Məhkəmə qərarları › İş №2(105)-1739/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1739/2024

14.11.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1739/2024 14.11.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), X2 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Cəfərova Aysel Ramiz qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh2nə və Cavabdeh1 qarşı müqavilənin etibarsız hesab edilməsi, mənzilin təhvil verilməsi və pul tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-212/2024 nömrəli qərardadından Cavabdeh1 tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər Cavabdeh2nə və Cavabdeh1 qarşı müqavilənin etibarsız hesab edilməsi, mənzilin təhvil verilməsi və pul tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə “Proqress”- 2016” MTK-nın (əvvəlki adı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti) arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 15 nömrəli müqavilənin etibarsız hesab edilməsi, “Proqress”-2016” MTK-nın (əvvəlki adı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti) onunla bağladığı 10 yanvar 2010-cu il tarixli müqavilə şərtlərini yerinə yetirərək, Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda 12 mərtəbəli yaşayış evinin 6-ci mərtəbə ümumi sahəsi 133,4 kv. metr olan İİİ blok 36-№-li mənzil izolə olunmuş 4 otaqdan ibarət mənzilin boşaldılaraq iddiaçıya təhvil verilməsi öhdəliyinin Cavabdeh1 üzərinə qoyulması və iddiaçıya vurulmuş ziyana görə 3000 manat pulun Cavabdeh1 alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 09 yanvar 2024-cü il tarixli, e-2(012)-212/2024 saylı qətnaməsi ilə (hakim Mirnəsir Mirhəsənli) iddia qismən təmin edilmiş, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə 1 A ünvanında inşa olunmuş yaşayış binasının 3-cü blok, 6-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 133.0 kv.metr olan, izolə olunmuş 4 otaqdan ibarət 36 nömrəli mənzil Cavabdeh1 tərəfindən boşaldılaraq, İddiaçı təhvil verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdeh Cəfərov X1 Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(012)- 212/2024 saylı qətnaməsindən xx.xx.2024-cü il tarixdə apellyasiya şikayəti vermişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(012)-212/2024 saylı qərardadına əsasən Cavabdeh1 Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e- 2(012)-212/2024 saylı qətnaməsindən vermiş olduğu apellyasiya şikayəti geri qaytarılması qərara alınmışdır. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(012)-212/2024 saylı qətnaməsi cavabdehə xx.xx.2024-cü il tarixində göndərilmiş, poçt xəbərnaməsinə əsasən xx.xx.2024-cü il tarixində geri qaytarılmışdır. Məhkəmənin sorğusuna əsasən icra işi materialları tələb edilmiş, icra işindən müəyyən edilmişdir ki, Abşeron rayon İcra və Probasiya şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixində icraata başlamaq haqqında qərar qəbul edilmiş, tələbin könüllü icra haqqında xx.xx.2024-cü il tarixli bildiriş Cavabdeh1 tərəfindən xx.xx.2024-cü il tarixində qəbul edilmişdir. Bundan əlavə Cavabdeh1 tərəfindən Abşeron Rayon İcra və Probasiya şöbəsinə xx.xx.2024-cü il tarixdə teleqram ünvanlanaraq icra və probasiya şöbəsi tərəfindən təyin edilən icra işi üzrə məcburi icra tədbirinə səhəti ilə əlaqədar gələ bilmədiyini bildirilmişdir. Eyni zamanda Abşeron rayon İcra və Probasiya şöbəsinin xx.xx.2024-cü il tarixli qərarı ilə Abşeron Rayon Məhkəməsinin e-2(012)-212/2024-023 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə xitam verilmişdir. Göründüyü kimi Cavabdeh1 qətnamədən və icra prosedurundan xəbərdar olmuşdur. Lakin apellyasiya şikayətini xx.xx.2024-cü il tarixində vermişdir. Bununla da, qətnamədən apellyasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddət ötürülmüş, həmin müddətin bərpa edilməsini üzrlü hesab edən hallara dair vəsatət isə məhkəməyə təqdim edilməmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(012)-212/2024 saylı qərardadından Cavabdeh1 şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, cavabdeh Goranboy rayonu, Dəlməmmədli şəhəri, Z.Əsgərov küçəsi, ev 44-də qeydiyyatda olmaqla faktiki ünvan 3 ünvanında yaşamış, lakin Abşeron Rayon Məhkəməsinin 09 yanvar 2024-cü il tarixli, e-2(012)- 212/2024 saylı qətnaməsi həmin ünvanların heç birinə gəlməmiş və cavabdehə təqdim edilməmişdir. Məhz buna görə o, Abşeron Rayon Məhkəməsinə müraciət edərək 31 iyul 2024-cü ildə qətnaməni almışdır. Məhkəmə qərardadda qətnamənin cavabdehə xx.xx.2024-cü il tarixində göndərildiyini, poçt xəbərnaməsinə əsasən xx.xx.2024-cü il tarixində geri qaytarıldığını göstərsə də həmin qətnamənin məhz Cavabdeh1 (o cümlədən onun ailə üzvləri) tərəfindən alındığını təsdiq edən sübuta istinad etməmişdir. Çünki qətnamə həqiqətən 31 iyul 2024-cü ilə kimi Cavabdeh1 verilməmişdir. Digər tərəfdən, məhkəmə həmin qətnamə ilə bağlı icra işində tələbin könüllü icrası haqqında xx.xx.2024cü il tarixli bildirişin Cavabdeh1 tərəfindən xx.xx.2024-cü il tarixində qəbul edildiyini, Cavabdeh1 tərəfindən Abşeron Rayon İcra və Probasiya şöbəsinə xx.xx.2024-cü il tarixdə teleqram ünvanlanaraq icra və probasiya şöbəsi tərəfindən təyin edilən icra işi üzrə məcburi icra tədbirinə səhhəti ilə əlaqədar gələ bilmədiyini bildirməsinə istinad etmişdir. Əslində isə Cavabdeh1 hər hansı bildiriş verilməmişdir. Bu halı təsdiq edən heç bir sənəd yoxdur. İcra məmuru Cavabdeh1 mobil telefonuna zəng edərək icra işi ilə bağlı Bakı şəhərinə gəlməsini xahiş etmiş, sonuncu isə səhhəti ilə əlaqədar olaraq gələ bilməyəcəyini dedikdə, icra məmurunun xahişi ilə bu barədə teleqram göndərmişdir. Göründüyü kimi Gəncə şəhərində yaşayan Cavabdeh1 səhhəti ilə bağlı icra tədbirinə gələ bilməmişdir. İcra haqqında bildirişin Cavabdeh1 göndərilməsi (cavabdeh bildirişi almasa belə) və sonuncunun gələ bilməməsi qətnamənin cavabdehə rəsmi qaydada verilməsi demək deyildir. MPM-nin 360-cı maddəsi apellyasiya şikayətinin verilməsi müddətinin başlanğıcını icra haqqında bildiriş almaqla və ya icra tədbirinə gəlməklə deyil, məhz məhkəmə qətnaməsinin rəsmi qaydada verildiyi vaxtla şərtləndirmişdir. Bununla yanaşı, məhkəmə nəzərə almalıdır ki, icra haqqında xx.xx.2024-cü il tarixli bildirişin Cavabdeh1 tərəfindən təxminən 3 ay sonra, xx.xx.2024-cü ildə qəbul edilməsi (əslində qəbul edilməmişdir), məhkəmənin 23 avqust 2024-cü il tarixli qərardadının cavabdehə özü müraciət edənə kimi verilməməsi, poçt vasitəsi ilə çatdırılmaması (məhz buna görə tərəfindən məhkəməyə müraciət olunaraq qərardad 26 sentyabr 2024-cü ildə alınmışdır) kimi xüsusatlar poçtla göndərişlərin çatdırılmasının hansı vəziyyətdə olduğunu göstərməklə yanaşı, bir daha məhkəmə qətnaməsinin Cavabdeh1 çatdırılmadığını təsdiq edir. Qətnamə Cavabdeh1 tərəfindən 31 iyul 2024-cü ildə alındığından apellyasiya şikayəti vaxtında verilmişdir. Göstərilənlərlə əlaqədar olaraq, Abşeron Rayon Məhkəməsinin e-2(012)-212/2024 nömrəli, 23 avqust 2024-cü il tarixli qərardadı ləğv olunmalı, Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qəbul olunmalıdır. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(012)-212/2024 saylı qərardadı ilə şikayətin təmin edilməməsi və baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(012)-212/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarından görünür ki, məhkəmənin xx.xx.2024-cü il tarixli, e-2(012)- 212/2024 saylı qətnaməsi cavabdehə xx.xx.2024-cü il tarixində göndərilmiş, poçt xəbərnaməsinə əsasən xx.xx.2024-cü il tarixində geri qaytarılmışdır. İş materiallarından görünür ki, Abşeron rayon İcra və Probasiya şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixində icraata başlamaq haqqında qərar qəbul edilmiş, tələbin könüllü icra haqqında xx.xx.2024cü il tarixli bildiriş Cavabdeh1 tərəfindən bildirişə imza edlərək xx.xx.2024-cü il tarixində qəbul edilmişdir. Bundan əlavə Cavabdeh1 tərəfindən Abşeron Rayon İcra və Probasiya şöbəsinə xx.xx.2024-cü il tarixdə teleqram ünvanlanaraq icra və probasiya şöbəsi tərəfindən təyin edilən icra işi üzrə məcburi icra tədbirinə səhəti ilə əlaqədar gələ bilmədiyini bildirilmişdir. Həmçinin Abşeron rayon İcra və Probasiya şöbəsinin xx.xx.2024cü il tarixli qərarı ilə Abşeron Rayon Məhkəməsinin e-2(012)-212/2024-023 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə xitam verilmişdir. Cavabdeh qətnaməni 31 iyul 2024cü il tarixdə əldə etdiyini qeyd etsə də buna dair də məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Belə ki, cavabdeh icra şöbəsində icra hərəkətlərinin həyata keçirilməsi barədə məlumat aldıqdan sonra da qətnamənin ona rəsmi qaydada verilməsi ilə bağlı məhkəməyə müraciət etməmişdir. Halbuki, iş materiallarında olan tələbin könüllü icra haqqında xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, Cavabdeh1 həmin bildirişə xx.xx.2024-cü il tarixdə imza etməklə yanaşı, ondan tələb olunan icra ilə bağlı tanış olması barədə əlyazma qeydini də bildirişdə göstərmişdir. Qeyd edilən hal cavabdehin qətnamədən məhz xx.xx.2024-cü il tarixdən etibarən məlumatlı olmasını təsdiq etmişdir. Buna baxmayaraq, cavabdeh qətnamədən apellyasiya şikayətini xx.xx.2024-cü il tarixdə vermişdir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin müddətin ötürülməsi ilə bağlı şikayəti geri qaytarması ilə bağlı gəldiyi nəticə əsaslı olmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Beləliklə məhkəmə kollegiyası qeyd edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası cavabdehin nəzərinə çatdırır ki, üzürlü səbəblər göstərməklə buraxılmış prosessual müddətin bərpasına dair ərizə ilə birlikdə yenidən apellyasiya şikayətini vermək hüququna malikdir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 263, 264, 398.0.1, 400, 402ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Cavabdeh1 tərəfindən verilmiş şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-212/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar