Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1746/2023 19.09.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), X6 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi ilə ilk İddiaçı nümayəndə və vəkili Nümayəndə, qarşılıqlı iddiaçı X3 iştirakı ilə, İddiaçı cavabdeh X4 qarşı əmlak” tələbinə dair ilk, X3 cavabdeh İddiaçı qarşı pul tələbinə dair qarşılıqlı iddiası üzrə mülki iş üzrə Quba Rayon Məhkəməsinin 26 may 2023cü il tarixli, 2(027)-935/2023 saylı qətnaməsindən ilk iddia üzrə cavabdeh X5 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X4 qarşı “əmlak” tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X2 onun verdiyi 1940 ədəd çolpanın, əgər çolpaların qaytarılması mümkün olmazsa, onların dəyəri olan 9700 manat məbləğində pulun, çolpaların daşınması üçün cavabdehin əvəzinə daşıma xərci olaraq ödədiyi 140 manat məbləğində pulun, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 120 manat dövlət rüsumunun və hüquqi yardımın göstərilməsi üçün ödənilmiş 50 manat məbləğində xidmət haqqının alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin həcmini artıraraq, cavabdeh X2 onun verdiyi 1940 ədəd çolpanın, əgər çolpaların qaytarılması mümkün olmazsa, onların dəyəri olan 9700 manat məbləğində pulun, çolpaların daşınması üçün cavabdehin əvəzinə daşıma xərci olaraq ödədiyi 140 manat məbləğində pulun, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 120 manat dövlət rüsumunun və hüquqi yardımın göstərilməsi üçün ödənilmiş 50 manat və 300 manat məbləğində xidmət haqqının cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. X3 isə cavabdeh İddiaçı qarşı “pul” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək, İddiaçı ona vurduğu maddi ziyana görə 5200 manat və borclu olduğu 4300 manat, cəmi 9500 manat pulun alınıb ona verilməsinə və İddiaçı ona qarşı 9700 manat pul tələbinə dair iddiasının əsasssız olduğu üçün təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Quba Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(027)-935/2023 saylı qətnaməsi ilə ilkin iddia təmin edilərək, X1 olan İddiaçı məxsus 1940 ədəd çolpa sahibinə qaytarılmış, çolpaların qaytarılması mümkün olmadıqda onların dəyəri (çolpanın biri 5 manatdan hesablanmaqla) 9700 manat məbləğində pulun X2 alınaraq İddiaçı verilməsi, çolpaların daşınması üçün İddiaçı tərəfindən ödənilmiş 140 manat, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi 120 manat və hüquqi yardımın göstərilməsi üçün ödənilmiş 50 manat və 300 manat məbləğində pulun X2 İddiaçı xeyrinə tutulması, qarşılıqlı iddia təmin edilməməsi qət edilmişdir (hakim Samir Məmmədov). İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı X3 Quba Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(027)-935/2023 saylı qətnaməsindən apellyasiya şikayəti vermişdir. Məhkəmə kollegiyasının iclasında ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddiaçı X5 apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında ilk İddiaçı nümayəndə və vəkili Nümayəndə apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını, iddia ərizəsini, tərəflərin izahatını nəzərə alaraq hesab edir ki, hazırkı iş üzrə ilk iddia üzrə cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, Quba Rayon Məhkəməsinin 26 may 2023-cü il tarixli, 2(027)-935/2023 saylı qətnaməsi ləğv edilməli, iş baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməlidir. İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2023-cü il tarixli qərardan görünür ki, X5 ibtidai araşdırma zamanı izahatında 27 noyabr 2022-ci il tarixdə Alibek Turandan birini 5 manatdan olmaqla 1940 ədəd ümumilikdə 9700 manat dəyərində çolpa götürdüyünü, pulu olmadığından çolpaları aparmaq üçün avtomobilin pulun da, yəni 140 manatın Turan tərəfindən verildiyini, çolpaların ödənişini 15 dekabr 2022-ci il tarixdə edəcəyini və ona dəymiş ziyanı çıxacağını bildirmişdir. İşləri yaxşı olmadığından o, Turanın pulunu vaxtında qaytara bilməmişdir; hüquqi yardımın göstərilməsi haqqında 103 saylı müqavilənin və qəbzin surətindən görünür ki, İddiaçı ilə Quba ASAN vəkil bürosunun vəkili Nümayəndə arasında xx.xx.2023cü il tarixdə hüquqi yardımın göstərilməsi barədə müqavilə bağlanmış və bunun üçün İddiaçı tərəfindən Quba ASAN vəkil bürosunun hesabına 50 manat məbləğində ödəniş edilmişdir; hüquqi yardımın göstərilməsi haqqında 197 saylı müqavilənin və qəbzin surətindən görünür ki, İddiaçı ilə Quba ASAN vəkil bürosunun vəkili Nümayəndə arasında xx.xx.2023-cü il tarixdə hüquqi yardımın göstərilməsi barədə müqavilə bağlanmış və bunun üçün İddiaçı tərəfindən Quba ASAN vəkil bürosunun hesabına 300 manat məbləğində ödəniş edilmişdir. İş materiallarına əlavə edilmiş Elektron Məhkəmə İnformasiya Sistemindən Çıxarışdan görünür ki, hazırkı iş üzrə İddiaçı vergi ödəyicisidir və adına ********** nömrəli VÖEN var, fəaliyyət istiqaməti- “Almanın, armudun, heyvanın becərilməsi” dir. İş materiallarına əlavə edilmiş Elektron Məhkəmə İnformasiya Sistemindən Çıxarışdan görünür ki, Cavabdeh oğlu vergi ödəyicisidir və adına ********** nömrəli VÖEN var, fəaliyyət istiqaməti- “Toyuq, hindtoyuğu, qaz, ördək və firəng toyuğu kimi quşların yetişdirilməsidir”dir. Azərbaycan Respublikası MPM-nin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Məhkəmə kollegiyası iş materiallarını, tərəflərin izahatlarını tədqiq edərək belə qənaətə gəlir ki, iş üzrə tərəflərin hər ikisi vergi ödəyiciləridir. Bundan başqa hazırki iş üzrə mübahisə tərəflərin komissiya fəaliyyəti ilə əlaqədardır. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Azərbaycan Respublikası MPM-in 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Həmin Məcəllənin 26.2-ci maddəsinə əsasən kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. Həmin Məcəllənin 31.1-ci madddəsinə görə aidiyyət qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 32.4-cü maddəsinə görə aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Həmin Məcəllənin 44.2.2-ci maddəsinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa, məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Həmin Məcəllənin 2.1-ci maddəsinə əsasən mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Bu Məcəllədə kommersiya mübahisələri dedikdə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələr başa düşülür. Həmin Məcəllənin 17.1-ci maddəsinə əsasən mülki işlər və kommersiya mübahisələri üzrə ədalət mühakiməsini qanunla müəyyən olunmuş qaydada həmin məhkəmənin tərkibinə seçilmiş hakimlər həyata keçirirlər. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. “Sahibkarlıq fəaliyyəti ilə əlaqədar işlərə baxılarkən məhkəmələr tərəfindən qanunvericiliyin tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 mart 2003-cü il tarixli, 3 saylı qərarının 1-ci bəndində göstərilir ki, aidiyyət qaydalarını pozmaqla işi öz icraatına qəbul etmiş məhkəmə Azərbaycan Respublikası MPM-nin 44.2.2-ci maddəsinə əsasən işi qərardadla qısa müddət ərzində aid olduğu məhkəməyə göndərməlidir. Yuxarı instansiya məhkəmələri məhkəmələr tərəfindən aidiyyət qaydaları pozulmaqla icraata qəbul edilmiş işlər üzrə məhkəmə qərarlarını ləğv etdikdə, işi aid olduğu məhkəməyə göndərməlidirlər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, ilk iddia üzrə cavabdeh X3 apellyasiya şikayəti qismən təmin edilməli, Quba Rayon Məhkəməsinin 26 may 2023-cü il tarixli, 2(027)-935/2023 saylı qətnaməsi ləğv edilməli, iş baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 31.1, 263-264, 357, 398, 400 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARAALİR: Apellyasiya şikayəti qismən təmin edilsin. Quba Rayon Məhkəməsinin 26 may 2023-cü il tarixli, 2(027)-935/2023 saylı qətnaməsi ləğv edilsin. İddiaçı cavabdeh X4 qarşı əmlak” tələbinə dair ilk, X3 cavabdeh İddiaçı qarşı pul tələbinə dair qarşılıqlı iddia ərizəsi aidiyyətı üzrə baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan 10 gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(105)-1746/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1746/2023
19.09.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver