Məhkəmə qərarları › İş №2(105)-1897/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1897/2024

18.12.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1897/2024 18.12.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri X5 (sədrlik edən və məruzəçi), X1 və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və Cavabdeh2 qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-5328/2024 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və Cavabdeh2 qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər "xxxx" MMC-nin “Liman Klinikası” və Cavabdeh2 tərəfindən İddiaçı dəyən 115742,77 manat maddi zərərin, 340000 manat müalicə xərclərinin, 100000 manat mənəvi zərərin, cəmi 555742,77 manat məbləğində pul vəsaitinin müştərək qaydada "xxxx" MMC-nin “Liman Klinikası” və Cavabdeh2 tutulub İddiaçı ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-5328/2024 nömrəli qərardadı ilə İddiaçı cavabdehlər "xxxx" MMC və Cavabdeh2 qarşı İddiaçı dəyən 115742,77 manat maddi zərərin, 340000 manat müalicə xərclərinin, 100000 manat mənəvi zərərin, cəmi 555742,77 manat məbləğində pul vəsaitinin müştərək qaydada "xxxx" MMCnin “Liman Klinikası”ndan və Cavabdeh2 tutulub İddiaçı ödənilməsinə tələbi üzrə mülki işin icraatına “cavabdeh "xxxx" MMC-nin “Liman Klinikası”na qarşı maddi və mənəvi zərərin tutulması hissəsində xitam verilməsi qərara alınmışdır (hakim Vəfa Şirəliyeva). İddiaçı həmin qərardaddan şikayət verərək, Sumqayıt Şəhər Məhkəməsində 2(060)- 5328/2024 nömrəli cavabdehlər "xxxx" MMC-nin “Liman Klinikası”na və X2 qarşı İddiaçı iddia tələbi üzrə mülki işin icraatına cavabdeh "xxxx" MMC-nin “Liman Klinikası”na qarşı maddi və mənəvi zərərin tutulması hissəsində xitam verilməsi barəsində 2(060)-5328/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadının ləğv edilməsini məhkəmədən xahiş etmişdir Sumqayıt Şəhər Məhkəməsinin 21 noyabr 2024-cü il tarixli, 2(060)-5328/2024 nömrəli qərardadı ilə şikayət və ona əlavə edilmiş sənədlər qeyd olunan şikayət ərizəsinin imzalanmadan elektron məhkəmə informasiya sisteminə yerləşdirilməsi səbəbindən şikayətin Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 361-ci maddəsinin tələblərinə uyğun gəlməməsi əsası ilə geri qaytarılmışdır. xx.xx.2024-cü il tarixdə İddiaçı Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-53284/2024 nömrəli qərardadından şikayət vermişdir. Şikayətə həmçinin Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-5328/2024 nömrəli qərardadından şikayət vermə müddətinin ötürülməsinin üzrlü hesab edilərək buraxılmış müddətin bərpa edilməsinə dair ərizə əlavə edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-5328/2024 nömrəli qərardadı ilə İddiaçı xx.xx.2024-cü il tarixli, 2(060)-5328/2024 nömrəli qərardadından şikayət verilməsi müddətinin bərpa edilməsi barədə ərizəsinin təmin edilməsi, İddiaçı Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-5328/2024 nömrəli qərardadından verdiyi şikayət ərizəsinin baxılması üçün mülki işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə şikayətinin icraata götürülməsini və baxılmasını xahiş etdi. Məhkəmənin mümkünlük iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq cavabdehlər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-5328/2024 nömrəli qərardadından iddiaçı tərəfindən verilən şikayətin mümkünlüyünə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını tədqiq edib, şikayətin mümkünlüyünü müzakirə edərək belə nəticəyə gəlir ki, mülki işə apellyasiya qaydasında baxılması hazırda qeyrimümkündür. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı tərəfindən verilən şikayət “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verilsə də, elektron imza vasitəsilə imzalanmamışdır, bununla da prosessual qanunvericiliyin tələbləri pozulmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10-1.1-ci maddəsinə əsasən elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. Həmin Məcəllənin 10-1.3-cü maddəsinin tələblərinə görə kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Həmin Məcəllənin 10-1.7-ci maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində elektron sənəd dövriyyəsi üçün gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363.1.5-ci maddəsinin tələbinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. Beləliklə kollegiya hesab edir ki, hazırkı şikayət gücləndirilmiş elektron imza və sertifikatlaşdırılmış elektron imza vasitəsilə imzalanmış elektron sənəd şəklidə verilmədiyindən, şikayətin forması və məzmunu qüvvədə olan prosessual qanunvericiliyinin tələblərinə cavab vermədiyindən, geri qaytarılmalıdır. Birinci instansiya məhkəməsi bu məsələyə diqqət yetirməmiş və əhəmiyyət verməmiş, qərardaddan verilmiş şikayəti mülki işlə birlikdə baxılması üçün yuxarı instansiya məhkəməsinə göndərmiş, bununla da Mülki Prosessual Məcəlləsinin mülki işlər üzrə məhkəmə icraatının elektron qaydada aparılması ilə bağlı prosessual hüquq normalarının tələblərini pozmuşdur. Qeyd olunanlar hazırkı halda şikayətə apellyasiya qaydasında baxılmasını qeyrimümkün edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361.1-ci maddəsinə əsasən apellyasiya şikayəti bu Məcəllə ilə müəyyən edilmiş formada verilməlidir. Həmin Məcəllənin 366.2-ci maddəsinə görə əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-5328/2024 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə apellyasiya qaydasında baxılması üçün prosessual əsaslar yoxdur. Buna görə də şikayətə apellyasiya qaydasında baxılması hazırkı halda qeyrimümkün hesab edilməli, iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, qərardaddan verilmiş şikayətin forma baxımından tələblərə uyğunluğu məsələsi araşdırılarkən birinci instansiya məhkəməsi məhkəmə kollegiyasının gəldiyi nəticəni və müəyyən etdiyi göstərişləri mütləq nəzərə almalı, məsələ düzgün və qanuni həllini tapmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 10- 1.3-cü 400 və 402.2-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARAALDİ: Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-5328/2024 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilsin. Mülki iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar