Məhkəmə qərarları › İş №2(105)-1874/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1874/2022

13.09.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1874/2022 13.09.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Məmmədova Ramilə Camaləddin qızının katibliyi, İddiaçı və nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-590/2022 nömrəli, 08 iyun 2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-590/2022 nömrəli, 08 iyun 2022-ci il tarixli qətnaməsi ilə (hakim A.Behbudova) iddia qismən təmin edilmiş, Cavabdeh maddi ziyana görə 2650 manat, texniki baxışla əlaqədar 150 manat və hüquq bürosunun hesabına ödədiyi 410 manat məbləğində pulun alınaraq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh ondan apellyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-590/2022 nömrəli, 08 iyun 2022-ci il tarixli qətnaməsinin qismən ləğv edilməsini, cavabdeh olaraq ondan maddi ziyana görə 1800 manat, texniki baxışla əlaqədar 70 manat və hüquq bürosunun hesabına ödədiyi 210 manat məbləğində pulun alınaraq İddiaçı ödənilməsini xahiş etmişdir. İŞİNHALLARİ İddiaçı Cavabdeh qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 4450 manat maddi, 2000 manat mənəvi, texniki baxışla əlaqədar ziyan 150 manat, cəmi 6600 manat məbləğində pulun tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2021-ci il tarixdə, gündüz saat 14:22 radələrində “LEXUS-470” markalı, **-BA-*** dövlət qeydiyyat nömrəsi olan avtomaşınıyla Sumqayıt şəhəri, Sahil küçəsi ilə Hüseyn Arif küçəsi istiqamətində saatda 50 km. sürətlə hərəkət edərkən sağından çıxan Cavabdeh “Nissan Sunny” markalı, 90- ST-321 dövlət qeydiyyat nömrəli şəxsi avtomobili “STOP” nişanının tələbini pozaraq qəflətən sürətlə qarşısına çıxdığından onun avtomaşınının qabaq hissəsi ilə toqquşma nəticəsində avtomobilinin ablisovka, qabaq bufer, fara yuyan, faranın abadoku, fara, faranın potvarniki, faranın abadoku, abadokun orta hissəsi, knopka, buferin alt plastması, zaklovka vurulma nəticəsində tam yararsız hala düşmüşdür. Bununla əlaqədar avtomaşın “LEXUS-470” markalı, **-BA-*** dövlət qeydiyyat nömrəsi avtomaşın Bakı şəhəri, "xxxx" MMC-də mütəxəsisslər tərəfindən 15 noyabr 2021-ci il tarixdə texniki baxış keçirilərək “qiymətləndirmə aktı” ilə göstərilən sıradan çıxmış ehtiyat hissələrinə cəmi 4450 manat ziyan vurulması aşkar edilmişdir. Sumqayıt şəhər X4 şöbəsi tərəfindən “Nissan Sunny” markalı **-ST-*** dövlət qeydiyyat nömrəli minik avtomobilinin sahibi Cavabdeh xx.xx.2021-ci il tarixli inzibati tənbeh verilmə haqqında AR № ******* nömrəli protokol və TP ******* saylı qərarla AR İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinin tələbini pozduğundan 40 manat cərimə edilmişdir. Baş vermiş yolnəqliyyat hadisəsi Sumqayıt şəhər X5 şöbəsinin inspektoru polis kapitanı Əhməd İsmayıhv tərəfindən hal şahidləri iştirakı ilə “yol nəqliyyat hadisəsinin sxemi” tərtib edilmişdir. Sxemlə əlaqədar onun və təqsirkar sürücü Cavabdeh izahatı alınmışdır. Göstərilən təkzib edilməz xüsusatlara görə Cavabdeh ona vurulmuş maddi və mənəvi ziyanla birlikdə cəmi 6600 manat tələb edilməlidir. Göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnaməni qismən əsassız hesab edir. Belə ki, məhkəmə işin hallarını tam araşdırmamış, nəticədə onun hüquqlarının qismən də olsa pozulması ilə nəticələnən əsassız qətnamə qəbul etmişdir. İş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2022-ci il tarixli, 9/1358 saylı rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2006-cı il buraxılışlı “Lexus- 470” markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 2650 manat müəyyən edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı xx.xx.2021-ci il tarixdə, gündüz saat 14:22 radələrində “LEXUS-470” markalı, **-BA-*** dövlət qeydiyyat nömrəli avtomaşınla Sumqayıt şəhəri, Sahil küçəsi ilə Hüseyn Arif küçəsi istiqamətində hərəkət edərkən sağından çıxan Cavabdeh “Nissan Sunny” markalı 90- ST-321 dövlət qeydiyyat nömrəli şəxsi avtomobili ilə “Stop” nişanının tələbini pozaraq və avtomaşına yol verməyərək qabaq hissəsindən toqquşmuşdur. Bununla əlaqədar Cavabdeh AR İnzibati Xətalar Məcəlləsinin 327.1 -ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 40 manat məbləğində cərimə olunmuşdur. İddiaçı məxsus avtomaşına dəymiş zərər Toyota Bakı Mərkəzi" MMC tərəfindən qiymətləndirilmiş, həmçinin o, texniki baxışa görə texniki baxışla əlaqədar iddiaçının 150 manat pul ödəməsini əsas gətirmişdir . Həmçinin məhkəmə hüquq bürosunun hesabına ödədiyi 410 manat məbləğində pul vəsaitinin ondan tutulması barədə gəldiyi nəticəni qətnaməsində əsaslandırmamışdır. Hazırda məhkəmənin maddi zərərə görə ondan tələb etdiyi 2650 manat məbləğ ilə razı deyil . Belə ki ekspertiza tərəfindən avtomobilin ehtiyat hissələri və təmir xərcinə görə hesablanmış məbləğ həqiqəti əks etdirmir . Belə ki müstəqil ekspertlərə həmin avtomaşının qəzalı şəkillərini təqdim edərkən həmin avtomaşının yararlı vəziyyətə salınması üçün ehtiyyat hissələri üçün 1500 manat, avto təmir üçün 300 manat kifayət olduğu bildirilmişdir . Hesab edir ki, apellyasiya baxışı zamanı avtomaşına dəymiş zərərin müəyyən edilməsi ilə bağlı təkrar məhkəmə ekspertizası təyin edilməlidir. Bununla belə cavabdeh Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-590/2022 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsi ilə qismən razıdır. Hesab edir ki, həmin qətnamə qismən ləğv edilməli, ondan iddiaçının xeyrinə maddi ziyana görə 1800 manat , texniki baxışla əlaqədar 70 manat , hüquq bürosunun hesabına 210 manat məbləğində pulun ödənilməsi barədə yeni qətnamə qət edilməlidir . Apellyasiya baxışı zamanı İddiaçı və nümayəndəsi X2 şikayətin dəlilləri ilə razılaşmadılar, şikayətin təmin edilməməsi, birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamənin dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etdilər. Əlavə edildi ki, cavabdeh apellaysiya şikayəti verməklə vaxt uzadır. İş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə kollegiyası işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İş materiallarında olan, xx.xx.2021-ci il tarixli AP ******* №-li inzibati xəta haqqında protokoldan görünür ki, sürücü Cavabdeh Sumqayıt şəhəri, H.Arif küçəsindən Sahil küçəsinə çıxan zaman “Stop” yol nişanının tələbini pozaraq solundan hərəkətdə olan “Lexus 470” markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomaşına yol verməyərək qabaq hissəsiylə toqquşmuş və İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinmişdir. Yenə iş materiallarında olan xx.xx.2021-ci il tarixli qiymətləndirmə aktından görünür ki, yol-nəqliyyat hadisəsi nəticəsində “Lexus 470” markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 4450 manat hesablanmışdır. İşə əlavə edilmiş xx.xx.2021-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh AR İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 40 manat məbləğində cərimə olunmuşdur. Mülki işdə olan xx.xx.2021-ci il tarixli, 9428 və 9431 №-li “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” aktlarından görünür ki, hadisə zamanı Cavabdeh və İddiaçı sərxoşluq vəziyyəti aşkar edilməmişdir. İş materiallarında olan Cavabdeh tərəfindən Sumqayıt şəhər Polis İdarəsi DYP-nin rəisi polis polkovnik leytenantı Şamxal Əliyevə ünvanlanan izahatında qeyd olunur ki, o, 02 noyabr 2021-ci il tarixdə, özünəməxsus “Nissan Sunny” markalı **-ST-*** dövlət qeydiyyat nömrəli şəxsi avtomobili ilə, Sumqayıt şəhəri, H.Arif küçəsindən Sahil küçəsinə çıxan zaman “Stop” yol nişanının tələbini pozaraq solundan hərəkətdə olan “Lexus 470” markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomaşınla toqquşmuşdur. İşə əlavə edilmiş xx.xx.2021-ci il tarixli qəbzdən görünür ki, İddiaçı tərəfindən "xxxx" MMC-yə texniki baxışla əlaqədar 150 manat ödənilmişdir. İş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2022-ci il tarixli, 9/1358 saylı rəyindən görünür ki, nəzərə hesablama yolu ilə, "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2006-cı il buraxılışlı “Lexus-470” markalı, 01- BA-900 dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 2650 manat müəyyən edilmişdir. MƏHKƏMƏNİNMÖVQEYİ Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Yenə həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İddianın təmin edilməyən hissəsindən iddiaçı tərəfindən apellyasiya şikayəti verilmədiyindən məhkəmə kollegiyası həmin hissədə araşdırma aparmır. Məhkəmə kollegiyası məruzəçinin məruzəsini, işdə iştirak edən şəxslərin izahatını dinləyərək, apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-590/2022 nömrəli, 08 iyun 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı xx.xx.2021-ci il tarixdə, gündüz saat 14:22 radələrində özünə məxsus “LEXUS-470” markalı, **-BA-*** dövlət qeydiyyat nömrəsi olan avtomaşınla Sumqayıt şəhəri, Sahil küçəsi ilə Hüseyn Arif küçəsi istiqamətində saatda 50 km. sürətlə hərəkət edərkən Cavabdeh idarə etdiyi “Nissan Sunny” markalı, 90- ST-321 dövlət qeydiyyat nömrəli şəxsi avtomobili ilə “STOP” nişanının tələbini pozaraq yol-nəqliyyat hadisəsi törətmiş, nəticədə iddiaçıya məxsus nəqliyyat vasitəsinə ziyan vurulmuşdur. Sumqayıt şəhər X4 şöbəsi tərəfindən “Nissan Sunny” markalı **-ST-*** dövlət qeydiyyat nömrəli minik avtomobilinin sahibi Cavabdeh xx.xx.2021-ci il tarixli inzibati tənbeh verilmə haqqında AR № ******* nömrəli protokol və TP ******* saylı qərarla AR İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinin tələbini pozduğundan 40 manat cərimə edilmişdir. Yaranmış mübahisə üzrə məhkəmə kollegiyasının hüquqi mövqeyi aşağıdakılara əsaslanır. «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanunun 36.3-cü maddəsinə əsasən yol hərəkəti iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Yenə həmin Qanunun 81-ci maddəsinin tələblərinə görə bu Qanunla nəzərdə tutulmuş yol hərəkəti qaydalarının pozulmasında təqsirli olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Yenə həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinin tələblərinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Mülki Məcəllənin 1108.1-ci maddəsinə görə isə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enercisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Yenə həmin Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Yuxarıda sadalanan normaların tələbindən də görünür ki, vurulmuş zərərə görə məsuliyyəti biləvasitə zərərvuran daşıyır və məhkəmə işin hallarına uyğun olaraq zərərin əvəzini ondan tutur. Hazırkı mübahisə üzrə zərəri cavabdeh vurduğundan məhkəmə kollegiyasının qənaətinə görə ona qarşı qaldırılmış iddia əsaslıdır. Bununla belə, işdən görünür ki, zərərin məbləği barədə tərəflər arasında mübahisə yaranmışdır. Məhkəmə zərərin məbləğini müəyyən edərkən məlum ekspert rəyinə istinad etmişdir. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 9/1358 saylı rəyindən görünür ki, nəzərə hesablama yolu ilə, "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2006-cı il buraxılışlı “Lexus-470” markalı, 01- BA-900 dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 2650 manat müəyyən edilmişdir. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin təqsirli hərəkətləri nəticəsində zərər çəkmiş İddiaçı ona dəymiş ziyanla bağlı Cavabdeh zərərin əvəzini tələb etmək hüququ vardır. Kollegiya onu da qeyd edir ki, iddiaçının avtonəqliyyat vasitəsinə dəymiş zərərin məbləği ilə bağlı ən mötəbər sübut məhz iş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin ekspert rəyidir və birinci instansiya məhkəməsinin sübut qismində həmin ekspert rəyinə istinad etməsi ilə məhkəmə kollegiyası razılaşır. AR MPM-nin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Məhkəmə kollegiyası hesab edir ki, hazırki halda İddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halları qismən sübut edə bilsə də, Cavabdeh apellyasiya şikayətinin dəlillərini qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla sübut edə bilməmişdir. Bu baxımdan, işin tədqiq olunan faktiki hallarına əsaslanaraq məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlilləri formal mülahizələr kimi qiymətləndirərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırkı işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə iddianın qiyməti 5 min manatdan az olduğu üçün ondan kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-590/2022 nömrəli, 08 iyun 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu Cavabdeh özünə aid edilsin. Qətnamə qətidir, dərhal qanuni qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar