Məhkəmə qərarları › İş №2(105)-2062/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2062/2023

26.10.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2062/2023 26.10.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Fuad Əli oğlu və X1 ibarət tərkibdə, İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər "xxxx" MTK-ya və Cavabdeh2 qarşı “MTK-nın dövri fəaliyyəti, maliyyə-təsərrüfat fəaliyyəti, gəlir və xərcləri barədə məlumat verilməsi, MTK-nın ümumi yığıncağının çağırılması vəzifəsinin cavabdehlərin üzərinə qoyulması” tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 07 sentyabr 2023-cü il tarixli, 2(012)-4066/2023 nömrəli qərardadından İddiaçı1 tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı2 və İddiaçı1 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, MTK-nın dövri fəaliyyəti, maliyyə-təsərrüfat fəaliyyəti, gəlir və xərcləri barədə məlumat verilməsi, MTK-nın ümumi yığıncağının çağırılması vəzifəsinin cavabdehlərin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Cavabdeh "xxxx" MTK-nın nümayəndəsi və vəkili X2 məhkəməyə ərizə göndərərək, mülki işin baxılması üçün məhkəmə aidiyyəti üzrə Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Cavabdeh "xxxx" MTK-nın nümayəndəsi və vəkili X2 ərizəni onunla əsaslandırmışdır ki, iddia tələbindən də göründüyü kimi iddianın predmeti sahibkarlıq fəaliyyəti ilə məşğul olan subyektlər arasında olan korporativ tələblərlə bağlıdır. İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair 18 sentyabr 2020-ci il tarixli Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenum Qərarının icrası üzrə məhkəmə aidiyyətinin müəyyən edilməsi meyarları və onların xüsusiyyətlərini, habelə bu meyarlar üzrə yoxlanılma ardıcıllığını əks etdirən cədvəldə göstərilmişdir ki, kommersiya hüquqi şəxsləri ilə bağlı korporativ tələblərə (təsisçiləri, üzvləri, iştirakçıları, idarəetmə orqanının nümayəndələri arasında və onlarla hüquqi şəxs arasında hüquqi şəxsin fəaliyyətindən irəli gələn tələblərə) mübahisə tərəflərinin subyekt tərkibindən asılı olmayaraq kommersiya məhkəmələri baxır. Habelə qərarda qeyd olunmuşdur ki, məhkəmələrə izah edilir ki, işlərin məhkəmə aidiyyətinin müəyyənləşdirilməsi zamanı konkret kateqoriya işlər üzrə mübahisə predmetinə əsasən müstəsna məhkəmə aidiyyətinin müəyyən edilməsinin mümkünlüyü də nəzərə alınmalıdır. Belə ki, bir sıra kateqoriya işlərin xüsusiyyətləri hüquq münasibətinin xarakteri baxımından bu və ya digər formada işin ümumi və yaxud kommersiya məhkəməsinə aidiyyətini birbaşa olaraq müəyyənləşdirməyə imkan verir. Məsələn, ailə-nikah, mənzil, əmək, vərəsəlik, renta, istehlak münasibətlərindən, habelə müəllifliklə bağlı qeyri-əmlak hüquqlarının həyata keçirilməsi, oyun və mərclərin keçirilməsindən irəli gələn mübahisələrin xüsusiyyəti tərəflərin sahibkarlıq fəaliyyətindən irəli gəlməsini istisna etməklə, onları müstəsna qaydada ümumi məhkəməyə aid edir. Eyni zamanda məhkəmələrə izah edilir ki, MPM-in 26.2-ci maddəsində kommersiya məhkəmələrinin müstəsna baxış predmetinə aid edilmiş həmin Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş “Bankın öhdəliklərinin könüllü restrukturizasiyası haqqında” işlərin xarakteri özü-özlüyündə yalnız sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsini diktə edir. Eyni yanaşma müflisləşmə, sənaye mülkiyyəti obyektlərinin (əmtəə nişanı, çoğrafı göstərici, ixtira, faydalı model və sənaye nümunəsi) istifadəsi və müdafiəsi ilə bağlı (şəxsi hüquqların müdafiəsinə dair tələblər istisna olmaqla), habelə kommersiya hüquqi şəxsləri ilə bağlı korporativ tələblər (təsisçilər, üzvlər, iştirakçılar, hüquqi şəxsin nizamnaməsi ilə müəyyən edilən idarəetmə orqanlarının nümayəndələri arasında və ya onlarla hüquqi şəxs arasında olan hüquqi şəxsin fəaliyyətindən, o cümlədən hüquqi şəxsin yaradılmasından, yenidən təşkil olunmasından, ləğv edilməsindən, idarə olunmasından, eləcə də səhmlərin, təsis və iştirak paylarının alqı-satqısından ibarət tələblər) üzrə işlərə də aid edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Konstitusiyanın bu maddəsinə uyğun olaraq məhkəmə aidiyyəti dəqiq müəyyən edilməli və bu norma məhkəmə vasitəsindən istifadə edən subyektlər üçün aydın olmalıdır. Məhkəmə aidiyyatının dəqiq müəyyən edilməsi hər kəsin hüquq və azadlıqlarının məhkəmə təminatı hüququnun səmərəli həyata keçirilməsinə zəmin yaradır. Abşeron Rayon Məhkəməsinin 07 sentyabr 2023-cü il tarixli, 2(012)-4066/2023 nömrəli qərardadı ilə iddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər "xxxx" MTK-ya və Cavabdeh2 qarşı “MTK-nın dövri fəaliyyəti, maliyyə-təsərrüfat fəaliyyəti, gəlir və xərcləri barədə məlumat verilməsi, MTK-nın ümumi yığıncağının çağırılması vəzifəsinin cavabdehlərin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işin baxılması üçün aidiyyəti üzrə Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakim Elman Məmmədov). Qərardaddan narazı qalan İddiaçı1 nümayəndəsi və vəkili Nümayəndə şikayət verərək, Abşeron Rayon Məhkəməsinin 07 sentyabr 2023-cü il tarixli, e-2(012)-4066/2023 saylı qərardadının ləğv edilməsi və iddia ərizəsinin Abşeron Rayon Məhkəməsinin icraatına qəbul edilərək, işə mahiyyəti üzrə baxılmasının davam etdirilməsinə dair qərardad qəbul edilməsi, əks təqdirdə bu şikayətin baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. İddiaçı1 nümayəndəsi və vəkili Nümayəndə şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə tərəfindən verdikləri iddia ərizəsinə mahiyyəti üzrə baxılaraq, iddia tələblərinə müvafiq hüquqi qiymət verilməli idi. Lakin məhkəmə tərəfindən əsassız olaraq verdikləri iddia ərizəsi aidiyyatı üzrə Sumqayıt Kommersiya Məhkəməsinə göndərilmişdir. Hesab edir ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qərardadla həm də “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin (Ədalətli məhkəmə araşdırılması hüququ) tələbləri pozulmuşdur. Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən qeyd olunan prosessual normaların tələbləri pozulmuş, əsassız olaraq tərəflərindən verilmiş iddia ərizəsi aidiyyatı üzrə kommersiya məhkəməsinə göndərilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticənin əsassız olması aşağıdakılarla müəyyən edilir. Məhkəməyə verdikləri iddia ərizəsindən də göründüyü kimi onlar məhkəmədən Cavabdeh1 MTK-nin təsisçisi olaraq MTK-nin dövri fəaliyyəti, eləcə də maliyyə-təsərrüfat fəaliyyəti, gəlir və xərcləri barədə onlara müvafiq məlumat verilməsi, həmçinin MTK-nın ümumi yığıncağının çağırılması vəzifəsinin cavabdehlərin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Göründüyü kimi irəli sürdükləri tələblər onların bilavasitə sahibkarlıq fəaliyyəti ilə bağlı deyil, sırf mülki hüquqlarının müdafiəsi ilə bağlıdır. Qeyd olunanlara əsasən məhkəmənin gəldiyi nəticəni əsassız hesab edir. Abşeron Rayon Məhkəməsinin 27 sentyabr 2023-cü il tarixli, 2(012)-4066/2023 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin 2(012)- 4066/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmış, İddiaçı1 nümayəndəsi və vəkili Nümayəndə şikayəti baxılması üçün mülki işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakim Elman Məmmədov). Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən yazılı icraat qaydasında şikayətə baxılmasının mümkünlüyü barədə MPM-nin 263, 264, 366.3-cü maddələri rəhbər tutularaq qərardad qəbul edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 26.1-ci maddəsinə görə isə, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Həmin Məcəllənin 26.2-ci maddəsinə əsasən, kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. Həmin Məcəllənin 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair 18 sentyabr 2020-ci il tarixli Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenum Qərarının icrası üzrə məhkəmə aidiyyətinin müəyyən edilməsi meyarları və onların xüsusiyyətlərini, habelə bu meyarlar üzrə yoxlanılma ardıcıllığını əks etdirən cədvəldə göstərilmişdir ki, kommersiya hüquqi şəxsləri ilə bağlı korporativ tələblərə (təsisçiləri, üzvləri, iştirakçıları, idarəetmə orqanının nümayəndələri arasında və onlarla hüquqi şəxs arasında hüquqi şəxsin fəaliyyətindən irəli gələn tələblərə) mübahisə tərəflərinin subyekt tərkibindən asılı olmayaraq kommersiya məhkəmələri baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu həmin qərarda eyni zamanda məhkəmələrə izah edilir ki, MPM-in 26.2-ci maddəsində kommersiya məhkəmələrinin müstəsna baxış predmetinə aid edilmiş həmin Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş “Bankın öhdəliklərinin könüllü restrukturizasiyası haqqında” işlərin xarakteri özüözlüyündə yalnız sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsini diktə edir. Eyni yanaşma müflisləşmə, sənaye mülkiyyəti obyektlərinin (əmtəə nişanı, çoğrafı göstərici, ixtira, faydalı model və sənaye nümunəsi) istifadəsi və müdafiəsi ilə bağlı (şəxsi hüquqların müdafiəsinə dair tələblər istisna olmaqla), habelə kommersiya hüquqi şəxsləri ilə bağlı korporativ tələblər (təsisçilər, üzvlər, iştirakçılar, hüquqi şəxsin nizamnaməsi ilə müəyyən edilən idarəetmə orqanlarının nümayəndələri arasında və ya onlarla hüquqi şəxs arasında olan hüquqi şəxsin fəaliyyətindən, o cümlədən hüquqi şəxsin yaradılmasından, yenidən təşkil olunmasından, ləğv edilməsindən, idarə olunmasından, eləcə də səhmlərin, təsis və iştirak paylarının alqı-satqısından ibarət tələblər) üzrə işlərə də aid edilməlidir. Qanunvericiliyin yuxarıda şərh edilən müddəalarından müəyyən olunur ki, kommersiya hüquqi şəxsləri ilə bağlı korporativ tələblərə (təsisçiləri, üzvləri, iştirakçıları, idarəetmə orqanının nümayəndələri arasında və onlarla hüquqi şəxs arasında hüquqi şəxsin fəaliyyətindən irəli gələn tələblərə) mübahisə tərəflərinin subyekt tərkibindən asılı olmayaraq işə kommersiya məhkəmələrində baxılmalıdır. İddia tələbindən də göründüyü kimi iddiaçılar iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, MTK-nın dövri fəaliyyəti, maliyyə-təsərrüfat fəaliyyəti, gəlir və xərcləri barədə məlumat verilməsi, MTK-nın ümumi yığıncağının çağırılması vəzifəsinin cavabdehlərin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, iddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər "xxxx" MTK-ya və Cavabdeh2 qarşı “MTK-nın dövri fəaliyyəti, maliyyə-təsərrüfat fəaliyyəti, gəlir və xərcləri barədə məlumat verilməsi, MTK-nın ümumi yığıncağının çağırılması vəzifəsinin cavabdehlərin üzərinə qoyulması” tələbinə dair mülki işin məhkəmə aidiyyəti üzrə baxılması üçün kommersiya məhkəməsinə göndərilməsi qanuni və əsaslı olmuşdur. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının dəlilləri əsassızdır, birinci instansiya məhkəməsi mülki işi məhkəmə aidiyyəti üzrə baxılması üçün kommersiya məhkəməsinə göndərilməsi barədə mahiyyətcə düzgün qərardad çıxarmışdır. Ona görə də şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Azərbaycan Respublikası MPM-nin 398.0.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 395-396, 397.2, 398, 400 və 402.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər "xxxx" MTK-ya və Cavabdeh2 qarşı “MTK-nın dövri fəaliyyəti, maliyyə-təsərrüfat fəaliyyəti, gəlir və xərcləri barədə məlumat verilməsi, MTK-nın ümumi yığıncağının çağırılması vəzifəsinin cavabdehlərin üzərinə qoyulması” tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 07 sentyabr 2023-cü il tarixli, 2(012)-4066/2023 nömrəli qərardadından İddiaçı1 tərəfindən verilmiş şikayət təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 07 sentyabr 2023-cü il tarixli, 2(012)-4066/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar