Məhkəmə qərarları › İş №2(105)-1815/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1815/2022

29.07.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1815/2022 29.07.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (məruzəçi hakim), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, Qusar Rayon Məhkəməsinin 20 iyun 2022-ci il tarixli, 2(029)- 686/2022 nömrəli qərardadından iddiaçı X2 tərəfindən verilmiş şikayətə apellyasiya qaydasında yazılı icraatda baxaraq, MÜƏYYƏNETDİ: Qusar Rayon Məhkəməsinin 20 iyun 2022-ci il tarixli, 2(029)-686/2022 nömrəli qərardadı ilə (hakim Adil Vəliyev) iddiaçı X1 Cavabdeh qarşı pul tələbinə dair dair iddia ərizəsi və əlavə olunmuş sənədlər geri qaytarılmışdır. İddiaçı qərardaddan şikayət vermişdir. Qusar Rayon Məhkəməsinin 04 iyul 2022-ci il tarixli 2(029)- 686/2022 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. İŞİNHALLARİ: İddiaçı X2 Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edib, cavabdehdən 2500 (iki min beş yüz) manat əsas borcun 45 (qırx beş) manat dövlət rüsumu olmaqla, cəmi 2545 (iki min beş yüz qırx beş) manat borcun məcburi qaydada tutularaq ona ödənilməsi, cavabdehdən 2545 (iki min beş yüz qırx beş) manat borcun alınması məqsədilə onun adına xüsusi mülkiyyət hüququ üzrə xx.xx.2021-ci il tarixdə qeydə alınan (Reyestr nömrəsi: **********37) Oğuz rayonu, Mollalı kəndində yerləşən 0.12 ha həyətyanı torpaq sahəsi açıq hərracda satılması və əldə olunan gəlir hesabına borcun ödənilməsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. ŞİKAYƏTİNDƏLİLLƏRİ İddiaçı verdiyi şikayəti onunla əsaslandırmışdır ki, Qusar Rayon Məhkəməsi 20 iyun 2022-ci il tarixli qərardadı qəbul edərkən prosessual qanunverciliyin tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, iddia ərizəsinin qısa məzmunundan göründüyü kimi tərəflər arasında olan mübahisə yalnız borc mübahisəsindən irəli gəlməkdədir. Onun fəaliyyət göstərdiyi təsarrüfatının maliyyə dövriyyəsindən çıxardığı və borc kimi Cavabdeh verdiyi pul vəsaitindən 2021-ci ildən 500 manat və 2022-ci ildən 2000 manatı geri qaytarmamışdır. Qeyd olunan icraatlarla bağlı aralarında heç bir halda cavabdehin sahibkarlıq fəaliyyəti ilə bağlı əməliyyat aparılmamışdır. O, Şəki rayonu, Qırxbulaq ərazsində sahibkar kimi fəaliyyət göstərsə də, cavabdehlə aralarında olan mübahisə onun sahibraklıq fəaliyyəti ilə bağlı olmamış və ona yalnız fiziki şəxs kimi borc pul vermişdir. Birnci instansiya məhkəməsi isə qərardadını belə əsaslandırmışdır ki, iddiaçı Anar Mikayılov ********** saylı VÖEN əsasında fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olur və onunla cavabdeh arasında yaranmış mübahisə məhz onun sahibkarlıq fəaliyyəti çərçivəsində əmələ gəlmişdir. Bundan başqa, məhkəmənin elektron sistemindən çıxarışdan görünür ki, Cavabdeh da ********** saylı VÖEN əsasında şirin su hövzələrində heyvanların tutulması növündə fərdi sahibkarlıq fəaliyyəti ilə məğul olur. Göründüyü kimi, hazırkı mübahisə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olduğundan həmin mübahisəyə məhkəməyə aidiyyəti üzrə ümumi məhkəmə tərəfindən deyil, müvafiq kommersiya məhkəməsi tərəfindən baxılmalıdır. Lakin işin həqiqi və faktiki halları isə ondan ibarətdir ki, hazırkı mübahisə cavabdehlə aralarında olan sahibkarlıq fəaliyyəti ilə bağlı olmamışdır və tələb yalnız fiziki şəxs kimi ona verilən borcun geri tələb olunmasından ibarətdir. Məhkəmənin qeyd etdiyi Cavabdeh adına bağlı olan ********** saylı, VÖEN üzrə fəaliyyətin onun borc tələbi ilə bağlı heç bir əlaqəsi yoxdur. Əgər belə bir əlaqə olsaydı aralarında olan hesablaşmalar rəsmi qaydada aparılmalıdır. Digər tərəfdən Cavabdeh adına Oğuz rayonu, Mollalı kəndində xx.xx.2021-ci il tarixdə qeydiyyata alınmış 0.12 ha torpaq sahəsi həyətyanı torpaq sahəsi olduğundan həmin yerdə fərdi yaşayış evinin və yardımçı tikililərin inşası mümkündür. Həmin yerdə cavabdehin su hövzələrində heyvanların tutulması növündə fərdi sahibkarlıq fəaliyyət göstərməsi mümkün olmadığından daşınmaz əmlak ********** saylı VÖEN-ün fəaliyyəti üçün uçota alınmamışdır. Cavabdeh ********** saylı VÖEN-lə başq bir yerdə hər hansı əməliyyat aparması istisna edilmir, lakin onunla olan mübahisədə onun sahibkarlıq fəaliyyəti ilə bağlı tələb olunan borc mübahisəsi deyildir. Bu səbəbdən iddia ərizəsi icraata götürülməklə, icraat zamanı qeyd olunan məsələyə də həmçinin qiymət verilməlidir. Ona görə də, birinci instansiya məhkəməsinin qərardad ləğv olunmalı və iddia ərizəsi icraata qəbul edilərək mahiyyəti üzrə baxılmalıdır. HÜQUQİMƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia ərizəsini icraata qəbul etməkdən imtina etdikdə Azərbaycan Respublikası MPM-nin 25.1, 26.1, 152.1.3-cü maddələrinə istinad edərək göstərmişdir ki, iddiaçı Anar Mikayılov ********** saylı VÖEN əsasında fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olur və onunla cavabdeh arasında yaranmış mübahisə məhz onun sahibkarlıq fəaliyyəti çərçivəsində əmələ gəlmişdir. Bundan başqa, məhkəmənin elektron sistemindən çıxarışdan görünür ki, Cavabdeh da ********** saylı VÖEN əsasında şirin su hövzələrində heyvanların tutulması növündə fərdi sahibkarlıq fəaliyyəti ilə məğul olur. Göründüyü kimi, hazırkı mübahisə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olduğundan həmin mübahisəyə məhkəməyə aidiyyəti üzrə ümumi məhkəmə tərəfindən deyil, müvafiq kommersiya məhkəməsi tərəfindən baxılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. Mülki Prosessual Məcəlləsi Maddə 25.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Maddə 26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara əsasən iddiaçının şikayətində göstərdiyi dəlilləri əsassız hesab edir. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçı X1 Cavabdeh qarşı pul tələbinə dair mülki işin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olduğundan həmin mübahisəyə müvafiq kommersiya məhkəməsi tərəfindən baxılmalı olması barədə düzgün nəticəyə gəlmişdir. MPM-nin 398.0.1-ci maddəsinə görə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək apellyasiya instansiya məhkəməsinin səlahiyyətidir. MPM-nin 402-ci maddəsinin tələbinə əsasən hazırkı iş üzrə qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 365, 398-400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARAALİR: İddiaçı X2 tərəfindən verilmiş şikayət təmin edilməsin. Qusar Rayon Məhkəməsinin 20 iyun 2022-ci il tarixli, 2(029)- 686/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar