Məhkəmə qərarları › İş №2(105)-2000/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2000/2022

25.11.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2000/2022 25.11.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Tağızadə Gülnarə Fikrət qızı, Quliyev Telman Osman oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı, onun vəkili Vəkil3, Cavabdeh1, onun və üçüncü şəxs X6 nümayəndə və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Abşeron rayon 1 saylı dövlət notariat kontoruna və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı daşınmaz əmlaka mülkiyyət hüququnun bərpası tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 04 iyun 2021-ci il tarixli, 2(012)-1595/2021 nömrəli qətnaməsindən Cavabdeh1 və üçüncü şəxs X14 tərəfindən tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Abşeron Rayon Məhkəməsinin 04 iyun 2021-ci il tarixli, 2(012)-1595/2021 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Cavabdeh1 Xəyyam oğlu ilə X35 arasında bağlanılmış xx.xx.2019-ci il tarixli, 4Ə-660 reyestr nömrəli və X14 ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 4Ə-1197 reyestr nömrəli alğı-satqı müqavilələri, Abşeron rayonu 1 saylı notariat ofisinin xüsusi notariusu X17 tərəfindən təsdiq edilmiş İddiaçı xx.xx.2019-cu il tarixli, **********720 saylı, 8i-720 reyestr nömrəli ərizəsi və Cavabdeh1 xx.xx.2019-cu il tarixli, **********307 saylı, 8İ-5307 reyestr nömrəli ərizəsi etibarsız hesab edilmiş, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verdiyi İddiaçı və X18 adına olan qeydiyyatdan keçmiş RX seriyalı, ******* saylı, **********02-10301 reyestr nömrəli çıxarış, Cavabdeh1 və X18 adına qeydiyyatdan keçmiş Seriya RX, №1500780, **********0210301 reyestr nömrəli çıxarış, Cavabdeh1 adına qeydiyyatdan keçmiş xx.xx.2019-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********02-10301 reyestr nömrəli çıxarış, Cavabdeh1 və X6 adına qeydiyyatdan keçmiş ********** qeydiyyat nömrəli, **********36-10301 reyestr nömrəli çıxarış, Cavabdeh1 adına xx.xx.2019-cu il tarixdə qeydiyyatdan keçmiş ********** qeydiyyat nömrəli, **********38-10301 reyestr nömrəli çıxarışlar ləğv edilmiş, İddiaçı ünvan 4 (yeni qaydalarla Əbdülrəhim bəy Haqverdiyev küçəsi 2A) ünvanında yerləşən 0,03696 ha torpaq sahəsi üzərində mülkiyyət hüququ bərpa edilmiş, məhkəmə xərclərinə aid olan, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu İddiaçı aid edilmişdir (hakim Habil Əhmədov). Qətnamədən Cavabdeh1 və üçüncü şəxs X14 apellyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin 04 iyun 2021-ci il tarixli, 2(012)-1595/2021 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(105)-3220/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə cavabdehlər Cavabdeh1 və X6 apellyasiya şikayətləri təmin edilərək, Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-1595/2021 saylı qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamənin qəbul edilməsi, İddiaçı ərizəsinin, alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, çıxarışların ləğv edilməsi və torpaq sahəsi üzərində mülkiyyət hüququnun bərpasına dair iddiasının rədd olunması qət edilmişdir. Qətnamədən İddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasnın 2(102)-2956/2022 saylı, 21 aprel 2022-ci il tarixli Qərarı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-3220/2021 saylı, 06 dekabr 2021-ci il tarixli qətnaməsi qismən, X35 ilə Cavabdeh1 arasında bağlanmış 03 aprel 2019cu il tarixli alğı-satqı müqaviləsinin 0,01848 ha torpaq sahəsinə aid hissədə etibarsızlığının, Faiq Abbasovla İddiaçı adına olmuş torpaq sahəsinin Cavabdeh1 adına dövlət qeydiyyatına alınmasının (xx.xx.2019-cu il tarixli, RX seriyalı, ******* saylı, xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli, **********02-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, **********38-10301 reyestr nömrəli və ********** qeydiyyat nömrəli, **********38 reyestr nömrəli çıxarışların 0,03696 ha torpaq sahəsinə aid hissədə) ləğv edilməsinin rədd olunması hissədə ləğv edilmiş, iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. İddiaçı kassasiya şikayətinə əsasən qətnamə qalan hissədə dəyişdrilmədən saxlanılmışdır. İŞİNHALLARİ: İddiaçı cavabdehlər Cavabdeh1, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Abşeron rayon 1 saylı Dövlət notariat kontoruna və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə, üçüncü şəxslər X12 və X25 qarşı zamnışad˝ əmlaka mülkiyyət hüququnun bərpası tələbinə dair˝ iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən ünvan 7, 0,06476 ha ümumi torpaq hissələrinin satıcıları X35 xx.xx.2019-ci il tarixində alıcı Cavabdeh1, satıcı X14 alıcı Cavabdeh1 xx.xx.2019-cu ildə torpaq hissələrinin alğı-satqısını etmiş, o, mülkiyyətçi İddiaçı ümumi göstərilən ünvanda 1848m2 torpaq hissəsinin alıcısı Cavabdeh1 arasında heç bir alğı-satqı müqaviləsi olmadan Abşeron rayonu DƏDRX-i tərəfindən qanunsuz özgəninkiləşdirilərək ona təqdim edilmiş müvafiq çıxarışın ləğv edilərək, 1848m2 torpaq hissəsi üzərində mülkiyyət hüquqununu bərpasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə prosesi zamanı İddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsaslanaraq, iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, məhkəmədən RX seriyalı, ******* saylı çıxarışın ləğv edilməsi, Abşeron rayonu 1 saylı notariat ofisinin xüsusi notariusu X17 tərəfindən təsdiq edilmiş xx.xx.2019cu il tarixli, **********720 saylı, 8i-720 reyestr nömrəli ərizənin etibarsız hesab edilməsi, ümumi birgə mülkiyyət hüququ ilə xx.xx.2019cu il tarixli RX seriyalı, ******* saylı çıxarışın ləğv edilməsi, Abşeron rayonu 1 saylı notariat ofisinin xüsusi notariusu İslamov Bahadur tərəfindən xx.xx.2019-ci il tarixli, 4Ə660 nömrəli alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, xx.xx.2019-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********02-10301 reyestr nömrəli çıxarışın ləğv edilməsi, ********** qeydiyyat nömrəli, **********38-10301 reyestr nömrəli çıxarışın ləğv edilməsi, X14 ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 4Ə-1197 reyestr nömrəli, alğı-satqı müqaviləsinin, 8İ5307 reyestr nömrəli, **********307 saylı, xx.xx.2019-cu il tarixli ərizəsinin etibarsız hesab edilməsi, ********** qeydiyyat nömrəli, **********38 reyestr nömrəli çıxarışın ləğv edilməsini və 0,03696 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun bərpasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA Şİ K A Y Ə T İ N İ N DƏ L İ L L Ə R İ və P R O S E S İŞ T İ R A K Ç İ L A R İ N İ N İ Z A H A T L A R İ: Cavabdeh1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, İddiaçı ilə aralarında 28 dekabr 2018-ci il tarixində ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 261.94 kv.m olan fərdi yaşayış evinin paylı mülkiyyət hüququ üzrə İddiaçı məxsus olan 150.1 kv.m sahəsinin alqı-satqısı olmuş və həmin alqı-satqı müqaviləsi Abşeron rayonu 1 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmişdir. Bundan sonra, ünvan 2 ünvanda olan 0,06476 ha ümumi torpaq sahəsinin satıcıları X35 ilə aralarında xx.xx.2019-cu il tarixində və X14 ilə aralarında xx.xx.2019-cu il tarixində torpaq sahələrinin alqı-satqısı olmuş və hər iki alqı-satqı müqaviləsi Abşeron rayonu 1 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmişdir. ünvan 2 ünvanda olan 0,06476 ha ümumi torpaq sahəsində tikililər olmuş və hər bir alqı-satqı müqaviləsi üzrə fərdi yaşayış evini torpaq sahəsi ilə birlikdə qanuni formada almışdır. İddiaçı ərizə yazaraq bildirmişdir ki, RX seriyalı 1467817, **********02-10301 reyestr nömrəli ona məxsus çıxarışdan özünün adı çıxarılsın. Həmin ərizə Abşeron rayonu 1 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmişdir. İddiaçı tərəfindən verilmiş ərizə əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən ona xx.xx.2019-cu il tarixində ********** qeydiyyat nömrəli, **********38 reyestr nömrəli 0.06476 ha torpaq sahəsi üzrə çıxarış verilmişdir. Göründüyü kimi, mübahisəli torpaq sahəsi qanuni şəkildə alqı-satqı və rəsmi razılıq əsasında onun mülkiyyətinə keçmişdir. Üçüncü şəxs X14 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, mülki iş materiallarında olan RX seriyalı, ******* nömrəli, **********53 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən Abşeron rayonu, Xırdalan şəhərində yerləşən 0,0278 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında onun mülkiyyətində olmaqla, bu barədə xx.xx.2016-cı il tarixdə torpaq sahəsinin plan və ölçüsü tərtib edilmişdir. Həmçinin Abşeron rayon Xırdalan bələdiyyəsinin xx.xx.2013-cü il tarixli, 03 saylı qərarı ilə fərdi yaşayış evi tikmək üçün ona ayrılmış 278 kv.m torpaq sahəsinə dair torpaq sahəsinin plan və ölçüsü tərtib edilərək, X36 kitabında xx.xx.2013-cü il tarixdə 22359 nömrə ilə uçotu alınmış və Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən torpaq sahəsinin plan və ölçüsü verilmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(012)-3496/2015 saylı qətnaməsi ilə onun cavabdehlər X25 və İddiaçı qarşı iddiası təmin edilmiş, X35 və İddiaçı tərəfindən iddianın etiraf edilməsi təsdiq edilmiş, Abşeron rayon Xırdalan Bələdiyyəsinin xx.xx.2013-cü il tarixli, 03 saylı qərarı və torpaqların alqısatqısına dair akta əsasən ona məxsus olan, Abşeron rayonu, Xırdalan şəhəri ərazisindəki 278 kv.m torpaq sahəsinin qonşuluğunda yerləşən, xx.xx.2015-ci il tarixli **********54 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən X25 və İddiaçı paylı mülkiyyət hüququ ilə məxsus olan fərdi yaşayış evinin və həyətyanı torpaq sahəsinin koordinatlarına Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində düzəliş edilərək torpaq sahələrinin naturada yerləşmə vəziyyətinə uyğun olaraq dəyişdirilməsi, Xırdalan bələdiyyəsi tərəfindən ona satılmış 278 kv.m torpaq sahəsinin və üzərindəki fərdi yaşayış evinə mülkiyyət hüququnun Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması qət edilmişdir. Hazırki qətnamədə ona aid sənədlərin ləğvinin əsası kimi iddiaçının maraqlarına toxunması və təmin edilmiş iddia tələbləri ilə bağlı olması göstərilmiş, lakin iddiaçının hansı maraqlarına toxunması və təmin edilmiş iddia tələbləri ilə necə bağlı olması əsaslandırılmamışdır. Məhkəmə tərəfindən iddia tələbinin ona aid hissəsi, ümumiyyətlə araşdırılmamış və qanunsuz və əsassız olaraq iddia tələbi həmin hissədə də təmin edilmişdir. O, mübahisə predmeti olan fərdi yaşayış evi və torpaq sahəsini tamamilə qanuni formada əldə etmiş və sonradan satmışdır. Həmin hərəkətlərin aparılması zamanı qanunvericiliyin tələbləri pozulmamış, məhkəmə tərəfindən isə qanunvericiliyin tələblərinin pozulması ilə bağlı konkret normalara istinad edilməmişdir. Nəticədə məhkəmə tərəfindən əsaslandırılmamış qətnamə çıxarılmışdır. Həmçinin iddia tələbi araşdırılarkən iddiaçı tərəfindən hazırki iddia tələbi ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş iddia müddətinin ötürülüb-ötürülməməsi məsələsi araşdırılmamışdır. Belə ki, Azərbaycan Respublikasının MM-nin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. İddiaçı ilə X26 arasında alqı-satqı müqaviləsi xx.xx.2018-ci il tarixdə bağlanmış, daha sonra çıxarışlar verilmiş və müxtəlif əqdlər bağlanmışdır. İddiaçı həmin əqdlərin bağlanması və nəticəsindən məlumatı olmuşdur. Belə ki, İddiaçı xx.xx.2020-ci il tarixdə Cavabdeh1 qarşı pul tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət etmişdir. Həmin ərizənin məzmunundan tam təsdiq olunur ki, İddiaçı qeyd edilən əqdlərin bağlanması barədə məlumatlı olmuş, lakin qanunla nəzərdə tutulmuş müddətdə həmin əqdləri mübahisələndirməmiş, yalnız xx.xx.2021-ci il tarixdə hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi, İddiaçı hazırki iddia tələbini məhkəmədə mübahisələndirmək üçün Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 354.2-ci maddəsində nəzərdə tutulmuş bir illik müddəti buraxmışdır. Belə olan halda, Abşeron Rayon Məhkəməsi tərəfindən hazırki işə baxılarkən iddia tələbinə həmin norma tətbiq olunmaqla iddia rədd edilməli idi. Lakin məhkəmə tərəfindən işin həmin halı da araşdırılmamışdır.Cavabdeh X14 apellyasiya şikayətində iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 apellyasiya şikayətini müdafiə edərək göstərdi ki, torpağı İddiaçı və qardaşından alıb. Torpaq ümumi birgə mülkiyyətdə olub. İddiaçı da, qardaşı da torpağın alğı-satqısına dair razılıq ərizəsi yazmışlar. Evi ona iddiaçı və qardaşı 200 min manata satıblar Həmin torpaqda bina tikilib, yüzlərlə adam yaşayır. Torpağın yenidən iddiaçının mülkiyyəti hesab edilməsi onun və yüzlərlə insanın evsiz qalması deməkdir. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməsini, Abşeron Rayon Məhkəməsinin 04 iyun 2021-ci il tarixli, 2(012)-1595/2021 nömrəli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 və üçüncü şəxs X6 nümayəndə və vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, iddiaçı tərəfindən mübahisə predmeti kimi göstərilən torpaq sahəsi üzərində cavabdeh tərəfindən yaşayış binası tikilmişdir. Binanın tikintisindən iş üzrə bütün tərəflər məlumatlı olmuşlar. İddiaçı cavabdehdən həmin binada gözəllik salonu işlətmək üçün yer istədikdə cavabdeh bununla razılaşmayıb. Bu səbəbdən də mübahisə başlayıb. İddiaçının iddia etdiyi torpaq sahəsi artıq tikintialtı torpaq sahəsidir. Tikinti özbaşına tikili deyil. Binanın tikilməsinə iddiaçı da, qardaşı da razılıq veriblər. Alğı-satqı müqaviləsi xx.xx.2019-cu il tarixdə bağlanılır. 2 ilə yaxın müddət keçdikdən sonra iddiaçı hansısa iddialarla məhkəməyə müraciət edir. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməsini, Abşeron Rayon Məhkəməsinin 04 iyun 2021-ci il tarixli, 2(012)-1595/2021 nömrəli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətlərini qəbul etməyərək bildirdi ki, mübahisəli torpaq sahəsi ona atasından qalıb və qardaşının həmin torpağa heç bir hüququ yoxdur. Bu səbəbdən də torpağının müqəddəratını yalnız o, təyin edə bilər. Atası həmin torpaq sahəsini ona bağışlayıb. Faiq Abbasovun həmin ərazidə torpağı yoxdu. Dəfələrlə qeyd etdiyi kimi o, cavabdehə torpaq satmayıb. Ona məxsus torpaq sahəsində heç bir icazə olmadan qanunsuz tikinti aparıblar. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinin nümayəndələri mülkiyyətçinin, yəni onun razılığı olmadan torpağını bölüblər. Hazırda onun şikayəti əsasında həmin qurumun 10 əməkdaşı barədə istintaq davam etməkdədir. Qeyd olunanlara əsasən apellyasiya şikayətlərinin təmin edilməməsini, Abşeron Rayon Məhkəməsinin 04 iyun 2021-ci il tarixli, 2(012)-1595/2021 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Məhkəmə kollejgiyasının iclasında İddiaçı vəkili Vəkil3 apellyasiya şikayətlərini qəbul etməyərək və bildirdi ki, tikiliyə və torpaq sahəsinə ayrı-ayrılıqda mülkiyyət hüququnu təsdiq edən çıxarışlar mövcud olub. Lakin cavabdehin torpaq sahəsini almağa vəsaiti çatmamışdır. Yoxsa həm torpaq, həm də tikili ayrı-ayrılıqda alğı-satqı müqaviləsinin predmetidir. İş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin mövqeyi ilə tamamilə razıdır. Torpağın çıxarışının cavabdehin adına rəsmiləşdirilməsi üçün mütləq ayrıca alğısatqı müqaviləsi bağlanmalı idi. Amma bunun əvəzinə iddiaçıdan notarial qaydada çıxarışdan adının çıxarılmasına dair razılıq ərizəsi alınıb ki, bu da hər hansı hüquqi nəticə doğurmur. Yəni həmin ərizə mülkiyyət hüququndan məhrum etmənin əsası kimi çıxış edə bilməz. Qeyd olunanlara əsasən apellyasiya şikayətlərinin təmin edilməməsini, Abşeron Rayon Məhkəməsinin 04 iyun 2021-ci il tarixli, 2(012)-1595/2021 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iş üzrə cavabdehlər Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Abşeron rayon 1 saylı dövlət notariat kontorunun və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, bunun səbəbləri barədə məhkəmə kollegiyasına heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM 376.2. maddəsinə əsasən həmin şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. HÜQUQİMƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görəapellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan vəəlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə vəya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır vəşikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarından görünür ki, kassasiya instansiya məhkəməsinin qərarına əsasən Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(105)-3220/2021 saylı, 06 dekabr 2021-ci il tarixli qətnaməsi qismən, X35 ilə Cavabdeh1 arasında bağlanmış 03 aprel 2019cu il tarixli alqı-satqı müqaviləsinin 0,01848 ha torpaq sahəsinə aid hissədə etibarsızlığının, Faiq Abbasovla İddiaçı adına olmuş torpaq sahəsinin Cavabdeh1 adına dövlət qeydiyyatına alınmasının (xx.xx.2019-cu il tarixli, RX seriyalı, ******* saylı, xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli, **********02-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, **********38-10301 reyestr nömrəli və ********** qeydiyyat nömrəli, **********38 reyestr nömrəli çıxarışların 0,03696 ha torpaq sahəsinə aid hissədə) ləğv edilməsinin rədd olunması hissədə ləğv edilmiş, iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, qətnamə həmin hissədə yoxlanılmalıdır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, tərəflərin izahatını dinləyərək, apellyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 372.1 və 372.7-ci maddəsinə görəapellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan vəəlavə təqdim olunmuş sübutlar əsasında tam mahiyyəti üzrə baxır, şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Abşeron rayon Texniki İnventarlaşdırma Bürosu tərəfindən verilmiş Qeydiyyat vəsiqəsinin surətindən görünür ki, ünvan 3 ünvanında yerləşən 3 otaqlı, yaşayış sahəsi 76,3m2, köməkçi sahəsi 57,6m2 olan 2 nömrəli fərdi fonda aid evi X2 adına xx.xx.1988-ci il tarixdə reyestr kitabında 813 saylı qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən seriya RH №0027498 saylı Çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, R.Axundov küçəsində istifadədə olan 0,0321 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 7 otaqlı, 140,34 m2 yaşayış, 121,6 m2 köməkçi sahədən ibarət 2A nömrəli fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə X16 (5 otaq, 207,74 m2 ümumi, 104,74 m2 yaşayış, 103.0 m2 köməkçi sahə) X3 (payı açıq saxlanılır) adlarına daşınmaz əmlakın dövlət reyestrində 13 nömrəli reyestr kitabının 186 nömrəli vərəqində xx.xx.2009-cu il tarixdə qeydiyyata alınmışdır. Abşeron rayonu 1 saylı dövlət notariat kontorunun verdiyi xx.xx.2009-cu il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X7 vərəsələri bunlardı: X5 rayonu Xırdalan şəhəri, R.Axundov küçəsində yerləşən 2 saylı evin sahəsi 37,4m2, 21.1m2, 5.8m2 və 18.8m2 təşkil edən 4, 5, 6 bə 7 saylı otaqlarına irs almalıdır. X8 həmin evdən düşən irs payı açıq saxlanılır. Abşeron rayonu 1 saylı dövlət notariat kontorunun verdiyi xx.xx.2009-cu il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1991-ci il tarixdə vəfat etmiş X7 vərəsələri bunlardı: Abşeron rayonu Xırdalan şəhəri, R.Axundov küçəsində yerləşən 2 saylı evdə yaşayan X1 rayonu, Xırdalan şəhəri, R.Axundov küçəsində yerləşən 2 saylı evin yalnız sahəsi 12.1 m2 olan 1 saylı otağına irs almalıdır. Abşeron Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli, 2(012)-883/2008 saylı qətnaməsinin surətindən görünür ki, X16 iddiası təmin edilmiş və Abşeron rayonu, Xırdalan şəhəri, R.Axundov küçəsində yerləşən 2 saylı evin sahəsi 0,03 ha təşkil edən hissəsində inşa edilmiş sahəsi 4.48 m2, 8.0 m2, 8.56 m2, 11.52 m2, 12,67 m2, 14.4 m2, 10.4 m2, 21.0 m2, 26.04 m2, 4.41 m2, 7.03 m2, 18.43 m2 təşkil edən otaqlara X16 mülkiyyət hüququ üzrə sahiblik, istifadə və sərəncam hüquqlarınn tanınması faktı müəyyən edilmişdir. X33 ilə İddiaçı arasında bağlanmış fərdi yaşayış evinin bağışlanmasına dair xx.xx.2009-cu il tarixli müqavilənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X33 Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Abşeron Ərazi idarəsinin xx.xx.2009-cu il tarixli, **********54-10301 Reyestr nömrəli, ********** Qeydiyyat nömrəli çıxarışına və Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in Abşeron ərazi idarəsinin xx.xx.2009-cu il tarixli 1902 №-li arayışına əsasən özünə məxsus olan Abşeron rayon, Xırdalan şəhəri, R.Axundov küçəsində istifadəsində olan 0,0321 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli 7 otaqlı, 140.34m2 yaşayış, 121.6 m2 köməkçi sahəsindən ibarət olan 2A nömrəli fərdi yaşayış evinin X19 məxsus olan 5 yaşayış otağından, 207.74 m2 ümumi, 104.74 m2 yaşayış, 103.0 m2 köməkçi sahədən ibarət hissəsindən yaşayış sahəsi 67.56 m2 olan 4 otaqdan ibarət 8, 7, 9, 12-ci yaşayış hissələrini və 70.44 m2 köməkçi sahəsindən ibarət olan 5, 11, 10, 13, 14 və 15-ci köməkçi hissələrini qızı İddiaçı bağışlamışdır. Müqavilə reyestrdə 4Ə-04667 nömrə ilə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verdiyi Seriya MA, №0008035, reyestr nömrəsi **********54-10301 olan çıxarışın surətindən görünür ki, ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 261.94 m2, yaşayış sahəsi 140.34 m2, yardımçı sahə 121.6 m2, yaşayış otaqlarının sayı 7 olan fərdi yaşayış evinin 4 otaq, 138.0 m2 ümumi, 67.56 m2 yaşayış, 70.44 m2 köməkçi sahəyə münasibətdə İddiaçı adına xx.xx.2009-cu il tarixdə, **********5 nömrəsilə, 1 otaq 69.74 m2 ümumi, 37.18 m2 yaşayış, 32.56 m2 köməkçi sahəyə münasibətdə X16 adına xx.xx.2009-cu il tarixdə, ********** nömrəsilə xüsusi, paylı mülkiyyət hüququ kimi dövlət qeydiyyatından keçmiş, X9 payı açıq saxlanılmış payı isə ********** nömrəsi ilə xx.xx.2009-cu il tarixdə qeydiyyata alınmışdır. Həmçinin çıxarışdan görünür ki, 0,0321 ha torpaq sahəsi bələdiyyə mülkiyyəti olmaqla vətəndaşların istifadəsindədir. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in verdiyi daşınmaz əmlakın texniki pasportunun surətindən görünür ki, reyestr nömrəsi **********54-10301 olan ünvan 5 ünvanında yerləşən evin A2 №li payı X19, A1 №li payı İddiaçı məxsusdur, X4 payı isə açıq saxlanılmışdır. Abşeron Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli qərardadının surətindən görünür ki, iddiaçı X10 cavabdehlər İddiaçı və Xırdalan bələdiyyəsinə qarşı ninəgzö˝ sahibliyində olan sahədən zəruri yol və keçid verilməsinə tələbinə dair˝ iddiası üzrə mülki işlə bağlı iddiaçı X15 və cavabdeh İddiaçı qız arasında bağlanmış barışıq sazişinin aşağıdakı məzmunda təsdiq edilməsi qərar alınmışdır: 1. İddiaçı xüsusi mülkiyyətində olan ünvan 6 ünvanında yerləşən, sahəsi 12 m2 olan mənzil sahəsini notariat kontorunda bağışlama müqaviləsi bağlamaq yolu ilə cavabdehin mülkiyyətinə keçirir və 1(bir) ay müddətində həmin mənzildəki pasport qeydiyyatından çıxır. 2. Cavabdeh xüsusi mülkiyyətində olan Abşeron rayonu, Masazır kəndində yerləşən sahəsi 0,03 ha olan torpaq sahəsini notariat kontorunda bağışlama müqaviləsi bağlamaq yolu ilə iddiaçının mülkiyyətinə keçirir. 3. Tərəflər bu barışıq müqaviləsini imzalamaqla öz aralarında olan mübahisənin bitməsini və gələcəkdə bu məsələ ilə bağlı bir-birilərinə qarşı hər hansı iddialarının olmayacağını qəbul edirlər. 4. Bu saziş mülki işə baxan məhkəmə tərəfindən təsdiq edildikdən sonra qüvvəyə minir. İddiaçı X10 cavabdehlər İddiaçı və Xırdalan bələdiyyəsinə qarşı ninəgzö˝ sahibliyində olan sahədən zəruri yol və keçir verilməsi tələbinə dair˝ mülki iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. X15 ilə İddiaçı arasında bağlanılmış, reyestrdə 4Ə/90 nömrəsi ilə qeydiyyata alınmış xx.xx.2011-ci il tarixli evlə torpaq sahəsinin dəyişmə müqaviləsinin notarial təsdiq edilmiş surətindən görünür ki, X1 rayonu, Xırdalan şəhəri, R.Axundov küçəsi ünvanında yerləşən 1 otaqlı 2A nömrəli fərdi yaşayış evini İddiaçı məxsus Abşeron rayonu, Masazır kəndində yerləşən 0.03 ha torpaq sahəsi ilə əvəzsiz olaraq dəyişmişlər. X16 (hədiyyə verən) adından etibarnamə əsasında çıxış edən İddiaçı Fərəc qızı və X35 (hədiyyə alan) arasında bağlanılmış xx.xx.2013-cü il tarixli ev bağışlama müqaviləsinin surətindən görünür ki, hədiyyə verən Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in 4 saylı Ərazi İdarəsi tərəfindən xx.xx.2013-cü il tarixdə verilmiş 13722№-li arayışa və Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Abşeron rayon Ərazi İdarəsi tərəfindən xx.xx.2013-cü il tarixli Reyetsr nömrəsi **********54-10301, Qeydiyyat nömrəsi ********** olan Çıxarış əsasında Abşeron rayonu, Xırdalan şəhəri, R.Axundov küçəsi ünvanında yerləşən 2A nömrəli fərdi yaşayış evin yalnız onun payına düşən yaşayış sahəsi 37.18 m2, köməkçi sahəsi 32.56m2 ümumi sahəsi 69.74 m2 olan 1 otaqdan olan hissəsini hədiyyə alanın mülkiyyətinə vermiş, hədiyyə alan isə fərdi yaşayış evi xüsusi mülkiyyətinə qəbul etmişdir. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verdiyi Seriya RX, №1387591, reyestr nömrəsi **********02-10301 olan çıxarışın surətindən görünür ki, ünvan 7 ünvanında yerləşən ümumi sahəsi 261.94 m2 fərdi yaşayış evinin 5 otaq, 150.1 m2 ümumi, 79.66 m2 yaşayış, 70.44 m2 köməkçi sahəsi İddiaçı adına, 1 otaq, 69.74 m2 ümumi, 37.18 m2 yaşayış, 32.56 m2 köməkçi sahəsi ilə X18 adına xüsusi mülkiyyət hüququ, 0,03696 ha torpaq sahəsi isə ümumi birgə mülkiyyət hüququ kimi qeydiyyatdan keçmiş, 42.1 m2 pay isə açıq saxlanılmışdır. X16 Abşeron rayon 1 saylı notariat ofisində tərtib edilmiş xx.xx.2013-cü il tarixli vəsiyyətnaməsinin surətindən görünür ki, vəsiyyət edən ona məxsus olan harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq, bütün daşınar və daşınmaz əmlaklarını İddiaçı vəsiyyət etmişdir. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX 4 saylı Abşeron Ərazi İdarəsinin verdiyi invertar nömrəsi 4746 olan texniki pasportun surətindən görünür ki, ünvan 8 ünvanında yerləşən reyestr nömrəsi **********02-10301 olan fərdi yaşayış evinin 150.1m2 İddiaçı, 69.74m2 X25 məxsusdur, torpaq sahəsi ümumi birgə mülkiyyətdədir, 42.1m2 fərdi yaşayış evinə pay açıq saxlanılmışdır. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verdiyi Seriya MA, №0296204, reyestr nömrəsi **********54-10301 olan çıxarışın surətindən görünür ki, ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 261.94 m2 fərdi yaşayış evinin 5 otaq, 150.1 m2 ümumi, 79.66 m2 yaşayış, 70.44 m2 köməkçi sahəsi İddiaçı adına, 1 otaq, 69.74 m2 ümumi, 37.18 m2 yaşayış, 32.56 m2 köməkçi sahəsi ilə X18 adına xüsusi mülkiyyət hüququ kimi qeydiyyatdan keçmiş, 42.1 m2 pay isə açıq saxlanılmışdır. 0,0321 ha torpaq sahəsi isə bələdiyyə torpağı olmaqla, vətəndaşların istifadəsindədir. İddiaçı (satıcı) ilə Cavabdeh1 (alıcı) arasında Abşeron rayonu 1 saylı notariat ofisində bağlanılmış daşınmaz əmlakın alğı-satqısına dair xx.xx.2018-ci il tarixli, AN-İ №0751663 saylı müqavilənin surətindən görünür ki, satıcı ünvan 9 ünvanında yerləşən ümumi sahəsi 261.94 m2 olan fərdi yaşayış evinin paylı mülkiyyət üzrə ona məxsus hissəsindən aşağıda göstərilən hissəni alıcının mülkiyyətinə verir: Satıcı İddiaçı 150m2 – Alıcı Cavabdeh1 (müqavilənin 1-ci bəndi). Həmin müqavilənin 13-cü bəndinə görə satıcı İddiaçı xx.xx.2019-cu il tarixinədək qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verdiyi Seriya RX, №1467817, reyestr nömrəsi **********02-10301 olan çıxarışın surətindən görünür ki, ünvan 7 ünvanında yerləşən ümumi sahəsi 261.94 m2 fərdi yaşayış evinin 5 otaq, 150.1 m2 ümumi, 79.66 m2 yaşayış, 70.44 m2 köməkçi sahəsi Cavabdeh1 adına, 1 otaq, 69.74 m2 ümumi, 37.18 m2 yaşayış, 32.56 m2 köməkçi sahəsi ilə X18 adına xüsusi mülkiyyət hüququ kimi qeydiyyatdan keçmiş, 42.1 m2 pay isə açıq saxlanılmışdır. 0,03696 ha torpaq sahəsi isə İddiaçı və X18 ümumi birgə mülkiyyətindədir. İddiaçı səlahiyyətli orqanlara ünvanlanmış ünvan 10lə qeydiyyata alınmış **********720 saylı ərizəsinin surətindən görünür ki, İddiaçı Seriya RX, №146817, **********02-10301 reyestr nömrəli, Cavabdeh1 məxsus çıxarışdan adının çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verdiyi Seriya RX, №1500780, reyestr nömrəsi **********02-10301 olan çıxarışın surətindən görünür ki, ünvan 7 (yeni qaydalarla ünvan 11 ünvanında yerləşən ümumi sahəsi 261.94 m2 fərdi yaşayış evinin 5 otaq, 150.1 m2 ümumi, 79.66 m2 yaşayış, 70.44 m2 köməkçi sahəsi Cavabdeh1 adına, 1 otaq, 69.74 m2 ümumi, 37.18 m2 yaşayış, 32.56 m2 köməkçi sahəsi ilə X18 adına xüsusi mülkiyyət hüququ kimi qeydiyyatdan keçmiş, 42.1 m2 pay isə açıq saxlanılmışdır. 0,03696 ha torpaq sahəsi isə Cavabdeh1 və X18 ümumi birgə mülkiyyətindədir. X35 (satıcı) ilə Cavabdeh1 (alıcı) oğlu arasında Abşeron rayonu 1 saylı notariat ofisində bağlanılmış xx.xx.2019-cu il tarixli, AN-İ №0769608 saylı daşınmaz əmlakın alğısatqısına dair müqavilənin surətindən görünür ki, satıcı ünvan 7 (yeni qaydalarla ünvan 12 ünvanında yerləşən ümumi sahəsi 69.74m2 olan fərdi yaşayış evinin paylı mülkiyyət üzrə ona məxsus hissəsindən 69.74m2 hissəsini alıcının mülkiyyətinə vermişdir. Həmçinin müqavilənin 1-ci bəndinin b yarımbəndinə görə satıcı ünvan 7 (yeni qaydalarla ünvan 12 ünvanında yerləşən ümumi sahəsi 0.01848 ha olan torpaq sahəsinin paylı mülkiyyət üzrə ona məxsus hissəsindən 0.01848 ha hissəsini alıcının mülkiyyətinə vermişdir. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verdiyi reyestr nömrəsi **********02- 10301 çıxarışın surətindən görünür ki, ünvan 7 (yeni qaydalarla ünvan 12 ünvanında yerləşən ümumi sahəsi 261.9m2, FYE 219.84m2 və 0.03696 ha torpaq sahəsi Cavabdeh1 adına ********** nömrəsi ilə qeydiyyatdan keçmiş, 42.1 m2 pay açıq saxlanılmışdır. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verdiyi reyestr nömrəsi **********38- 10301 çıxarışın surətindən görünür ki, Abşeron rayonu Xırdalan şəhərində yerləşən 0.06476 ha torpaq sahəsi tam xüsusi mülkiyyət hüququ ilə ********** saylı nömrə ilə Cavabdeh1 adına xx.xx.2019-cu il tarixdə qeydiyyatdan keçmişdir. xx.xx.2019-cu il tarixli torpaq sahəsini plan və ölçüsündən görünür ki, Abşeron rayonu Xırdalan şəhəri ərazisində yerləşən, Cavabdeh1 adına reyestr nömrəsi **********38-10301 olan 0.06476 ha torpaq sahəsinə A№ 373961 saylı torpaq sahəsinin plan və ölçüsü verilmişdir. Abşeron rayon 1 saylı notariat ofisində tərtib edilmiş, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə yönəlmiş Cavabdeh1 xx.xx.2019-cu il tarixli **********307 saylı, 8İ-5307 reyestr nömrəli ərizəsinin surətindən görünür ki, ünvan 9 ünvanında yerləşən ümumi sahəsi 261.9mü olan evin sökülməsi səbəbindən qeydiyyatının ləğv edilməsi xahiş edilmişdir. X18 notariat kontoruna ünvanladığı və Abşeron rayon 1 saylı notariat ofisində tərtib edilmiş xx.xx.2018-ci il tarixli, reyestrdə 8İ-1133№ ilə qeydiyyata alınmış ərizənin surətindən görünür ki, X11 rayonu, Xırdalan şəhəri, R.Axundov küçəsi ev 2A ünvanında yerləşən fərdi yaşayış evinin satılmasına, bağışlanmasına və ipoteka (girov) qoyulmasına etiraz etmir. X18 Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə ünvanladığı və Abşeron rayon 1 saylı notariat ofisində tərtib edilmiş xx.xx.2018-ci il tarixli, reyestrdə 8İ-1137№ ilə qeydiyyata alınmış ərizənin surətindən görünür ki, o, ünvan 14 ünvanında yerləşən fərdi yaşayış evinin İddiaçı məxsus hissəsində yerləşən torpaq sahəsinin İddiaçı adına özəlləşdirilməsinə etiraz etmədiyini bildirmişdir. İddiaçı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə ünvanlanmış, ünvan 15mrə ilə qeydiyyata alınmış xx.xx.2018-ci il tarixli ərizəsinin surətindən görünür ki, İddiaçı ünvan 14 ünvanında yerləşən fərdi yaşayış evinin X25 məxsus hissəsində yerləşən torpaq sahəsinin X18 adına özəlləşdirilməsinə etiraz etməmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(012)-3371/2020 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı Cavabdeh1 qarşı pul˝ tələbinə dair˝ iddiası təmin edilməmişdir. Daşınmaz əmlakın real bazar dəyərinin müəyyənləşdirilməsinə dair 01/39551 saylı arayışın surətindən görünür ki, Cavabdeh1 mülkiyyətində olan, Abşeron rayonu Xırdalan şəhərində yerləşən, sahəsi 0.036 ha torpaq sahəsinin xx.xx.2020-ci il tarixinə bazar dəyəri 18000 (on səkkiz min) manat təşkil edir. Müəyyən edilmişdir ki, ünvan 6 (yeni qaydada Əbdürrəhim bəy Haqverdiyev küçəsi ev2A) ümumi sahəsi 261.9 m2 fərdi yaşayış evi X16 xüsusi mülkiyyətində olmuş, 0.03696 ha torpaq sahəsi isə bələdiyyə mülkiyyətində olmaqla, sonuncunun istifadəsində olmuşdur. xx.xx.2009-cu tarixdə X33 ilə İddiaçı arasında notarial qaydada bağlanmış bağışlama müqaviləsinə əsasən fərdi yaşayış evinin H.Abbasova məxsus bir hissəsi - 4 yaşayış otağı və bir köməkçi sahə İddiaçı xüsusi mülkiyyətinə keçmişdir. xx.xx.2013-cü il tarixdə X16 adından etibarnamə əsasında çıxış edən Abbasova X21 Faiq Həbib oğlu ilə notarial qaydada ev bağışlama müqaviləsi bağlamış, müqaviləyə əsasən Abşeron rayonu, Xırdalan şəhəri, R.Axundov küçəsi ünvanında yerləşən 2A nömrəli fərdi yaşayış evinin H.Abbasovun mülkiyyətində olan yalnız yaşayış sahəsi 37.18 m2, köməkçi sahəsi 32.56m2 ümumi sahəsi 69.74 m2 olan 1 otaqdan olan hissəsi F.Abbasovun mülkiyyətinə keçmişdir. İş materiallarından görünür ki, bundan sonra 2018-ci ildə İddiaçı ilkin olaraq bələdiyyənin mülkiyyətində, onun isə istifadəsində olan torpaq sahəsini özəlləşdirərək, öz adına xüsusi mülkiyyət hüququ kimi dövlət reyestrində qeydə aldırmışdır. İş materiallarında olan RX seriyalı, ******* saylı çıxarışın surətindən görünür ki, torpaq sahəsini özəlləşdirilməsini İddiaçı aparmasına baxmayaraq, hər hansı hüquqi əsas olmadan torpaq sahəsi digər mülkiyyətçi F.Abbasov ilə ümumi birgə mülkiyyət kimi qeydə alınmışdır. İş materiallarından görünür ki, 0.03696 ha torpaq sahəsinin F.Abbasovun ümumi mülkiyyətinə keçməsi və sonuncunun sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüququnun yaranması üçün hüququ əsas olmamışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1.1-ci maddəsində görə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslar müəyyən edilmişdir. Göstərilən torpaq sahəsi üzərində F.Abbasovun mülkiyyət hüququnun yaranması üçün Mülki Məcəllənin 139.1-1-ci maddəsində sadalanan hallardan hər hansı biri mövcud olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə Mülki Məcəllə adlandırılacaq): 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir; 324.2-ci maddəsinə əsasən əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər: 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir; 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır; 329.1-ci maddəsinə əsasən əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır; 337.1-ci maddəsinə görə bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər; 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Məhkəmə kollegiyası hesab edir ki, ünvan 4 ünvanında yerləşən 0.03696 torpaq sahəsinin F.Abbasovun ümumi mülkiyyətinə keçməsi üçün əsasların olmadığı müəyyən edildiyindən iddia tələbi Abşeron rayonu 1 saylı notariat ofisinin xüsusi notariusu İslamov Bahadur tərəfindən xx.xx.2019-ci il tarixli, 4Ə660 nömrəli alğı-satqı müqaviləsi 0,01848 ha torpaq sahəsinə dair hissədə etibarsız hesab edilməlidir. Belə ki, sözügedən müqavilənin mahiyyətindən görünür ki, F.Abbasov özünə məxsus olan və yuxarıda göstərilən ünvanda yerləşən fərdi yaşayış evini və 0,01848 ha torpaq sahəsini Cavabdeh1 satmışdır. Lakin F.Abbasovun göstərilən ünvanda yerləşən 0,01848 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun yaranmadığı müəyyən edildiyindən şəxs özünün mülkiyyətində olmayan hər hansı daşınmaz əmlakı başqa şəxsin mülkiyyətinə verə bilməzdi. Azərbavycan Respublikası Mülki Məcəlləsinin 139.1-1-ci və 139-1.1.3-cü maddələrinə görə daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur; 144.1-ci maddəsinə görə daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır; 144.2-ci maddəsinə görə sərəncam hüququ sərəncam verən tərəfin daşınmaz əmlakın dövlət reyestrinə əsasən bu hüquqa malik olması və ya ixtiyarlı şəxsin ona həmin səlahiyyəti verməsi ilə təsdiqlənir. Bu səlahiyyət də notariat qaydasında təsdiqlənməlidir. Müqavilənin qanunauyğunluğu notariat qaydasında təsdiqləmə ilə təsbit olunur. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər tərəfindən həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış texniki göstəricilərinə uyğun təsdiqlənir; 149.2-ci maddəsinə görə əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. İş materiallarında olan İddiaçı (satıcı) ilə Cavabdeh1 (alıcı) arasında Abşeron rayonu 1 saylı notariat ofisində bağlanılmış daşınmaz əmlakın alğı-satqısına dair xx.xx.2018-ci il tarixli, AN-İ №0751663 saylı müqavilənin surətindən görünür ki, satıcı ünvan 16 ünvanında yerləşən ümumi sahəsi 261.94 m2 olan fərdi yaşayış evinin paylı mülkiyyət üzrə ona məxsus hissəsindən aşağıda göstərilən hissəni alıcının mülkiyyətinə verir: Satıcı İddiaçı 150m2 – Alıcı Cavabdeh1 (müqavilənin 1-ci bəndi). Həmin müqavilənin 13-cü bəndinə görə satıcı İddiaçı xx.xx.2019-cu il tarixinədək qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdür. Göründüyü kimi iddiaçı özünün xüsusi mülkiyyətində olan 150.0m2 fərdi yaşayış evini notarial qaydada bağlanılmış alğı-satqı müqaviləsinə əsasən Cavabdeh1 xüsusi mülkiyyətinə vermişdir. Lakin bundan sonra Abşeron rayonu 1 saylı notariat ofisində İddiaçı «Mən, İddiaçı Seriya RX, №146817, **********02-10301 reyestr nömrəli, Cavabdeh1 məxsus çıxarışdan adımın çıxarılmasını xahiş edirəm. Yazılanları imzamla təsdiq edirəm˝ məzmunlu xx.xx.2019-cu il tarixli, **********720 saylı ərizə alınmış və həmin ərizə əsasında İddiaçı mülkiyyətində olan 0.03696 ha torpaq sahəsi Cavabdeh1 mülkiyyətinə keçmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Mülki Məcəllənin 139.1-1.3-cü, 144.1-ci və 144.2-ci maddələrinə əsasən daşınmaz əmlak üzərində sərəncam hüququnun keçməsi üçün əsaslardan biri müqavilədir, 139.1-1.3-cü maddədə notarial ərizə əsasından şəxsin xüsusi mülkiyyətində olan daşınmaz əmlakın başqa şəxsin xüsusi mülkiyyətinə keçməsi imkanı və əsası nəzərdə tutulmamışdır. Həmçinin «Daşınmaz əmlakın dövlət reyestri haqqında˝ Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar sırasında da əsaslardan biri kimi müqavilələr nəzərdə tutulmuş, bu barədə notarial ərizənin verilməsi isə əsaslar sırasında göstərilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun bərpa edilməsi ilə əlaqədar, özündə sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüququnun Cavabdeh1 məxsus olmasını əks etdirən çıxarışların – xx.xx.2019cu il tarixli, RX seriyalı, ******* saylı, xx.xx.2019-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********02-10301 reyestr nömrəli çıxarışın, ********** qeydiyyat nömrəli, **********36- 10301 reyestr nömrəli çıxarışın, ********** qeydiyyat nömrəli, **********38-10301 reyestr nömrəli çıxarışın və ********** qeydiyyat nömrəli, **********38 reyestr nömrəli çıxarışın 0,03696 ha torpaq sahəsinə aid ləğv edilməsi hissəsində təmin edilməlidir. İş materiallarına görə isə iddiaçı ilə Cavabdeh1 arasında daşınmaz əmlakın alğısatqısı barədə bağlanmış müqavilədə torpaq sahəsinə mülkiyyət hüququ ilə bağlı hər hansı razılaşmanın olması göstərilməmişdir. Alğı-satqıdan sonra alıcı Cavabdeh1 adına 04 fevral 2019-cu il tarixdə verilmiş Seriya RX ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda da məhz qanunun göstərilən tələbləri nəzərə alınmaqla Cavabdeh1 adına torpaq sahəsinin olması göstərilməmiş, əksinə 0,03696 ha torpaq sahəsinin İddiaçı və Faiq Abbasovu ümumi mülkiyyətində olması qeyd edilmişdir. Həmin çıxarışdan adının çıxarılması barədə iddiaçı notarial qaydada təsdiqlənmiş xx.xx.2019-cu il tarixli ərizə yazsa da həmin ərizə cavabdehin torpaq sahəsi üzərində mülkiyyət hüququnun əmələ gəlməsinə qanuni əsas sayıla bilməz, həmin ərizə də özü-özlüyündə əhəmiyyətsizdir. Cavabdeh X18 ümumi mülkiyyətdə olan 0,03696 ha torpaq sahəsinin yarısının, yəni 0,01848 ha hissəsini digər Cavabdeh1 satması ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, 0,03696 ha torpaq sahəsinin ümumi mülkiyyətdə olması mübahisəsizdir, həmin sahənin Nüşabə Abasovaya məxsus hissəsinin Cavabdeh1 adına sənədləşdirilməsinin əsassız olması müəyyən edildiyindən X39 Nabatov arasında 0,01848 ha torpaq sahəsinin alqısatqısına dair bağlanmış müqavilə də etibarsız hesab edilməlidir. Çünki torpaq sahəsi paylı mülkiyyətdədir, torpaq sahəsi paylı mülkiyyətçilər arasında naturada bölünməmiş, sərhədləri yerdə müəyyən edilməmişdir. Paylı mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi isə əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir. Ümumi paylı mülkiyyət hüququndakı pay üçüncü şəxsə satılarkən paylı mülkiyyətin qalan mülkiyyətçiləri satılan payı almaqda üstünlük hüququna malikdirlər. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu hissədə iş üzrə gəlmiş olduğu nəticə ilə razılaşır. Azərbaycan Respublikası Konstitusiyasının 29.1-ci maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Konstitusiyanın 29.2-ci maddəsinə əsasən mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Konstitusiyanın 29.3-cü maddəsinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini formal mülahizələr kimi qiymətləndirir və hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğvi üçün əsas sayıla bilməz. Belə ki, qeyd edilən dəlillər araşdırılaraq qətnamədə onlara qiymət verilmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin X35 ilə Cavabdeh1 arasında bağlanmış 03 aprel 2019-cu il tarixli alqı-satqı müqaviləsinin 0,01848 ha torpaq sahəsinə aid hissədə etibarsızlığının, Faiq Abbasovla İddiaçı adına olmuş torpaq sahəsinin Cavabdeh1 adına dövlət qeydiyyatına alınmasının (xx.xx.2019-cu il tarixli, RX seriyalı, ******* saylı, xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli, **********02-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, **********38-10301 reyestr nömrəli və ********** qeydiyyat nömrəli, **********38 reyestr nömrəli çıxarışların 0,03696 ha torpaq sahəsinə aid hissədə) ləğv edilməsi hissəsinin apellyasiya qaydasında ləğv olunması üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Həmin Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan, mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə X35 ilə Cavabdeh1 arasında bağlanmış 03 aprel 2019-cu il tarixli alqı-satqı müqaviləsinin 0,01848 ha torpaq sahəsinə aid hissədə etibarsızlığının, Faiq Abbasovla İddiaçı adına olmuş torpaq sahəsinin Cavabdeh1 adına dövlət qeydiyyatına alınmasının (xx.xx.2019-cu il tarixli, RX seriyalı, ******* saylı, xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli, **********02-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, **********38-10301 reyestr nömrəli və ********** qeydiyyat nömrəli, **********38 reyestr nömrəli çıxarışların 0,03696 ha torpaq sahəsinə aid hissədə) ləğv edilməsi hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392-393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Abşeron Rayon Məhkəməsinin 04 iyun 2021-ci il tarixli, 2(012)-1595/2021 nömrəli qətnaməsi X35 ilə Cavabdeh1 arasında bağlanmış 03 aprel 2019-cu il tarixli alqı-satqı müqaviləsinin 0,01848 ha torpaq sahəsinə aid hissədə etibarsızlığının, Faiq Abbasovla İddiaçı adına olmuş torpaq sahəsinin Cavabdeh1 adına dövlət qeydiyyatına alınmasının (xx.xx.2019-cu il tarixli, RX seriyalı, ******* saylı, xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli, **********02-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, **********38-10301 reyestr nömrəli və ********** qeydiyyat nömrəli, **********38 reyestr nömrəli çıxarışların 0,03696 ha torpaq sahəsinə aid hissədə) ləğv edilməsi hissəsində dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətləri təmin olunmasın. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar