Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2095/2021 14.09.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı, onun vəkili X5 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı 12 mart 2021-ci il tarixli icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarının ləğv edilməsi və Cavabdehnun adına verilmiş 12.11.2019-cu il tarixli çıxarışın ləğv edilməsi tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 15 aprel 2021-ci il tarixli, 2(067)- 957/2021 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehnun adına verilmiş 12.11.2019-cu il tarixli çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 05 aprel 2021-ci il tarixdə iddiaçı iddia tələbinin həcmini artıraraq 12 mart 2021-ci il tarixli icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarının ləğv edilməsi və Cavabdehnun adına verilmiş 12.11.2019-cu il tarixli çıxarışın ləğv edilməsini xahiş etmişdir. Xaçmaz Rayon Məhkəməsinin 15 aprel 2021-ci il tarixli, 2(067)-957/2021 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Xaçmaz rayon İcra və Probasiya şöbəsinin 12 mart 2021-ci il tarixli “icra sənədi üzrə icraata xitam verilməsi barədə” qərarın ləğv edilməsi, Cavabdehnun adına verilmiş 12.11.2019-cu il tarixli çıxarışın (Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin **********79 reyestr nömrəli dövlət qeydi) ləğv edilməsi, iddia ərizəsi verilərkən iddiaçı tərəfindən ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir (hakim Sərxan Səmədzadə). Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək Xaçmaz Rayon Məhkəməsinin 15 aprel 2021-ci il tarixli, 2(067)-957/2021 saylı qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmənin iş üzrə çıxardığı qətnamə qanunsuz və əsassızdır, aşağıdakı göstərilən səbəblərə görə ləğv edilməlidir. Belə ki, iş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin **********79 reyestr nömrəli dövlət qeydinə əsasən Xaçmaz rayonu Şıxlar kəndində yerləşən 0,10 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə 12.11.2019-cu il tarixdə Cavabdeh məxsusdur. Torpaq sahəsinin sənədləşdirilməsinə əsas AR Sumqayıt Apellyasiya Məhkəməsinin 8(105)-185/2018 saylı qətnaməsi olmuşdur. İş materiallarında olan Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Zamiq İsayevin 07 yanvar 2020-ci il tarixli qərarının surətindən görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-3508 saylı 11.10.2018-ci il tarixli icra sənədi qismən icra olunaraq məhkəməyə qaytarılmışdır. İş materiallarında olan tələbkar Cavabdehnun ərizəsinin surətindən görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 01 iyun 2020-ci il tarixli 8(105)-76\2020 saylı qərardadın surətindən görünür ki, borclular X2 və İddiaçı ərizəsi təmin edilmiş, Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin 07 yanvar 2020-ci il tarixli qərarı ləğv edilmişdir. İş materiallarında olan Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin 07 yanvar 2020-ci il tarixli qərarının surətindən görünür ki, icra sənədi üzrə tələbkar Cavabdeh ərizə ilə Şöbəyə müraciət edərək icra sənədi üzrə tələbin təmin edildiyini bildirmişdir. Digər tələbkar X6 isə ərizə ilə şöbəyə müraciət edərək icra sənədində göstərilmiş tələbdən imtina etdiyini bildirdiyi üçün qeyd olunan icra sənədinin icrasına “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 20.1.5-ci maddəsinə əsasən Sumqayıt Apellyasiya Məhkəməsinin 8(105)- 76/2020 saylı 29.07.2020-ci il tarixli icra sənədi üzrə icraata xitam verilmişdir. Göründüyü kimi, qeyd olunan normada icra sənədinin xitam olunması əsasları sadalanmışdır. İcra məmuru qanunun normalarını kobud şəkildə pozmuşdur. Belə ki, iş materiallarından müəyyən olunur ki, Cavabdeh DƏDRX tərəfindən 0.10 ha torpaq sahəsinə olan mülkiyyət hüququnu təsdiq edən sənəd Sumqayıt Apellyasiya Məhkəməsinin 8(105)-185/2018 saylı qərardadı əsasında verilmiş icra sənədi əsasında verilmişdir və Cavabdeh 0,10 ha torpaq sahəsini əldə etdiyindən icra işinə xitam verilməsini xahiş etmişdir. Bununla bağlı icra məmuru 07 yanvar 2020-ci il tarixdə icra sənədi üzrə icraata xitam versə də, qeyd olunan qərar məhkəmə qaydasında mübahisələndirilmiş və qətnamənin təsviri hissəsində göstərilən Sumqayıt Apellyasiya Məhkəməsinin 01 iyun 2020-ci il tarixli 8(1050-76/2020 saylı qərardadı ilə ləğv edilmişdir. Yəni faktiki olaraq, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin **********79 reyestr nömrəli dövlət qeydinin aparılmasına əsas verən hüquq müəyyənedici sənəd qismində çıxış edən icra vərəqəsinin ləğv olunması, Daşınmaz əmlakın Dövlət Reyestri Xidmətinin **********79 reyestr nömrəli dövlət qeydinin ləğv olunması üçün əsasdır. Buna baxmayaraq, icra məmuru Sumqayıt Apellyasiya Məhkəməsinin 8(1050-76/2020 saylı 29.07.2020-ci il tarixli qanuni qüvvəyə minmiş qərardadını nəinki icra etməmiş, ona məhəl qoymayaraq məhkəmə tərəfindən xitam olunmuş icra işinə, heç bir hərəkət görməyərək, məhkəmə qərardadını icra etməyərək, yenidən qanunsuz əsaslara istinadən Sumqayıt Apellyasiya Məhkəməsinin 8(105)-76/2020 saylı 29.07.2020-ci il tarixli qərardadı əsasında verilmiş icra sənədinə xitam vermişdir. İddiaçının iddia ərizəsinə rəsmi etiraz ərizəsi ilə məhkəməyə müraicət edərək bildirmişdir ki, T.Z. Mustafayev in “iddia tələbinin həcminin artırılmasına dair” ərizəsi qəbul edilməməlidir. “Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.5-ci maddəsinin həmin Məcəllənin 155,156 və 372.4 -cü maddələri ilə müqayisəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 avqust 2012 -ci il tarixli Qərarında qeyd olunur ki,MPM- in 53cü maddəsinə əsasən iddiaçı iddianın əsasını və ya predmetini dəyişməyə haqlıdır. Bu maddənin mənasına görə eyni zamanda həm iddianın predmetini, həm də əsasını dəyişdirmək olmaz. İddianın bu ünsürlərindən yalnız biri dəyişdirilə bilər. İddianın predmetinin və əsasının eyni zamanda dəyişdirilməsi ona görə yolverilməzdir ki, iddianın belə dəyişdirilməsi artıq tammilə yeni iddianın olmasını göstərir, İddiaçı ərizə ilə həm iddianın predmetini, həm də əsasını dəyişdirmiş olur. Çıxarışın ləğvi və icra sənədi üzrə üzrə icraata xitam verilməsi barədə qərarın ləğvi ayrı-ayrı iddialardır. Həmçinin “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 10 oktyabr 2017-ci il tarixli qərarına görə “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.5-ci maddəsinə görə, tərəflər icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarından icra sənədini vermiş məhkəməyə şikayət verə bilərlər. Hazırda Xaçmaz rayon icra və Probasiya Şöbəsinin 12.03.2021-ci il tarixli qərarı ilə icraatına xitam verilmiş icra sənədi Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən veriolmişdir. İşə baxan məhkəmə etiraz ərizəsində göstərdiklərinə qiymət verməmişç, məhkəmədə verdiyi izahatını bir cümlə ilə əks etdirməklə kifayətlənmişdir. Məhkəmə iddia tələbinin çıxaırşın ləğvinə dair hissəsini onunla əsaslandırmışdır ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 01.06.2020-ci il tarixli, 8(105)76/2020 saylı qərardadı ilə icra sənədi ləğv edilmişdir. Məhkəmə qərardadın məzmunun səhv başa düşərək belə bir fikir irəli sürmüşdür ki, çıxarışın verilməsinə əsaəsn olan hüquqmüəyyənedici sənəd qismində çıxış edən icra vərəqəsi ləğv edilmişdir. Bu əsasla da hesab etmişdir ki, çıxaırş ləğv edilməlidir. Sumqayıt Apellyasiya Məhkəməsinin iş üzrə verdiyi 8(105)-185/2018 saylı icra sənədi deyil, həmin icra sənədinin icrasının başa çatdırılması ilə əlaqədar Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə 07 yanvar 2020-ci il tarixli qərarı ləgv edilmişdir. İşə baxmış məhkəmə apellyasiya məhkəməsinin qərardadını yanlış başa düşərək, elə hesab etmişdir ki, həmin qərardadla guya icra vərəqəsi ləgv edilmişdir. Onu da qeyd edir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 8(105)-185/2018 saylı 08 oktyabr 2018-ci il tarixli icra sənədinin icrası ilə bağlı 31 oktyabr 2019-cu il tarixdə icra məmuru Zamiq İsayev, DƏDRX-nın 5 saylı Ərazi İdarəsinin və Kadastr və Ünvan Reyestr Xidmətinin nümayəndələri mübahisəli ərazidə olaraq müvafiq ölçmə cihazları ilə ona qaytarılmalı 0,10 ha torpaq sahəsinin koordinatlarını yerində müəyyən edərək, ona təhkim etmişlər. Həmin vaxt orada borclu tərəfinin qardaşı Sədədxan Mustafayev onunla dava edərək, üzərinə hücum çəkmiş və yumruqla onu vurmuşdur. Bütün bunlar 31 oktyabr 2019-cu il tarixdə Xaçmaz rayonu, Şıxlar kəndində tərtib edilmiş aktda öz təsdiqini tapmışdır. Yəni ona təhkim edilmiş 0,10 ha torpaq sahəsi İddiaçı iddia ərizəsində göstərildiyi kimi Xaçmaz rayon İcra və Probasiya Şöbəsi tərəfindən heç bir texniki ölçmə avadanlığının köməyi olmadan ayaq addımları ilə ölçərək verilməmiş, yuxarıda qeyd etdiyi kimi səlahiyyətli orqanların nümayəndələrinin müvafiq ölçmə cihazları vasitəsilə koordinatları yerində müəyyən edilərək ona təhkim edilmiş və 12 noyabr 2019-cu il tarixdə də ona 0,10 ha torpaq sahəsinə dair DƏDRX-nm 5 saylı Xaçmaz Ərazi İdarəsindən çıxarış verilmişdir. İşə baxmış məhkəmə qanunvericiliyin tələblərini kobud şəkildə pozaraq, heç bir araşdırma aparmadan qanuni əsaslarla adına verilmiş çıxarışın ləgv edilməsi və səlahiyyətlərini aşaraq icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarının ləgv edilməsi barədə qətnamə qəbul etmişdir. Odur ki, İş üzrə Xaçmaz Rayon Məhkəməsinin 2(067)-957 /2021 saylı 15 aprel 2021-cu il tarixli qətnaməsini ləğv edib yerində İddiaçı ona qarşı çıxarışın və icra sənədi üzrə icraata xitam barədə qərarın ləgv edilməsi tələbinə dair iddiasının təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək göstərdi ki. ona Xaçmaz rayonu Aqrar İslahat komissiyasının 17 dekabr 1997-ci il tarixli 16 saylı qərarı ilə rayonun Şıxlar kəndində 1.72 ha torpaq sahəsinə JH-0077, KOD 30214088 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı verilmiş və bunun əsasında da Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 5 saylı Ərazi İdarəsi tərəfindən yerində, yəni naturada koordinatları göstərilməklə 18.04.2016-cı il tarixli seriya RX № ******* saylı çıxarış verilmişdir. Həmin torpaq sahəsindən 25 ilə yaxındır ki istifadə edir. Azərbaycan Respublikasının Apellyasiya Məhkəməsinin 24 dekabr 2004-cü tarixli qətnaməsi ilə İddiaçı və X1 hər birindən 0.10 ha torpaq sahəsi alınaraq Cavabdeh və X3 verilməsi barədə iddiaları təmin olunmuşdur. Həmin qətnamə icra edilməsi üçün Xaçmaz rayon İcra Şöbəsinə göndərilmişdir. Qətnamənin icrası icra məmuru Zamiq İsayevə həvalə olunmuşdur. Həmin işlə ilə bağlı icra məmuru Zamiq İsayev icra vərəqini icra etmək üçün müxtəlif vaxtlarda həmin ərazidə olsa da, torpaq sahəsini naturada yerini müəyyən etmək mümkün olmamış və bu barədə 16.06.2016-cı il və 27.04.2017-ci il tarixlərdə aktlar tərtib etmişdir. Bununla bağlı dəfələrlə DƏDRX-ə və Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestr Xidmətinə müraciət edilmiş və həmin dövlət orqanları da sənədlə naturadakı vəziyyətin uyğunsuzluğunu bildirmişlər. Bu səbəbdən də icraya xitam verilmiş və icra vərəqəsi icrası mümkün olmadığından 13 iyun 2017-ci il tarixində “İcra haqqında” Azərbaycan Respublikasının qanununun 70.4-cü maddəsinə əsasən məhkəməyə qaytarılmışdır. Buna baxmayaraq Xaçmaz Rayon İcra Şöbəsinin 13 iyun 2017-ci il tarixli qərarından tələbkar Cavabdeh Bakı Apellyasiya Məhkəməsinə müraciət edərək həmin qərarın ləğv edilməsini və icra tədbirlərinin davam etdirilməsi üçün Xaçmaz Rayon İcra Şöbəsinə göndərilməsi baradə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi şikayəti yurisdiksiya üzrə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasın 8(105)-185/2018 saylı, 08 oktyabr 2018-ci il tarixli qərardadı ilə tələbkarın şikayəti təmin olunmuş və Xaçmaz Rayon İcra Şöbəsinin 13 iyun 2017-ci il tarixli qərarı ləğv edilərək icra sənədi icra tədbirlərinin davam etdirilməsi üçün Xaçmaz Rayon İcra Şöbəsinə göndərilmişdir. Həmin qərarın icrası ilə əlaqədar icra məmuru dəfələrlə icra yerində olmuşdur. Lakin qətnamədə göstərilən torpaq sahəsinin yerini və naturada koordinatlarını müəyyən edə bilmədiyi üçün bir daha 30.01.2019-cu il, 07.03.2019-cu il, 27.09.2019 və 21.10.2019-cu il tarixlərində Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-i və Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestr Xidmətinin mütəxəssislərinin iştirakı ilə aktlar tərtib olunmuşdur. Buna baxmayaraq naməlum səbəbdən 31.10.2019-cı il tarixində Xaçmaz Rayon İcra və Probasiya şöbəsi heç bir texniki ölçmə avadanlığının köməyi olmadan ayaq addımları ilə ölçərək onun çıxarışla xüsusi mülkiyyətində olan torpaq sahəsini zorla qarşı tərəfə vermişlər. Qətnamə icra olunduqdan sonra tələbkar Cavabdehnun adına qeydiyyat tarixi 12.11.2019- cu il olan 0.10 ha torpaq sahəsinə Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsi tərəfindən çıxarış verilmişdir. Tələbkara çıxarış verildikdən 56 gün sonra icra məmuru tərəfindən 07.01.2020-ci il tarixdə tələb icra olunduğuna görə icraata xitam verilməsi barədə qərar qəbul edilmişdir. Qərar düzgün icra olunmadığına görə, yəni qeyd edilən torpaq sahəsi naturada mövcud olmadığından Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin 07.01.2020-ci il tarixli icra qərarının ləğv olunması barədə icra sənədini vermiş Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət ərizəsi ilə müraciət etmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 8(105)-76/2020 saylı 01 iyun 2020-ci il tarixli qərarı ilə Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin 07 yanvar 2020-ci il tarixli qərarı ləğv edilmişdir. Məhkəmə qərarı ləğv edərkən onu əsaslanmışdır ki, mübahisəli torpaqla bağlı qətnamənin 2004-cü ildən olmasına baxmayaraq qeyd edilən ərazinin mövcud olmaması həmin qətnamənin icrasını mümkünsüz etmişdir. Bu hal müxtəlif vaxtlarda aidiyyatı orqanlar tərəfindən verilmiş arayışlarla təsdiq edilmişdir. Tərəflər arasında torpaq sahəsinin koordinatları ilə bağlı mübahisə mövcuddur. İcra məmuru 0.10 ha torpaq sahəsini hansı koordinatlara əsasən məhz həmin yerdən alınıb tələbkara verilməsinin qanuni əsasları icra işinin materiallarında öz əksini tapmamışdır. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməməsini, Xaçmaz Rayon Məhkəməsinin 15 aprel 2021-ci il tarixli, 2(067)-957/2021 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Məhkəmə kollegiyasının iclasında İddiaçı vəkili X7 apellyasiya şikayətinə etiraz edib apellyasiya şikayətinin təmin edilməməsini, Xaçmaz Rayon Məhkəməsinin 15 aprel 2021ci il tarixli, 2(067)-957/2021 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 08 oktyabr 2018-ci il tarixli, 8(105)-185/2018 saylı qərardadının surətindən görünür ki, Xaçmaz rayon İcra Şöbəsinin 13 iyun 2017-ci il tarixli qərarı ( icra vərəqəsinin məhkəməyə geri qaytarılması haqqında) ləğv edilmiş və icra sənədi icra tədbirlərinin davam etdirilməsi üçün Xaçmaz rayon icra Şöbəsinə göndərilmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin **********79 reyestr nömrəli dövlət qeydinə əsasən Xaçmaz rayonu, Şıxlar kəndində yerləşən 0,10 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə 12.11.2019-cu il tarixdə Cavabdeh məxsusdur. Torpaq sahəsinin sənədləşdirilməsinə əsas AR Sumqayıt Apellyasiya Məhkəməsinin 8(105)-185/2018 saylı qərardadı olmuşdur. İş materiallarında olan Xaçmaz rayon İcra və Probasiya şöbəsinin icra məmuru Zamiq İsayevin 07 yanvar 2020-ci il tarixli qərarın surətindən görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-3508 saylı, 11.10.2018-ci il tarixli icra sənədi qismən icra olunaraq məhkəməyə qaytarılmışdır. İş materiallarında olan tələbkar Cavabdehnun ərizəsinin surətindən görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11.10.2018-ci il tarixli qərardadına əsasən borclular X2 və İddiaçı 0,10 ha torpaq sahəsi alınıb ona verilmiş və icra sənədində göstərilən tələb tam təmin olunduğundan icra sənədinə xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin Məhkəməsinin Mülki Kollegiyasının 01 iyun 2020-ci il tarixli 8(105)-76/2020 saylı qərardadın surətindən görünür ki, borclular X2 və İddiaçı ərizəsi təmin edilmiş, Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin 07 yanvar 2020-ci il tarixli qərarı ləğv edilmişdir. İş materiallarında olan Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin 07 yanvar 2020ci il tarixli qərarının surətindən görünür ki, icra sənədi üzrə tələbkar Cavabdeh ərizə ilə şöbəyə müraciət edərək icra sənədi üzrə tələbin təmin edildiyini bildirmiş, digər tələbkar X6 isə ərizə ilə şöbəyə müraciət edərək icra sənədində göstərilmiş tələbdən imtina etdiyini bildirdiyi üçün qeyd olunan icra sənədinin icrasına “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.5-ci maddəsinə əsasən Sumqayıt Apellyasiya Məhkəməsinin 8(105)-76/2020 saylı 29.07.2020-ci il tarixli icra sənədi üzrə icraata xitam verilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Cavabdeh DƏDRX tərəfindən 0,10 ha torpaq sahəsinə olan mülkiyyət hüququnu təsdiq edən sənəd Sumqayıt Apellyasiya Məhkəməsinin Məhkəməsinin Mülki Kollegiyasının 8(105)-185/2018 saylı qərardadına əsasən verilmiş icra sənədi əsasında verilmiş, Cavabdeh 0,10 ha torpaq sahəsini əldə etdiyindən icra işinə xitam verilməsini xahiş etmiş, bununla bağlı icra məmuru 07 yanvar 2020-ci il tarixdə icra sənədi üzrə icraata xitam versə də, qeyd olunan qərar məhkəmə qaydasında mübahisələndirilmiş və qətnamənin təsviri hissəsində göstərilən Sumqayıt Apellyasiya Məhkəməsinin 01 iyun 2020-ci il tarixli, 8(105)-76/2020 saylı qərardadı ilə ləğv edilmişdir. Yəni faktiki olaraq, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin **********79 reyestr nömrəli dövlət qeydinin aparılmasına əsas verən hüquqmüəyyənedici sənəd qismində çıxış edən icra vərəqəsinin ləğv olunması, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin **********79 reyestr nömrəli dövlət qeydinin ləğv olunması üçün əsasdır. Buna baxmayaraq, icra məmuru Sumqayıt Apellyasiya Məhkəməsinin 8(105)-76/2020 saylı, 29.07.2020-ci il tarixli qanuni qüvvəyə minmiş qərardadını nəinki icra etməmiş, ona məhəl qoymayaraq məhkəmə tərəfindən xitam olunmuş icra işinə, heç bir hərəkət görməyərək, məhkəmə qərardadını icra etməyərək, yenidən eyni qanunsuz əsaslara istinadən Sumqayıt Apellyasiya Məhkəməsinin 8(105)76/2020 saylı, 29.07.2020-ci il tarixli qərardadın əsasında verilmiş icra sənədinə xitam vermişdir. Birinci instansiya məhkəməsi qeyd edilənlərə əsasən iddia tələbini təmin etmiş, gəldiyi nəticəni də Azərbaycan Respublikası “İcra haqqında” Qanunun 20.1-ci maddəsinə istinad edərək əsaslandırmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır. Belə ki, iş materiallarından görünür ki, iddiaçı Cavabdehnun adına Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 12.11.2019-cu il tarixli çıxarışın ləğv edilməsini xahiş etmişdir. Yəni, hazırkı tələb çıxarışın ləğv edilməsi və inzibati aktın qəbulu ilə bağlı tələb olduğundan həmin tələbə inzibati icraatda baxılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 25.1-ci maddəsinə əsasən mülki məhkəmə icraatı qaydasında mülki, ailə, əmək, mənzil, torpaq münasibətləri, təbii ehtiyatlardan istifadə olunması və ya ətraf mühitin qorunması, vergi və digər münasibətlərdən əmələ gələn mübahisələr üzrə tərəflərdən heç olmasa biri fiziki şəxsdirsə və onun fərdi sahibkar statusu yoxdursa və ya belə statusu olsa da, mübahisə onun sahibkarlıq fəaliyyətini həyata keçirməsi ilə əlaqədar yaranmamışsa, həmin mübahisələr üzrə işlərə ümumi məhkəmələr baxır. İddiaçıl İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdehnun adına verilmiş 12.11.2019-cu il tarixli çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının ləğv olunmasını tələb etdiyi Çıxarışın inzibati orqanın qəbul etdiyi aktdır. Çıxarışın ləğv edilməsi tələbi isə cavabdeh fiziki şəxsə qarşı yönələ bilməz. Həmin tələbə cavab verməli orqan inzibati orqanlardır- hüquqları qeydə alan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.1. və 2.2.2. madddələrinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4No-li qərarının 15.4. bəndinə əsasən inzibati məhkəməyə aid iş səhvən ümumi məhkəmənin icraatına qəbul edilmişdirsə, Mülki Prosessual Məcəlləsinin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Bundan əlavə məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi Xaçmaz rayon İcra və Probasiya şöbəsinin 12 mart 2021-ci il tarixli “icra sənədi üzrə icraata xitam verilməsi barədə” qərar ləğv edilməsi barədə gəldiyi nəticədə də səhvə yol vermişdir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 20.5. maddəsinə əsasən tərəflər və icra sənədini vermiş digər orqan qərarın onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində həmin qərardan müvafiq məhkəməyə şikayət verə bilərlər. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 10 oktyabr 2017-ci il tarixli qərarına görə “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.5-ci maddəsinə görə, tərəflər icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarından icra sənədini vermiş məhkəməyə şikayət verə bilərlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 10 oktyabr 2017-ci il tarixli qərarına əsasən “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.5-ci maddəsinə görə, tərəflər icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarından icra sənədini vermiş məhkəməyə şikayət verə bilərlər. Hazırki işdən görünür ki, icra məmurunun icraata xitam verilməsi barədə qərarı ilə icra sənədinin icrasına “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.5-ci maddəsinə əsasən Sumqayıt Apellyasiya Məhkəməsinin 8(105)-76/2020 saylı 29.07.2020ci il tarixli icra sənədi üzrə icraata xitam verilmişdir. Göründüyü kimi, mübahisələndirilən iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin 8(105)-76/2020 saylı 29.07.2020-ci il tarixli icra sənədidir. Bununla da məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 10 oktyabr 2017-ci il tarixli qərarına uyğun olaraq icra sənədini vermiş məhkəməyə- Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verlməli olduğu halda, Xaçmaz Rayon Məhkəməsinə müraciət etmiş, məhkəmə də öz növbəsində şikayəti icraata qəbul edərək baxmaqla, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.5. maddəsinin tələblərini pozmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1. maddəsinə əsasən işə məhkəmədə baxılmalı deyilsə hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 391-ci maddəsinə əsasən bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmə qətnaməsi ləğv edilməlidir. Həmin Məcəllənin 262.3-cü maddəsinə görə işin məhkəmə orqanlarına aid olmaması nəticəsində və ya bu Məcəllənin 261.0.8-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı hazırki iddia ərizəsində mübahisələndirdiyi çıxarışın ləğvi ilə bağlı müvafiq inzibati məhkəməyə, icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmurunun qərarından da icra sənədini vermiş məhkəməyə müraciət etməlidir. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Xaçmaz Rayon Məhkəməsinin 15 aprel 2021-ci il tarixli, 2(067)-957/2021 saylı qətnaməsi ləğv edilməli, işin icraatına xitam verilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 261-264, 365 və 391-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Apellyasiya şikayəti qismən təmin edilsin. Xaçmaz Rayon Məhkəməsinin 15 aprel 2021-ci il tarixli, 2(067)-957/2021 saylı qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh qarşı 12 mart 2021-ci il tarixli icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarının ləğv edilməsi və Cavabdehnun adına verilmiş 12.11.2019-cu il tarixli çıxarışın ləğv edilməsi tələbinə dair mülki iş üzrə işin icraatına xitam verilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, qərardaddan rəsmi qaydada alındığı gündən 10 gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(105)-2095/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2095/2021
14.09.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver