Məhkəmə qərarları › İş №2(105)-1806/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1806/2021

07.05.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1806/2021 07.05.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Gülnarə Fikrət qlzl və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Ağamirova Nigar Kamran qızının katibliyi, İddiaçı1 oğlunun iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı məcburi pay hüququndan məhrum etmə tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 02 aprel 2021-ci il tarixli, 2(060)-3533/2021 saylı qərardadından İddiaçı1 tərəfindən verilmiş şikayətə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı onun məcburi pay hüququndan məhrum edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 02 aprel 2021-ci il tarixli, 2(060)-3533/2021 saylı qərardadı ilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmışdır. (hakim A.İsmayılov) Qərardaddan narazı qalan İddiaçı1 ondan şikayət verərək qərardadın ləğv edilməsini, iddia ərizəsinin icraata götürülərək mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 16 aprel 2021-ci il tarixli, 2(060)-3533/2021 saylı qərardadı ilə şikayət təmin edilməmiş, şikayət mülki iş ilə birlikdə baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilmişdir. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ və TƏRƏFLƏRİN İZAHATLARİ : İddiaçı1 şikayətini onunla əsaslandırmışdır ki, məhkəmənin iddia ərizəsinin geri qaytarılması barədə qərardadı əsassızdır. İş materiallarındakı arayışdan da göründüyü kimi, cavabdeh Laçın rayonundan məcburi köçkün olsa da, onun Sumqayıt şəhərində məskunlaşdığı müəyyən olunur. Hər iki iddiaçı 2-ci qrup əlil və xəstə insanlardır və onların mübahisəyə baxılması üçün Laçın Rayon Məhkəməsinin yerləşdiyi Ağcabədi rayonuna gedib-gəlmələri əziyyətlidir. Göstərilənlərə əsasdən qərardad ləğv edilməli, iddia ərizəsi icraata götürülərək mahiyyəti üzrə baxılmalıdır. Məhkəmə kollegiyasının iclasında İddiaçı1 şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdi. İddiaçı2 və Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İş materiallarında olan AZE ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. Yenə işdə olan 08.01.2021-ci il tarixli, 24 saylı arayışdan görünür ki, Cavabdeh Laçın rayonundan məcburi köçkün olmaqla, Sumqayıt şəhəri, 7-8-12-ci məhəllə, 92 saylı evin 15 saylı mənzilində qeydiyyatsız yaşayıb. M Ə H K Ə M Ə N İ N H Ü Q U Q İ M Ö V Q E Y İ: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi hakim məruzəsini dinləyib, iş materiallarını iddiaçının şikayəti ilə birgə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 02 aprel 2021-ci il tarixli, 2(060)-3533/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İşin tədqiq olunan hallarından görünür ki, hazırki iddia tələbinin predmetini vərəsəlikdəki məcburi pay hüququndan məhrum etmə təşkil edir. İddiaçı1 və İddiaçı2 özlərinin İİ qrup əlil olmalarına, cavabdehin Sumqayıt şəhəri, 7-8-12-ci məhəllə, 92 saylı evin 15 saylı mənzilində yaşamasına və 08.01.2021-ci il tarixli, 24 saylı arayışa istinad edərək hazırkı iddia ərizəsinə Sumqayıt Şəhər Məhkəməsində baxılmalı olmasını iddia edirlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinin tələbinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir “Yaşayış yeri və olduğu yer haqqında” Azərbaycan Respublikası Qanunun 2-ci maddəsinə görə şəxsin yaşayış yeri-tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşı barədə yaşayış yeri - yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. Qeyd edildiyi kimi, cavabdehin qeydiyyat məlumatlarından da görünür ki, onun qeydiyyatı ünvan 1 ünvanınadır və belə olan halda, hazırkı iddia ərizəsi MPM-nin 35.1-ci maddəsinə əsasən həmin yerin məhkəməsinə verilməlidir. Buna baxmayaraq, iddiaçılar 08.01.2021-ci il tarixli, 24 saylı arayışa əsaslanmaqla, hazırkı iddia ərizəsilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət etmiş, bununla da aidiyyət qaydalarını pozmuşlar. Halbuki, MPM-nin 31.1-ci maddəsinə görə aidiyyət qaydalarının pozulmasına yol verilmir. İşdən görünür ki, iddiaçılar cavabdehin faktiki yaşadığı ünvanı iddia ərizəsində ünvan 2 göstərib iddia ərizəsini Sumqayıt Şəhər Məhkəməsinə versələr də iş materiallarına həmin ünvanda cavabdehin qeydiyyata alınması ilə bağlı hər hansı sənəd əlavə edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı1 və İddiaçı2 hazırkı iş üzrə iddia ərizəsi verərkən aidiyyət qaydalarını pozduqlarından Azərbaycan MPM-nin 152.1.3-cü maddəsinə əsasən onların Cavabdeh qarşı məcburi pay hüququndan məhrum etmə tələbinə dair iddia ərizəsinin və ona əlavə olunmuş sənədlərin geri qaytarılması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslıdır. Azərbaycan Respublikası MPM-in 398.0. və 398.0.1. maddələrinə görə apellyasiya instansiya məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Beləliklə, məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, İddiaçı1 tərəfindən verilmiş şikayət təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 02 aprel 2021ci il tarixli, 2(060)-3533/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 398.0, 398.0.1 və 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçı1 tərəfindən verilmiş şikayət təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 02 aprel 2021-ci il tarixli, 2(060)-3533/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Şəmsəddin Abasov Hakimlər: Gülnarə Tağızadə Telman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar