Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2042/2023 30.10.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: paylı mülkiyyətdə olan əmlakın bölünməsi, payın paylı mülkiyyətdən ayrılması, əmlakın açıq hərracda satılması və satışdan əldə edilən pul vəsaitinin mülkiyyətçilər arasında müvafiq olaraq bölünməsi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X12 (sədrlik edən və məruzəçi), Məmmədova Lətifə Məhyəddin qızı və X7 ibarət tərkibdə, məhkəmə iclasının katibi X2 iştirakı ilə İddiaçı Cavabdeh qarşı paylı mülkiyyətdə olan əmlakın açıq hərracdan satılaraq, əldə olunmuş pul vəsaitinin bölünməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 10 avqust 2023-cü il tarixli, 2(060)-2777/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları:
1. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5753/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, Cavabdeh İddiaçı arasında Sumqayıt nikah evində xx.xx.2008-ci il tarixdə bağlanmış, 418 nömrəsi ilə qeydə alınmış nikahın pozulması, nikahdan doğulmuş xx.xx.2018-ci il təvəllüdlü X6, xx.xx.2011-ci il təvəllüdlü X4 və xx.xx.2008-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatana qədər anası Cavabdeh yanında qalması, 18 iyun 2021-ci il tarixdən etibarən xx.xx.2018-ci il təvəllüdlü X3, xx.xx.2011-ci il təvəllüdlü X1 və xx.xx.2008-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay hər uşağa görə 150 manat ümumilikdə 450 manat miqdarında aliment İddiaçı tutularaq Cavabdeh verilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini almışdır.
2. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6234/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin surətindən görünür ki, ünvan 1 üzərində ½ hissədə İddiaçı, ½ hissədə Cavabdeh payları müəyyən edilmişdir. Qətnamə qanuni qüvvəsini almışdır.
3. Azərbaycan Respublikası ƏMDX DƏDKR-nin verdiyi çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, 2-ci məhəllədə yerləşən 5/28 saylı evin 73 saylı mənzilinin mülkiyyətçisi ½ hissədə İddiaçı, ½ hissədə Cavabdehdır. İddiaçı daşınmaz əmlak üzərində hüququ daşınmaz əmlakın dövlət reyestrində ********** nömrəsi ilə xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmışdır.
4. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-39/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin surətindən görünür ki, xx.xx.2008-ci il təvəllüdlü X8 və xx.xx.2011-ci il təvəllüdlü X1 Cavabdeh alınıb ataları İddiaçı Təvəkkül oğluna verilməsi qət edilmişdir. Qətnamə qanüni qüvvəsini almışdır.
5. MŞS/MT030/2023-00422 saylı, xx.xx.2023-cü il tarixli ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, hər iki tərəf ilkin mediasiya sessiyasında iştirak etmiş, lakin prosesin davam etdirilməsi barədə qərar qəbul etməmişlər. Mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat xərci İddiaçı ödəmişdir.
6. Daşınmaz əmlakın real bazar münasibətlərinə uyğun dəyərinin müəyyənləşdirilməsinə dair arayışdan görünür ki, ünvan 1-ün xx.xx.2023- cü il tarixinə bazar dəyəri 63000 (atmış üç min) manat təşkil edir.
7. Nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasındakı nikah Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən pozulmuşdur.
8. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/3543 №-li ekspert rəyindən görünür ki, ünvan 1-ün planlı yerləşməsini, o cümlədən dörd mərtəbəlibinanın dördüncü mərtəbəsində yerləşdiyini, mənzilin yalnız bir giriş-çıxış qapısı olduğunu və mənzilin tərkibində yalnız bir mətbəx və bir sanitar qovşaq olduğunu nəzərə alaraq həmin mənzilin ½ paya uyğun naturada bölünməsinin İnşaat Norma və Qaydalarının 2.08.01.89*- nun 1.1., 2.2., 2.4., 2.9. bəndlərinin və metodik əsasların tələblərinə uyğun olaraq texniki cəhətdən mümkün olmadığı müəyyən olunmuşdur.
İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
9. İddiaçı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh ilə nikah dövründə əldə etdikləri və onun mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 76,6 kv.metr, yaşayış sahəsi 51,3 kv.metr, yardımçı sahəsi25,3 kv.metr olan 3 otaqdan ibarət mənzilin naturada ayrılması, bu mümkün olmadıqda həmin əmlakın açıq hərracdan satılması və satış pulunun mülkiyyətçilər, yəni iddiaçı ilə Cavabdeh arasında paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Cavabdeh ilə 2006-cı ildə nikahdan kənar, xx.xx.2008-ci ildə isə nikaha daxil olaraq ailə qurmuşdur. Onların 25 fevral 2008-ci ildə İsmayıl, 12 fevral 2011-ci ildə Binyamin və 29 may 2018-ci ildə İbrahim adlı 3 uşaqları anadan olmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə aralarındakı nikah pozulmuş, hər üç uşağın cavabdehin yanında qalması müəyyən edilmiş, iddiaçıdan cavabdehin xeyrinə 3 uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 450 (150+150+150) manat məbləğində alimentin tutulması qərara alınmışdır. Buna baxmayaraq 2021-ci ilin dekabr ayından 25 fevral 2008-ci il təvəllüdlü X8 və 12 fevral 2011-ci il təvəllüdlü X4 dediklərinə görə anaları, yəni Cavabdeh onları döyüb-incitdiyinə görə qaçıb iddiaçının yanına gəlmişlər və hazırda da iddiaçının yanında yaşayırlar. Sumqayıt Şəhər Məhkəməsinin 07,02.2023-ci il tarixli 2(060)-39/2023 saylı qətnaməsinə əsasən 25 fevral 2008-ci il təvəllüdlü X8 və 12 fevral 2011-ci il təvəllüdlü X4 anaları Cavabdeh alınıb iddiaçıya verilmişdir. Cavabdehlə birgə yaşadıqları dövrdə ünvan 1 ünvanında ümumi sahəsi 76,6 kv metr, yaşayış sahəsi 51,3 kv metr, yardımçı sahəsi 25,3 kv metr olan 3 otaqdan ibarət mənzil əldə etmişlər. Bu mənzil Cavabdeh adına qeydiyyata alınmışdır. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə ünvan 1 üzərində 1/2 hissədə iddiaçının, yəni İddiaçı Təvəkkül oğlunun, 1/2 hissədə Cavabdeh payları müəyyən edilmişdir. Mənzil üzərində olan payları müəyyən edildiyindən iddiaçı halhazırda paylı mülkiyyətdəki paylarının naturada ayrılmasını, bu məqsədəuyğun olmadıqda isə əmlakın açıq hərracdan satılması və satış pulunun Cavabdeh ilə iddiaçının arasında paylarına mütənasib surətdə bölünməsini istəyir.
11. Sumqayıt Şəhər Məhkəməsinin (hakim E.Hüseynov) 10 avqust 2023-cü il tarixli, 2(060)- 2777/2023 nömrəli qətnaməsi ilə iddia təmin edilərək, Sumqayıt şəhəri, 2-ci məhəllədə yerləşən 5/28 saylı evin 73 saylı mənzilinin açıq hərracdan satılması və satışdan əldə olunmuş pulun mənzilin paylı mülkiyyətçiləri, yəni İddiaçı və Cavabdeh arasında ½ hissədə mütənasib bölünməsi qət edilmişdir.
12. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, mübahisəli əmlak tərəflərin ½ nisbətində paylı mülkiyyətindədir. Əmlakın naturada bölgüsü mümkün olmamış, iddiaçının öz payının dəyərinin ödənilməsi təklifinə, cavabdeh müsbət cavab verməmişdir. Məhkəmə iddiaçının cavabdehə mediasiya təklifini, sonuncunun mediasiya sessiyasının davam etdirilməsindən yayınmasını tərəflər arasında paya uyğun kompensasiya barədə razılığın olmamasının bir daha təsdiqi kimi qiymətləndirmiş və belə nəticəyə gəlmişdir ki, tərəflərin paylı mülkiyyətində olan mənzilin açıq hərracda satılması və əldə olunmuş vəsaitin onlar arasında paylarına uyğun bölünməsi tələbi, bu növ iddialar üçün qanunvericilikdə nəzərdə tutulmuş tələblərə uyğun mərhələlərin adlanılmasına riayət olunduğundan əsaslıdır
13. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 13, 29-cu maddələri, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.1, 220.2, 220.3, 220.4, 220.5. 220.6 maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarına Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat Apellyasiya şikayətinin dəlilləri
14. Cavabdeh apellyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin 10 avqust 2023cü il tarixli, 2(060)-2777/2023 nömrəli qətnaməsinin ləğv olunmasını və iddia tələbinin rədd edilməsini xahiş etmişdir.
15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin mövqeyi qanuni və əsaslı hesab edilə bilməz. Mövcud qanunvericiliyə əsasən mənzilin hərrac qaydasında satışı müəyyən mərhələləri keçdikdən sonra mümkün ola bilər. Belə ki, iddiaçı ilkin mərhələdə əmlakın naturada bölgüsü iddiasını qaldırır, bu ekspert rəyi ilə mümkün olmadıqda payların pul ilə əvəzləşdirilməsi-kompensasiyanın verilməsi məsələsinə baxılır, bu hal da mümkünsüz sayıldıqda sonuncu mərhələdə əmlakın hərrac qaydasında satılması ilə bağlı məhkəmə mübahisəyə baxaraq qiymət verir. Lakin məhkəmə bu normanın tələbini pozaraq mücərrəd məna daşıyan və ehtimal əsasında irəli sürülən iddianı nəinki icraata qəbul etmiş, hətta təyin edilmiş ekspertiza rəyi əmlakın naturada bölgüsünün mümkünsüzlüyü barədə olduğu halda birbaşa mənzilin hərraca çıxarılmasına qərar vermişdir. Halbuki bundan sonrakı mərhələ həmin əmlakdakı payın kompensasiya ilə əvəzləşdirilməsidir ki, bununla baglı iddiaçı ona hər hansı bir kompensasiya təklif etməmiş və Mülki Məcəllənin 220.3-220.5-ci bəndin tələblərinə əməl olunmamışdır. Halbuki əmlakın acıq hərracda satışı yalnız bu mərhələni kecdikdən sonra mümkün ola bilərdi. Məhz bu hallar qətnamənin ləğvi ücün əsasdır. Bundan başqa tərəflərin birgə nikah dövründə əldə etdikləri daha bir əmlak dəyəri 300000 manat olan həyət evidir ki, həmin ev üzərində onların ½ hissədə payları məhkəmə qətnaməsi əsasında müəyyən olunduğu halda iddiaçı bu əmlakı cavabdehin razılığı və xəbəri olmadan banka girov qoymaqla 170000 manat kredit götürmüş və hazırda həmin əmlaka dair bağlanmış ipoteka müqaviləsinin etibarsızlığı barədə məhkəmədə mübahisə mövcuddur. Göründüyü kimi iddiaçı qanunsuz və saxta əqd yolu ilə bu əmlakı tamamilə almaqla kifayətlənməyərək hazırda övladı ilə birlikdə yaşadığı digər əmlakın hərraca çıxarılmasına nail olmuşdur. Məhkəmənin qanunsuz və əsassız qətnaməsi cavabdehin azyaşlı övladı ilə birlikdə mülkiyyətində olan mənzildən qanunsuz məhrum olunmasına xidmət etmişdir. Göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməlidir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
17. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş, eləcə də gəlməmələrinin səbəb və mümkünsüzlüyü barədə heç bir məlumat verməmişlər. Tərəflər rəsmi poçt vasitəsilə yanaşı, müvafiq olaraq 050 397 49 12 və 050 971 45 11 mobil telefon nömrələrinə “SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsi barədə” Bildiriş göndərilməklə xəbərdar olunmuşdur.
18. Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişlərsə, onlara məhkəmə sənədləri barədə məlumat bu sistem vasitəsilə şəxsin təqdim etdiyi mobil telefon nömrəsinə SMS-lə çatdırılır. (Mülki Prosessual Məcəllə maddə 135.7)
19. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir .
Tətbiq edilən hüquq
20. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 146.2-ci maddəsinin tələbinə görə daşınmaz əmlak üzərində sərəncam hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydə alındığı andan yaranır. 148.2-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və daşınmaz əmlaka başqa hüquqları əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. 152-ci maddəsində qeyd edilir ki, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 213.1-ci maddəsinə əsasən, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 213.6-cı maddəsinə əsasən ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilər. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi əmlakı yalnız bütün mülkiyyətçilərin xeyrinə tələb edə bilər. 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. 220.4-cü maddəsinə əsasən bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. 220.5-ci maddəsinə əsasən mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir. Həmin Məcəllənin 220.6-cı maddəsinə əsasən bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər.
21. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 04 aprel 2014-cü il tarixli Qərarında Məhkəmənin hüququ mövqeyi ondan ibarət olmuşdur ki, əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür.
22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz .
Apellyasiya baxışının hədləri
23. Apellyasiya şikayətindən görünür ki, apellyator Cavabdeh Sumqayıt Şəhər Məhkəməsinin 10 avqust 2023-cü il tarixli, 2(060)-2777/2023 nömrəli qətnaməsini tam həcmdə mübahisələndirərək qətnamənin ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
24. Ona görə də kollegiya birinci instansiya məhkəməsinin qətnaməsini tam həcmdə yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
25. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
26. İddia tələbinin mahiyyətindən görünür ki, iddiaçı paylı mülkiyyət hüququ əsasında onlara məxsus olan əmlakın naturada bölünməsini, bu mümkün olmadıqda isə əmlakın açıq hərracda satılaraq, əldə olunmuş vəsatin paylara uyğun bölünməsini tələb edir.
27. Araşdırılan işin faktiki hallarından müəyyən edilir ki, iddiaçı ilə cavabdeh əvvəllər ərarvad münasibətində olmuş, lakin Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5753/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə aralarında olan nikah pozulmuşdur. Nikah pozulduqdan sonra Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6234/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə tərəflərin birgə nikah dövründə əldə etdikləri ünvan 1 üzərində ½ hissədə İddiaçı, ½ hissədə Cavabdeh payları müəyyən edilmişdir.
28. Bundan sonra iddiaçı hazırkı tələblə, yəni payın naturada ayrılması, bu mümkün olmadıqda isə əmlakın açıq hərracdan satılması və satış pulunun tərəflər arasında mütənasib bölünməsinə dair məhkəmədə iddia qaldırmış, mənzilin naturada ayrılması texniki cəhətdən mümkün olmadığından, mübahisə yuxarıda qeyd olunan formada həll edilmişdir.
29. Apellyasiya şikayətinin dəlilləri üzrə araşdırma aparan kollegiya bildirir ki, cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinin əsası kimi maddi və prosessual hüquq normalarının pozulmasına ( o cümlədən məhkəmə iclasının yeri və vaxtı barədə məlumatsız olmasına) və birinci instansiya məhkəməsinin sübutlara düzgün hüquqi qiymət verməməsinə istinad etmişdir.
30. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində olan dəlillərinə münasibətdə qeyd edir ki, mübahisəli daşınmaz əmlak payları bəlli olan mülkiyyət hüquq əsasında tərəflərə məxsus olması, həmin əmlakın paylara uyğun naturada bölünməsinin mümkünsüz olması işin mübahisəsiz halıdır.
31. Apellyasiya kollegiyası, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və qeyd edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.
32. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 213-cü maddəsinə görə iki və ya bir neçə şəxsin mülkiyyətində olan əmlak ümumi mülkiyyət, şəxslərin hər birinin mülkiyyətində (hüququnda) olan payı müəyyənləşdirildikdə isə ümumi paylı mülkiyyət hesab olunur. Mülkiyyətçilər tərəfindən sahiblik, istifadə və sərəncam səlahiyyətlərinin həyata keçirilməsinin ümumi xüsusiyyətləri mövcuddur: 1) paylı mülkiyyətdə olan əmlaka (əşyaya) sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir; 2) paylı mülkiyyətin mülkiyyətçisi ümumi əmlakın öz payına uyğun hissəsinə sahiblik və istifadə hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Paylı mülkiyyətdə olan əmlaka dair sərəncam verilməsi isə əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir; 3) razılaşma əldə olunmadıqda və paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əmlakın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə onlar öz paylarının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilərlər.
33. Qüvvədə olan mülki qanunvericilik ümumi mülkiyyətin iştirakçısına əmlakın bölüşdürülməsi və ya ümumi mülkiyyətdən ona aid olan hissənin naturada ayrılmasını həyata keçirmək hüququ verir. Bu hüquq ümumi paylı mülkiyyətə olan pay hüququna sərəncam vermək hüququnun həyata keçirilməsi formalarından biridir. Ümumi paylı mülkiyyətdə olan payın ayrılması iki formada həyata keçirilə bilər: 1) ümumi paylı mülkiyyətdə olan payın natura formasında ayrılması; 2) pul kompensasiyasının (dəyərinin) ödənilməsi. Ümumi mülkiyyətdə pay mühüm hüquqi funksiyanı həyata keçirir.
34. Paylı mülkiyyətin iştirakçısı ümumi mülkiyyətin ideal paya mütənasib payın onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir. Paylara mütənasib ümumi əşyanın istifadəsindən götürülən bəhər, məhsul və gəlir paylara uyğun şəkildə bölüşdürülür (Mülki Məcəllənin 216-cı maddəsi). Paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır (Mülki Məcəllənin 220.4-cü maddəsi). Beləliklə, əmlakın bölünməsi və ya ondan payın naturada ayrılması mümkün olmadıqda, əmlakın bölünməsinin və ya payın ayrılmasının yeganə üsulu pul kompensasiyasının ödənilməsidir
35. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir.
36. Məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür.
37. Mülki Məcəllənin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 .04.2014-cü il tarixli Qərarında qeyd edilmişdir ki, Mülkü Məcəllənin 220.6 və 221-ci maddələrinin mənasına görə bütün paylı mülkiyyətçilərin razılığı olmadan əmlakın açıq hərracdan satılması və ya satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırlması kimi qiymətləndirilə bilməz.
38. Hazırki işdən də görünür ki, iddiaçı tərəfindən yuxarıda sadalalan ardıcıllığa riayət edilmiş, müraciəti müsbət həll olunmadğından iddiaçı hazırki tələblə məhkməyə müraciət etmişdir.
39. Kollegiya sonda apellyasiya şikayətinin digər dəlilinə, yəni “cavabdehin məhkəmə iclasının yeri və vaxtı barədə məlumatsız olması” barədə dəlili ilə razılaşmır və qeyd edir ki, sonuncu məhkəmə iclaslarının yeri və vaxtı barədə həm poçt, həm də “SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsi barədə” Bildiriş göndərilməklə xəbərdar olunmuşdur (i/m səh.51,62,71,78).
40. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallara uyğun olaraq tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
41. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372- 376, 378-382, 384.0.1, 385.2, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə t e t d i:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 10 avqust 2023-cü il tarixli, 2(060)-2777/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlansın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər (elektron kabinet və vəkil vasitəsilə). Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir