxaran kəndində yerləşən torpaq sahəsinə aid olan sənədləri axtarmış, məlumat almışdır ki, həmin sənədləri də cavabdeh oğurlamışdır. Bu barədə cavabdehdən dəfələrlə tikinti işlərini başa çatdırmasını və sənədlərini ona qaytarımasını tələb etmişdir. 2017-ci ilin oktyabr ayında cavabdeh ona qarşı böhtan xarakterli məlumatları “Lider” TV vasitəsilə elan etmişdir. Cavabdeh öz hərəkətləri ilə ona külli miqdarda maddi zərər vurmuş, onun əmlakını talamış və mənimsəmişdir. Onun şərəf və ləyaqətini ləkələyən və nüfüzdan salan məlumatları kütləvi çıxışında yaymışdır. Cinayət xarakterli hərəkətləri barədə hal-hazırda Şamaxı rayon Prokurorluğuna və Polis şöbəsinə müraciət edilmişdir. Ona görə də, cavabdeh X14 tərəfindən tikinti işləri aparılması nəticəsində ona vurulmuş 42000 manat məbləğində maddi zərər cavabdeh tərəfindən şərəf və ləyaqətini ləkələyən və nüfuzdan salan məlumatları kütləvi informasiya çıxışında yaymağına görə ona vurulmuş 50000 manat dəyərində zərər, sənədlərin bərpa edilməsi ilə əlaqədar xərclədiyi 3000 manat pulun cavabdehdən tutulub ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN İZAHAT İ: Cavabdeh apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Şamaxı Rayon Məhkəməsi xx xxxxxx 2020-ci il tarixli qətnaməni qəbul edərkən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, məhkəmə tərəfindən iddiaçıya məxsus torpaq sahəsində aparılmış tikinti işlərinə xərclənmiş vəsaitlər düzgün hesablanmamış və onun gördüyü işlər tam həcmdə nəzərə alınmamış, iddia tələbi əsassız olmasına baxmayaraq qismən təmin edilmişdir. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilib, iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apelyasiya şikayətini müdafiə edib, təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı apelyasiya şikayətinə etiraz edib, təmin olunmamasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan 3 Saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən xx xxxxxxx 2016-cı il tarixdə verilmiş AZ-İ seriyalı, 839854 seriyalı ölüm haqında şəhadətnamədən görünür ki, X5 xx xxxxxx 2016-cı il tarixdə “Kəskin miokard infarktı” səbəbindən ölmüşdür. İddiaçı tərəfindən təqdim olunmuş yaşayış evinin fotoşəkillədən görünür ki, tikinti sahəsinin divarlarında çatlar mövcuddur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2019-cu il tarixli, 8666 saylı ekspert rəyindən görünür ki, Şamaxı rayonu, Əngəxaran kəndində yerləşən İddiaçı məxsus fərdi yaşayış evi üzrə yerinə yetirilmiş tikinti-təmir işlərinin ümumi dəyəri 37102 manat məbləğində müəyyən edilir. Tədqiq olunan yaşayış evinin divarlarının bəzi yerlərdə çatladığı, hörgü daşlarının aralandığı müəyyən edilmişdir. Lakin yaranmış çatların səbəbi və texniki xüsusiyyəti dəqiq məlum olmadığından, həmin qüsurların bərpa edilməsi üçün yerinə yetirilməli işlərin həcmini və dəyərini müəyyən etmək mümkün olmamışdır. Birinci instansiya məhkəməsi iddia ərizəsinə hüquqi qiymət verdikdə göstərmişdir ki, iddiaçının sifarişi ilə onun varisi olduğu mərhum X2na məxsus torpaq sahəsində cavabdeh tərəfindən 2013-cü ilin may ayından 2015-ci ilin avqust ayına kimi fərdi evin tikintisi işləri aparılaraq iddiaçıya təhvil verilmişdir. Təhvil zamanı yaşayış evinin divarları bəzi yerlərdə çatlamış, hörgü daşları isə aralanmış vəziyyətdə olmuşdur. İddiaçı tələbini cavabdehə tikinti xərci üzrə 42000 manat ödəməsi, cavabdehin evə aid tikinti materiallarını oğurlayıb, həmin materiallardan istifadə edib, öz evində tikinti işləri aparması, cavabdehin işi qüsurla icra etməsi nəticəsində evin divarlarının yatması və partlaması, Əngəxaran kəndində yerləşən torpaq sahəsinə aid olan və cavabdeh tərəfindən oğurlanan sənədlərin bərpa edilməsinə 3000 manat xərcləməsi ilə əsaslandırsa da, iddiasının əsası kimi istinad etdiyi həmin halların təsdiqi üçün hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. X17 Məhkəməsi Mahmudov Rusiyaya qarşı iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. X17 Məhkəməsi Qavazov Bolqarıstana qarşı iş üzrə xx xxxx 2008-ci il tarixli qərarında xatırlatmışdır ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. Cavabdeh iddiaya etiraz edərək iddiaçının ona tikinti xərci üzrə yalnız 41862 manat ödədiyini, iddiaçıya sifariş etdiyi polun altında podvalı mətbəx tərəfindən yaratmalarını təklif etdiyini, lakin iddiaçının razılaşmayıb podvalın çöldən kəsilib düzəldilməsini istədiyi üçün, ustaların məcburən çöldən qapı kəsib podval düzəltmələri, çatın da bunun nəticəsində baş verdiyini bildirmişdir. Birinci instansiya məhkəməsi iddiaçının tələbinin əsası kimi istinad etdiyi halın təsdiqi üçün hər hansı sübutu təqdim edə bilməməsini nəzərə alaraq, iddiaçının ona 41862 manat ödədiyininə dair cavabdehin bildirdiklərini işin hallarına uyğun saymış və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2019-cu il tarixli rəyi ilə isə fərdi yaşayış evi üzrə yerinə yetirilmiş tikinti-təmir işlərinin ümumi dəyərinin 37102 manat məbləğində olduğu müəyyən edilmiş, yaşayış evinin divarlarının bəzi yerlərdə çatlamasının, hörgü daşlarının aralanmasının səbəbinin və texniki xüsusiyyətinin dəqiq məlum olmadığı qeyd edilmişdir. İş üzrə olan sübutlarla, fərdi yaşayış evində yaranmış çat və daşlarının aralanmasının cavabdehin işi qüsurla icra etməsi nəticəsində baş verməsi halı təsdiq edilməmişdir. İş üzrə olan sübutlarla həmçinin Əngəxaran kəndində yerləşən torpaq sahəsinə aid olan sənədlərin cavabdeh tərəfindən oğurlanması və iddiaçının sənədlərin bərpa edilməsinə 3000 manat xərcləməsi halı da təsdiq edilməmişdir. Bununla yanaşı xüsusi biliyi olan orqan öz rəyində, fərdi yaşayış evi üzrə yerinə yetirilmiş tikinti-təmir işlərinin ümumi dəyərinin iddiaçının cavabdehə verdiyi vəsaitdən 4760 (41862 manat- 37102 manat= 4760 manat) manat az olduğunu müəyyən etmişdir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2019-cu il tarixli rəyi vermiş şəxsin aparılmış tikintiyə xərclənmiş vəsaitin dəyərini müəyyən etməkdə xüsusi biliyinin olduğunu nəzərə alaraq, həmin rəylə razılaşır və cavabdehin iddiaçıdan icra etdiyi işin dəyərindən 4760 manat artıq pul aldığını işin hallarına uyğun saymışdır. Birinci instansiya məhkəməsi eyni zamanda göstərmişdir ki, cavabdehin ona mənəvi zərər vurduğunu iddia etmiş, tələbini ona qarşı böhtan xarakterli məlumatları Lider TV vasitəsilə elan etməsi ilə əsaslandırmış, böhtan xarakterli məlumatların nədə ifadə olunduğunu izah edə bilməmiş, bu barədə hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. İş üzrə olan sübutlarla cavabdehin iddiaçıya qarşı böhtan xarakterli məlumatları “Lider TV” vasitəsilə elan etməsi halı təsdiq edilməmişdir. Birinci instansiya məhkəməsi mənəvi zərərin əvəzinin ödənilməsini tələb etsə də, fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların məlumatların yayılması nəticəsində baş verməsi, cavabdehin hərəkəti ilə mənəvi zərər arasında səbəbli əlaqənin olması barədə hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 768.1.2-ci maddəsinə əsasən podratçı sifarişçinin göstərişinin icra ediləcəyi təqdirdə məmulatın davamsız və ya yararsız olacağı halda sifarişçini vaxtında xəbərdar etməyə borcludur. Həmin Məcəllənin 768.2-ci maddəsinə əsasən əgər podratçının vaxtında etdiyi xəbərdarlığa baxmayaraq, sifarişçi müvafiq müddətdə yararsız və ya keyfiyyətsiz materialı əvəz etməzsə, işin yerinə yetirilməsi qaydaları haqqında verdiyi göstərişi dəyişməzsə və ya hazırlanan məmulatın yararlığına və möhkəmliyinə zərər vura bilən digər halları aradan qaldırmazsa, podratçı müqavilədən imtina edə bilər və bununla vurulan zərərin əvəzini ödəməyi tələb edə bilər. Həmin Məcəllənin 769-cu maddəsinə əsasən əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2008-ci il tarixli 7 saylı Qərarının 1-ci bəndində izah edilmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya”nın 41-ci maddəsinə və X17 Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Qərarın 10-cu bəndində izah edilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 135.1-ci maddəsinə əsasən bu Məcəlləyə uyğun olaraq yalnız fiziki obyektlər əşya sayılırlar. Pullar və sənədli qiymətli kağızlar da əşyadır. Həmin Məcəllənin 135.2-ci maddəsinə əsasən əmlak istənilən əşyaların və qeyri-maddi əmlak nemətlərinin toplusudur. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Son nəticədə birinci instansiya məhkəməsi hesab etmişdir ki, yalnız yerinə yetirdiyi işə görə muzd almaq hüququ olan cavabdehin iddiaçıdan icra etdiyi işin dəyərindən 4760 manat artıq pul alması, nəticədə iddiaçının həmin məbləğdə pul vəsaitindən məhrum olmaqla zərərə uğraması təsdiq olunduğundan, 4760 manat zərərin əvəzi üzrə cavabdehdən iddiaçının xeyrinə tutulmalı, iddia tələbi həmin hissədə təmin edilməlidir. İddiaçının tikinti işlərinə iddia edilən məbləğdə vəsait xərcləməsi, fərdi yaşayış evində yaranmış çat və daşlarının aralanmasının cavabdehin işi qüsurla icra etməsi nəticəsində baş verməsi, Əngəxaran kəndində yerləşən torpaq sahəsinə aid olan sənədlərin cavabdeh tərəfindən oğurlanması və iddiaçının sənədlərin bərpa edilməsinə 3000 manat xərcləməsi, cavabdehin iddiaçıya qarşı böhtan xarakterli məlumatları Lider TV vasitəsilə elan etməsi, nəticədə iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların məlumatların yayılması nəticəsində baş verməsi, cavabdehin hərəkəti ilə mənəvi zərər arasında səbəbli əlaqənin olması halı təsdiq edilmədiyindən, iddia tələbi tikinti işləri üzrə ödənilmiş vəsaitin qalan hissəsi üzrə zərərin, sənədlərin bərpa xərcləri üzrə zərərin və mənəvi zərərin əvəzlərinin tutulmasına dair hissələrdə rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası işin həqiqi hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin etməklə düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, məhkəmənin qərarı qanuni və əsaslıdır. Cavabdeh tərəf apelyasiya şikayətinin dəlillərini təsdiq edən başqa bir sübut təqdim edə bilməmiş və həmin halları sübuta yetirə bilməmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apelyasiya şikayətinin dəlilləri əsassız olub, başqa sübutlarla öz təsdiqini tapmayıb, toplanmış sübutlarla təkzib olunmuşdur. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin apelyasiya qaydasında dəyişdirilmədən, apelyasiya şikayətinin isə təmin edilmədən saxlanması üçün əsasdır. Ona görə də, apelyasiya şikayəti təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392-393, 402, 403 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh apelyasiya şikayəti təmin edilməsin. Şamaxı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(074)-3/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Telman Quliyev Hakimlər: Gülnarə Tağızadə Lətifə Məmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar