Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1857/2021 17.05.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X3 Tağızadənin sədrliyi və məruzəsi, X1 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Elnarə Nəriman qızı Ağayevanın katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Azərbaycan Respublikasının Energetika Nazirliyi, Cavabdeh3 və Cavabdeh4ya qarşı vəzifə səlahiyyətlərini yerinə yetirməmə, səhlənkarlıq nəticəsində dəymiş maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 29 mart 2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Abşeron Rayon Məhkəməsinin 29 mart 2021-ci il tarixli qərardadı ilə (hakim E.T.Məmmədov) İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, Energetika Nazirliyi və Cavabdeh4 qarşı «vəzifə səlahiyyətlərini yerinə yetirməmə, səhlənkarlıq nəticəsində dəymiş maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılması, iddiaçıya, iddia ərizəsinin qaytarılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququnun izah edilməsi qərara alınmışdır. İ Ş İ N H A L L A R İ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, Energetika Nazirliyi və Cavabdeh4 qarşı «vəzifə səlahiyyətlərini yerinə yetirməmə, səhlənkarlıq nəticəsində dəymiş maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İddiaçı şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş və işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət edir. O, cavabdeh olaraq Azəriqaz İB-nin törəmə müəssisəsi olan Cavabdeh1 göstərilmişdir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası MPM-nin 36.9-cu maddəsinin tələbləri pozulmuşdur. Lakin məhkəmə bunları nəzərə almamışdır. Abşeron Rayon Məhkəməsinin 29 mart 2021-ci il tarixli 2(012)-2697/2021 saylı qərardadını ləğv edib, işə mahiyyəti üzrə baxılması barədə qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. İş üzrə İddiaçı və cavabdehlərin nümayəndələri məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası məruzəçi hakimi dinləyib, aşağıda şərh olunanlara əsasən hesab edir ki, iş üzrə qərardad dəyişdirilmədən saxlanılmalıdır. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinin tələbinə görə Qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 35.2-ci maddəsinə əsasən, hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Lakin hazırkı iş üzrə İddiaçı Cavabdeh1, Cavabdeh3, Energetika Nazirliyi və Cavabdeh4 cavabdeh kimi göstərib iddia ərizəsini Abşeron Rayon Məhkəməsinə versə də Cavabdeh1 müstəqil hüquqi şəxs deyildir. İş materiallarında olan Elektron Məhkəmə İnformasiya Sistemindən əldə olunmuş məlumatlar vərəqələrindən görünür ki, “Azəriqaz” İstehsalat Birliyinin hüquqi ünvanı Bakı şəhəri, Xətai rayonu, Y.Səfərov küçəsi 23, Cavabdeh3 hüquqi ünvanı ünvan 2 şəhəri, Ü.Hacıbəyli 84-dür. Digər Cavabdeh4 hansı ünvanda qeydiyyatda olması müəyyən edilə bilməmişdir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları iddiaçı tərəfindən iddia ərizəsinin aidiyyət qaydalarına riayət etməməsi kimi qiymətləndirərək və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.3-cü maddəsinə istinad edərək hesab edir ki, iddia tələbinə ərazi aidiyyəti üzrə cavabdehlərdən birinin hüquqi ünvanının olduğu yerdə baxılmalı olduğundan, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, Energetika Nazirliyi və Cavabdeh4 qarşı «vəzifə səlahiyyətlərini yerinə yetirməmə, səhlənkarlıq nəticəsində dəymiş maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mülki prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Məhkəmə qərardadının apellyasiya qaydasında ləğv edilməsi üçün əsas olmadığından, şikayət təmin edilməməlidir. Məhkəmə kollegiyası göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 395, 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq QƏRARA A L D İ: İddiaçı şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin iş üzrə 29 mart 2021-ci il tarixli 2(012)-2697/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Qərardad dərhal qanuni qüvvəsini alır. Sədrlik edən Gülnarə Tağızadə Hakimlər Lətifə Məmmədova Telman Quliyev
Məhkəmə qərarları › İş №2(105)-1857/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1857/2021
17.05.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver