Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1851/2021 22.11.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X12 Tağızadənin sədrliyi və məruzəsi, X3 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Rəsul Yasər oğlu Məmmədovun katibliyi, İddiaçı: İddiaçı, İddiaçının nümayəndəsi və vəkili: X10, Cavabdehin nümayəndəsi və vəkili: X6 iştirakları ilə, İddiaçı cavabdeh X4 qarşı ona məxsus olan ev ilə Araz İsgəndərova məxsus tikilən bina arasında qanunvericiliyə uyğun olaraq ara mərafəsinin saxlanılması məqsədi ilə həmin tikilinin müvafiq hissəsinin sökülməsi, onun evinə dəyən zərərin əvəzində cavabdehdən 1000 manatın onun xeyrinə tutulması, cavabdehin qanunvericiliyinin tələblərini pozaraq binanı tikməsi səbəbindən evinin bazar dəyərinin kəskin şəkildə azalması, habelə onun və ailəsinin həyat və sağlamlığını təhlükə altında qoyması səbəbindən 100000 manat pulun cavabdehdən tutularaq ona ödənilməsi, cavabdehdən 160 manat vəkil xərcinə və 30 manat məhkəmə xərcinin onun xeyrinə tutulması tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 15 mart 2021-cu il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Abşeron Rayon Məhkəməsinin 15 mart 2021-ci il tarixli qətnaməsi ilə (hakim E.T.Məmmədov) İddiaçı cavabdeh X4 qarşı ona məxsus olan ev ilə Araz İsgəndərova məxsus tikilən bina arasında qanunvericiliyə uyğun olaraq ara mərafəsinin saxlanılması məqsədi ilə həmin tikilinin müvafiq hissəsinin sökülməsi, onun evinə dəyən zərərin əvəzində cavabdehdən 1000 manatın onun xeyrinə tutulması, cavabdehin qanunvericiliyinin tələblərini pozaraq binanı tikməsi səbəbindən evinin bazar dəyərinin kəskin şəkildə azalması, habelə onun və ailəsinin həyat və sağlamlığını təhlükə altında qoyması səbəbindən 100000 manat pulun cavabdehdən tutularaq ona ödənilməsi, cavabdehdən 160 manat vəkil xərcinə və 30 manat məhkəmə xərcinin onun xeyrinə tutulması tələbinə dair iddianın təmin edilməməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus olan ev ilə X5 məxsus tikilən bina arasında qanunvericiliyə uyğun olaraq ara məsafəsinin saxlanılması məqsədi ilə həmin tikilinin müvafiq hissəsinin sökülməsi, onun evinə dəyən zərərin əvəzində cavabdehdən 10000 manat onun xeyrinə tutulması, cavabdehin qanunvericiliyin tələblərini pozaraq binanı tikməsi səbəbindən evinin bazar dəyərinin kəskin şəkildə azalması, habelə onun və ailəsinin həyat və sağlamlığını təhlükə altında qoyması səbəbindən 100000 manat pulun cavabdehdən tutularaq ona ödənilməsi, ödədiyi 160 manat vəkil xərci və 30 manat məhkəmə xərcinin cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə iddia tələbinə düzəliş edilməsi barədə ərizə ünvanlayaraq, iddia tələbində texniki səhv nəticəsində yazılmış “X8” sözlərinin “X9” kimi oxunmasını xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, 1 mərtəbəli 2.4 sot torpaq sahəsinin üzərində tikilən və ümumi sahəsi 88 kv metr olan fərdi yaşayış evi ona məxsusdur. Belə ki, cavabdeh qanunsuz olaraq tikinti apararaq tikinti məcəlləsinin müddəalarını pozmuş və qanunda nəzərdə tutulandan daha yaxın məsafədə tikinti aparmışdır. Məlumat üçün bildirir ki, cavabdehin inşa etdiyi bina ilə onun evi arasındakı məsafə 2 metrdən azdır. O, yeni tikinti başlayanda Fövqəladə Hallar Nazirliyinə məktub ilə müraciət etmiş və Fövqəladə Hallar Nazirliyinin 31.08.2020-ci il tarixli məktubuna əsasən, tikintinin dayandırılmasına dair göstəriş verilmiş və bu səbəbdən də qarşı tərəf cərimə edilmişdir. Əlavə olaraq, məktubda 3 mərtəbəli yaşayış binası qeyd edilsə də, icra hakimiyyətinin tikintiyə icazə barədə sənədində 6 mərtəbəli yaşayış binanın tikintisinə icazə verilmişdir. Hal-hazırda eyni binaya dair 2 ədəd fərqli sənəd mövcuddur. Eyni zamanda bina dövlət reyestrində heç bir qeydiyyatı yoxdur. Həmçinin binanın tikintisi nəticəsində evinə maddi olaraq zərər dəymiş və evinin divarlarında çatlar yaranmışdır. Hətta bundan başqa binada işləyən ustaların yuxarı mərtəbələrdən atdığı tullantılar nəticəsində az yaşlı övladları da təhlükə altındadır. Məhz buna görə də bundan bir neçə gün əvvəl evinin şiferinə zərər dəymiş və 10 şiferi dəyişməli olmuşdur. Ustaların səs-küyü nəticəsində də evdə oturmaq dözülməz hala gəlmişdir. Belə ki, ustalar səhər tezdən işə başlayıb həddən artıq səs yaratdıqları bu vəziyyət daha da gərginləşmişdir. O, mənzilə dəyən zərərimni tələb edir. Belə ki, halhazırda mənzilini 200.000 manata satmağa razıdır. Mənzilin alğı-satqısı ilə bağlı onunla heç bir danışıq olmamamışdır. Cavabdeh qonşuluqda olan 35 kv metr olan fərdi yaşayış evinə 65.000 manat və digər oxşar sahəli evə isə 80.000 manat ödəyərək satın almışdır. Bu evlərlə müqayisədə isə onun evinin bazar qiyməti qat-qat yüksəkdir. O, hal-hazırda evini satmaq istəmir və iddianın təmin edilməsini xahiş etmişdir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə tikilinin neçə mərtəbədən ibarət olduğunu müəyyən etməmişdir. İş materiallarında olan 09 dekabr 2020ci il tarixli 014 nömrəli «Obyektin tikintisinə icazə»dən görünür ki, sifarişçi A.Ə.İsgəndərova Abşeron rayonu, Xırdalan şəhəri ərazisində 6 mərtəbəli mansardlı evin tikintisinə icazə verilmişdir. İddianın təmini tədbirinə dair ərizəsi iş materiallarından yoxa çıxarmaqla, iddianın təmini tədbiri barədə heç bir tədbir görməməklə evi tikib başa çatdırmaqla cavabdehə şərait yaratmışdır. Məhkəmənin gəldiyi nəticə ilə razı deyil, cavabdeh tikinti normalarını pozaraq, lazımi ara məsafəsi saxlamadan evinin yanında ev tikib və ona maddi ziyan vurmuşdur. Abşeron Rayon Məhkəməsinin 15 mart 2021-ci il tarixli 2(012)- 694/2021 saylı qətnaməsini ləğv edib, iddianın təmin edilməsi haqqında yeni qətnamə çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. İddiaçı, nümayəndəsi və vəkili Z.İ.Əskərov apellyasiya şikayətinin dəlillərini müdafiə etdilər, iddia ərizəsinə və şikayətə uyğun izahat verdilər, onun təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdilər. Cavabdeh A.Ə.İsgəndərovun nümayəndəsi və vəkili R.N.Əmiraslanov apellyasiya şikayətinin dəlillərini qəbul etmədi, məhkəmə tərəfindən heç bir qanun pozuntusunun olmamasını bildirdi və qətnamənin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası məruzəçi hakimi, tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara görə iş üzrə məhkəmə qətnaməsi dəyişdirilməməlidir, apellyasiya şikayəti isə təmin edilməməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddia ərizəsini rədd edərkən, iddiaçının cavabdeh tərəfindən tikilinin sökülməsinə dair subyektiv hüququnun olmamasına istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmaqla, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına uyğundur. Belə ki, Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, İddiaçı apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X1 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş qeydiyyat vəsiqəsinin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, Abşeron rayonu, Xırdalan qəsəbəsi, 26-cı məhəllə küçəsi, 35/1 saylı köməkçi sahəsi 22, 9 kv.m, yaşayış sahəsi 52,9 kv.m olan, 3 otaqdan ibarət olan yaşayış evi Abşeron rayon 2-ci DNKnin 09 oktyabr 2002-ci il tarixli 4ə-5-662 reyestr №-li müqaviləsinə əsasən, İddiaçı adına qeydə alınmışdır. İşdə olan Azərbaycan Respublikası ƏMDK-si yanında DƏDRX-nin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilən çıxarışı surətindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri ərazisində yerləşən sahəsi 0,10 ha olan torpaq sahəsi ********** qeydiyyat nömrəsi ilə, 16.09.2020-ci ildə A.Ə.İsgəndərovun adına qeydiyyata alınmışdır. İşə əlavə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 8 dekabr tarixli 495 nömrəli qərarı ilə təsdiq edilmiş 09 dekabr 2020-ci il tarixli, 014 №-li obyektin tikintisinə icazədən görünür ki, Abşeron rayonu, Xırdalan şəhərində yerləşən ümumi sahəsi 3309,8 kv.m olan, altımərtəbəli, mansardlı, çoxmənzilli yaşayış binasının tikintisinə Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən icazə verilmişdir. İş materiallarında olan AAAF Construction tərəfindən verilmiş eskiz layihəsindəki Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi tərəfindən verilmiş 25 dekabr 2018-ci il tarixli, EL-572/2018 qeydiyyat nömrəli lisenziyadan da görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri ərazisində A.Ə.İsgəndərova məxsus A.Ə.İsgəndərova məxsus 6 mərtəbəli və mansardlı yaşayış binasının tikintisini aparan AAAF Constructiona icazə verilmişdir. İşdə olan Azərbaycan Respublikası Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş 15.10.2020-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, ərizədə qeyd edilən tikili rayon İcra Hakimiyyəti tərəfindən verilmiş 1/6/1510 saylı, 13.07.2020-ci il tarixli razılığa əsasən həyata keçirilir, tikinti işləri qeyri-qanuni aparılmır. İş materiallarından müəyyən edilir ki, Abşeron rayonu, Xırdalan şəhərində yerləşən ümumi sahəsi 3309,8 kv.m olan, altımərtəbəli, mansardlı, çoxmənzilli yaşayış binasının tikintisi Abşeron Rayon İcra Hakimiyyətinin 09 dekabr 2020-ci il tarixli, 014 №-li icazəsi əsasında aparılmış və obyektin tikintisi başa çatdırılmışdır. “Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-İVQ nömrəli Qanunun 10-cu maddəsinə görə Məcəllənin qüvvəyə minməsindən əvvəl tikintisi başlamış və başa çatdırılmış obyektlərin tikintisinə Məcəllənin yalnız XVİ-XVİİİ fəsillərində nəzərdə tutulmuş qaydalar şamil olunur. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin XVİ fəslinin 95.1-ci maddəsində də tikintinin sökülməsi halları və qaydaları sadalanır. Şəhərsalma və Tikinti Məcəlləsinin 95.3-cü maddəsinə görə tikintisi başa çatmış tikililərin sökülməsi barədə məhkəməyə müvafiq icra hakimiyyəti orqanı mürciət edir. Şəhərsalma və Tikinti Məcəlləsinin 97.5-ci maddəsinə əsasən, tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. “Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-İVQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 4 sentyabr 2012-ci il tarixli Fərmanının 4.10-cu bəndinə görə Məcəllənin 95.3-cü maddəsində nəzərdə tutulmuş tikinti obyektinin sökülməsi barədə məhkəməyə müraciət etmək müvafiq icra hakimiyyəti orqanı kimi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin səlahiyyətinə aid edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 22 may 2015-ci il tarixli 534 №-li Fərmanı ilə təstiq edilmiş “Tikinti obyektlərinin sökülməsi” Qaydalarının 1.6-cı bəndinə görə Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-İVQ nömrəli Qanununa uyğun olaraq, bu Qaydaların müddəaları Məcəllənin qüvvəyə minməsindən əvvəl tikintisi başlamış və başa çatmış tikinti obyektlərinə də şamil edilir. “Tikinti obyektlərinin sökülməsi” Qaydalarının 5-bəndinə görə, bu Qaydaların 2.1.3, 2.1.4 və 2.1.5-ci yarımbəndlərində nəzərdə tutulmuş hallarda, habelə bu Qaydaların 3-cü və 4-cü hissələrində göstərilən obyektlərdə yan divarların və dam örtüyünün tikintisi tam başa çatdırıldıqda, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X7 Agentliyi tikinti obyektinin və ya onun hissəsinin sökülməsi barədə məhkəməyə müraciət edir. Göründüyü kimi, qeyd edilən qanunvericiliyin normalarına görə başa çatmış tikinti obyektlərinin sökülməsi üçün məhkəməyə müraciət etmək hüququ Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinə verilmişdir. Hazırkı iş üzrə də sökülməsi tələb edilən tikinti başa çatdırılmışdır. Bu baxımdan, məhkəmə hesab edir ki, İddiaçı həmin tikilinin sökülməsi ilə hazırkı iddia ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququ yoxdur. İş üzrə keçirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 16 sentyabr 2021-ci il tarixli 10/2957 saylı rəyindən görünür ki, çoxmərtəbəli yaşayış binasının divarının hündürlüyünün 21.3 metr olduğunu nəzərə alaraq, həmin bina ilə, binanın inşa olunduğu torpaq sahəsinin sərhəddinə qədər məsafə Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən 12.78 metr olmalıdır. Çoxmərtəbəli yaşayış binası ilə iddiaçının fərdi yaşayış evinin arasındakı məsafənin 2.56 metr olduğuna görə, saxalanılmış bu ara məsafəsi Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsinin tələblərinə uyğun deyildir. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh A.Ə.İsgəndərovun mülkiyyətində olan torpaq sahələrində 09 dekabr 2020-ci il tarixli, 014 №-li obyektin tikintisinə icazədən görünür ki, Abşeron rayonu, Xırdalan şəhərində yerləşən ümumi sahəsi 3309,8 kv.m olan, altımərtəbəli, mansardlı, çoxmənzilli yaşayış binasının tikintisinə Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən icazə verilməsi qüvvədədir. Qeyd olunan məsələ ilə bağlı “M.Bağırovun şikayəti üzrə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apelyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. “S.Ələkbərovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 14 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 3 iyul 2015-ci il tarixli Qərarında deyilir ki, “...Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə, iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Məhkəmə iddia tələbinin iddiaçıını evinə dəyən zərərin əvəzində 10000 manat, qanunvericiliyin tələblərinin pozularaq binanın tikilməsi səbəbindən evin bazar dəyərinin kəskin şəkildə azalması, habelə iddiaçının və ailəsinin həyat və sağlamlığını təhlükə altında qoyması səbəbindən 100000 manat pulun cavabdeh A.Ə.İsgəndərovdan tutularaq iddiaçıya ödənilməsi hissəsi ilə bağlı qeyd edir ki, həmin hissələrin təmin olunmasına əsas verən halları sübut etmək vəzifəsini Azərbaycan Respublikası MPM- in 77.1-ci maddəsinə əsasən iddiaçı İddiaçı daşımış, lakin iddiaçı özünün və nümayəndəsinin izahatından başqa hər hansı bir sübut təqdim etmədiyindən məhkəmə həmin izahatlara tənqidi yanaşmışdır. İş üzrə keçirilmiş məhkəmə-texniki ekspertizası və iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş ekspert rəyləriqdən də, İddiaçı dəymiş maddi zərərin dəqiq məbləğin müəyyən edilməsi mümkün olmamışdır. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərəkən bir qayda olaraq, affırmanti, non neganti incumbiti probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biribirinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Eyni zamanda "Qavazov Bolqarıstana qarşı" iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir. Məhkəmə iddia tələbinin təmin olunmaması nəticəsinə gəldiyindən Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsaslanaraq hesab edir ki, iddia tələbinin160 manat vəkil xərci və 30 manat məhkəmə xərcinin cavabdehdən tutulması hissəsi də rədd edilməlidir və iddiaçıdan iş üzrə keçirilmiş ekspertiza xərci tutulmalıdır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-in 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsində deyilir ki, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 218.1-ci maddəsinə əsasən, qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Beləliklə, məhkəmə kollegiyası tərəfin apellyasiya şikayətində göstərilən digər dəlilləri də araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyinəzərindən qanuni və əsaslı olduğundan və işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilməməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 384.0, 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin bu iş üzrə 15 mart 2021-ci il tarixli e-2(012)-694/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri olan 50 (yüz əlli) manat məbləğində pul İddiaçı alınaraq SAP (XİİS) hesabı X2 kod 210005 VÖEN ********** müxbir hesab AZ41NABZ********************, SWİFT Bik: CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34CTRE******************** hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-1851/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1851/2021
22.11.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver