Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № 2(105)-1786/2025 19.03.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI İddiaçı Kərimzadə İradə Ramiz qızının cavabdehlər Cavabdeh və Abşeron rayon * saylı notariat ofisinə qarşı mülki iş üzrə (Açar sözlər: miras şərikliyi, miras əmlaka sərəncam, əqdin etibarsızlığı, uydurma əqd, mirasda məcburi pay) Hakim Almaz Məhərrəm qızı Süleymanovanın sədrliyi və məruzəsi, Hakimlər X9 və Gülnar İnqilab qızı Cabbarovadan ibarət tərkibdə, Əli Seyran oğlu İsmayılovun katibliyi, İddiaçı İradə Ramiz qızı Kərimzadənin, İddiaçının vəkili X8, İddiaçının nümayəndəsi X14, Cavabdeh Cavabdeh, Cavabdehin nümayəndəsi və vəkili vəkil1 iştirakları ilə, İddiaçı Kərimzadə İradə Ramiz qızının cavabdehlər Cavabdeh və Abşeron rayon * saylı notariat ofisinə qarşı "bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və müqavilə əsasında verilmiş çıxarışın ləğv edilməsi" tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin ## ###### 2024-cü il tarixli, e-*(***)-***/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları:
1. İddiaçı Kərimzadə İradə Ramiz qızı cavabdehlər Cavabdeh və Abşeron Rayon * saylı Notariat Ofisinə qarşı bağışlama müqaviləsinin və müqavilə əsasında verilmiş çıxarışın ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Məmmədov Ramiz Balaəmi oğlu və Cavabdeh arasında bağlanmış ##.##.2022-ci il tarixli bağışlanma müqaviləsinin etibarsız sayılması və bunun əsasında Cavabdeh adına ##.##.2023cü il tarixdə verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın (qeydiyyat nömrəsi 1623010840) ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçının atası Məmmədov Ramiz Balaəmi oğlu ##.##.2022-ci il tarixdə, anası X5 isə ##.##.2019-cu il tarixdə ölmüşdür. Onların birgə nikah dövründə əldə etdikləri Abşeron rayonu, Xırdalan şəhəri, Ş.Qurbanov küçəsi ünvanında 0.1 ha torpaq sahəsində yerləşən * nömrəli fərdi yaşayış evi miras qalmışdır. Abşeron rayonu, Xırdalan şəhəri, Ş.Qurbanov küçəsi ünvanında 0.1 ha torpaq sahəsində yerləşən * nömrəli fərdi yaşayış evinin çıxarışla mülkiyyətçisi Məmmədov Ramiz Balaəmi oğlu olmuşdur. İddiaçının atası Məmmədov Ramiz Balaəmi oğlu sağlığında, yəni ##.##.2013-cü il tarixdə mülkiyyətçisi olduğu 0.10 ha torpaq sahəsindən 0,025 ha torpaq sahəsini qızı iddiaçı Məmmədova (Kərimzadə) İradə Ramiz qızına bağışlamışdır. Həmin bağışlama müqaviləsinə əsasən Məmmədova (Kərimzadə) İradə Ramiz qızı qeyd olunan torpaq sahəsinə ##.##.2013cü il tarixdə çıxarış almışdır. Sonradan, yəni 2017-ci ildə iddiaçı Məmmədova (Kərimzadə) İradə Ramiz qızı həmin torpaq sahəsinə (özünə aid olan hissədə) hasar çəkdirmək isdədikdə qardaşları X3 və Cavabdeh ona tikinti işləri aparmaqda imkan verməmişdir. Bununla əlaqədar olaraq iddiaçı Məmmədova (Kərimzadə) İradə Ramiz qızı “maneələrin aradan qaldırılması tələbinə dair” iddia ərizəsi ilə Abşeron rayon məhkəməsinə müraciət etmişdir. Qarşılıqlı iddia ərizəsi ilə Məmmədov Ramiz Balaəmi oğlu “bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair” məhkəməyə müracıət etmişdir. Abşeron rayon məhkəməsinin ##.##.2017-ci il tarixli qətnaməsi ilə Məmmədova (Kərimzadə) İradə Ramiz qızının iddiası təmin olunmuş, Məmmədov Ramiz Balaəmi oğlunun iddiası isə rədd olunmuşdur. İddiaçının atası Ramiz Məmmədov, qardaşları Balaəmi Məmmədov və Cavabdeh Abşeron rayon məhkəməsinin ##.##.2017-ci il tarixli qətnaməsindən Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına Apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətində qeyd olunmuşdur ki, Ramiz Məmmədov savadsızdır, latın və kiril qrafikası ilə oxuyub yaza bilmir. Nəticədə ##.##.2013-cü il tarixli evin həyətyanı torpaq sahəsinin bağışlama müqaviləsi tərəflərin iradə ifadəsini əks etdirmədən bağlanması qənaiti məhkəmə kollegiyasında formalaşdığından hesab etmişdir ki, həmin müqavilə onların iradə ifadəsi kimi bağlanılmış hesab edilə bilməz. Bu səbəbdən Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ##.##.2018-ci il tarixli qətnaməsi ilə Abşeron Rayon Məhkəməsinin ##.##.2017-ci il tarixli qətnaməsi ləğv edilmişdir. Sonradan iddiaçı Məmmədova (Kərimzadə) İradə Ramiz qızı (anasının ölümündən sonra) 2022-ci ildə Abşeron rayon məhkəməsinə vərəsəlik hüququnun tanınması və anasına düşən paydan onun payının müəyyən edilməsinə dair iddia ərizəsi ilə müraciət etmişdir. Abşeron Rayon Məhkəməsinin MTT(***)-***/**** saylı ##.##.2022-ci il tarixli qərardadında qeyd olunmuşdur ki, “cavabdeh Məmmədov Ramiz Balaəmi oğlunun mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, Ş.Qurbanov küçəsi ünvanında 0.1 ha torpaq sahəsində yerləşən * nömrəli fərdi yaşayış evinin üzərinə həbs qoyulsun, həmin evin özgəninkiləşdirilməsi cavabdeh Məmmədov Ramiz Balaəmi oğluna qadağa edilsin”. Qərardad dərhal icra edilsin. Qərardadın icrası Abşeron rayon İcra və probasiya şöbəsinə həvalə edilsin. Buna baxmayaraq iddiaçının atası Məmmədov Ramiz Balaəmi oğlu mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, Ş.Qurbanov küçəsi ünvanında 0.1 ha torpaq sahəsində yerləşən * nömrəli fərdi yaşayış evinin üzərinə həbs qoyulmasına baxmayaraq, uydurma əqd əsasında notariat orqanında iddiaçının qardaşı Cavabdeh mübahisəli mülki bağışlamışdır. Abşeron rayonu, Xırdalan şəhəri, Ş.Qurbanov küçəsi ünvanında 0.1 ha torpaq sahəsində yerləşən * nömrəli fərdi yaşayış evi onların ata mülküdür. Bundan sonra iddiaçı İradə Kərimzadə atasından miras qalmış əmlakın bölüşdürülməsi və vərəsəlik şəhadətnaməsinin verilməsi məqsədilə notariat orqanına müraciət etmişdir. Müraciətdən 6 ay keçdikdən sonra vərəsəlik şəhadətnaməsi üçün notariat orqanına gəldikdə ona məlum olmuşdur ki, atası ölümündən bir neçə ay əvvəl mübahisəli mülkü, yəni Abşeron rayonu, Xırdalan şəhəri, Ş.Qurbanov küçəsi ünvanında yerləşən 0.1 ha torpaq sahəsində tikilmiş * nömrəli fərdi yaşayış evini ##.##.2022-ci il tarixdə Abşeron rayon * saylı notariat ofisində “Daşınmaz Əmlakın Bağışlanması Müqaviləsi”lə qardaşı Cavabdeh bağışlamışdır. Bunun əsasında isə qardaşı Cavabdeh ##.##.2023-cü il tarixdə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın reyestrindən çıxarış almışdır (qeydiyyat nömrəsi 1623010840). Qeyd etmək istəyir ki, aşağıda göstərilən səbəblərə görə ##.##.2022-ci il tarixli bağışlama müqaviləsi etbarsız hesab olunmalıdır. 1.Həmin bağışlama müqaviləsi iddiaçı Məmmədova (Kərimzadə) İradə Ramiz qızı məhkəməyə müraciət etdikdən sonra bağlanmışdır. 2.Bağışlama müqaviləsi bağlanılarkən mübahisəli mülkə həbs qoyulmuşdur. 3.Məhkəmənin gəldiyi qənaətə görə Ramiz Məmmədov savadsızdır, latın və kiril qrafikası ilə oxuyub yaza bilmir. 4.İddiaçı Kərimzadə İradə vərəsəlik hüququndan məhrum olmuşdur. 5.Bağışlama müqaviləsi bağlanıldıqdan bir neçə ay sonra Ramiz Məmmədov ölmüşdür, ehtimal edir ki, həmin vaxt xəstə olmuşdur. Bu səbəbdən də məhkəməyə müraciət edilmişdir. Bundan əlavə Mülki Məcəllənin 1200-ci madəsinə əsasən məcburi pay hüququnun pozulması nəzərə alınmamışdır.
3. İddia ərizəsinə qarşı yazılı etiraz daxil olmamışdır.
İş üzrə sübutlar:
4. Abşeron rayon ZAQS şöbəsi tərəfindən verilmiş ##.##.1971-ci il tarixli AZ № ****** saylı evlənmək haqqında şəhadətnamənin surətindən görünür ki, Məmmədov Ramiz Balaəmi oğlu ilə X4 ##.##.1971-ci il tarixdə nikaha daxil olmuş və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 123 nömrəsi ilə qeyd edilmiş, nikaha daxil olduqdan sonra arvada “Məmmədova” soyadı verilmişdir.
5. Abşeron rayon ZAQS şöbəsi tərəfindən verilmiş ##.##.1973-cü il tarixli III-JQ № ****** saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ##.##.1975-ci il tarixdə anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında *** nömrəli doğum haqqında akt qeydi tərtib olunmuş, atası Məmmədov Ramiz Balaəmi oğlu, anası X5r.
6. Abşeron rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş ##.##.2019-cu il tarixli AZ-II № ****** saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 ##.##.2019-cu il tarixdə ölmüş və bu barədə ölüm haqqında akt qeydləri kitabında *** nömrəli ölüm akt qeydi tərtib edilmişdir.
7. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ##.##.2019-cu il tarixli çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, Ş.Qurbanov küçəsində 0,10 ha həyətyanı torpaq sahəsində yerləşən, ümumi sahəsi 360,4 kv.m olan * saylı ev Məmmədov Ramiz Balaəmi oğlunun adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində *** saylı reyestr kitabının ** saylı vərəqində 1619028452 qeydiyyat nömrəsi, 308013126163-10301 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır.
8. Abşeron rayonu * saylı Notariat Ofisinin notariusu Məsimova Günay İsa qızı tərəfindən təsdiq olunmaqla ##.##.2022-ci il tarixli 4Ə/*** reyestr nömrəli daşınmaz əmlakın bağışlanma müqaviləsinin surətindən görünür ki, hədiyyə verən Məmmədov X10 rayonu Xırdalan şəhəri Ş.Qurbanov küçəsində 0,10 ha həyətyanı torpaq sahəsində yerləşən, ümumi sahəsi 360,4 kv.m olan * saylı evi və evin yerləşdiyi 0,10 ha torpaq sahəsini ünvan 2 ünvanında qeydiyyatda olan oğlu, Cavabdeh mülkiyyətinə verir. Hədiyyə alan isə fərdi yaşayış evini və evin yerləşdiyi həyətyanı torpaq sahəsini xüsusi mülkiyyətinə qəbul edir.
9. Müqavilənin 5-ci bəndinə əsasən, Mülki Məcəllənin 666-674-cü maddələrinin məzmunu və həmin müqavilənin hüquqi nəticələri tərəflərə izah edilmişdir.
10. Daşınmaz Əmlakın İcbari Sığorta Şəhadətnaməsinin surətindən görünür ki, Cavabdeh mülkiyyətində olan, ünvan 1 ünvanında yerləşən * saylı evi azadolma məbləği 150 manat, sığorta haqqı 30 manat, sığorta məbləği 15000 manat olmaqla “xxxx” ASC tərəfindən ##.##.2022-ci il tarixdən ##.##.2023-cü il tarixədək sığortalanmışdır.
11. ##.##.2022-ci il tarixli, ******* saylı yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, ünvan 1 ünvanında yerləşən * saylı ev Cavabdeh mülkiyyətindədir və qeydiyyatda heç bir şəxs yoxdur.
12. Abşeron rayonu * saylı Notariat Ofisinin ##.##.2023-cü il tarixli, **** saylı məktubundan görünür ki, Kərimzadə İradə Ramiz qızının ərizəsinə əsasən, ##.##.2022-ci il tarixdə vəfat etmiş Məmmədov Ramiz Balaəmi oğluna ##.##.2022-ci il tarixdə vərəsəlik işi açılmış, digər vərəsələrin notariat ofisinə müraciət etmələri üçün qeydiyyatda olduqları ünvana ##.##.2023-cü il tarixdə məktub göndərilmiş, məktubu aldıqdan sonra vərəsə Cavabdeh notariat ofisinə müraciət edərək, miras əmlaka dair özadına çıxarış və bağışlanma müqaviləsini təqdim etmişdir. Miras əmlak olan ünvan 1 ünvanında yerləşən * saylı ev və evin yerləşdiyi 0,10 ha torpaqsahəsi Cavabdeh adına mülkiyyət hüququ qeydə alınmışdır.
13. Abşeron Rayon Məhkəməsinin ##.##.2017-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı Kərimzadə İradə Ramiz qızının iddiası təmin edilmiş, Kərimzadə İradə Ramiz qızının xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0,025 ha torpaq sahəsindən istifadəsinə Məmmədov Ramiz Balaəmi oğlu, X3 və Cavabdeh tərəfindən yaradılmış maneələrin aradan qaldırılması, iddiaçı Məmmədov Ramiz Balaəmi oğlunun cavabdeh Kərimzadə İradə Ramiz qızına qarşı bağışlama müqaviləsinin və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir.
14. Sumqayıt Apellyasiya Məhkəməsinin ##.##.2018-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsinin surətindən görünür ki, apellyasiya şikayəti təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin ##.##.2017-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, iddiaçı Kərimzadə İradə Ramiz qızının cavabdehlər Məmmədov Ramiz Balaəmi oğluna, X3 və Cavabdeh qarşı xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0,025 ha torpaq sahəsində cavabdehlər tərəfindən qoyulmuş maneələrin aradan qaldırılması barədə iddia tələbinin rədd edilməsi, iddiaçı Məmmədov Ramiz Balaəmi oğlunun cavabdehlər Kərimzadə İradə Ramiz qızına, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin * saylı Ərazi İdarəsinə və Abşeron rayon * saylı Notariat Kontoruna qarşı ##.##.2013-cü il tarixli bağışlama müqaviləsinin və torpaq sahəsinə dair Məmmədova İradə Ramiz qızının adına verilmiş ##.##.2013-cü il tarixli çıxarışın etibarsız hesab edilməsi barədə iddia tələbi təmin edilmiş, Abşeron rayon * saylı Notariat Kontorunda ünvan 1ndə 0,10 ha torpaq sahəsində yerləşən * nömrəli fərdi yaşayış evinin torpaq sahəsindən 0,025 ha torpaq sahəsinə dair Məmmədov Ramiz Balaəmi oğlu ilə Məmmədova İradə Ramiz qızı arasında bağlanmış ##.##.2013-cü il tarixli evin həyətyanı torpaq sahəsinin bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, ünvan 1 ünvanında 0,025 ha yaşayış məntəqələri torpaqları kateqoriyasında olan torpaq sahəsinə dair Məmmədova İradə Ramiz qızının adına verilmiş RX seriyalı, ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ##.##.2013cü il qeydiyyat tarixli çıxarışın etibarsız hesab edilməsi qət edilmişdir.
15. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının ## #### 2018-ci il tarixli, *(***)-****/**** saylı qərarı ilə kassasiya şikayətinin təmin edilməməsi, Sumqayıt Apellyasiya Məhkəməsinin ##.##.2018-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları
Birinci instansiya məhkəməsində icraat
16. Abşeron Rayon Məhkəməsinin ## ###### 2024-cü il tarixli, e-*(***)-***/**** nömrəli qətnaməsi ilə (hakim Habil Əhmədov) iddia tələbi təmin edilərək, Məmmədov Ramiz Balaəmi oğlu ilə Cavabdeh arasında bağlanmış ##.##.2022-ci il tarixli bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi, Cavabdeh adına ##.##.2023-cü il tarixdə verilmiş ********** saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi qət edilmişdir.
17. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin ##.##.2018-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsində qeyd edilmişdir ki, torpağın mülkiyyətçisi olan R.Məmmədovun mübahisəli torpaq sahəsini İ.Kərimzadəyə (Məmmədovaya) bağışlamaq niyyəti olmamışdır. Əksinə, valideynlərinin savadsızlığından və yaşlı olmalarından istifadə edərək onları aldadıb sənədlərdə çatışmazlığın olduğunu valideynlərinə bildirərək, həmin çatışmazlığın aradan qaldırılması üçün onları notariat kontoruna aparmış və orada mübahisəli torpaq sahəsinin bir hissəsinin onların iradəsinə zidd öz adına rəsmiləşdirilməsinə dair müqavilənin bağlanmasına nail olmuşdur. Göründüyü kimi, bu qətnamə ilə R.Məmmədovun əqd bağlaması üçün savadsız və yaşlı olması halı müəyyən edilmiş və məhz bu əsasla da məhkəmə qeyd edilən bağışlanma müqaviləsinin etibarsızlığı nəticəsinə gəlmişdir. Bu halın yenidən mübahisələndirilməsi və ya araşdırılması isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2016-cı il tarixli Qərarına əsasən yolverilməzdir. Hazırki iddia ərizəsində etibarsızlığı tələb olunan bağışlama müqaviləsinin yuxarıdakı əqddən 9 il sonra (2013-2022) bağlanması, bağışlayanın eyni şəxs olması nöqteyi nəzərindən məhkəmə hesab edir ki, R.Məmmədovun bu əqdi də bağlamağa iradə ifadəsi olmamışdır və o, etibarsızdır.
18. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 331.4, 666.1, 337, 668.1.1, 670.1-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2016-cı il tarixli Qərarının tələblərinə istinad etməklə əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
Apellyasiya şikayəti və onun dəlilləri
19. Cavabdeh Cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə qət edilməsini xahiş etmişdir.
20. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə MM-in 331.4-cü maddəsini səhv tətbiq etmişdir. Belə ki, həmin maddi normaya görə yalnız fiziki qüsuru olan və savadsızlığıa görə imza edə bilməyən şəxsin bağladığı əqd zamanı başqa şəxs onun əvəzinə imza etməlidir. Atası isə savadsız deyil, orta təhsili var, heç bir qüsuru da yoxdur. Belə olan təqdirdə məhkəmənin hazırkı maddi normaya əsaslanaraq əqdi etibarsız hesab etməsi qanunsuz olmuşdur. İddiaçı 2022-ci ildə atasına, ona və qardaşına qarşı anasının mirasına vərəsəlik payının tələbi barədə iddia qaldırmışdır. Həmin məhkəmədə atası da iştirak edirdi və bildirdi ki, bu evi artıq oğluna, yəni ona bağışlayıb və məhkəməyə həmin evin onun adına olan çıxarışını da təqdim etdi. Həmin iş tələb edilib baxış keçirilərsə, deyilənlər öz təsdiqini tapacaq. Məhz buna görə də iddiaçı iddiasının perspektivsizliyini başa düşərək iddiasını geri götürdü. İş materiallarından və iddiaçının öz izahatından da görünür ki, 2022-ci ilin may ayında anasının əmlakından miras payını tələb etmək barədə iddia verərkən məhkəmədə ona məlum olmuşdur ki, artıq anasının adına əmlak yoxdur və əmlak atasının adına keçmiş və atası tərəfindən ona bağışlanmışdır. İddiaçı məhz buna görə iddia ərizəsini geri götürdü. Yəni, 2022-ci ilin may-iyun ayından artıq ona məlum idi ki, ev ona bağışlanıb. Lakin iddiaçı hazırkı iddia ilə məhkəməyə 2023- cü ilin sonunda, 1 il müddət keçəndən sonra müraciət etməklə etibarsız əqdlər üzrə müddəti keçirmişdir. Bu müddət də kəsici müddət olduğu üçün iddiaçının belə bir iddia vermək hüququna xitam verir. Ona görə də, məhkəmə bu maddi normanı da tətbiq edərək iddianı rədd etməli idi. Amma bunu etməməklə maddi normanın tələblərini pozmuşdur. Məhkəmənin MPMin 82.3-cü maddəsinə istinad edərək iddiaçı ilə atası arasında olan məhkəmə qətnaməsindəkiləri bu mübahisəyə tətbiq etməsi də qanunsuz olmuşdur. Məhkəmənin isə istinad etdiyi qətnamədə tərəf olmamışdır və deməli həmin qətnamədə gösətrilənlər bu işdə tətbiq edilə bilməzdi. Bundan əlavə, bu nəticəyə gəlmiş məhkəmənin məntiqindən belə çıxır ki, atasını bir əqddə aldadıblarsa, deməli bu şəxsin bağladığı bütün əqdlər həmin əsaslarla etibarsız hesab edilməlidir? Bu isə qanunsuz nəticə və məntiqsiz bir dəlildir. Bacısı atasını aldatdığı üçün o vaxt məhkəmələr əqdi etibarsız hesab etmişdi və həmin iddianı da məhz atası qaldırmışdı və iddiasında da bildirmişdi ki, qızı onu aldadıb əqdə imza etdirib. Bu işdə isə atası tam öz iradəsilə və imzası ilə evi ona bağışlayıb, iddiaçı ilə olan 2022-ci il məhkəmə mübahisəsində də birbaşa deyib ki, evi oğluna, yəni ona bağışlayıb və onun adına olan çıxarışı da məhkəməyə təqdim edib.
Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
21. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
22. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-***/**** nömrəli, ## #### 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər F.Məmmədov - sədrlik edən və məruzəçi, L.Rəhimli, İ.Dəmirov) apellyasiya şikayətinin qismən təmin edilməsi, Abşeron Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli e-*(***)-***/**** nömrəli qətnaməsinin qismən - ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 360,4 kv.m olan fərdi yaşayış evinin və ümumi sahəsi 0,1 ha olan torpaq sahəsinin ½ hissəsində Məmmədov Ramiz Balaəmi oğlu ilə Cavabdeh arasında bağlanmış reyestrdə 4Ə-*** nömrə ilə qeydə alınmış ##.##.2022-ci il tarixli bağışlanma müqaviləsinin etibarsız hesab edilməsinə dair hissəsi ləğv edilməsi, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməsi və iddia tələbinin təmin edilməməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.
23. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Mülki Məcəllənin 324, 337, 666, 667, 1145, 1151-ci, Mülki Prosessual Məcəllənin 14, 77, 88, 218, 372, 384, 385, 402-ci maddələrinə istinadla əsaslandırmışdır.
Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
24. İddiaçı (vəkil vəkil2) kassasiya şikayəti verərək, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının *(***)-***/**** saylı, ## #### 2024-cü il tarixli qətnaməsinin ləğv olunması və Abşeron rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli e-*(***)-***/**** nömrəli qətnaməsinin qüvvədə saxlanılmasına dair qərar çıxarılmasını xahiş etmişdir
25. Cavabdeh Cavabdeh da həmçinin kassasiya şikayəti verərək Sumqayıt Apellyasiya Məhkəməsinin ##.##.2024-cü il tarixli *(***)-***/**** saylı qətnaməsinin qismən, bağışlama müqaviləsinin qismən etibarsız hesab edilməsi hissəsində ləğv edilərək, iddianın tam olaraq rədd edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının ## ###### 2024cü il 26. tarixli, *(***)-****/**** saylı qərarı ilə kassasiya şikayətlərinin qismən təmin edilməsi, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-***/**** nömrəli, ## #### 2024-cü il tarixli qətnaməsinin ləğv edilməsi və işin yeni apellyasiya baxışına qaytarılması qərara alınmışdır (hakimlər Z.Əliyev (məruzəçi), Z.Babayev və V.Baxışova).
27. Ali Məhkəməsi Mülki kollegiyası mövqeyini Mülki Məcəllənin 141.1. 141.2, 141.3, 225.1, 337.1, 337.3, 337.5, 340.1, 666.1, 1133.1, 1151.1, 1157, 1157-1.1. 1159.1.1, 1255, 1193, 1200, 1292.1, 1292.2-ci maddələrinə, Ailə Məcəlləsinin 31.1, 31.2., 32.1-ci maddələrinə, Mülki Prosessual Məcəllənin 14.1, 77.1, 88, 217.1, 217.3, 416-cı maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
28. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-***/**** nömrəli, ## ### 2025-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli e-*(***)-***/**** nömrəli qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia tələbi təmin edilərək Məmmədov Ramiz Balaəmi oğlu ilə Cavabdeh arasında bağlanmış ##.##.2022-ci il tarixli bağışlama müqaviləsi etibarsız hesab edilməklə Cavabdeh adına ##.##.2023-cü il tarixdə verilmiş ********** saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi qət edilmişdir (hakimlər - Səyyad Qafari (sədrlik edən və məruzəçi), Ayaz Mahmudov və Afiq Hüseynzadə).
29. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Mülki Məcəllənin 340, 140, 141.1, 141.2, 141.3, 337-ci, Mülki Prosessual Məcəllənin 382, 384, 385, 392, 405-ci maddələrinə istinadla əsaslandırmışdır.
Kassasiya instansiyası məhkəməsində ikinci icraat
30. Cavabdeh Cavabdeh (vəkil vəkil1) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının ## ####### 2025- 31. ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakimlər İspəndiyar Əsəd oğlu Şəfiyev (məruzəçi hakim), X7 və X13) kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2025-ci il ## ### tarixli *(***)-***/**** nömrəli qətnaməsi tamamilə ləğv edilsin və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki üçüncü icraat
Apellyasiya icraatı iştirakçılarının izahatları
32. Cavabdeh Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi.
33. Cavabdehin nümayəndəsi və vəkili vəkil1 apellyasiya şikayətini müdafiə edərək, təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi.
34. İddiaçı İradə Ramiz qızı Kərimzadə apellyasiya şikayətinə etiraz edərək, təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi.
35. İddiaçının vəkili X8 apellyasiya şikayətinə etiraz edərək, təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi.
36. İddiaçının nümayəndəsi X14 apellyasiya şikayətinə etiraz edərək, təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi.
37. İş üzrə cavabdeh Abşeron Rayon * saylı Notariat Ofisinin nümayəndəsi və üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin * saylı Abşeron Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzrsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır.
Apellyasiya baxışının hədləri
38. Apellyasiya şikayətlərinin dəlillərindən göründüyü kimi cavabdeh Cavabdeh verdiyi apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş edərək, qətnaməni tam mübahisələndirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır.
Tətbiq edilən hüquq
39. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 60, hissə 1. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir.
40. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Maddə 340.1. Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Maddə 666.1. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Maddə 1157. Əgər bir neçə vərəsə vardırsa, miras vərəsələr arasında bölüşdürülənədək vahid əmlak şəklində bütün vərəsələrə mənsubdur. Bu əmlakdan sonuncu xəstəliyi zamanı miras qoyana qulluq və onun müalicəsi, dəfn, mirasın mühafizəsi və idarə edilməsi, əmək haqqı verilməsi və vəsiyyətin icrası üçün lazımi xərclər ödənilə bilər. Bu tələblər mirasın dəyərindən, həm də bütün başqa tələblərə, o cümlədən ipoteka və digər girovla təmin edilmiş tələblərə nisbətən üstün qaydada ödənilməlidir. Maddə 1157-1.1. Miras şərikləri mirasın bölüşdürülməsinə qədər onu birgə idarə edirlər. İdarəçiliklə bağlı qərarlar vərəsələr tərəfindən onların miras paylarına mütənasib surətdə sadə səs çoxluğu ilə qəbul edilir. Maddə 1159.1.1. Qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Maddə 1255. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Maddə 1193. Vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Maddə 1200. Miras qoyan əşyanı üçüncü şəxsə bağışladıqda, məcburi paya hüququ olan şəxs, əgər bağışlanmış əşya mirasa daxil olsaydı, onun məcburi payının arta biləcəyi məbləğdə məcburi payın tamamlanmasını tələb edə bilər. Əgər mirasın açıldığı vaxtadək hədiyyənin verilməsindən iki il keçirsə, hədiyyə hesaba alınmır. Maddə 1292.1. Hər bir miras şəriki öz miras payına dair sərəncam verə bilər. Miras şəriklərindən birinin öz payına dair sərəncam verməsi barədə müqavilə notarius tərəfindən təsdiqlənməlidir. Maddə 1292.2. Miras şəriki öz payından olan ayrı-ayrı predmetlərə dair sərəncam verə bilməz.
41. Azərbaycan Respublikasının Ailə Məcəlləsi: Maddə 31.1. Ər-arvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur. Maddə 31.2.Nikah müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, ər-arvadın əmlakının qanuni rejimi fəaliyyət göstərir. Maddə 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır.
42. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Maddə 385.1, 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Maddə 420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
43. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdırıb, kassasiya instansiyası məhkəməsinin göstərişlərini nəzərə alaraq hesab edir ki, cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Abşeron Rayon Məhkəməsinin ## ###### 2024cü il tarixli, e-*(***)-***/**** nömrəli qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilərək iddia rədd olunmalıdır.
44. İşin araşdırılan hallarından müəyyən edilir ki, iddiaçı onun mərhum atası tərəfindən mübahisəli evin və torpaq sahəsinin qardaşı Cavabdeh bağışlanması barədə ##.##.2022-ci il tarixli bağışlama müqaviləsinin etibarsız sayılmasını tələb edir. İddiaçı tələbinin qanuniliyini ümumən iki əsasla əsaslandırır: 1. Bağışlama müqaviləsi uydurma əqddir; 2. Atasının ölməsi ilə vərəsəliyin açıldığı vaxtdan əvvəlki bağışlama ilə onun məcburi pay hüququ pozulmuşdur.
45. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia təmin edilmişdir /bax bənd 15/.
46. Mübahisəyə mahiyyəti üzrə baxan birinci instansiya məhkəməsi iddianın təmin edilməsinə dair gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Məmmədov Ramiz Balaəmi oğlu daha əvvəllər ##.##.2013-cü il tarixli bağışlama müqaviləsinə əsasən ünvan 1 ünvanında 0,025 ha yaşayış məntəqələri torpaqları kateqoriyasında olan torpaq sahəsini qızı Məmmədova İradə Ramiz qızına bağışlamış və onun adına reyestrdən çıxarış verilmişdir. Bu əməliyyatlar isə Məmmədov Ramiz Balaəmi oğlu tərəfindən məhkəmədə mübahisələndirilmiş və artıq qanuni qüvvəsini almış Sumqayıt Apellyasiya Məhkəməsinin ##.##.2018-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsi ilə Abşeron rayon * saylı Notariat Kontorunda ünvan 1ndə 0,10 ha torpaq sahəsində yerləşən * nömrəli fərdi yaşayış evinin torpaq sahəsindən 0,025 ha torpaq sahəsinə dair Məmmədov Ramiz Balaəmi oğlu ilə Məmmədova İradə Ramiz qızı arasında bağlanmış ##.##.2013-cü il tarixli evin həyətyanı torpaq sahəsinin bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, ünvan 1 ünvanında 0,025 ha yaşayış məntəqələri torpaqları kateqoriyasında olan torpaq sahəsinə dair Məmmədova İradə Ramiz qızının adına verilmiş RX seriyalı, ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ##.##.2013cü il qeydiyyat tarixli çıxarışın etibarsız hesab edilməsi qət edilmişdir. Bu qətnamədə qeyd edilmişdir ki, torpağın mülkiyyətçisi olan R.Məmmədovun mübahisəli torpaq sahəsini İ.Kərimzadəyə (Məmmədovaya) bağışlamaq niyyəti olmamışdır. Əksinə, valideynlərinin savadsızlığından və yaşlı olmalarından istifadə edərək onları aldadıb sənədlərdə çatışmazlığın olduğunu valideynlərinə bildirərək, həmin çatışmazlığın aradan qaldırılması üçün onları notariat kontoruna aparmış və orada mübahisəli torpaq sahəsinin bir hissəsinin onların iradəsinə zidd öz adına rəsmiləşdirilməsinə dair müqavilənin bağlanmasına nail olmuşdur. Göründüyü kimi, bu qətnamə ilə R.Məmmədovun əqd bağlaması üçün savadsız və yaşlı olması halı müəyyən edilmiş və məhz bu əsasla da məhkəmə qeyd edilən bağışlanma müqaviləsinin etibarsızlığı nəticəsinə gəlmişdir. Bu halın yenidən mübahisələndirilməsi və ya araşdırılması isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2016-cı il tarixli Qərarına əsasən yolverilməzdir. Hazırki iddia ərizəsində etibarsızlığı tələb olunan bağışlama müqaviləsinin yuxarıdakı əqddən 9 il sonra (2013-2022) bağlanması, bağışlayanın eyni şəxs olması nöqteyinəzərindən məhkəmə hesab edir ki, R.Məmmədovun bu əqdi də bağlamağa iradə ifadəsi olmamışdır və o, etibarsızdır.
47. Məhkəmə həmçinin hesab etmişdir ki, tərəflər arasında ailə münasibətləri olsa da, hədiyyə verən R.Məmmədov savadsız və yaşlı olması səbəbindən hədiyyə alan Cavabdeh torpaq sahəsini bağışlamaq niyyəti, yəni iradə ifadəsi mövcud olmamışdır. Bu qənaətə gələrkən məhkəmə, qanuni qüvvəsini almış yuxarıda qeyd edilən qətnamə ilə müəyyən edilən halları nəzərə alır.
48. Mübahisəli əmlak bağışlamadan öncə iddiaçının atası R.Məmmədova məxsus olduğundan və o, artıq öldüyündən İ.R.Kərimzadənin vərəsə kimi hazırki iddianı qaldırmağa subyektiv hüququ mövcuddur. Belə ki, tərəflər əvvəlki vəziyyətinə qaytarıldıqda vərəsə kimi İ.R.Kərimzadənin daha çox miras payı alması şübhəsizdir.
49. Birinci instansiya məhkəməsinin qətnaməsindən narazı qalan cavabdeh Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə qət edilməsini xahiş etmişdir.
50. Apellyasiya şikayətinin dəlilləri və kassasiya məhkəməsinin göstərişləri üzrə araşdırma aparan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır, hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları tam araşdırılmamış, məhkəmə tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının ## ####### 2025-
51. *(***)-****/**** nömrəli qətnaməsindən görünür ki, məhkəmə kolleğiyası hazırkı iş ci il tarixli, üzrə Ali Məhkəmənin ##.##.2024-cü il tarixli, *(***)-****/**** saylı qərarının 79-106 paraqraflarında izah olunan ardıcıllıqla iş üzrə araşdırma aparılmasını, müəyyən edilmiş hallara və sübutlara düzgün qiymət verməsinə dair göstəriş vermişdir.
52. Ali Məhkəmənin ##.##.2024-cü il tarixli, *(***)-****/**** saylı qərarında kassasiya məhkəməsinin göstərişləri:
1) Mübahisələndirilən əqdin etibarlığına hüquqi qiymət verilməsi; - Göründüyü kimi iddiaçı evin və torpaq sahəsinin qardaşı Cavabdeh bağışlanması barədə ##.##.2022-ci il tarixli bağışlama müqaviləsinin uydurma əqd olmasını mübahisələndirmişdir. İddiaçı mübahisələndirilən bağlışma müqaviləsinin uydurma əqd olmasını atası (hədiyyə verən) Ramiz Məmmədov savadsız, latın və kiril qrafikası ilə oxuyub yaza bilməməsi, həmin vaxt olması, vərəsəlik hüququndan məhrum olunması, Bağışlama müqaviləsi bağlanılarkən mübahisəli mülkə həbs qoyulması ilə əsalandırmışdır. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il ## ##### tarixli Qərar). Mülki Məcəllənin 337.1. və 337.3-cü maddələrinin tələblərinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqdir. Mülki Məcəllənin 340.1-ci maddəsinə əsasən Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Qeyd olunmalıdır ki, uydurma əqd, həqiqətdə heç bir hüquqi nəticə (hüquq və öhdəlik) əmələ gətirmək niyyəti olmadan, sırf görünüş üçün bağlanan əqddir. Bu halda əqdin tərəfləri hüquq və öhdəliklər yaratmağı arzu etmir, əksinə belə nəticənin əmələ gəlməməsi barəsində öz aralarında razılığa gəlmiş olurlar. Başqa sözlə, uydurma əqd, bir qayda olaraq sırf başqalarını (üçüncü şəxsləri) aldatmaq və həqiqətdə olmayan hüquq və öhdəlikləri sanki varmış kimi göstərmək məqsədilə bağlanır. Uydurma əqd zamanı əmlak faktiki olaraq tərəfin faktiki hakimiyyətində qalır, qarşı tərəf əmlaka faktiki sahibliyi almır, tərəflər əslində heç bir hüquqi nəticə yaratmaq istəmirlər. Başqa sözlə desək əqdin uydurma əqd kimi qiymətləndirilməsi üçün iki şərtin olması tələb olunur – 1. əqdi bağlayanlar ona uyğun heç bir hüquqi nəticə, yəni özləri üçün həmin əqd üzrə hüquq və öhdəlik yaratmaq niyyəti olmadan həmin əqdi bağlamış olmalıdır. 2- Uydurma əqd sırf başqalarını aldatmaq məqsədilə bağlanmış olmalıdır. İşdən göründüyü kimi sözügedən bağışlama müqaviləsi notariat qaydada təsdiq edilməklə bağlanılmış, müqavilə bağlandıqdan sonra ev cavabdehin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və bağışlamanın nəticəsi üçün tələb olunan bütün hüquqi nəticələr həyata keçirilmişdir. Kollegiya vurğulayır ki, Ramiz Məmmədovun ölümündən bir-neçə ay əvvəl əmlakı oğlu Cavabdeh hədiyyə etməsi, onun həqiqi niyyətini əhatə etmədiyinə dair iddiaçı tərəfindən heç bir əsaslı sübut məhkəməyə təqdim edilməmişdir. Məhkəmə kollegiyasının qənaitincə işin müəyyən edilmiş faktiki halları mübahisələndirilən bağışlama müqaviləsinin tərəflərin həqiqətən arzu edilən hüquqi nəticəni yaratmaq niyyəti ilə bağlanmadığı barədə və bağışlamanın tərəflərin həqiqi iradə ifadəsinə uyğun olmamasına dair nəticəyə gəlməyə əsas vermir. Məhkəmə kollegiyası iddiaçının əqdin uydurma əqd olmasına dair əsaslandığı hallar üzrə də qiymətləndirmə apararaq, Ali Məhkəmənin Qərarında irəli sürülmüş mövqeyi nəzərə alaraq hesab edir ki, bu hallar müqaviləsinin uydurma əqd kimi qiymətləndirilməsi üçün qanuni əsas kimi çıxış edə bilməz. Beləliklə, işin halları və onunla bağlı olan mövcud mülki qanunvericilik məcmu şəkildə dəyərləndirildikdə belə bir hüquqi nəticəyə gəlməyə əsas verir ki, bağışlama müqaviləsinin uydurma əqd hesab olunması üçün hüquqi əsas və sübut mövcud deyildir.
2) Bağışlama müqaviləsinin predmeti olan əmlakda vərəsəlik hüququnun aydınlaşdırılması; - Kassasiya məhkəməsinin bu göstərişi üzrə aparılmış araşdırma zamanı müəyyən edildi ki, bağışlma müqaviləsinin predmeti olan daşınmaz əmlak- fərdi yaşayış evi iddiaçının ata və anasının birgə nikah dövründə əldə edilmiş əmlak olmaqla, ər-arvadın birgə mülkiyyətinin qanuni rejiminə aiddir. Həmçinin məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı İradə Kərimzadə 2015ci ildə ailə quraraq bu evdən köçmüşdür. İddiaçının anası ##.##.2019-cu ildə vəfat etmişdir. İddiaçı məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, anasının ölümündən sonra həmin fərdi yaşayış evində atası və iki qardaşı yaşamış, sonuncular tərəfindən əmlak idarə edilmişdir. Qeyd olunmalıdır ki, qanunvericilik mirasın qəbulunun iki üsulunu, formal və qeyriformal üsullarını müəyyən etmişdir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır (Mülki Məcəllənin 1243.2-ci maddəsi). Mirasın qəbulu şəxsin iradəsi ilə bağlı olan hüquqi hərəkət olmaqla, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə razılığın ifadə edilməsidir. Vərəsənin mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verməsi mirasın qəbul edilməsinin formal üsuludur. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun (Konstitusiya Məhkəməsi Plenumunun G.Qəhrəmanovanın şikayəti üzrə 2014-cü il ## #### tarixli Qərarı). Göründüyü kimi iddiaçı formal üsülla, yəni anasının ölümündən sonra mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə ilə müraciət etməklə vərəsəliyi qəbul etməmişdr. Eləcə də iddiaçının miras kütləsini faktiki qəbul etməsi ilə bağlı hallar məhkəmə araşdırması zamanı müəyyən edilmədi. Bu şərh olunanlar belə nəticəyə gəlməyə əsas verir ki, iddiaçı nə formal, nə də qeyriformal üsulla mirası qəbul etməmişdir. Ali Məhkəmənin Qərarının 78-90-cı bəndləri üzrə araşdırma aparan məhkəmə kollegiyası hesab edir ki, miras əmakda anası Rübabə Məmmdovanın ölümündən sonra açılmış miras üzrə iddiaçı İradə Kərimzadənin vərəsəlik hüququ pozulmamışdır.
3) İddiaçının məcburi pay hüququ, bu hüququn pozulması, həmin payın tamamlanmasını tələb etmək hüququna qiymət verilməsi; - Qeyd olunmalıdır ki, mülki qanunvericilikdə vəsiyyət üzrə vərəsəlik və vəsiyyət etmək azadlığı məcburi vərəsələr institutu ilə məhdudlaşdırılmışdır. Məcburi pay hüququ olan vərəsələrə vəsiyyətnamədən asılı olmayaraq mirasdan məcburi pay almaq hüququna malik olan şəxslər aiddir. Mirasda məcburi payın anlayışı və ona hüququ olan subyektlərin dairəsi Mülki Məcəllənin 1193-cü maddəsində öz əksini tapmışdır. Həmin maddəyə müvafiq olaraq, vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Məcburi payı tələb etmək hüququ isə mirasın açıldığı an əmələ gəlir. Bu cür tələb hüququ vərəsəlik üzrə keçir. Məcburi payı tələb etmək hüququ olan şəxs qarşısında digər vərəsələr birgə borclu kimi çıxış edirlər (Mülki Məcəllənin 1194-cü maddəsi). Mirasda məcburi pay hüququ məcburi vərəsələrə (vəsiyyət edənin uşaqları, valideynləri və arvadına (ərinə)) vəsiyyətnamənin mövcudluğundan asılı olmayaraq həcmi qanunvericiliklə müəyyən edilmiş qaydada verilən minimum pay haqqıdır. Mülki Məcəllənin 1193-cü maddəsi vəsiyyətnamənin mövcudluğundan asılı olmayaraq birinci növbə vərəsələrin (məcburi vərəsələrin) qanunla onlara verilmiş minimum paylarının qorunması hüquqlarını təmin etmişdir. Bəzən miras qoyan vəfatından öncə yalnız vəsiyyətnamə ilə deyil, bağışlama müqaviləsi əsasında əmlakını əvəzsiz özgəninkiləşdirməklə də qanuni vərəsələrini həmin mirasdan məhrum edə və ya miras əmlakın həcmini azalda bilər. Bununla əlaqədar qeyd edilməlidir ki, mülkiyyətçinin öz əmlakına dair sərəncam verməsi, bağışlaması onun konstitusiya hüquqlarından biridir. Mülki Məcəllənin 667.1-ci maddəsində bağışlama müqaviləsinin bağlanması zamanı vərəsəliklə bağlı müddəalarla mülkiyyətçi üçün müəyyən məhdudiyyətlər tətbiq edilməsi, vərəsəlik institutunun mahiyyətinin və prinsiplərinin, ailə maraqlarının qorunmasına xidmət edir və istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsəlik zamanı mirasda məcburi pay hüququ olan şəxslərin müvafiq paya hüquqlarını təsbit edir. Qanunverici həmin maddədə bağışlama müqaviləsinin əvəzsiz xarakter daşıdığını nəzərə alaraq bağışlamaya dair belə məhdudiyyət müəyyən etməklə, miras qoyan tərəfindən müxtəlif motivlə sağikən verilmiş sərəncamlar nəticəsində məcburi pay sahibi vərəsələrinin məcburi paylarının pozulmasının qarşısının alınması məqsədini güdmüşdür. Vərəsəlik hüququ baxımından qeyd olunan normanın davamı olaraq Mülki Məcəllənin 1200-cü maddəsində məcburi payın bağışlanmış əşya hesabına artırılması qaydası nəzərdə tutulmuşdur. Həmin maddəyə əsasən, miras qoyan əşyanı üçüncü şəxsə bağışladıqda, məcburi paya hüququ olan şəxs, əgər bağışlanmış əşya mirasa daxil olsaydı, onun məcburi payının arta biləcəyi məbləğdə məcburi payın tamamlanmasını tələb edə bilər. Əgər mirasın açıldığı vaxtadək hədiyyənin verilməsindən iki il keçirsə, hədiyyə hesaba alınmır. Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193 və 1200-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Qərarında qeyd etmişdir ki, Bağışlama halında məcburi pay hüququ olan şəxslər hesab olunan birinci növbə vərəsələrə çatacaq pay pozulduğundan, onlar həmin bağışlanmış əşya hesabına məcburi paylarının tamamlanmasını tələb etməklə pozulmuş hüquqlarını bərpa edə bilərlər. Məcburi payın tamamlanması tələbi məcburi paya hüququn xüsusi forması olmaqla, subsidiar xarakter daşıyır. Bu tələbin əsas məqsədi bağışlama yolu ilə məcburi payın aradan qaldırılmasının və ya azaldılmasının qarşısını almaqla qanuni vərəsələrin pozulmuş hüquqlarını bərpa etməkdən ibarətdir. Tamamlanma tələbini Mülki Məcəllənin 1193-cü maddəsində sadalanmış şəxslər irəli sürə bilərlər. Bu cür tələb irəli sürüldükdə bağışlanmış əşya xəyali olaraq miras əmlaka əlavə olunur, həmin hissə ilə birgə miras dəyəri hesablanır, məcburi payın həcmi müəyyənləşdirilir və bu həcmin qarşılanmadığı təqdirdə məcburi paya hüququ olan vərəsələrə çatmalı olan tamamlanmamış hissə ödənilir. Ali Məhkəmənin Qərarının 96-109-cu bəndləri üzrə araşdırma aparan məhkəmə kollegiyası müəyyən etdi ki, mirasın açıldığı vaxtadək (##.##.2022) hədiyyənin verilməsindən (##.##.2022) iki il keçməmişdir. Mübahisələndirilən bağışlama müqaviləsi bağlanmaqla, məcburi pay hüququ olan iddiaçının bu hüququ pozulmuşdur. İddiaçı pozulmuş hüquqlarının bərpası məqsədi ilə məcburi payın tamamlanmasını tələb hüququna malikdir. Hazırki iddiadan görünür ki, iddiaçı belə bir tələblə müraciət etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya məcburi payın tamamlanmasını tələbi ilə müraciət etmək hüququ izah olunmalıdır.
53. Qeyd olunanları ümumiləşdirərək məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin faktiki hallarına uyğun deyildir, məhkəmə səhv nəticəyə gəlmişdir. Odur ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia rədd edilməlidir.
54. İş üzrə ödənilmiş dövlət rüsumu tərəflərə aid edilməlidir.
55. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392, 393, 402.1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
Cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Abşeron Rayon Məhkəməsinin ## ###### 2024-cü il tarixli, e-*(***)-***/**** nömrəli qətnaməsi ləğv edilsin. İddiaçı Kərimzadə İradə Ramiz qızının cavabdehlər Cavabdeh, Abşeron rayon * saylı notariat ofisinə qarşı "bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi" tələbinə dair iddiası təmin olunmasın. İş üzrə ödənilmiş dövlət rüsumu tərəflərə aid edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.