Məhkəmə qərarları › İş №2(105)-1952/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1952/2020

02.10.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1952/2020 02.10.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), X6 və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi X2, İddiaçınümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh nümayəndəsi və vəkili X4 iştirakları ilə açıq məhkəmə iclasında Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(012)-322/2020 saylı qətnaməsindən İddiaçı apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq MÜƏYYƏN ETDİ: Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(012)-322/2020 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Habil Əhmədov) İddiaçı Cavabdeh qarşı beh qismində verilmiş pulun geri qaytarılması tələbinə dair mülki iş üzrə iddia təmin edilməmiş, iddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, İddiaçı iddia ilə məhkəməyə müraciət edərək beh üçün ödənilmiş 4000 manatı icra edilmədiyinə görə iki misli hesablanmaqla, yəni 8000 manatın, həmçinin dövlət rüsumuna görə ödənilmiş 30 manatın, cəmi 8030 manatın Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş və tələbini onunla əsaslandırmışdır ki, o, Bakı şəhərində mənzil almaqməqsədilə müxtəlif alqı-satqı ofislərinə, həmçinin internet saytlarına müraciət etmişdir.xx.xx.2018-ci il tarixdə mənzil almaq məqsədi ilə Bakı şəhəri, Xocalı prospekti, 29 saylı evin 195 saylı mənzilinə baxmış və mənzili bəyənmişdir. O, xx.xx.2018-ci il tarixdəmənzilin mülkiyyətçisi Cavabdeh ilə mənzilin son qiymətini 238.000 manata razılaşıb, beh qismində 4000 manat pul vəsaitini cavabdehin həyat yoldaşı Etibar Nağıyevin şahidliyi ilə təqdim etmişdir. Bu barədə müvafiq sənədyerində tərtib edilmiş və cavabdeh tərəfindən imzalanmışdır. Mənzilin alqı-satqısı təqribən 10-15günə razılaşdırılmışdır. Bundan sonra Cavabdeh ilə mənzilin alqı-satqısını həyata keçirməküçün dəfələrlə müxtəlif tarixlərə razılaşılsa da, cavabdeh müxtəlif bəhanələr gətirərək alqı-satqıetməkdən yayınmışdır. Bu günədək də cavabdehlə mənzilin alqı-satqısı həyata keçirilməmiş,həmçinin beh üçün ödənilən pul ona geri qaytarılmamışdır. Onunla cavabdeh arasında beh haqqında razılaşma xx.xx.2018-ci il tarixdə yazılı formada bağlanmışdır. 4000 manat beh almış cavabdeh indiyədək onunla razılaşmasını icra etməmişdir. Ona görə də cavabdeh ona beh üçün ödənilmiş 4000 manat pulun iki misli olan 8000 manatı geri ödəməlidir. Mübahisə üzrə yuxarıda göstərilən qətnamə qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə həm maddi və prosessual hüquq normalarının tələbləri baxımından, həm də işin faktiki halları baxımından tam qanunsuz və əsassızdır.Belə ki, o, Bakı şəhərində mənzil almaq məqsədilə müxtəlif alqı-satqı ofislərinə, həmçinin internet saytlarına müraciət etmişdir. xx.xx.2018-ci il tarixdə mənzil almaq məqsədi ilə Bakı şəhəri, Xocalı prospekti, 29 saylı evin 195 saylı mənzilinə getmiş və mənzili bəyənmişdir. O, xx.xx.2018-ci il tarixdə mənzilin mülkiyyətçisi Cavabdeh ilə mənzilin son qiymətini 238000 manata razılaşıb, beh qismində 4000 manat pul vəsaitini cavabdehin həyat yoldaşı Etibar Nağıyevin şahidliyi ilə təqdim etmişdir. Bu barədə müvafiq sənəd yerində tərtib edilmiş və cavabdeh tərəfindən imzalanmışdır.Cavabdeh həmin məbləği ondan mənzil tikinti kooperativinə vermək məqsədi ilə almışdır. Mənzilin alqı-satqısı təqribən 10-15 günə razılaşdırılmışdir. Bundan sonra, Cavabdeh ilə mənzilin alqı-satqısını həyata keçirmək üçün dəfələrlə müxtəlif tarixlərə razılaşılsa da cavabdeh müxtəlif bahənələr gətirərək alq-satqını həyata keçirməkdən yayınmışdır. Daha sonra məlum olmuşdur ki, həmin mənzil baha qiymətə başqa şəxsə satılmışdır. Cavabdehin və şahidlərin izahatları tam şəkildə qətnamədə öz əksini tapmamış, izahatlar qismən təhrif edilmişdir. O, aşağı məbləğdə beh vermək istəmiş, lakin cavabdeh mənzil tikinti kooperativinə vermək məqsədi ilə yüksək məbləğdə beh istəmiş və ondan almış, lakin satış hərəkətlərinə başlanması üçün mənzil tikinti kooperativinə verməmiş, ailə üzvləri tərəfindən notariat qaydada razılıq ərizələri hazırlanmamış və nəticə olaraq onunla alqı-satqını həyata keçirməkdən yayınmışdır. Çünki onunla cavabdeh mənzilin qiymətini cavabdehin müəyyən etdiyi 270000 manatdan aşağı razılaşmış, həmçinin aldığı behi uşağının təhsil xərclərinə ödədiyi və beləliklə, problemini həll etdiyi üçün artıq cavabdeh sonradan mənzili ucuz qiymətə satmaqda maraqlı olmamışdır. Cavabdeh izahatında dəfələrlə bildirmişdir ki, o, bahalı evinin qiymətini endirərək238000 manata satmağa onu razı salmışdır. Ona görə də cavabdeh tez bir zamanda evi başqa şəxsə 255000 manata satmışdır. 2019-ci ilin aprel ayına qədər, yəni mənzilin başqa şəxsə satıldığı barədə məlumat əldə edənə qədər cavabdehin həyat yoldaşı dəfələrlə onunla danışmış və görüşmüş və hər dəfə yalan məlumatlar verərək alqı-satqıdan boyun qaçırmışdır. Bu barədə mesajlar da mövcuddur. İddiaçı apellyasiya şikayətində məhkəmə qətnaməsinin ləğv edilərəkiddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi Nümayəndəməhkəmə iclasındaapellyasiya şikayətində göstərilənlərə uyğun izahat verərək iş üzrə məhkəmə qətnaməsinin ləğv olunub iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasınıxahiş etdi. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi X10 apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, izahatında iş üzrə məhkəmə qətnaməsinin dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanılmasını xahiş etdi. İddiaçı və Cavabdehməhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlmədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, apellyasiya şikayəti qətnamənin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan Cavabdeh tərəfindən xx.xx.2018-ci il tarixdə yazılmış əlyazmanın surətindən görünür ki, ona məxsus olan və ünvan 1 ünvanında yerləşən 3 otaqlı mənzilini İddiaçı 238000 manata satmağı öhdəsinə götürmüş və beh şəklində İddiaçı 4000 manat almışdır. İş materiallarında olan “Bank Respublika” açıq səhmdar cəmiyyətinin xx.xx.2020-ci il tarixli, 50/4 saylı məktubundan görünür ki, İddiaçı “Bank Respublika” açıq səhmdar cəmiyyətinin Nizami filialında müxtəlif valyutalarda hesabları mövcuddur və onun hesablarına heç zaman hər hansı bir orqan tərəfindən həbs və ya digər sanksiya tətbiq edilməmişdir. İş materiallarında olan “Paşa Bank” açıq səhmdar cəmiyyətinin xx.xx.2020-ci il tarixli, PB/PBŞ-064 saylı məktubundan görünür ki, “Paşa Bank” açıq səhmdar cəmiyyətində İddiaçı məxsus heç bir hesab olmamışdır və hal-hazırda da mövcud deyildir. İş materiallarında olan “X20 LTD” MMC-nin xx.xx.2020-ci il tarixli, 03 saylı məktubundan görünür ki, Cavabdeh xx xxxxxx 2017-ci il tarixində o illərdə podratçı təşkilat olan “xxxxxxxxxxxxxx” MMC-də çoxmərtəbəli yaşayış binasında fərdi mənzil tikintisi haqqında 2373 saylı müqavilə bağlayaraq ünvan 2 ünvanında 137 m2, 3 otaq almışdır. xx xxxxxx 2018-ci il tarixində ailəsi ilə birlikdə aldıqları mənzildən imtina edərək, mənzili X8 adına rəsmiləşdirmişlər. Rəsmiləşdirilmə zamanı ailə üzvlərinin mənzilin satılması üçün razılığı alınmışdır. Cavabdeh məxsus olan mənzil (ünvan 2) İddiaçı adına “xxxxxxxxxxxxxxxxxx” MMC tərəfindən rəsmiləşdirilməyib və bu şəxs barədə onlara rəsmən müraciət edilməyib. İddiaçı adlı şəxs onlara müraciət etməyib. Sənədlərin rəsmiləşdilməsi “xxxxxxxxxxxxxxxxxx” MMC tərəfindən müraciət edilən gün rəsmiləşdirilir. İş materiallarında olan Bakı şəhəri Xətai rayon Polis idarəsinin 37-ci Polis şöbəsinin xx.xx.2020-ci il tarixli, 105-1282-1220 saylı məktubundan görünür ki, İddiaçı Xətai RPİ-nin 37-ci PŞ-nə etdiyi müraciətdə bildirmişdir ki, Cavabdeh mənzil almaq məqsədi ilə 4000 AZN beh vermişdir. Xətai RPİ-nin 37-ci PŞ-də araşdırma zamanı məlum olmuşdur ki, İddiaçı müraciəti mülki məsələdir. Bununla əlaqədar İddiaçı aidiyyatı üzrə məhkəmə orqanına müraciət etməyi şifahi tövsiyyə olunmuşdur. İş materiallarına əlavə olunmuş Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli, 2(009)-1470/2018 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı X3 cavabdeh İddiaçı qarşı nikaha xitam verilməsi və aliment tələbinə dair mülki iş üzrə iddia qismən təmin edilmiş, X9 ilə İddiaçı arasında Yasamal rayon Qeydiyyat şöbəsində xx xxxx 2009-cu il tarixdə bağlanmış və 751nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, xx xxxxxxxx 2010-cu il təvəllüdlü X7 və xx.xx.2012-ci il təvəllüdlü X11 anaları X3 yanında qalmaları və uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2018-ci il tarixdən başlayaraq İddiaçı hər ay, hər uşaq üçün 154 manat olmaqla, ümumilikdə iki uşaq üçün 308 manat sabit pul məbləğində alimentin hər ay alınaraq iddiaçı X5 verilməsi, qətnamənin alimentə dair hissəsinin dərhal icra edilməsi qət edilmişdir. Azərbaycan Respublikası MM-nin 491.1-ci maddəsinə əsasən beh müqavilənin bağlanmasını təsdiq etmək və icrasını təmin etmək məqsədi ilə razılığa gələn tərəflərdən birinin müqavilə üzrə digər tərəfə verəcəyi ödənişlər hesabına verdiyi pul məbləğidir. Həmin Məcəllənin 491.2-ci maddəsinə əsasən behin məbləğindən asılı olmayaraq beh haqqında razılaşma yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 492.1-ci maddəsinə əsasən öhdəliyin icrasına başlanana qədər ona tərəflərin razılaşması üzrə və ya icranın mümkün olmaması nəticəsində xitam verildikdə beh qaytarılmalıdır. Həmin Məcəllənin 492.2-ci maddəsinə əsasən əgər müqavilənin icra edilməməsi üçün beh vermiş tərəf məsuliyyət daşıyırsa, beh digər tərəfdə qalır. Əgər müqavilənin icra edilməməsi üçün beh almış tərəf məsuliyyət daşıyırsa, o, digər tərəfə behin iki mislini ödəməlidir. Bundan əlavə, müqavilənin icra edilməməsi üçün məsuliyyət daşıyan tərəf, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, beh məbləği hesaba alınmaqla, zərərin əvəzini digər tərəfə ödəməyə borcludur. Məhkəmə kollegiyası yuxarıda sadalanan maddi hüquq normalarının tələblərini hazırki mübahisəli hüquq münasibətlərinə tətbiq edib, hesab edir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslıdır. Belə ki, iş materialları və işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilmişdir ki, tərəflər arasında mənzilə dair beh müqaviləsi xx.xx.2018-ci il tarixdə bağlanılmışdır. İddiaçı ilkin göstərmiş olduğu zaman çərçivəsində mənzili əldə etmək üçün müvafiq addımları atmamış, cavabdehə bunun ailə problemləri ilə bağlı olduğunu bildirərək, mənzili almasının qeyri-mümkün olduğunu bildirmişdir. Məhz bundan sonra cavabdeh mənzili əşyaları ilə birlikdə başqa şəxsə satmışdır. Bundan başqa, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh mənzilə dair beh müqaviləsi bağlandığı gündən, yəni xx.xx.2018-ci il tarixdən 15 gün müddətində mənziln alqı-satqısı həyata keçirilməli idi. Lakin xx.xx.2018-ci il tarixədək iddiaçı ailə problemləri ilə bağlı mənzili almamışdır. Cavabdeh isə mənzili xx.xx.2019-cu il tarixdə başqa şəxsə satmışdır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlilləri əsasız hesab edir. İddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsas deyildir. Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən işə əlavə edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib, hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan, işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(012)-322/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qətnamədən kassasiya şikayəti verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Telman Məmmədov Hakimlər: Şəmsəddin Abasov Gülnarə Tağızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar