Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-563/2025 18.03.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası – hakimlər X1 (sədrlik edən və məruzəçi), Məmmədov Zahid Tahir oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(012)-212/2024 nömrəli qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpasından imtina haqqında həmin Məhkəmənin xx.xx.2024-cü il tarixli e-2(012)-212/2024 nömrəli qərardadından Cavabdeh1 tərəfindən verilmiş şikayətə iş materialları ilə birlikdə yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(012)-212/2024 nömrəli qətnaməsinə əsasən İddiaçı cavabdehlər Cavabdeh2nə və Cavabdeh1 qarşı “müqavilənin etibarsız hesab edilməsi, mənzilin təhvil verilməsi və pul tələbinə dair” iddiası qismən təmin edilərək, ünvan 1 ünvanında inşa olunmuş yaşayış binasının 3-cü blok, 6-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 133.0 kv.metr olan, izolə olunmuş 4 otaqdan ibarət 36 nömrəli mənzilinin Cavabdeh1 tərəfindən boşaldılaraq İddiaçı təhvil verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim Mirnəsir Mirhəsənli). Cavabdeh1 həmin qətnamədən xx.xx.2024-cü il tarixdə apellyasiya şikayəti vermiş və Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(012)-212/2024 nömrəli qərardadına əsasən apellyasiya şikayəti müddət ötürüldüyü üçün geri qaytarılmışdır. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-212/2024 nömrəli qərardadından Cavabdeh1 vermiş olduğu şikayət, Məhkəmənin xx.xx.2024-cü il tarixli e- 2(012)-212/2024 nömrəli qərardadına əsasən, ona əlavə edilmiş sənədlərlə birlikdə yenidən geri qaytarılmışdır (şikayət “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə göndərilmədiyinə görə). Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(012)-212/2024 nömrəli qərardadı ilə Cavabdeh1 vəkili-nümayəndəsi Nümayəndə2 Məhkəmənin xx.xx.2024-cü il tarixli, 2(012)-212/2024 nömrəli qərardadından vermiş olduğu şikayət təmin edilməmiş və həmin şikayətin baxılması üçün işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli 2(105)-1739/2024 nömrəli qərardadına əsasən Cavabdeh1 tərəfindən verilmiş şikayət təmin edilməmiş və Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)- 212/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra Cavabdeh1 vəkili-nümayəndəsi Nümayəndə2 xx.xx.2024-cü il tarixdə Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(012)-212/2024 nömrəli qətnaməsindən apellyasiya şikayəti və prosessual müddətin bərpası barədə ərizə ilə müraciət edərək, prosessual müddətin buraxılması səbəbini üzürlü hesab edib həmin müddəti bərpa edərək apellyasiya şikayətini baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına göndərməyi xahiş etmişdir. Ərizə (vəsatət) onunla əsaslandırılmışdır ki, qətnamə Cavabdeh1 xx.xx.2024-cü ildə təqdim edilmiş, o, həmin qətnamədən xx.xx.2024-cü ildə apellyasiya şikayəti vermişdir. Abşeron Rayon Məhkəməsi isə xx.xx.2024-cü il tarixli e-2(012)-212/2024 nömrəli qərardadı ilə Cavabdeh1 apellyasiya şikayətini geri qaytarmışdır. Qərardad onunla əsaslandırılmışdır ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(012)- 212/2024 nömrəli qətnaməsi cavabdehə xx.xx.2024-cü il tarixdə göndərilmiş, poçt xəbərnaməsinə əsasən xx.xx.2024-cü il tarixdə geri qaytarılmışdır. Məhkəmənin sorğusuna əsasən, icra işinin materialları tələb edilmiş, icra işindən müəyyən edilmişdir ki, Abşeron rayon İcra və Probasiya şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixdə icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilmiş, tələbin könüllü icrası haqqında xx.xx.2024-cü il tarixli bildiriş Cavabdeh1 tərəfindən xx.xx.2024-cü il tarixdə qəbul edilmişdir. Bundan əlavə, Cəfərov X6 rayon İcra və Probasiya şöbəsinə xx.xx.2024-cü il tarixdə teleqram ünvanlayaraq şöbə tərəfindən təyin edilən “icra işi üzrə məcburi icra tədbiri”nə səhhəti ilə əlaqədar gələ bilməyəcəyini bildirmişdir. Eyni zamanda, Abşeron rayon İcra və Probasiya şöbəsinin xx.xx.2024-cü il tarixli qərarı ilə Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(012)-212/2024-023 nömrəli icra sənədi üzrə icraata xitam verilmişdir (icra sənədinin tam icra olunması əsası ilə)... Məhkəmə hesab etmişdir ki, Cavabdeh1 qətnamədən və icra prosedurundan xəbərdar olmuş, lakin qətnamədən apellyasiya şikayətini xx.xx.2024-cü ildə vermiş, bununla da apellyasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddət ötürülmüş, məhkəməyə isə həmin müddətin bərpasını mümkün edən hallara dair əsaslı dəlillər təqdim edilməmişdir... Həmin (xx.xx.2024-cü il tarixli) qərardaddan Cavabdeh1 tərəfindən şikayət verilmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(012)-212/2024 saylı qərardadı ilə şikayətin təmin edilməməsi və baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli 2(105)-1739/2024 nömrəli qərardadı ilə Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(012)-212/2024 nömrəli qərardadı əsaslı hesab edilərək qüvvəsində saxlanılmış, eyni zamanda cavabdehin nəzərinə çatdırılmışdır ki, üzürlü səbəblər göstərməklə buraxılmış prosessual müddətin bərpasına dair ərizə ilə birlikdə yenidən apellyasiya şikayətini vermək hüququna malikdir... İş materiallarından görünür ki, cavabdeh Cəfərov X4 rayonu, Dəlməmmədli şəhəri, Z.Əsgərov küçəsi, ev 44də qeydiyyatda olmaqla faktiki ünvan 3 ünvanında yaşayır. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(012)-212/2024 saylı qətnaməsi həmin ünvanların heç birinə gəlməmiş və cavabdehə (o cümlədən onun ailə üzvlərinə) təqdim edilməmişdir. xx.xx.2024-cü ildə Abşeron rayon İcra Şöbəsinin icra məmuru cavabdehin mobil telefonuna zəng edərək icra işi ilə bağlı Bakı şəhərinə gəlməsini xahiş etdikdə, o, səhhəti ilə əlaqədar olaraq gələ bilməyəcəyini bildirmiş və icra məmurunun xahişi ilə bu barədə teleqram göndərmişdir. Bundan sonra o, Abşeron Rayon Məhkəməsinə müraciət edərək 31 iyul 2024-cü ildə qətnaməni almışdır. Göründüyü kimi, Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(012)-212/2024 nömrəli qətnaməsi 31 iyul 2024-cü ilə kimi Cavabdeh1 çatdırılmamışdır. O, ailəsi (arvadı və iki azyaşlı övladı) ilə Abşeron rayonu ərazisindən xeyli uzaqda, Gəncə şəhərində yaşadığından Xırdalan şəhərinə gəlib məhkəmə qətnaməsini almaq imkanı olmamışdır. Nəhayət, Cavabdeh1 gəlmək imkanı yarandıqda, o, 31 iyul 2024-cü ildə məhkəməyə müraciət edərək qətnaməni ala bilmişdir. Göstərilənlərlə bağlı Cavabdeh1 verdiyi apellyasiya şikayəti üçün qanunla müəyyən edilmiş müddətin buraxılması səbəbi üzürlü hesab edilməli və həmin müddət bərpa edilməlidir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(012)-212/2024 nömrəli qərardadı ilə Cavabdeh1 həmin Məhkəmənin xx.xx.2024-cü il tarixli e-2(012)-212/2024 nömrəli qətnaməsindən apellyasiya şikayəti verməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsinə dair ərizəsi rədd edilmiş və onun qətnamədən verdiyi apellyasiya şikayəti geri qaytarılmışdır. Cavabdeh1 vəkili-nümayəndəsi Nümayəndə2 Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(012)-212/2024 nömrəli qərardadından xx.xx.2025-ci il tarixdə həmin Məhkəməyə şikayət vermişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2(012)-212/2024 nömrəli qərardadı ilə həmin şikayət, forma və məzmun tələblərinə riayət edilmədiyinə görə, ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmışdır. Cavabdeh1 vəkili-nümayəndəsi Nümayəndə2 Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(012)-212/2024 nömrəli qərardadından yenidən şikayət verərək, eyni zamanda həmin qərardaddan şikayətin verilmə müddətinin buraxılması səbəbini üzrlü hesab edib müddətin bərpa edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2(012)-212/2024 nömrəli qərardadı ilə Cavabdeh1 həmin Məhkəmənin xx.xx.2024-cü il tarixli, e-2(012)-212/2024 nömrəli qərardadından şikayət vermə müddəti ötürülməmiş hesab edilmiş və şikayət apellyasiya qaydasında baxılması üçün iş materialları ilə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Cavabdeh1 Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(012)-212/2024 nömrəli qərardadından şikayəti Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyası tərəfindən yazılı icraat qaydasında baxılmağa qəbul edilmişdir. Yuxarıda qeyd edildiyi kimi, Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e- 2(012)-212/2024 nömrəli qərardadı ilə Cavabdeh1 həmin Məhkəmənin xx.xx.2024-cü il tarixli e-2(012)-212/2024 nömrəli qətnaməsindən apellyasiya şikayəti verməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsinə dair ərizəsi rədd edilmiş və onun qətnamədən verdiyi apellyasiya şikayəti geri qaytarılmışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını əlaqəli şəkildə araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi buraxılmış prosessual müddəti bərpa etməməkdə haqlı olmuş və bununla bağlı cavabdehin şikayətini təmin etməməkdə düzgün nəticəyə gəlmişdir. Belə ki, iş materiallarından görünür ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(012)-212/2024 nömrəli qətnaməsi cavabdehə xx.xx.2024-cü il tarixdə sifarişli məktubla göndərilmiş, poçt xəbərnaməsinə əsasən məktub “qapı bağlıdır” qeydi ilə xx.xx.2024-cü il tarixdə geri qaytarılmışdır. Nəzərə alınmalıdır ki, şəxs rəsmi qeydə alındığı ünvanda yaşamırsa və həmin ünvanla əlaqə saxlamırsa, bunun mənfi nəticələrinin riskini özü daşıyır. Məhkəmə qətnaməni sifarişli poçt vasitəsilə cavabdehin rəsmi qeydə alındığı ünvana göndərməklə öz vəzifəsini yerinə yetirmişdir... Bundan sonra qətnamənin icra olunması üçün Abşeron rayon İcra və Probasiya şöbəsinə xx.xx.2024-cü il tarixli e-2(012)- 212/2024-023 nömrəli icra vərəqəsi göndərilmişdir. Birinci instansiya məhkəməsinin sorğusuna əsasən təqdim olunmuş icra işinin materiallarından müəyyən edilmişdir ki, Abşeron rayon İcra və Probasiya şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixdə icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilmiş, həmin qərar və tələbin könüllü icrası haqqında xx.xx.2024-cü il tarixli bildiriş Cavabdeh1 xx.xx.2024-cü il tarixdə şəxsən tqdim edilmişdir. Bundan əlavə, Cavabdeh1 tərəfindən Abşeron rayon İcra və Probasiya şöbəsinə xx.xx.2024-cü il tarixdə teleqram ünvanlanaraq şöbə tərəfindən təyin edilən “icra işi üzrə məcburi icra tədbiri”nə səhhəti ilə əlaqədar gələ bilməyəcəyini bildirilmişdir. Abşeron rayon İcra və Probasiya şöbəsinin xx.xx.2024-cü il tarixli qərarı ilə Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(012)-212/2024-023 nömrəli icra sənədi üzrə icraata qətnamənin tam icra olunması ilə əlaqədar xitam verilmişdir. Göründüyü kimi, Cavabdeh1 qətnamədən və icra prosedurundan xəbərdar olmuşdur. Lakin cavabdeh ilk dəfə apellyasiya şikayətini xx.xx.2024-cü il tarixdə, yəni qətnamə artıq icra olunandan və bununla bağlı icra icraatına xitam veriləndən də 40 günə yaxın sonra vermişdir. Bununla da, qətnamədən apellyasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddət ötürülmüş, məhkəməyə isə cavabdeh tərəfindən həmin müddətin bərpa edilməsinə əsas verən üzürlü səbəblər barədə tutarlı dəlillər təqdim edilməmişdir. Həmçinin qeyd etmək lazım gəlir ki, cavabdeh işə baxılarkən və qətnamə elan edilərkən məhkəmə iclaslarında iştirak etmiş, bundan sonra qətnamənin icraya yönəldilməsindən və icra prosedurlarından məlumatlı olmuş, icra məmurunun icraata başlamaq haqqında qərarını və tələbin könüllü icrası haqqında bildirişini xx.xx.2024-cü il tarixdə Abşeron rayon İcra və Probasiya şöbəsində (Abşeron rayonu ərazisində) şəxsən qəbul etmişdir. Həmin vaxtlarda cavabdehin qətnamənin surətini əldə etməsinə və ondan apellyasiya şikayəti verməsinə heç bir maneçilik olmamışdır... Bundan sonra cavabdeh xx.xx.2024-cü il tarixdə Abşeron rayon İcra və Probasiya şöbəsinə teleqram ünvanlayaraq icra işi üzrə təyin olunmuş məcburi icra tədbirində səhhəti ilə əlaqədar iştirak edə bilməyəcəyini bildirmişdir. Daha sonra icra işinə xitam verilmiş və cavabdeh yenə də bundan məlumatlı olmuşdur... Bu kimi hallar məhkəməyə belə qənaətə gəlməyə əsas verir ki, cavabdeh tərəfindən apellyasiya şikayətinin müddəti hər hansı üzürlü səbəb olmadan ötürülmüşdür. Cavabdeh qətnamədən narazı qalmışdısa və bu qətnaməni apellyasiya qaydasında mübahisələndirmək istəyirdisə, onda o, qətnamənin ona “rəsmi qaydada verilməməsi” kimi formal mülahizəyə əsaslanaraq gözləməməli, özü həmin qətnaməni əldə etməyə və apellyasiya şikayəti verməyə vaxtında təşəbbüs göstərməli idi. Konkret halda isə cavabdeh qətnamənin icra olunmasını da gözləmiş və bundan 40 günə yaxın müddət keçəndən sonra qətnaməni əldə edib (məhkəmədən alıb) ondan apellyasiya şikayəti vermək qərarına gəlmişdir. Göründüyü kimi, qətnamə qəbul ediləndən sonra cavabdeh uzun müddət həmin qətnamədən apellyasiya şikayəti vermək niyyətini hər hansı formada ifadə etməmişdir. Əksinə, cavabdehin davranışı dolayısı ilə onun Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(012)-212/2024 nömrəli qətnaməsi ilə razılaşması kimi təzahür etmişdir. Azərbaycan Respublikası MPM-nin 360-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X2 şikayəti ilə əlaqədar” xx.xx.2008-ci il tarixli Qərarında qeyd olunur ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin irədəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzürlülük, göstərilən meyarların sərhədində dayanan elə inkarolunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzlilik baxımından şübhə altına alınmasın. Konstitusiya Məhkəməsi həmin Qərarında daha sonra qeyd etmişdir ki, prosessual müddətin bərpa edilməsilə bağlı A.Hüseynovanın ərizəsinin təmin olunması ilə əlaqədar çıxarılmış məhkəmə aktı zahirən (formal olaraq) uyğunluq təəssüratı yaratsa da, mülki işdəki sənədlərin təhlili baxımından yuxarıda göstərilən meyarlarla həmahənglik təşkil etmədiyindən MPM-in 133-cü maddəsinin məzmunu və təyinatına cavab verən kimi qəbul oluna bilməz. Avropа İnsаn Hüquqları Məhkəməsi “Miraqаll Eskolаno və digərləri İspаniyаyа qаrşı” iş üzrə 25 yаnvаr 2000-ci il tаrixli Qərаrındа qeyd etmişdir ki, аtılmаlı olаn formаl аddımlаrı və şikаyətlərin verilməsi üçün riаyət edilməli olаn müddət məhdudiyyətlərini tənzimləyən normalаr ədаlət mühаkiməsinin lаzımi qаydаdа həyаtа keçirilməsinin və xüsusilə, hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini dаşıyır. Məhkəmə mübаhisəsi üzrə tərəflər bu qаydаlаrın tətbiqinin məcburiliyini nəzərə аlmаlıdırlаr. Beləliklə, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, Cavabdeh1 prosessual müddəti (qətnamədən apellyasiya şikayətinin verilməsi müddətini) üzürlü səbəblər olmadan ötürmüşdür. Cavabdeh buraxılmış müddətin bərpasını məhkəmədən xahiş etsə də, lakin həmin müddətin ötürülməsinin üzürlü səbəblərlə bağlı olması və buna görə də müddətin bərpası üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə kollegiyasının qənaətincə, birinci instansiya məhkəməsi Cavabdeh1 buraxılmış prosessual müddətin bərpası haqqında ərizəsini təmin etməməkdə düzgün nəticəyə gəlmişdir. Bununla bağlı məhkəmənin qəbul etdiyi qərardaddan cavabdehin verdiyi şikayətin dəlilləri əsassız və qəbulolunmazdır. Ona görə də məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(012)-212/2024 nömrəli qərardadı qanuni və əsaslıdır, qərardaddan Cavabdeh1 tərəfindən verilmiş şikayətin dəlilləri həmin qərardadın ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas vermir. Bu baxımdan şikayət təmin edilməməli və Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(012)-212/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərardadından şikayətə baxdıqda qərardadı dəyişdirilmədən saxlayıb şikayəti təmin etməmək barədə qərardad qəbul edə bilər. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402-ci maddəsinə müvafiq olaraq, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 130, 133, 360, 395-400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qəraraaldı: Cavabdeh1 tərəfindən verilmiş şikayət təmin edilməsin. İş üzrə Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(012)-212/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Hazırkı qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-563/2025
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-563/2025
18.03.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver