Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1822/2022 30.11.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Miriyeva Həbibə Novruz qızının katibliyi, İddiaçı1, onun vəkili və nümayəndəsi Vəkil4, İddiaçı2 və müstəqil tələblər irəli sürən üçüncü şəxs X1 nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh və müstəqil tələblər irəli sürən üçüncü şəxs X10 nümayəndəsi və vəkili Vəkil3 iştirakı ilə İddiaçı1 cavabdeh X11 qarşı evin cavabdehin hesabına boşaldılaraq təhvil verilməsi və evə köçürülmə, İddiaçı2 cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə, İddiaçı1 və Bakı şəhəri Cavabdeh1nə (iş üzrə üçüncü şəxs X14) qarşı çıxarışın etibarsız hesab edilməsi və əmlaka dair reyestr qeydiyyat məlumatlarının əvvəlki vəziyyətə qaytarılması, iş üzrə müstəqil tələb irəli sürən X1 İddiaçı1 və digərlərinə qarşı çıxarışın ləğv edilməsi və əmlaka dair reyestr qeydiyyat məlumatlarının əvvəlki vəziyyətə qaytarılması, iş üzrə müstəqil tələb irəli sürən üçüncü şəxs X10 cavabdehlər İddiaçı1, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-in 4 saylı Abşeron Ərazi İdarəsinə və Bakı şəhəri Cavabdeh1nə (3-cü şəxs Ağayeva (Məcidova) Zərifə Əmirulla qızına) qarşı çıxarışın ləğv edilməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 06 noyabr 2020-ci il tarixli, 2(012)-3477/2020 nömrəli qətnaməsindən İddiaçı2 və müstəqil tələblər irəli sürən üçüncü şəxslər S.Z.Allahquliyev və İ.A.Ağayev tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ Abşeron Rayon Məhkəməsinin 06 noyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim E.T.Məmmədov) İddiaçı1 iddiası təmin edilərək, 31 may 2019-cu il tarixli Çıxarışa əsasən onun mülkiyyətində olan Abşeron rayonu, Novxanı kəndində 0.08 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin İbrahim Ağayevin hesabına boşaldılması və İddiaçı1 həmin evə köçürülməsi, habelə İddiaçı2, Süleyman Allahquliyev və İbrahim Ağayevin iddia tələblərinin rədd olunması qət edilmişdir. X6 apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, İddiaçı1 iddiasının rədd, öz iddiasının təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. X15 apellyasiya şikayəti verərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, İddiaçı1 iddiasının rədd, öz iddiasının təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Qətnamədən İddiaçı2 apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, İddiaçı1 iddiasının rədd, öz iddiasının təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 14 aprel 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayətləri qismən təmin edilərək, iş üzrə Abşeron Rayon Məhkəməsinin 06 noyabr 2020-ci il tarixli qətnaməsi qismən- İddiaçı2, Süleyman Allahquliyev və İbrahim Ağayevin iddia tələblərinə aid hissələrdə ləğv edilməsi və həmin hissələrdə iş üzrə icraata işə ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə xitam verilmiş, qalan mübahisələndirilən hissələrdə qətnamənin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 21 iyun 2022-ci il tarixli, 2(102)-2816/22 nömrəli qərarı ilə cavabdeh X14, üçüncü şəxslər X4 və İddiaçı2 ayrıayrılıqda verdikləri kassasiya şikayətləri təmin edilmiş, iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 14 aprel 2021-ci il tarixli, 2(105)-1112/2021 saylı qətnaməsi və həmin Məhkəmənin 14 aprel 2021-ci il tarixli, 2(105)-1112/2021 saylı qərardadı ləğv edilərək mülki iş yenidən baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə qaytarılmışdır. İŞİNHALLARİ İddiaçı1 cavabdeh X11 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ********** qeydiyyat nömrəli,xx.xx.2019-cu il tarixli çıxarış əsasında ona məxsus olan Abşeron rayonu,Novxanı kəndində 0,8 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin cavabdeh X10 hesabına boşaldılması və onun həmin fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı1 adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il tarixli çıxarışın etibarsız hesab olunması və əmlaka dair reyestr qeydiyyat məlumatlarının əvvəlki vəziyyətdə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Müstəqil tələblər irəli sürən üçüncü şəxs X4 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı1 adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il tarixli çıxarışın ləğv edilməsi və əmlaka dair reyestr qeydiyyat məlumatlarının əvvəlki vəziyyətə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Müstəqil tələb irəli sürən üçüncü şəxs X14 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən İddiaçı1 adına verilmiş ********** qeydiyyat nömrəli,xx.xx.2019-cu il tarixli çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı1 iddia tələbini onunla əsaslandırılmışdır ki, o, 2016-cı il tarixdə özünə məxsus olan evi satışa çıxarmış, tanışı ona Ağayev İbrahim adlı şəxsin iş adamı olduğunu və ona pul lazım olduğunu bildirmişdir. Ağayev İbrahim ona özünə məxsus torpaq sahəsində pendir sexinin olduğunu və ona maliyyə vəsaiti verdiyi təqdirdə onun oğlunu pendir sexinə texnoloq olaraq işə götürəcəyini və ona də şəhərdə idarə etməyi üçün ofis açacağına dair vəd vermişdir. O bu vədə inanaraq Ağayev İbrahimə 41 000 ABŞ dolları məbləğində pulu notarial borc müqaviləsi ilə vermiş, lakin X14 ona verdiyi vədləri tutmamış, İbrahimə ödədiyi pulu da qərəzli olaraq qaytarmamışdır. Ona görə də pul tələbi ilə bağlı Yasamal Rayon məhkəməsinə müraciət etmiş, Yasamal Rayon Məhkəməsinin 2(004)-304/2018 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmiş, qətnamə icraya yönəlmiş, icra vərəqəsi Cavabdeh1nə getdikdən sonra “İcra haqqında” qanunun 53-cü maddəsinə əsasən, icra məmuru X10 adına olan Abşeron rayonu Novxanı kəndi ərazisində yerləşən fərdi yaşayış evi iddiaçının adına rəsmiləşdirilərək borcun əvəzləşdirilməsi təklif olunmuş, bu təklifi qəbul etmiş və 2019-cu il tarixdə, sözügedən daşımaz əmlak çıxarışla adına rəsmiləşdirilmişdir. Lakin hal-hazıradək fərdi yaşayış evi X10 faktiki istifadəsindədir. İddiaçı bu halın onun mülkiyyət hüququnu pozması əsası ilə qeyd olunan tələblə məhkəməyə müraciət etmişdir. İddiaçı2 iddia tələbini onunla əsaslandırılmışdır ki, o, İbrahim Ağayevlə xx.xx.1987-ci il tarixdə rəsmi nikaha daxil olmuş, AZ-İ 297747 nömrəli nikahın pozulması haqqında şəhadətnamədən göründüyü kimi, aralarında bağlanmış nikah ləğv edilmiş və bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 28 avqust 2018-ci il tarixdə 398 nömrəli ilə qeyd edilmişdir. Bundan başqa, birgə nikahda olduqları dövrdə X10 adına formal olaraq qeydiyyata alınmaqla, həqiqətdə isə bilavasitə İddiaçı2 atasından miras qalmış əmlakın satılması nəticəsində əldə olunan pul vəsaiti hesabına Abşeron rayonu Novxanı kəndində 0.08 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi əldə olunmuş, evə dair Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2015-ci il tarixdə verilmiş RX Seriyalı ******* saylı çıxarış isə cavabdehin adına tərtib olunmuşdur. İddiaçı2 Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş RX seriyalı ******* nömrəli Çıxarış əsasında ********** nömrə altında xüsusi mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 9 nömrəli vərəqində qeydiyyata alınmış Abşeron rayonu Novxanı kəndində 0,08 ha torpaq sahəsində yerləşən 98,2 kv.m ümumi, 50,0 kv.m yaşayış sahəsindən ibarət 1 otaqlı fərdi yaşayış evinə İddiaçı2 tam pay üzrə mülkiyyət hüququnun müəyyən edilməsi və Zərifə Əmirulla qızının həmin fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir, həmin məhkəmə icraatı zamanı iddiaçıya məlum olmuşdur ki, mübahisə predmeti olan əmlak iddiaçının məlumatı olmadan tamamilə qanunsuz və əsassız şəkildə cavabdeh İddiaçı1 adına rəsmiləşdirilmişdir. Məlum olmuşdur ki, İddiaçı1 tələbkar statusunda çıxış etdiyi 2(004)-304/2018 nömrəli icra vərəqəsi üzrə icra işində icra məmuru Ramin Muradov xx.xx.2018-ci il tarixli İbrahim Ağayevə məxsus əmlakı 51.000 manat dəyərində borc əvəzi olaraq İddiaçı1 təklif edilmiş və İddiaçı1 eyni tarixli ərizə ilə təklifi qəbul etdiyini bildirmişdir. Bundan sonra isə təbii ki, qətnamədən yuxarı instansiya məhkəmələrinə şikayətlər verildiyindən icra sənədi üzrə icra məmuru hər hansı bir hərəkət edə bilməmiş, nəticədə isə xx.xx.2019-cu il tarixli məktubla DƏDRX-nin 4 saylı Abşeron Ərazi idarəsinə müraciət edib adıçəkilən Daşınmaz Əmlakın İddiaçı1 adına rəsmiləşdirilməsi tamamilə qanunsuz şəkildə xahiş etmişdir. Bunun davamı olaraq mübahisəli əmlak iddiaçı Zərifə ilə birgə nikah dövründə əldə olunmuş əmlak hesab olunsa da, cavabdeh İddiaçı1 adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 4 saylı Abşeron Rayon Ərazi İdarəsindən ********** qeydiyyat nömrəsi ilə xx.xx.2019-cu il tarixli çıxarış verilmişdir. Göstərilənlərə əsasən iddia təmin olunmalıdır. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X1 iddiası onunla əsaslandırılmışdır ki, onunla X14 arasında bağlanmış 05 iyul 2017-ci il tarixli Beh müqaviləsinə əsasən Abşeron rayonu Novxanı kəndi ərazisində yerləşən, DƏDRX tərəfindən verilmiş ******* saylı Çıxarış əsasında, cavabdehə məxsus 0,08 ha torpaq sahəsi üzərindəki fərdi yaşayış evi ilə birlikdə və həmin torpaq sahəsinin ətrafında olmaqla bələdiyyəyə məxsus və cavabdeh tərəfindən əldə olunaraq satılmalı olan 0,12 ha torpaq sahəsinin satışı ilə bağlı onun tərəfindən 60000 manat məbləğində vəsait beh şəklində X11 verilmişdir. Bundan başqa müqavilənin tərəflər arasında razılaşdırılmış şərtlərinə görə evin və torpaq sahəsinin alqı-satqısı tarixi kimi xx.xx.2018-ci il müəyyən olunmuş, lakin həmin tarixədək 0.08 ha torpaq sahəsini ətrafında yerləşən 0,12 ha torpaq sahəsini özəlləşdirə bilməmiş, həmçinin 0,08 ha torpaq sahəsi üzərində yerləşən və müqavilə öhdəlikləri icra ediləcəyi tarixədək iddiaçının istifadəsinə verilən daşınmaz əmlakla bağlı problemlərin yarandığı bildirmişdir. Bu səbəbdən tərəflər arasında əldə olunmuş şifahi razılıq əsasında beh müqaviləsi üzrə cavabdehin üzərində olan öhdəliklərin icrası ilə bağlı bir qədər müddət də verilmiş və torpaq sahələrinin alqı-satqıya hazır olması müddətinədək **********59-10301 reyestr nömrəli, ********* qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən tam mülkiyyət üzrə cavabdehin mülkiyyətində olan 98,2 kv.m, 0,08 ha torpaq sahəsi S.Z.Allahquliyevin təsisçisi olduğu "xxxx" MMC şirkəti ilə İ.A.Ağayev arasında notarial qaydada bağlanmış xx.xx.2018-ci il tarixli, 3M-14 reyestr nömrəli icarə müqaviləsi əsasında faktiki olaraq S.Z.Allahquliyevin uzunmüddətli istifadəsinə verilmişdir. Bu səbəbdən X4 iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək cavabdeh X14 ilə aralarında bağlanmış xx.xx.2017-ci il tarixli beh müqaviləsi ilə təmin edilmiş öhdəliyə xitam verilməsi, X14 müqavilənin icra edilməməsi məsuliyyət daşıdığından xx.xx.2017-ci il tarixli beh müqaviləsi üzrə iddiaçı S.Z.Allaquliyev tərəfindən cavabdeh X11 ödənilmiş 60.000 (altmış min) manat behin iki misli təşkil edən 120 000 (bir yüz iyirmi min) manat məbləğində vəsaitin X8 tutularaq iddiaçı X2 ödənilməsi və maddi ziyan qismində 1.000.000 (bir milyon) manat məbləğində vəsaitin X8 tutularaq X2 ödənilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Son nəticədə iddia təmin edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 27 iyul 2018-ci il tarixli, 2(004)-6610/2018 saylı qərardadı ilə iddiaçı X1 cavabdeh X11 qarşı mülki iş üzrə iddianın təmin tədbiri qismində RX seriyalı ******* saylı çıxarışa əsasən X10 mülkiyətində olan Abşeron rayonu, Novxanı kəndində yerləşən fərdi yaşayış evinin üzərinə həbs qoyulmuşdur. İddiaçı1 adıçəkilən qərardaddan şikayət vermiş, lakin Bakı Apellyasiya Məhkəməsinin 2(103)-9846/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qərardadı ilə onun şikayəti təmin edilməyərək əmlak üzərində həbs qüvvədə saxlanılmışdır. Yuxarıda sadalanan faktlardan göründüyü kimi, RX seriyalı ******* nömrəli çıxarış əsasında X10 mülkiyyətində olan Abşeron rayonu, Novxanı kəndində 0,08 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin üzərində Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin iki birbirinə aidiyyəti olmayan ayrı-ayrı qərardadı əsasında həbs qoyulmuş, bu həbslərin mövcudluğundan bütün tərəflər, xüsusən də İddiaçı1 və icra məmuru Ramin Muradov məlumatlı olmuşlar. Qeyd olunan əmlak üzərində həbslərin mövcudluğu İddiaçı1 xeyrinə çıxmış məhkəmə qərarının icrası ilə bağlı pul tələbinin əmlaka yönəldilməsinin qarşısını faktiki olaraq almışdır. Bu əngəl sonradan sünu formada aradan qaldırılmış, belə ki, hər iki məhkəmə qərarı əsasında əmlak üzərində olan həbs DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinin elektron sistemində qeydiyyatdan keçmiş, cavabdeh isə məhkəmə qərarlarından biri olan xx.xx.2017-ci il tarixli, 2(004)-6563/2017 nömrəli məhkəmə qərardadı ilə qoyulmuş həbsi xx.xx.2019-cu il tarixli, 2(004)-304/2018 nömrəli qərardadla götürtməklə digər məhkəmə qərardadı, yəni xx.xx.2018-ci il tarixli 2(004)-6610/2018 nömrəli qərardadı da elektron sistemdən sildirmişlər, nəticədə isə adıçəkilən əmlak tamamilə qanunsuz şəkildə ********** qeydiyyat nömrəsi ilə xx.xx.2019-cu il tarixdə İddiaçı1 mülkiyyətinə keçmişdir. Göstərilənlərə əsasən iddia təmin olunmalıdır. X14 iddianı onunla əsaslandırmışdır ki, o, X12 ilə xx.xx.1987-ci il tarixdə nikaha daxil olmuşlar. Sonradan aralarında bağlanmış nikah xx.xx.2018-ci il tarixdə pozulmuş, AZ-İ 297747 nömrəli nikahın pozulması haqqında şəhadətnamə verilmişdir. Tərəflər birgə nikah dövründə İddiaçı2 atasından miras qalmış əmlakın satılması nəticəsində əldə olunan pul vəsaiti hesabına Abşeron rayonu Novxanı kəndində 0.08 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi almışlar və əmlak ailə başçısı İbrahim Ağayevin adına qeydiyyata alınmışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2015-ci il tarixdə çıxarış verilmişdir. İş üzrə cavabdeh İddiaçı1 ilə İbrahim Ağayev arasında borc münasibəti yaranmış, İddiaçı1 ona qarşı 40.000 ABŞ dolları məbləğində pul tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmənin xx.xx.2017-ci il tarixli, 2(004)-6563/2017 nömrəli məhkəmə qərardadı ilə iddianın təmin tədbiri olaraq X10 adına rəsmiləşdirilmiş Abşeron rayonu Novxanı kəndində 0,08 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin üzərinə həbs qoyulmuş və daha sonra 2(004)-304/2018 nömrəli xx.xx.2018-ci il tarixli Qətnamə ilə borcun tutulması barədə iddia tələbi təmin edilmişdir. Qeyd olunan qətnamənin icrası zamanı Yasamal Rayon İcra Şöbəsi tərəfindən İbrahim Ağayevin heç bir məlumatı olmadan əmlakın qiymətləndirilməsi həyata keçirilmiş, əmlaka 51000 manat qiymət qoyulmuşdur. Daha sonra xx.xx.2018-ci il tarixli məktubla İbrahim Ağayevin adına olan əmlak 51.000 manat dəyərində borc əvəzi olaraq İddiaçı1 təklif edilmişdir. İcra sənədi üzrə tələbkar eyni tarixli ərizə ilə təklifi qəbul etdiyini bildirmişdir. Yasamal rayon İcra Şöbəsi xx.xx.2019-cu il tarixli məktubla Reyestr Xidmətinin Abşeron Ərazi İdarəsinə müraciət edib daşınmaz əmlakın İddiaçı1 adına rəsmiləşdirilməsini xahiş etmişdir. Nəticədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş ********** qeydiyyat nömrəli xx.xx.2019-cu il tarixli çıxarışla mülkiyyət hüquqları qanunsuz olaraq qeydiyyata alınmışdır. Yuxarıda sadalanan faktlardan göründüyü kimi, RX seriyalı ******* nömrəli çıxarış əsasında X10 mülkiyyətində olan Abşeron rayonu Novxanı kəndində 0,08 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi birgə nikah dövründə əldə olunmuş əmlak, yəni ümumi mülkiyyətdə olsa da, həmin əmlak üzərində borclu İbrahim Ağayevin payının olubolmamasını araşdırmadan mübahisəli əmlakın İddiaçı1 adına özgəninkiləşdirilməsinə nail olmuşlar. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin iş üzrə xx.xx.2020-ci il tarixli qərardadı ilə qeyd olunan tələblər üzrə ayrı-ayrı mülki işlər bir icraatda birləşdirilmiş və mülki işə eyni nömrə altında baxılmış, iş üzrə yuxarıda qeyd olunan məhkəmə aktı qəbul edilmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ X6, İbrahim Ağayev və İddiaçı2 tərəfindən ayrı-ayrılıqda verilən apellyasiya şikayətləri onlarının hər birinin iddia ərizələri ilə analoji məzmun daşımış və hər üç apellyasiya şikayətində iş üzrə İddiaçı1 iddiasının rədd edilməsi, ayrı-ayrılıqda onlarının iddia tələblərinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya baxışı zamanı İddiaçı2 və müstəqil tələblər irəli sürən üçüncü şəxs X1 nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinin dəlillərini müdafiə etdi, əlavə olaraq bildirdi ki, şikayətdə qeyd olunan bütün dəlillər üzrə sübutlar iş materiallarında mövcuddur. Mübahisə predmetini təşkil edən əmlakın İddiaçı1 adına özəlləşdirilməsi zamanı mövcud qanunvericiliyin tələbləri pozulmuş, habelə daha öncə qeyd olunduğu kimi, mübahisəli əmlakın İddiaçı1 adına özəlləşdirilməsi üçün qanuni əngəl (əmlak üzərində həbs) məqsədli şəkildə sistemdən silinmiş və bundan sonra əmlak üzərində sonuncunun mülkiyyət hüququ qeydə alınmışdır. Hətta bu hal da belə həmin əmlakın İddiaçı2 ilə İbrahim Ağayevin birgə nikah dövründə əldə etdikləri əmlak olub-olmaması yoxlanılmamışdır. Halbuki, mübahisəli əmlak Zərifə Ağayevinin mərhum atasından miras qalmış əmlakın satışından əldə edilən vəsait hesabına əldə edilmişdir ki, bu halı İbrahim Ağayev özü də təstiq edir. Qeyd olunan əsasında şikayətin təmin edilməsini xahiş etdi. Apellyasiya baxışı zamanı cavabdeh və müstəqil tələblər irəli sürən üçüncü şəxs X10 nümayəndəsi və vəkili Vəkil3 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək əlavə etdi ki, mübahisə predmetini təşkil edən əmlakın İddiaçı1 adına özəlləşdirilməsi zamanı mövcud qanunvericiliyin tələbləri pozulmuş, həmin əmlakın İddiaçı2 ilə İbrahim Ağayevin birgə nikah dövründə əldə etdikləri əmlak olub-olmaması yoxlanılmamışdır. Reallıqda isə həmin əmlak İddiaçı2 atasından miras qalmış əmlakın satışından əldə edilmiş gəlir hesabına əldə edilmişdir. Bu hallara məhkəmə lazımi qiymət verməmişdir. Qeyd olunan əsasında şikayətin təmin edilməsini xahiş etdi. Apellyasiya baxışı zamanı İddiaçı1, onun vəkili və nümayəndəsi Vəkil4 apellyasiya şikayətlərinə etiraz edərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. İddiaçı əlavə olaraq bildirdi ki, apellyasiya şikayətlərində qeyd olunanlar tamamilə uydurmadır. İddiaçının nümayəndəsi və vəkili Vəkil4 əlavə olaraq bildirdi ki, apellyasiya şikayətləri habelə apellyasiya şikayətləri verən şəxslərin iddia ərizələri məhz İddiaçı1 iddia tələbinə qarşı yönəlmiş və heç bir əsası olmayan tələblərdir. İş üzrə tərəflər İddiaçı2 və İbrahim Ağayev arasında nikahın pozulması formal xarakter daşıyır. İş materiallarından aydın olur ki, İddiaçı2 xx.xx.2013-cü ildə Bakı şəhəri 42 saylı notariat kontorunda İbrahim Ağayevə harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq bütün əmlakına dair 25 il müddətinə baş etibarnamə vermişdir. Həmin etibarnamə hazırda da qüvvədədir. 2018-ci ilin noyabr ayının 5-də Naxçıvan şəhəri 2 saylı notariat kontorunda İbrahim Ağayev artıq boşanmış olduğu İddiaçı2 5 il müddətinə baş etibarnamə vermiş va etibarnamə hazırda da qüvvədədir. xx.xx.2019-cu ildə İddiaçı2 3 saylı Bakı ASAN Xidmət mərkəzindəki notariat ofisində boşanmış olduğu keçmiş əri İbrahim Ağayevə 10 il müddətinə baş etibarnamə vermiş və həmin etibarnamə də hazırda qüvvədədir. Belə olan halda həmin şəxslər arasında ailə münasibətlərinin faktiki bitməsi, mübahisəli əmlakın İddiaçı1 məhkəmə qətnaməsi əsasında İbrahim Ağayevdən tutulmalı olan borcun əvəzləşdirilməsi barədə sonuncunun razılığından xəbərdar olmaması və sair kimi halları inandırıcı deyil. Dəfələrlə məhkəmə iclası təxirə salınsa da, sonuncular şəxsən məhkəmə iclaslarında iştirak etməkdən yayınmışlar. Bütün bunlar apellyasiya şikayətlərinin qətnamənin qanuni qüvvəsini almağına süni əngəl yaratmaq xarakteri daşıyır. İş üzrə Ali Məhkəmənin göstərişləri bəllidir. Ali Məhkəmə aiddiyat məsələsinə yekun mövqe bildirmişdir. Göstərilənlər əsasında apellyasiya şikayətlərinin rədd edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə kollegiyası işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İş materiallarında olan 05 aprel 2014-cü il tarixli alqı-satqı müqaviləsindən görünür ki, X3 rayonu, Novxanı kəndində 0,8 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evini “M.E.S” firmasından 30000 manat ödəməklə almışdır. Yenə işdə olan ********** qeydiyyat nömrəli, xx.xx.2015-ci il qeydiyyat tarixli çıxarışdan görünür ki, Abşeron rayonu, Novxanı kəndində 0,8 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi X10 xüsusi mülkiyyətindədir. İş materiallarında olan Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin 14 mart 2018-ci il tarixli qətnaməsindən görünür ki, Təranə X7rşı pul tələbinə dair iddiası təmin edilərək, İbrahim Ağayevdən ödəniş günü milli manata məzənnədə 40.000 ABŞ dollarının tutulub İddiaçı1 verilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini almış və icraya yönəlmişdir. 01 iyun 2018-ci il tarixdə icra məmurunun qərarı ilə icra sənədi üzrə icraata başlanılıb və borclu İbrahim Ağayevə icra sənədini 10 gün müddətində könüllü icra etməsi üçün vaxt verilmişdir. Yenə iş materiallarında olan "xxxx" MMC-nin 24 iyul 2018-ci il tarixli qiymətləndirmə rəyinə əsasən, sözügedən fərdi yaşayış evinə 51.000 manat qiymət qoyulmuşdur. Yenə işdə olan 26 iyul 2018-ci il tarixli məktubdan görünür ki, icra məmuru tələbkar İddiaçı1 müraciət edərək, “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 53-cü maddəsinə əsasən, qeyd olunan fərdi yaşayış evini 51.000 manat dəyərində borc əvəzinə tələbkar İddiaçı1 təklif edib və həmin təklifə münasibət bildirməsini xahiş etmişdir. Mülki işə əlavə edilmiş 26 iyul 2018-ci il tarixli ərizədən görünür ki, tələbkar İddiaçı1 ərizə ilə icra məmuruna müraciət edərək, təkliflə razılaşdığını və borclu İbrahim Ağayevin ona olan 40.000 ABŞ dolları borcundan 51.000 manat (bu günə olan 1.70 manat məzənnəsi ilə) 30.000 ABŞ dolları borc əvəzinə silinməsinə etiraz etmədiyini göstərib və sözügedən fərdi yaşayış evinin onun adına rəsmiləşdirilməsini xahiş etmişdir. Bundan sonra 03 may 2019-cu il tarixdə icra məmuru məktubla Reyestr Xidmətinə müraciət edərək, göstərilənlərin nəzərə alınaraq, sözügedən fərdi yaşayış evinin “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 53.1-ci maddəsinə əsasən, borclu İbrahim Ağayevin mülkiyyətində olan həmin evin tələbkar İddiaçı1 adına rəsmiləşdirilməsini xahiş etmişdir. Yenə iş materiallarına əlavə edilmiş İbrahim Ağayev tərəfindən Cavabdeh1 rəisinə ünvanlanan xx.xx.2019-cu il tarixli izahatdan aydın olur ki, sonuncu icra sənədi üzrə tələbin ödənilməsinin təmin edilməsi məqsədi ilə mülkiyyətində olan Abşeron rayonu, Novxanı kəndində 0,8 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin İddiaçı1 mülkiyyətinə verilməsinə etiraz etmədiyini bildirmiş, qalan borcun isə pensiyasına yönəldilməsini xahiş etmişdir. İş materiallarında olan ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il qeydiyyat tarixli çıxarışdan görünür ki, Abşeron rayonu,Novxanı kəndində 0,8 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi İddiaçı1 xüsusi mülkiyyətindədir. Yenə iş materiallarında olan xx.xx.2013-cü il tarixli etibarnamədən görünür ki, İddiaçı2 Əmrulla qızı həmin etibarnamə ilə harada yerləşməsindən asılı olmayaraq bütün əmlakını idarə etməyi, onun üzərində sərəncam verməyi habelə etibarnamədə qeyd olunan səlahiyyətləri və həmin səlahiyyətlərin həyata keçirilməsi ilə əlaqədar digər hərəkətləri etməyi İbrahim Ağayevə etibar etmişdir. Həmin etibarnamə hazırda qüvvədədir. Yenə də iş materiallarında olan xx.xx.2019-cu il tarixli etibarnamədən görünür ki, İddiaçı2 Əmrulla qızı həmin etibarnamə ilə harada yerləşməsindən asılı olmayaraq bütün əmlakını idarə etməyi, onun üzərində sərəncam verməyi habelə etibarnamədə qeyd olunan səlahiyyətləri və həmin səlahiyyətlərin həyata keçirilməsi ilə əlaqədar digər hərəkətləri etməyi İbrahim Ağayevə etibar etmişdir. Həmin etibarnamə hazırda qüvvədədir. İşə əlavə edilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2008-ci il qeydiyyat tarixli çıxarışdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, X.Q.Mustafayev küçəsi, 0.01858 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi İddiaçı2 xüsusi mülkiyyətindədir. MƏHKƏMƏNİNMÖVQEYİ Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Yenə həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, apellyasiya şikayətinin dəlillərini və iş üzrə Ali Məhkəmənin göstərişlərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayətləri təmin edilməli, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək İddiaçı1 cavabdeh X11 qarşı evin cavabdehin hesabına boşaldılaraq təhvil verilməsi və evə köçürülmə tələbinə dair iddiası təmin olunmamalı, İddiaçı2, X1 və X10 iddia tələbi isə təmin olunmalıdır. Yaranmış mübahisə ilə əlaqədar məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Əvvəla, qeyd olunmalıdır ki, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvinə yönəlmiş hər üç apellyasiya şikayəti və şikayət verən həmin şəxslərin iddia tələblərinin əsas dəlillərindən biri ondan ibarətdir ki, qanunvericilikdə icra məmurunun məktubu əsasında daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı nəzərdə tutulmamışdır. Belə ki, anoloji hal üçün Mülki Məcəllənin 139-1.1 və 139-1.1.2-ci maddələrinin tələblərinə əsasən, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün qanunla müyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol əsas hesab olunur. Həmin maddədə sadalanan qeydiyyat üçün digər əsasların hazırki halla heç bir bağlılığı və uyğunluğu yoxdur. “Daşınmaz Əmlakın Dövlət Reyestri” haqqında Azərbaycan Respublikası Qanununun 8.0 maddəsi də daha öncə istinad olunan maddi hüquq norması ilə eyni məzmun daşıyır. Bu Qanunun 8.0 və 8.0.2-ci maddələrinə əsasən, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol əsas hesab olunur. “İcra haqqında” Qanunun 50.1-ci maddəsinə əsasən, icraata başlamaq haqqında qərar borcluya təqdim olunduğu gündən ən geci 1 ay müddətində, təxirəsalınmaz hallarda isə qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyulur. Həmin Məcəllənin 50.4 və 50.4.1-ci maddələrinin tələblərinə görə, borclunun əmlakı üzərinə, tələbkara verilməsi və ya satılması nəzərdə tutulan əmlakın mühafizəsini təmin etmək üçün və sair hallarda həbs qoyulur. Həmin Qanunun 53.1-ci maddəsinə görə, üzərinə həbs qoyulmuş əmlak, qanunla dövriyyədən çıxarılmış və ya dövriyyəsi məhdudlaşdırılmış əmlak istisna olmaqla, həbsin səbəblərindən, əmlakın növündən və mənsubiyyətindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunverciliyi ilə başqa hal nəzərdə tutulmamışdırsa, tələbkara təklif olunur. Tələbkar imtina etdikdə həmin əmlak tələbkarın imtina etdiyi gündən üç ay müddətində satılmalıdır. Apellyatorların digər dəlili ondan ibarətdir ki, İbrahim Ağayevin öhdəlikləri üzrə ödəmə yalnız onun şəxsi əmlakına və ər-arvadın ümumi əmlakı bölünərkən həmin əmlakdan ona çata biləcək paya yönəldilə bilərdi. Hazırki halda mübahisəli əmlak ər-arvad olmuş X17 Ağayevanın birgə mülkiyyəti olmuşdur və İbrahim Ağayevin öhdəliyi üzrə ödəmə İddiaçı2 mübahisəli əmlakdakı payına yönəldilə bilməzdi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Həmin Məcəllənin 225.5-ci maddəsinin tələblərinə görə isə ərin (arvadın) öhdəlikləri üzrə tutma onun mülkiyyətində olan əmlaka, habelə onun ərlə arvadın ümumi əmlakındakı payına bu şərtlə yönəldilə bilər ki, nikah kontraktında ayrı qayda nəzərdə tutulmuş olmasın. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin Məcəllənin 32.2-ci maddəsinin tələblərinə görə ər-arvadın ümumi birgə mülkiyyətinə: onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s. maddə 32.2.1) və ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və ya sair kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Ailə Məcəlləsinin 32.3-cü maddəsinə görə isə nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzrlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. Yenə Ailə Məcəlləsinin 36.1 və 36.3-cü maddəsinə əsasən ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra həyata keçirilir. Mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. Həmin Məcəllənin 37.1-ci maddəsinə əsasən ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Yenə həmin Məcəllənin 37.3-cü maddəsinə görə, ümumi əmlak bölünərkən ərarvadın ümumi borcları onun payına uyğun olaraq müəyyən edilir. Qeyd edilən Məcəllənin 41.1-ci maddəsində göstərilir ki, ər-arvaddan birinin öhdəlikləri üzrə ödəmə yalnız onun şəxsi əmlakına və ər-arvadın ümumi əmlakı bölünərkən həmin əmlakdan ona çata biləcək paya yönəldilə bilər. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə, ər-arvadın ümumi öhdəlikləri üzrə, habelə ər-arvaddan birinin öhdəlikləri üzrə alınmış vəsaitin ailə ehtiyacları üçün istifadə olunduğu məhkəmə tərəfindən müəyyən edildikdə, həmin ərin (arvadın) öhdəlikləri üzrə ödəmə onların ümumi əmlakına yönəldilir. Bu əmlak kifayət olmadıqda, həmin öhdəliklər üzrə ərarvad onların hər birinin əmlakı ilə birgə məsuliyyət daşıyırlar. İstinad olunan maddi hüquq normalarının ümumi məzmunundan göründüyü kimi ərarvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Qanunverici ər-arvaddan birinin öhdəlikləri üzrə ödəmənin onların ümumi əmlaklarına yönəlməsinin müstəsna hallarını istisna etməsə də, əsasən tələb onların yalnız şəxsi əmlakına və ər-arvadın ümumi əmlakı bölünərkən həmin əmlakdan ona çata biləcək paya yönəldilə bilər. İşdən aydın olur ki, 08 iyun 1987- ci il tarixdə İddiaçı2 rəsmi nikah əsasında İbrahim Ağayevlə ailə həyatı qurmuşdur. Mübahisəli fərdi yaşayış evinə dair İbrahim Ağayevin mülkiyyət hüququ 05 yanvar 2015-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınıb. Tərəflər arasında bağlanmış nikah 28 avqust 2018-ci il tarixdə ləğv edilmişdir. Hazırkı iş üzrə İddiaçı2 iddia ərizəsində sözügedən fərdi yaşayış evini İbrahim Ağayevlə birgə nikahları dövründə ümumi gəlirləri hesabına əldə etdiyini iddia edir. Həmçinin işdən aydın olduğu kimi, həmin əmlak üzərində payların müəyyən edilməsi və fərdi yaşayış evinə köçürülmə barədə o məhkəmədə iddia qaldırmışdır.Onların mübahisəli əmlakda payları hələlik bölünməsə də bərabər hesab olunur. Başqa sözlə, hazırki halda İbrahim Ağayevin öhdəlikləri üçün tələb onun mübahisəli əmlakdakı payına yönəldilə bilərdi. Beləliklə, qeyd olunduğu kimi icra məmuru tərəfindən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrası qaydasında sözügedən fərdi yaşayış evi tələbkar İddiaçı1 təklif olunsa da, icra məmurunun müraciəti əsasında sonuncunun həmin ev üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatı qanunda nəzərdə tutulmamışdır. Belə olan halda, icra məmurunun sözügedən məktubu mübahisəli fərdi yaşayış evi üzərində İddiaçı1 mülkiyyət hüququnun dövlət qeydiyyatı üçün əsas hesab oluna bilməzdi. Eləcə də, onun İbrahim Ağayevin öhdəlikləri üçün pul tələbi onun mübahisəli əmlakdakı payına yönəldilə bilərdi. AR Mülki Məcəlləsinin 149.2-ci maddəsinə əsasən əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. Maddənin mənasına görə, vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları o, vaxt saxlanılır ki, qeydiyyatın aparılması qanuni əsaslara söykənmiş olsun. Hazırki halda isə icra məmurunun sözügedən məktubu İddiaçı1 fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun əmələ gəlməsi üçün əsas ola bilməzdi. Bütün hallarda məhkəmə kollegiyası hesab edir ki, mübahisəli fərdi yaşayış evi üzərində İddiaçı1 mülkiyyət hüququ qanuni əsaslarla yaranmadığından, həmin əmlak üzərində onun mülkiyyət hüququnun qeydiyyatı etibarsız sayılaraq ləğv edilməlidir. Belə olan halda onun hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək hüququ aradan qalxdığından, bu formada iddia tələbi təmin edilə bilməz. Məhkəmə kollegiyası onu da qeyd edir ki, Abşeron rayonu, Novxanı kəndində 0,8 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin İddiaçı1 xüsusi mülkiyyətində olmasına dair ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il qeydiyyat tarixli çıxarışın etibarsız sayılaraq ləğv edilməsi, Təranə X5 olan borcu üzrə yaranmış öhdəliyinin təmin edilməsi üçün tələbin onun həmin əmlakda olan payına yönəldilməsini istisna etmir. Apellyasiya kollegiyası hesab edir ki, hazırkı halda hər üç apellyasiya şikayətinin tələbi dolayısıyla eyni məqsədə, yəni İddiaçı1 adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il tarixli çıxarışın etibarsız hesab olunaraq ləğv edilməsi, əmlaka dair reyestr qeydiyyat məlumatlarının əvvəlki vəziyyətdə qaytarılmasına xidmət etdiyindən və həmin tələblər eyi məzmunlu dəlillərə söykəndiyindən hər bir şikayətə ayrıca qiymət verməyə zərurət yoxdur. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırkı halda məhkəmə kollegiyası hesab edir ki, İddiaçı1 öz iddiasının əsasını təşkil edən halları sübut edə bilməmiş, bunun əksinə, İddiaçı2 müstəqil tələblər irəli sürən üçüncü şəxslər X4 və X14 apellyasiya şikayətlərinə dair istinad etdikləri halları sübut edə bilmişlər. Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1-385.1.4-cü maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsaslar hesab edilir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsi işin bütün faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmamış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi hüquq normalarını səhv təfsir etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə görə məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətləri təmin edilməli, birinci instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, İddiaçı1 cavabdeh X11 qarşı evin cavabdehin hesabına boşaldılaraq təhvil verilməsi və evə köçürülmə tələbinə dair iddiası təmin olunmamalı, İddiaçı2 cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə, İddiaçı1 və Bakı şəhəri Cavabdeh1 qarşı (üçüncü şəxs X14) çıxarışın etibarsız hesab edilməsi və əmlaka dair reyestr qeydiyyat məlumatlarının əvvəlki vəziyyətə qaytarılması, X1 İddiaçı1 və digərlərinə qarşı çıxarışın ləğv edilməsi və əmlaka dair reyestr qeydiyyat məlumatlarının əvvəlki vəziyyətə qaytarılması, müstəqil tələb irəli sürən üçüncü şəxs X10 cavabdehlər İddiaçı1, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-in 4 saylı Abşeron Ərazi İdarəsinə və Bakı şəhəri Cavabdeh1nə (3-cü şəxs Ağayeva (Məcidova) Zərifə Əmirulla qızına) qarşı çıxarışın ləğv edilməsi tələbi isə təmin olunmalıdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən apellyasiya və kassasiya şikayətlərinin verilməsi üçün ödənilmiş 20 manat dövlət rüsumu İddiaçı1 tutularaq İddiaçı2, 20 manat məbləğində dövlət rüsumu İddiaçı1 tutularaq X11, yenə 20 manat mələğində dövlət rüsumu İddiaçı1 tutularaq X2 ödənilməlidir. İddiaçı1 ödədiyi dövlət rüsumu isə onun özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Q Ə T E T D İ: Apellyasiya şikayətləri təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 06 noyabr 2020-ci il tarixli, 2(012)-3477/2020 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı1 cavabdeh X11 qarşı evin cavabdehin hesabına boşaldılaraq təhvil verilməsi və evə köçürülmə tələbinə dair iddiası təmin olunmasın. İddiaçı2 cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə, İddiaçı1 və Bakı şəhəri Cavabdeh1nə qarşı (üçüncü şəxs X14) çıxarışın etibarsız hesab edilməsi və əmlaka dair reyestr qeydiyyat məlumatlarının əvvəlki vəziyyətə qaytarılması, X1 İddiaçı1 və digərlərinə qarşı çıxarışın ləğv edilməsi və əmlaka dair reyestr qeydiyyat məlumatlarının əvvəlki vəziyyətə qaytarılması, müstəqil tələb irəli sürən üçüncü şəxs X10 cavabdehlər İddiaçı1, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-in 4 saylı Abşeron Ərazi İdarəsinə və Bakı şəhəri Cavabdeh1nə (3-cü şəxs Ağayeva (Məcidova) Zərifə Əmirulla qızına) qarşı çıxarışın ləğv edilməsi tələbləri təmin edilsin. İddiaçı1 adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən Abşeron rayonu Novxanı kəndində 0,08 ha torpaq sahəsində yerləşən 98,2 kv.m ümumi, 50,0 kv.m yaşayış sahəsindən ibarət 1 otaqlı fərdi yaşayış evinə verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il tarixli çıxarış etibarsız hesab olunaraq ləğv edilsin və əmlaka dair reyestr qeydiyyat məlumatları əvvəlki vəziyyətə qaytarılsın. İddiaçı1 tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilsin. Apellyasiya və kassasiya şikayətlərinin verilməsi üçün ödənilmiş cəmi 20 manat dövlət rüsumu İddiaçı1 tutularaq İddiaçı2, cəmi 20 manat məbləğində dövlət rüsumu İddiaçı1 tutularaq X11 və cəmi 20 manat məbləğində dövlət rüsumu İddiaçı1 tutularaq X2 ödənilsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(105)-1822/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1822/2022
30.11.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver