Məhkəmə qərarları › İş №2(105)-1770/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1770/2023

27.10.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1770/2023 27.10.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı mülki iş üzrə (Açar sözlər: torpağın alqı-satqısına dair əqdin etibarlı sayılması) X5 (sədrlik edən və məruzəçi), X27 və Məmmədova Lətifə Məhyəddin qızından ibarət tərkibdə, məhkəmə iclas katibi X7, İddiaçı, cavabdehlər Cavabdeh32, Cavabdeh10 və Cavabdeh24 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı müqavilə üzrə öhdəliyin icrası tələbinə dair mülki iş Xaçmaz Rayon Məhkəməsinin 2(067)-512/2019 nömrəli, 24 yanvar 2019-cu il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh32 və Cavabdeh24 tərəfindən verilmiş apellyasiya şikayətlərinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. İşə əlavə olunmuş torpağa mülkiyyət hüququna dair JN-0008 seriyalı, 30222038 kodlu dövlət aktından görünür ki, Cavabdeh1 Əmirhəmzə oğlu, Cavabdeh14, Cavabdeh15, X14, Cavabdeh17, Cavabdeh18 paylı mülkiyyətinə Xaçmaz rayonunun Maqsudkənd kəndi ərazisindən cəmi 3,80 ha pay torpaq sahəsi verilmişdir.

2. Mülki işin materiallarındakı torpağa mülkiyyət hüququna dair JN-0006 seriyalı, 30222038 odlu dövlət aktından görünür ki, Cavabdeh2 mülkiyyətinə Xaçmaz rayonunun Maqsudkənd kəndi ərazisindən 0,57 ha pay torpaq sahəsi verilmişdir.

3. Mülki işə əlavə olunmuş torpağa mülkiyyət hüququna dair JN-0036 seriyalı, 30222038 kodlu dövlət aktından görünür ki, Cavabdeh45 və X12 paylı mülkiyyətinə Xaçmaz rayonunun Maqsudkənd kəndi ərazisindən cəmi 1,11 ha pay torpaq sahəsi verilmişdir.

4. İşə əlavə olunmuş torpağa mülkiyyət hüququna dair JN-0007 seriyalı, 30222038 kodlu dövlət aktından görünür ki, Cavabdeh4 mülkiyyətinə Xaçmaz rayonunun Maqsudkənd kəndi ərazisindən 0,55 ha pay torpaq sahəsi verilmişdir.

5. Mülki işə əlavə olunmuş torpağa mülkiyyət hüququna dair JN-0005 seriyalı, 30222038 kodlu dövlət aktından görünür ki, X2, Cavabdeh19, Cavabdeh20, Cavabdeh21, X1 paylı mülkiyyətinə Xaçmaz rayonunun Maqsudkənd kəndi ərazisindən cəmi 3,16 ha pay torpaq sahəsi verilmişdir.

6. Mülki işə əlavə edilmiş torpağa mülkiyyət hüququna dair JN-146 seriyalı, 30222048 kodlu dövlət aktından görünür ki, Cavabdeh6, Cavabdeh23, Cavabdeh24, Cavabdeh25, Cavabdeh26, Cavabdeh27 paylı olaraq mülkiyyətinə Xaçmaz rayonunun Şollar kəndi ərazisindən cəmi 3,80 ha pay torpaq sahəsi verilmişdir.

7. Mülki işə əlavə olunmuş torpağa mülkiyyət hüququna dair JN-153 seriyalı, 30222048 kodlu dövlət aktından görünür ki, Cavabdeh7 mülkiyyətinə Xaçmaz ayonunun Şollar kəndi ərazisindən 0,63 ha pay torpaq sahəsi verilmişdir.

8. Mülki işə əlavə olunmuş torpağa mülkiyyət hüququna dair JN-152 seriyalı, 30222038 kodlu dövlət aktından görünür ki, Cavabdeh8 mülkiyyətinə Xaçmaz ayonunun Şollar kəndi ərazisindən 0,63 ha pay torpaq sahəsi verilmişdir.

9. Mülki işə əlavə edilmiş torpağa mülkiyyət hüququna dair JN-128 seriyalı, 30222048 kodlu dövlət aktından görünür ki, Cavabdeh9, Bunyatova Zalikə sləsrulla qızı, X8, X9, X3 paylı olaraq mülkiyyətlərinə Xaçmaz rayonunun Şollar kəndi ərazisindən cəmi 3,16 ha pay torpaq sahəsi verilmişdir.

10. Mülki işə əlavə edilmiş torpağa mülkiyyət hüququna dair JN-131 seriyalı, 30222048 kodlu dövlət aktından görünür ki, Cavabdeh10, Cavabdeh32, Cavabdeh33, Cavabdeh34, X15 paylı olaraq mülkiyyətlərinə Xaçmaz rayonunun Şollar kəndi ərazisindən cəmi 3,11 ha pay torpaq sahəsi verilmişdir.

11. Mülki işə əlavə edilmiş MH seriyalı, 0010378, **********00 reyestr nömrəli, ********* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Xaçmaz rayonunun Şollar kəndi ərazisində yerləşən 0,44 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh36 və Cavabdeh11 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

12. Mülki işə əlavə edilmiş torpağa mülkiyyət hüququna dair JN-138 seriyalı, 30222048 kodlu dövlət aktından görünür ki, Cavabdeh12, Cavabdeh37 və Cavabdeh38 paylı olaraq mülkiyyətlərinə Xaçmaz rayonunun Şollar kəndi ərazisindən cəmi 1,86 ha pay torpaq sahəsi verilmişdir.

13. Mülki işə əlavə edilmiş torpağa mülkiyyət hüququna dair JN-0004 seriyalı, 30222038 kodlu dövlət aktından görünür ki, Cavabdeh13, Cavabdeh39, Cavabdeh40, Cavabdeh41, Cavabdeh42, Cavabdeh43 və Cavabdeh44 paylı olaraq mülkiyyətlərinə Xaçmaz rayonunun Maqsudkənd kəndi ərazisindən cəmi 4,28 ha pay torpaq sahəsi verilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktları

a) Birinci instansiya məhkəməsində icraat

14. İddiaçı cavabdehlər Cavabdeh1 Əmirhəmzə oğlu, Cavabdeh14, Cavabdeh15, X14, Cavabdeh17, Cavabdeh18, Cavabdeh2, Cavabdeh45, X19, Cavabdeh4, X2, Cavabdeh19, Cavabdeh20, Cavabdeh21, X4, Cavabdeh6, Cavabdeh23, Cavabdeh24, Cavabdeh25, Cavabdeh26, Cavabdeh27, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, X10, X8, X9, X11, Cavabdeh10, Cavabdeh32, Cavabdeh33, Cavabdeh34, X31 qrzı, Cavabdeh36, Cavabdeh11, Cavabdeh12, Cavabdeh37, Cavabdeh38, Cavabdeh13, X6, Cavabdeh40, Cavabdeh41, Cavabdeh42, Cavabdeh43 və Cavabdeh44 qarşı qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərin Xaçmaz rayonunun Şollar və Maqsudkənd kəndi ərazisində yerləşən ******* seriyalı, **********00 reyestr nömrəli, ********* qeydiyyat nömrəli mülkiyyət sənədində göstərilən 0.44 ha torpaq sahəsini, JN-138 saylı, 30222048 kodlu dövlət aktında göstərilən 1.86 ha torpaq sahəsini, JN-146 saylı, 30222048 kodlu dövlət aktında göstərilən 3.80 ha torpaq sahəsini, JN-153 saylı, 30222048 kodlu dövlət aktında göstərilən 0.63 ha torpaq sahəsini, JN-152 saylı, 30222048 kodlu dövlət aktında göstərilən 0.63 ha torpaq sahəsini, JN-128 saylı, 30222048 kodlu dövlət aktında göstərilən 3.16 ha torpaq sahəsini, JN-131 saylı, 30222048 kodlu dövlət aktında göstərilən 3.11 ha torpaq sahəsini, JN-0007 saylı, 30222038 kodlu dövlət aktında göstərilən 0.55 ha torpaq sahəsini, JN-0008 saylı, :0222038 kodlu dövlət aktında göstərilən 3.80 ha torpaq sahəsini, JN-0006 saylı, 30222038 «odlu dövlət aktında göstərilən 0.57 ha torpaq sahəsini, JN-0036 saylı, 30222038 kodlu :övlət aktında göstərilən 1.11 ha torpaq sahəsini, JN-0005 saylı, 30222038 kodlu dövlət aktında göstərilən 3.16 ha torpaq sahəsini və JN-0004 saylı, 30222038 kodlu dövlət aktında göstərilən 4.28 ha torpaq sahəsini ona satmalarına dair aralarında baş tutmuş 20 mart 2002-ci il tarixli əqdin etibarlı hesab edilməsi və torpaq sahələrinə mülkiyyət hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

15. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehlər Xaçmaz rayonunun Şollar və Maqsudkənd kənd sakinləridirlər. Onun Xaçmaz rayonunun Şollar və Maqsudkənd kəndində təsərüfatı vardır. 2002-ci ilin mart ayında cavabdehlər ona bildirmişlər ki, özlərinə məxsus Xaçmaz rayonunun Şollar və Maqsudkənd kəndlərində yerləşən ümumilikdə 27.01 ha pay torpaq sahələrini satırlar. Məhz buna görə cavabdehlərin yanına gedərək bununla əlaqədar maraqlanmış cavabdehlər birgə razılaşaraq özlərinə məxsus Xaçmaz rayonunun Şollar və Maqsudkənd kəndi ərazisində yerləşən ümumilikdə 27.01 ha pay torpaq sahəsini satmaq fikrində olduqlarını bildirmiş, torpaq sahələrini təcili olaraq satmaqda məqsədlərinin özlərinə münasib yerdən pay torpaq sahəsini almaq fikirləri olması ilə izah etmişlər. Cavabdehlərin satdığı pay torpaq sahələri bir ərazini əhatə etdiyi və onun təsərüfatına yaxın olduğu üçün həmin torpaq sahəsini almaq fikirinə düşmüş və cavabdehlərlə razılaşmışlar. Qarşılıqlı razılıqlarına əsasən o, torpaq sahələrinin hər bir hektarı üçün cavabdehlərə 2.000 ABŞ dolları ödəməli olmuş və razılaşdıqları məbləği şahidlərin iştirakı ilə razılaşdıqları gün, yəni 20 mart 2002ci il tarixdə cavabdehlərə ödəmiş və həmin pay torpaq sahələrini satın almışdır. Başqa sözlə, cavabdehlərlə aralarında pay torpaq sahələrinin alqı-satqısına dair əqd baş tutmuşdur. Cavabdehlərlə razılaşmaları əsasında alqı-satqının rəsimləşdirilməsini cavabdehlər öz üzərlərinə götürərək qısa müddət ərzində natoriat kontoruna gedərək aralarında bağlanmış əqdi rəsmiləşdirəcəklərinə vəd vermişlər. O, cavabdehlərə etibar etdiyindən alqı-satqının rəsmiləşdirilməsi üçün onlara vaxt vermişdir. Lakin sonradan torpaqları ona satmış şəxslər yayınmağa başlamış və alqı-satqının rəsmiləşdirilməsi baş tutmamışdır. Hal-hazırkı tarixədək cavabdehlər satdıqları pay torpaq sahələrini natoriata gedərək onun adına rəsmiləşdirməkdən boyun qaçırırlar. Hər dəfə bu barədə müraciət etdikdə, cavabdehlər müxtəlif bəhanələr gətirərək natoriata gedib əqdi rəsimləşdirməkdən yayınmışlar. Satın aldığı pay torpaq sahəsi 2002-ci ilin yanvar ayından etibarən onun istifadəsindədir. Həmin vaxt qüvvədə olmuş Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 335.2-ci maddəsinə əsasən əgər tərəflərdən biri notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdin tamamilə və qismən icra etmişsə, digər tərəf isə əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırarsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı vardır. İddiaçı həmin əqdi tam icra etmişdir, lakin cavabdehlərin hərəkətləri nəticəsində faktiki olaraq aralarında baş tutmuş əqd rəsmiləşdirilməmişdir. Nəticədə o məcbur qalıb hazırkı tələblə məhkəməyə müraciət etməli olmuşdur. Göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir.

16. Xaçmaz Rayon Məhkəməsinin 2(067)-512/2019 nömrəli, 24 yanvar 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilərək, İddiaçı ilə cavabdehlər Cavabdeh13, Cavabdeh39, Cavabdeh40, Cavabdeh41, Cavabdeh42, Cavabdeh43 və Cavabdeh44 arasında JN-0004 seriyalı, 30222038 kodlu torpağa mülkiyyət hüququna dair dövlət aktında göstərilmiş, sonunculara məxsus Xaçmaz rayonunun Maqsudkənd kəndi ərazisində yerləşən 4,28 ha pay torpaq sahəsinin, cavabdehlər Cavabdeh12, Cavabdeh37 və Cavabdeh38 arasında JN-138 seriyalı, 30222048 kodlu torpağa mülkiyyət hüququna dair dövlət aktında göstərilmiş, sonunculara məxsus Xaçmaz rayonunun Şollar kəndi ərazisində yerləşən 1,86 ha pay torpaq sahəsinin, cavabdehlər X2, Cavabdeh19, Cavabdeh20, Cavabdeh21, X4 arasında JN-0005 seriyalı, 30222038 kodlu torpağa mülkiyyət hüququna dair dövlət aktında göstərilmiş, sonunculara məxsus Xaçmaz rayonunun Maqsudkənd kəndi ərazisində yerləşən 3,16 ha pay torpaq sahəsinin, cavabdehlər X19 və Cavabdeh45 arasında JN-0036 seriyalı, 30222038 kodlu torpağa mülkiyyət hüququna dair dövlət aktında göstərilmiş, sonunculara məxsus Xaçmaz rayonunun Maqsudkənd kəndi ərazisində yerləşən 1,11 ha pay torpaq sahəsinin, Cavabdeh2 arasında JN-0006 seriyalı, 30222038 kodlu torpağa mülkiyyət hüququna dair dövlət aktında göstərilmiş, sonuncuya məxsus Xaçmaz rayonunun Maqsudkənd kəndi ərazisində yerləşən 0,57 ha pay torpaq sahəsinin, cavabdehlər Cavabdeh1 Əmirhəmzə oğlu, Cavabdeh14, Cavabdeh15, X14, Cavabdeh17 və Cavabdeh18 arasında JN-0008 seriyalı, 30222038 kodlu torpağa mülkiyyət hüququna dair dövlət aktında göstərilmiş, sonunculara məxsus Xaçmaz rayonunun Maqsudkənd kəndi ərazisində yerləşən 3,80 ha pay torpaq sahəsinin, Cavabdeh4 arasında JN-0007 seriyalı, 30222038 kodlu torpağa mülkiyyət hüququna dair dövlət aktında göstərilmiş, sonuncuya məxsus Xaçmaz rayonunun Maqsudkənd kəndi ərazisində yerləşən 0,55 ha pay torpaq sahəsinin, cavabdehlər Cavabdeh9, X10, X8, X9 və X11 arasında JN-128 seriyalı, 30222048 kodlu torpağa mülkiyyət hüququna dair dövlət aktında göstərilmiş, sonunculara məxsus Xaçmaz rayonunun Şollar kəndi ərazisində yerləşən 3,16 ha pay torpaq sahəsinin, Cavabdeh8 arasında JN-152 seriyalı, 30222048 kodlu torpağa mülkiyyət hüququna dair dövlət aktında göstərilmiş, sonuncuya məxsus Xaçmaz rayonunun Şollar kəndi ərazisində yerləşən 0,63 ha pay torpaq sahəsinin, Cavabdeh7 arasında JN-153 seriyalı, 30222048 kodlu torpağa mülkiyyət hüququna dair dövlət aktında göstərilmiş, sonuncuya məxsus Xaçmaz rayonunun Şollar kəndi ərazisində yerləşən 0,63 ha pay torpaq sahəsinin, cavabdehlər Cavabdeh6, Cavabdeh23, Cavabdeh24, Cavabdeh25, Cavabdeh26 və Cavabdeh27 arasında JN-146 seriyalı, 30222048 kodlu torpağa mülkiyyət hüququna dair dövlət aktında göstərilmiş, sonunculara məxsus Xaçmaz rayonunun Şollar kəndi ərazisində yerləşən 3,80 ha pay torpaq sahəsinin, cavabdehlər Cavabdeh36 və Cavabdeh11 arasında MH seriyalı, ******* nömrəli, **********00 reyestr nömrəli, ********* qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda göstərilmiş, sonunculara məxsus Xaçmaz rayonunun Şollar kəndi ərazisində yerləşən 0,44 ha torpaq sahəsinin və cavabdehlər Cavabdeh10, Cavabdeh32, Cavabdeh33, Cavabdeh34 və X24 arasında JN-131 seriyalı, 30222048 kodlu torpağa mülkiyyət hüququna dair dövlət aktında göstərilmiş, sonunculara məxsus Xaçmaz rayonunun Şollar kəndi ərazisində yerləşən 3,11 ha pay torpaq sahəsinin alqı-satqısına dair 20 mart 2002-ci il tarixdə bağlanmış əqdin etibarlı hesab edilməsi, və həmin torpaq sahələrinə bütövlükdə İddiaçı mülkiyyət hüququnun tanınması qət edilmişdir.

17. Birinci instansiya məhkəməsi öz mövqeyini İ.K.Rəcəbovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 03 iyun 2005-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Kostitusiyası Məhkəməsinin Plenumunun 22 mart 2006-cı il tarixli Qərarına, F.Hüseynovun və A.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikası Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Kostitusiyası Məhkəməsinin Plenumunun 19 noyabr 2004-cü il tarixli Qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4, 14.2, 217.2, 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır.

18. Məhkəmə mövqeyini hüquqi cəhətdən bu cür əsaslandırmışdır ki, işin tədqiq olunan faktiki hallarına əsasən tərəflər arasındakı alqı-satqı müqaviləsinin notariat qaydasında təsdiqlənməməsi və daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaması mübahisəli torpaq sahəsinə alqı- satqı müqaviləsinin etibarlı hesab edilməməsi üçün əsas ola bilməz. Hazırkı iş üzrə cavabdehlərin özlərinə məxsus Xaçmaz rayonunun Maqsudkənd və Şollar kəndi ərazisində yerləşən ümumilikdə 27.01 ha torpaq sahələrini 20 mart 2002-ci il tarixdə İddiaçı satmaları və onların mübahisəli torpaq sahələrini elə həmin vaxtdan faktiki olaraq iddiaçının istifadəsinə və sahibliyinə vermələri iddiaçının, iddiçının nümayəndəsi və vəkilinin izahatları, şahidlərin ifadələri və iş materialları ilə tamamilə sübuta yetir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tərəflər arasında hüquq münasibətləri baş verən vaxt qüvvədə olmuş 335.2-ci maddəsinə əsasən əgər tərəflərdən biri notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmə əqdi etibarlı saya bilər. İşə baxan məhkəmə qeyd olunan müddəanı hazırkı işə tətbiq etmiş və tərəflər arasında yuxarıda qeyd olunan 20 mart 2002ci il tarixli əqdi etibarlı hesab edərək, Xaçmaz rayonunun Maqsudkənd və Şollar kəndi ərazisində yerləşən ümumilikdə 27.01 ha torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun tanınması barədə qətnamə qəbul etmişdir.

Apellyasiya instansiyası məhkəməsindəki icraat a) Apellyasiya şikayətinin dəlilləri

19. Məhkəmənin sözügedən qətnaməsindən narazı qalan cavabdehlər Cavabdeh32 və Cavabdeh24 qətnamədən birgə apellyasiya şikayəti verərək, Xaçmaz Rayon Məhkəməsinin 2(067)-512/2019 nömrəli, 24 yanvar 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər.

20. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxan məhkəmə maddi və prosessual qanunvericiliyin tələblərini tam şəkildə pozmaqla əsassız qətnamə qəbul etmişdir. Məhkəmə iş materiallarını səthi araşdıraraq, işdə olan sübutlara yanlış hüquqi qiymət vermişdir. İddiaçı ilə cavabdehlər arasında heç bir müqavilə razılaşması mövcud olmamışdır. Ümumiyyətlə onlar iddiaçını tanımırlar. Xaçmaz rayonu, Şollar kəndində yerləşən 3.11 hektar torpaq sahəsi JN-131 30222048 nömrəli kod ilə Cavabdeh32, Cavabdeh33, Cavabdeh34 və X17 məxsusdur. 2023-cü ilin yanvar ayında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə Xaçmaz rayon Şollar kəndində yerləşən 3.11 hektar torpaq sahəsi ilə bağlı ərizə ilə müraciət etmişdir. xx.xx.2023-cü il tarixdə idarədən ona verilən cavab məktubunda qeyd olunmuşdur ki, JN-131 KOD 30222048 nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktı” ləğv edilmişdir. Bunun səbəbi məktubda qeyd olunmamışdır. Bununla bağlı Azərbaycan Respublikası Baş Prokurorluğuna müraciətinə cavabda qeyd edilmişdir ki, Xaçmaz Rayon Məhkəməsində onun xəbəri olmadan cavabdeh kimi işə əlavə olunmuşlar və həmin qeyd etdiyi torpaq sahəsi digər bir şəxsin mülkiyyətinə keçmişdir. Bundan sonra Xaçmaz Rayon Məhkəməsinə müraciət edərək, qətnaməni rəsmi qaydada əldə etmiş və qətnamədən şikayət vermişlər. Qətnamədə qeyd olunur ki, guya iddiaçı ilə cavabdehlər arasında qeyd olunan torpaq sahələrinin alqı-satqısına dair 20 mart 2002-ci il tarixdə bağlanmış əqd bağlanmışdır və məhkəmə bu əqdi etibarlı hesab etmişdir. Əvvəla sözügedən əqdin yazılı yaxud şifahi formada bağlanması ilə bağlı qətnamədə heç bir ifadə işlədilməmişdir. Bununla belə ehtimal olunur ki, həmin əqd şifahi formada razılaşdırılmışdır. Lakin onlar qəti şəkildə etiraz edərək bildirirlər ki, ümumiyyətlə iddiaçını tanımırlar və onlar arasında belə bir razılaşma heç zaman olmamışdır. Əgər belə bir əqd var idisə onun icrasından hər hansı formada boyun qaçırmaq kimi bir sübut məhkəməyə təqdim olunmayıb. Məhkəmə qətnamədə istinad etdiyi Plenum qərarının tövsiyələrini tam əks şəkildə icra etmişdir. Plenum qərarında qeyd olunur ki, “məhkəmə tərəfindən etibarlı hesab edilməli olunan əqd qanuna zidd olmamalı və əqd yazılı formada tərtib olunmalıdır. Amma iddiaçı tərəfindən belə bir əqd məhkməyə təqdim olunmamışdır. Məhkəmənin iddianın təmin olunması üçün qeyd etdiyi əsaslar əslində iddanın rədd olunması üçün əsaslardır. İşə baxan məhkəmə 45 cavabdehdən heç birinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Onlar məhkəmə icraatından məlumatsız olmuşlar. Hər hansı məhkəmə bildirişi yaşadıqları ünvana göndərilməmişdir. İş üzrə 45 cavabdehdən heç birinə məh-kəmə bildirişinin çatmaması ağlabatan hal hesab olunmur. İşə baxan məhkəmə yalnız idd-ia tələbinə uyğun formal əsaslarla, iddiaçının mövqeyinə xidmət edən, eyni zamanda cavabdehlərin hüquqlarının pozulması ilə nəticələnən qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməlidir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmuşdur.

Məhkəmə icraatı iştirakçılarının izahatları

22. Məhkəmə iclasında iştirak edən Cavabdeh32 apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, məhkəmə qətnaməsi iş üzrə heç bir araşdırma aparılmadan əsassız və qanunsuz şəkildə qəbul edilmişdir. O iddiaçını tanımır, onlara məxsus torpaq sahəsi heç zaman üçüncü şəxsə eləcə də iddiaçıya satılmamışdır. Özlərinə məxsus torpaq sahəsinə reyestr xidmətindən çıxarış əldə edilməsi məqsədi ilə müraciət etdikdə müəyyən olunmuşdur ki, torpaq sahəsi İddiaçı adlı şəxsin mülkiyyətindədir. Halbuki onlar iddiaçını ümumiyyətlə tanımırlar. İddiaçı ilə aralarında hər hansı müqavilə bağlanmamış və sonuncuya torpaq sahəsini satmamışlar. Onlar yalnız torpaq sahəsini icarəyə vermişlər və icarə razılaşması zamanı icarə müddətinin sonunda dəyəri ödənilməklə torpaq sahəsini həmin şəxsə satacaqlarını bildirmişlər. Göründüyü kimi işə baxan məhkəmə onların iştirakını təmin etmədən əsassız və qanunsuz qətnamə qəbul etmişdir. Məhkəmə icraatından xəbərsiz olduğu üçün hüquqlarını müdafiə edə bilməmişdir. Məhkəmə heç bir sənəd sübut olmadan formal mülahizələrə əsaslanaraq, onun mülkiyyətindən məhrum edilməsi ilə nəticələnən qanunsuz qətnamə qəbul etmişdir. Ona görə də apellyasiya şikayətinin təmin olunmasını xahiş edir.

23. Məhkəmə iclasında iştirak edən Cavabdeh24 apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, onlara məxsus olan torpaq sahəsi heç kimə satılmamışdır. Torpaq sahəsinin hər hektarına görə 2000 min ABŞ dolları məbləğində pul verilməsi və s məsələlərdən ümumiyyətlə məlumatı yoxdur. O iddiaçını tanımır. O mübahisəli torpaq sahəsinin atası tərəfindən vaxtilə icarəyə verildiyindən məlumatlı olmuşdur. Bunun xaricində torpaq sahəsi iddiaçıya yaxud üçüncü şəxsə satılmamışdır. Mülki işin materiallarından müəyyən olunur ki, məhkəmə formal şəkildə iddiaçının mənafeyinə uyğun qətnamə qəbul etmişdir. Bildirdi ki, onlara məxsus olan torpaq sahəsinin dəyəri sənəd üzrə hazırkı mülkiyyətçi tərəfindən ona ödənilərsə, apellyasiya şikayətindən imtina etməyə hazırdır. Lakin hazırkı halda o mülkiyyətindən əsassız şəkildə məhrum edilmişdir ki, bu hal qəbuledilməzdir. Göstərilənlərə əsasən apellyasiya şikayətinin təmin olunmasını xahiş edir.

24. Məhkəmə iclasında iştirak edən Cavabdeh10 bildirdi ki, onlara məxsus olan torpaq sahəsi heç kimə satılmamışdır. Həmin torpaq sahəsini özləri işlədə və ondan fayda götürə bilmədikləri üçün 5000 manat müqabilində Pirəhməd adlı şəxsə icarəyə vermişlər. Onlara məxsus torpaq sahələrində bağ salmaq məqsədi ilə torpaq sahəsi 5 il müddətinə illik icarə haqqı min manat olmaqla icarəyə verilmişdir. Hazırda həmin ərazidə 100 ha fındıq bağı salınmışdır. Onlar torpaq sahələrinin dəyərinin onlara ödənilməsini tələb edirlər. Özlərinə məxsus torpaq sahəsinə Çıxarış almaq məqsədi ilə müraciət etdikdə məlum olmuşdur ki, hazırkı qətnamə əsasında onlara məxsus olan torpaq sahəsi iddiaçının adına rəsmiləşdirilmişdir. Onlar bütün bu olanlardan yalnız torpaq sahəsinə Çıxarış almaq üçün müraciət etdikləri zaman məlumatlı olmuşlar. Göstərilənlərə əsasən apellyasiya şikayətinin təmin olunmasını xahiş edir.

25. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, şikayətin dəlilləri əsassız olmaqla formal mülahizələrindən ibarətdir. İşin mahiyyəti ondan ibarətdir ki, o, 2002-ci ildə Etibar Qazıyev adlı nümayəndəsi vasitəsilə 45 nəfər ( hazırkı iş üzrə cavbadehlər) Xaçmaz rayonu, Şollar və Maqsudkənd kənd sakinlərinə dəyəri tam ödənilməklə, onlara məxsus cəmi 27.1 ha torpaq sahələrini satın almışdır. Alqı-satqı müqaviləsinin notarial qaydada təstiq edilməsi üçün cavabdehlərə bir neçə dəfə müraciət etsə də, müxtəlif səbəblərdən bu baş tutmamışdır. Belə ki, cavabdehlər torpaq sahələrinin iddiaçının adına rəsmiləşdirilməsinə etiraz etməsələr də, hamısı eyni vaxtda notariat orqanına gedə bilməmələrindən alqı-satqı müqaviləsinin rəsmiləşdirilməsi baş tutmamışdır. 2002-ci ildə torpaq sahələrini aldıqdan sonra 2003- 2004-cü illərdə həmin torpaq sahələrində təmizlik işləri aparılmış və bağ sahələri salınmış, həmçinin suvarma sistemləri qurulmuşdur. Həmin torpaq sahəsinə iddiaçının mülkiyyət hüququnun tanınması üçün hazırkı iddia tələbi ilə iddiaçı Xaçmaz Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmənin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddia tələbim təmin edilmişdir. Qətnamədən dörd il ərzində 45 nəfər cavabdehdən heç biri şikayət vermədiyi üçün qətnamə qüvvəyə minmiş və torpaq sahələri üzərində iddiaçının hüququ dövlət reyestrində qeydiyyata alınmışdır. Bundan sonra iddiaçı torpaq sahələrindəki məhsuldar bağları bağçılıqla məşğul olan təsərrüfat subyekti "xxxx" MMC-yə 2019-2020-ci illərdə satmışdır və həmin torpaq sahələri hazırda həmin şirkətə məxsusdur. Cavabdehlərin apellyasiya şikayəti tam formal xarakter daşıyır. Göstərilənlərə əsasən iddiaçı apellyasiya şikayətlərinin rədd edilməsini xahiş etdi.

Tətbiq edilən hüquq

26. Azərbaycan Respublikası Mülki Məcəlləsi

Maddə 213.6. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilər. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi əmlakı yalnız bütün mülkiyyətçilərin xeyrinə tələb edə bilər. Maddə 335.2. (24 iyun 2005-ci il tarixədək olan redaksiyada) əgər tərəflərdən biri notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı vardır. Bu halda əqdin sonradan notariat qaydasında təsdiqlənməsi tələb edilmir. Maddə 336.1. Əgər tərəflərdən biri əqddən əmələ gələn hüququn dövlət qeydiyyatına alınmasından boyun qaçırırsa, onda qeydiyyat digər tərəfin ərizəsi ilə məhkəmənin qərarı əsasında həyata keçirilir. Maddə 567 və 650. ümumən alqı-satqı müqaviləsinin, o cümlədən də rəsmi reyestrdə qeydə alınan daşınmaz əmlakın alqı-satqısına dair əqdin məzmunun nələri ehtiva etməli olduğunu müəyyən edərək təsbit edir ki, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini ödəməyi öhdəsinə götürür Maddə 646.1. Daşınmaz əşyaların alqı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Maddə 648.1.Daşınmaz əşyaların alqı-satqısı halında tərəflərdən hər biri mülkiyyət hüququnun keçirilməsi faktının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün öz tərəfindən zəruri olanları həyata keçirərək özünün vermə və ya qəbul etmə vəzifəsini icra edir

27. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 385.1.1-ci maddəsinə əsasən məhkəmə qətnaməsinin apellyasiya instansiyasında ləğv olunması əsaslarından biri maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsidir. 387.2.2-ci maddəsinə görə işdə iştirak edən şəxslərdən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməmiş hər hansı birinin iştirakı olmadan məhkəmə tərəfindən baxılmışdırsa şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir.

Apellyasiya baxışının hədləri

28. Apellyasiya şikayətinin məzmunundan görünür ki, Xaçmaz Rayon Məhkəməsinin 2(067)-512/2019 nömrəli, 24 yanvar 2019-cu il tarixli qətnaməsindən yalnız cavabdehlər Cavabdeh32 və Cavabdeh24 apellyasiya şikayəti verərək, qətnamənin ləğv və iddianın rədd edilməsini xahiş etmişlər.

29. Bu səbəbdən kollegiya Xaçmaz Rayon Məhkəməsinin 2(067)-512/2019 nömrəli, 24 yanvar 2019-cu il tarixli qətnaməsini yalnız apellyatorlara (onlara məxsus olan torpaq sahəsinə) münasibətdə yoxlayır. Digər cavabdehlərə münasibətdə qətnamə yoxlanılmır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

30. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətlərinə münasibətdə birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qismən, yəni apellyatorlara münasibətdə ləğv edilərək iddia tələbi onlara münasibətdə təmin edilməməlidir.

31. Apellyasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, cavabdehlərin ilk dəlili birinci instansiya məhkəməsində işə baxılmasından xəbərsiz olmaları ilə bağlıdır.

32. İş materialları ilə müəyyən olunur ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən apellyatorlara məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməmiş və işə onların iştirakları olmadan baxılıb nəticə verilmişdir. Belə ki, iş materiallarının 65-67 səhifələrində, habelə 73-75-ci səhifələrində olan məhkəmə bildirişlərindən aydın olur ki, cavabdeh tərəfə məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişləri göndərilmişdir. Lakin buna baxmayaraq məhkəmə bildirişlərinin cavabdehlərə çatdırılmasını təsdiq edən müvafiq poçt sənədi (cavabdehlərin yaxud ünvanda yaşayan ailə üzvlərinin hər hansı birinin imzası olan poçt xəbərnaməsi) iş materiallarında mövcud deyildir, iş materiallarına məhkəmə bildirişlərinin göndərilməsi barədə müvafiq poçt reyestri əlavə edilsə də həmin reyestrdən cavabdehlərin məhkəmə iclasları barədə məhkəmə bildirişlərini alıb-almamaları müəyyən edilmir. Bildirişlər müvafiq bələdiyyə orqanına göndərilsə də, tərəflərə çatırılılmasnı təsdiq edən hər hansı sənəd iş materiallarında görünmür

33. Beləliklə işdən görünür ki, xx.xx.2019-cu il tarixdə iş məhkəmənin icraatına daxil olmuş, xx.xx.2019-cu il tarixdə hazırki mübahisələndirilən qətnamə qəbul edilmişdir (16 günə).

34. Azərbaycan Respublikasının Konstitusiyasının 127-ci maddəsinin Vİİ hissəsinə görə, məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir.

35. Bu prinsip Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9-cu maddəsində də nəzərdə tutulmuşdur. Həmin maddəyə görə, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir.

36. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır və bu qaydaya görə işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut edir. İşə hərtərəfli baxılması məhkəmə tərəfindən qanuni və əsaslandırılmış qərarın çıxarılması, tərəflərin prosesdə fəallığı, öz mövqeyini müdafiə etmək üçün dəlillər gətirməsi, əks tərəfin sübutlarını və dəlillərini rədd etməsi üçün geniş imkanlara malik olması ilə təmin olunur.

37. Çəkişmə prinsipi tərəflərin prosessual hüquq bərabərliyi prinsipindən ayrılmazdır. Belə ki, məhz bərabər hüquq və vəzifələr onlara məhkəmə qarşısında çəkişmək imkanı verir. Tərəflərin prosessual hüquq bərabərliyi o deməkdir ki, onlar öz hüquq və mənafelərini müdafiə etmək üçün prosessual vasitələrdən real istifadə etmək imkanına malik olurlar və bərabər səviyyədə konkret prosessual hüquqlarla təmin edilirlər. Tərəflərin prosessual hüquq bərabərliyi prinsipi prosesin bütün mərhələlərində mühüm əhəmiyyət daşımaqla prosesin çəkişmə prinsipi əsasında həyata keçirilməsinə şərait yaradır. Bu prinsipin mahiyyəti əslində ondan ibarətdir ki, prosesin istənilən mərhələsində hər bir tərəfə bərabər prosessual imkanlar yaradılmalı, tərəflər prosesdə tam bərabər olmalı, onların hüquqları bir-birinə uyğun olmalı və uzlaşmalıdır.

38. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9-cu maddəsində də nəzərdə tutulmuşdur. Həmin maddəyə görə, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir.

39. Mülki Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə görə, məhkəmə işdə iştirak edən şəxsləri məhkəmə iclasının vaxtı və yeri, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar etməlidir.

40. MPM-in 147-ci maddəsinə əsasən cavabdehin faktiki olduğu yer məlum olmadıqda, məhkəmə cavabdehin məlum olan axırıncı yaşayış yeri üzrə yerli özünüidarə orqanının, müvafiq icra hakimiyyəti orqanının və ya cavabdehin məlum olan axırıncı iş yeri üzrə müdiriyyətin məhkəmə bildirişini aldığını təsdiq edən qeyd yazılmış məhkəmə bildirişi məhkəməyə daxil olduqdan sonra işə baxmağa başlayır.

41. Maddənin məzmunundan göründüyü kimi cavabdehə ünvanlanmış məhkəmə bildirişi həmin cavabdehin məlum olan axırıncı yaşayış yeri üzrə özünüidarə orqanına, yerli icra hakimiyyəti orqanına və ya onun məlum olan axırıncı iş yeri üzrə müdiriyyətə təqdim olunur, sonuncular tərəfindən həmin bildirişin üzərində müvafiq qeydlər aparılmaqla (onun soyadı, adı, atasının adı və vəzifəsi göstərilməklə, imzası və həmin orqanın və ya təşkilatın möhürü ilə təsdiq olunmaqla) bildirişin kötüyü məhkəməyə qaytarılır.

42. Göründüyü kimi birinci instansiya məhkəməsi işə baxılmasının vaxtı və yeri haqqında apellyatorlara lazımi qaydada məlumat vermədən işə baxmışdır ki, bu da nəticə etibarı ilə tərəflərin çəkişmə, hüquq bərabərliyi prinsipinin pozulmasına səbəb olmuşdur və bu hal qətnamənin ləğvi üçün əsasdır. Kollegiya apellyasiya şikayətlərinin bu dəlili əsaslı hesab edir

43. İddia tələbi ilə bağlı isə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir

44. İddia tələbinin mahiyyətindən görünür ki, tələb əqdin (alqı-satqı müqaviləsinin) etibarlı hesab edilməsi barədədir. Mülki Məcəllənin 213.6-cı maddəsinin tələbinə görə ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilər. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi əmlakı yalnız bütün mülkiyyətçilərin xeyrinə tələb edə bilər.

45. İddia tələbində iddiaçı tərəf cavabdehlərlə onun arasında sonunculara məxsus torpaq sahələrinin alqı-satqısına dair 20 mart 2002-ci il tarixdə şifahi razılaşmanın əldə edildiyini, habelə razılaşmaya uyğun torpaq sahələrinin dəyərinin cavabdehlərə şahidlərin iştirakı ilə ödənildiyini, həmin vaxtdan torpaq sahəsinə faktiki istifadə və sahiblik edərək təsərrüfat yaratdığını, alqı-satqı müqaviləsinin isə sonradan rəsmiləşdiriləcəyinə dair cavabdehlərin vədinə inanaraq, müəyyən müddətə təxirə saldığını bildirmişdir. Lakin sonradan cavabdehlərin torpaq sahəsinin onun adına rəsmiləşdirilməsindən boyun qaçırdıqlarına əmin olduğundan hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir

46. İddia tələbini təmin edən məhkəmə tələbin hüquqi əsası kimi mübahisə yaranan zaman qüvvədə olan Mülki Məcəllənin 335.2-ci (bu maddə xx.xx.2005-ci il tarixli qanunla çıxarılmışdır) maddəsinə istinad etmiş və məhz həmin maddənin müddəalarına əsaslanmaqla cavabdehlər tərəfindən iddiaçıya verilmiş mübahisəli torpaq sahələrinə dair şifahi alqı-satqı müqaviləsini bağlanmış hesab etmişdir.

47. Bununla bağlı olaraq məhkəmə kollegiyası hesab edir ki, mübahisəli torpaq sahələri ilə bağlı tərəflər arasında olmuş şifahi razılaşma daşınmaz əmlaka dair bağlanmış ikitərəfli əqd kimi qəbul edilə və müvafiq olaraq da onlarla bağlı Mülki Məcəllənin yuxarıda qeyd olunan maddələrinin müddəaları tətbiq edilə bilməz.

48. Məhkəmə kollegiyası özünün bu mövqeyini mülki qanunvericiliyin əqdlər institutlu ilə bağlı yanaşmasına uyğun hesab edir..

49. Belə ki, Mülki Məcəllənin 324.1 və 324.2-ci maddələrinə görə əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər.

50. Mülki Məcəllənin ümumi yanaşmasına görə hər hansı razılaşmanın və ya iradə ifadəsinin əqd sayılması, həmin əqdin etibarlı hesab olunması və qanunla müdafiə olunan nəticələr doğurması üçün o, aşağıdakı ünsürləri ehtiva etməli və həmin ünsürlər qüsurlu olmamalıdır: subyekt tərkibinə görə; məzmununa görə; formasına görə; iradə və iradə ifadəsinə görə. Yazılı əqddə isə ilk növbədə onun məzmununa dair tərəflərin iradə ifadələri öz əksini tapmalıdır. Bu, Mülki Məcəllənin 331.1-ci maddəsinin müddəalarından irəli gəlir. Həmin maddəyə görə yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır.

51. Digər tərəfdən məhkəmə kollegiyası onu da qeyd edir ki, tərəflər arasında hüquq münasibətlərinin yarandığı vaxt qüvvədə olan Mülki Məcəllənin 335.2-ci maddəsinin hazırkı işə tətbiqi işin faktiki hallarına uyğun gəlmir.

52. Mülki Məcəllənin 335.2-ci maddəsinin tətbiqinin qanunsuzluğuna dair apellyasiya şikayətinin dəlili üzrə məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tam hüquqlu məhkəməsi kimi işin faktiki hallarını araşdırarkən tərəflər arasında torpaq sahəsinin alqı-satqısı ilə bağlı münasibətlərin 2002-cü ildə yarandığını müəyyən etmişdir.

53. Lakin apellyasiya icraatı zamanı çəkişmə prinsipinə riayət edilməklə izahat verən apellyator Cavabdeh32 izahatında bildirdi ki, təxminən 2012-ci ildə onlar özlərinə məxsus olan torpaq sahələrinin iddiaçıya icarəyə verilməsinə dair razılığa gəlmişlər. Aralarındakı razılaşmaya əsasən hər il üçün icarəçi onlara 600 manat pul ödəməli idi. Həmçinin bir neçə ilin sonunda onlar öz torpaq sahələrini iddiaçıya satacaqlarına dair öhdəlik götürmüşlər. İcarə haqqı kimi 5 min manat pul onlara ödənilmişdir.

54. Digər Cavabdeh24 də onun atası ilə iddiaçı arasında oxşar icarə razılaşmasının mövcud olduğunu və bu münasibətlərin 2012-2013-cü ilə təsadüf etdiyini bildirmişdir. Həmçinin hər iki apellyator icarə razılaşmasının birbaşa tərəflər arasında deyil üçüncü şəxs vasitəsilə baş tutduğunu bildirmişlər.

55. İddiaçı isə izahatında tələbini müdafiə edərək bildirdi ki, o tanışı Etibar Qazıyev vasitəsilə cavabdehlərdən onlara məxsus olan torpaq sahələrini dəyərini ödəməklə 2002ci ildə aldığını, lakin cavabdehlərin eyni vaxtda notariat orqanına getməmələri səbəbindən alqı-satqı müqaviləsinin notarial qaydada rəsmiləşdirilmədiyini bildirmiş, keçən müddət ərzində dəfələrlə alqı-satqının rəsmiləşdirilməsi barədə iddiaçının çağırışlarına müsbət cavab verməmişlər. Bu səbəbdən iddiaçı yuxarıda qeyd olunan iddia tələbi ilə məhkəməyə müraciət etmişdir

56. Belə olan halda, birinci instansiya məhkəməsinin həmin dövrdə (24 iyun 2005-ci il tarixədək) qüvvədə olmuş Mülki Məcəllənin 335.2-ci maddəsinə istinadən qərar qəbul etməsi Mülki Prosessual Məcəllənin 217.2-ci maddələrinə uyğun olmamışdır.

57. Mülki Məcəllənin 567 və 650-ci maddələri ümumən alqı-satqı müqaviləsinin, o cümlədən də rəsmi reyestrdə qeydə alınan daşınmaz əmlakın alqı-satqısına dair əqdin məzmunun nələri ehtiva etməli olduğunu müəyyən edərək təsbit edir ki, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini ödəməyi öhdəsinə götürür.

58. Bu zaman məhkəmə kollegiyası nəzərə alır ki, Konstitusiya Məhkəməsi İddiaçıanın şikayəti ilə əlaqədar qəbul etdiyi 31 may 2006-cı il tarixli qərarında həmin məsələ ilə bağlı aşağıdakı hüquqi mövqeyini ifadə etmişdir: “Ümumiyyətlə qeyd olunmalıdır ki, qanuna zidd yolla təkcə əşyanın verilməsi mülkiyyət hüququnun subyektini dəyişmir. Mülkiyyət hüququ yalnız qanunla müəyyən edilmiş qaydaların həyata keçirilməsi nəticəsində yaranır. Mülkiyyətçisi olan əmlakın qanunun tələblərinə əməl olunmadan əldə edilməsi xüsusi hüquqa əsaslanmayan faktiki sahibliyi yaradır. Bu isə onu deməyə əsas verir ki, əgər alıcı əmlakın əldə edilməsi ilə bağlı qanunvericiliyə lazımi qaydada riayət edilməsi məqsədi ilə ondan tələb olunan hərəkətləri etməyibsə, bu hal gələcəkdə əmlakın faktiki sahibliyindən məhrum olunmasının onun laqeyd münasibəti ucbatından baş verməsinə dəlalət edir”.

59. İşə baxan məhkəmənin öz qətnaməsində istinad etdiyi İ. K. Rəcəbovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 03 iyun 2005-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 22 mart 2006-cı il tarixli Qərarında istərsə də, F.Nəcəfovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 03 mart 2023-cü il tarixli Qərarında Plenumun mövqeyi bundan ibarət olmuşdur ki, Mülki Məcəllənin 335-ci maddəsi ilə əlaqədar formalaşdırdığı hüquqi mövqeyinə əsasən əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab etməsi üçün mütləq aşağıdakı hallar mövcud olmalıdır: - əqdin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsi əks tərəfin təqsiri ucbatından baş verməli; - məhz əks tərəf əqdin notariat qaydasında təsdiqlənməsindən yayınmalı; - əqdin özü qanuna zidd olmamalı və onun yazılı formada tərtib edilməsinə dair tələbə əməl edilmiş olmalıdır.

60. Göründüyü kimi, yuxarıda adı çəkilən norma daşınmaz əşyaların alqı-satqısı haqqında müqavilənin etibarlı sayılmasını mütləq iki şərtin mövcudluğu ilə əlaqələndirir: yazılı formada bağlanması;notariat qaydasında təsdiqlənməsi. Həmin şərtlərə əməl edilməməsi daşınmaz əşyaların alğı-satqısı müqaviləsinin etibarlılığını şübhə altına alır. Beləliklə, daşınmaz əşyaların alğı-satqısı haqqında müqaviləyə münasibətdə qanun birmənalı olaraq müəyyənləşdirir ki, belə əqdlərin bağlanmasının yazılı formasına riayət edilməməsi birbaşa onların etibarsızlığına səbəb olur.

61. Şərh olunan qanunvericilik müddəalarını rəhbər tutmaqla məhkəmə kollegiyası qeyd edir ki, hazırkı işdə tərəflər arasında mübahisəli torpaq sahələrinin alqı-satqısına dair razılaşma mətnini əks etdirən, bu və ya digər formada iş üzrə tərəflərin ad-soyadlarının imzalarının mövcud olduğu hər hansı sadə yazılı formada əqd tərtib edilməmişdir. İddiaçının yeganə dəlili tərəflər arasında mübahisə predmeti olan torpaq sahələrinin alqısatqısına dair şifahi razılaşmanın əldə edilməsi, habelə birinci instansiya məhkəməsində şahidlər tərəfindən onun xeyrinə verilən ifadələrdir ki, həmin hallar Mülki Məcəllənin qeyd olunan müddəasının hüquqi məzmunu baxımından alqı-satqı müqaviləsinin zəruri şərtlərinə riayət edilməsi kimi qiymətləndirilə bilməz.

62. Kollegiya yuxarıda qeyd olunanları məcmu halında qiymətləndirərək və analoji məhkəmə mübahisələrinin həllinin formalaşdırdığı məhkəmə təcrübəsindən çıxş edərək qeyd edir ki, hətta hazırkı iş üzrə tərəflər arasında sadə yazılı formada alqı-satqı müqaviləsi tərtib olunmuş olsa belə, sözügedən müqavilənin etibarlılığını müəyyən edən digər mühüm hallar ( alqı-satqı müqaviləsinin tərəflərin gerçək iradə ifadələrinin olmasını sübut edən imza nümunələrinin tərəflərə məxsusluğu, pul məbləğinin ödənilməsini təsdiq edən yazılı iltizam, mübahisəli torpaq sahələrinin hansı subyekt tərəfindən faktiki istifadəsi, həmin torpaq sahələrinə görə ödənilən vergilərin kim tərəfindən icra edilməsi və s kimi hallar) məhkəmə araşdırması tələb edən zəruri hallar olub, yalnız bu kimi hallar araşdırıldıqdan sonra mübahisəyə əsaslandırılmış məhkəmə aktı ilə hüquqi münasibət bildirilə bilər.

63. Hazırkı halda isə işə baxan məhkəmə kifayət qədər zəruri araşdırma tələb edən konkret işdə heç bir yazılı əqd olmadan, hər hansı sübutlar əldə edilmədən, iş üzrə cavabdehlərin məhkəmə iclasında iştirakını təmin etmədən, bir aydan da az bir vaxt məhkəmə icraatı aparılaraq, əsaslandırılmamış qətnamə qəbul etmişdir ki, qəbul edilən qətnamə işin faktiki hallarına uyğun olmadığı kimi, maddi və prosessual hüquq normalarının kobud şəkildə pozuntusu ilə qəbul edilmişdir.

64. Bundan əlavə apellyasiya icraatı zamanı ortaya çıxan hallardan biri də ondan ibarətdir ki, iddiaçının məhkəmə qətnaməsi əsasında hüququnu qeydə aldırdığı torpaq sahəsi 2021-ci ildə alqı-satqı müqaviləsi əsasında "xxxx" MMC-yə satılmış və həmin torpaq sahələri hazırda sonuncunun xüsusi mülkiyyədindədir. Başqa sözlə işdən görünür ki, "xxxx" MMC əmlakı vicdanlı əldə edən şəxsdir.

65. Əmlakı vicdanlı əldə edən şəxsin hüquqlarının müdafiəsi ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bir sıra qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, vicdanlı sahibin xoş niyyət, ağlabatan ehtiyatlılıq və sayıqlıq göstərməklə bağladığı əqdin başqa müdafiə vasitəsi ilə şübhə altına alınması, habelə onun nəticələrinin tətbiqini mümkün edən və faktiki olaraq onu mülkiyyətçi ilə müdafiəsiz üzbəüz qoyan hüquqi qeyri-müəyyənlik mülki dövriyyənin davamlılığına, əmlakla bağlı yaranan münasibətlərin sabitliyinə mənfi təsir göstərməklə yanaşı, tərəflərin biri-birinə olan inamının azalmasına da gətirib çıxarır.

66. “S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 oktyabr 2004-cü il tarixli Qərarında qeyd edilmişdir ki, mübahisəli əşya üzərində qanuni əsaslarla yaranmış əmlak hüquqları mülkiyyətçi ilə yanaşı digər şəxslərə də mənsub olduqda mülkiyyət hüquqlarının dövlət müdafiəsinə verilmiş konstitusiya təminatı həmin şəxslərin əmlak hüquqlarına da şamil olunur. Bu cür əmlak hüquqları sırasına vicdanlı əldə edənin hüquqları da aiddir. Əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir. Mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir. Əqdlərin etibarsızlığı ilə bağlı mübahisələrin həllində həm mülkiyyət hüququ müdafiə olunmalı, həm də vicdanlı alıcıların əmlak hüquqları təmin olunmalıdır. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması məqsədlərinə nail olmaq, habelə Mülki Məcəllənin 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək üçün şərait yaradır. Həmin qərarda eyni zamanda göstərilir ki, hüquqi dövlət və demokratik cəmiyyətdə mülkiyyət hüququ toxunulmaz və müqəddəsdir. Bu hüquq beynəlxalq-hüquqi aktlarda əsas, ayrılmaz və mühüm hüquqlardan biri kimi önəmli yer tutur. Azərbaycan Respublikasında mülkiyyət hüququ müxtəlif üsullar, o cümlədən əqd (müqavilə) üzrə əldə edilir. Dövlət yalnız qanunvericiliklə müəyyən olunmuş qaydada və hallarda daşınar və daşınmaz əmlak üzərində əldə edilmiş mülkiyyət hüquqlarının tanınmasına və qorunmasına təminat verir. Mübahisəli əşya üzərində qanuni əsaslarla yaranmış əmlak hüquqları mülkiyyətçi ilə yanaşı digər şəxslərə də mənsub olduqda mülkiyyət hüquqlarının dövlət müdafiəsinə verilmiş konstitusiya təminatı həmin şəxslərin əmlak hüquqlarına da şamil olunur. Bu cür əmlak hüquqları sırasına vicdanlı əldə edənin hüquqları da aiddir.

67. Məhkəmə kollegiyası qeyd olunan xüsusatları, ən vacibi vicdanlı alıcı "xxxx" MMC-nin hüquqlarını nəzərə alaraq belə qənaətə gəlir ki, hazırkı halda apellyatorların torpaq sahəsinə qanunla qorunan hər hansı hüquqları pozulmuş olsa da belə, onların pozulmuş hüquqları torpaq sahəsini sonradan vicdanlı əldə edən şəxsin hesabına kompensasiya edilə bilməz. Bu halda apellyatorlar onlara məxsus payı özgəninkiləşdirmiş şəxsə qaşı ayrıca birinci instansiya məhkəməsində iddia qaldırmaqla onlara dəymiş ziyanı tələb etmək hüquqlarından istifadə edə bilərlər.

68. İşin apellyasiya araşdırılması zamanı həmçinin müəyyən edilmişdir ki, cavabdehlərdən Cavabdeh40 Şakərəm oğlu, Cavabdeh7 məhkəməyə ünvanladıqları notarial qaydada təsdiq olunmuş ərizələrində Xaçmaz Rayon Məhkəməsinin 2(067)- 512/2019 nömrəli, 24 yanvar 2019-cu il tarixli qətnaməsini qanuni və əsaslı hesab etdiklərini, hazırkı cavabdehlər tərəfindən verilən apellyasiya şikayətlərinə qoşulmadıqlarını bildirmişlər.

69. Kollegiya sonda iddiaçı tərəfindən verilmiş iddia müddətinin tətbiq edilməsi ilə bağlı vəsatətə münasibət bildirərək qeyd edir ki, tərəflər arasında hər hansı yazılı müqavilə münasibəti mövcud olmadığından vəsatət təmin edilməməlidir. Mülkiyyətin müdafiəsi ilə bağlı məsələyə gəldikdə isə həmin hallara müddət şamil edilmir.

70. Məhkəmə kоllegiyаsı qаnunvericiliyin tələbini və Kоnstitusiyа Məhkəməsi Plenumunun hаzırkı mülki işin xаrаkterinə uyğun fоrmаlаşdırdığı hüquqi mövqeyini nəzərə аlаrаq hesаb edir ki, cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətləri ismən təmin edilməli, Xaçmaz Rayon Məhkəməsinin 2(067)-512/2019 nömrəli, 24 yanvar 2019-cu il tarixli qətnaməsi qismən, yəni apellyatorlara (onlara məxsus torpaq sahəsinə) münasibətdə ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilməklə iddia tələbi onlara münasibətdə təmin edilməməlidir.

71. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i:

Cavabdehlər Cavabdeh32 və Cavabdeh24 tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilsin. Xaçmaz Rayon Məhkəməsinin 2(067)-512/2019 nömrəli, 24 yanvar 2019-cu il tarixli qətnaməsi qismən-yəni İddiaçı ilə cavabdehlər Cavabdeh24, Cavabdeh6, Cavabdeh23, Cavabdeh25, Cavabdeh26 və Cavabdeh27 arasında JN-146 seriyalı, 30222048 kodlu torpağa mülkiyyət hüququna dair dövlət aktında göstərilmiş, sonunculara məxsus Xaçmaz rayonunun Şollar kəndi ərazisində yerləşən 3,80 ha pay torpaq sahəsinin və cavabdehlər Cavabdeh10, Cavabdeh32, Cavabdeh33, Cavabdeh34 və X24 arasında JN-131 seriyalı, 30222048 kodlu torpağa mülkiyyət hüququna dair dövlət aktında göstərilmiş, sonunculara məxsus Xaçmaz rayonunun Şollar kəndi ərazisində yerləşən 3,11 ha pay torpaq sahəsinin alqı-satqısına dair 20 mart 2002-ci il tarixdə bağlanmış əqdin etibarlı hesab edilməsi və həmin torpaq sahələrinə İddiaçı mülkiyyət hüququnun tanınması hissəsində ləğv edilsin. Həmin hissələr üzrə yeni qətnamə qəbul edillsin. Ləğv edilmiş hissələrdə iddia tələbi təmin edilməsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar