Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1879/2024 19.12.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı qarşı mülki iş üzrə (Açar sözlər: apellyasiya şikayətinin geri qaytarılması) X2 Süleymanovanın sədrliyi və məruzəsi, X1 və Fuad Əli oğlu Məmmədovdan ibarət tərkibdə, Günay Asif qızı Səlimin katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X5 4 saylı Abşeron Ərazi İdarəsi cəlb edilməklə) "payın naturada ayrılması" tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 10 iyul 2024-cü il tarixli, 2(012)-298/2024 nömrəli qərardadından müstəqil tələb irəli sürməyən üçüncü şəxs "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X5 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsi cəlb edilməklə) payın naturada ayrılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu, Xırdalan şəhəri, Mehdi Hüseynzadə küçəsi, ev 19B (yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən onun payının naturada ayrılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
2. Abşeron Rayon Məhkəməsinin 2(012)-298/2024 saylı, 26 aprel 2024-cü il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən **********21-10302 reyestr nömrəli çıxarışa və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib edilmiş fərdi yaşayış evinin texniki pasportuna əsasən Abşeron rayonu, Xırdalan şəhəri, Mehdi Hüseynzadə küçəsi, ev 19B (yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin 4 və 17 nömrəli pilləkan sahələri ümumi istifadədə saxlanılmaqla, İddiaçı payına düşən 1-ci mərtəbədə yerləşən 1 və 2 saylı tikililərin naturada ayrılması qət edilmişdir.
3. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsi Abşeron Rayon Məhkəməsinin 2(012)-298/2024 saylı, 26 aprel 2024-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti ilə məhkəməyə müraciət etmişdir.
4. Abşeron Rayon Məhkəməsinin 10 iyul 2024-cü il tarixli, 2(012)-298/2024 nömrəli qərardadı ilə (hakim Elçin Kazımov) İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsi cəlb edilməklə) payın naturada ayrılması tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 2(012)-298/2024 saylı, 26 aprel 2024-cü il tarixli qətnaməsindən mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır.
5. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsi həmin qərardaddan şikayət vermiş, Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-298/2024 saylı qərardadının ləğv edilməsi və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin şikayətinin təmin edilməsini xahiş etmişdir.
6. Abşeron Rayon Məhkəməsinin 03 oktyabr 2024-cü il tarixli, 2(012)-298/2024 nömrəli qərardadı ilə (hakim Məlahət Abbasova) Abşeron Rayon Məhkəməsinin 2(012)- 298/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadından mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş şikayətin iş materialları ilə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
7. Apellyasiya instansiya Məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.
Şikayətin dəlilləri
8. Şikayət onunla əsaslandırılmışdır ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-298/2024 saylı qətnaməsinin icrası prosesində yaranmış maneələr səbəbilə 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən sözügedən qətnamədən şikayət verilmiş, lakin Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cüil tarixli, 2(012)- 298/2024 saylı qərardadı ilə şikayət geri qaytarılmışdır. Əsas qismində apellyasiya şikayəti üçün qanunvericilik qaydasında müəyyən olunmuş forma və məzmun tələblərinə riayət edilməməklə şikayətin verildiyi məhkəmənin adının səhv göstərilməsi, məhkəmənin ünvanının qeyd olunmaması və qətnamədən şikayətin apellyasiya şikayəti kimi deyil, şikayət formasında verilməsi bildirilmişdir. Daha sonra 4 saylı Abşeron Ərazi İdarəsi adıçəkilən qərardaddan narazı qalaraq Abşeron Rayon Məhkəməsinə xx.xx.2024-cü il tarixli şikayət ünvanlamış, lakin həmin şikayət də yuxarıda göstərilən əsaslardan dolayı geri qaytarılmışdır. Əsas tikili başqa bitişik tikililərdən elə fiziki sərhədlərlə (divarlarla deformasiya tikişləri ilə) ayrılmış olmalıdır ki, bu konstruktiv hissənin sökülməsi əsas tikilinin funksional təyinatına xələl gətirməsin. Konstruktiv cəhətdən vahid olan binanın şərti olaraq iki və daha artıq hissələrə bölünməsi yolverilməzdir. Belə ki, Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə küçəsi,ev 19B ünvanında yerləşən fərdi yaşayış evi vahid memarlıq tərtibatına malik olan bir dam örtüyü altında yerləşir və ümumi tikilinin tərkib hissəsi (qonşu yaşayış evinin ortaq dam və divarı) qismində çıxış edir. Həmçinin milli qeydiyyat sistemində fərdi yaşayış evinin bölünməsi nəzərdə tutulmamışdır. Bu səbəblərdən dolayı Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-298/2024 saylı qətnaməsinin icrası mümkün deyil. Göstərilənlərə əsasən qərardad ləğv edilməli və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin şikayəti təmin edilməlidir.
Şikayətə qarşı etirazın dəlilləri
9. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.
Apellyasiya baxışının hədləri
10. Şikayətdən görünür ki, apellyator Abşeron Rayon Məhkəməsinin 10 iyul 2024-cü il tarixli, 2(012)-298/2024 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir. Odur ki, kollegiya Abşeron Rayon Məhkəməsinin 10 iyul 2024-cü il tarixli, 2(012)-298/2024 nömrəli qərardadının tam yoxlanılmasını vacib hesab edir.
Tətbiq edilən hüquq
11. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 357.1 Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Maddə 363.1.1-1. Apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə, birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. Maddə 398.0.1. Apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
12. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin 10 iyul 2024-cü il tarixli, 2(012)-298/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
13. Kollegiya araşdırması zamanı müəyyən olundu ki, müstəqil tələb irəli sürməyən üçüncü şəxs "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X5 4 saylı Abşeron Ərazi İdarəsinin Abşeron Rayon Məhkəməsinin 2(012)-298/2024 saylı, 26 aprel 2024-cü il tarixli qətnaməsindən verdiyi şikayət məhkəmənin 2(012)-298/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadına əsasən geri qaytarılmışdır.
14. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, apellyasiya şikayəti tərtib edilərkən qanunla nəzərdə tutulan forma və məzmuna riayət edilməmiş, şikayətin verildiyi məhkəmənin adı səhv göstərilmiş, məhkəmənin ünvanı isə ümumiyyətlə göstərilməmişdir. Eyni zamanda qətnamədən şikayət apellyasiya şikayəti kimi deyil, şikayət formasında verilmişdir. Həmçinin apellyasiya şikayətindən görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsi onu Abşeron Rayon Məhkəməsinə ünvanlamışdır, halbuki Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 358.0 və 358.0.1-ci maddələrinə görə birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya qaydasında aşağıdakı məhkəmələrə şikayət verilə bilər: rayon (şəhər) məhkəmələrinin qətnamələrindən - yurisdiksiya üzrə apellyasiya məhkəmələrinin mülki kollegiyalarına.
15. Apellyator birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmamış və şikayətində bununla bağlı heç bir dəlil göstərmədən qərardadın ləğv edilməsini xahiş etmişdir.
16. Məhkəmə kollegiyası şikayətin dəlilini əsassız hesab edir və bununla bağlı qeyd edir:
17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində şikayətin verildiyi məhkəmənin adı və ünvanı; şikayəti verən şəxsin soyadı, adı, atasının adı, (hüquqi şəxsə münasibətdə adı) şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, işdə prosessual vəziyyəti; barəsində şikayət verilən məhkəmə aktı, onun qəbul edilmə tarixi, nəticə hissəsi, həmin aktı qəbul edən məhkəmənin adı; şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi; şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar; şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar və şikayətə əlavə edilən sənədlərin siyahısı göstərilməlidir.
18. Qeyd olunan apellyasiya şikayətinin forması Mülki Prosessual Məcəlləyə Əlavə 2-də əks olunmuşdur. Mülki Prosessual Məcəllənin 363.1.1-1-ci maddəsinə əsasən apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə, birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır.
19. MPM-nin 10-1.3-cü maddəsinin tələbinə görə, Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir.
20. Şərh olunanlara əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən prosesual normaların tətbiqində pozuntuya yol verilməmişdir.
21. Beləliklə, məhkəmə kollegiyası işin yuxarıda sadalanan müəyyən edilmiş hallarını nəzərə alaraq hesab edir ki, mübahisələndirilən məhkəmə qərardadını qəbul edərkən birinci instansiya məhkəməsi hər hansı bir yanlışlığa yol verməmiş, prosessual normanı düzgün tətbiq etmişdir. Məhkəmə qərardadının apellyasiya qaydasında ləğv edilməsi üçün əsas yoxdur. Odur ki, şikayət təmin edilməməlidir.
22. Məhkəmə kollegiyası göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 395, 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə r a r a a l d ı: Müstəqil tələb irəli sürməyən üçüncü şəxs "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X5 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş şikayət təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 10 iyul 2024-cü il tarixli, 2(012)-298/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəsini alır. Qərardaddan kassasiya şikayəti verilə bilməz.