Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2054/2022 05.10.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, İddiaçı Cavabdeh iştirakı ilə Sumqayıt Şəhər Məhkəməsinin 15 iyul 2022-ci il tarixli, 2(060)-3684/2022 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏNETDİ: Sumqayıt Şəhər Məhkəməsinin 15 iyul 2022-ci il tarixli, 2(060)-3684/2022 nömrəli qətnaməsi ilə (hakim Aynur Behbudova) İddiaçı Cavabdeh qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddiası qismən təmin edilib, Cavabdeh 3200 (üç min iki yüz) manat borc və 50 (əlli) manat dövlət rüsumu məbləğində pulun alınaraq İddiaçı ödəniməsi və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti verib, Sumqayıt Şəhər Məhkəməsinin 15 iyul 2022-ci il tarixli, 2(060)-3684/2022 nömrəli qətnaməsinin ləğv olunaraq iddianın rədd edilməsini xahiş etmişdir. İŞİNHALLARİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 3200 (üç min iki yüz) manat borcun və vurulmuş mənəvi zərərin ödənilməsi ilə bağlı 2000 manat pul vəsaitinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 2016-cı ildə Cavabdeh makler kimi fəaliyyəti vasitəsilə evini satmış və daha sonra Cavabdeh imkanlı olduğunu görüb, ona müxtəlif yerlərdən torpaq və ev təklifləri etmişdir. Etibarından sui-istifadə edərək onun 17.000 (on yeddi min) manat pul vəsaitini iş qurmaq adı ilə mənimsəmişdir. Daha sonra o, telefon və yaşayış ünvanını dəyişmiş və onu tapa bilməmişdir. 2017-ci ilin avqust ayında cavabdeh barəsində Binəqədi Rayon Polis İdarəsinə şikayət etmişdir. O, pulun faizə verilmədiyini, iş qurmaq adı ilə aldadıb aldığını “whatsapp”da yazılı və səsli mesajlar şəklində etiraf etmişdir. İzahatında cəmi 5000 (beş min) manat pul məbləği aldığını bildirsə də, o, sübutları təqdim etdikdə 9500 (doqquz min beş yüz) manat pul vəsaiti aldığını etiraf etmişdir. Cavabdeh puldan 1500 (min beş yüz) manat pul vəsaitini müstəntiqin iştirakı ilə qaytarmış və ona 8000 (səkkiz min) manat borcu qalmışdır. 18 avqust 2017-ci il tarixində cavabdeh iltizam vermiş, iltizamında hər ay 1500 (min beş yüz) manat ödəyəcəyini bildirmişdir. Buna baxmayaraq o, iltizamda qeyd etdiyi üzərinə düşən öhdəlikdən yayınmışdır. Həmin zaman Binəqədi Polis İdarəsinə çağırılan X2 izahatında bildirmişdir ki, Cavabdeh onun adından istifadə edərək guya ki, ondan aldığı pul vəsaiti ilə Ramiq və atası iş qurmuşlar. 2018-ci ildə bir daha Binəqədi Rayon Polis İdarəsinə şikayət vermişdir. Cavabdeh müstəntiq İsmayılov Rüstəmin iştirakı ilə bir ay ərzində ayrı-ayırılıqda 700 (yeddi yüz) manat, 300 (üç yüz) manat, 400 (dörd yüz) manat ödəyərək, bir ay ərzində bütün borclarını bağlayacağını bildirmişdir. 2019-ci ildə yenidən ondan pulu qaytarmasını tələb etmiş, həmin ərəfələrdə Nazim Rusiyadan avtomobil ehtiyat hissələri gətirdiyini bildirərək hal-hazırda pulu olmadığını demişdir. O, öz adına kredit götürərək, krediti özü ödəyəcəyini bildirmiş,o da razılaşmışdır. 1300 (min üç yüz) manat məbləğində kredit götürmüş, lakin o, kreditin ödənişini etməmişdir. Bir həftə sonra ondan kreditə götürdüyü pul məbləğini istəmiş, ona Rusiyadan avtomobil ehtiyat hissələri gətirib sataraq, ona olan borcunu tamamilə ödəyəcəyini bildirmişdir. Krediti sona qədər özü ödəmiş və ona 700 (yeddi yüz) manat pul məbləğində borclu qalmışdır. Əlacsız qalaraq iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət etmiş, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 2874/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddia təmin olunmuşdur. Lakin indiyədək qətnamə icra olunmamışdır. xx.xx.2021-ci il tarixində Cavabdeh iltizam ərizəsi yazaraq ona 3550 (üç min beş yüz əlli) manat pul vəsaiti borclu olduğu və noyabrın 20-nə kimi 550 (beş yüz əlli) manat pul məbləğini qaytaracağını bildirmişdır. Cavabdeh bu iltizamdan sonra indiyənədək 250 (iki yüz əlli) manat pul məbləği qaytarmış və razılaşmaya əsasən ona 3200 (üç min iki yüz) manat borcu vardır. Həmçinin bildirir ki, bu hadisədən sonra şiddətli psixoloji sarsıntılar keçirmiş, bir çox nevroloji problemlərinə görə ağır dərmanlar qəbul etmişdir. Cavabdehin onun etibarından sui-istifadə etməsi, verdiyi sözləri tutmaması, onun pul vəsaitini mənimsəməsi psixoloji olaraq ona çox ağır təsir etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYAŞİKAYƏTİNİNDƏLİLLƏRİVƏ PROSESİŞTİRAKÇİLARİNİNİZAHATİ: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Sumqayıt Şəhər Məhkəməsi 15 iyul 2022-ci il tarixli qətnaməni qəbul edərkən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, İddiaçı ümumillikdə 4150 manat borcunun 2300 manat hissəsini almişdir. 2020-ci ildə həmin borcdan ayrı-ayrı vaxtlarda 600, 125 va 100 manat olmaqla, cəmi 825 manat ödaniş etmişdir. 2021-ci ilin noyabr ayına artıq onun hər iki borc üzrə məbləğin 3325 manat təşkil etmişdir, bunu nəzərə alaraq həmin iltizamı yazaraq 3550 manat borcunun olduğunu bildirmişdir. xx.xx.2021-ci il tarixli iltizam verildikdən taxminən bir həfta sonra İddiaçı 405 manat birdəfəlik ödənis etmişdir. Hazirda onun İddiaçı ümumillikdə 2920 manat borcu vardır, həmin borcun 1850 manatı icra işi üzrədir, qalan borcu 1070 manat taskil edir. Onun barasində taqdimata baxılarkən iclasda iştirak edən tələbkar İddiaçı bildirmişdir ki, 9500 manat ona olan borcundan hal-hazırda 2200 manat qalmişdir. İddiaçının bu münasibəti Sumqayıt Səhar Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 8(060)-743/2021 nömrəli qarardadında öz aksini tapmişdir. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilib, iddianın rədd edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini müdafiə edib, təmin olunmasını xahiş etdi. İddiaçı apellyasiya şikayətinə etiraz edib, təmin olunmamasını xahiş etdi. HÜQUQİMƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsinin qətnaməsindən cavabdeh apellyasiya şikayəti vermiş, iddiaçı qətnaməni mübahisələndirməmişdir. Ona gödə də, birinci instnsiya məhkəməsinin qətnaməsi iddianın təmin olunmuş maddi ziyan hissəsində araşdırılır. Məhkəmə kollegiyası məruzəçi-ha¬ki¬min məruzəsini və işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan xx.xx.2021-ci il tarixli iltizamdan görünür ki, Cavabdeh İddiaçı məhkəmədən kənar 3550 (üç min beş yüz əlli) manat borcu var və Cavabdeh həmin məbləğin 550 manatını noyabr ayının 20-nə qədər ödəməyi öhdəsinə götürmüşdür. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06 avqust 2019-cu il tarixli, 2(105)-2535/2019 nömrəli qətnaməsi ilə müəyyən olunur ki, Sumqayıt Şəhər Məhkəməsinin 27 fevral 2019-cu il tarixli, 2(060)-2874/2019 nömrəli qətnaməsi ilə İddiaçı tələbi təmin edilib, Cavabdeh 5000 manat məbləğində pul vəsaitinin tutulub ona verilməsi qət edilmiş və cavabdehin apellyasiya şikayəti təmin edilməyərək birinci instansiya məhkəməsi qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. xx.xx.2017-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, A.Məmmədov küçəsi, ev 11, mənzil 71-də yaşayan İddiaçı xx.xx.2017-ci il tarixdə Binəqədi Rayon Polis İdarəsinə ərizə ilə müraciət edərək, 2017ci ilin yanvar-fevral aylarında Cavabdeh onun etibarından sui-istifadə edərək birgə taxta biznesi quracağı adı ilə ümumilikdə 9500 manat pulunu ələ keçirməsini bildirmişdir. Birinci instansiya məhkəməsi iddia ərizəsini qismən təmin etdikdə gəldiyi nəticənin əsası kimi göstərmişdir ki, Cavabdeh İddiaçı pul almış, müəyyən məbləğlərdə ödəniş etdikdən sonra 3550 manat borcunun qalması ilə bağlı iltizama imza etmişdir. Həmin tarixdən sonra 350 manat ödəniş etmiş, İddiaçı 3200 manat borcu qalmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 560.3.2. Şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarının həyata keçirməsi hüquqdan sui-istifadə hesab edilməlidir. Həmin maddəyə əsasən hüquqdan sui-istifadə yolverilməzdir. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddələr 740, 74.01 və 740.2. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin Maddə 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası işin faktiki hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin etməklə düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, məhkəmənin qərarı qanuni və əsaslıdır. Cavabdeh tərəf apellyasiya şikayətinin dəlillərini təsdiq edən başqa bir sübut təqdim edə bilməmiş və həmin halları sübuta yetirə bilməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olub, başqa sübutlarla öz təsdiqini tapmayıb, toplanmış sübutlarla təkzib olunmuşdur. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin apellyasiya qaydasında dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanması üçün əsasdır. Ona görə də, apellyasiya şikayəti təmin edilməməlidir. Hazırki iddia üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində iddianın qiyməti 3200 manat təşkil edir. Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392-393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏTETDİ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 15 iyul 2022-ci il tarixli, 2(060)-3684/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-2054/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2054/2022
05.10.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver