Məhkəmə qərarları › İş №2(105)-1911/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1911/2021

19.10.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1911/2021 19.10.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər Məmmədov Zaur İkram oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Ağayeva Elnarə Nəriman qızının katibliyi, İddiaçı1 Azər oğlunun nümayəndəsi Vəkil, cavabdehlər X180, X33 iştirakı ilə, İddiaçı X46 cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı torpaq alqı-satqı əqdinin etibarlı hesab edilməsi həmin torpağın mülkiyyətinə verilməklə adına dövlət qeydiyyatına alınıb reyestrdən çıxarış verilməsi tələbinə dair dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin 12 avqust 2009-cu il tarixli, 2(027)-724/2009 saylı qətnaməsindən cavabdehlər X181, X47, X86, X87, X182, X183, X10, X14, X11, X24, X15, X25, X16, X114, X34, X149, X115, X184, maraqlı şəxs X48, Cavabdeh1, Ramazanova X150, X49, Cavabdeh4, Cavabdeh5, X50, X51, X52, X88, X67, X116, X117, X89, X90, X68, X33, X26, X118, X91, X92, X27, X53, X12, X119, X180, X151, X120, X152, X185, X69, X54, X70, X35, Əliyev Səxavət Gülverdi oğlunun, X93, X153, X94, X121, Əliyeva Hicran Səxavət qızının, maraqlı şəxs X215 nümayəndəsi X122, cavabdeh S.Ə.Hacıbalayevanın hüquqi varisi X10 apellyasiya şikayətlərinə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Quba Rayon Məhkəməsinin 12 avqust 2009-cu il tarixli qətnaməsi ilə (hakim Füzuli Pənahov) iddia tələbinin təmin edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 JN 061 KOD 30318068 saylı torpağın mülkiyyətə verilməsinə dair dövlət aktı əsasında məxsus 0,86 ha torpaq sahəsindən 5073,00 kv. metr əkin sahəsinin, X55, X36, X71, X72, X56 JN 0057 KOD 30318068 saylı torpağın mülkiyyətə verilməsinə dair dövlət aktı əsasında məxsus 0,86 ha torpaq sahəsindən 5073,00 kv. metr əkin sahəsinin, X123, X95 və ailə üzvləri X154, X124 və X155 JN 0058 KOD 30318068 saylı torpağın mülkiyyətə verilməsinə dair dövlət aktı əsasında məxsus 1,11 ha torpaq sahəsindən 6900,00 kv. metr əkin sahəsinin, X186, X156, X187, X216, X96, X73, X97, X37 JN 0069 KOD 30318068 saylı torpağın mülkiyyətə verilməsinə dair dövlət aktı əsasında məxsus 1,36 ha torpaq sahəsindən 7970,00 kv. metr əkin sahəsinin, X98 JN 0059 KOD 30318068 saylı torpağın mülkiyyətə verilməsinə dair dövlət aktı əsasında məxsus 0,17 ha torpaq sahəsindən 1014,00 kv. metr əkin sahəsinin, X74 JN 935 KOD 30306018 saylı torpağın mülkiyyətə verilməsinə dair dövlət aktı əsasında məxsus 0,54 ha torpaq sahəsinin, X99 JN 934 KOD 30306018 saylı torpağın mülkiyyətə verilməsinə dair dövlət aktı əsasında məxsus 5404,00 kv. metr torpaq sahəsinin, X188 JN 927 KOD 30306018 saylı torpağın mülkiyyətə verilməsinə dair dövlət aktı əsasında məxsus 5404,00 kv. metr torpaq sahəsinin, X9 JN 0065 KOD 30318068 saylı torpağın mülkiyyətə verilməsinə dair dövlət aktı əsasında məxsus 0,17 ha torpaq sahəsindən 1015,00 kv. metr əkin sahəsinin,X157, X125, X158, X217, X189 JN 0068 KOD 30318068 saylı torpağın mülkiyyətə verilməsinə dair dövlət aktı əsasında məxsus 0,86 ha torpaq sahəsindən 5073,00 kv. metr əkin sahəsinin, X159, X75, X190, X160, X218 JN 0063 KOD 30318068 saylı torpağın mülkiyyətə verilməsinə dair dövlət aktı əsasında məxsus 0,86 ha torpaq sahəsindən 5073,00 kv. metr əkin sahəsinin, Əliyev Səxavət Gülverdi oğluna, X126, X191, X127, X161, Əliyev Hicran Səxavət oğluna JN 0062 KOD 30318068 saylı torpağın mülkiyyətə verilməsinə dair dövlət aktı əsasında məxsus 1,03 ha torpaq sahəsindən 6088,00 kv. metr əkin sahəsinin, X57, X38, X162, X128, X129 JN 0067 KOD 30318068 saylı torpağın mülkiyyətə verilməsinə dair dövlət aktı əsasında məxsus 0,86 ha torpaq sahəsindən 5073,00 kv. metr əkin sahəsinin,X28, X130, X39, X17 JN 0066 KOD 30318068 saylı torpağın mülkiyyətə verilməsinə dair dövlət aktı əsasında məxsus 0,69 ha torpaq sahəsindən 4057,96 kv. metr əkin sahəsinin, X18, X29, X19, X40, X30, X41 JN 0064 KOD 30318068 saylı torpağın mülkiyyətə verilməsinə dair dövlət aktı əsasında məxsus 1,20 ha torpaq sahəsindən 7102,00 kv. metr əkin sahəsinin, Cavabdeh6, X58, X131, X132, X219, X192 JN 0060 KOD 30318068 saylı torpağın mülkiyyətə verilməsinə dair dövlət aktı əsasında məxsus 1,03 ha torpaq sahəsindən 6088,00 kv. metr əkin sahəsinin, X100, X59, X101, X163 JN 933 KOD 30306018 saylı torpağın mülkiyyətə verilməsinə dair dövlət aktı əsasında məxsus 2,16 ha torpaq sahəsindən 10400,00 kv. metr əkin sahəsinin, X60, X31, X61, X133, X102 JN 932 KOD 30306018 saylı torpağın mülkiyyətə verilməsinə dair dövlət aktı əsasında məxsus 2,70 ha torpaq sahəsindən 9400,00 kv. metr əkin sahəsinin, X193, X164 JN 9328 KOD 30306018 saylı torpağın mülkiyyətə verilməsinə dair dövlət aktı əsasında məxsus 1,08 ha torpaq sahəsinin X76 14 aprel 2005-ci il tarixdə alqı-satqı 2 qaydasında satmalarına dair aralarında bağlanmış əqdin etibarlı hesab edilməsi, həmin torpaq sahəsinin iddiaçının mülkiyyətinə verilməsi, həmin torpaq sahələrinin X46 adına dövlət qeydiyyatına alınaraq reystrdən çıxarış verilməsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Komitəsi Yanında DƏDRX-nin Xaçmaz Rayon Ərazi İdarəsinə həvalə edilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər A.Abbasov (sədrlik edən, məruzəçi), T.Məmmədov və Ş.Abasov, 2(103)-2243/2019 saylı mülki iş) hazırki iş üzrə Quba Rayon Məhkəməsinin 12 avqust 2009-cu il tarixli, 2(027)- 724/2009 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddiaçı X46 cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı torpaq alqı-satqı əqdinin etibarlı hesab edilməsi, həmin torpağın mülkiyyətinə verilməklə adına reyestrdən çıxarış verilməsinə dair iddia tələbi təmin edilməmiş, iş üzrə aparılmış xətşünaslıq ekspertizasının dəyəri olaraq 124 (yüz iyirmi dörd) manat pul iddiaçının prosessual hüquq varisi İddiaçı1 Azər oğlundan alınaraq aşağıdakı Az.MEM, VÖİN **********, Dövlət Xəzinədarlıq agentliyi, kod 210005, VÖEN **********, m/h AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22 hesabına keçirilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi mülki kollegiyasının 18 may 2021-ci il tarixli qərarı ilə (hakimlər İ.Xəlilov (sədrlik edən və məruzəçi), Ə.Əliyev və M.Əhmədova) cavabdeh İsrafilov İltifat Kamil oğlunun kassasiya şikayətinin təmin edilməsi, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-539/2021 nömrəli iş üzrə 15 fevral 2021-ci il tarixli qətnaməsi ləğv olunaraq, iş yenidən baxılması üçün apellyasiya baxışına qaytarılması qərara alınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən cavabdehlər X220, X267, X221 və X165 hüquqi varisi, X6 Seyfəddin Mehəmmədin oğlu və X77 hüquqi varisi, X134, X135, X4 Şahverən Nüsrət oğlunun hüquqi varisi, X243 isə X152 hüquqi varisi kimi tanınmışlar. İŞİN HALLARİ İddiaçı X136 cavabdehlər, Quba rayonu, Dağlı kənd sakinləri Cavabdeh1, Cavabdeh2, X105, X78, X194, X166, X167, X244, X222, X20, X223, X195, X224, X137, Əliyev Səxavət Gülverdi oğlu, X196, X103, X79, X62, X197, X43, X63, Cavabdeh6, X58, Quba rayonu, Alpan kənd sakinləri X245, X225, X168, X106, X107, X64, X138, X169 və X188 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərə və onların ailə üzvlərinə məxsus torpaq sahələrinə dair onunla cavabdehlər arasında bağlanmış alqısatqı müqavilələrinin etibarlı hesab edilməsi, həmin əkin sahələrinə onun mülkiyyət hüququnun tanınması və adına dövlət qeydiyyatına alınaraq reyestrdən çıxarış verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddia ərizəsində göstərdiyi cavabdehlər torpağın mülkiyyətə verilməsi haqqında dövlət aktı ilə özlərinə məxsus olan torpaq sahələrini ona satmış və bu barədə cavabdehlərlə arasında 14 aprel 2005-ci ildə alqı-satqı müqavilələri imzalanmışdır. Həmin vaxtdan da torpaq sahəsindən istifadə edir. Cavabdehlərin pullarını vermişdir. Cavabdehlər ona narahat olmamağı, istənilən vaxt torpağın alqı-satqısını notariatda rəsmiləşdirəcəklərini bildirmişlər. Onlara inanıb, bir qədər gözləmişdir. Sonra dəfələrlə müraciət etsə də, cavabdehlər hər dəfə müxtəlif bəhanələrlə alqı-satqını rəsmiləşdirmək üçün notariat kontoruna getməkdən boyun qaçırmışlar. Alıcı kimi öz vəzifəsini yerinə yetirmiş, lakin cavabdehlərin günahı üzündən alqı-satqını notariat kontorunda rəsmiləşdirə bilməmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdehlər X268, X139, X198, X199, X269, X270, X43, X63, X44, X80, X65, X81, X66, X224, X108, X246, X226, X271, maraqlı şəxs X140, Cavabdeh1, Ramazanova X247, X141, Cavabdeh4, Cavabdeh5, X134, X135, X142, X194, X166, X227, X228, X200, X201, X167, X103, X79, X229, X202, X203, X82, X143, X45, X220, X267, X248, X230, X249, X272, X170, X144, X171, X109, Əliyev Səxavət Gülverdi oğlu, X204, X250, X205, X231, Əliyeva Hicran Səxavət qızı, maraqlı şəxs X215 nümayəndəsi X122, cavabdeh S.Ə.Hacıbalayevanın hüquqi varisi X7 Rayon Məhkəməsinin 12 avqust 2009-cu il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişlər. Apellyasiya şikayətlərini onunla əsaslandırmışlar ki, Quba rayon X179 18 noyabr 1998-ci il tarixli qərarı ilə ona və 5 nəfər ailə üzvünə Quba rayonunun Dağlıq kəndində 1,03 hektar torpaq sahəsi verilib. Torpağın mülkiyyətdə olması barədə şəhadətnamə alıb. Torpaq sahəsi hazırda da onun istifadəsindədir. Torpağı heç kimə satmayıb, torpağın şəhadətnaməsinin əsli də özündədir. Bu günə kimi də torpağın vergisini ödəyir. Lakin birinci instansiya məhkəməsi həmin torpağın X2 barədə 14 aprel 2005-ci il tarixli müqaviləyə istinad edib, ona və 5 nəfər ailə üzvünə məxsus olan torpağın 6088 kv.metrinin alqısatqı müqaviləsini təsdiq edib. Heç bir müqaviləyə nə özü, nə də ailə üzvləri imza atmayıb, torpağı heç kimə satmayıblar. Həmçinin iddianın etiraf edilməsi barədə ərizəni də onlar imzalamayıblar. Müqavilədəki və ərizədəki imzaların onlara məxsus olmaması ekspertiza ilə də təsdiq edilir. Maraqlarına toxunulan şəxs X22 Rayon Məhkəməsinin 12 avqust 2009-cu il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi X60, X31, X61, X133, X102 JN 932 KOD 30306018 saylı torpağın mülkiyyətə verilməsinə dair Dövlət aktı əsasında məxsus 2,70 ha torpaq sahəsindən 9400,00 kv. metr əkin sahəsinin, X100, X59, X101, X163 JN 933 KOD 30306018 saylı torpağın mülkiyyətə verilməsinə dair Dövlət aktı əsasında məxsus 2,16 ha torpaq sahəsindən 10400,00 kv. metr əkin sahəsinin X76 14 aprel 2005-ci il tarixdə alqı-satqı qaydasında satmalarına dair əqd etibarlı hesab edilmişdir. X5, X31, X61, X133, X102 məxsus 2,70 hektar torpağı 24 may 2002-ci il tarixli və X100, X59, X101, X163 məxus 2,16 hektar torpağı 17 iyun 2002-ci il tarixli alqı-satqı müqavilələri ilə o özü alıb. Torpaq mülkiyyətçiləri olan həmin şəxslər notarial qaydada onunla alqı-satqı müqaviləsi bağlayıblar. Məhkəmə isə 7 il əvvəl ona satılmış torpağın təzədən X2 barədə müqaviləni təsdiq edib. Bundan başqa, məhkəmə X193, X164 JN 9328 KOD 30306018 saylı torpağın mülkiyyətə verilməsinə dair Dövlət aktı əsasında 1,08 ha torpaq sahəsinin də X2 barədə müqaviləni təsdiq edib. Həmin torpağı isə faktiki olaraq o özü 03 oktyabr 2003-cü il tarixli müqavilə ilə X245 və X110 almışdır. Lakin torpağı faktiki olaraq o, alsa da, müqavilə X245 və X225 ilə onun bacısının əri X285 arasında bağlanmışdır. X245 15 iyul 2004-cü ildə ölmüşdür. Amma məhkəmə ölmüş adamın adından 2005-ci ildə imzalanmış sadə müqavilə əsasında torpağın alqı-satqısını təsdiq edib. Həmçinin məhkəmə işə baxarkən həmin dövrdə artıq bir neçə il əvvəl ölmüş 8 nəfərin izahatını qeyd edib. Halbuki ölmüş şəxslərin dindirilməsi və onların izahatının alınması mümkün deyildi. Buna görə də qətnamə tamamilə qanunsuzdur. Cavabdehlər Cavabdeh1, Ramazanova X247, X141, Cavabdeh4, Cavabdeh5, X134, X135, X142, X194, X166, X227, X228, X200, X201, X167, X103, X79, X229, X202, X203, X82, X143, X45, X220, X267, X248, X230, X249, X272, X170, X144, X171, X109, Əliyev Səxavət Gülverdi oğlu, X204, X250, X205, X231, Əliyeva Hicran Səxavət qızı və maraqlı şəxs X215 nümayəndəsi X23 Rayon Məhkəməsinin 12 avqust 2009-cu il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişlər. Apellyasiya şikayətlərini onunla əsaslandırmışlar ki, iddianı təmin edən məhkəmə işin hallarını ətraflı araşdırmamış, maddi və prosessual hüquq normalarının kobud şəkildə pozmuş, alqı-satqı müqavilələri bağlanmazdan əvvəl Çimnaz Ramazanova, Seyfəddin Qurbanov və Mahmud Vəliyevin öldüyünü nəzərə almamış, 8 nəfər cavabdehin öldüyü halda məhkəmə iclasında iştirak edərək izahatlar verin iddianı qəbul etmələrini və bununlada qanunvericiliyin tələblərinin pozulması ilə məhkəmə aktının qəbul etdiyini bildirmişlər. Cavabdeh S.Ə.Hacıbalayevanın hüquqi varisi X43 da Quba Rayon Məhkəməsinin 12 avqust 2009-cu il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, S.Hacıbalayeva onun anasıdır və 1999-cu ildə vəfat edib, lakin işə baxan Quba Rayon Məhkəməsi 2009-cu ildə 10 il əvvəl ölmüş adamı dirildərək məhkəmə iclasına dəvət edib dindirir və izahatını protokolda yazır. Həyatda yaşamayan adamın dindirilməsi mümkündürmü, əgər 10 il əvvəl ölmüş anam dirilib Quba rayon məhkəməsində izahat verirsə, öz evinə, yurduna, balalarına baş çəkməyə, onlardan xəbər tutmağa gəlmir axı. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən iddiaçının prosessual hüquqi varisinin nümayəndəsi Vəkil apellyasiya şikayətlərini qəbul etməyərək, onun təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən cavabdeh X267 apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasında xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən cavabdeh X103 apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasında xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında dindirilən Cavabdeh6 Şəkər oğlu apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasında xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında dindirilən cavabdeh X134 apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasında xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında dindirilən cavabdeh X135 apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasında xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında dindirilən cavabdeh X194 apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasında xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında dindirilən cavabdeh Əliyev Səxavət Gülverdi oğlu apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasında xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında dindirilən cavabdeh X224 apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasında xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında dindirilən cavabdeh X306 oğlu apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasında xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında dindirilən cavabdeh X316 oğlu apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasında xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında dindirilən cavabdeh X8 hüquqi varisi X43 apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasında xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında dindirilən maraqlarına toxunan şəxs X140 apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasında xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə işdə iştirak edən digər cavabdehlərə məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdırıb, məruzəçini dinləyib, eləcə də apellyasiya şikayətlərinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətləri təmin edilməli, qətnamə ləğv edilməli və iddia tələbinin rədd edilməsinə dair iş üzrə yeni qətnamə qəbul edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməsini torpağın mülkiyyətə verilməsinə dair dövlət aktlarına, cavabdehlər və onların ailə üzvləri bağlanmış 14.04.2005-ci il tarixli sadə yazılı əqdlərə istinadən iddia ərizəsində adları göstərilən cavabdehlərin və onların ailə üzvlərinin həmin dövlət aktları ilə özlərinə məxsus torpaqları iddiaçıya satmalarını, iddiaçının aldığı vaxtdan torpaq sahələrinə qulluq etdiyini, iddiaçının aldığı torpaqların pulunu cavabdehlərə tam şəkildə ödəməklə əqdi icra etdiyini, cavabdehlərin isə alqı-satqı müqaviləsini notariatda təsdiq etdirməkdən yayınmaları ilə əsaslandırmış və gəldiyi nəticənin maddi hüquqi əsası kimi köhnə redaksiyada olan Mülki Məcəllənin 335.2.ci maddəsinə istinad etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticəni apellyasiya instansiya məhkəməsi tərəfindən ləğv edilib, iddia rədd edilmiş, bu nəticədən narazı qalan iddiaçının kassasiya şikayəti əsasında işə baxan kassasiya instansiya məhkəməsi şikayəti qismən təmin edərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv etmiş və gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mübahisəli torpaq sahələri ayrı-ayrı şəxslərə məxsus olmaqla hər bir torpaq sahəsinin torpağın mülkiyyət hüququna dair ayrı-ayrı dövlət aktları mövcud olduğu halda, birinci instansiya məhkəməsinin qətnaməsindən 17 nəfər apellyasiya şikayəti vermiş, apellyasiya məhkəməsi isə MPM-nin 376.6.-cı maddəsinin tələblərini pozaraq qətnamə ilə razı olan apellyasiya şikayəti verməyən şəxslərə münasibətdə də bütövlükdə ləğv etmişdir. İşə yenidən apellyasiya qaydasında baxılan zaman qərarda göstərilənlərə əməl edilməklə iş üzrə qanuni qərar qəbul edilməli olmasını göstərmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Konstitusiya Məhkəməsinin Plenumu məhkəmə aktlarının qanuniliyinin və əsaslılığının yoxlanılmasının hədləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyasında demokratik dövlətin təbiətini və mahiyyətini əks etdirən, insan və vətəndaş hüquq və azadlıqlarının təminatını nəzərdə tutan prinsiplər təsbit edilmişdir. Mülki proses iştirakçılarının əsas hüquqları Konstitusiyada təsbit edilmiş prinsiplərə əsaslanmaqla, bütün mülki mühakimə icraatının, o cümlədən apellyasiya icraatı üçün həlledici əhəmiyyət kəsb edən, həmçinin bu hüquqların səmərəli həyata keçirilməsini təmin edən mülki mühakimə icraatının əsas prinsiplərində öz əksini tapmışdır. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında göstərilən prinsiplərin mahiyyətini açıqlayaraq, bu prinsiplər baxımından apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərinə dair öz mövqeyini ifadə etmişdir (Konstitusiya Məhkəməsinin 09.12.2013-cü il tarixli qərarı). İşdən görünür ki, iddia tələbi alqı-satqı əqdinin etibarlı hesab edilməsi barədədir. İddia tələbinin qanuni əsasını isə hüquq münasibətinin yarandığı zaman qüvvədə olan Mülki Məcəllənin 335.2-ci maddəsi təşkil edir. Mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olmuş Mülki Məcəllənin 335.2-ci maddəsinə görə əgər tərəflərdən biri notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı vardır. Bu halda əqdin sonradan notariat qaydasında təsdiqlənməsi tələb edilmir. “İ.K.Rəcəbovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 3 iyun 2005-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsinin Plenumu 22 mart 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, göstərilən müddəanın mahiyyətinə görə əqdi tamamilə və ya qismən icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün bir neçə şərt, o cümlədən onun yazılı formada tərtib edilməsinə riayət edilmiş olmalıdır. Konstitusiya Məhkəməsinin Plenumu qeyd olunan hüquqi mövqeyini bir sıra qərarlarında (Vəkil şikayəti üzrə 31 may 2006-cı il tarixli Qərar, C.Abdullayevanın şikayəti üzrə 13 aprel 2007-ci il tarixli Qərar və s.) təsdiq etməklə göstərmişdir ki, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün mütləq aşağıdakı hallar mövcud olmalıdır: -əqdin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsi əks tərəfin təqsiri ucbatından baş verməli; -məhz əks tərəf əqdin notariat qaydasında təsdiqlənməsindən yayınmalı; -əqdin özü qanuna zidd olmamalı və onun yazılı formada tərtib edilməsinə dair tələbə əməl edilmiş olmalıdır. Sonuncu şərt qanunvericilikdə etibarlılığı birbaşa yazılı formada tərtib edilməsindən asılı hala gətirilmiş əqdlər üçün xüsusi əhəmiyyət daşıyır. Mülki qanunvericiliyin tələblərinə görə əmlakın (əşyanın) hüquqi müqəddəratını (qanunvericilik tərəfindən müəyyən edilən istisnalar nəzərə alınmaqla) yalnız mülkiyyətçi təyin edə bilər (İ.K.Rəcəbovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 22.03.2006-cı il tarixli qərarı). Hər hansı əqdin (ocümlədən alqı-satqı müqaviləsinin) etibarlılığı üçün onun baölanmasında lazımı subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir (Konstitusiya Məhkəməsi Plenumunun 12.04.2004-cü il tarixli qərarı). Göründüyü kimi, Konstitusiya Məhkəməsinin hüququ mövqeyinə əsasən Mülki Məcəllənin 335.2-ci maddəsinə əsasən əqdin bağlanmış hesab edilməsi üçün 3 hal məcmu halında mövcud olmalıdır. Bu hallardan hər hansı birinin olmaması Mülki Məcəllənin 335.2-ci maddəsinin tətbiqini istisna edir. Lakin hazırki işdə də mübahisə predmeti təşkil edən torpaq sahələri ilə bağlı qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə cavab verən subutlar, o cümlədən iş üzrə bu hallardan ikisi, yəni əqdin özünün qanuna zidd olmaması və cavabdehlərin əqdin notariat qaydasında təsdiqindən yayınması mövcud deyil. Yuxarıda qeyd edildiyi kimi, 14 aprel 2005-ci il tarixli sadə yazılı əqdlərin 7-ni (i.v.83, 86-91) iddiaçının özü alıcı kimi imzalamamışdır. Əqdə adı gedən tərəfdən birinin onu imzalamaması əqdin baş tutmaması deməkdir. Çünki Mülki Məcəllənin 331.1-ci maddəsinə görə isə yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Birinci instansiya məhkəməsinin əqd kimi qəbul etdiyi müqavilələrin yeddincisinin iddiaçı özünün imzlamadığından həmin əqdin alqı-satqı müqaviləsinin nə formasına, nə də məzmununa uyğun gəlmədiyinə, bu əqdlərin eyni gündə və satıcıların oxşar imzaları ilə təsdiq edilməsinin həmin əqdin həqiqiliyinin şübhə doğurmasına əhəmiyyət verməmiş, əqdin məhkəmə qaydasında etibarlı sayılmasının digər bir şərti olan digər tərəfin əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırmasına (cavabdehlərin məhkəmə iclasında iştirak edib iddianı qəbul etdikləri halda, iş materiallarından onların əqdin notariat qaydasında təsdiqlənməsindən nəyə görə boyun qaçırmaları görünmür) dair işin hallarını ətraflı araşdırmamışdır. Bununla yanaşı birinci instansiya məhkəməsi 30 noyabr 1998-ci ildə ölmüş X105, 11 yanvar 2005-ci ildə ölmüş X78, 06 avqust 1999-cu ildə ölmüş X20, 26 mart 2003-cü ildə ölmüş X206, 08 iyul 2008-ci ildə ölmüş X251 və 22 may 2001-ci ildə ölmüş X21 miras əmlakına aid torpaq sahələrinə dair alqı-satqını etibarlı hesab etməklə, qeyd edilən şəxslərin vərəsələrinin də hüququnu pozmuşdur. O cümlədən, 15 iyul 2004-cü ildə ölmüş X193 məxus 1,08 ha torpaq sahəsinin alqı-satqısına dair 14 aprel 2005-ci il tarixli müqaviləni bağlanmış hesab etsə də, qeyd edilən şəxsin hələ sağlığında həmin torpaq sahəsini 03 oktyabr 2003-cü ildə X13 nəzərə almamış, nəticədə X252 məxsus torpağı iddiaçının mülkiyyətinə keçirmişdir. Həmçinin qeyd olunmalıdır ki, 12 avqust 2009-cu il tarixli məhkəmə iclas protokoluna əsasən cavabdehlər X105, X78 (İ cild, i.v.271.), X20 (İ cild, i.v.272-nin arxa səhifəsi), X206, X251 (İ cild, i.v.273), X62 (İ cild, i.v.274-ün arxa səhifəsi) və X245 (İ cild,i.v.277) məhkəmə iclasında iştirak edərək, iddianı qəbul etdiklərini bildirmişlər. Lakin təqdim edilmiş ölüm haqqında şəhadətnamələrdən və Quba rayon qeydiyyat şöbəsinin 28 avqust 2019-cu il tarixli 473 saylı arayışından isə aydın olur ki, X105 30 noyabr 1998-ci ildə, X78 11 yanvar 2005-ci ildə, X20 06 avqust 1999-cu ildə, X206 26 mart 2003-cü ildə, X251 08 iyul 2008-ci ildə, X62 22 may 2001-ci ildə, X245 isə 15 iyul 2004-cü ildə vəfat etmişdir. Fiziki şəxsin mülki hüquq qabiliyyəti insanın mülki hüquqlara malik olmaq və mülki hüquq vəzifələri daşımaq qabiliyyətidir. Bütün fiziki şəxslərin mülki hüquq qabiliyyəti eyni dərəcədə tanınır. Fiziki şəxsin hüquq qabiliyyəti onun doğulduğu an əmələ gəlir və ölümü ilə xətm edilir. Beyinin fəaliyyətinin dayanması ölüm anı sayılır (Mülki Məcəllənin 25.1 və 25.2-ci maddələri). Mülki Prosessual Məcəllənin 271.1-ci maddəsinə əsasən məhkəmə iclasının və ya məhkəmədən kənar ayrıca prosessual hərəkətin protokolu işə baxmanın və ya ayrıca prosessual hərəkətin bütün mühüm anlarını əks etdirməlidir. Mülki-prosessual qanunvericiliyin məhkəmə iclasının protokoluna aid tələblərindən görünür ki, protokol işə baxmanın və ya ayrıca prosessual hərəkətin bütün mühüm anlarını əks etdirməlidir. Yəni iclasın tarixi, vaxtı, yeri, işdə iştirak edən şəxslərin dairəsi, edilmiş prosessual hərəkətlər, tərəflərin izahatları və tərəflərin hüquq və vəzifələrinə aid əhəmiyyət kəsb edən bütün digər məsələlər protokolda əks edilməlidir. Hazırki işdən isə görünür ki, birinci instansiya məhkəməsi məhkəmə iclasının protokolunda işə baxılma zamanında artıq həyatda olmayan şəxslərin iclasda iştirakını, onların izahat verib iddianı qəbul etmələrini qeyd etməklə, prosessual qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. Bir halda ki, məhkəmə iclasının protokolunda işə baxılma zamanında artıq həyatda olmayan şəxslərin iclasda iştirakı qeyd edilib, belə olan halda, apellyantların işə onların da iştirakı olmadan baxılması barədə dəlillərini məhkəmə kollegiyası əsaslı və düzgün hesab edir. Halbuki Mülki Prosessual Məcəllənin 9.1 və 9.2-ci maddəsinə görə ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə birbirlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. Göründüyü kimi, birinci instansiya məhkəməsi işə baxarkən prosessual qanunverciliyin tələblərinə əməl etməmiş, ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməsi prinsipini pozmuşdur. Bundan başqa, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi barədə qəbul etdiyi qətnaməsini maddi hüquq normaları baxımından da qanuni və əsaslı hesab etmir. Belə ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin edib, cavabdehlərlə iddiaçının 14 aprel 2005-ci il tarixli sadə yazılı əqdlərin alqı-satqı müqaviləsi kimi bağlanmış hesab edərkən, həmin əqdləri iddiaçının özünün imzalamamasına (i.v.83, 86- 91) əhəmiyyət verməmişdir. Həmin əqdlərdən biri də (i.v.89) 22 may 2001-ci ildə ölmüş X21 adından imzalanıb. Cavabdehlər apellyasiya şikayətində 14 aprel 2005-ci il tarixli müqavilələrdəki və iddia tələbini etiraf etmələri barədə ərizələrdəki imzaların onlara və ailə üzvərinə məxsus olmamalarını bildirdiyi üçün əvvəlki apellyasiya baxışı zamanı 04 iyun 2019-cu il tarixli qərardadla bu xüsusatla bağlı məhkəmə xətşünaslıq ekspertizası təyin edilərək, iş materiallarının İ cildinin 90, 91, 183, 193 və 194-cü vərəqələrindəki müqavilə və ərizələrdə X224, Əliyeva Pərvanə (Təranə) Güləmməd qızı, Səfərəliyeva (Əliyeva) Günay Yusif qızı, X246, 6 İsmayılova (Əliyeva) Bənövşə Yusif qızı, Cavabdeh6, Cavabdeh7, X269, Fətullayeva (Səlimova) Kifayət Bəkər qızı, Zöhrabova (Səlimova) Sədaqət Bəkər qızı, X43, X63, Əsədova (Ağabalayeva) Xatirə Şəmsibala qızı, Quliyeva (Ağabalayeva) Aynur Şəmsibala qızı, X207 və Süleymanova (Ağabalayeva) Afət Şəmsibala qızı qrafasında olan imzaların həmin şəxlər tərəfindən icra edilib-edilməməsi barədə ekspert qarşısında sual qoymuşdur. Məhkəmə Ekspertiza Mərkəzinin 17 iyul 2019-cu il tarixli 16605 nömrəli, rəyinə əsasən 14 aprel 2005-ci il tarixli müqavilələrdəki və iddia tələbini etiraf etmələri barədə ərizələrdəki imzaları cavabdehlər (apellyantlar) və onların ailə üzvləri deyil, başqa şəxslər icra etmişlər. Lakin aşağı instansiya məhkəməsi X100, X59, X101, X163 məxsus 2,16 ha torpaq sahəsindən 10400,00 kv. metr əkin sahəsinin, X60, X31, X61, X133, X102 məxsus 2,70 ha torpaq sahəsindən 9400,00 kv. metr əkin sahəsinin alqı-satqısına dair müqavilənin bağlanmış hesab edilməsi nəticəsinə gəlsə də, qeyd edilən mülkiyyətçilərin həmin torpaq sahələrini bütünlüklə qətnamə ilə maraqlarına toxunulan şəxs X83 24 may və 17 iyun 2002-ci ildə notarial qaydada satmalarına əhəmiyyət verməmişdir. Qətnamə ilə maraqlarına toxunulan şəxs X48 apellyasiya şikayətinə əlavə edilən 24 may 2002-ci il və 17 iyun 2002-ci il tarixli notarial qaydada bağlanmış müqavilələrdən (İ cild, i.v. 374, 379) görünür ki, X168, X106, X172, X232 özlərinə məxsus 2,16 ha torpaq sahəsini, X107, X64, X111, X208 və X102 özlərinə məxsus 2,70 ha torpaq sahəsini X3. Göründüyü kimi, birinci instansiya məhkəməsi X100, X59, X101, X163 məxsus 2,16 ha torpaq sahəsindən 10400,00 kv. metr əkin sahəsinin, X60, X31, X61, X133, X102 məxsus 2,70 ha torpaq sahəsindən 9400,00 kv. metr əkin sahəsinin alqı-satqısına dair 14 aprel 2005-ci il tarixli müqaviləni bağlanmış hesab etsə də, qeyd edilən şəxslərin artıq həmin vaxt torpaq sahələrinə mülkiyyət hüquqlarının olmamasına, bundan 3 il əvvəl onların torpağı bütünlüklə X1 diqqət yetirməmiş, nəticədə Şahin Əhmədxanova məxsus torpağı iddiaçının mülkiyyətinə keçirmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamaqla, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirmir, eləcə də, qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halların araşdırılmaması, birinci instansiya məhhkəməsi tərəfindən müəyyən edilmiş işin əhəmiyyətli olan hallarının sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrin işin faktiki hallarına uyğun gəlməməsi, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. (Azərbaycan Respublikası MPM-nin 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4 maddələri). Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətləri təmin edilməli, Quba Rayon Məhkəməsinin 12 avqust 2009-cu il tarixli qətnaməsi ləğv edilməli, iddia tələbinin rədd edilməsinə dair iş üzrə yeni qətnamə qəbul edilməlidir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, iş üzrə aparılmış xətşünaslıq ekspertizasının dəyəri olaraq 124 (yüz iyirmi dörd) manat pul iddiaçının prosessual hüquq varisi İddiaçı1 Azər oğlundan alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin (Az.MEM, VÖİN **********, Dövlət Xəzinədarlıq agentliyi, kod 210005, VÖEN **********, m/h AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22) hesabına keçirilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ Apellyasiya şikayətləri təmin edilsin. Quba Rayon Məhkəməsinin 12 avqust 2009-cu il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı X46 cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı torpaq alqı-satqı əqdinin etibarlı hesab edilməsi, həmin torpağın mülkiyyətinə verilməklə adına reyestrdən çıxarış verilməsinə dair iddia tələbi rədd edilsin. İddiaçının prosessual hüquq varisi İddiaçı1 Azər oğlundan məhkəmə xətşünaslıq ekspertizasının dəyəri 124 (yüz iyirmi dörd) manat pul alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin (Az.MEM, VÖİN **********, Dövlət Xəzinədarlıq agentliyi, kod 210005, VÖEN **********, m/h AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22) hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar