Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2111/2022 03.10.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Bünyatzadə Məsumə Sahib qızının katibliyi ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə Şabran Rayon Məhkəməsinin 01 avqust 2022-ci il tarixli, 2(031)- 482/2021 saylı qərardadından cavabdeh "xxxx" MMC tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Şabran Rayon Məhkəməsinin 17 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim Ç.İsgəndərov) cavabdeh "xxxx" MMC-dən (VÖEN **********) 9000 (doqquz min) manat məbləğində pulun alınaraq İddiaçı verilməsi qət edilmişdir. Cavabdeh "xxxx" MMC qətnamədən apellyasiya şikayəti vermişdir. Şabran Rayon Məhkəməsinin 11 noyabr 2021-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti imzalanmadığı üçün geri qaytarılması qərara alınmışdır. Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 dekabr 2021-ci il tarixli 2(105)-4034/2021 saylı qərardadına əsasən Şabran Rayon Məhkəməsinin 17 sentyabr 2021-ci il tarixli 2(031)-482/2021 saylı qətnaməsindən cavabdeh "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməklə, mülki iş birinci instansiya məhkəməsinə qaytarılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə yenidən qeyri-mümkün hesab edilərək geri qaytarılması qərara alınmışdır. Şabran Rayon Məhkəməsinin 30 mart 2022-ci il tarixli qərardadı ilə "xxxx" MMC tərəfindən Şabran Rayon Məhkəməsinin 17 sentyabr 2021-ci il tarixli 2(031)-482/2021 saylı qətnaməsindən verilmiş apellyasiya şikayəti ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılması qərara alınmışdır. Cavabdeh "xxxx" MMC apellyasiya şikayətinin verilməsi müddətinin bərpası haqqında ərizə təqdim etmişdir. Şabran Rayon Məhkəməsinin 25 aprel 2022-ci il tarixli qərardadı ilə Şabran Rayon Məhkəməsinin 17 sentyabr 2021-ci il tarixli 2(031)- 482/2021 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün müəyyən edilmiş müddətin buraxılması üzrlü hesab edilməsi qərara alınmışdır. İddiaçı həmin qərardaddan şikayət vermişdir. Şabran Rayon Məhkəməsinin 29 aprel 2022-ci il tarixli qərardadı ilə İddiaçı Şabran Rayon Məhkəməsinin 25 aprel 2022-ci il tarixli 2(031)-482/2021 saylı qərardadının ləğv edilməsi barədə şikayətin əsassız olduğundan təmin edilməməsi, İddiaçı şikayəti mülki işlə birlikdə baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin 01 iyun 2022-ci il tarixli qərardadı ilə İddiaçı şikayətinin qismən təmin edilməsi, Şabran Rayon Məhkəməsinin 25 aprel 2022-ci il tarixli və onunla bağlı 29 aprel 2022-ci il tarixli qərardadlarının ləğv edilməsi, prosessual müddətin bərpasına dair ərizəyə yenidən baxılması üçün mülki iş Şabran rayon məhkəməsinə qaytarılması qərara alınmışdır. Şabran Rayon Məhkəməsinin 14 iyul 2022-ci il tarixli qərardadı ilə "xxxx" MMC-nin Şabran Rayon Məhkəməsinin 17 sentyabr 2021-ci il tarixli 2(031)-482/2021 nömrəli qətnaməsindən apellyasiya şikayətinin verilməsi müddətinin bərpa edilməsi barədə ərizəsi əsassız olduğundan təmin edilməməsi qərara alınmışdır. Cavabdeh "xxxx" MMC həmin qərardaddan şikayət vermişdir. Şabran Rayon Məhkəməsinin 01 avqust 2022-ci il tarixli qərardadı ilə cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi və vəkili Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Vəkil2 Şabran Rayon Məhkəməsinin 2(031)-482/2021 nömrəli mülki işi üzrə "14" iyul 2022-ci il tarixdə qəbul edilmiş qərardaddan verdiyi şikayət və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 268.1-ci maddəsi ilə müəyyən edilmiş müddət keçdikdən sonra verildiyindən, həmin Məcəllənin 130.3-cü maddəsinə əsasən geri qaytarılması qərara alınmışdır. Cavabdeh "xxxx" MMC həm 01 avqust 2022-ci il tarixli qərardadından şikayət vermiş və həm də şikayətin verilməsi üçün müddətinin bərpası haqqında ərizə vermişdir. Şabran Rayon Məhkəməsinin 25 avqust 2022-ci il tarixli qərardadı ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Vəkil2 Şabran Rayon Məhkəməsinin 2(031)-482/2021 nömrəli xx.xx.2022-ci il tarixli qərardadının ləğv edilməsi barədə şikayətinin əsassız olduğundan təmin edilməməsi, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Vəkil2 şikayəti mülki işlə birlikdə Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İŞİN HALLARİ İddiaçı məhkəmədə "xxxx" MMC-yə qarşı iddia qaldıraraq, "xxxx" MMC-dən, diş klinikasının fəaliyyəti (fəaliyyətsizliyi) nəticəsində dəymiş 15000 (on beş min) manat maddi, 5000 (beş min) manat mənəvi zərər, eləcə də 30 manat dövlət rüsumu alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ Cavabdeh "xxxx" MMC Şabran Rayon Məhkəməsinin 01 avqust 2022-ci il tarixli qərardadından şikayət verərək 14 iyul 2022-ci il tarixli qərardadın ləğv edilməsini, cavabdeh "xxxx" MMC tərəfindən Şabran rayon məhkəməsinin 2(031)-482/2021 saylı, 17 sentyabr 2021-ci il tarixli Qətnaməsindən apelyasiya şikayəti verilməsi üçün müəyyən edilmiş müddətin buraxılmasının üzürlü hesab edilməsi və cavabdeh "xxxx"MMC tərəfindən apellyasiya şikayətinin verilməsi müddətinin bərpa edilməsi barədə ərizəsinin təmin edilməsini xahiş etmişdir. Şikayəti onunla əsaslandırmışdır ki, qərardadda qeyd edilən hallar və göstərişlər tamamilə başqa bir mülki işə aiddir və işə heç bir aidiyyəti yoxdur və nə birinci instansiya məhkəməsi, nə də apellyasiya məhkəməsinin müvafiq qərardadlarında konkret və dəqiq olaraq hansı halların araşdırılmaması və konkret və dəqiq olaraq hansı zəruri prosessual hərəkət edilməli olduğu halda, buna riayət edilmədiyi izah edilməmiş və müəyyən edilməmişdir. Cavabdeh tərəf məhkəmənin müəyyən etdiyi texniki səhvi aradan qaldırdıqdan sonra apellyasiya şikayətini və ona əlavə edilən zəruri sənədləri elektron qaydada elektron məhkəmə sisteminə yükləmişdir. Göründüyü kimi, müddətin bərpası barədə ərizə ilə birlikdə bütün zəruri prosessual hərəkətlər edilmişdir. Halbuki, cavabdeh tərəfindən müddətin bərpasına dair ərizədə müddətin ötürülməsinə səbəb olmuş hal (sadəcə olaraq unudularaq apellyasiya şikayətinin imzalanmaması) barədə geniş və ətraflı olaraq bəhs edilmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində, apellyasiya üçün müəyyən olunmuş qaydada baxır. Mülki Prosessual Məcəllənin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 365. maddəsinə əsasən apellyasiya icraatına bu fəslin və bu Məcəllənin müddəaları tətbiq olunur. İş materiallarını araşdıraraq, şikayətin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin edilməli, Şabran Rayon Məhkəməsinin 01 avqust 2022-ci il tarixli və onunla bağlı 25 avqust 2022-ci il tarixli qərardadları ləğv edilməli, ilk növbədə məhkəmə xx.xx.2022-ci il tarixli qərardadın prosessual müddətin bərpasına dair ərizəyə baxılması və bunun nəticəsi olaraq şikayətə baxıb yekun məhkəmə aktının qəbul edilməsi üçün mülki iş Şabran Rayon Məhkəməsinə qaytarılmalıdır. Birinci instansiya məhkəməsi şikayət və ona əlavə edilmiş sənədlərin müəyyən edilmiş müddət keçdikdən sonra verilməsi ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticəni qanuni və əsaslı hesab etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 268.1. maddəsinə əsasən şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. Mülki Prosessual Məcəllənin 133.2. maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərəsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən şikayətlə bərabər prosessual müddətin bərpasına dair ərizə ilə müraciət edilsə də, birinci instansiya məhkəməsi tərəfindən prosessual müddətin bərpasına dair ərizəyə heç bir münasibət bildirilməmişdir. Əgər prosessual müddət ötürülmüşdürsə, həmin müddətin bərpasına dair ərizəyə baxılmalı, əks halda şəxs şikayət vermək üçün prosessual müddəti ötürməmişdirsə, apellyasiya şikayəti prosessual müddət ötürülməmiş hesab edilməklə baxılması üçün aidiyyatı üzrə göndərilməlidir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdeh "xxxx" MMC-nin şikayəti qismən təmin edilməli, Şabran Rayon Məhkəməsinin 01 avqust 2022-ci il tarixli və onunla bağlı 25 avqust 2022-ci il tarixli qərardadları ləğv edilməli, ilk növbədə cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixli qərardaddan verilmiş prosessual müddətin bərpasına dair ərizəyə baxılmalı və bu nəticəsindən sonra şikayətə baxılaraq məhkəmə aktının qəbul edilməsi üçün mülki iş Şabran Rayon Məhkəməsinə qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin 398.0.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin, şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Mülki Prosessual Məcəllənin 399-cu maddəsinə əsasən birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 398.0.3., 400 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh "xxxx" MMC-nin şikayəti qismən təmin edilsin. Şabran Rayon Məhkəməsinin 01 avqust 2022-ci il tarixli və onunla bağlı 25 avqust 2022-ci il tarixli qərardadları ləğv edilsin və qərardadın təsviri-əsaslandırıdıcı hissəsində göstərilən məsələlərin həlli üçün mülki iş Şabran Rayon Məhkəməsinə qaytarılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-2111/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2111/2022
03.10.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver