Məhkəmə qərarları › İş №2(105)-1893/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1893/2023

31.10.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1893/2023 31.10.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Sumqayıt şəhəri üzrə İcra idarəsinə qarşı iş üzrə QƏRARDADİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər X4 və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı tələblərin ləğv edilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(060)-4233/2023 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. İşin halları

1. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3323/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi əsas borcun məbləğinə aid hissədə dəyişdirilmiş, xx.xx.2015-ci il tarixli, RV/94747/54/15 nömrəli kredit sazişi üzrə xx.xx.2022-ci il tarixinə olan əsas borc kimi 693,49 (altı yüz doxsan üç tam yüzdə qırx doqquz) manatın zamin X1 "xxxx" ASC-nin xeyrinə tutulması, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması, mühasibat ekspertizasının xərci olan 50 manatın 25 (iyirmi beş) manatı X1, 25 (iyirmi beş) manatı isə "xxxx" ASC-dən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin nəfinə tutulmuşdur.

2. Cavabdeh xx.xx.2023-cü il tarixli məktubuna əsasən borclu şəxs qanunda nəzərdə tutulmuş qaydada könüllü müddət ərzində icranı təmin etmədiyi üçün tələb olunan 25 manat məbləğin 7% həcmində icra ödənişi, yəni 1,75 manatı Cavabdeh xüsusi fondunun hesabına köçürülməlidir. İcra sənədi icra olunduqdan sonra tutulmalar haqqında qeydiyyat aparılmalı və idarənin möhürü ilə təsdiq edildikdən sonra Cavabdehnə qaytarılmalıdır.

3. Cavabdeh xx.xx.2023-cü il tarixli məktubuna əsasən borclu şəxs qanunda nəzərdə tutulmuş qaydada könüllü müddət ərzində icranı təmin etmədiyi üçün tələb olunan 693,49 manat məbləğin 7% həcmində icra ödənişi, yəni 48.54 manatı Cavabdeh xüsusi fondunun hesabına köçürülməlidir. İcra sənədi icra olunduqdan sonra tutulmalar haqqında qeydiyyat aparılmalı və idarənin möhürü ilə təssis edildikdən sonra Cavabdehnə qaytarılmalıdır.

4. “İcra ödənişinin alınması haqqında” xx.xx.2023-cü il tarixli qərarının surətindən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3323/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən İddiaçı 1,75 manat məbləğində icra ödənişinin tutulması qərara alınmışdır.

5. “İcra ödənişinin alınması haqqında” xx.xx.2023-cü il tarixli qərarının surətindən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3323/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən İddiaçı 48,54 manat məbləğində icra ödənişinin tutulması qərara alınmışdır.

6. "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli arayışının surətindən görünür ki, "xxxx" ASC ilə bağlanmış xx.xx.2015-ci il tarixli, RV/94747/54/15 nömrəli müqaviləyə əsasən X2 və İddiaçı “Bank of Baku ASC-yə borcu yoxdur.

Birinci instansiya məhkəməsindəki icraat

7. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2023-cü il tarixli 3904/37 №-li və xx.xx.2023-cü il tarixli 4872/37 №-li tələblərinin ləğv edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir

8. İddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2022-ci il tarixində Cavabdehndə icraata alınmış Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3323/2022 nömrəli qətnaməsi xx.xx.2022-ci il tarixində kredit alan M.Tağıyev və zamin İddiaçı tərəfindən könüllü icra olunub. Belə, ki kredit sazişi üzrə xx.xx.2022-ci il tarixinə olan əsas borc kimi 693,49 manat xx.xx.2022-ci il - xx.xx.2022-ci il tarixlərdə kredit alan tərəfindən ödənilib. Ekspertiza xərclərinə dair tələb olunan 25 manat isə xx.xx.2022-ci il tarixində zamin tərəfindən ödənilib. Lakin, “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 8.2-ci maddəsində nəzərdə tutulmuş bildiriş verilmədən və heç bir qanuni əsas olmadan xx.xx.2023-cü və xx.xx.2023-cü tarixlərdə onun iş yerinə daxil olmuş 3904/37 №-li xx.xx.2023-cü il tarixli və 4872/37 №-li xx.xx.2023-cü il tarixli məktublarla cavabdeh tərəfindən onun əmək haqqından ümumilikdə 448,29 manatın tutulması tələb olunmuşdur. Cavabdeh 3904/37 №-li xx.xx.2023-cü il tarixli və 4872/37 №-li xx.xx.2023-cü il tarixli məktublarında qeyd olunan tələblər qanunsuzdur. Qeyd olunanla əlaqədar, onun xx.xx.2023-cü il tarixli ərizəsinə cavabdeh tərəfindən heç bir cavab verilməmişdir.

9. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(060)-4233/2023 nömrəli qətnaməsi ilə (hakim Gülnarə Tağızadə) iddia rədd edilmişdir.

10. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının ləğvini tələb etdiyi və iş materiallarına əlavə etdiyi sənədlər heç bir hüquqi əsası olmadığı üçün onun ləğvi də mümkünsüzdür. Eyni zamanda icra məmuru tərəfindən icra sənədinin icrası ilə əlaqədar qanunauyğun tədbirlər görülmüşdür. Məhkəmə iclası zamanı müəyyən edildi ki, İddiaçı Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3323/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra edilməsi barədə icra məmuruna rəsmi qaydada heç bir məlumat verməmişdir və icra məmuru haqlı olaraq sənədin icrası ilə müvafiq tədbirlər görmüşdür.

11. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Prosessual Məcəllənin 14.2, 77.1-ci maddələrinin tələbləri ilə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) apellyasiya şikayətinin dəlilləri

12. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “İcra haqqında” Qanunun 8.2-ci maddəsində nəzərdə tutulmuş bildirişin vətandaşa verilməsini təsdiq edən sənədin (poçt göndərişinin verilməsi haqqında xəbərnamə və s.) mövcudluğu məhkəmə tərəfindən aydınlaşdırılmamışdır. Cavabdeh 3904/37 nömrəli xx.xx.2023-cü il tarixli tələbinə dair cavabdeh tərəfindən “Asan ödəniş” sisteminin rəsmi internet saytında yerləşdirdiyi ******* №-li xx.xx.2022-ci il tarixli tələbin icrasını təsdiq edən xx.xx.2022-ci il tarixli ödəniş qəbzi olduğu halda, 3904/37 nömrəli xx.xx.2023-cü il tarixli tələbin vətandaşın iş yerinə göndərilmə səbəbi məhkəmə tərəfindən aydınlaşdırılmamışdır. Cavabdehin 6226 №-li xx.xx.2023-cü il tarixli məktubunda izah olunur ki, telefon vasitəsi ilə vətandaşla əlaqə saxlanılsa da, o, icra idarəsinə gəlməkdən boyun qaçırdığı üçün xx.xx.2023-cü il tarixində əmək haqqından tutulma aparılması üçün tələb vətəndaşın iş yerinə göndərilmişdir. Belə bir cəzanın Azərbaycan Respublikasının qanunvericiliyinə uyğunluğun olması məhkəmə tərəfindən aydınlaşdırılmamışdır. ******* №-li xx.xx.2022-ci il tarixli tələbin vətəndaş tərəfindən könüllü icra etdiyi halda ondan 7% icra ödənişi tələb olunması mümkünlüyü məhkəmə tərəfindən aydınlaşdırılmamışdır. Cavabdeh 4872/37 nömrəli xx.xx.2023-cü il tarixli tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3323/2022 nömrəli qətnaməsində deyilir ki, xx.xx.2022-ci il tarixindən sonra kredit alan və zamin tərəfindən kredit sazişi üzrə edilmiş ödənişlər qətnamənin icrası zamanı nəzərə alınmalıdır. Cavabdehin xx.xx.2022-ci il tarixinə olan əsas borc kimi 693,49 manat məbləğin 7% həcmində icra ödənişi tələbin mümkünlüyü məhkəmə tərəfindən aydınlaşdırılmamışdır. Cavabdeh tərəfindən "xxxx" ASC-nin xeyrinə 373 manatın ödəniməsi tələbin əsasları məhkəmə tərəfindən aydınlaşdırılmamışdır.

b) apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

15. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.

16. Məhkəmə iclasının yeri və vaxtı barədə Cavabdehnə məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

17. Maddə 261. İcraata xitam verilmə əsasları 261.0. Hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir: 261.0.1. iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə (...)

18. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

19. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...) 384.0.5. birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1- 259.0.5-ci və 259.0.8—259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Bu Məcəllənin 259.0.11-ci maddəsində göstərilən əsaslar işə yalnız birinci instansiya məhkəməsində baxılarkən yarandığı halda tətbiq edilir (...)

20. Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv olunması üçün əsaslar 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi (...)

21. Maddə 400. Apellyasiya instansiyası məhkəməsinin şikayət üzrə qəbul etdiyi qərardadının qanuni qüvvəsi Apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir.

22. Maddə 402. Kassasiya şikayəti vermə hüququ (...) 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: (...) 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə;

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

23. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11 sentyabr 2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

24. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iş üzrə icraata xitam verilməlidir.

25. Belə ki, icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən məhkəməyə şikayət verilməsi “İcra haqqında” Qanunun 87.1-ci maddəsində nəzərdə tutulmuşdur. Həmin maddədə göstərilir ki, icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclu icra məmurunun olduğu yer üzrə inzibati məhkəməyə şikayət verə bilər. Bu Qanunun digər maddələrində başqa müddət müəyyən edilməyibsə, icra məmurunun hərəkətlərindən şikayət müvafiq hərəkətin edildiyi vaxtdan 10 gün müddətində verilir.

26. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair 10 oktyabr 2017-ci il tarixli qərarında göstərilmişdir ki, “...Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bir sıra normalarına əsaslanaraq hesab edir ki, qətnamə çıxarıldıqdan sonra həmin qətnaməni çıxaran hakimin üzərinə qoyulan bir sıra vəzifələr (məsələn, qətnamədəki yanlışlıqların və ya açıq hesab səhvlərinin düzəldilməsi (maddə 228), əlavə qətnamənin çıxarılması (maddə 229), qətnamənin izah edilməsi (maddə 230), qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi (maddə 231.1, 231.2), ödənilməli pul məbləğlərinin indeksasiyası (maddə 232) məhz qətnamənin səmərəli icrasını təmin etmək məqsədini daşıyır. Qeyd olunanlar eyni zamanda məhkəmənin qəbul etdiyi qətnamənin icrasına nəzarət funksiyasının həyata keçirilməsinə də xidmət edir”.

27. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə əsasən, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir.

28. İcra qurumunun icra sənədinin icra olunması ilə bağlı qərarı, hərəkəti və hərəkətsizliyi belə mübahisənin predmetini təşkil edir. Tələbkar və borclu icra sənədinin icra olunması ilə bağlı məsələləri mübahisələndirmək hüququna malikdirlər.

29. Hazırkı işdən görünür ki, iddiaçı Cavabdeh icra ödənişlərinin tutulması barədə məktublarının ləğvini xahiş edir.

30. Kollegiya qeyd edir ki, “İcra haqqında” Qanun icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən şikayət verilə biləcəyini təsbit edir. Bununla da, qanunverici hüququn müdafiəsi üçün vasitə kimi ayrıca iddianın qaldırılmasını istisna etmişdir. Məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun tərkib hissəsi və davamı kimi qəbul edildiyindən, icra sənədinin icra olunması ilə bağlı icra məmuru tərəfindən həyata keçirilən fəaliyyətə və bu zaman qəbul edilən qərarlara məhkəmə müdafiəsi hüququnun reallaşdırılmasının tərkib hissəsi və davamı kimi yanaşılmalıdır. Çünki, məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun ayrılmaz tərkib hissəsidir.

31. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, mövcud tələbə müstəqil iddia formasında mülki məhkəmə icraatı qaydasında baxılmalı olmalıdığından apellyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(060)-4233/2023 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə icraata xitam verilməklə, iddiaçıya icra qurumunun icra sənədinin icra olunması ilə bağlı qərarı, hərəkəti və hərəkətsizliyi ilə bağlı ərizə ilə aidiyyəti üzrə müvafiq məhkəməyə müraciət etmək hüququ izah ediməlidir.

32. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261.0.1, 398.0.2, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qərara aldı:

Apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(060)-4233/2023 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə icraata xitam verilsin. İddiaçıya icra qurumunun icra sənədinin icra olunması ilə bağlı qərarı, hərəkəti və hərəkətsizliyi ilə bağlı ərizə ilə aidiyyəti üzrə müvafiq məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər. Qərardaddan kassasiya şikayəti verilmədikdə, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar