Məhkəmə qərarları › İş №2(105)-2096/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2096/2022

12.10.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2096/2022 12.10.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə katibi Heyran Mehman qızı Mürsəlovanın katibliyi ilə Şabran Rayon Məhkəməsinin 02 mart 2021-ci il tarixli, 2(031)-37/2021 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏNETDİ: Şabran Rayon Məhkəməsinin 02 mart 2021-ci il tarixli, 2(031)-37/2021 nömrəli qətnaməsi ilə (hakim Çingiz İsgəndərov) İddiaçı Cavabdeh MMC-yə qarşı pul tələbinə dair iddiası təmin edilməmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 23 dekabr 2021-ci il tarixli, 2(105)-1783/2021 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Şabran Rayon Məhkəməsinin 02 mart 2021-ci il tarixli, 2(031)37/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı qətnamədən kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 25 iyul 2022-ci il tarixli, 2(102)-3888/2022 nömrəli qərarı ilə İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilib, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 23 dekabr 2021ci il tarixli, 2(105)-1783/2021 nömrəli qətnaməsi ləğv edilərək iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır. İŞİNHALLARİ: İddiaçı iddia ərizəsi ilə Şabran Rayon Məhkəməsinə müraciət edib, Cavabdeh MMCdən ona vurulmuş maddi zərərə görə 257.8220 manat məbləğində pul vəsaitinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, onun tərəfindən 2006-cı ildə Cavabdeh MMC X1 adına təsis edilmiş, tərəfindən torpaq sahələri alınmaqla üzüm və meyvə bağları salınmış, 2007-2011-ci illərdə Cəmiyyətə 257.8220 manat sərmayə qoymuş və sərmayə əldə etmək üçün banklara və sahibkarlıq fonduna müraciətlər edilmişdir. Bir neçə ay əvvəl məlum olmuşdur ki, X3 13 oktyabr 2008-ci il tarixli müqavilə əsasında Cəmiyyəti X9, X10, X7 və X4 hər birinə ¼ hissələrlə satmış, sonuncular da 17 avqust 2011-ci il tarixdə X5 ilə müqavilə bağlayaraq Cəmiyyətin nizamnamə kapitalında maya miqdarının 50 faizini ona satmışlar. Hazırda Cəmiyyətdəki fəaliyyətindən kənarlaşdırılmış və MMC-nin qanunsuz hərəkətləri nəticəsində ona maddi zərər dəymişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYAŞİKAYƏTİNİNDƏLİLLƏRİVƏ PROSESİŞTİRAKÇİLARİNİNİZAHATİ: İddiaçı apellaysiya şikayəti və ona əlavə verərək Şabran Rayon Məhkəməsinin 02 mart 2021-ci il tarixli qətnaməsinin ləğv edilib, iddianın təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi tərəflərə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə kollegiyası tərəflərin iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. HÜQUQİMƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Belə ki, iş materiallarında olan Cavabdeh MMC-nin nizamnaməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hüquqi şəxslərin dövlət qeydiyyatı üzrə Xaçmaz bölgə şöbəsində 30 oktyabr 2006-cı il tarixdə dövlət qeydiyyatına alınmışdır, cəmiyyətin təsisçisi X2r. Cavabdeh MMC-nin cəmiyyətinin təsisçisi C.A.Quliyevin 30 oktyabr 2006-cı il tarixli, 01 saylı əmrinin surətindən görünür ki, İddiaçı Cavabdeh direktoru vəzifəsinə təyin edilmişdir. 13 oktyabr 2008-ci il tarixli müqavilənin surətindən görünür ki, X3 Cavabdeh, nizamnaməsi, şəhadətnaməsi, möhür, ştampı və müəssisəyə aid hüquqlarını (daşınar və daşınmaz əmlak istisna olmaqla) M.Q.Əsədova, H.Q.Qarayeva, S.Q.Abbasova və Z.Q.Məmmədovaya bərabər, hər birinə ¼ hissələrlə satmış, Cavabdehnə görə alıcıların hər birindən 100 manat almaq şərtilə, cəmi 400 manat almışdır. Cavabdeh təsisçilərinin 17 oktyabr 2008-ci il tarixli qərarının surətindən görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hüquqi Şəxslərin dövlət qeydiyyatı şəhadətnamə ilə dövlət qeydiyyatına alınmış Cavabdeh yeni təsisçiləri Xaçmaz rayon 1 saylı DNK-da xx.xx.2008-ci il tarixdə təsdiq olunmuş 3m-3/655 saylı müqaviləyə əsasən X9, X10, X7 və X8 müəyyən edilmişdir. Cəmiyyətin nizamnamə kapitalı dəyişdirilmədən 4 manat saxlanılmış, hər birinin dəyəri 1 manat olmaqla 4 paydan ibarət olmuş və təsisçilərin payları X11-1 pay, 1 manat, 25%, X10, 1 pay, 1 manat, 25%, X7-1 pay, 1 manat, 25%, X8-1 pay, 1 manat, 25% müəyyən olunmuşdur. Cavabdeh təsisçisinin 16 oktyabr 2006-cı il tarixli qərarının surətindən görünür ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq, müxtəlif növ məhsulların istehsalı və realizə edilməsi, xidmətlərin göstərilməsi, işlərin görülməsi, cəmiyyətin fəaliyyətindən gəlirin əldə edilməsi və cəmiyyətin fəaliyyətindən əldə edilən gəlir hesabına cəmiyyətin, işçilərin və təsisçilərin iqtisadi maraqlarının təmin edilməsi məqsədi ilə Cavabdeh təsis edilmiş, cəmiyyətin nizamnaməsi təsdiq edilmiş, cəmiyyətin nizamnamə kapitalı 4 AZN həcmində müəyyən edilmiş, cəmiyyətin qanuni təmsilçisi İddiaçı təqdim edilmişdir. Kassa mədaxil orderinin qəbzlərinin surətlərindən görünür ki, İddiaçı tərəfindən müxtəlif məqsədlər üçün 2007-2***-*******0-2011-ci illərdə Cavabdehnə 25782,20 manat ödənilmiş, həmin kassa mədaxil orderinin qəbzlər Cavabdeh möhürü ilə təsdiq edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-mühasibatlıq ekspertizasının 25 sentyabr 2020-ci il tarixli, 9/3197 saylı rəyindən görünür ki, iş materiallarında olan notarius tərəfindən kserosurətləri təsdiq edilmiş kassa mədaxil orderi qəbzləri ciddi mühasibat sənədləri kimi qəbul edildiyi halda İddiaçı Nemətulla oğlu tərəfindən Cavabdehnə ******* manat ödəniş edilməsi müəyyən edilir. İş materiallarında olan qəbzlərin surətlərindən görünür ki, Cavabdeh tərəfindən "xxxx" ASC-nin hesabına 08 oktyabr 2007-ci il tarixdə 14947 manat, 09 oktyabr 2007-ci ildə 470 manat, 26 dekabr 2007-ci ildə 2153.23 manat, 04 aprel 2008-ci il tarixdə 2954.43 manat, 08 iyul 2008-ci il tarixdə 5508.25 manat, 13 may 2008-ci il tarixdə 13120 manat və 200 manat, 09 iyun 2008-ci il tarixdə 2900 manat və 50 manat, 25 sentyabr 2008-ci il tarixdə 5608.40 manat, 19 mart 2009-cu il tarixdə 4000 manat, 22 iyun 2009-cu il tarixdə 2202.20 manat, 09 iyun 2009-cu il tarixdə 4008.00 manat ödəniş olunmuşdur. İş materiallarında olan rəsmi statistik hesabatlardan görünür ki, Cavabdeh tərəfindən 2008-ci ildə 238 ha dənli bitkilər əkilmiş, 29.28 ha bağ salınmışdır, dənli bitkilərə görə həmin ildə 3450 kq məhsul əldə etmişdir. 2009-cu ildə 128 ha dənli bitkilər əkilmiş, 84 ha bağ sahəsi əkilmişdir, dənli bitkilərə görə həmin ildə 2420 kq məhsul əldə edilmişdir, 2011-ci ildə 182 ha dənli bitkilər əkilmiş, 196.5 ha yeni bağlar salınmışdır, dənli bitkilərə görə 5100 kq məhsul əldə edilmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2021-ci il tarixli, 0231 saylı məktubuna əlavə edilmiş 2007-2011-ci illər üzrə bank əməliyyatlarına dair çıxarışların təsdiq olunmuş surətlərindən görünür ki, xx.xx.2007-ci il tarixdən xx.xx.2011-ci il tarixə kimi Cavabdeh MMC-nin hesabına pul ödənilməmişdir. İş materiallarına əlavə edilmiş İddiaçı və Cavabdeh MMC arasında bağlanmış 05 yanvar 2007-ci il tarixli borc müqaviləsindən görünür ki, “Borc verən” İddiaçı “Borc alan” Cavabdeh fəaliyyətinin genişləndirilməsi, o cümlədən əkin üçün torpaqların alınması, əkin üçün yararlı vəziyyətə gətirilməsi və sair tələb olunan digər xərclər üçün ona sərmayə şəkilində borc pul vermiş, “Borc alan” isə həmin məbləğdə borcu 01 yanvar 2020-ci il tarixədək geri qaytarmağı öz öhdəsinə götürmüşdür, “Borc verən” borc vəsaitini müxtəlif hissələrdə və vaxtlarda verəcəkdir, borcun ümumi məbləği 3.000.000 manatadək olacaqdır, borcun verilməsi kassa mədaxil orderləri ilə təsdiq olunacaqdır. Azərbaycan Respublikasının Konstitusiyası Maddə 60.1 Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Maddə 62. Hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. Mülki Prosessual Məcəllə Maddə 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Maddə 26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Maddə 26.2. Kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40- 2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. Maddə 31.1. Aidiyyət qaydalarının pozulmasına yol verilmir. Maddə 31.2. Aidiyyət qaydalarına riayət etməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir. İddiadan müəyyən olunur ki, iddiaçı fiziki şəxs olmaqla, hazırda cavabdeh MMC ilə hüquqi bağlılığı olmasa da, o, əvvəllər həmin Cəmiyyətin direktoru olmuş və tələbini direktor olduğu dövrdə yaramış iddia olunan öhdəliklərin icrası ilə əlaqədar irəli sürmüşdür. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli qərarının 13-ü bəndinin 3-cü cümləsində məhkəmələrə izah olunmuşdur ki, ... Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir. Həmin qərarın 19-cu bəndinə izah edilmişdir ki, MPM-in 26.2-ci maddəsində kommersiya məhkəmələrinin müstəsna baxış predmetinə aid edilmiş həmin Məcəllənin 405ci fəslində nəzərdə tutulmuş “Bankın öhdəliklərinin könüllü restrukturizasiyası haqqında” işlərin xarakteri özü-özlüyündə yalnız sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsini diktə edir. Eyni yanaşma müflisləşmə, sənaye mülkiyyəti obyektlərinin (əmtəə nişanı, coğrafi göstərici, ixtira, faydalı model və sənaye nümunəsi) istifadəsi və müdafiəsi ilə bağlı (şəxsi hüquqların müdafiəsinə dair tələblər istisna olmaqla), habelə kommersiya hüquqi şəxsləri ilə bağlı korporativ tələblər üzrə işlərə də aid edilməlidir. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli Qərarının icrası üzrə məhkəmə aidiyyətinin müəyyən edilməsi meyarları və onların xüsusiyyətlərini, habelə bu meyarlar üzrə yoxlanılma ardıcıllığını əks etdirən Cədvəldə göstərilmişdir ki, kommersiya hüquqi şəxsləri ilə bağlı korporativ tələblərə (təsisçiləri, üzvləri, iştirakçıları, idarəetmə orqanının nümayəndələri arasında və onlarla hüquqi şəxs arasında olan hüquqi şəxsin fəaliyyətindən irəli gələn tələblərə) mübahisə tərəflərinin subyekt tərkibindən asılı olmayaraq kommersiya məhkəmələri baxır. Beləliklə müəyyən olunur ki, hazırki iş üzrə iddiaçı cavabdeh hüquqi şəxsin qanuni təmsilçisi olmuş və iddia tələbini hüquqi şəxsin idarə edilməsindən irəli gəlməsi ilə əsaslandırmışdır. Lakin birinci instansiya məhkəməsi tərəfindən mülki prosessual qanunvericiliyin tələbləri pozularaq, hazırki tələblərin hüquqi şəxsin fəaliyyətindən irəli gəlib-gəlməməsinə hüquqi qiymət verilməmiş və son nəticədə işin məhkəmə aidiyyətini Ali Məhkəmənin Plenumunun 18 sentyabr 2020-ci il tarixli qərarında göstərilmiş meyarlar əsasında müəyyən etməmişdir. Halbuki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1, 35.3 və 39.1ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 02 iyun 2021-ci il tarixli qərarında göstərilmişdir ki, Konstitusiyada əsas insan hüquqlarından biri kimi müəyyən edilmiş hüquq və azadlıqların məhkəmə təminatı hüququ, ilk növbədə, qanunla müəyyən edilmiş müvafiq yurisdiksiyalı məhkəmələr tərəfindən işə baxılmasını nəzərdə tutur. Konstitusiyanın 62-ci maddəsinə görə, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Bu normada nəzərdə tutulmuş “qanunla müəyyən edilmiş məhkəmə” müddəası işlərin aidiyyət qaydalarını, qanuni məhkəmə tərkibinin mövcudluğunu və s. subyektiv elementləri ehtiva edir. Konstitusiyanın bu maddəsinə uyğun olaraq məhkəmə aidiyyəti qanunvericiliklə dəqiq müəyyən edilməli və bu norma məhkəmə vasitəsindən istifadə edən subyektlər üçün aydın olmalıdır. Məhkəmə aidiyyətinin qanunla dəqiq müəyyən edilməsi hər kəsin hüquq və azadlıqlarının məhkəmə təminatı hüququnun səmərəli həyata keçirilməsinə zəmanət yaradır. Konstitusiya Məhkəməsinin Plenumu “İcra haqqında Azərbaycan Respublikası Qanununun 87.2-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddələrinin şərh edilməsinə dair” 2012-ci il 4 aprel tarixli Qərarında göstərmişdir ki, məhkəmə aidiyyəti ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsin hüquqlarının və qanuni maraqlarının əsas prosessual təminatlarından biri kimi qəbul olunmalıdır. Məhkəmə aidiyyəti qaydalarının qanunla dəqiq müəyyən edilməməsi məhkəmə və tərəflər qarşısında bu və ya digər işin hansı məhkəmədə baxılması məsələsində qeyrimüəyyənliyə səbəb olmaqla yanaşı, məhkəmə tərəfindən işə ağlabatan müddətdə baxılmasında çətinlik yarana və şəxsin pozulmuş hüquqlarının səmərəli bərpa edilməsi mümkünsüz ola bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi prosessual qanunverciliyin tətbiqində səhvə yol vermiş, məhkəmə aidiyyat qaydalarını pozmaqla səlahiyyətinə aid olmayan iddia tələbinə baxaraq yekun məhkəmə aktı qəbul etmişdir. Azərbaycan Respublikası MPM-nin 384.0.4-cü maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi işə məhkəmə və ya ərazi aidiyyəti qaydalarının pozulması ilə baxıldığını müəyyən etdikdə, qətnaməni ləğv edib, işi aidiyyəti üzrə birinci instansiya məhkəməsinə göndərə bilər. Məhkəmə kollegiyası hesab edir ki, Şabran Rayon Məhkəməsinin 02 mart 2021-ci il tarixli, 2(031)-37/2021 nömrəli qətnaməsi ləğv edilməli və iş məhkəmə aidiyyatı üzrə baxılmaq üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 31.1, 263-264, 384.0.4, 400, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARAALİR: Şabran Rayon Məhkəməsinin 02 mart 2021-ci il tarixli, 2(031)-37/2021 nömrəli qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh MMC-yə qarşı pul tələbinə dair iddia ərizəsi baxılmaq üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan 10 gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar