Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1880/2021 08.06.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1nə, X6, Cavabdeh3, Cavabdeh4, X8, Balabəyova (Şirinova) Südabə Həmdulla qızına və Cavabdeh7 qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Qusar Rayon Məhkəməsinin 22 fevral 2021-ci il tarixli, 2(029)-145/2021 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Qusar Rayon Məhkəməsinin 22 fevral 2021-ci il tarixli, 2(029)-145/2021 saylı qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1nə, X6, Cavabdeh3, Cavabdeh4, X8, Balabəyova (Şirinova) Südabə Həmdulla qızına və Cavabdeh7 qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddiası rədd edilmişdir (R.V.Kazımov). Qətnamədən İddiaçı apelyasiya şikayəti verərək Qusar Rayon Məhkəməsinin 22 fevral 2021-ci il tarixli, 2(029)-145/2021 saylı qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İ Ş İ N H A L LA R İ: İddiaçı cavabdehlər Cavabdeh1nə, X6, Cavabdeh3, Cavabdeh4, X8, Balabəyova (Şirinova) Südabə Həmdulla qızına və Cavabdeh7 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1ndən, X2, Cavabdeh3, Cavabdeh4, X4, Balabəyova (Şirinova) Südabə Həmdulla qızından və Cavabdeh7 müştərək qaydada ona və ailə üzvlərinə vurduğu ziyana görə 3714 (üç min yeddi yüz on dörd) manat dəyərində maddi, hər birindən ayrı-ayrılıqda 3000 (üç min) manat dəyərində mənəvi zərərin və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını və Cavabdeh2 dövlət orqanlarına verdiyi yalan məlumatlara görə barəsində xüsusi qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək göstərmişdir ki, birinci instansiya məhkəməsi qətnaməsini X3, X1 və Cavabdeh2 ifadələrinə istinad etməklə əsaslandırmışdır ki, bu da tamamilə qanunsuz və əsassızdır. Belə ki, məhkəmə iclasında Cavabdeh1 yeni sədri X9 iddianı qəbul etməyərək izahatında göstərdi ki, 15 yanvar 2020-ci il tarixdən Əniq bələdiyyəsinin sədri vəzifəsində işləyir. Əniq Bələdiyyəsi İddiaçı və "xxxx” MMC-nə qarşı icarə müqaviləsinin etibarsız hesab edilməsi, alınmış icarə haqlarının qaytarılması tələbinə dair iddiası üzrə 06 avqust 2020-ci il tarixdə məhkəmə iclasında iştirak etmişdir. Həmin məhkəmə iclasında iddianı qəbul etməmişdir. Lakin Qusar Rayon Məhkəməsinin 2(029)- 57/2020 saylı, 06 avqust 2020-ci il tarixli qətnaməsinə əsasən Əniq Bələdiyyəsi İddiaçı və «xxxx» MMC-nə qarşı icarə müqaviləsinin etibarsız hesab edilməsi, alınmış icarə haqlarının qaytarılması tələbinə dair iddiası rədd edilmişdir. Bələdiyyə tərəfindən həmin məhkəmə qətnaməsindən apellyasiya şikayəti verilməmişdir. Bələdiyyə sədri işlədiyi müddət ərzində İddiaçı ilə Əniq bələdiyyəsi arasında heç bir mübahisə olmamışdır. Cavabdeh bələdiyyə həmin qətnamədən şikayət etməməklə qətnamədə göstərilənlərlə razı olduğunu bildirmişdir. Yəni bələdiyyənin İddiaçı qarşı iddiasının qanunsuz və əsassız olduğu qəbul edilir. Onun iddia tələbi Cavabdeh1 yeni sədri X5 qarşı yönəlməmişdir. Cavabdeh2 isə bildirmişdir ki, güya ona qarşı iddia qaldırmaqda məqsədi “xxxx” MMC-nin qurğusunun yerləşdiyi ərazinin koordinatlarını müəyyən etmək olmuşdur. Qeyd etdiyi kimi Qusar rayon Əniq bələdiyəsinin keçmiş sədri Cavabdeh2 06.08.2018-ci il tarixdə ərizə ilə Qusar rayon Polis İdarəsinə müraciət edərək iddiaçı ilə «xxxx» arasında bağlanmış müqavilənin qanunsuz olduğunu bildirmiş və onu dələduzluqda ittiham edərək iddiaçıya ödənilmiş icarə haqqının ondan alınmasını tələb etmişdir. Müraciət əsasında Qusar Rayon Polis İdarəsində araşdırma aparılmış, ərizəçinin, iddiaçı və bacısı Könül Hacıyevanın (keçmiş bələdiyyə işçisi) izahatları alınmış, əməlində dələduzluq faktı aşkar olunmadığı üçün cinayət işinin başlanmasının rədd edilməsi haqqında 04.09.2018-ci il tarixli qərar qəbul edilmişdir. Bundan sonra Cavabdeh2 İddiaçı qarşı icarə müqaviləsinin etibarsız hesab edilməsi və alınmış icarə haqqının qaytarılması tələbinə dair iddia ərizəsi ilə Qusar Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsinə Əniq bələdiyyəsinin 10 yanvar 2019-cu il tarixli, 01 saylı protokoldan çıxarışı əlavə edilmişdir. Həmin çıxarışın məzmunundan məlum olmuşdur ki, keçmiş bələdiyyə üzvləri hazırki iş üzrə cavabdehlər iclas keçirərək iddiaçı barəsində məhkəməyə müraciət edilməsi üçün qərar qəbul etmişlər. Cavabdeh2 iddia ərizəsində və iddiaya əlavə etdiyi Əniq bələdiyyəsinin 10 yanvar 2019-cu il tarixli, 01 saylı protokoldan çıxarışdakı imzalarına fikir verdikdə həmin imzaların eyni olmadığı məlum olur. Yəni həmin sənədlərdəki imzalardan biri başqa şəxs tərəfindən icra edilmişdir. Məhkəmə iclaslarında sözügedən iclas protokolunun əslinin məhkəməyə təqdim olunması Cavabdeh2 tələb olunsa da o həmin sənədi hansısa səbəbə görə məhkəməyə təqdim etməkdən imtina etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən iş üzrə qətnamə qəbul edilərkən işin bu faktiki halları nəzərə alınmamışdır. Əvvəlki məhkəmə tərəfindən iş üzrə müvafiq ekspertizalar təyin edilmiş, aparılmış araşdırma nəticəsində iddia tələbinin əsassız olduğu müəyyən edilmiş və məhkəmənin 2(029)-57/2020 saylı, 06.08.2020-ci il tarixli qətnaməsi ilə iddia tələbinin rədd edilməsi qət edilmişdir. Həmin qətnamə ilə iş üzrə 124 manat məbləğində məhkəmə xərclərinin Qusar rayonu, Əniq bələdiyyəsindən və iddiaçıdan müştərək qaydada tutularaq Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin hesabına, iş üzrə 100 manat məbləğində məhkəmə xərclərinin Qusar rayonu, Əniq bələdiyyəsindən və iddiaçıdan müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi tələb olunmuşdur. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra iddiaçı cəmi 114 (yüz on dörd) manat (51 manat + 63 manat) pul vəsaitini qətnamədə göstərilən bank hesablarına ödəmişdir. İş üzrə təyin edilmiş məhkəmə iclaslarında iştirak etmək və məhkəmə ekspertizaları zamanı mübahisəli əraziyə baxış keçirmək üçün bütün işindən ayrılaraq faktiki yaşadığı Bakı şəhərindən dəfələrlə Qusar Rayonunun Əniq kəndinə və Sumqayıt şəhərinə gəlmişdir. Məhkəmə iclaslarında iştirak etmək üçün ona-Nümayəndə bir neçə dəfə etibarnamə vermişdir. Etibarnamə və yol xərclərinə ümumilikdə təxminən 500 manat pul vəsaiti xərcləməli olmuşdur. Bələdiyyə tərəfindən iddiaçıya qarşı iddianın qaldırılmasına səbəb həmin bələdiyyədə 2010-2011-ci illər ərzində vergi auditi, 2011-2018-ci ilin fevral ayınadək xəzinədar vəzifəsində işləmiş bacısı Könül Hacıyevanın bələdiyyə sədri olmuş Cavabdeh2 qanunsuz hərəkətlərinə görə məhkəməyə müraciət etməsi olmuşdur. Belə ki, Cavabdeh2 işlədiyi müddət ərzində bir sıra qanunsuzluqlara yol vermiş, onun bu qanunsuz əməllərinə baş əyməyən iddiaçının bacısı Könül Hacıyevanı qanunsuz olaraq 2016-cı ildə işdən azad etmişdir. Müvafiq məhkəmə qətnaməsi ilə Könül Hacıyevanın öz işinə bərpa olunması və ödənilməmiş əmək haqqını X7 ödənilməsi qət edilmişdir. Könül Hacıyevanın tələbindən imtina etməsi üçün Cavabdeh2 tərəfindən ailə üzvlərinə hədə-qorxular edilmişdir. X18 haqlı tələbindən imtina etməmiş, əvvəlki işinə bərpa olunmuş və ödənilməmiş əmək haqqı Qusar rayon icra və probasiya şöbəsinin məcburi tələbi ilə bələdiyyənin hesabından tutulmuşdur. Bundan qəzəblənən Cavabdeh2 öz havadarları ilə birlikdə onların ailəsinə pisliklər etmək qərarına gəlmişdir. Həmin əməllərindən biri kimi, Qusar rayon Əniq kəndində yerləşən onların fərdi yaşayış evinin qarşısındakı ümumi istifadədə olan yol sahəsini qanunsuz olaraq 09 yanvar 2017-ci il tarixdə qonşuya satması və qonşunun mövcud darvazasının 12 metr yola tərəf çəkilməklə yol hissəsində darvaza quraşdıraraq fərdi evlərinə giriş-çıxışı bağlaması olmuşdur. Qonşu ilə aralarında mübahisə yaranmış, bələdiyyə sənədinin olduğunu əsas gətirərək tikintini davam etdirmək istəmişdir. 102 xidmətinə, Rayon İcra Hakimiyyətinə müraciətlərindən sonra İH-nin memarı əraziyə gəlmiş, bələdiyə qərarının qanunsuz olduğunu qonşuya bildirilmiş, tikininin aparılması dayandırılaraq darvaza əvvəlki yerinə qaytarılmış və ümumi istifadədə olan yol sahəsindən gediş-gəliş bərpa edilmişdir. Cavabdeh2 qanunsuz əməlləri nəticəsində qonşu ilə aralarında mübahisə yaranmış, mübahisə zamanı həyat yoldaşı stres keçirmiş və nevroz xəstəliyinə tutulmuş, bir ildən artıq kənd, rayon və Bakı şəhərində müxtəlif xəstəxanalarda müalicələr almışdır. Bu müalicələrə təxminən 3000 manat pul vəsaiti xərcləmişlər. Kəndə su xəttinin çəkilməsi məqsədilə 2019-cu ilin noyabr ayında Samirə Rəsulov tərəfindən kənd üzrə 150 təsərrüfatdan ən azı 20 manat olmaqla pul vəsaiti yığılmışdır. Bələdiyyəyə ödədikləri 20 manat pul vəsaitinə dair qəbz bu günə kimi onlara verilməmişdir. Bildirir ki, məhkəmə qətnaməsi ilə Könül Hacıyevaya ödənilməli olan əmək haqqının tutulması üçün Qusar rayon İcra və probasiya şöbəsi tərəfindən bələdiyyənin bank hesabına inkasso sərəncamı qoyulsa da Cavabdeh2 qərəzli şəkildə Azərbaycan Respublikasının adından çıxarılmış məhkəmə qətnaməsini icra etməmək üçün başqa bankda yeni hesab açaraq yığılmış vəsaiti həmin hesaba keçirmiş və eyni gündə pul vəsaitini hesabdan çıxarmışdır. Cavabdeh2 iddiaçını dələduzluqda ittiham edərək barəsində Qusar Rayon Polis İdarəsinə şikayət etdikdən sonra iddiaçı onun qanunsuz şikayətlərinə obyektiv yanaşılması və pozulmuş hüquqlarının müdafiəsi üçün Respublikanın bir sıra direktiv orqanlarına poçt vasitəsi ilə çoxsaylı ərizələr və teleqramlar ünvanlamışdır. Ərizə və teleqramların göndərilməsinə təxminən 100 manat pul vəsaiti xərcləmişdir. Göründüyü kimi Cavabdeh1 10 yanvar 2019-cu il tarixli, 01 saylı Protokolunun 4 saylı qərarı ilə iddiaçıya qarşı məhkəməyə müraciət edilməsi qərara alınmış, nəticədə ona madddi və mənəvi zərər dəymişdir. Bütün bunların fonunda Cavabdeh2 iddiaçıya qarşı iddia qaldırmaqda məqsədi mübahisəli ərazinin koordinatlarını müəyyən etmək olmamışdır. Belə ki, kordinatların müəyyən edilməsi DƏDRX-nin səlahiyyətlərinə aiddir. Yəni Samirənin belə bir fikri olsa idi DƏDRX-nə müraciət edərdi. Talib Vəlicanov isə mübahisə ilə bağlı iddiaçı ilə görüşlərində bələdiyyənin iclasında iştirak etmədiyini, ümumiyyətlə formal iclas protokoluna imza etmədiyini bildirmişdir. Digər cavabdehlər də belə bir iclasın keçirilmədiyi üçün məhkəmə iclasına gəlməkdən imtina etmişlər. Qeyd olunanlara əsasən apelyasiya şikayətinin təmin edilməsini, Qusar Rayon Məhkəməsinin 22 fevral 2021-ci il tarixli, 2(029)-145/2021 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş edir. P R O S E S S U A L M Ə S Ə L Ə L Ə R: Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə cavabdehlər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iş üzrə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ M Ə S Ə L Ə L Ə R: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, idiaçının nümayəndəsinin izahatını dinləyərək, apelyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Qusar Rayon Məhkəməsinin 2(029)-57/2020 saylı, 06 avqust 2020-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Qusar rayonu, Əniq bələdiyyəsinin İddiaçı və “xxxx” MMC-nə qarşı icarə müqaviləsinin etibarsız hesab edilməsi, alınmış icarə haqlarının qaytarılması tələbinə dair iddiası rədd edilmişdir. İş üzrə 124 (yüz iyirmi dörd) manat məbləğində məhkəmə xərcləri Qusar rayonu Əniq bələdiyyəsindən və İddiaçı müştərək qaydada tutularaq Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin hesabına keçirilməsi, iş üzrə 100 (yüz) manat məbləğində məhkəmə xərclərinin Qusar rayonu, Əniq bələdiyyəsindən və İddiaçı müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi qət edilmişdir. İşdə olan Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(085)-746/2019 saylı, 16.05.2019-cu il tarixli qətnaməsindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin imtinasının qanunsuz hesab edilməsi, Qusar rayonu, Əniğ bələdiyyəsinin 05 iyul 2007-ci il tarixli, 05 saylı qərarı və 16 iyul 2007-ci il tarixdə Qusar rayon Torpaq şöbəsində 18 nömrə ilə qeydə alınmış Torpaqların alqı-satqısına dair Akt əsasında İddiaçı satılmış sahəsi 0.06 ha olan torpaq sahəsinə dair Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən qeydiyyat tarixi 01 oktyabr 2007-ci il tarixli, reyestr nömrəsi **********12 olan “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd olunan koordinatların dəyişdirilərək Əniğ kəndinin yerquruluşu xəritəsində göstərilən torpaq sahəsinin yerquruluşu planına, yəni, faktiki naturaya uyğun mərz nişanları qoyularaq koordinatlar verilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin uzərinə qoyulması qət edilmişdir. İşdə olan 10 yanvar 2019-cu il tarixli, 01 saylı protokoldan çıxarışdan görünür ki, İddiaçı bələdiyyə mülkiyyətində olan torpaq sahəsini qanunsuz olaraq istifadə etməklə və onun barəsində qanunsuz sərəncam verməklə oradan gəlir əldə etmiş və Əniq bələdiyyəsini həmin ərazidən istifadə etməklə qanunla müəyyən olunmuş qaydada gəlir əldə etmək imkanından məhrum etmişdir. Həmin icarə haqlarının İddiaçı alınaraq bələdiyyəyə qaytarılması və müqavilənin etibarsız hesab edilməsi üçün Qusar rayon məhkəməsinə müraciət olunması qərara alınmışdır. İşdə olan 04 sentyabr 2018-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında Qərardan görünür ki, Qusar RPŞ-nin İTB-nin topladığı material əsasında toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmiş. Qusar rayonu, Əniq kənd bələdiyyəsinin sədri Cavabdeh2 vətəndaş Renat Hacıyev tərəfindən torpaq sahəsinin buraxılmasına dair tələbi mülki mübahisəli olduğundan, həmin xüsusat üzrə mülki iddia qaydasında məhkəmə orqanlarına müraciət etmək hüququ izah edilmişdir. İşdə olan K**********37439 saylı qəbzdən görünür ki, Renad Nümayəndə oğlu tərəfindən Məhkəmə Ekspertiza Mərkəzinə 50 (əlli) manat ödənilmişdir. İşdə olan K**********37384 saylı qəbzdən görünür ki, Renad Nümayəndə oğlu tərəfindən Kadastr və Yerquruluşu Lahiyə-Tədqiqat Mərkəzinə 62 (altmış iki) manat ödənilmişdir. İş materialları ilə müəyyən olunmuşdur ki, cavabdehlər Cavabdeh1, X10, Cavabdeh3, Cavabdeh4, X11, Balabəyova (Şirinova) Südabə Həmdulla qızı və Cavabdeh7 tərəfindən İddiaçı hər hansı maddi və mənəvi zərərin vurulması, onlar tərəfindən iddiaçı qarşısında mülki məsuliyyətin əmələ gəlməsinə səbəb olan hər hansı hərəkətlərə yol verilməsi halları aşkar olunmamış, bu barədə məhkəməyə heç bir mötəbər sübut təqdim edilməmişdir. Bundan başqa işə baxılarkən Cavabdeh2 hərəkətlində cinayət hüquqi xarakterli faktların müəyyən edilməsi aşkar olunmamış, ona görə Cavabdeh2 barəsində xüsusi qərardad çıxarılmasına zərurət yaranmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı ona 3714 (üç min yeddi yüz on dörd) manat dəyərində maddi ziyanın dəyməsini bildirsə də, buna dair sübutları təqdim etməmiş, qeyd etdiyi xüsusatları təsdiqləyən hər hansı qəbz, ödəniş çeklərini təqdim etməmiş, bununla da tələbini sübuta yetirə bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bundan əlavə məhkəmə kollegiyası mənəvi ziyanın əvəzi olaraq cavabdehlərin hər birincin 3000 manatın tutulması barədə tələbə qiymət verərək qeyd edir ki, iddia tələbi həmin hissədə təmin edilməməlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarına əsasən ifadə olunmuş mövqeyinə görə “mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyriəmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Həmçinin, mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır”. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarında da oxşar mövqe tutulmuşdur. Ali Məhkəmənin Plenumu hesab etmişdir ki, “zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borludur. Qanunvericliyin tələbinə görə iddiaçı cavabdehlərə görə ona vurulmuş mənəvi zərər arasında səbəbli əlaqə olmasını sübuta yetirməlidir. İddiaçı isə belə bir sübut təqdim etməmişdir. Halbuki AR Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu baxımdan iddiaçının cavabdehlərin hərəkətləri nəticəsində mənəvi ziyan çəkməsinə dair sübut olmadığından iddia tələbi həmin hissədə təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticə qanuni və əsaslıdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini əsassız hesab edərək qeyd edir ki, iddiaçının nümayəndəsi məhkəmə kollegiyasının iclasında apelyasiya şikayətinin dəlillərini əsaslandıra bilməmiş, buna dair hər hansı sübutu təqdim etməmişdir. Apelyasiya şikayətində qeyd edilən dəlillərə isə məhkəmə qətnaməsində qiymət verilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırki işdə məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv olunması üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Həmin Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməməli, Qusar Rayon Məhkəməsinin 22 fevral 2021-ci il tarixli, 2(029)-145/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 372.1, 372.6, 372.7, 384.0.1 və 393, 402, 405 və 406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: İddiaçı apelyasiya şikayəti təmin edilməsin. Qusar Rayon Məhkəməsinin 22 fevral 2021-ci il tarixli, 2(029)-145/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-1880/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1880/2021
08.06.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver