Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-188/2022 15.07.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: paylı mülkiyyətdə olan daşınmaz əmlakın real bölgüsü, payın naturada ayrılması və sərhədlərinin müəyyən edilməsi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Quliyev Telman Osman oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Gülnarə Fikrət qızı və Məmmədova Lətifə Məhyəddin qızından ibarət tərkibdə, Mürsəlova Heyran Mehman qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh nüayəndəsi və vəkili Vəkil1 iştirakı ilə Abşeron Rayon Məhkəməsinin 17 may 2021-ci il tarixli, 2(012)-100/2021 nömrəli qətnaməsindən Cavabdeh verdiyi apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı paylı mülkiyyətdə olan daşınmaz əmlakın real bölgüsü və payın naturada ayrılması, sərhədlərinin müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Abşeron rayonu Novxanı kəndində yerləşən və sahəsi 0,10 olan torpaq sahəsinin və onun üzərində yerləşən, 4 otaqdan ibarət olan fərdi yaşayış evinin onunla cavabdeh arasında paylara uyğun olaraq naturada bölünməsi və ona düşən hissənin naturada ayrılması, sərhədlərinin müəyyən olunması və onun həmin evə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron Rayon Məhkəməsinin 19 aprel 2016-cı il tarixli, 2(012)-975/2016 saylı qətnaməsi ilə Cavabdeh iddia tələbi qismən təmin edilməklə onun mülkiyyətində olan Abşeron rayonu, Novxanı kəndində yerləşən 0,10 ha torpaq sahəsi bərabər paylara bölünərək ½ hissədə cavabdehin və ½ hissədə isə onun payı müəyyən edilmiş, onun mülkiyyətində olan torpaq sahəsi üzərində yerləşən 1 mərtəbəli, 4 otaqlı evə cavabdehin uşaqlarla birlikdə köçürülməsi qət olunmuşdur. Cavabdeh bu qətnamədən sonra həmin evə köçürülmüş, lakin ona öz əmlakından istifadə etməyinə imkan vermir. Qeyd edilən əmlak naturada bölünmədiyi üçün cavabdeh onu həmin evə və torpaq sahəsinə buraxmır və bildirir ki, bütün həyət və ev ona məxsusdur, halbuki bu əmlak onların ümumi əmlak hesab edilir və onun da həmin əmlakın ½ hissəsinə mülkiyyət hüququ vardır. Yaranmış bu mübahisənin yeganə həlli yolunu mübahisə predmeti olan torpaq sahəsinin və onun üzərində yerləşən fərdi yaşayış evinin cavabdehlə onun arasında paylara uyğun şəkildə naturada bölünməsidir. Çünki cavabdeh bu məsələdə onunla razılığa gəlmir. Cavadeh tərəfindən iddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır. Abşeron Rayon Məhkəməsinin 17 may 2021-ci il tarixli, 2(012)-100/2021 saylı qətnaməsi ilə (hakim Habil Əhmədov) İddiaçı Cavabdeh qarşı paylı mülkiyyətdə olan daşınmaz əmlakın real bölgüsü, payın naturada ayrılması və sərhədlərinin müəyyən edilməsi tələbinə dair iddia qismən təmin edilib, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** nömrəli, xx.xx.2019-cu il tarixli çıxarışa əsasən İddiaçı oğlu və Cavabdeh ümumi paylı mülkiyyətində olan Abşeron rayonu, Novxanı kəndində yerləşən və sahəsi 0,10 ha torpaq sahəsinin tərəflərin paylarına uyğun olaraq bölgüsü- torpaq sahəsinin yol ilə sərhəddinin cənub tərəfindən başlayaraq 9,2 metr məsafədən sonra torpaq sahəsinin daxilinə doğru 5,45 metr, şimal qərb istiqamətinə 3,6 metr, torpaq sahəsinin daxilinə doğru (yaşayış evinə paralel olaraq evdən 4,35 metr aralıdan) 19,45 metr, yaşayış evinin arxa hissəsinə doğru 9,25 metr və torpaq sahəsinin cənub-qərb sərhəddinə doğru 8,90 metr uzunluğunda sərhəd hasarı çəkilməklə aparılması və aparılmış ekspertiza tədqiqatına görə 50 (əlli) manat İddiaçı və Cavabdeh müştərək qaydada tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, Hesab AZ34CTRE********************) ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi iddia ərizəsinin qismən təmin edilməsi nəticəsinə gələrkən hesab etmişdir ki, iddianın tərəflərin birgə paylı mülkiyyətində olan torpaq sahəsinin real bölgüsünün aparılmasını və sərhədlərin ekspert rəyində qeyd edilən şəkildə müəyyən edilməsi əsaslı və məqsədəuyğundur. İddia tələbinin mübahisəli torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evi dövlət qeydiyyatına alınmamışdır və rəsmi dövlət qeydiyyatına alınmamış həmin fərdi yaşayış evi üzərində tərəflərin torpaq sahəsi üzərində paylarına uyğun real bölgünün aparılması və həmçinin məhkəmə tikinti-texniki ekspertizasının da rəyində qeyd edildiyi kimi texniki cəhətdən bölünməsinin əsası yoxdur. Bu baxımdan iddia tələbi yalnız tərəflərin rəsmi qeydə alınmış hüquqlarının təsbit edildiyi paylarına uyğun olaraq və torpaq sahəsinin sərhədlərinin müəyyən edilməklə real bölünməsi hissəsində təmin edilməlidir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 213.1-213.4-cü maddələri və Mülki Prosessual Məcəllənin 14.2,77.1,107,217.4-cü maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayəti verib, Abşeron Rayon Məhkəməsinin 17 may 2021ci il tarixli, 2(012)-100/2021 saylı qətnaməsinin ləğv edilərək iddia ərizəsinin təmin edilməməsini xahiş etmişdir. Şikayətin dəlilləri: Belə ki, ona aid olan və və mübahisə predmetini təşkil edən torpaq sahəsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2019-cu il tarixdə **********56 reyestr nömrəsi ilə (********** qeydiyyat nömrəsi) onun adına qeydiyyata alınmış və daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi tərəfindən verilmiş AN 438468 nömrəli, xx.xx.2019-cu il tarixli “torpaq sahəsinin planı və ölçüsü”nə əsasən ona məxsus olan torpaq sahəsi xx.xx.2019-cu il tarixdə 90104 nömrəsi ilə uçota alınmışdır. Qeyd edilən plan və ölçüdə olan rəqəmli (elektron) kadastr xəritəsindən çıxarışdan da görünür ki, mübahisə predmetini təşkil edən torpaq sahəsi artıq reyestrdə müvafiq qaydada bölünmüş, buna uyğun olaraq tərəflərə plan və ölçü, eləcə də də dövlət reyestrindən çıxarış təqdim edilmişdir. Hazırki halda isə, həmin plan və ölçü və dövlət reyestrindən çıxarış qüvvədə olduğu müddətcə onun əksinə və ya fərqli qaydada bölgünün müəyyən edilməsi qeyrimümkündür. b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Apellyasiya icraatı iştirakçılarının izahatları Cavabdeh nüayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinə etiraz edib, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi. İddiaçı nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinə etiraz edib, təmin olunmamasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 13.1. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç bir kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 152. Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 178.1. Daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Maddə 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Maddə 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Maddə 213.3. Əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. Maddə 213.4. Ümumi mülkiyyət təyinatı dəyişdirilmədən bölünə bilməyən əşyanın (bölünməz əşya) və ya bu Məcəlləyə görə bölünməli olmayan əşyanın iki və ya bir neçə şəxsin mülkiyyətinə daxil olması zamanı yaranır. Bölünən əşyaya ümumi mülkiyyət bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulmuş hallarda yaranır. Maddə 220.1. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasında razılaşmaya əsasən onlar arasında bölünə bilər. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Maddə 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsülu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər.Əgər payın naturada ayrılmasına yol verilmirsə və ya bu,ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə,ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanması üçün əsasdır. Apellyasiya baxışının hədləri Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Belə ki, iş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş MA seriyalı ******* nömrəli çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Abşeron rayonu, Novxanı kəndində yerləşən 0.10 ha torpaq sahəsi dövlət reyestrində 158 nömrəli reyestr kitabının 24 nömrəli vərəqində xx.xx.2010-cu il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Novxanı kəndində yerləşən 0.10 ha torpaq sahəsi dövlət reyestrində 158 nömrəli reyestr kitabının 24 nömrəli vərəqində xx.xx.2019-cu il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır. Hüquq sahibləri İddiaçı ½ hissə, Cavabdeh ½ hissə. Abşeron rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2014-cü il tarixdə verilmiş AZ-İ № 190150 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı və Cavabdeh arasında olan nikah ləğv edilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Novxanı kəndində yerləşən 0.08 ha torpaq sahəsi xx.xx.2019-cu il tarixdə Cavabdeh adına qeydiyyata alınmışdır. Hüquq sahibləri Cavabdeh, X7, X8, X5r. Abşeron Rayon Məhkəməsinin 19 aprel 2016-cı il tarixli, 2(012)-975/2015 nömrəli qətnaməsi ilə DƏDRX tərəfindən verilmiş MA seriyalı, ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Novxanı kəndində yerləşən 0.10 ha torpaq sahəsinə bərabər paylarla 1/2 hissədə Cavabdeh və 1/2 hissədə İddiaçı payı müəyyən edilmiş, paylara müvafiq çıxarışın verilməsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsinə həvalə edilmiş, Cavabdeh, X7 və X8 və azyaşlı X1 rayonu Novxanı kəndi ərazisində yerləşən İddiaçı mülkiyyətində olan 0.10 ha torpaq sahəsi üzərində inşa edilmiş 1 mərtəbəli, 4 otaqlı fərdi yaşayış evinə köçürülmələri, iddia tələbinin qalan hissədə təmin edilməməsi, iş üzrə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehdən tutulub iddiaçılara ödənilməsi qət edilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən xx.xx.2019 cu il tarixli məktubundan görünür ki, Abşeron rayonu, Novxanı kəndi ərazisində yerləşən yaşayış məntəqələrinin torpaqları təyinatlı 0.10 ha torpaq sahəsi üzərində Cavabdeh (1/2 hissə) və İddiaçı (1/2 hissə) adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2018-ci il tarixdə **********34 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Abşeron rayonu, Novxanı kəndində yerləşən 0.05 ha torpaq sahəsi dövlət reyestrində 1058 nömrəli reyestr kitabının 41 nömrəli vərəqində xx.xx.2019-cu il tarixdə Cavabdeh adına qeydiyyata alınmışdır. Daşınmaz Əmlakın Real Bazar dəyərinin müəyyənləşdirilməsinə dair xx.xx.2019-cu il tarixdə verilmiş 01/37848 nömrəli arayışdan görünür ki, Cavabdeh xx.xx.2019-cu il tarixli ********** №-li ərizəsinə və xx.xx.2019-cu il tarixli ********** №-li müqaviləyə əsasən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi tərəfindən, mülkiyyətdə (icarəsində, istifadəsində) olan torpaq sahəsi üçün qiymətləndirmə işi aparılmışdır. Obyektin xx.xx.2019-cu il tarixinə bazar dəyəri 17500 (on yeddi min beş yüz) manat təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05 aprel 2021-ci il tarixli, 10/2958 nömrəli rəyində qeyd olunur ki, Abşeron rayonu, Novxanı kəndində yerləşən və sahəsi 0,10 ha torpaq sahəsinin paylara uyğun (1/2 hissəyə) naturada bölünməsi texniki cəhətdən mümkündür. Bunun üçün torpaq sahəsinin yol ilə sərhəddinin cənib tərəfindən başlayaraq 9,2 metr məsafədən sonra torpaq sahəsinin daxilinə doğru 5,45 metr, şimal-qərb istiqamətinə 3,6 metr, torpaq sahəsinin daxilinə doğru (yaşayış evinə paralel olaraq evdən 4,35 metr aralıdan) 19,45 metr, yaşayış evinin arxa hissəsinə doğru 9,25 metr və torpaq sahəsinin cənub-qərb sərhəddinə doğru 8,90 metr uzunluğunda sərhəd hasarı çəkilməlidir. Yaşayış evlərinin (mənzilərin) və həyətyanı torpaq sahələrinin tərəflər arasında bölünməsi təcrid şəkildə aparılır. Yəni bölgü zamanı tərəflərdən hər birinin sərəncamında ayrı-ayrılıqda yaşayış və yardımçı tikililəri, həmçinin istifadə üçün torpaq sahələri, eləcə də, həmin tikililərə və torpaq sahələrinə ayrı-ayrılıqda giriş-çıxış qapıları olmalıdır. Bunlara əsasən torpaq sahəsi üzərində inşa olunmuş fərdi yaşayış evinin bölünməsinin mümkün olub-olmaması barədə tədqiqat aparılmamıışdır. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən olur ki, tərəflər xx.xx.1989cu il tarixdə rəsmi nikaha daxil olmuş və nikahları xx.xx.2014-cü il tarixdə pozulmuşdur. Abşeron rayon Aqrar İslahat Komissiyasının 30 avqust 1999-cu il tarixli, 28 nömrəli qərarına əsasən Abşeron rayonu Novxanı kəndində yerləşən 0,08 ha torpaq sahəsi X3 və onun ailə üzvləri X7, X8 və X4 mülkiyyətinə verilmişdir. Eyni zamanda Abşeron Rayon Məhkəməsinin 19 aprel 2016-cı il tarixli qətnaməsi ilə Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən verilmiş MA seriyalı, ******* saylı hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Novxanı kəndində yerləşən 0.10 ha torpaq sahəsinə bərabər paylarla 1/2 hissədə Cavabdeh və 1/2 hissədə İddiaçı payı müəyyən edilmiş, paylara müvafiq çıxarışın verilməsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsinə həvalə edilmiş, Cavabdeh, X7, X8 və azyaşlı X4 Abşeron rayonu Novxanı kəndi ərazisində yerləşən İddiaçı mülkiyyətində olan 0.10 ha torpaq sahəsi üzərində inşa edilmiş 1 mərtəbəli, 4 otaqlı fərdi yaşayış evinə köçürülmələri qət olumuşdur. Hazırda mübahisəli torpaq sahəsi üzrə mülkiyyət hüquqları bərabər paylar şəklində müəyyən edilmişdir. Mübahisə predmetini təşkil edən torpaq sahəsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2019-cu il tarixdə **********56 reyestr nömrəsi ilə (********** qeydiyyat nömrəsi) Cavabdeh adına qeydiyyata alınmış və daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi tərəfindən verilmiş AN 438468 nömrəli, xx.xx.2019-cu il tarixli “Torpaq sahəsinin planı və ölçüsü”nə əsasən Cavabdeh məxsus olan torpaq sahəsi xx.xx.2019-cu il tarixdə, 90104 nömrəsi ilə uçota alınmışdır. Məhkəmə kollegiyasının iclasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2019-cu il tarixdə, **********56 reyestr nömrəsi ilə (********** qeydiyyat nömrəsi) Cavabdeh adına qeydiyyata alınmış çıxarış və tərtib edilmiş AN 438468 nömrəli, xx.xx.2019-cu il tarixli “Torpaq sahəsinin planı və ölçüsü”nə əsasən torpaq sahəsinin naturada bölünməsinin və ayrılmasının tərəflərin ½ hissədə pay hüquqlarının pozulmasına səbəb olub-olmaması halı mübahisələndirilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 09 iyun 2022-ci il tarixli, 10/1735 nömrəli rəyində qeyd olunur ki, tədqiq olunan ünvanda baxış keçirilən zaman mübahisə predmeti ola torpaq sahəsinin 3 hissədən qonşu sahələr, 1 hissədən isə yol ilə əhatə olunduğu və həmin torpaq sahəsi üzərində fərdi yaşayış evinin mövcud olduğu müşahidə olunmuşdur. Həmçinin baxış zamanı aparılan ölçü işləri nəticəsində mübahisə predmeti olan torpaq sahəsinin faktiki ölçüləri ilə mülki iş materiallarında olan DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən tərtib edilən A 438468 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd olunan ölçülərlə uyğunsuzluq təşkil etdiyi müəyyən olunmuşdur. Belə ki, A 438468 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində torpaq sahəsinin ölçülərinin 14,75 metr x 34,42 metr olduğu qeyd olunsa da, həmin torpaq sahəsinin ölçülərinin faktiki olaraq 21,40 metr x 34,90 metr olduğu (746,86 kv.metr) müəyyən olunmuşdur. Abşeron rayonu, Novxanı kəndində yerləşən, mübahisə predmeti olan torpaq sahəsinin yalnız 1 hissədən yol ilə əlahə olunduğunu və torpaq sahəsinin üzərində tikintinin (fərdi yaşayış evi) mövcud olduğunu nəzərə alaraq həmin torpaq sahəsinin naturada ½ hissədə bölünməsinin texniki cəhətdən mümkün olmadığı müəyyən olunur. Cavabdeh adına “Torpaq sahəsinin planı və ölçüsü”sənədinin mövcud olması və həmin sənədin qüvvədə olması, bu səbəbdən də iddia tələbinin əsassız olması barədə apellyasiya şikayətinin dəlillərinə qiymət verərək məhkəmə kollegiyası hesab edir ki, həmin sənəd texniki sənəd olub, ekspert rəyi ilə müəyyən olur ki, tədqiq olunan ünvanda baxış keçirilən zaman mübahisə predmeti ola torpaq sahəsinin 3 hissədən qonşu sahələr, 1 hissədən isə yol ilə əhatə olunduğu və həmin torpaq sahəsi üzərində fərdi yaşayış evinin mövcud olduğu, torpaq sahəsinin faktiki ölçüləri ilə mülki iş materiallarında olan DƏDRXnin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən tərtib edilən A 438468 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd olunan ölçülərlə uyğunsuzluq təşkil etdiyi, A 438468 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində torpaq sahəsinin ölçülərinin 14,75 metr x 34,42 metr olduğu qeyd olunsa da, həmin torpaq sahəsinin ölçülərinin faktiki olaraq 21,40 metr x 34,90 metr olduğu (746,86 kv.metr) müəyyən olunmuşdur. Həmin sənədin mövcud olması və ləğv olunmaması birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddia tələbinin rədd edilməsi üçün əsas ola bilməz. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Göründüyü kimi, birinci instansiyası məhkəməsi işin müəyyən edilmiş hallarına uyğun olaraq mübahisəyə maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Çünki tətbiq edilən maddi hüquq normalarının dispozitiv şərtləri işin müəyyən edilmiş hallarına uyğun olaraq iddianın rədd edilməsini istisna edir. Birinci instansiyası məhkəməsi sübutları Mülki Prosessual Məcəllənin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmişdir. Bu baxımdan, birinci instansiyası məhkəməsinin qətnaməsinin maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilməsi barədə şikayətin dəlilləri əsassızdır. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin olunmamalı və birinci instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütanasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə Ekspertizası Mərkəzinin 09 iyun 2022-ci il tarixli, 10/1735 nömrəli ekspertiza tədqiqatın dəyəri 50 (əlli) manatdır. Apellyasiya şikayəti təmin edilmədiyindən aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat pul Cavabdeh alınıb AZ.MEM, VÖEN **********, X2, KOD 210005 VÖEN ********** müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 hesabına keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392-393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh verdiyi apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 17 may 2021-ci il tarixli, 2(012)-100/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlansın. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat pul Cavabdeh alınıb AZ.MEM, VÖEN **********, X2, KOD 210005 VÖEN ********** müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-188/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-188/2022
15.07.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver