Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-202/2020 16.10.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X9 və X3 ibarət tərkibdə, Dadaşova Aynur Asif qızının katibliyi, ilkin iddiaçının vəkili X13, ilkin cavabdehlər Cavabdeh1, Cavabdeh2 nümayəndəsi X2 iştirakı ilə, İlkin İddiaçı1 ilkin iddia üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, üçüncü şəxs Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in 2 saylı Ərazi İdarəsinə qarşı mülkiyyət hüququnun bərpası tələbinə dair ilkin, qarşılıqlı iddiaçı Cavabdeh1 qarşılıqlı cavabdeh İddiaçı1 qarşı torpaq sahəsində olan darvazanın və iki tərəfdən hasarın sökülməsi barədə qarşılıqlı iddia tələbləri üzrə Sumqayıt şəhər məhkəməsinin 2(060)-7145/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli qətnaməsindən ilkin cavabdehlər Cavabdeh1 Qəni qızı, Cavabdeh2 və maraqlı tərəf Sumqayıt şəhər Bələdiyyəsi tərəfindən verilmiş apellyasiya şikayətləri üzrə işə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Sumqayıt şəhər məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə (hakim C.Məmmədov) ilkin iddia tələbinin təmin edilməsi, qarşılıqlı iddia tələbinin təmin edilməməsi, İddiaçı1 məxsus Sumqayıt şəhəri, Corat bağları ərazisində yerləşən sahəsi 0,03 ha olan 2344D saylı torpaq sahəsi üzərində 6 saylı dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş 4Ə3/-453 reyestr nömrəli xx.xx.2009-cu il tarixli alqı-satqı müqaviləsi əsasında hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat və xx xxxxxx 2009-cu il tarixli, MA seriyalı, ******* saylı dövlət reyestrindən çıxarışın bərpa edilməsi qət edilmişdir. İlkin cavabdehlər Samirə və Cavabdeh2lar, maraqlı tərəf Sumqayıt şəhər Bələdiyyəsi qətnamədən apellyasiya şikayəti vermişlər. İŞİN HALLARİ İlkin İddiaçı1 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 2 saylı Sumqayıt ərazi idarəsinə qarşı mülkiyyət hüququnun tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus Sumqayıt şəhəri, Corat bağları ərazisində yerləşən sahəsi 0,03 ha olan 2344D saylı torpaq sahəsi üzərində 6 saylı dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş 4Ə3/-453 reyesrt nömrəli xx.xx.2009-cu il tarixli alqı-satqı müqaviləsi əsasında hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın və xx xxxxxx 2009-cu il tarixli, MA seriyalı, ******* saylı dövlət reyestrindən çıxarışın bərpa edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, Corat bağları ərazisində yerləşən 0,03 ha olan 2344D saylı torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə ona məxsusdur. Həmin torpaq sahəsini 6 saylı dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş 4Ə3/-453 reyestr nömrəli xx.xx.2009-cu il tarixli alqı-satqı müqaviləsi əsasında X1 almışdır. Onunla yanaşı bir neçə şəxs də eyni gündə X1 həmin torpaq sahəsinin ayrı-ayrı hissələrini almışlar. Bundan sonra həmin şəxslərə qarşı Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 Salyan oğlu adlı şəxslər məhkəmədə iddia qaldırmışlar. Belə ki, Sumqayıt şəhər məhkəməsinin 2(060)-1700/2015 saylı mülki iş üzrə xx xxxx 2015-ci il tarixli qətnaməsi ilə iddiaçılar Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 Salyan oğlunun, X10, X18, X8, X11 qarşı qeyri-qanuni zəbt olunmuş torpaq sahəsindən çıxarılma tələbinə dair iddiası və müstəqil tələb irəli sürən üçüncü şəxs Sumqayıt Bələdiyyəsinin mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyatının etibarsız hesab edilməsi tələbinə dair iddiası əsassız olduğundan rədd edilmişdir. Qətnamədən iddiaçılar və müstəqil tələb irəli sürən üçüncü şəxs tərəfindən apellyasiya şikayətləri verilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-209/2016 saylı mülki iş üzrə xx xxxxxx 2016-cı il tarixli qətnaməsi ilə hər iki apellyasiya şikayəti təmin olunmuşdur. Sumqayıt şəhər məhkəməsinin 2(060)- 1700/2015 saylı mülki iş üzrə xx xxxx 2015-ci il tarixli qətnaməsi ləğv edilmiş iş üzrə yeni qətnamə çıxarılaraq iddia tələbləri təmin olunmuşdur. Cavabdehlər həmin qətnamədən kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxx 2016-cı il tarixli qərarı ilə kassasiya şikayəti təmin olunaraq Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-209/2016 saylı mülki iş üzrə xx xxxxxx 2016-cı il tarixli qətnaməsi ləğv edilmiş, iş təkrar apellyasiya baxışına qaytarılmışdır. İşə təkrar apellyasiya qaydasında baxan Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-232/2017 saylı mülki iş üzrə xx xxxxxx 2017-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmişdir. İddiaçılar həmin qətnamədən kassasiya şikayəti versələr də, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxx 2017-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmişdir. Nədənsə, həmin vaxt Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 Salyan oğlu adlı şəxslər qarşı ona qarşı iddia qaldırmamışlar. Hazırda ona məxsus torpaq sahəsi ilə bağlı daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat yazısı ləğv edilmişdir. Onunla yanaşı X1 torpaq sahəsi almış X14 və qeyrilərinə məxsus torpaq sahələri üzərində də mülkiyyət hüququna dair qeydiyyat yazısı ləğv edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2(105)-232 saylı qərardadı ilə həmin şəxslərə verilmiş çıxarışların dövlət reyestrində qeydiyyatı bərpa edilmişdir. O, həmin iş üzrə tərəf olmadığı üçün ona məxsus torpaq sahəsi idə qeydiyyat yazısı hələ də bərpa edilməmişdir. Qarşılıqlı iddiaçı Cavabdeh1 İddiaçı1 qarşı torpaq sahəsində olan darvazanın və .iki tərəfdən hasarın sökülməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Corat bağları 2333C saylı torpaq sahəsində 2 tərəfdən tikilmiş daş hasarın və darvazanın sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, Corat bağları ərazisində yerləşən 2333C saylı torpaq sahəsi xx.xx.2013-cü il tarixdən onun mülkiyyətindədir. Torpaq sahəsi Sumqayıt şəhər bələdiyyəsinin xx.xx.2013-cü il tarixli qərarı və həmin dövrdə fəaliyyət göstərən Azərbaycan Respublikası Torpaq və Xəritəçəkmə komitəsinin Sumqayıt şəhər şöbəsinin bələdiyyə ilə birgə tərtib etdiyi alqısatqı aktına əsasən qeydiyyatdan keçmişdir. Torpağa görə 1.316 manat bələdiyyənin büdcəsinə keçirilmişdir. Hazırda İddiaçı1 göstərilən torpaq sahəsini qonşunun vəsaiti hesabına bir qədər genişləndirərək onun tikdiyi hasara əlavə 2 divar hasar çəkmiş və darvaza qoymuşdur. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İlkin cavabdehlər Cavabdeh1 Qəni qızı, Həmidov X15 şəhər məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, ilkin iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qanunsuz, ədalətsiz olmaqla, maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Maraqlı tərəf X6 şəhər məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, ilkin iddia tələbinin rədd edilməsi, qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə maddi və prosessual qanunvericiliyə zidd olaraq qəbul edilmişdir. Məhkəmənin mövqeyi qanunsuz və qeyriobyektiv olmuşdur. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında dindirilən ilkin cavabdehlər Cavabdeh1, Cavabdeh2 nümayəndəsi X4 apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini, ilkin iddia tələbinin rədd edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən ilkin iddiaçının vəkili X22 apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə ilkin iddia üzrə Cavabdeh3, üçüncü şəxs Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in 2 saylı Ərazi İdarəsinə, maraqlı tərəf Sumqayıt Bələdiyyəsinə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, iştirak etməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2. maddəsinə əsasən qeyd edilən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdıraraq, məruzəçini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi ilkin iddia tələbinin təmin edilməsini torpaq sahəsinə verilmiş çıxarışın dövlət reyestrində qeydiyyatın bərpa edilməsi, qarşılıqlı iddia tələbinin rədd edilməsini isə mübahisə predmeti olan darvaza və daş hasarın İddiaçı1 aid olan torpaq sahəsində yerləşməməsi ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi bu nəticədən narazı qalan ilkin cavabdehlər Samirə və Cavabdeh2lar, maraqlı tərəf Sumqayıt şəhər Bələdiyyəsi nəticəni mübahisələndirərək apellyasiya şikayəti vermişlər. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlilləri nəzərə alınmaqla iddia tələbi üzrə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur (Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsi və 29-cu maddəsinin İİ hissəsi). Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın (Azərbaycan Respublikası Mülki Məcəllənin 152.1. və 152.5. maddələri). İşdən görünür ki, iddiaçı ona məxsus Sumqayıt şəhəri, Corat bağları ərazisində yerləşən sahəsi 0,03 ha olan 2344D saylı torpaq sahəsi üzərində 6 saylı dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş 4Ə3/-453 reyesrt nömrəli xx.xx.2009-cu il tarixli alqı-satqı müqaviləsi əsasında hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın və xx xxxxxx 2009-cu il tarixli, MA seriyalı, ******* saylı dövlət reyestrindən çıxarışın bərpa edilməsindən ötrü hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında qeyd edilmişdir ki, milli məhkəmələr tərəfindən öz qərarlarını əsaslandırmaq tələbinə əməl olunmaması ədalətli məhkəmə araşdırması zamanı tərəflərin mövqelərinin bərabərlik prinsipi gözlənilməklə dinlənilməsinin sübuta yetirilməməsi ilə nəticələnir; ərizəçinin dəlillərinin apellyasiya instansiyası məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın olmadığından, məhkəmə tərəfindən belə dəlillərin rədd edilməsinə dair nəticənin əsaslandırılmamasına dəlalət edir. (X19rşı iş üzrəx xxxxxx 1994-cü il tarixli Qərar; Kuznetsov və digərləri Rusiyaya qarşı iş üzrə xx xxxxxx 2007-ci il tarixli Qərar). Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (MPM-nin 14.1. maddəsi). Bu baxımdan məhkəmə kollegiyası tərəflərin ədalətli məhkəmə araşdırılması hüququnun təmin edilməsindən mülki iş üzrə məhkəmə torpaqşünaslıq ekspertizası təyin etmiş və qərardad icra edilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə göndərmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx xxx 2020-ci il tarixli 24964 №li rəydən müəyyən edilir ki, “xxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin mütəxəssis rəyində göstərilmişdir ki, İddiaçı1 məxsus Sumqayıt şəhəri, Corat bağları ərazisində yerləşən sahəsi 0,03 ha olan 2344D saylı torpaq sahəsinin naturada dəqiq koordinatları müəyyən edilərkən məlum olmuşdur ki, torpaq sahəsi plan və ölçüsündə göstərilən koordinatlar daxilində yerləşir, və həmin koordinatlar naturada üst-üstə düşür. Göründüyü kimi ekspert rəyindən müəyyən edilir ki, iddiaçının qeyd etdiyi xüsusat öz təsdiqini tapmışdır. İşin araşdırılmış hallarından görünür ki, mübahisəli torpaq sahəsi üzərində İddiaçı1 mülkiyyət hüququ xx xxxxxx 2009-cu il tarixli alqı-satqı müqaviləsi əsasında yaranmış və onun bu hüququ Sumqayıt Apellyasiya Məhkəməsinin qətnaməsinə əsasən həmin əmlak üzərində sonuncunun mülkiyyət hüququ ləğv edilmişdir. X7 Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qərardadı ilə digər şəxslər X5 ilə X14 arasında bağlanmış xx xxxxxxx 2009-cu il tarixli, AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat və xx xxxxxx 2009-cu il tarixli, MA seriyalı, ******* saylı dövlət reyestrindən çıxarış, X5 ilə X23 arasında bağlanmış xx xxxxxxx 2009-cu il tarixli, AN-1 ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat və xx xxxxxx 2009-cu il tarixli, MA seriyalı, ******* saylı dövlət reyestrindən çıxarış, X5 ilə X12 arasında bağlanmış xx xxxxxxx 2009-cu il tarixli, AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat və xx xxxxxx 2009-cu il tarixli, MA seriyalı, ******* saylı dövlət reyestrindən çıxarış, X5 ilə Dadaşova (Şirinova) Aynurə Şirin qızı arasında bağlanmış xx xxxxxxx 2009-cu il tarixli, 4Ə3/454 saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dovlət reyestrində aparılmış Qeydiyyat və xx xxxxxx 2009-cu il tarixli, MA seriyalı, ******* saylı dövlət reyestrindən çıxarış bərpa edilmişdir. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir (Mülki Məcəllənin 140-cı maddəsi). Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir (Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2010-cu il tarixli qərarı). Göründüyü kimi, qanunvericilik reyestrin məzmununun qeyri-dəqiqliyinin sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyasının qüvvədə olmasını, bununla da həmin qeydiyyat əsasında qeydə alınmış daşınmaz əmlak hüquqları qeydə alınan şəxsin mülkiyyət hüququnun toxunulmazlığını müəyyən etmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya məxsus torpaq sahəsi üzərində 6 saylı dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş 4Ə3/-453 reyesrt nömrəli xx.xx.2009-cu il tarixli alqı-satqı müqaviləsi əsasında hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın və xx xxxxxx 2009cu il tarixli, MA seriyalı, ******* saylı dövlət reyestrindən çıxarışın bərpa edilməsi barədə iddia tələbini təmin etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, qarşılıqlı iddia tələbində göstərilən hal öz təsdiqini tapmadığından və formal mülahizələrə əsaslandığından, birinci instansiya məhkəməsi haqlı olaraq qarşılıqlı iddia tələbinin təmin edilməməsi nəticəsinə gəlmişdir. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2006-cı il tarixli qərarı). Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə işin həqiqi hallarına uyğun olmaqla, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirir, eləcə də, qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə qəbul edilmişdir. Azərbaycan Respublikası MPM-nin 385.2. maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, Sumqayıt şəhər məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Bundan əlavə məhkəmə kollegiyası ilkin cavabdehlər Cavabdeh1 Qəni qızı, Cavabdeh2 apellyasiya şikayətinin dəlillərini əsassız hesab etdiyindən hesab edir ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğdə pul vəsaiti ilkin cavabdehlər Cavabdeh1 Qəni qızı, Cavabdeh2 alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin (Dövlət xəzinədarlığı Agentliyi, kod: 210005, VÖEN **********, Muxbir hesab: AZ41NABZ********************, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE********************) hesabına köçürülməlidir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (Mülki Prosessual Məcəllənin 119.1. maddəsi). Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1., 385.2., 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt şəhər məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. İlkin cavabdehlər Cavabdeh1 Qəni qızı, Cavabdeh2 ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin (Dövlət xəzinədarlığı Agentliyi, kod: 210005, VÖEN **********, Muxbir hesab: AZ41NABZ********************, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE********************) hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səyyad Qafari Hakimlər Şəmsəddin Abasov Telman Məmmədov
Məhkəmə qərarları › İş №2(105)-202/2020
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-202/2020
16.10.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver