Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2037/2021 17.09.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə katibi X8, İddiaçı,onun nümayəndəsi və vəkili Vəkil3 Aftandil oğlunun iştirakı ilə Abşeron Rayon Məhkəməsinin 26 fevral 2021-ci il tarixli, 2(012)-64/2021 saylı qətnaməsindən İddiaçı nümayəndəsi və vəkili Vəkil3 və müstəqil tələb irəli sürən üçüncü şəxs Y.M.Nuqaylının nümayəndəsi və vəkili Ə.M.Əmirəliyev tərəfindən verilmiş apelyasiya şikayətləri üzrə işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Abşeron Rayon Məhkəməsinin 26 fevral 2021-ci il tarixli, 2(012)-64/2021 saylı qətnaməsi ilə (hakim E.T.Məmmədov) İddiaçı iddiası qismən təmin edilib, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, X12, Abşeron rayon 2 saylı notariat ofisinin xüsusi notariusu X15 və Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı Abşeron Rayon İcra Hakimiyyəti başçısının 25.08.2006-cı il tarixli, 301 saylı sərəncamı ilə tikintisinə icazə verilmiş Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda inşa edilən yaşayış evinin 3-cü blokunda 108 kv.metr və 216 kv.metr qeyri-yaşayış sahələrinə dair "xxxx" MMC və Cavabdeh2 arasında 20 may 2010-cu il tarixdə bağlanmış müqavilələrin İddiaçı məxsus həmin yaşayış evinin 3-cü blokunda 46 kv.metr ümumi sahəsi olan qeyri-yaşayış sahəsi ilə üst-üstə düşən hissəsində etibarsız hesab edilməsi, Abşeron rayonu, Xırdalan şəhəri, X18 küçəsi 7 A ünvanda yerləşən qeyri-yaşayış sahələrinə dair Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat və bu qeydiyyat əsasında verilmiş çıxarışın ləğv edilməsi, Cavabdeh2 və Cavabdeh3 arasında bağlanmış 22 may 2019-cu il tarixli və X12 arasında bağlanmış 27 fevral 2019-cu il tarixli alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və həmin şəxslərin adına daşınmaz əmlakın dövlət reyestr xidmətində aparılmış qeydiyyat və bu qeydiyyat əsasında verilmiş çıxarışların ləğv edilməsi tələbinə dair iddiası təmin edilməmiş, İddiaçı Cavabdeh1 MTK-ya qarşı İddiaçı və "xxxx" MMC və onun varisi Cavabdeh1 MTK arasında bağlanmış 13 may 2008, 19 noyabr 2008, 29 sentyabr 2008 və 26 aprel 2017-ci il tarixli müqavilələrə əsasən Abşeron Rayon İcra Hakimiyyəti başçısının 25.08.2006-cı il tarixli, 301 saylı sərəncamı ilə tikintisinə icazə verilmiş Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda yerləşən 12 mərtəbəli yaşayış evinin 3-cü blokunda 46 kv.metr ümumi sahəsi olan qeyri-yaşayış sahəsinin və 31 kv. metr ümumi sahəsi olan zirzəminin İddiaçı təhvil verilməsi və həmin qeyri-yaşayış sahələrinə dair dövlət reyestrindən çıxarışın alınması üçün zəruri olan müvafiq sənədlərin (ümumi yığıncağın qərarından çıxarış, maliyyə arayışı və s.) verilməsi vəzifəsinin Cavabdeh1 MTK-ya həvalə edilməsi” barədə iddia tələbi təmin edilib, müstəqil tələblər irəli sürən üçüncü şəxs X4 Cavabdeh2 qarşı Cavabdeh1 MTK ilə Cavabdeh2 arasında bağlanmış 28 aprel 2017-ci il tarixli 13 və 14 saylı müqavilələrin, həmin müqavilələr əsasında Cavabdeh2 satılmış sahənin "xxxx" MMC və X10 arasında bağlanmış 30 mart 2008-ci il tarixli, 18 saylı və Hayan-E MMC-nin hüquqi varisi Progress- 2016MTK və X10 arasında bağlanmış 09 avqust 2017-ci il tarixli, 20 saylı müqavilə əsasında X7 məxsus ünvan 2 ünvanda inşa olunan yaşayış binasının 3-cü blokunda yerləşən, sahəsi 36,0 kv.metr olan qeyri-yaşayış sahəsi ilə üst-üstə düşən hissəsinin etibarsız hesab edilməsi və həmin üst-üstə düşən sahə üzrə Cavabdeh2 verilmiş çıxarışın ləğv edilməsi tələbinə dair iddiası təmin edilməmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilən məhkəmə tikinti-texniki ekspertizasına görə 100 (yüz) manat ekspertiza xərcinin Cavabdeh1 MTK-dan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin SAP (XİİS) hesabı X3, kod-210005; VÖEN**********; müxbir hesab AZ41NABZ********************; SFİFT BİK-CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi-VÖEN **********; hesab AZ34CTRE******************** hesabına köçürülməsi qət edilmişdir. Həmin qətnamədən İddiaçı nümayəndəsi və vəkili Vəkil3 və müstəqil tələb irəli sürən üçüncü şəxs Y.M.Nuqaylının nümayəndəsi və vəkili Ə.M.Əmirəliyev apelyasiya şikayətləri vermişlər. İŞİN HALLARİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tələbini onunla əsaslandırmışdır ki, 13 may 2008-ci il tarixda həmin dövrdə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti, hal-hazırda Cavabdeh1 MTK-nə çevrilmiş "xxxx" MMC və İddiaçı anası X2 arasında müqavilə bağlanmışdır. Həmin müqavilənin şərtlərinə görə "xxxx" MMC Abşeron Rayon İcra Hakimiyyəti başçısının 25.08.2006-cı il tarixli, 301 saylı sərəncamı ilə tikintisinə icazə verilmiş Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda yerləşən 12 mərtəbəli yaşayış evinin 3-cü blokunda 31 kv.metr ümumi sahəsi olan qeyri-yaşayış sahəsini verməyi öhdəsinə götürmüşdür. "xxxx" MMC tərəfindən verilmiş 13 may 2008-ci il tarixli maliyyə arayışına görə yuxarıda göstərilən qeyri-yaşayış sahəsinin dəyəri tam şəkildə ödənilmişdir. 19 noyabr 2008-ci il tarixda həmin dövrdə "xxxx" MMC, hal-hazırda Cavabdeh1 MTK-ya çevrilmiş "xxxx" MMC və onun arasında müqavilə bağlanmışdır. Həmin müqavilələnin şərtlərinə görə "xxxx" MMC Abşeron Rayon İcra Hakimiyyəti başçısının 25.08.2006-cı il tarixli, 301 saylı sərəncamı ilə tikintisinə icazə verilmiş Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda yerləşən 12 mərtəbəli yaşayış evinin 3-cü blokunda 15 kv.metr ümumi sahəsi olan qeyri-yaşayış sahəsini ona verməyi öhdəsinə götürmüşdür. "xxxx" MMC tərəfindən verilmiş 19 noyabr 2008-ci il tarixli maliyyə arayışına görə yuxarıda göstərilən qeyri-yaşayış sahəsinin dəyəri tam şəkildə ödənilmişdir. 26 aprel 2017-ci il tarixdə onunla yeni müqavilə bağlanmış, yuxarıda göstərilən 2 müqavilə birləşdirilərək Cavabdeh1 MTK Abşeron Rayon İcra Hakimiyyəti başçısının 25.08.2006-cı il tarixli, 301 saylı sərəncamı ilə tikintisinə icazə verilmiş Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda yerləşən 12 mərtəbəli yaşayış evinin 3-cü blokunda 46 kv.metr ümumi sahəsi olan qeyri-yaşayış sahəsini ona verməyi öhdəsinə götürmüşdür. Qeyri-yaşayış sahəsinə dair ona sxem də verilmişdir. Əlavə olaraq ondan 13.800 (on üç min səkkiz yüz) manat ödəniş edilməsi tələb olunmuş, 02 oktyabr 2018-ci il tarixdə maliyyə arayışı verilmişdir. Həmin arayışa gorə yuxarıda göstərilən qeyri-yaşayış sahəsinin dəyəri tam şəkildə ödənilmişdir. Bundan əlavə 29 sentyabr 2008-ci il tarixda həmin dövrdə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti, hal-hazırda Cavabdeh1 MTK-ya çevrilmiş "xxxx" MMC ilə aralarında daha bir müqavilə bağlanmışdır. Həmin müqavilənin şərtlərinə görə "xxxx" MMC Abşeron Rayon İcra Hakimiyyəti başçısının 25.08.2006-cı il tanxli, 301 saylı sərəncamı ilə tikintisinə icazə verilmiş Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda yerləşən 12 mərtəbəli yaşayış evinin 3-cü blokunda 31 kv.metr ümumi sahəsi olan qaraj zirzəmi sahəsini ona verməyi öhdəsinə götürmüşdür. "xxxx" MMC tərəfindən verilmiş 29 sentyabr 2008-ci il tarixli maliyyə arayışına görə yuxarıda göstərilən qeyri-yaşayış sahəsinin dəyəri tam şəkildə ödənilmişdir. 26 aprel 2017-ci il tarixdə onunla yeni müqavilə bağlanmış, Cavabdeh1 MTK Abşeron Rayon İcra Hakimiyyəti başçısının 25.08.2006-cı il tanxli, 301 saylı sərəncamı ilə tikintisinə icazə verilmiş Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda yerləşən 12 mərtəbəli yaşayış evinin 3-cü blokunda 31 kv.metr ümumi sahəsi olan zirzəmi sahəsini ona verməyi öhdəsinə götürmüşdür. Qeyri-yaşayış sahəsinə dair ona sxem də verilmiş, əlavə olaraq ondan 8370 (səkkiz min üç yüz yetmiş) manat ödəniş edilməsi tələb olunmuş, 02 oktyabr 2018-ci il tarixdə maliyyə arayışı verilmişdir. Həmin arayışa gorə yuxarıda göstərilən qeyri-yaşayış sahəsinin dəyəri tam şəkildə ödənilmişdir. Ona görə də, onunla "xxxx" MMC və onun varisi Cavabdeh1 MTK arasında bağlanmış 13 may 2008, 19 noyabr 2008, 29 sentyabr 2008 və 26 aprel 2017-ci il tarixli müqavilələrə əsasən Abşeron Rayon İcra Hakimiyyəti başçısının 25.08.2006-cı il tarixli, 301 saylı sərəncamı ilə tikintisinə icazə verilmiş Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda yerləşən 12 mərtəbəli yaşayış evinin 3-cü blokunda 46 kv.metr ümumi sahəsi olan qeyri-yaşayış sahəsinin və 31 kv. metr ümumi sahəsi olan zirzəminin İddiaçı təhvil verilməsi və həmin qeyri-yaşayış sahələrinə dair dövlət reyestrindən çıxarışın alınması üçün zəruri olan müvafiq sənədlərin (ümumi yığıncağın qərarından çıxarış, maliyyə arayışı və s.) verilməsi vəzifəsinin Cavabdeh1 MTK-ya həvalə edilməsi” barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı Azərbaycan Respublikası MPM-nin 51.3 və 53-cü maddələrinə əsasən iddia ərizəsi ilə məhkəməyə müraciət edib, Cavabdeh2 cavabdeh qismində cəlb edilməsini, Abşeron Rayon İcra Hakimiyyəti başçısının 25.08.2006-cı il tarixli, 301 saylı sərəncamı ilə tikintisinə icazə verilmiş Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda inşa edilən yaşayış evinin 3-cü blokunda 108 kv.metr və 216 kv.metr qeyri-yaşayış sahələrinə dair "xxxx" MMC və Cavabdeh2 arasında 20 may 2010-cu il tarixdə bağlanmış müqavilələrin İddiaçı məxsus həmin yaşayış evinin 3-cü blokunda 46 kv.metr ümumi sahəsi olan qeyri-yaşayış sahəsi ilə üst-üstə düşən hissəsində etibarsız hesab edilməsi, İddiaçı və "xxxx" MMC və onun varisi Cavabdeh1 MTK arasında bağlanmış 13 may 2008, 19 noyabr 2008, 29 sentyabr 2008 və 26 aprel 2017-ci il tarixli müqavilələrə əsasən Abşeron Rayon İcra Hakimiyyəti başçısının 25.08.2006-cı il tarixli, 301 saylı sərəncamı ilə tikintisinə icazə verilmiş Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda yerləşən 12 mərtəbəli yaşayış evinin 3-cü blokunda 46 kv.metr ümumi sahəsi olan qeyri-yaşayış sahəsinin və 31 kv.metr ümumi sahəsi olan zirzəminin ona təhvil verilməsi və həmin qeyri-yaşayış sahələrinə dair dövlət reyestrindən çıxarışın alınması üçün zəruri olan müvafiq sənədlərin (ümumi yığıncağın qərarından çıxarış, maliyyə arayışı və s.) verilməsi vəzifəsinin Cavabdeh1 MTK-ya həvalə edilməsi” barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikası MPM-nin 51.3 və 53-cü maddələrinə əsasən iddia ərizə ilə məhkəməyə müraciət edib, Cavabdeh3, X12, Abşeron rayon 2 saylı notariat ofisinin xüsusi notariusu X14 və Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsini cavabdehlər qismində cəlb olunmasını, Abşeron Rayon İcra Hakimiyyəti başçısının 25.08.2006-cı il tarixli, 301 saylı sərəncamı ilə tikintisinə icazə verilmiş Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda inşa edilən yaşayış evinin 3-cü blokunda 108 kv.metr və 216 kv.metr qeyri-yaşayış sahələrinə dair "xxxx" MMC və Cavabdeh2 arasında 20 may 2010-cu il tarixdə bağlanmış müqavilələrin İddiaçı məxsus həmin yaşayış evinin 3-cü blokunda 46 kv.metr ümumi sahəsi olan qeyri-yaşayış sahəsi ilə üst-üstə düşən hissəsində etibarsız hesab edilməsi, Abşeron rayonu, Xırdalan şəhəri, X18 küçəsi 7 A ünvanda yerləşən qeyri-yaşayış sahələrinə dair Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat və bu qeydiyyat əsasında verilmiş çıxarışın ləğv edilməsi, Cavabdeh2 və Cavabdeh3 arasında bağlanmış 22 may 2019-cu il tarixli və X12 arasında bağlanmış 27 fevral 2019-cu il tarixli alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və həmin şəxslərin adına daşınmaz əmlakın dövlət reyestr xidmətində aparılmış qeydiyyat və bu qeydiyyat əsasında verilmiş çıxarışların ləğv edilməsi, İddiaçı ilə "xxxx" MMC və onun varisi Cavabdeh1 MTK arasında bağlanmış 13 may 2008, 19 noyabr 2008, 29 sentyabr 2008 və 26 aprel 2017-ci il tarixli müqavilələrə əsasən Abşeron Rayon İcra Hakimiyyəti başçısının 25.08.2006-cı il tarixli, 301 saylı sərəncamı ilə tikintisinə icazə verilmiş Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda yerləşən 12 mərtəbəli yaşayış evinin 3-cü blokunda 46 kv.metr ümumi sahəsi olan qeyri-yaşayış sahəsinin və 31 kv. metr ümumi sahəsi olan zirzəminin İddiaçı təhvil verilməsi və həmin qeyri-yaşayış sahələrinə dair dövlət reyestrindən çıxarışın alınması üçün zəruri olan müvafiq sənədlərin (ümumi yığıncağın qərarından çıxarış, maliyyə arayışı və s.) verilməsi vəzifəsinin Cavabdeh1 MTK-ya həvalə edilməsi” barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Müstəqil tələblər irəli sürən üçüncü şəxs X10 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 MTK və Cavabdeh2 arasında bağlanmış 28 aprel 2017-ci il tarixli 13 və 14 saylı müqavilələrin, həmin müqavilələr əsasında Cavabdeh2 satılmış sahənin "xxxx" MMC ilə X10 arasında bağlanmış 30 mart 2008-ci il tarixli, 18 saylı və Hayan-EMMC-nin hüquqi varisi Progress-2016MTK və X10 arasında bağlanmış 09 avqust 2017-ci il tarixli, 20 saylı müqavilə əsasında X7 məxsus ünvan 2 ünvanda inşa olunan yaşayış binasının 3-cü blokunda yerləşən, sahəsi 36,0 kv.metr olan qeyri-yaşayış sahəsi ilə üst-üstə düşən hissəsinin etibarsız hesab edilməsi və həmin üst-üstə düşən sahə üzrə Cavabdeh2 verilmiş çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN İZAHAT İ: İddiaçı nümayəndəsi və vəkili Vəkil3 apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Abşeron Rayon Məhkəməsi 26 fevral 2021-ci il tarixli qətnaməni qəbul edərkən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsinin qismən ləğv edilib, iddia tələbinin təmin edilməməsi hissəsində ləğv edilib, iddia tələbinin tam təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Müstəqil tələb irəli sürən üçüncü şəxs Y.M.Nuqaylının nümayəndəsi və vəkili Ə.M.Əmirəliyev apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Abşeron Rayon Məhkəməsi 26 fevral 2021-ci il tarixli qətnaməni qəbul edərkən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsinin qismən ləğv edilib, üçüncü şəxsin iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil3 apelyasiya şikayətini müdafiə edib, təmin olunmasını xahiş etdilər. Məhkəmə kollegiyasının əvvəlki iclasında müstəqil tələb irəli sürən üçüncü şəxs Y.M.Nuqaylının nümayəndəsi və vəkili Ə.M.Əmirəliyev apelyasiya şikayətini müdafiə edib, edib təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil1 apelyasiya şikayətlərinə etiraz edib, təmin olunmamasını xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil2 müstəqil tələb irəli sürən üçüncü şəxs Y.M.Nuqaylının verdiyi apelyasiya şikayətini müdafiə edib, təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının vaxtı və yeri barədə lazımi qaydada cavabdehlər Cavabdeh1 MTK-ya, X9, Abşeron rayon 2 saylı notariat ofisiniə və Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən cavabdehlər Cavabdeh1 MTK-nın, X5, Abşeron rayon 2 saylı notariat ofisinin və Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinin nümayəndələrinin iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və işdə iştirak edən şəxslərin dinləyib və apelyasiya şikayətini müzakirə edərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayətləri qismən təmin edilməli və birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilməlidir. Belə ki, iş materiallarında olan 13 may 2008-ci il tarixi qeyd edilmiş müqavilədən görünür ki, HAYAN-EMMC və X6 arasında müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən "xxxx" MMC Abşeron Rayon İcra Hakimiyyəti başçısının 25.08.2006-cı il tanxli, 301 saylı sərəncamı ilə tikintisinə icazə verilmiş Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda yerləşən 12 mərtəbəli yaşayış evinin 3-cü blokunda 31 kv.metr ümumi sahəsi olan qeyri-yaşayış sahəsini verməyi öhdəsinə götürmüş, Zərnişan Abbasova isə müqavilənin dəyəri olan 22372 (iyirmi iki min üç yüz yetmiş iki) manat ödəməyi öhdəsinə götürmüşdür. 2007-ci il tarixi qeyd edilmiş maliyyə arayışından görünür ki, ünvan 3 ünvanda inşa olunan yaşayış binası "xxxx" MMC-yə məxsusdur. X6 tərəfindən 31 kv.metr ümumi sahəsi olan qeyri-yaşayış sahəsinə görə 22372 (iyirmi iki min üç yüz yetmiş iki) manat ödənilmiş və MMC-yə heç bir borcu yoxdur. 19 noyabr 2008-ci il tarixi qeyd edilmiş müqavilədən görünür ki, HAYAN-E MMC və İddiaçı arasında müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən "xxxx" MMC Abşeron Rayon İcra Hakimiyyəti başçısının 25.08.2006-cı il tanxli, 301 saylı sərəncamı ilə tikintisinə icazə verilmiş Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda yerləşən 12 mərtəbəli yaşayış evinin 3-cü blokunda 15 kv.metr ümumi sahəsi olan qeyriyaşayış sahəsini verməyi öhdəsinə götürmüş, İddiaçı isə müqavilənin dəyəri olan 4050 (dörd min əlli) manat ödəməyi öhdəsinə götürmüşdür. 19 noyabr 2008-ci il tarixi qeyd edilmiş maliyyə arayışından görünür ki, ünvan 3 ünvanda inşa olunan yaşayış binası "xxxx" MMC-yə məxsusdur. İddiaçı tərəfindən 15 kv.metr ümumi sahəsi olan qeyri-yaşayış sahəsinə görə 4050 (dörd min əlli) manat ödənilmiş və MMC-yə heç bir borcu yoxdur. 26 aprel 2017-ci il tarixi qeyd edilmiş müqavilədən görünür ki, Progress-2016MTK və İddiaçı arasında 13 may 2008-ci il tarixli müqavilənin əsasında yeni şərtlərlə müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən "xxxx" MTK Abşeron Rayon İcra Hakimiyyəti başçısının 25.08.2006-cı il tarixli, 301 saylı sərəncamı ilə tikintisinə icazə verilmiş Xırdalan şəhəri, M.Ə Rəsulzadə küçəsi, 1 “A” ünvanda inşa olunan 15 mərtəbəli yaşayış evinin 3-cü blokunda qeyri-yaşayış mərtəbəsində 46 kv.metr ümumi sahəni verməyi öhdəsinə götürmüş, İddiaçı isə müqavilənin dəyəri olan 26422 (iyirmi altı min dörd yüz iyirmi iki) manatı, hazırda isə 13800 (on üç min səkkiz yüz) manatı ödəməyi öhdəsinə götürmüşdür. 02 oktyabr 2018-ci il tarixi qeyd edilmiş maliyyə arayışından görünür ki, ünvan 3 ünvanda inşa olunan yaşayış binası Cavabdeh1 MTK-ya məxsusdur. İddiaçı tərəfindən 46 kv.metr ümumi sahəsi olan qeyri-yaşayış sahəsinə görə 40222 (qırx min iki yüz iyirmi iki) manat ödənilmiş və MTK-ya heç bir borcu yoxdur. Həmçinin maliyyə arayışına sxem əlavə edilmişdir. 29 sentyabr 2008-ci il tarixi qeyd edilmiş müqavilədən görünür ki, HAYAN-E MMC və İddiaçı arasında müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən "xxxx" MMC Abşeron Rayon İcra Hakimiyyəti başçısının 25.08.2006-cı il tarixli, 301 saylı sərəncamı ilə tikintisinə icazə verilmiş Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda yerləşən 12 mərtəbəli yaşayış evində ümumi sahəsi 31 kv.metr olan qaraj-zirzəmi sahəsini verməyi öhdəsinə götürmüş, İddiaçı isə müqavilənin dəyəri olan 8370 (səkkiz min üç yüz yetmiş) manat ödəməyi öhdəsinə götürmüşdür. 29 sentyabr 2008-ci il tarixi qeyd edilmiş maliyyə arayışından görünür ki, ünvan 3 ünvanda inşa olunan yaşayış binası "xxxx" MMC-yə məxsusdur. İddiaçı tərəfindən 31 kv.metr ümumi sahəsi olan qaraj sahəsinə görə 8100 (səkkiz min bir yüz) manat ödənilmiş və MMCyə heç bir borcu yoxdur. 12 may 2007-ci il tarixi qeyd edilmiş müqavilədən görünür ki, HAYAN-E MMC və Cavabdeh2 arasında müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən "xxxx" MMC Abşeron Rayon İcra Hakimiyyəti başçısının 25.08.2006-cı il tarixli, 301 saylı sərəncamı ilə tikintisinə icazə verilmiş Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda yerləşən 12 mərtəbəli yaşayış evinin 3-cü blokunda 324 kv.metr ümumi sahəsi olan qeyriyaşayış sahəsini verməyi öhdəsinə götürmüş, Cavabdeh2 isə müqavilənin dəyəri olan 194400 (bir yüz doxsan dörd min dörd yüz) manat ödəməyi öhdəsinə götürmüşdür. 12 may 2007-ci il tarixi qeyd edilmiş maliyyə arayışından görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ərazidə inşa olunan yaşayış binası "xxxx" MMC-yə məxsusdur. Cavabdeh2 tərəfindən 324 kv.metr ümumi sahəsi olan qeyri-yaşayış sahəsinə görə 194400 (bir yüz doxsan dörd min dörd yüz) manat ödənilmiş və MMC-yə borcu yoxdur. 20 may 2010-cu il tarixi qeyd edilmiş müqavilədən görünür ki, HAYAN-E MMC və Cavabdeh2 arasında müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən "xxxx" MMC Abşeron Rayon İcra Hakimiyyəti başçısının 25.08.2006-cı il tarixli, 301 saylı sərəncamı ilə tikintisinə icazə verilmiş Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda yerləşən 14 mərtəbəli yaşayış evinin 3-cü blokunda 216 kv metr ümumi sahəsi olan qeyriyaşayış sahəsini verməyi öhdəsinə götürmüş, Cavabdeh2 isə müqavilənin dəyəri olan 118800 (bir yüz on səkkiz min səkkiz yüz) manat ödəməyi öhdəsinə götürmüşdür. 20 may 2010-cu il tarixi qeyd edilmiş maliyyə arayışından görünür ki, ünvan 4 ünvanda inşa olunan yaşayış binası "xxxx" MMC-yə məxsusdur. Cavabdeh2 tərəfindən 216 kv.metr ümumi sahəsi olan qeyri-yaşayış sahəsinə görə 118800 (bir yüz on səkkiz min səkkiz yüz) manat ödənilmiş və MMC-yə heç bir borcu yoxdur. 20 may 2010-cu il tarixi qeyd edilmiş müqavilədən görünür ki, HAYAN-E MMC və Cavabdeh2 arasında müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən "xxxx" MMC Abşeron Rayon İcra Hakimiyyəti başçısının 25.08.2006-cı il tarixli, 301 saylı sərəncamı ilə tikintisinə icazə verilmiş Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda yerləşən 14 mərtəbəli yaşayış evinin 3-cü blokunda 108 kv.metr ümumi sahəsi olan qeyriyaşayış sahəsini verməyi öhdəsinə götürmüş, Cavabdeh2 isə müqavilənin dəyəri olan 59400 (əlli doqquz min dörd yüz) manat ödəməyi öhdəsinə götürmüşdür. 20 may 2010-cu il tarixi qeyd edilmiş maliyyə arayışından görünür ki, ünvan 4 ünvanda inşa olunan yaşayış binası "xxxx" MMC-yə məxsusdur. Cavabdeh2 tərəfindən 108 kv.metr ümumi sahəsi olan qeyri-yaşayış sahəsinə görə 59400 (əlli doqquz min dörd yüz) manat ödənilmiş və MMC-yə heç bir borcu yoxdur. 30 mart 2008-ci il tarixi qeyd edilmiş müqavilədən görünür ki, HAYAN-EMMC və X10 arasında müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən "xxxx" MMC Abşeron Rayon İcra Hakimiyyəti başçısının 25.08.2006-cı il tarixli, 301 saylı sərəncamı ilə tikintisinə icazə verilmiş Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda yerləşən 12 mərtəbəli yaşayış evinin 3-cü blokunda 33,5 kv.metr ümumi sahəsi olan qeyri-yaşayış sahəsini verməyi öhdəsinə götürmüş, X10 isə müqavilənin dəyəri olan 28475 (iyirmi səkkiz min dörd yüz yetmiş beş) manat ödəməyi öhdəsinə götürmüşdür. 09 avqust 2017-ci il tarixi qeyd edilmiş müqavilədən görünür ki, Progress-2016MTK və X10 arasında müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh1 MTK Abşeron Rayon İcra Hakimiyyəti başçısının 25.08.2006-cı il tarixli, 301 saylı sərəncamı ilə tikintisinə icazə verilmiş Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsi, 1 “A” saylı ünvanda inşa edilən 15 mərtəbəli yaşayış evinin 3-cü blokunda 36 kv metr ümumi sahəsi olan qeyri-yaşayış sahəsini verməyi öhdəsinə götürmüş, X10 isə müqavilənin dəyəri olan 30600(otuz min altı yüz) manatı, hazırda isə 10800 (on min səkkiz yüz) manatı ödəməyi öhdəsinə götürmüşdür. 09 avqust 2017-ci il tarixi qeyd edilmiş maliyyə arayışından görünür ki, ünvan 4 ünvanda inşa olunan yaşayış binası Cavabdeh1 MTK-ya məxsusdur. X10 tərəfindən 36 kv.metr ümumi sahəsi olan qeyri-yaşayış sahəsinə görə 41400 (qırx bir min dörd yüz) manat ödənilmiş və MTK-ya borcu yoxdur.Həmçinin maliyyə arayışına sxem əlavə edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 16.10.2020-ci il tarixli, 3979 saylı ekspert rəyi ilə müəyyən olur ki, Xırdalan şəhəri, H.Əliyev prospekti və M.Ə.Rəsulzadə küçəsinin kəsişdiyi ünvanda yüksək mərtəbəli yaşayış binasının inşa olunmasına dair tərtib olunmuş eskiz layihəsinə əsasən, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda yerləşən 12 mərtəbəli yaşayış evinin 3-cü blokunun 1-ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahələri binanın layihəsində qeyd olunan E-K və 5-8 saylı oxlar arasında yerləşdiyi və 12 mərtəbəli yaşayış evinin 3-cü blokunun 1-ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsinin ümumi sahəsi 524,4 kv.metr təşkil edir; Qərardadın ikinci sualı üzrə: Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda 12 mərtəbəli yaşayış evinin 3-cü blokunda yerləşən "xxxx" MMC ilə bağlanmış 13 may 2008-ci tarixli müqaviləyə əsasən satılmış 31,0 kv.metr və 19 noyabr 2008ci tarixli müqaviləyə əsasən satılmış 15,0 kv.metr qeyri-yaşayış sahələrinə dair cizgi planı mülki iş materiallarında olmadığı üçün, həmin sahələrin (15 kv.metr və 31 kv.metr qeyriyaşayış sahəsi) Cavabdeh2 mülkiyyətində olan (olmuş) 12 mərtəbəli yaşayış evinin 3-cü blokunda yerləşən 108 kv.metr və 216 kv.metr qeyri-yaşayış sahələri ilə üstüstə düşübdüşməməsini müəyyən etmək mümkün olmamışdır. Eyni zamanda Cavabdeh1 MTK arasında bağlanmış 26 aprel 2017-ci il tarixli 13 və 14 saylı müqaviləyə və müqaviləyə əlavə olunmuş plan sxemə əsasən Xırdalan şəhəri, M.Ə.Rəsulzadə 1A küçəsində yerləşən 15 mərtəbəli yaşayış evinin 3-cü blokunda yerləşən ümumi sahəsi 46,0 kv.metr olan qeyri-yaşayış sahəsi və 31,0 kv.metr olan zirzəmi sahəsi Cavabdeh2 mülkiyyətində olan (olmuş) 12 mərtəbəli yaşayış evinin 3-cü blokunda yerləşən 108 kv.metr və 216 kv.metr qeyri-yaşayış sahələri ilə üstüstə düşmədiyi müəyyən olunur; Qərardadın üçüncü sualı üzrə: Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda 12 mərtəbəli yaşayış evinin 3cü blokunda yerləşən "xxxx" MMC ilə bağlanmış 13 may 2008-ci tarixli müqaviləyə əsasən satılmış 31,0 kv.metr və 19 noyabr 2008-ci tarixli müqaviləyə əsasən satılmış 15,0 kv.metr qeyri-yaşayış sahələrinə dair cizgi planı mülki iş materiallarında olmadığı üçün, həmin sahələrin (15 kv.metr və 31 kv.metr qeyri-yaşayış sahəsi) Cavabdeh2, Cavabdeh3 və X9 məxsus Abşeron rayonu, Xırdalan şəhəri, X18 küçəsi 7A ünvanında yerləşən qeyri-yaşayış sahələri ilə üst-üstə düşüb-düşməməsini müəyyən etmək mümkün olmamışdır. Eyni zamanda Cavabdeh1 MTK arasında bağlanmış 26 aprel 2017-ci il tarixli 13 və 14 saylı müqaviləyə və müqaviləyə əlavə olunmuş plan sxemə əsasən Xırdalan şəhəri, M.Ə.Rəsulzadə 1A küçəsində yerləşən 15 mərtəbəli yaşayış evinin 3-cü blokunda yerləşən ümumi sahəsi 46,0 kv.m. olan qeyri-yaşayış sahəsi Cavabdeh2 mülkiyyətində verilmiş Çıxarışa əlavə olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi tərəfindən 24.06.2019-cu il tarixdə **********01- 05101-083011 reyestr nömrəli texniki pasportunda göstərilən 96,0 kv.metr qeyri-yaşayış sahəsinin 31,0 kv.metr hissəsi ilə və 15 kv.metr hissəsi isə baxış zamanı Gözəllik salonu kimi istifadə olunan Cavabdeh2 mülkiyyətində olan 96,0 kv.metr kənarda yerləşən qeyri yaşayış sahəsi ilə üst-üstə düşdüyü müəyyən olunur; Qərardadın dördüncü-altıncı sualları üzrə: Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda 12 mərtəbəli yaşayış evinin 3cü blokunda yerləşən "xxxx" MMC ilə bağlanmış 13 may 2008-ci tarixli müqaviləyə əsasən satılmış 31,0 kv.metr və 19 noyabr 2008-ci tarixli müqaviləyə əsasən satılmış 15,0 kv.metr qeyri-yaşayış sahələrinə dair cizgi planı mülki iş materiallarında olmadığı üçün, həmin qeyri-yaşayış sahələrinin (15 kv.metr və 31 kv.metr qeyri-yaşayış sahəsi) ayrıayrılıqda yerləşmə mövqeləri müəyyən etmək mümkün olmamışdır. Birinci instansiya məhkəməsi iddia ərizəsini qismən təmin etdikdə gəldiyi nəticənin hüquqi əsası kimi göstərmişdir ki, İddiaçı və onun anası X6 ilə "xxxx" MMC və onun hüquqi varisi Cavabdeh1 MTK arasında bağlanmış 13 may 2008-ci il tarixi müqavilə və əlavə edilmiş maliyyə arayışından, 19 noyabr 2008ci il tarixi müqavilə və həmin tarixli maliyyə arayışından, 29 sentyabr 2008-ci il tarixi müqavilə və həmin tarixli maliyyə arayışından, 26 aprel 2017-ci il tarixi müqavilə və 02 oktyabr 2018-ci il tarixli maliyyə arayışından görünür ki, İddiaçı və anası Zərnişan Abbasova ilə cavabdeh "xxxx" MMC və onun hüquqi varisi Cavabdeh1 MTK arasında müxtəlif ölçülü qeyri-yaşayış sahələrinə dair müqavilələr bağlanınmış, iddiaçı müqavilənin şərtlərinə uyğun olaraq ödəməli olduğu məbləği ödəməsinə baxmayaraq "xxxx" MMC və onun hüquqi varisi Progress-2016 MTK tərəfindən üzərlərinə götürmüş olduqları öhdəlikləri icra etməmişlər.Buna görə də İddiaçı cavabdeh "xxxx" MMC və onun hüquqi varisi Cavabdeh1 MTK-ya qarşı iddia tələbi üzrə haqlıdır və həmin hissədə təmin edilməlidir. Bundan başqa iş materiallarında olan Cavabdeh2 ilə "xxxx" MMC və onun hüquqi varisi Cavabdeh1 MTK arasında bağlanmış 12 may 2007-ci il tarixli müqavilə və həmin tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 324 kv metr ümumi sahəsi olan qeyri-yaşayış sahəsi əldə etmişdir. Həmçinin iş materiallarında olan Cavabdeh2 ilə "xxxx" MMC və onun hüquqi varisi Cavabdeh1 MTK arasında bağlanmış 20 may 2010-cu il tarixli müqavilələrlə və həmin tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 108 və 216 kv metr ümumi sahəsi olan qeyri-yaşayış sahələrini əldə etmişdir. Lakin həmin qeyri-yaşayış sahələrində Cavabdeh2 faktiki olaraq 12 may 2007-ci il tarixli müqaviləyə əsasən əldə etdiyi 324 kv.metr sahəyə Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin RX seriyalı, ******* nömrəli, ********************-0833001 reyestr nömrəli çıxarışla mülkiyyət hüquqları tanınmış, daha sonra isə digər cavabdehlər Cavabdeh3 və X12 ilə aralarında bağlanmış alqı-satqı müqavilələrinə əsasən həmin qeyri-yaşayış sahəsinin bir hissəsini özgəninkiləşdirmiş, nəticədə mülkiyyətində həmin qeyri-yaşayış sahəsindən 28 kv.metr sahə qalmışdır. Həmçinin Cavabdeh2 20 may 2010-cu il tarixli müqaviləyə əsasən isə 216 kv.metr sahə əldə etməli olduğu halda faktiki olaraq 68 kv.metr sahə əldə etmişdir. Daha sonra isə həmin sahələri 324 kv.metr qeyri-yaşşayış sahəsindən qalmış 28 kv.metr sahə ilə birləşdirərək 96 kv.metr sahəyə dair Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 25.06.2019-cu il tarixdə **********01-05***-******* reyestr nömrəli çıxarışı əldə etmişdir. Bundan başqa Cavabdeh2 20 may 2010-cu il tarixli müqaviləyə əsasən almış olduğu 108 kv.metr sahə faktiki olaraq ona verilməmiş əvəzində zirzəmi qatından 120 kv.metr sahə ilə təmin edilmişdir. Məhkmə həmçinin qeyd etmək istəyir ki, İddiaçı mübahisəli qeyriyaşayış sahəsinin Cavabdeh2 faktiki sahiblik və istifadəsində olmasını, hazırda etibarsız hesab edilməsini tələb etdiyi müqavilələr barədə çoxdan məlumatlı olmuşdur. Belə ki, iş materiallarına əlavə edilmiş Abşeron rayon Məhkəməsinin 07 fevral 2018-ci il tarixli, 2(012)- 226/2018 saylı qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh2 Cavabdeh1 MTK-ya qarşı iddia tələbi təmin edilmiş, 324 kv.m, 216 kv.metr və 108 kv.metr olan qeyri-yaşayış sahələrinə dair Cavabdeh2 sahiblik və istifadə hüquqları tanınmış, həmin qeyri-yaşayış sahəsinə dair sahiblik hüququnun həyata keçirilməsinə yaradılan maneələrin aradan qaldırılması vəzifəsi “Progress- 2016" MTK-ya həvalə edilməsi, qeyri-yaşayış sahələrinin Cavabdeh2 təhvil verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər bir kəsin mülkiyyət hüququ vardır və hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqularından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Qeyd edilən hüquq normalarına görə mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. İş materiallarında olan Cavabdeh2 və "xxxx" MMC və onun hüquqi varisi Cavabdeh1 MTK arasında bağlanmış 12 may 2007-ci il tarixli müqavilə və həmin tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 mübahisəli yaşayış evinin 3-cü blokunda 324 kv.metr ümumi sahəsi olan qeyri-yaşayış sahəsi əldə etmişdir. Həmçinin iş materiallarında olan Cavabdeh2 və "xxxx" MMC və onun hüquqi varisi Cavabdeh1 MTK arasında bağlanmış 20 may 2010-cu il tarixli müqavilələrlə və həmin tarixil maliyyə arayışından görünür ki, Cavabdeh2 mübahisəli yaşayış evinin 3-cü blokunda 108 və 216 kv.metr ümumi sahəsi olan qeyri-yaşayış sahələrini əldə etmişdir. Lakin həmin qeyri-yaşayış sahələrində Cavabdeh2 faktiki olaraq 12 may 2007-ci il tarixli müqaviləyə əsasən əldə etdiyi 324 kv.metr sahəyə Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin RX seriyalı, ******* nömrəli, **********28501-05***-******* reyestr nömrəli çıxarışla» mülkiyyət hüquqları tanınmış, daha sonra isə digər cavabdehlər Cavabdeh3 və X12 ilə aralarında bağlanmış alqı-satqı müqavilələrinə əsasən həmin qeyri-yaşayış sahəsinin bir hissəsini özgəninkiləşdirmiş, nəticədə mülkiyyətində həmin qeyri-yaşayış sahəsindən 28 kv.metr sahə qalmışdır. Həmçinin Cavabdeh2 20 may 2010-cu il tarixli müqaviləyə əsasən isə 216 kv.metr sahə əldə etməli oldudu halda faktiki olaraq 68 kv.metr sahə əldə etmişdir. Daha sonra isə həmin sahələri 324 kv.metr qeyri-yaşayış sahəsindən qalmış 28 kv.metr sahə ilə birləşdirərək 96 kv.metr sahəyə dair Əmlak Məsələləri Dövlət Komitəsi vanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 25.06.2019-cu il tarixdə **********01-05***-******* reyestr nömrəli çıxarışı əldə etmişdir. Bundan başqa Cavabdeh2 20 may 2010-cu it tarixli müqaviləyə əsasən atmış olduğu 108 kv.metr sahə faktiki olaraq ona verilməmiş əvəzində zirzəmi qatından 120 kv.metr sahə ilə təmin edilmişdir. Beləliklə şərh edilənlərdən də göründüyü kimi Cavabdeh2 mübahisəli yaşayış evinin 3cü blokunda ümumilikdə 648 kv.metr sahəyə dair müqavilə bağlamışdır. Halbuki, iş materiallarında olan 16.10.2020-ci il tarixli, 3979 saylı ekspert rəyindən görünür ki, Xırdalan şəhəri, H.Əliyev prospekti və M.Ə.Rəsulzadə küçəsinin kəsişdiyi ünvanda yüksək mərtəbəli yaşayış binasının inşa olunmasına dair tərtib olunmuş eskiz layihəsinə əsasən, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda yerləşən 12 mərtəbəli yaşayış evinin 3-cü blokunun 1-ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsimı ümumi sahəsi 524,4 kv.metr təşkil edir. Göründüyü kimi 3-cü blokda cəmi 524 kv.metr qeyri yaşayış sahəsi olduğu halda Cavabdeh2 648 kv.metr sahəyə dair müqavilə bağlamışdır. 324 kv.metr sahəyə dair 2007-ci ildə bağlanmış müqavilə üzrə dövlət reyestrindən çıxarışlar almış və həmin sahələrdən 296 kv.metrini özgəninkiləşdirmişdir. Belə olan halda məlum olur ki, 3-cü blokda cəmi 228 kv.metr qeyri yaşayış sahəsi qalır, Cavabdeh2 əlavə olaraq 324 kv metrlik (216 və 108) 2 ədəd müqaviləsinin olması nəzərə alınarsa nəinki iddiaçı Eixan Məmmədovun binanın 3-cü blokunda qeyri-yaşayış sahəsi almış istənilən şəxsin yeri Cavabdeh2 müqavilələrindəki yerlə ilə üst-üstə düşəcəkdir. Hətta ekspert rəyində belə Cavabdeh1 MTK arasında bağlanmış 26 aprel 2017-ci il tarixli 13 və 14 saylı müqaviləyə və müqaviləyə əlavə olunmuş plan sxemə əsasən Xırdalan şəhəri, M.Ə.Rəsulzadə 1Ä küçəsində yerləşən 15 mərtəbəli yaşayış evinin 3-cü blokunda yerləşən ümumi sahəsi 46,0 kv.m. olan qeyri-yaşayış sahəsi Cavabdeh2 mülkiyyətində verilmiş çıxarışa əlavə olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi tərəfindən 24.06.2019-cu il tarixdə **********01-05101-083011 reyestr nömrəli texniki pasportunda göstərilən 96,0 kv.metr qeyri-yaşayış sahəsimn 21,0 kv.metr hissəsi ilə və 15 kv.metr hissəsi isə baxış zamanı gözəllik salonu kimi istifadə olunan Cavabdeh2 mülkiyyətində olan 96,0 kv.metr kənarda yerləşən qeyri-yaşayış sahəsi ilə üst-üstə düşdüyünün müəyyən olunduğu göstərilmişdir. Nəzərə almaq lazımdır ki, nə iddiaçıya, nə də Cavabdeh2 2007, 2008 və 2010-cu illərdə müqavilələr bağlanılan zaman hər hansı bir sxem verilməmişdir, iddiaçının müqavilələri isə Cavabdeh2 2010-cu ildə bağladığı müqavilələrdən 2 il əvvəl bağlanmışdır. Bu isə digər Cavabdeh1 MTK-nın artıq Cavabdeh2lə 2010-cu ildə 3-cü blokdakı qeyri-yaşayış sahələrinə dair müqavilə bağlamaq səlahiyyətinin olmadığını təsdiq edir. Belə ki, həmin dövrə qədər artıq 3-cü blokda bütün qeyri-yaşayış sahələri satılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinin tələbinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.3-cü maddəsinin tələbinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayıiıb-sayıtmamasmdan asılı olmayaraq özlüyündə etibarsız olan əqddir, Bundan əlavə birinci instansiya məhkəməsi prosessual qanunvericiliyin tələblərini pozaraq artıq qanuni qüvvədə olmayan məhkəmə qərarlarına istinad etmişdir. Belə ki, məhkəmə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 14.02.2019-cu il tarixli, 2- 1(085)-424/2019 saylı qərarına və həmin qərar əsasında Cavabdeh2 “Hayan-E" MMC-dən 20 may 2010-cu il tarixli müqavilə ilə aldığı 216 kv.metr qeyri-yaşayış sahəsinin 68 kv.metr hissəsi üzərində Cavabdeh2 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına istinad etsə də, nəzərə almamışdır ki, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 14.02.2019-cu il tarixli, 2-1(085)-424/201-9 saylı qərarı elə həmin məhkəmənin 13 dekabr 2019-cu il tarixli qərardadı ilə ləğv edilmişdir. Digər tərədən məhkəmə Mülki Məcəllənin 354-cü maddəsində nəzərdə tutulmuş kəsici müddəti tətbiq etmişdir. Müddəti tətbiq edərkən məhkəmə qeyd etmişdir ki, “İddiaçı mübahisəli qeyri-yaşayış sahəsinin Cavabdeh2 faktiki sahiblik və istifadəsində olmasını, hazırda etibarsız hesab edilməsini tələb etdiyi müqavilələr barədə çoxdan məlumatlı olmuşdur. Belə ki, iş materiallarına əlavə edilmiş Abşeron Rayon Məhkəməsinin 07 fevral 2018-ci il tarixli, 2(012)- 226/2018 saylı qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh2 Cavabdeh1 MTK-ya qarşı iddia tələbi təmin edilmiş, 324 kv.m, 216 kv.metr və 108 kv.metr olan qeyri-yaşayış sahələrinə dair Cavabdeh2 sahiblik və istifadə hüquqları tanınmış, həmin qeyri-yaşayış sahəsinə dair sahiblik hüququnun həyata keçirilməsinə yaradılan maneələrin aradan qaldırılması vəzifəsi “Progress- 2016" MTK-ya həvalə edilməsi, qeyri-yaşayış sahələrinin Cavabdeh2 təhvil verilməsi qət edilmişdik. Halbuki iş materiallarından, o cümlədən Abşeron Rayon Məhkəməsinin 07 fevral 2018ci il tarixli, 2(012)-226/2018 saylı qətnaməsi ilə müəyyən olunur ki, İddiaçı həmin iş üzrə tərəf olmamış və ümumiyyətlə işdə iştirak etməmişdir, belə bir qətnamənin mövcudluğundan İddiaçı hazırkı mülki iş üzrə 25 iyul 2019-cu il tarixdə keçirilmiş məhkəmə iclası zamanı xəbər tutmuş, qətnamənin surətini alaraq hüquq və vəzifələrinə toxunan şəxs qismində apellyasiya şikayəti vermiş, onun şikayəti icraata qəbul edilmiş və hal-hazırda mülki iş Sumqayıt Apellyasiya Məhkəməsinin icratındadır. Göründüyü kimi İddiaçı Cavabdeh2 ilə "xxxx" MMC arasında 20 may 2010-cu il tarixdə hər hansı bir müqavilə bağlanmasından məlumatlı olmamışdır. İddiaçı bu müqavilələrin mövcudluğundan hazırkı mülki işin gedişatı zamanı xəbər tutmuş ve dərhal həmin müqavilələri mübahisələndirmişdir. Bundan başqa müstəqil tələblər irəli sürən üçüncü şəxs X4 iddia tələbi ilə bağlı məhkəmə qeyd edir ki, 16.10.2020-ci il tarixli, 3979 saylı ekspert rəyindən də göründüyü kimi İddiaçı ilə "xxxx" MTK arasında 26 aprel 2017-ci il tarixdə bağlanmış müqavilə və 2 oktyabr 2018-ci il tarixli maliyyə arayışı ilə verilmiş 46 kv.metr qeyri-yaşayış sahəsinə görə hazırlanmış sxemə əsasən göstərilən qeyri-yaşayış sahəsinin 15 kv.metr hissəsi X1 və istifadəsində olan gözəllik salonu kimi istifadə olunan qeyri-yaşayış sahəsi ilə üst-üstə düşür. Yəni mülki iş üzrə sübutların tədqiqatı zamanı müstəqil tələblər irəli sürən üçüncü şəxs X4 Cavabdeh2 qarşı tələb irəli sürməsi subyektiv hüquq nöqteyi-nəzərindən heç bir əsası yoxdur. Halbuki, subyektiv hüququn mahiyyətini açıqlayan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyinə görə, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər; öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. X7 məxsus ünvan 6 ünvanda inşa olunan yaşayış binasının 3-cü blokunda yerləşən sahəsi 36,0 kv.metr olan qeyri-yaşayış sahəsi hal-hazırda gözəllik salonu kimi fəaliyyət göstərir. Həmin qeyri-yaşayış sahəsi hazırda mülkiyyət hüququ ilə X7 məxsusdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 16.10.2020-ci il tarixli, 3979 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, "Eyni zamanda "Progress-2016” MTK arasında bağlanmış 26 aprel 2017-ci il tarixli 13 və 14 saylı müqaviləyə və müqaviləyə əlavə olunmuş plan sxemə əsasən Xırdalan şəhəri, M.Ə.Rəsulzadə İA küçəsində yerləşən 15 mərtəbəli yaşayış evinin 3-cü blokunda yerləşən ümumi sahəsi 46,0 kv.m. olan qeyri-yaşayış sahəsi Cavabdeh2 mülkiyyətində verilmiş Çıxarışa əlavə olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi tərəfindən 24.06.2019-cu il tarixdə **********01-05101-083011 reyestr nömrəli texniki pasportunda göstərilən 96,0 kv.metr qeyri-yaşayış sahəsinin 31,0 kv.metr hissəsi ilə və 15 kv.metr hissəsi isə baxış zamanı gözəllik salonu kimi istifadə olunan Cavabdeh2 mülkiyyətində olan 96,0 m kənarda yerləşən qeyri-yaşayış sahəsi ilə üst-üstə düşdüyü müəyyən olunur. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 10 mart 2021-ci il tarixdə verilmiş 10/3638 saylı məhkəmə tikinti-texniki ekspertizasının rəyi qanuni və əsaslı olub, işin hallarına uyğun olduğuna görə iş üzrə sübut növü kimi qəbul edilməlidir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini - “Abşeron Rayon İcra Hakimiyyəti başçısının 25.08.2006-cı il tarixli, 301 saylı sərəncamı ilə tikintisinə icazə verilmiş Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda inşa edilən yaşayış evinin 3-cü blokunda 108 kv.metr və 216 kv.metr qeyri-yaşayış sahələrinə dair "xxxx" MMC ilə Cavabdeh2 arasında 20 may 2010-cu il tarixdə bağlanmış müqavilələri- “İddiaçı məxsus həmin yaşayış evinin 3-cü blokunda 46 kv.metr ümumi sahəsi olan qeyri-yaşayış sahəsi və X7 məxsus həmin yaşayış binasının 3-cü blokunda 36,0 kv.metr ümumi sahəsi olan qeyri-yaşayış sahəsinin etibarsız hesab edilməsi” hissəsində rədd edərkən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası işin hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə əsaslanaraq hesab edir ki, iddiaçı və üçüncü şəxs tərəfindən apelyasiya şikayətlərinin dəlilləri qismən sübuta tetirilmişdir. Azərbaycan Respublikası MPM-nin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün əsasdır. Azərbaycan Respublikası MPM-nin 385.1.1 - 385.1.4-cü maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsaslar hesab edilir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbi üzrə işin bütün faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmamış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə görə məhkəmə qətnaməsinin apelyasiya qaydasında qismən ləğv edilməsi üçün əsasdır. Ona görə də, məhkəmə kollegiyası apelyasiya şikayətlərinin dəlillərini nəzə¬¬¬¬rə alaraq, işdə olan sübut¬¬¬ları obyektiv araşdırılmasına əsaslanmaqla qiymət¬¬lən¬¬¬dirərək belə nəticəyə gəlir ki, apelyasiya şikayətləri qismən təmin edilib, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilməli, iddia qismən təmin edilib, Abşeron Rayon İcra Hakimiyyəti başçısının 25.08.2006-cı il tarixli, 301 saylı sərəncamı ilə tikintisinə icazə verilmiş Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda inşa edilən yaşayış evinin 3-cü blokunda 108 kv.metr və 216 kv.metr qeyri-yaşayış sahələrinə dair "xxxx" MMC ilə Cavabdeh2 arasında 20 may 2010-cu il tarixdə bağlanmış müqavilələri - “İddiaçı məxsus həmin yaşayış evinin 3-cü blokunda 46 kv.metr ümumi sahəsi olan qeyriyaşayış sahəsi və X7 məxsus həmin yaşayış binasının 3-cü blokunda 36,0 kv.metr ümumi sahəsi olan qeyri-yaşayış sahəsi hissəsində etibarsız hesab edilməli və qətnamə qalan hissələrində dəyişdirilmədən saxlanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı nümayəndəsi və vəkili Vəkil3 və müstəqil tələb irəli sürən üçüncü şəxs Y.M.Nuqaylının nümayəndəsi və vəkili Ə.M.Əmirəliyev tərəfindən verilmiş apelyasiya şikayətləri qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 26 fevral 2021-ci il tarixli, 2(012)-64/2021 saylı qətnaməsi qismən ləğv edisin. İddia tələbləri qismən təmin edilsin. Abşeron Rayon İcra Hakimiyyəti başçısının 25.08.2006-cı il tarixli, 301 saylı sərəncamı ilə tikintisinə icazə verilmiş Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda inşa edilən yaşayış evinin 3-cü blokunda 108 kv.metr və 216 kv.metr qeyriyaşayış sahələrinə dair "xxxx" MMC ilə Cavabdeh2 arasında 20 may 2010-cu il tarixdə bağlanmış müqavilələri- “İddiaçı məxsus həmin yaşayış evinin 3-cü blokunda 46 kv.metr ümumi sahəsi olan qeyri-yaşayış sahəsi və X7 məxsus həmin yaşayış binasının 3-cü blokunda 36,0 kv.metr ümumi sahəsi olan qeyri-yaşayış sahəsi” hissəsində etibarsız hesab edilsin. Qətnamə - « Abşeron rayonu, Xırdalan şəhəri, X18 küçəsi 7 A ünvanda yerləşən qeyriyaşayış sahələrinə dair Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat və bu qeydiyyat əsasında verilmiş çıxarışın ləğv edilməsi, Cavabdeh2 ilə Cavabdeh3 arasında bağlanmış 22 may 2019-cu il tarixli və X12 arasında bağlanmış 27 fevral 2019-cu il tarixli alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və həmin şəxslərin adına daşınmaz əmlakın dövlət reyestr xidmətində aparılmış qeydiyyat və bu qeydiyyat əsasında verilmiş çıxarışların ləğv edilməsi tələbinə dair iddiası rədd edilsin. İddiaçı Cavabdeh1 MTK-ya qarşı İddiaçı ilə "xxxx" MMC və onun varisi Cavabdeh1 MTK arasında bağlanmış 13 may 2008, 19 noyabr 2008, 29 sentyabr 2008 və 26 aprel 2017-ci il tarixli müqavilələrə əsasən Abşeron Rayon İcra Hakimiyyəti başçısının 25.08.2006-cı il tarixli, 301 saylı sərəncamı ilə tikintisinə icazə verilmiş Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda yerləşən 12 mərtəbəli yaşayış evinin 3-cü blokunda 46 kv.metr ümumi sahəsi olan qeyri-yaşayış sahəsinin və 31 kv. metr ümumi sahəsi olan zirzəminin İddiaçı təhvil verilməsi və həmin qeyri-yaşayış sahələrinə dair dövlət reyestrindən çıxarışın alınması üçün zəruri olan müvafiq sənədlərin(ümumi yığıncağın qərarından çıxarış, maliyyə arayışı və s.) verilməsi vəzifəsinin Cavabdeh1 MTK-ya həvalə edilməsi” barədə iddia tələbi təmin edilsin. Müstəqil tələblər irəli sürən üçüncü şəxs X4 Cavabdeh2 qarşı Cavabdeh1 MTK ilə Cavabdeh2 arasında bağlanmış 28 aprel 2017-ci il tarixli 13 və 14 saylı müqavilələrin, həmin müqavilələr əsasında Cavabdeh2 satılmış sahənin "xxxx" MMC ilə X10 arasında bağlanmış 30 mart 2008ci il tarixli, 18 saylı və Hayan-EMMC-nin hüquqi varisi Progress-2016MTK ilə X10 arasında bağlanmış 09 avqust 2017-ci il tarixli, 20 saylı müqavilə əsasında X7 məxsus ünvan 2 ünvanda inşa olunan yaşayış binasının 3-cü blokunda yerləşən sahə üzrə Cavabdeh2 verilmiş çıxarışın ləğv edilməsi tələbinə dair iddiası rədd edilsin. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilən məhkəmə tikinti-texniki ekspertizasına görə 100 (yüz) manat ekspertiza xərci Cavabdeh1 MTK-dan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin aşağıdakı hesabına köçürülsün: SAP (XİİS) hesabıX3, kod-210005; VÖEN**********; müxbir hesabAZ41NABZ********************; SFİFT BİK-CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi- VÖEN **********; hesab AZ34CTRE********************» hissələrində dəyişdirilmədən saxlansın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-2037/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2037/2021
17.09.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver