Məhkəmə qərarları › İş №2(105)-1721/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1721/2021

05.07.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1721/2021 05.07.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X11 Tağızadənin sədrliyi və məruzəsi, X1 və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Elnarə Nəriman qızı Ağayevanın katibliyi, İddiaçılar: İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4, İddiaçı2 nümayəndəsi və vəkili: X6, Cavabdeh V.Ə.İsayevin hüquqi varisi: X7, Cavabdeh: X14, Cavabdeh R.F.İsayevin nümayəndəsi və vəkili: X5 iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdehlər Cavabdeh1, X3 və qeyrisinə qarşı daşınmaz əmlakın bağışlanması müqaviləsinin, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi və evə köçürülmə tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 14 noyabr 2018-ci il tarixli qətnaməsindən cavabdeh R.F.İsayevin nümayəndəsi və vəkili S.İ.İsmayılov tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Xaçmaz Rayon Məhkəməsinin 14 noyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakim R.E.Xəlilov) iddianın qismən təmin olunması, İddiaçı1, İddiaçı2, İddiaçı4 Xaçmaz rayonu Bostançı kəndində yerləşən X8 mülkiyyətində olan yaşayış evinə köçürülməsi, Xaçmaz rayon 1 saylı Notariat Kontorunun 23.07.2015-ci il tarixli bağışlama müqaviləsi, X8 adına verilmiş DƏDRX-nin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş RX seriyalı, ******* nömrəli, **********82-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, 31.07.2015-ci il tarixli çıxarışın qismən etibarsız hesab edilərək Xaçmaz rayonunun Bostançı kəndində yerləşən İddiaçı2, İddiaçı4, İddiaçı1 və İddiaçı3 ümumi birgə mülkiyyətində olan 0,13 ha həyətyanı torpaq sahəsinin X12 bağışlanmasına aid hissədə etibarsız hesab edilməsi qət edilmişdir İ Ş İ N H A L L A R İ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 məhkəmədə iddia qaldıraraq hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli, **********82-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, 15.05.2015-ci il tarixli çıxarışa əsasən Xaçmaz rayonu Bostancı kəndində 0,13 ha torpaq sahəsi və üzərində yerləşən yaşayış evinin X12 bağışlanmasına dair Xaçmaz rayon 1 saylı notariat kontorunda 23.07.2015-ci il tarixdə rəsmiləşdirilmiş daşınmaz əmlakın bağışlanması müqaviləsinin, R.F.İsayevin adına işlənmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli, **********82- 10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, 31.07.2015-ci il tarixli çıxarışın etibarsız hesab edilməsi və onların Xaçmaz rayonu, Bostançı kəndində yerləşən mübahisə predmeti olan yaşayış evinə köçürülmələri barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçılar iddianı onunla əsaslandırmışlar ki, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli, **********82-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, 15.05.2015-ci il tarixli çıxarışa əsasən Xaçmaz rayonu, Bostançı kəndində 0,13 ha torpaq sahəsi və üzərində yerləşən yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında onlara və cavabdehlərdən Cavabdeh1 məxsus olmuşdur. Daşınmaz əmlakın bağışlanmasına dair 23 iyul 2015-ci il tarixli müqaviləyə əsasən qeyd olunan əmlak mülkiyyətçilər adından digər Cavabdeh2 yetkinlik yaşına çatmayan oğlu X12 bağışlanmışdır. Müqavilə bağlanarkən iddiaçılardan İddiaçı1 xəstə olduğu üçün həmin müqavilənin hansı hüquqi nəticələrə səbəb ola biləcəyini dərk etməmiş və anlamamışdır. Belə ki, 2011-ci il tarixdən «Oliqofreniyanın debillik forması» diaqnozu ilə Xaçmaz MRX-nın psixatrik kabinetində qeydiyyatdadır, mütəmadi olaraq müalicələr alır. O, xəstə olduğundan nə etdiyini başa düşməmiş, yəni hərəkətlərinin mənasını başa düşməmişdir. Bu səbəbdən də şərikli mülkiyyətində olan əmlakı bağışlama yolu ilə R.F.İsayevin adına keçmişdir. Onlar iddiaçılardan - İddiaçı2, İddiaçı3 Vəzirxan oğlu və İddiaçı4 müqavilə bağlanarkən o şərtlə razılıq vermişlər ki, həmin evdə qalıb yaşayacaqlar, o cümlədən cavabdehlərdən Cavabdeh1 də söz vermişdir ki, bağışlanma müqaviləsi əsasında həmin əmlak azyaşlı nəvəsi R.F.İsayevin adına keçsə də həmin evdə qalıb yaşayacaqlar. Lakin sonradan Cavabdeh1 mülkiyyətçinin dəyişməsini əsas götürərək onları evə buraxmamışdır. Mübahisə predmeti olan mülk hazırda da faktiki olaraq Cavabdeh1 istifadəsində və sahibliyindədir. Ona görə də 23 iyul 2015-ci il tarixdə notariat kontorunda rəsmiləşdirilmiş daşınmaz əmlakın bağışlanması müqaviləsi və onun əsasında Cavabdeh2 yetkinlik yaşına çatmayan oğlu R.F.İsayevin adına işlənmiş çıxarış etibarsız hesab edilməlidir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdehin R.F.İsayevin nümayəndəsi və vəkili S.İ.İsmayılov apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə qanunsuz və əsassızdır. Qeyd edilən bağışlama müqaviləsi heç bir əlavə şərt, öhdəlik göstərilmədən bağlanmışdır. Məhkəmə isə işin bütün faktiki hallarını araşdırmamış, kobud maddi və prosessual pozuntuya yol verərək yanlış hüquqi nəticəyə gəlmişdir. Rəşad İsayev 18 yaşına çatmışdır, hərbi xidmətdədir. Birinci instansiya məhkəməsində işə baxılarkən qanuni nümayəndə kimi onu valideynləri təmsil etmişdir. Hazırda mülki prosessual fəaliyyət qabiliyyətinə malik şəxs kimi o, məhkəmədə şəxsən öz hüquq və vəzifələrini həyata keçirə bilər. Məhkəmə iddianı qismən də olsa təmin edərkən işdə iştirak edən şəxslərin subyektiv tərkibinə əhəmiyyət verməmişdir. Belə ki, Cavabdeh1 hazırki iş üzrə ümumiyyətlə cavabdeh ola bilməz. O, iddiaçılar kimi əmlakını bağışlayanlardan biridir-hədiyyə verəndir. Bağışlanan əmlakın artıq ona heç bir aidiyyatı yoxdur. Bundan əlavə Xaçmaz rayonunun Bostançı kəndində İddiaçı1 sənəd üzrə 3000 kv.m (faktiki 2984 kv.m) torpaq sahəsində yerləşən, ümumi sahəsi 81,6 kv.m olan 2 otaqlı fərdi yaşayış evi vardır. İddiaçı2 anası, digər iddiaçılar qardaşlarıdır. İddiaçılardan İddiaçı3 evə köçmək tələbindən imtina etmişdir. Hədiyyə verən şəxslərin məhz 0,30 torpaq sahəsində tikilmiş evə köçəcəkləri ilə bağlı hazırda mübahisələndirdikləri evi, atası hərbçi olan və döyüş bölgəsində qulluq edən, yetkinlik yaşına çatmamış R.İsayevə bağışlamışlar. Mübahisə predmeti barəsində tələb irəli sürən iddiaçılar Xaçmaz rayonu, Bostançı kəndində 0,13 ha torpaq sahəsini və həmin torpaq sahəsi üzərində yerləşən 186,0 kv.metr ümumi, 59,2 kv.metr yaşayış, 126,8 kv.metr yardımçı sahəsindən ibarət 3 otaqlı 2 mərtəbəli fərdi yaşayış evini R.F.İsayevin bagışlanmasını 23 iyul 2015-ci il tarixdə qanunvericiliyin tələblərinə uygun rəsmiləşdirilməsinə dair öz iradə ifadələrini yazılı şəkildə bildirmişlər. Xaçmaz Rayon Məhkəməsinin 14 noyabr 2018-ci il tarixli 2(067)-3096/2018 saylı qətnaməsini ləğv edib, iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Cavabdeh R.F.İsayevin nümayəndəsi və vəkili S.İ.İsmayılov apellyasiya şikayətinin dəlillərini müdafiə etdi, şikayətə uyğun izahat verdi və onun təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. Cavabdeh R.F.İsayev apellyasiya şikayətinin dəlillərini qəbul etdi, şikayətə uyğun izahat verdi və onun təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. Cavabdeh V.Ə.İsayevin hüquqi varisi F.Cavabdeh1 apellyasiya şikayətinin dəlillərini qəbul etdi, şikayətə uyğun izahat verdi və onun təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı3 və İddiaçı2 nümayəndəsi və vəkili A.T.Ağakərimov apellyasiya şikayətinin dəlillərini qəbul etmədilər, məhkəmə tərəfindən heç bir qanun pozuntusunun olmamasını bildirdilər və qətnamənin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdilər. İş üzrə 3-cü şəxslərin nümayəndələri məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası işdə iştirak edən tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara görə iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır, apellyasiya şikayəti isə təmin edilməməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddia ərizəsini qismən təmin edərkən, mübahisələndirilən bagışlama müqaviləsi üzrə notariat əməliyyatı aparılarkən əqdin qanunla və ya tərəflərin qarşılıqlı razılıgı ilə müəyyən edilmiş forma tələblərinə riayət edilməməklə bağlanması halına, qanun pozuntularına yol verilməsinə istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına uyğundur. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdehin nümayəndəsi və vəkili S.İ.İsmayılovun apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarında olan DƏDRX-nin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş RX seriyalı, ******* nömrəli, **********82-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, 15.05.2015-ji il tarixli çıxarışdan məlum olur ki, Xaçmaz rayonu Bostançı kəndində istifadədə olan 0,13 ha torpaq sahəsində yerləşən 186,0 kv.metr ümumi, 59,2 kv.metr yaşayış, 126,8 kv.metr yardımçı sahəsindən ibarət 3 otaqlı 2 mərtəbəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə Cavabdeh1, ümumi birgə mülkiyyətlərinə verilmiş 0,13 ha torpaq sahəsi isə Cavabdeh1, R.S.İsayevanın, İddiaçı3, İddiaçı1 və İddiaçı3 oğlunun adına daşınmaz əmlakın dövlət reyestrində 48 nömrəli reyestr kitabının 84 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan 23 iyul 2015-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, İddiaçı2, Cavabdeh1, İddiaçı3, İddiaçı1 və İddiaçı3 Xaçmaz rayonu Bostançı kəndində 0,13 ha torpaq sahəsini və həmin torpaq sahəsi üzərində yerləşən 186,0 kv.metr ümumi, 59,2 kv.metr yaşayış, 126,8 kv.metr yardımçı sahəsindən ibarət 3 otaqlı 2 mərtəbəli fərdi yaşayış evini birgə mülkiyyət üzrə onlara məxsus hissəsini R.F.İsayevə bağışlamışlar. İşdə olan DƏDRX-nin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş RX seriyalı, ******* nömrəli, **********82-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, 31.07.2015-ci il tarixli çıxarışdan müəyyən olunur ki, Xaçmaz rayonu Bostançı kəndində istifadədə olan 0,13 ha torpaq sahəsində yerləşən 186,0 kv.metr ümum sahədən ibarət fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə R.F.İsayevin adına daşınmaz əmlakın dövlət reyestrində 48 nömrəli reyestr kitabının 84 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş Xaçmaz RMX-nın 25.06.2018-ci il tarixli, 1352 nömrəli məktubundan müəyyən olunur ki, 1981-ci il təvəllüdlü İddiaçı1 2011-ci il tarixdən «Oliqofreniyanın debillik forması.» diaqnozu ilə Xaçmaz rayon mərkəzi xəstəxanasının psixiatrik kabinetində qeydiyyatdadır. İşdə olan AR DT və AK Baş Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən 25.12.2003-cü ildə verilmiş Qeydiyyat Vəsiqəsindən və fərdi yaşayış evinin Texniki pasportundan məlum olur ki, Xaçmaz rayonunun Bostançı kəndində İddiaçı1 oğlunun sənəd üzrə 3000 kv.m (faktiki 2984 kv.m) torpaq sahəsində yerləşən, ümumi sahəsi 81,6 kv.m olan 2 otaqlı fərdi yaşayış evi vardır. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikası mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ o, cümlədən xüsusi mülkiyyət hüququ qanuna qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 11.1-ci maddəsinə əsasən mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda, həmin münasibətlərə, əgər bu onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarı ilə 2000-ci ilin sentyabr ayının 1-dək yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı yaranmış mübahisələr Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uygun həll edilir. Tərəflər arasında münasibətlər yarandıgı zaman 2009-cu ilin oktyabr ayının 1-dək qüvvədə olmuş Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 54-cü maddəsinə əsasən icarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu müqaviləyə uygun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. 2009-cu ilin oktyabr ayının 1-dək qüvvədə olmuş Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri) , onların uşaqları və valideynləri hesab olunurlar. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üvzəlri hesab edilə bilərlər. 01 oktyabr 2009-cu ilədək qüvvədə olmuş Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 123-cü maddəsinə yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayaş sahəsinin onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. İddiaçılar mübahisəli evin mülkiyyətçisi olan V.G,İsayevin ailə üzvləri olmaqla mübahisəli evdə yaşamaqla Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən onun ailə üzvü hesab olundugundan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 123-cü maddəsinə uygun olaraq mülkiyyətçi ilə bu evdən bərabər istifadə hüquqları vardır. Məhkəmə kollegiyası iclası zamanı müəyyən edildi ki, iddiaçılar mübahisəli evdə Cavabdeh1 rəhmətə gedənə kimi yaşamışlar, hal-hazırda həmin evdə qeydiyyatdadırlar və həmin evdən qeydiyyatdan çıxmamışlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yenə də həmin Məcəllənin 217.4-cü maddəsində nəzərdə tutulur ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyətçi ona məxsus əmlak üzərində öz mülahizəsinə əsasən sahiblik edir, onun barəsində sərəncam verir və ondan istifadə edir. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənlişdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlr qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. «İnsan Hüquqlarının və Əsas Azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 1 saylı protokolunun1-ci maddəsinə əsasən hər bir fiziki və hüququ şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 144.1-ci maddəsinə görə daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təstiqlənməlidir. Həmin Məcəllənin 144.2-ci maddəsinə əsasən sərəncam hüququ sərəncam verən tərəfin daşınmaz əmlakın dövlət reyestrinə əsasən bu hüquqa malik olması və ya ixtiyarlı şəxsin ona həmin səlahiyyət verməsi ilə təstiqlənir. Bu səlahiyyət də notariat qaydasında təstiqlənməlidir. Müqavilənin qanunaugunluğu notariat qaydasına təstiqlənmə ilə təstiq olunur. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təstiq edildiyi andan əmələ gəlir. Həmin Məcəllənin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.2-ci maddəsinə əsasən əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Həmin Məcəllənin 331.1-ci maddəsinə əsasən yazılı əqd onun məzmununu ifadə edən və əqdi baglayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Həmin Məcəllənin 666.2-ci maddəsinə əsasən bagışlama predmeti əşyalar, hədiyyə verənə və ya üçüncü şəxsə qarşı əmlak hüquqları (tələblər), habelə hədiyyə alanan hədiyyə verən və ya üçüncü şəxsə qarşısında əmlak vəziyyətindən azad edilməsi ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 346.1-ci maddəsinə əsasən fəaliyyət qabiliyyətli olsa da, əqd bağlandıgı zaman öz hərəkətlərinin mənasını başa düşmədiyi və ya onlara rəhbərlik edə bilmədiyi vəziyyətdə fiziki şəxsin bağlandıgı əqd onun özünün və ya əqd bağlanması nəticəsində hüquqları və ya qanunla qorunan mənafeləri pozulmuş digər şəxslərin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Məhkəmə kollegiyası iclası zamanı mübahisələndirilən bagışlanma müqaviləsi üzrə notariat əməliyyatı aparılarkən əqdin (bagışlama müqaviləsinin) qanunla və ya tərəflərin qarşılıqlı razılıgı ilə müəyyən edilmiş forma tələblərinə riayət edilməməklə bağlanması halına, habelə mühüm əhəmiyyət kəsb edən digər qanun pozuntularına yol verildiyi müəyyən edilmişdir. Həmçinin, məhkəmə kollegiyası onu da qeyd edir ki, hədiyyə verən İddiaçı1 2011-ci il tarixdən «Oliqofreniyanın debillik forması» diaqnozu ilə Xaçmaz rayon Mərkəzi xəstəxanasının psixiatrik kabinetində qeydiyyatdadır. Müqavilə bağlanarkən iddiaçılardan İddiaçı1 xəstə olması, həmin müqavilənin hansı hüquqi nəticələrə səbəb ola biləcəyini dərk etməməsi və anlamaması, yəni hərəkətlərinin mənasını başa düşməməsi nəzərə alınmamışdır. Bu səbəbdən də şərikli mülkiyyətində olan əmlakı bağışlama yolu ilə R.F.İsayevin adına keçmişdir. Beləliklə, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiyi digər dəlilləri də araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən əsaslıdır, məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ: Cavabdeh X9 nümayəndəsi və vəkili X5 apellyasiya şikayəti təmin edilməsin. Xaçmaz Rayon Məhkəməsinin iş üzrə 14 noyabr 2018-ci il tarixli 2(067)-3096/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar