Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1773/2022 02.08.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı cavabdeh Quba rayonu “Kommunizm yolu” adına sovxozdan yaşayış evinin alınıb ona qaytarması tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin 10 iyun 2022-ci il tarixli, 2-113/1991 nömrəli qərardadından AR ƏMDX yanında Daşınmaz Əmlakın Kadatsrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: Quba Rayon Xalq Məhkəməsinin 14 mart 1991-ci il tarixli, 2-113/1991 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, Quba şəhəri, Kirov küçəsi 48 nömrəlidə yerləşən, mərhum X1 məxsus olmuş iki otaqlı evin vərəsəlik hüququ üzrə onun oğlu İddiaçı mülkiyyətinə verilməsi qət edilmişdir (hakim Ənvər Şadıyev). Qətnamədən AR ƏMDX yanında Daşınmaz Əmlakın Kadatsrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən apellyasiya şikayəti verilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 20 aprel 2022-ciil tarixli, 2(105)-1189/2022 nömrəli qərardadı ilə apellyasiya şikayəti elektron kabinet vasitəsi ilə verilmədiyindən apellyasiya şikayəti qeyri-mümkün hesab edilmişdir. Quba Rayon Məhkəməsinin 10 iyun 2022-ci il tarixli, 2-113/1991 nömrəli qərardadı ilə Quba Rayon Xalq Məhkəməsinin 14 mart 1991-ci il tarixli, 2-113/1991 nömrəli qətnaməsindən verilmiş apellyasiya şikayəti geri qaytarılmışdır. Həmin qəraraddan AR ƏMDX yanında Daşınmaz Əmlakın Kadatsrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən şikayət verilmişdir. Quba Rayon Məhkəməsinin 30 iyun 2022-ci il tarixli, 2-113/1991 nömrəli qərardadı ilə şikayət təmin edilmədən baxılması üçün apellyasiya məhkəməsinə göndərilmişdir. AR ƏMDX yanında Daşınmaz Əmlakın Kadatsrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə qətnaməsi ilə Quba şəhəri, Kirov küçəsi 48 nömrəlidə yerləşən, mərhum X1 məxsus olmuş iki otaqlı evin vərəsəlik hüququ üzrə onun oğlu İddiaçı mülkiyyətinə verilməsi qət edilmişdir. Daşınmaz əmlaka mülkiyyət hüquqlarının dövlət qeydiyyatı Daşınmaz Əmlakın Kadastrı və Reyesttri publik hüquqi şəxsin Ərazi idarələri tərəfindən aparılır. Qətnamə ilə onların hüquq və mənafelərinə toxunur. Həmçinin qətnamə elektron informasiya sisteminin tətbiqindən əvəəl qəbul edilmişdir. Həmin qətnamə elektron məhkəmə informasiya sisteminə daxil edilməmişdir. Bunula da texniki cəhətdən apellyasiya şikayətinin elektron kabinet vasitəsi ilə verilməsi qeyri-mümkündür. Odur ki, Quba Rayon Məhkəməsinin 10 iyun 2022-ci il tarixli, 2-113/1991 nömrəli qərardadının ləğv edilməsi, apellyasiya şikayətinin Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində, apelyasiya üçün müəyyən olunmuş qaydada baxır. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materiallarına əsasən araşdırıb belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən şikayət təmin edilməli, Quba Rayon Məhkəməsinin 10 iyun 2022-ci il tarixli, 2-113/1991 nömrəli qərardadı ləğv edilməlidir. Barəsində şikayət verilən qərardaddan görünür ki, birinci instansiya məhkəməsi qətnamədən AR ƏMDX yanında Daşınmaz Əmlakın Kadatsrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin apellyasiya şikayəti vermək üçün subyektiv hüququnun olmaması, eləcə də apellyasiya şikayətinin elektron kabinet vasitəsi ilə verilməməsi səbəbindən şikayəti geri qaytarmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin hallarına və qanunvericiliyə uyğun olmamışdır. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə AR ƏMDX yanında Daşınmaz Əmlakın Kadatsrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin hüquq və vəzifələrinə toxunur. Belə ki, qətnamədən görünür ki, Quba şəhəri, Kirov küçəsi 48 nömrəlidə yerləşən, mərhum X1 məxsus olmuş iki otaqlı evin vərəsəlik hüququ üzrə onun oğlu İddiaçı mülkiyyətinə verilməsi qət edilmişdir. Qətnamə həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsadır. İddianın təmin edilməsi barədə qətnamənin icrası AR ƏMDX yanında Daşınmaz Əmlakın Kadatsrı və Reyestri publik hüquqi şəxsi tərəfindən həyata keçirilməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 1.0.4-cü maddəsinə görə qeydiyyat orqanı - daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır. Həmin Qanunun 2.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsinə görə Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikasi Prezidentinin 10 avqust 113 saylı Fərmanının4.2.1-ci bəndində görə "Daşınmaz Əmlakın Dövlət Reyestri Haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.1-cü maddəsinə nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Əmlak Məsələləri Dövlət Xidməti həyata keçirir. Göründüyü kimi, qanunda nəzərdə tutulmuş qaydada Azərbaycan Respublikası ərazisində daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması (yüklənməsi) və başqasına keçməsinin, onlara xitam verilməsinin dövlət qeydiyyatı, habelə Azərbaycan Respublikası ərazisi üzrə vahid olan daşınmaz əmlakın dövlət reyestrinin aparılmasını Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti həyata keçirir. Məhkəmə qətnaməsi ilə AR ƏMDX yanında Daşınmaz Əmlakın Kadatsrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi üzərinə birbaşa hər hansı bir vəzifə qoyulmasa da həmin qətnamənin icrası Qanunun tələblərinə görə birbaşa AR ƏMDX yanında Daşınmaz Əmlakın Kadatsrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin səlahiyyətlərinə aiddir. Bundan əlavə məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi apellyasiya şikayətinin elektron kabinet vasitəsi ilə verilməməsi əsası ilə geri qaytarılması barədə gəldiyi nəticədə də haqlı olmamışdır. Belə ki, iş materiallarından görünür ki, mübahisələnidrilən qətnamə 14 may 1991ci il tarixdə qəbul edilib. Qətnamə Quba Rayon Məhkəməsinin “Elektron məhkəmə” informasiya sisteminə daxil edilməyib. Belə olan halda həmin qətnamədən elektron kabinet vasitəsi ilə apellyasiya şikayəti verilməsi qeyri-mümkündür. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Mülki-Prosessual Məcəllənin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Mülki-Prosessual Məcəllənin 357.2-ci maddəsinə görə həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir. Prokuror bu Məcəllənin 50-ci və 306-cı maddələrində göstərilən hallarda məhkəmə baxışında iddiaçı və ya ərizəçi olarsa, məhkəmə aktlarından protest verə bilər. Bu baxımdan, məhkəmə kollegiyası hesab edir ki, Quba Rayon Xalq Məhkəməsinin 14 mart 1991-ci il tarixli, 2-113/1991 nömrəli qətnaməsi daşınmaz əmlakın dövlət reyestrini aparan orqanın birbaşa hüquq və vəzifələrinə toxunduğundan həmin qətnamədən AR ƏMDX yanında Daşınmaz Əmlakın Kadatsrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş apelyasiya şikayətini geri qaytarmaqla birinci instansiya məhkəməsi adıçəkilən təşkilatın məhkəmə müdafiəsi hüququnu məhdudlaşdırmışdır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi hazırki mövqeyi qanunvericiliyin tələblərinə uyğun hesab etmir. Həmin Məcəllənin 398.0.3-cü maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, şikayəti təmin edilməli, Quba Rayon Məhkəməsinin 10 iyun 2022-ci il tarixli, 2-113/1991 nömrəli qərardadı ləğv edilməlidir. Şərh edilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 263-264, 357, 395-396, 398.0.3, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Şikayət təmin edilsin. Quba Rayon Məhkəməsinin 10 iyun 2022-ci il tarixli, 2-113/1991 nömrəli qərardadı ləğv edilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-1773/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1773/2022
02.08.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver