Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1744/2021 17.05.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X9 Tağızadənin sədrliyi və məruzəsi, X1 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Elnarə Nəriman qızı Ağayevanın katibliyi, İddiaçı: İddiaçı, İddiaçının nümayəndəsi və vəkili: X2 iştirakları ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası SHXÇDX «Hərbi Səfərbərlik və X6» MMC-nin Sumqayıt şəhər 1 nömrəli filialı və Azərbaycan Respublikası Səfərbərlik və Həprbi Xidmətə Çagırış üzrə Dövlət Xidmətinin «Hərbi Vətənpərvərlik və X6» MMC-nə qarşı hüquqi varisin hesab edilməsinə dair iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 16 mart 2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 16 mart 2021-ci il tarixli qərardadı ilə (hakim A.M.Behbudov) İddiaçı cavabdehlər Azərbaycan Respublikası SHXÇDX «Hərbi Səfərbərlik və X6» MMC-nin Sumqayıt şəhər 1 nömrəli filialı və Azərbaycan Respublikası Səfərbərlik və Həprbi Xidmətə Çagırış üzrə Dövlət Xidmətinin «Hərbi Vətənpərvərlik və X6» MMC-nə qarşı hüquqi varisin hesab edilməsinə dair mülki iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. İŞİN H A L L A R İ: İddiaçı cavabdehlər Azərbaycan Respublikası SHXÇDX “Hərbi Səfərbərlik və X7” MMC-nin Sumqayıt şəhər 1 nömrəli filialı və Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin “Hərbi Vətənpərvərlik və X7” MMC-nə qarşı “hüquqi varisin hesab edilməsinə dair” iddia ərizəsi ilə müraciət edərək yeni yaradılmış Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin tabeliyində “Hərbi Vətənpərvərlik və X7” Məhdud Məsuliyyətli Cəmiyyəti və Azərbaycan Respublikası Səfərbərlik Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin tabeliyində “Hərbi Vətənpərvərlik və X7” MMC Sumqayıt şəhər 1 nömrəli filialında yenidən təşkil edilmiş əvvəlki Azərbaycan Respublikası Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyətinin (KHVTİC) hüquqi varisi hesab olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İddiaçı verdiyi şikayəti onunla əsaslandırmışdır ki, qərardad qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuşdur. İş məhkəmədə baxılmalı deyildirsə əsasına görə məhkəmə o vaxt iş üzrə icraata xitam verir ki, iş ümumiyyətlə məhkəməyə aid olmur və ya aid olsa da, tərəflər arasında mübahisə olmur. Halbuki, tərəflər arasında mübahisə var. Sumqayıt Şəhər Məhkəməsinin 16 mart 2021-ci il tarixli 2(060)-2947/2021 saylı qərardadı qanunsuz və əsassız olduğuna görə ləğv edib işə mahiyyəti üzrə baxılması barədə qərardad qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. İddiaçı şikayətin dəlillərini müdafiə etdi, eyni məzmunlu izahat verdi və təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. Cavabdehlərin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası məruzəçini, tərəfin izahatını dinləyərək, hesab edir ki, şikayət təmin edilməli, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: Belə ki, İddiaçı hüquqi varis hesab edilməsi barədə iddia tələbinə məhkəmə qaydasında baxılması hüquqi cəhətdən tənzimlənmədiyindən, tələb məhkəmə baxışının predmeti olmadığından, məhkəmə müstəvisində baxılıb yekun məhkəmə aktı çıxarılması mümkün deyildir. Azərbaycan Respublikası Prezidentinin 13 iyul 2012-ci il tarixli 681 nömrəli Fərmanının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çagırış üzrə Dövlət Xidmətinin tabeliyində «Hərbi Vətənpərvərlik və X3» MMC-i yaradılmışdır. Həmin Fərmanın 3-cü bəndində Azərbaycan Respublikası Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyəti (KHVTİC) könüllü olaraq özünün ictimai statusundan imtina etdiyini və əmlakını dövlətə verdiyini nəzərə alaraq onun əmlakı bu Fərmanın 1-ci bəndi ilə yaradılmış «Hərbi Vətənpərvərlik və X4» MMC-ə verilməsi, Fərmanın 6-cı bəndinə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çagırış üzrə Dövlət Xidməti Azərbaycan Respublikası ƏMDK-i ilə birlikdə bu Fərmanın 3-cü hissəsi ilə Cəmiyyətə verilən əmlakınsiyahı üzrə qəbul etməsi, qəbul edilmiş əmlakın qiymətləndirilməsi təmin etməsi, cəmiyyətin nizamnamə kapitıla formalaşdırılarkən qiymətləndirilmiq əmlakın dəyərini nəzərə alınması, 8-ci bəndində Azərbaycan Respublikası Vergilər Nazirliyi və Azərbaycan Respublikasının ƏMDKC-in dövlət qeydiyyatına alınması üçün zəruri tədbirlər görülməsi qərara alınmışdır. Fərmanın qeyd olunan bəndlərinə əsasən Azərbaycan Respublikası Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyəti könüllü olaraq özünün ictimai statusundan imtina etdiyi üçün əmlakı yeni hüquqi şəxs yaradılmış «Hərbi Vətənpərvərlik və X4» MMC-ə təhvil verilmiş və Vergilər Nazirliyində və Əmlak Məsələləri Dövlət Komitəsində qanunla müəyyən edilmiş qaydada qeydiyyata alınmışdır. Azərbaycan Respublikası MM-nin 56.5-ci maddəsinə əsasən bir növdən olan hüquqi şəxs digər növdən olan hüquqi şəxsə çevrildikdə (təşkilati-hüquqi formanın dəyişməsi) yenidən təşkil edilmiş hüquqi şəxsin hüquq və vəzifələri təhvil aktına uygun olaraq yeni yaranmış hüquqi şəxsə keçir. Göründüyü kimi, Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə Azərbaycan Respublikası Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyətinin (KHVTİC) mövcudluguna xitam verilərək onun bazası əsasında yeni hüquqi şəxs «Hərbi Vətənpərvərlik və X4» MMC-t yaradılmışdır. Azərbaycan Respublikası MM-nin 56.5-ci maddəsinə əsasən yenidən təşkil edilmiş hüquqi şəxsin hüquq və vəzifələri təhvil aktına uygun olaraq yeni yaranmış hüquqi şəxsə keçir. «Hərbi Vətənpərvərlik və X5» MMC Sumqayıt şəhər 1 nömrəli filialı Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyətinin binasında onun əmlakından istifadə edərək, bu gün əvvəlki Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyətinin (KHVTİC) funksiyalarını yeni yaranmış hüquqi şəxs eyni iş, eyni funksiya və qarşıya qoymuş vəzifələri yerinə yetirməkdə davam edir. «Müəssisələr haqqında» qanunun 5-ci maddəsində göstərilir ki, müəssisələr dövlət müəssisəsi, fərdi (ailə), şərikli (tam ortaqlı), payçı və şərikli (kommandit ortalıqlar), məhdud məsuliyyətli müəssisələr və səhmdar cəmiyyəti kimi təşkilati-hüquqi formalarda fəaliyyət göstərirlər. Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyətinin (KHVTİC) SSRİ dövründə bu kateqoriya müəssisələrin daşıdıgı aiddir. Göründüyü kimi Prezidentin yuxarıdı qeyd olunan fərmanı ilə müəssisənin adı qüvvədə olan «Müəssisələr haqqında» qanunda göstərilən təşkilati hüquqi formalara uygunlaşdırılmışdır. Mülki Məcəllənin 56.5-ci maddəsində göstərildiyi kimi yenidən təşkil edilmiş hüquqi şəxsin hüquq və vəzifələri təhvil aktına uygun olaraq yeni yaranmış hüquqi şəxsə keçir. Cavabdehdən təhvil aktını tələb etməyə ehtiyac yoxdur. Prezidentin fərmasında cavabdehin əmlakları qəbul etməsi aydın göstərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən Cəmiyyətə məxsus olan Nizamnaməni tələb etmədən, onların hüquq və vəzifələrinin aydınlaşdırmadan iş üzrə icraata xitam verməkdə haqlı olmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mülki prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmamış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Məhkəmə qərardadının apellyasiya qaydasında ləğv edilməsi üçün əsas olduğundan, şikayət təmin edilməlidir. Məhkəmə kollegiyası göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 395, 398.0.2, 400-cü maddələrini rəhbər tutaraq QƏRARA A L D İ: İddiaçı şikayəti təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin iş üzrə 16 mart 2021-ci il tarixli 2(060)-2947/2021 saylı qərardadı ləğv edilsin. İddiaçı cavabdehlər Azərbaycan Respublikası SHXÇDX «Hərbi Səfərbərlik və X6» MMC-nin Sumqayıt şəhər 1 nömrəli filialı və Azərbaycan Respublikası Səfərbərlik və Həprbi Xidmətə Çagırış üzrə Dövlət Xidmətinin «Hərbi Vətənpərvərlik və X6» MMC-nə qarşı hüquqi varisin hesab edilməsinə dair mülki iş baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Qərardad dərhal qanuni qüvvəsini alır. Sədrlik edən Gülnarə Tağızadə Hakimlər Lətifə Məmmədova Telman Quliyev
Məhkəmə qərarları › İş №2(105)-1744/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1744/2021
17.05.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver