Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № 2(3-8)-153/2026 23.04.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı İsa oğlunun cavabdehlər cavabdeh3, cavabdeh1, cavabdeh2 (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X8 * saylı Abşeron Ərazi İdarəsi cəlb olunmaqla) qarşı mülki iş üzrə (Açar sözlər: bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın ləğvi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X1 (sədrlik edən və məruzəçi), X2 və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili X14, cavabdeh cavabdeh3 iştirakı ilə İddiaçı İddiaçı İsa oğlunun cavabdehlər cavabdeh3, cavabdeh1, cavabdeh2 (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X8 * saylı Abşeron Ərazi İdarəsi cəlb olunmaqla) qarşı “bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında verilmiş çıxarışın ləğvi, əmlak üzərində qanun üzrə vərəsəlik hüququnun tanınması və vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi vəzifəsinin həvalə edilməsi” tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları 1.Azərbycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş JN-*** saylı (KOD: 30800118) Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının müvafiq qaydada təsdiq edilmiş surətindən görünür ki, Abşeron Rayon Aqrar İslahat Komissiyasının ## ###### 1999-cu il tarixli, ** nömrəli qərarına əsasən kənd təsərrüfatı məhsulları istehsalı məqsədi ilə X15 0,13 ha torpaq sahəsi verilmişdir. 2.Abşeron rayonu * saylı notariat ofisi tərəfindən verilmiş ## ##### 2021-ci il tarixli, 2V-** reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin müvafiq qaydada təsdiq edilmiş surətindən görünür ki, ##.##.2006-cı il tarixdə vəfat etmiş X15 vərəsəsi: ünvan 2 ünvanında qeydiyyatda olan Əliyev Valeh İsa oğludur və o, miras əmlakdan tam hissədə pay almışdır. Şəhadətnamədə verilən miras əmlak Azərbycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən ## ######## 1999-cu il tarixində X15 verilmiş seriya JN- 511, KOD: 30800118 olan dövlət aktına əsasən ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 0,129966 ha olan torpaq sahəsindən ibarətdir. 3.Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş çıxarışın surətindən görünür ki, ünvan 2ndə yerləşən 0,129966 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi dövlət reyestr xidmətində ********** qeydiyyat nömrəsi ilə ##.##.2021-ci il tarixdə mülkiyyət hüququ üzrə Əliyev Valeh İsa oğlunun adına dövlət qeydiyyatına alınmışdır. 4.Satıcı Əliyev Valeh İsa oğlu ilə alıcı X3 Mir Adil oğlu arasında Abşeron rayon * saylı notariat ofisində bağlanmış ##.##.2021-ci il tarixli, AN-İ № ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin müvafiq qaydada təsdiq edilmiş surətindən görünür ki, satıcı Əliyev Valeh İsa oğlu * saylı ərazi idarəsi tərəfindən ##.##.2021-ci il tarixdə verilmiş ************ reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ona məxsus ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 0,65 ha olan torpaq sahəsinin 0,13 ha hissəsini 35000 manat müqabilində alıcı X3 Mir Adil oğluna satmışdır. 5.Əliyev Valeh İsa oğlu ilə X3 Mir Adil oğlu arasında Abşeron rayon * saylı notariat ofisində bağlanmış ##.##.2021-ci il tarixli, 3M-*** reyestr nömrəli əmlak bölgüsü barədə müqavilənin müvafiq qaydada təsdiq edilmiş surətindən görünür ki, ƏMDK yanında DƏDRXnin * saylı ərazi idarəsi tərəfindən ##.##.2021-ci il tarixdə verilmiş reyestr nömrəsi ************, qeydiyyat nömrəsi ********** olan çıxarış əsasında Abşeron rayon * saylı notariat ofisində ##.##.2021-ci il tarixdə 4Ə-*** reyestrdə qeyd edilmiş torpaq sahəsinin alqı-satqı müqaviləsinə əsasən ünvan 2ndə yerləşən 0,13 ha torpaq sahəsinin 0,065 ha hissəsi X3 Mir Adil oğluna, qalan hissəsi isə Əliyev Valeh İsa oğluna bölünmüşdür. 6.Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş çıxarışın surətindən görünür ki, ünvan 2ndə yerləşən 0,065 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi dövlət reyestr xidmətində ********** qeydiyyat nömrəsi ilə ##.##.2021-ci il tarixdə mülkiyyət hüququ üzrə Əliyev Valeh İsa oğlunun adına dövlət qeydiyyatına alınmışdır. 7.Hədiyyə verən Əliyev Valeh İsa oğlu ilə hədiyyə alan cavabdeh3 arasında Abşeron rayon * saylı notariat ofisində bağlanmış ##.##.2021-ci il tarixli, 4Ə-**** reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinin müvafiq qaydada təsdiq edilmiş surətindən görünür ki, hədiyyə verən Əliyev Valeh İsa oğlu * saylı ərazi idarəsi tərəfindən ##.##.2021-ci tarixdə verilmiş ************ reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ona məxsus ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 0,065 ha olan torpaq sahəsini hədiyyə alan cavabdeh3 mülkiyyətinə vermişdir. 8.Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş çıxarışın surətindən görünür ki, ünvan 2ndə yerləşən 0,065 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi dövlət reyestr xidmətində ********** qeydiyyat nömrəsi ilə ##.##.2021-ci il tarixdə mülkiyyət hüququ üzrə cavabdeh3 adına dövlət qeydiyyatına alınmışdır. 9.Abşeron Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2022ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı İddiaçı İsa oğlunun cavabdehlər Əliyev Valeh İsa oğlu və Abşeron Rayonu * saylı Notariat Ofisinə qarşı Abşeron rayonu * saylı notariat ofisi tərəfindən cavabdeh Əliyev Valeh İsa oğluna verilmiş ## ##### 2021-ci il tarixli, reyestrdə 2V-** nömrə ilə qeyd edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin tamamilə ləğv edilməsinə, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən ##.##.1999-cu il tarixdə onun mərhum anası (miras qoyan) X15 adına verilmiş seriya nömrəsi JN-511, kod 30800118 olan dövlət aktına əsasən ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 0,129966 ha olan miras əmlaka tam hissədə onun payının müəyyən edilməsinə dair iddiasının rədd edilməsi qət edilmişdir. 10.Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)***/**** saylı, ##.##.2023-cü il tarixli qətnaməsindən görünür ki, iddiaçı İddiaçı İsa oğlunun apellyasiya şikayətinin qismən təmin edilməsi, Abşeron Rayon Məhkəməsinin ## ###### 2022-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə çıxarılması, Abşeron rayon * saylı notariat ofisi tərəfindən Əliyev Valeh İsa oğluna verilmiş 2V-** reyestr nömrəli, ## ##### 2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi və iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsindəki icraat 11.İddiaçı İddiaçı İsa oğlu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xxxx publik hüquqi şəxsin * saylı Abşeron Ərazi İdarəsi tərəfindən Əliyev Valeh İsa oğlunun adına verilmiş ##.##.2021-ci il tarixdə ************ (qeydiyyat nömrəsi: **********) qeydiyyata alınmış çıxarışın, Abşeron rayonu * saylı notariat kontorunda Əliyev Valeh İsa oğlu ilə X3 Mir Adil oğlu arasında ##.##.2021-ci il tarixli, 43-*** reyestr nömrəli daşınmaz əmlaka dair alqı-satqı müqaviləsinin, AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xxxx publik hüquqi şəxsin * saylı Abşeron Ərazi İdarəsi tərəfindən X3 Mir Adil oğlunun adına verilmiş 0,065 ha torpaq sahəsi dövlət reyestrində ##.##.2021-ci il tarixdə ************ (qeydiyyat nömrəsi: **********) qeydiyyata alınmış çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 12.İddiaçı İddiaçı İsa oğlunun vəkili-nümayəndəsi vəkil1 iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Əliyev Valeh İsa oğlu ilə cavabdeh3 arasında ünvan 2 ünvanında yerləşən 0,065 ha torpaq sahəsinin bağışlanmasına dair bağlanmış və Abşeron rayon * saylı notariat ofisində təsdiq edilmiş ##.##.2021-ci il tarixli, 4Ə-**** reyestr nömrəli bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilə əsasında cavabdeh3 adına verilmiş ##.##.2021-ci il qeydiyyat tarixli, ************ reyestr nömrəli və ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi, ünvan 2 ünvanında yerləşən 0,065 ha torpaq sahəsi üzərində iddiaçı İddiaçı İsa oğlunun qanun üzrə vərəsəlik hüququnun tanınması və iddiaçının adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi vəzifəsinin Abşeron rayon * saylı notariat ofisinə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 13.İddia tələbi bununla əsaslandırılmışdır ki, ## ### 1959-cu ildə anadan olmuşdur. Cavabdeh Əliyev Valeh İsa oğlu qardaşıdır. ##.##.2006-cı ildə vəfat etmiş X16 onun anası, ##.##.1958-ci ildə vəfat etmiş Əliyev İsa Musa oğlu atasıdır. X16 Abşeron Rayon Aqrar İslahat Komissiyasının ## ###### 1999-cu il tarixli ** nömrəli qərarına əsasən kənd təsərrüfatı məhsulları istehsalı məqsədi ilə X16 0,13 ha torpaq sahəsi verilmişdir. Bununla bağlı Torpağa Mülkiyyət hüququna dair JN511Kod ******** nömrəli Dövlət Aktı verilmişdir. X16 vəfat etdikdən sonra miras qalmış ünvan 2, Çingiz Mustafayev küçəsində yerləşən Abşeron Rayon Aqrar İslahat Komissiyasının ## ###### 1999-cu il tarixli ** nömrəli qərarına əsasən kənd təsərrüfatı məhsulları istehsalı məqsədi ilə verilmiş 0,13 ha torpaq sahəsinə vərəsəlik haqqında şəhadətnamə verilməsindən ötrü Abşeron Rayon * saylı notariat ofisinə müraciət etmişdir. Abşeron Rayon * saylı notariat ofisindən müraciətinə cavab olaraq bildirilmişdir ki, 2V-** reyestr nömrəli, ## ##### 2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. 14.Həmin Məcəllənin 76.1-ci maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların ##.##.2006-cı ildə vəfat etmiş X16 vərəsələri ünvan 1 ünvanında qeydiyyatda olan Əliyev Valeh İsa oğlu tanınmış və miras əmlakdan tam hissə pay almışdır. 2V-** reyestr nömrəli, ## ##### 2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin qanuni olduğunu məhkəmədə mübahisələndirmişdir. 15.Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)-***/**** saylı ## #### 2023-cü il tarixli qanuni qüvvəsini almış qətnaməsi ilə onun iddiası qismən təmin edilərək, Abşeron Rayon Məhkəməsinin ## ###### 2022-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsi ləğv edilmişdir. İş üzrə yeni qətnamə çıxarılaraq Abşeron Rayon * saylı notariat ofisi tərəfindən Əliyev Valeh İsa oğluna verilmiş 2V-** reyestr nömrəli, ## ##### 2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsi ləğv edilməsi qərara alınmışdır. 16.Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)-***/**** saylı ## #### 2023-cü il tarixli qanuni qüvvəsini almış qətnaməsi ilə vərəsələr arasında mübahisə predmeti olan ünvan 2 ərazisində yerləşən 0,129966 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,065 ha hissəsi Abşeron Rayon * saylı notariat kontorunda təsdiq edilmiş ##.##.2021-ci il tarixli, 43-*** reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən X3 Mir Adil oğlunun adına, eləcə də yerdə qalan 0,065 ha torpaq sahəsi ##.##.2021-ci il tarixli 43-**** reyestr nömrəli bağışlanma müqaviləsinə əsasən cavabdeh3 adına özgəninkiləşdirilmişdir. 17.Göründüyü kimi Əliyev Valeh İsa oğluna verilmiş 2V-** reyestr nömrəli, ## ##### 2021ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ləğv edildiyindən onun əsasında verilmiş, AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xxxx publik hüquqi şəxsin * saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş ##.##.2021-ci il tarixdə ************ (qeydiyyat nömrəsi **********) qeydiyyatın, daşınmaz əmlakın ##.##.2021-ci il tarixli, 43-*** reyestr nömrəli alqı-satqı müqaviləsinin və * saylı Abşeron Ərazi İdarəsi tərəfindən cavabdeh X3 Mir Adil oğlunun adına 0,065 ha torpaq sahəsi dövlət reyestrində ##.##.2021-ci il tarixdə ************ (qeydiyyat nömrəsi **********) qeydiyyatı etibarsız hesab edilməlidir. 18.İddiaçı İddiaçı İsa oğlunun vəkili-nümayəndəsi vəkil1 iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Əliyev Valeh İsa oğlu ilə cavabdeh3 arasında ünvan 2 ünvanında yerləşən 0,065 ha torpaq sahəsinin bağışlanmasına dair bağlanmış və Abşeron rayon * saylı notariat ofisində təsdiq edilmiş ##.##.2021-ci il tarixli, 4Ə-**** reyestr nömrəli bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilə əsasında cavabdeh3 adına verilmiş ##.##.2021-ci il qeydiyyat tarixli, ************ reyestr nömrəli və ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi, ünvan 2 ünvanında yerləşən 0,065 ha torpaq sahəsi üzərində iddiaçı İddiaçı İsa oğlunun qanun üzrə vərəsəlik hüququnun tanınması və iddiaçının adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi vəzifəsinin Abşeron rayon * saylı notariat ofisinə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 19.İddiaçı İddiaçı İsa oğlunun vəkili-nümayəndəsi vəkil1 məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək bildirmişdir ki, Əliyev Valeh İsa oğlu iddiaçı İddiaçı İsa oğlunun qardaşıdır. ##.##.2006-cı ildə vəfat etmiş X15 iddiaçının anası, ##.##.1958-ci ildə vəfat etmiş Əliyev İsa Musa oğlu atasıdır. X15 Abşeron Rayon Aqrar İslahat Komissiyasının ## ###### 1999-cu il tarixli, 20.** nömrəli qərarına əsasən kənd təsərrüfatı məhsulları istehsalı məqsədi ilə X15 0,13 ha torpaq sahəsi verilmişdir. Bununla bağlı Torpağa Mülkiyyət hüququna dair JN-511 (Kod: ********) nömrəli Dövlət Aktı verilmişdir. X15 vəfat etdikdən sonra miras qalmış: ünvan 2, Çingiz Mustafayev küçəsində yerləşən Abşeron Rayon Aqrar İslahat Komissiyasının ## ###### 1999-cu il tarixli, ** nömrəli qərarına əsasən kənd təsərrüfatı məhsulları istehsalı məqsədi ilə verilmiş 0,13 ha torpaq sahəsinə vərəsəlik haqqında şəhadətnamə verilməsindən ötrü iddiaçı İddiaçı İsa oğlu cavabdeh Abşeron rayon * saylı notariat ofisinə müraciət etmişdir. Abşeron rayon * saylı notariat ofisindən iddiaçının müraciətinə cavab olaraq bildirilmişdir ki, 2V-** reyestr nömrəli, ## ##### 2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən ##.##.2006-cı ildə vəfat etmiş X15 vərəsəsi kimi ünvan 2 ünvanında qeydiyyatda olan Əliyev Valeh İsa oğlu tanınmış və miras əmlakdan tam hissədə pay almışdır. Daha sonra iddiaçı 2V-** reyestr nömrəli, ## ##### 2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin qanuni olub-olmadığını məhkəmədə mübahisələndirmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)-***/**** saylı, ## #### 2023cü il tarixli qanuni qüvvəsini almış qətnaməsi ilə iddia qismən təmin edilərək, Abşeron Rayon Məhkəməsinin ## ###### 2022-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılaraq Abşeron rayon * saylı notariat ofisi tərəfindən Əliyev Valeh İsa oğluna verilmiş 2V-** reyestr nömrəli, ## ##### 2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinin ləğv edilməsi qərara alınmışdır. ünvan 2 ərazisində yerləşən 0,129966 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində Əliyev Valeh İsa oğlunun adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində ##.##.2021-ci il tarixdə ************ (qeydiyyat nömrəsi: **********) reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Daha sonra Abşeron rayon * saylı notariat kontorunda təsdiq edilmiş ##.##.2021-ci il tarixli, 4Ə-*** reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən Əliyev Valeh İsa oğlu həmin torpaq sahəsinin 0,065 ha hissəsini X3 Mir Adil oğluna satmış, yerdə qalan 0,065 ha torpaq sahəsi üzərində Əliyev Valeh İsa oğlunun mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində ##.##.2021-ci il tarixdə ************ (qeydiyyat nömrəsi: **********) reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Abşeron rayon * saylı notariat kontorunda təsdiq edilmiş ##.##.2021-ci il tarixli, 4Ə-**** reyestr nömrəli bağışlanma müqaviləsinə əsasən Əliyev Valeh İsa oğlu mülkiyyətində qalan 0,065 ha torpaq sahəsini qızı cavabdeh3 bağışlamışdır. Həmin torpaq sahəsi üzərində cavabdeh3 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində ##.##.2021-ci il tarixdə ************ (qeydiyyat nömrəsi: **********) reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Abşeron Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2022-ci il tarixli qətnaməsinə əsasən iddiaçının cavabdehlər Əliyev Valeh İsa oğluna və Abşeron rayon * saylı notariat ofisinə qarşı Abşeron rayon * saylı notariat ofisi tərəfindən Əliyev Valeh İsa oğluna verilmiş ##.##.2021-ci il tarixli reyestrdə 2V- ** nömrə ilə qeyd edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin tamamilə ləğv edilməsi, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən ##.##.1999cu il tarixdə mərhum anam (miras qoyan) X15 adına verilmiş seriya nömrəsi JN- 511, kodu 30800118 olan dövlət aktına əsasən ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 0,129966 ha olan miras əmlaka tam hissədə payın müəyyən edilməsi barədə iddiasının rədd edilməsi qət edilmişdir. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti vermiş, Sumqayıt Apellyasiya Məhkəməsinin *(***)-***/**** nömrəli ##.##.2023-cü il tarixli qətnaməsinə əsasən apellyasiya şikayətinin qismən təmin edilməsi, Abşeron Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə çıxarılması, Abşeron rayon * saylı notariat ofisi tərəfindən Əliyev Valeh İsa oğluna verilmiş 2V-** reyestr nömrəli, ##.##.2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir. Məhkəmə kollegiyası gəldiyi nəticəni belə əsaslandırmışdır: «...iddiaçı İddiaçı İsa oğlu 1984cü il tarixdən ##.##.2006-cı il tarixə kimi mərhum anası X15 ilə ünvan 2ndə bir evdə yaşamış, anası X15 ölümündən sonra miras qalmış ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 0,129966 ha olan torpaq sahəsinə faktiki sahiblik etmiş, həmin torpaq sahəsini idarə etmiş və həmin torpaq sahəsinə iki tərəfdən hasar çəkmiş, miras qoyanın vəfatından sonra torpağın sənədləri cavabdeh tərəfindən götürüldüyündən iddiaçı həmin torpaq sahəsinin ½ hissədə bölünməsinə dair cavabdehlə razılığa gəlmiş, lakin sonradan cavabdeh yalnız özünün yeganə vərəsə olması barədə notariat orqanına düzgün məlumat verməyərək iddiaçının xəbəri olmadan miras açıldıqdan 15 il sonra, yəni 2021-ci ildə mübahisəli torpaq sahəsini yalnız öz adına rəsmiləşdirmişdir...Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda qeyd olunanlardan göründüyü kimi vərəsə (iddiaçı) mirasın qəbul edilməsinin qeyri-formal üsulundan istifadə etməklə konkret hərəkətləri və rəftarı ilə mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləyərək, əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başlamış və bununla da, mirası qəbul etdiyini şəksiz nümayiş etdirmişdir. Qeyd edilən hallar şahidlərin ifadələri, eləcə də işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Odur ki, iddiaçının da miras əmlakda payının olması halı istisna edilmir. Başqa sözlə iddiaçı, mərhum anasından miras qalan əmlaka faktiki sahiblik etdiyi sübüt olunsa da, notariat kontoru onun miras əmlaka hüququnu tanımamaqla vərəsəlik hüquq münasibətlərinin tənzimlənməsi istiqamətində səhvə yol vermiş, nəticədə iddiaçının hüquqları məhdudlaşdırılmışdır. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi hüquq normalarının düzgün tətbiq edilməməsi ilə qəbul edildiyindən, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmadığından və məhkəmənin qətnamədə göstərdiyi nəticələr işin hallarına uyğun gəlmədiyindən qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmalı, Abşeron rayon * saylı notariat ofisi tərəfindən Əliyev Valeh İsa oğluna verilmiş 2V-** reyestr nömrəli ## ##### 2001-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ləğv edilməlidir... Məhkəmə kollegiyası qeyd edir ki, vərəsələr arasında mübahisə predmeti olan ünvan 2 ərazisində yerləşən 0,129966 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,065 ha hissəsi Abşeron rayon * saylı notariat kontorunda təsdiq edilmiş ##.##.2021-ci il tarixli, 4Ə-*** reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən X3 Mir Adil oğlunun adına, eləcə də yerdə qalan 0,065 ha torpaq sahəsi ##.##.2021-ci il tarixli, 4Ə-**** reyestr nömrəli bağışlanma müqaviləsinə əsasən cavabdeh3 adına özgəninkiləşdirildiyindən, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin yuxarıda istinad olunmuş 1255-ci maddəsinin tələbinə əsasən iddiaçıya öz payına aid hissədə bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və ya onun payına düşən hissənin pulunun tələb edilməsi barədə iddia qaldırmaq hüququnun olduğu izah olunur». Sumqayıt Apellyasiya Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2023cü il tarixli qətnaməsi qanuni qüvvəyə minmiş, bundan sonra iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İşin müəyyən edilmiş hallarından göründüyü kimi iddiaçı İddiaçı İsa oğlunun mərhum anası – miras qoyan X15 iki vərəsəsi vardır: iddiaçı İddiaçı İsa oğlu və Əliyev Valeh İsa oğlu. Belə olan halda, miras əmlak olan ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 0,129966 ha olan torpaq sahəsi üzərində iddiaçı İddiaçı İsa oğlunun və Əliyev Valeh İsa oğlunun hər birinin payı 0,065 ha təşkil edir. İddia ərizəsi məhkəmənin icraatında olan müddətdə Əliyev Valeh İsa oğlu ölmüşdür. Onlar miras əmlak olan mübahisəli torpaq sahəsinin 0,065 ha hissəsinin alqı-satqısına dair Əliyev Valeh İsa oğlu ilə X3 Mir Adil oğlu arasında bağlanmış və Abşeron rayon * saylı notariat ofisində təsdiq edilmiş ##.##.2021-ci il tarixli, 4Ə-*** reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi hissəsində iddia tələbinin həcmini azaltmışdırlar. Belə ki, həmin müqavilə bağlanan zaman X3 Mir Adil oğlu iddiaçının vərəsə olmasını bilmədiyindən və bilməli olmadığından, X3 Mir Adil oğlu 0,065 ha torpaq sahəsini vicdanlı əldə edəndir. Belə olan halda alqı-satqı müqaviləsinin etibarsızlığını tələb etməsinin hüquqi əsası yoxdur. Bu səbəbdən də onlar iddia tələbinin həcmini Abşeron rayon * saylı notariat ofisində Əliyev Valeh İsa oğlu ilə X3 Mir Adil oğlu arasında bağlanmış ##.##.2021-ci il tarixli, 4Ə-*** reyestr nömrəli daşınmaz əmlakın dair alqısatqı müqaviləsinin; Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xxxx publik hüquqi şəxsin * saylı Abşeron Ərazi İdarəsi tərəfindən 0,065 ha torpaq sahəsinə dair X3 Mir Adil oğlunun adına verilmiş ##.##.2021-ci il tarixli çıxarışın etibarsız hesab edilməsi hissəsində azaldaraq, X3 Mir Adil oğlunu hazırkı iddia tələbi üzrə cavabdehlər siyahısından çıxarmışdırlar. Bununla yanaşı hesab edirlər ki, Əliyev Valeh İsa oğlu ilə cavabdeh3 arasında ünvan 2 ərazisində yerləşən 0,129966 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,065 ha hissəsinin bağışlanmasına dair ##.##.2021-ci il tarixli, 4Ə-**** reyestr nömrəli bağışlanma müqaviləsi etibarsız hesab edilməlidir. Belə ki, yuxarıda qeyd etdiyi kimi miras qoyan X15 vərəsələri olan Əliyev Valeh İsa oğlunun və iddiaçının miras əmlak olan ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 0,129966 ha olan torpaq sahəsi üzərində payları bərabər olmaqla, 0,065 ha təşkil edir. Əliyev Valeh İsa oğlunun 0,065 ha torpaq sahəsinin alqı-satqısına dair X3 Mir Adil oğlu ilə bağladığı alqı-satqı müqaviləsində sonuncu vicdanlı əldə edən olduğundan, həmçinin 0,065 ha torpaq sahəsi Əliyev Valeh İsa oğluna düşən miras pay olduğundan və sonuncu həmin müqavilə əsasında özünə aid torpaq sahəsini özgəninkiləşdirdiyindən alqı-satqı müqaviləsinin etibarsızlığını mübahisələndirmək əsassız olmaqla, hər hansı hüquqi nəticə əldə etmək mümkün deyildir. Lakin Əliyev Valeh İsa oğlu miras əmlak olan torpaq sahəsinin 0,065 ha hissəsini qızı cavabdeh3 bağışlamaqla, faktiki olaraq torpaq sahəsinin iddiaçıya aid hissəsini əvəzsiz olaraq özgəninkiləşdirmişdir. Çünki miras əmlak olan torpaq sahəsinin bütövlükdə İddiaçı İsa oğluna məxsus olmasına dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə artıq ləğv edilmişdir və sonuncu həm öz payını, həm də iddiaçının payını özgəninkiləşdirməkdə haqlı olmamışdır. Cavabdeh tərəfin hazırkı mübahisəyə kəsici müddətin tətbiq edilməsi ilə bağlı ərizəsi ilə bağlı bildirir ki, kəsici müddət tərəflərdən birinin ərizəsi əsasında deyil, yalnız məhkəmə tərəfindən tətbiq edilir. Qeyd etmək lazımdır ki, kəsici müddətin tətbiq olunması halında məhkəmə qətnaməsinin icra olunması vaxtı da nəzərə alınmalıdır. Belə ki, onlar vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğvi barədə qətnamə qəbul edildikdən sonra onlar hazırkı iddia tələbi ilə bağlı məhkəməyə müraciət edə bilərdilər. Qətnamə qanuni qüvvəyə mindikdən və həmin qətnamə əsasında verilmiş icra sənədi icraya yönəldildikdən sonra artıq onların pozulmuş hüquqlarını bərpa etmək imkanı yaranmışdır. Kəsici müddətin tətbiq edilməsi barədə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi qeyd edir ki, kəsici müddət tətbiq olunduğu vaxt əqd öz-özlüyündə etibarsız olmamalıdır, lakin hazırkı vəziyyətdə mübahisə predmeti olan əqd etibarsızdır. Sözügedən qətnamədə məhkəmə tərəfindən həmin əqdin uydurma nəticələri tanınmışdır. Cavabdeh cavabdeh3 ilə atası Əliyev Valeh İsa oğlu arasında bağlanmış ##.##.2021-ci il tarixli, 4Ə-**** reyestr nömrəli bağışlanma müqaviləsi artıq torpaq sahəsinin cavabdehin atası Əliyev Valeh İsa oğlunun mülkiyyətindən çıxması görüntüsü yaradır. Həmçinin müqavilə tərəfləri arasında süni bağışlanma münasibətlərinin mövcud olduğunu göstərən hüquqi nəticə vardır. Yuxarıda qeyd olunanlara, həmçinin Sumqayıt Apellyasiya Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2023-cü il tarixli qətnaməsindəki hüquqi mövqeyə əsasən hesab edirlər ki, Əliyev Valeh İsa oğlu ilə cavabdeh3 arasında ünvan 2 ünvanında yerləşən 0,065 ha torpaq sahəsinin bağışlanmasına dair bağlanmış və Abşeron rayon * saylı notariat ofisində təsdiq edilmiş ##.##.2021-ci il tarixli, 4Ə**** reyestr nömrəli bağışlanma müqaviləsi etibarsız hesab edilməli və həmin müqavilə əsasında cavabdeh3 adına verilmiş ##.##.2021-ci il qeydiyyat tarixli, ************ reyestr nömrəli və ********** qeydiyyat nömrəli çıxarış ləğv edilməli; iddiaçının ünvan 2 ünvanında yerləşən 0,065 ha torpaq sahəsi üzərində qanun üzrə vərəsəlik hüququ tanınmalı və həmin torpaq sahəsinə dair iddiaçının adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi vəzifəsi Abşeron rayon * saylı notariat ofisinə həvalə edilməlidir. Odur ki, qeyd edilənlərə əsasən o, iddianın təmin edilməsini xahiş etdi. 21.Məhkəmə iclasında iştirak edən cavabdeh cavabdeh3 izahatında bildirmişdir ki, o, iddia tələbini qəbul etmir. Belə ki, nənəsi X15 hələ sağ ikən mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 0,13 ha torpaq sahəsini atası Əliyev Valeh İsa oğluna vermişdir. Hətta əmisi olan iddiaçı İddiaçı İsa oğlu da vaxtilə torpaq sahəsinin Əliyev Valeh İsa oğluna məxsus olması faktını təsdiqləmişdir. Daha sonra atası Valeh Əliyev sözügedən torpaq sahəsinin 6,5 sotunu başqa şəxsə satmış, qalan 6,5 sotluq hissəsi isə 2021-ci ildə ona bağışlamışdır. Bağışlama müqaviləsi bağlandığı zaman notarius orqanında qeyri-qanuni bir hala yol verilməmişdir. Hazırkı mübahisə ilə bağlı işə Sumqayıt Apellyasiya Məhkəməsində baxılarkən onun atası Əliyev Valeh İsa oğlu sağ olmuş və iclaslarda iştirak etmişdir. Qeyd edir ki, nənəsi X15 miras qalan ev iddiaçı İddiaçı İsa oğluna verilmişdir və onlar öz növbələrində həmin evin bölünməsini tələb edirlər. Sözügedən torpaq sahəsi boş ərazidir və kənd təsərüfatı təyinatlı torpaq sahələrinə daxildir. Bildirir ki, nənəsindən miras qalmış ev iddiaçıya, torpaq sahəsi isə onun atası Valeh Əliyevə verilsə də uzun müddət keçdikdən sonra iddiaçı bu razılaşmanı pozmuş və hazırkı mübahisə ilə bağlı məhkəməyə müraciət etmişdir. Göstərilənlər əsasında o, iddianın təmin edilməməsini xahiş etmişdir. 22.Cavabdeh cavabdeh3 nümayəndəsi X9 məhkəmə iclasında cavabdeh cavabdeh3 izahatına uyğun izahat verərək bildirmişdir ki, Əliyev Valeh İsa oğlu onun atasıdır və miras əmlaklar ilə bağlı atası ilə iddiaçı İddiaçı İsa oğlu arasında vaxtilə razılıq əldə edilmişdir. Belə ki, həmin razılaşmaya əsasən nənəsindən miras qalmış torpaq sahəsi onun atası Əliyev Valeh İsa oğluna, ev isə iddiaçı İddiaçı İsa oğluna verilməli idi. Atasının payına düşən torpaq sahəsi onun bacısı olan cavabdeh cavabdeh3 verilmişdir və ona verilmiş çıxarış hazırda qüvvədədir. Atası vaxtilə hazırkı məsələ ilə bağlı məhkəmə iclaslarında iştirak etmiş, lakin vərəsəlik haqqında şəhadətnamənin etibarsız hesab edilməsi ilə bağlı məhkəmə tərəfindən qəbul edilmiş qətnamə onlara göndərilməmişdir. Əlavə olaraq bildirir ki, onun əmisi İddiaçı İsa oğlunun maddi vəziyyəti yaxşıdır. Qeyd edilənlərə əsasən o, iddianın təmin edilməməsini xahiş etdi. 23.Məhkəmə iclasında cavabdeh cavabdeh3 vəkili-nümayəndəsi vəkil2 izahat verərək bildirmişdir ki, mərhum X15 iki övladı vardır və hər bir qanun üzrə vərəsə miras əmlak üzərində yarıbayarı haqqa malikdir. Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən cavabdeh cavabdeh3 atası Əliyev Valeh İsa oğluna verilmiş vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi qət edilmişdir. İddiaçı İddiaçı İsa oğlunun məhz cavabdehin mülkiyyətində olan 6 sotluq torpaq sahəsi ilə bağlı olan bağışlama müqaviləsinin etibarsız hesab edilməsini istəməsi sual doğurur. Onların fikrincə iddiaçı miras əmlakın satılmış hissəsindən 3 sot, bağışlanmış hissəsindən isə 3 sotluq torpaq sahəsinin onun mülkiyyətinə verilməsini tələb etməlidir. Hesab edirlər ki, cavabdeh cavabdeh3 ilə atası Əliyev Valeh İsa oğlu arasında ünvan 2 ünvanında yerləşən 0,065 ha torpaq sahəsinin bağışlanmasına dair bağlanmış ##.##.2021-ci il tarixli, 4Ə-**** reyestr nömrəli bağışlanma müqaviləsi etibarsız hesab edilə bilməz. Belə ki, qarşı tərəfin də miras əmlakdan yarı hissədə pay hüququ vardır. Ədalətlilik baxımından sözügedən müqavilə ləğv edilə bilər, lakin hüquqlarını müdafiə etdiyi cavabdeh3 bağışlanmış torpaq sahəsinə pay hüququ olduğundan bağışlanma müqaviləsi etibarsız hesab edilə bilməz. Hazırkı tələbə etibarsız əqdlər ilə bağlı kəsici müddətin tətbiq edilməsi barədə qeyd edir ki, iddiaçı tərəf hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu konkret müddətdə pozulmuş hüquqlarını məhkəmə qaydasında mübahisələndirməli idi, tərəf hüququnu mübahisələndirmədikdə artıq subyektiv hüququnu itirmiş olur. Bundan əlavə qanunvericilikdə kəsici müddətin sırf daşınar əşyalara dair tələblərə aid edilməsi ilə bağlı konkret norma mövcud deyildir. İddiaçı tərəfin bağışlama müqaviləsinin uydurma əqd sayılması ilə bağlı gəldiyi mövqe doğru deyildir, belə ki, uydurma əqd hüquqi nəticə yaratmır, hazırkı vəziyyətdə isə bağışlama müqaviləsi hüquqi nəticə yaratmışdır. Bu səbəbdən hesab edirlər ki, hazırkı tələbə kəsici müddət tətbiq olunmalıdır, həmçinin iddiaçının hazırkı tələb ilə bağlı məhkəməyə müraciət etmək üçün subyektiv hüququ yoxdur. Odur ki, qeyd edilənlərə əsasən o, iddiaçının subyektiv hüququ olmadığına görə iş üzrə icraata xitam verilməsini, hazırkı tələbə kəsici müddətin tətbiq edilməyəcəyi və işə mahiyyəti üzrə baxılacağı halda isə iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. 24.Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iş üzrə digər cavabdehlər cavabdeh1, cavabdeh2 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X8 * saylı Abşeron Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məlumat verməmişdirlər. 25.Abşeron Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Əliyev Valeh İsa oğlu ilə cavabdeh3 arasında ünvan 2 ünvanında yerləşən 0,065 ha torpaq sahəsinin bağışlanmasına dair bağlanmış və Abşeron rayon * saylı notariat ofisində təsdiq edilmiş ##.##.2021-ci il tarixli, 4Ə-**** reyestr nömrəli bağışlanma müqaviləsi etibarsız hesab edilməsi və həmin müqavilə əsasında cavabdeh3 adına verilmiş ##.##.2021-ci il qeydiyyat tarixli, ************ reyestr nömrəli və ********** qeydiyyat nömrəli çıxarış ləğv edilməsi qət edilmişdir. (hakim Elman Məmmədov) 26.Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinin şərh edilməsinə dair” ##.##.2004-cü il tarixli qərarına, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “C.İsmayılzadənin şikayətinə dair” ##.##.2007-ci il tarixli qərarına, Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1, 337.2, 337.3, 337.4, və 340.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 77.1, 82.3, 88, 106.1, 217.3, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. 27.Abşeron Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qərardadı ilə iddiaçı İddiaçı İsa oğlunun cavabdehlər cavabdeh3, cavabdeh1, cavabdeh2 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X8 * saylı Abşeron Ərazi İdarəsinə qarşı «bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında verilmiş çıxarışın ləğvi, əmlak üzərində qanun üzrə vərəsəlik hüququnun tanınması və vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi vəzifəsinin həvalə edilməsi» tələbinə dair mülki iş üzrə icraata ünvan 2 ünvanında yerləşən 0,065 ha torpaq sahəsi üzərində iddiaçı İddiaçı İsa oğlunun qanun üzrə vərəsəlik hüququnun tanınması və iddiaçının adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi vəzifəsinin Abşeron rayon * saylı notariat ofisinə həvalə edilməsinə aid hissədə xitam verilməsi, iddiaçıya qanun üzrə vərəsəlik hüququnun tanınması ilə bağlı müvafiq notariat orqanına müraciət etmək hüququnun olması izah edilməsi qərara alınmışdır. (hakim Elman Məmmədov) 28.Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.2 və 1321.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.9-cu maddəsinə və “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununun 59-cü maddəsinə istinad etməklə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətlərinin dəlilləri 29.Cavabdeh cavabdeh3 apellyasiya şikayəti verərək, Abşeron Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsinin ləğv edilərək iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. 30.Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, atası Əliyev Valeh İsa oğlunun anası X15 ##.##.2006-cı il tarixdə vəfat etmişdir. Nənəsi X15 miras qalmış əmlakı Bakı şəhəri, Mir Cəlal küçəsi ** saylı evin ** saylı mənzili və ünvan 2 ərazisində yerləşən 0,129966 ha kənd təsərüfatı təyinatlı torpaq sahəsi təşkil etmişdir. Nənəsi X15 qanun üzrə birinci növbəli vərəsələri atası Əliyev Valeh İsa oğlu və əmisi İddiaçı İsa oğlu olmuşdur. Miras açıldıqdan sonra Abşeron rayonu * saylı dövlət notariat kontorunda təsdiq edilmiş reyestrdə 2V-1-19 sayı ilə qeyd edilmiş ##.##.2007-ci il tatixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında əmisi İddiaçı İsa oğlu miras əmlakı təşkil edən Bakı şəhəri,Mir Cəlal küçəsi** saylı evin ** saylı mənzilinə tam hissədə pay almışdır. Bundan sonra Abşeron rayonu * saylı dövlət notariat kontorunda təsdiq edilmiş reyestrdə 2V-** sayı ilə qeyd edilmiş ##.##.2021-ci il tatixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında atası Əliyev Valeh İsa oğlu miras əmlakı təşkil edən Abşüeron rayonu, Novxanı kəndi ərazisində yerləşən 0,129966 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə tam hissədə pay almışdır və atasının həmin torpaq sahəsinə mülkiyyət hüququ DƏDR-də qeydiyyata alınmışdır. Bundan sonra atası Əliyev Valeh İsa oğlu tərəfindən mülkiyyətində olan həmin torpaq sahəsinin 0,065 ha hissəsi ##.##.2021ci il tarixli alqı-satqı müqaviləsi ilə X3 Mir Adil oğluna satılmışdır və mülkiyyətində qalan 0,065 ha torpaq sahəsini ##.##.2021-ci il tarixli bağışlama müqaviləsi əsasında ona bağışlamışdır. Nənəsi X15 miras qalmış daşınmaz əmlaklarla bağlı vərəsəlik işi yekunlaşdıqdan sonra əmisi İddiaçı İsa oğlu tərəfindən atası Əliyev Valeh İsa oğluna qarşı Abşeron rayonu * saylı dövlət notariat kontorunda təsdiq edilmiş reyestrdə 2V-** sayı ilə qeyd edilmiş ##.##.2021-ci il tatixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi və həmin torpaq sahəsinə tam hissədə payının müəyyən edilməsi tələbinə dair iddia verilmişdi və Abşeron Rayon Məhkəməsinin *(***)****/**** saylı,##.##.2022-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının *(***)-***/**** saylı, ##.##.2023-cü il tarixli qətnaməsi ilə iddiaçı İddiaçı İsa oğlunun apellyasiya şikayəti qismən təmin edilərək birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmişdir və iddia qismən təmin edilərək Abşeron rayonu * saylı dövlət notariat kontorunda təsdiq edilmiş reyestrdə 2V-** sayı ilə qeyd edilmiş ##.##.2021-ci il tatixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ləğv edilmişdir və həmin torpaq sahəsi tam hissədə özgəninkiləşdirildiyi üçün MM-nin 1255-ci madəsinin tələbinə əsasən iddiaçıya öz payına aid hissədə həmin müqavilələrin etibarsız hesab edilməsi və ya onun payına düşən hissənin pulunun tələb edilməsi barədə iddia qaldırmaq hüququ izah edilmişdir. Atası Əliyev Valeh İsa oğlu ##.##.2025-ci il tarixdə vəfat etmişdir. Bundan sonra İddiaçı İsa oğlu tərəfindən ona qarşı miras əmlakı təşkil edən Abşeron rayonu,Novxanı kəndi ərazisində yerləşən 0,129966 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,65 ha hissəsinin atası Əliyev Valeh İsa oğlu tərəfindən ona bağışlanmasına dair ##.##.2021-ci il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və həmin əmlak üzərində qanun üzrə vərəsəlik hüququnun tanınması tələbinə dair iddia verilmişdir və Abşeron Rayon Məhkəməsinin *(***)-****/**** saylı,##.##.2025-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək ##.##.2021-ci il tarixli,4Ə-**** reyestr saylı bağışlama müqaviləsinin etibarsız hesab edilmişdir. Abşeron Rayon Məhkəməsi tərəfindən iddianın qismən təmin edilərək ##.##.2021-ci il tarixli,4Ə-**** reyestr saylı bağışlama müqaviləsinin etibarsız hesab edilməsinin əsası kimi Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının *(***)-***/**** saylı,##.##.2023-cü il tarixli qətnaməsinə istinad edilmişdir. 31.Bildirir ki, iddiaçı İddiaçı İsa oğlu tərəfindən ona qarşı verilmiş ##.##.2021-ci il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi məhkəməyə ##.##.2025-ci il tarixdə verilmişdir. İddiaçı İddiaçı İsa oğlu tərəfindən ona qarşı verilmiş iddianın hüquqi əsasını təşkil edən və həmin işdə İddiaçı İsa oğlunun iddiaçı olduğu Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının *(***)-***/**** saylı, ##.##.2023-cü il tarixli qətnaməsinin 8-ci səhifəsinin 2-ci və 3-cü abzaslarında göstərilmişdir ki, iş materialında olan xxxx publik hüquqi şəxsin * saylı Abşeron Ərazi İdarəsi tərəfindən verimiş ##.##.2022-ci il tarixli məktubundan görünür ki, Abşeron Rayonu * saylı Notariat Ofisi tərəfindən Əliyev Valeh İsa oğlunun adına verilmiş 2V-** reyestr saylı,## ##### 2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında Əliyev Valeh İsa oğlu Abşeron rayonu,Novxanı kəndində yerləşən 0, 0,129966 ha torpaq sahəsinə mülkiyyət hüququ əldə etmişdir, onunla cavabdeh3 arasında bağlanan ##.##.2021-ci il tarixli bağışlama müqaviləsi əsasında həmin torpaq sahəsinin 0,065 ha hissəsini cavabdeh3 bağışlamışdır və cavabdeh3 həmin torpaq sahəsinə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində ##.##.2021-ci ildə qeydiyyata alınmışdır. Bununla da həmin mülki iş materialında olan və iddiaçı tərəfindən məhkəyə təqdim edilmiş xxxx publik hüquqi şəxsin * saylı Abşeron Ərazi İdarəsi tərəfindən verimiş ##.##.2022-ci il tarixli məktubdan müəyyən olunur ki, iddiaçı İddiaçı İsa oğlunun onunla atası arasında bağlanmış ##.##.2021-ci il tarixli bağışlama müqaviləsindən 2022-ci ilin oktyabr ayında məlumatı olmuşdur və həmin tarixdən əqdin etibarsız sayılmasına əsas verən halları bilmişdir və bundan 2 il 06 ay müddət keçdikdən sonra ona qarşı əqdin etibarsız hesab edilməsi tələbinə dair iddia verilmişdir. Bu müddəti Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının *(***)-***/**** saylı, ##.##.2023-cü il tarixli qətnaməsinin qəbul etdiyi tarixdən hesabladıqda 1 il 09 ay 18 gün, qətnamənin qanuni qüvvəsini aldığı tarix üçün 3 ay nəzərə alındıqda 1 il 06 ay 18 gün keçdikdən sonra mənə qarşı əqdin etibarsız hesab edilməsinə dair iddia verilmişdir. Bununla da AR.MM-nin 354.2-ci maddəsinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun # ##### 2021-ci il tarixli qərarına əsasən kəsici müddət keçməklə mənə qarşı əqdin etibarsız hesab edilməsinə dair iddia verildiyi üçün həmin iddia təmin edilməməlidir. 32.Mövcud vəziyyətdə atası Əliyev Valeh İsa oğlunun mülkiyyətində olan 0,129966 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,065 ha hissəsini ##.##.2021-ci il tarixli alqı-satqı müqaviləsi ilə X3 Mir Adil oğluna satdıqdan sonra mülkiyyətində qalan 0,065 ha torpaq sahəsinin ona bağışlanamsına dair ##.##.2021-ci il tarixli, 4Ə-**** reyestr saylı bağışlama müqaviləsinin birinci instansiya məhkəməsi tərəfindən heç bir faktiki əsas olmadan xəyali əsaslarla uydurma əqd hesab edilərək bu münasibətlərə kəsici müddətin tətbiq edilməməsi düzgün və qanunauyğun deyildir. Buna əsasən mövcud münasibətlərə kəsici müddət tətbiq edilməlidir və kəsici müddət keçdiyi üçün birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməlidir. AR MM-nin 354.2ci maddəsi mövcud hüquq münasibətlərinə tətbiq edilməlidir, lakin məhkəmə tərəfindən düzgün olmayaraq həmin hüquq norması tətbiq edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun # ##### 2021-ci il tarili qərarı və Konstitusiya Məhkəməsi Plenumunun B.Mürsəlovun şikayəti üzrə 2020-ci il ## #### tarixli Qərarı düzgün şərh edilməmişdir. 33.İddiaçı İddiaçı İsa oğlu tərəfindən ona qarşı verilmiş ##.##.2021-ci il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi məhkəməyə ##.##.2025-ci il tarixdə verilmişdir. İddiaçı İddiaçı İsa oğlu tərəfindən ona qarşı verilmiş iddianın hüquqi əsasını təşkil edən və həmin işdə İddiaçı İsa oğlunun iddiaçı olduğu Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının *(***)-***/**** saylı, ##.##.2023-cü il tarixli qətnaməsinin 8ci səhifəsinin 2-ci və 3-cü abzaslarında göstərilmişdir ki, iş materialında olan xxxx publik hüquqi şəxsin * saylı Abşeron Ərazi İdarəsi tərəfindən verimiş ##.##.2022-ci il tarixli məktubundan görünür ki, Abşeron Rayonu * saylı Notariat Ofisi tərəfindən Əliyev Valeh İsa oğlunun adına verilmiş 2V-** reyestr saylı,## ##### 2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında Əliyev Valeh İsa oğlu ünvan 2ndə yerləşən 0,12 ha torpaq sahəsinə mülkiyyət hüququ əldə etmişdir, onunla cavabdeh3 arasında bağlanan ##.##.2021ci il tarixli bağışlama müqaviləsi əsasında həmin torpaq sahəsinin 0,065 ha hissəsini cavabdeh3 bağışlamışdır və cavabdeh3 həmin torpaq sahəsinə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində ##.##.2021-ci ildə qeydiyyata alınmışdır.Bununla da həmin mülki iş materialında olan və iddiaçı tərəfindən məhkəyə təqdim edilmiş xxxx publik hüquqi şəxsin * saylı Abşeron Ərazi İdarəsi tərəfindən verimiş ##.##.2022-ci il tarixli məktubdan müəyyən olunur ki, iddiaçı İddiaçı İsa oğlunun onunla atası arasında bağlanmış ##.##.2021-ci il tarixli bağışlama müqaviləsindən 2022-ci ilin oktyabr ayında məlumatı olmuşdur və həmin tarixdən əqdin etibarsız sayılmasına əsas verən halları bilmişdir və bundan 2 il 06 ay müddət keçdikdən sonra ona qarşı əqdin etibarsız hesab edilməsinə dair iddia verilmişdir. 34.Nəzərə alınmalıdır ki, AR.MM-nin 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Göründüyü kimi qanunvericiliyin tələbinə görə maraqlı şəxsin əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisələndirmək hüququ vardır və bu müddətin buraxılması onun əqdi mübahisəlndirmək hüququnun xitamına səbəb olur. 35.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun # ##### 2021-ci il tarili qərarında qeyd edilən hüquq normaları şərh edilərək göstərilmişdir ki,Mülki Məcəllənin 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasın məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Göründüyü kimi, normada şəxsə qarşı tələb hüququnun deyil, əqdi mübahisələndirmək hüququnun realizəsi ilə bağlı müddət nəzərdə tutulmuşdur. Başqa sözlə, əqdin bağlanması zamanı iradə ifadəsi zədələnmiş şəxsin məhz maddədə göstərilən müddətlər ərzində həmin əqdi mübahisələndirmək hüququ tanınmışdır. İradə ifadəsi zədələnmiş şəxsin əqdi mübahisələndirməsinə qədər həmin əqd etibarlı əqd kimi qəbul edilir və müvafiq hüquqi nəticələrə səbəb olur. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsız hesab edilir. Beləliklə, mübahisə edilən əqdlər bir tərəfdən mübahisələndirilənədək etibarlı əqdlər kimi hüquqi nəticələri yaradır, digər tərəfdən isə mübahisələndirildikləri təqdirdə geriyə şamil olunaraq bağlandığı andan əqdin etibarsız sayılmasına səbəb olur. Məhz bu ikili xüsusiyyəti olduğuna görə hüquqi müəyyənlik nöqteyinəzərindən mübahisləndirmənin yalnız konkret və kəsici müddətlər daxilində həyata keçirilməsi zərurəti vardır. Bu baxımdan qanunvericilikdə mübahisə edilən əqdlərlə bağlı xüsusi olaraq fərqli müddət nəzərdə tutulmadığı təqdirdə, Mülki Məcəllənin 354.2-ci maddəsində göstərilmiş kəsici müddətlər ərzində mübahisələndirmənin mümkün olduğu müəyyən edilmişdir. 36.Oxşar hüquqi mövqe Konstitusiya Məhkəməsi Plenumunun B.Mürsəlovun şikayəti üzrə 2020-ci il ## #### tarixli Qərarında da ifadə edilmişdir. Qərarda göstərilmişdir ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. 37.Belə ki, kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. 38.Beləliklə, Mülki Məcəllənin 354.2-ci maddəsində nəzərdə tutulmuş müddət kəsici müddət olmaqla əqdin mübahisələndirilməsi hüququna aiddir və bu müddətin keçməsi hüququn xitamına səbəb olur. 39.Göründüyü kimi MM-nin 354.2-ci maddəsinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarında həmin hüquq normasının verilmiş şərhinə əsasən əqdin mübahisələndirilməsi üçün nəzərdə tutulmuş müddət kəsici müddətdir,bu müddətin keçməsi əqdi mübahisələndirmək hüququnun xitamına səbəb olur,yəni şəxs əqdin mübahisələndirilməsi barədə məhkəməyə iddia vermək hüququnu itirmiş olur. 40.Beləliklə iddiaçı İddiaçı İsa oğlu əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi tarixdən 2 il 06 ay müddət keçdikdən sonra ona qarşı ##.##.2021-ci il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi verilmişdir. Bununla da iddiaçı İddiaçı İsa oğlu tərəfindən qanunla müəyyən edilmiş kəsici müddət buraxıldığı və əqdi mübahisələndirmək hüququna xitam verildiyi üçün üçün onun mənə qarşı əqdin etibarsız hesab edilməsinə dair iddia verməyə subyektiv hüququ yoxdur. 41.Bununla da atası Əliyev Valeh İsa oğlunun mülkiyyətində olan 0,129966 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,065 ha hissəsini ##.##.2021-ci il tarixli alqı-satqı müqaviləsi ilə X3 Mir Adil oğluna satdıqdan sonra mülkiyyətində qalan 0,065 ha torpaq sahəsinin mənə bağışlanamsına dair ##.##.2021-ci il tarixli, 4Ə-**** reyestr saylı bağışlama müqaviləsinin birinci instansiya məhkəməsi tərəfindən heç bir faktiki əsas olmadan xəyali əsaslarla uydurma əqd hesab edilərək bu münasibətlərə kəsici müddət tətbiq edilməməklə AR.MM-nin 354.2-ci maddəsinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337,339,346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun # ##### 2021-ci il tarixli qərarının və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun B.Mürsəlovun şikayəti üzrə 2020-ci il ## #### tarixli Qərarının tələbləri pozulmuşdur və bu madi hüquq pozuntusu düzgün olmayan qətnamə qəbul edilməsi ilə nəticələnmişdir. AR.MPM-nin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Göründüyü kimi qanunvericiliklə qətnamənin qanuni olması onun hüquq normalarına uyğun olmasını,qətnamənin əsaslı olması isə onun işin faktiki hallarına uyğun olmasını ehtiva edir. Mövcud vəziyyətdə isə birinci instansiya məhkəməsi tərəfindən mövcud hüquq münaibətlərinə tətbiq edilməli olan MM-nin 354-cü maddəsi tətbiq edilməyərək həmin hüquq normasına, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337,339,346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun # ##### 2021ci il tarili qərarının və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun B.Mürsəlovun şikayəti üzrə 2020-ci il ## #### tarixli Qərarının tələblərinə uyğun olmayan,eləcə də ##.##.2021-ci il tarixli,4Ə-**** reyestr saylı bağışlama müqaviləsi heç bir faktiki əsas olmadan xəyali əsaslarla uydurma əqd hesab edilməklə prosessual hüquq normalarının tələbləri pozularaq işin faktiki hallarına uyğun olmayan qətnamə qəbul edilmişdir. Bu hüquq pozuntuları düzgün olmayan qətnamə qəbul edilməsi ilə nəticələnmişdir. Atası Əliyev Valeh İsa oğlunun mülkiyyətində olan 0,129966 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,065 ha hissəsini ##.##.2021-ci il tarixli alqı satqı müqaviləsi ilə X3 Mir Adil oğluna satdıqdan sonra mülkiyyətində qalan 0,065 ha torpaq sahəsinin ona bağışlanamsına dair ##.##.2021-ci il tarixli,4Ə-**** reyestr saylı bağışlama müqaviləsinin uydurma əqd olması, bu səbəbdən kəsici müddətin tətbiq edilməli olmaması barədə birinci instansiya məhkəməsinin qətnaməsində gəldiyi nəticə işinf aktiki hallarına uyğun deyildir və xəyali əsaslara söykənir. Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri 42.Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Apellyasiya icraatı iştirakçılarının izahatları 43.Məhkəmə kollegiyasının iclasında cavabdeh cavabdeh3 apellyasiya şikayətini müdafiə edib orada göstərilənlərə uyğun izahat verərək şikayətin təmin olunmasını xahiş etdi. 44.Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili X14 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. 45.Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə digər cavabdehlər və üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbi barədə məlumat verilməmişlər. 46.Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməmələrinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. 47.Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi 48.Maddə 334. Əqdin notariat qaydasında təsdiqlənməsi bu Məcəllənin 331-ci maddəsinin tələblərinə uyğun gələn sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir. Əqdin notarial təsdiqlənməsi qaydası “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyənləşdirilir. 49.Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından
50. asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 51.Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 52.Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. 53.Maddə 340.1. Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. 54.Maddə 351.1. Əhəmiyyətsiz əqd onun bağlandığı andan etibarsızdır. 55.Maddə 354.1. Əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 56.Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 57.Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 58.Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. 59.Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 60.Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 61.Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. 62.Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri 63.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 64.“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 65.Apellyasiya şikayətində cavabdeh cavabdeh3 birinci instansiya məhkəməsinin qətnaməsinin tam ləğv edilməsini və iddia tələbinin təmin olunmamasına dair yeni qətnamə qəbul edilməsini xahiş etsə də, kollegiya hesab edir ki, Abşeron Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi cavabdeh cavabdeh3 aid hissədə yoxlanılmalıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 66.Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. 67.Apellyasiya şikayətinin əsas dəlili kimi o hal göstərilmişdir ki, iddiaçı İddiaçı İsa oğlu tərəfindən əqdin etibarsız sayılmasına dair qanunla müəyyən edilmiş kəsici müddət buraxılmış və əqdi mübahisələndirmək hüququna xitam verildiyi üçün onun əqdin etibarsız hesab edilməsinə dair iddia verməyə subyektiv hüququ olmamışdır. Apellyator hesab etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən müqavilənin uydurma əqd hesab edilərək kəsici müddətinin tətbiq edilməməsi düzgün və qanunauyğun deyildir. Belə ki, cavabdeh cavabdeh3 hesab etmişdir ki, mövcud münasibətlərə kəsici müddət tətbiq edilməlidir. 68.Kollegiya qeyd olunan dəlillə bağlı qeyd edir ki, Mülki Məcəllənin 337.3-cü maddəsinə görə, əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 69.Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun # ##### 2021-ci il tarili qərarında göstərilmişdir ki, qanunda əqdin əhəmiyyətsizliyi hallarında etibarsızlıqla bağlı nəticələrin tətbiqi üçün məhkəmə qərarına ehtiyac olmadığı ifadə edilmişdir. Qanunvericiliyin imperativ göstərişlərinə zidd olan və etibarsız hesab edilməsi üçün hər hansı əlavə qayda və şərt nəzərdə tutulmayan əqdlər əhəmiyyətsizdir. Beləliklə, əhəmiyyətsiz əqd mübahisələndirilmədən, məhkəmə qərarından, müddətlərdən və s. şərtlərdən asılı olmadan bağlandığı andan etibarən özlüyündə etibarsız olan, yəni arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir. Bununla belə, əqdin əhəmiyyətsizliyi faktının mövcud olub-olmaması ilə bağlı mübahisə yaranarsa əhəmiyyətsizliyin təsbiti üçün məhkəmədə iddia qaldırıla bilər. Məhkəmə araşdırması zamanı əqdin əhəmiyyətsiz olması müəyyən edilərsə, məhkəmə tərəfindən verilən qərar əhəmiyyətsizlik halının mövcud olub-olmaması ilə bağlı hüquqi mübahisənin aradan qaldırılması məqsədini daşıyır. 70.Yuxarıda vurğulandığı kimi, əhəmiyyətsiz əqd heç bir əlavə şərtdən, o cümlədən müddətin keçməsindən, tərəflərin iradəsindən, məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq bağlandığı andan özlüyündə etibarsız olan əqddir. Bu baxımdan özlüyündə etibarsız olan əhəmiyyətsiz əqdlər məhkəmə tərəfindən yenidən etibarsız hala gətirilə bilməz və Mülki Məcəllənin 354.1-ci maddəsində göstərilən müddət əqdin əhəmiyyətsiz hesab edilməsi ilə bağlı məhkəmədə iddia qaldırılması üçün nəzərdə tutulmuş müddət deyildir. Bu müddət əhəmiyyətsiz əqdlərin nəticələrinin tətbiqi ilə bağlı müəyyən edilmiş müddətdir. 71.Odur ki, əhəmiyyətsiz əqd arzu olunan heç bir hüquqi nəticələrə səbəb olmadığından, belə əqd üzrə fərdi-müəyyən əşya olan daşınmaz əşyaya dair dövlət reyestrində müvafiq şəxsin adına aparılmış qeydiyyat da əsassız sayılacaqdır. Bu halda isə xeyrinə qeydiyyat aparılmış şəxs daşınmaz əşyaya dair hüquq əldə etməyəcək, həmin əşya əqd əsasında özgəninkiləşdirənin mülkiyyətində qalmaqda davam edəcəkdir. Mülki Məcəllənin 141-ci maddəsinə uyğun olaraq, daşınmaz əmlakın dövlət reyestrinin məzmunu həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ pozulmuş şəxs tərəfindən müvafiq düzəlişin aparılması tələb edilə bilər. 72.Bu baxımdan, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlilləri formal mülahizələr kimi qiymətləndirərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. 73.Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. 74.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392-393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.