Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2119/2023 07.11.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), X3 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı Cavabdeh və üçüncü şəxs Azərbaycan Respublikası İqdisadiyyat Nazirliyi yanında ƏMDX-nin DƏDRK və Reyestri Publik Hüquqi şəxsin 5 nömrəli Ərazi İdarəsinə qarşı “torpağın Mülkiyyətə Verilməsinə dair şəhadətnamənin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin 20 iyul 2023-cü il tarixli, 2(027)- 1509/2023 nömrəli qərardadından iş üzrə iddiaçı X4 tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh və üçüncü şəxs Azərbaycan Respublikası İqdisadiyyat Nazirliyi yanında ƏMDX-nin DƏDRK və Reyestri Publik Hüquqi şəxsin 5 nömrəli Ərazi İdarəsinə qarşı “Torpağın Mülkiyyətə Verilməsinə dair şəhadətnamənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Quba rayon AİK-nın xx.xx.2000-ci il tarixli qərarı ilə verilmiş Quba rayonu, Alekseyevka kəndində yerləşən 0.10 ha həyətyanı torpaq sahəsinə dair X1 adına tərtib olunmuş JN 813 kod 30304018 nömrəli Torpağın Mülkiyyətə verilməsinə dair şəhadətnamənin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Quba Rayon Məhkəməsinin 20 iyul 2023-cü il tarixli, 2(027)-1509/2023 nömrəli qərardadı ilə İddiaçı Cavabdeh və üçüncü şəxs Azərbaycan Respublikası İqdisadiyyat Nazirliyi yanında ƏMDX-nin DƏDRK və Reyestri Publik Hüquqi şəxsin 5 nömrəli Ərazi İdarəsinə qarşı “torpağın Mülkiyyətə Verilməsinə dair şəhadətnamənin etibarsız hesab edilməsi” tələbinə dair mülki işə məhkəmədə baxılmalı deyil əsası ilə xitam verilmişdir (hakim Rahim Həsənov). Qərardaddan İddiaçı tərəfindən şikayət verilmişdir. Quba Rayon Məhkəməsinin 25 iyul 2023-cü il tarixli, 2(027)-1509/2023 nömrəli qərardadı ilə Quba Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(027)-1509/2023 nömrəli qərardadından iş üzrə İddiaçı tərəfindən verilmiş şikayət ərizəsi geri qaytarılmışdır. xx.xx.2023-cü il tarixdə İddiaçı Quba Rayon Məhkəməsinin 20 iyul 2023-cü il tarixli, 2(027)-1509/2023 nömrəli qərardadından şikayət ilə məhkəməyə müraciət edərək, şikayətinin təmin olunaraq Quba Rayon Məhkəməsinin 20 iyul 2023-cü il tarixli, 2(027)1509/2023 nömrəli qərardadının ləğv edilərək, işə mahiyyəti üzrə baxılmasını, əks təqdirdə şikayəti mülki işlə birlikdə Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Quba Rayon Məhkəməsinin 29 sentyabr 2023-cü il tarixli, 2(027)-1509/2023 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş, şikayət baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. İddiaçı şikayət ərizəsini onunla əsaslandırmışdır ki, Quba rayonu Alekseyevka İƏV üzrə nümayəndəliyin 2001-2005-ci, 2006-2010-cu illərə aid təsərrüfat başına kitaba əsasən onun hesabına 0,10 ha fərdi yaşayış evinin tikintisi üçün həyətyanı torpaq sahəsinin olması qeyd edilmişdir. Həmçinin Quba rayonunda Aqrar İslahatı keçirilən zaman həmin torpaq sahəsi Torpağın Mülkiyyətə verilməsinə dair JN-813 KOD 30304018 nömrəli şəhadətnaməyə əsasən adına işlənilmişdir. Bundan sonra onun ailə üzvləri ilə münasibətləri pozulmuş və o, Rusiya Federasiyasına getmişdir. Rusiya Federasiyasından qayıtdıqdan sonra o, torpaq sahəsini maraqlanmış və həmin torpaq sahəsində başqa bir şəxsin zəbt etdiyini görmüşdür. Bu məsələni aydınlaşdırmaq üçün Quba rayon Polis şöbəsinə şikayət etmişdir. Şikayət üzrə araşdırma aparılmış və ona məlum olmuşdur ki, ona məxsus torpaq sahəsini atası Füzuli Şixbabayev adlı şəxsə satmış və ondan 1200 ABŞ dolları pul almışdır. O, razılıq vermədiyi halda torpaq sahəsinin satıla bilməyəcəyini torpaq sahəsini zəbt edənlərə bildirsə də bunun heç bir nəticəsi olmamışdır. Həmçinin bildirir ki, ona məxsus şəhadətnamələrin verilməsi kitabında onun adı olsa da, şəhadətnamələrin verilməsi kitabında X1 adı qeyd olunmuşdur. Göründüyü kimi ona məxsus şəhadətnamə qanunsuz olaraq cavabdehin adına işlənilmişdir. O, cavabdehin adına işlənilmiş şəhadətnamənin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Lakin məhkəmənin 20 iyul 2023-cü il tarixli, 2(027)- 1509/2023 nömrəli qərardadı ilə işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilmiş, ona inzibati məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Hesab edir ki, məhkəmənin bu iş üzrə gəldiyi mövqe əsassızdır, işə inzibati məhkəmədə deyil, Quba Rayon Məhkəməsində baxılmalıdır. Belə ki, iş üzrə icraata xitam verən məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli Qərarına istinad etmişdir. Lakin məhkəmə tərəfindən qərara istinad edilmə ilə bağlı mövqe düzgün deyildir. Çünki, iddia ərizəsinə əlavə etdiyi cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərardan da göründüyü kimi cavabdehlər torpaq sahəsini alğı-satqı yolu ilə aldığlarını bildirmişlər. Bundan başqa onun iddia tələbi çıxarışın ləğvi deyil, çıxarışın etibarsız hesab olunmasıdır. Göründüyü kimi məhkəmə tərəfindən işə düzgün yanaşılmamış, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli Qərarına istinad edərək işin inzibati məhkəmə aidiyyatının olması qənaətinə gəlinmişdir. Halbuki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli Qərarında hazırkı xarakterli işlərə ümumi məhkəmələrdə baxılmalı olması bildirilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası şikayətin dəlillərini araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, Quba Rayon Məhkəməsinin 20 iyul 2023-cü il tarixli, 2(027)-1509/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Barəsində şikayət verilən qərardaddan görünür ki, birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, X1 adına tərtib olunmuş JN 813 kod 30304018 saylı Torpağın Mülkiyyətə verilməsinə dair şəhadətnamənin verilməsinə əsas Aqrar İslahat Komissiyasının qərarıdır. Yəni, şəhadətnamənin verilməsinə əsas mülki-hüquqi əqd deyildir. Məhkəmənin hazırlıq iclasında həmin şəhadətnamənin saxta olduğunu qeyd etmişdir. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticəni işin hallarına və tətbiq edilən hüquq normalarına uyğun hesab edir. İş materiallarında olan JN 813F KOD 30304018 saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin surətindən görünür ki, X1 adına Quba rayon Aqrar İslahat Komissiyasının 24 fevral 2000-ci il tarixli, 02 saylı qərarı ilə 0,22 ha torpaq sahəsi ayrılmışdır. Hazırki işdən görünür ki, iddiaçı X1 adına tərtib olunmuş JN 813 kod 30304018 saylı Torpağın Mülkiyyətə verilməsinə dair şəhadətnamənin etibarsız hesab edilməsini xahiş edir. İşdən görünür ki, həmin şəhadətnamənin verilməsinə əsas hər hansı şəxslər arasında bağlanmış əqd deyil, Quba rayon Aqrar İslahat Komissiyasının 24 fevral 2000-ci il tarixli, 02 saylı qərarıdır. Əslində tələb həmin qərarın ləğv edilməsi və onun əsasında verilmiş şəhadətnamənin etibarsız hesab edilməsidir. Məhz bundan sonra əmlaka hüquqlarla bağlı məsələ həllini tapa bilər. Həmin qərarın və şəhadətnamənin ləğv edilməsi tələbi isə cavabdeh fiziki şəxsə qarşı yönəldə bilməz. Həmin tələbə cavab verməli orqanlar inzibati orqanlardır- Quba rayon Aqrar İslahat Komissiyası (indiki hüquqi varisi) və hüquqları qeydə alan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətidir. İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4No-li qərarının 15.4. bəndinə əsasən inzibati məhkəməyə aid iş səhvən ümumi məhkəmənin icraatına qəbul edilmişdirsə, Mülki Prosessual Məcəlləsinin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilir ki, “Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Gündüyü kimi, hazırki tələb ilk növbədə inzibati orqanın qəbul etdiyi qərarın ləğv edilməsi və inzibati aktın qəbulu ilə bağlı tələb olduğundan həmin tələbə inzibati icraatda baxılmalıdır. İddiaçı Torpağın Mülkiyyətə verilməsinə dair şəhadətnamənin etibarsız hesab edilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, iddiaçı Torpağın Mülkiyyətə verilməsinə dair şəhadətnamənin etibarsız hesab edilməsi üçün Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinə müraciət etməli, həmin orqan onun tələbini icra etməkdən və mübahisəli torpaq sahəsi üçün tərtib edilmiş hazırki Torpağın Mülkiyyətə verilməsinə dair şəhadətnamənin etibarsız hesab etməkdən imtina etdiyi təqdirdə mübahisənin həlli üçün inzibati məhkəməyə müraciət etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 25.1-ci maddəsinə əsasən mülki məhkəmə icraatı qaydasında mülki, ailə, əmək, mənzil, torpaq münasibətləri, təbii ehtiyatlardan istifadə olunması və ya ətraf mühitin qorunması, vergi və digər münasibətlərdən əmələ gələn mübahisələr üzrə tərəflərdən heç olmasa biri fiziki şəxsdirsə və onun fərdi sahibkar statusu yoxdursa və ya belə statusu olsa da, mübahisə onun sahibkarlıq fəaliyyətini həyata keçirməsi ilə əlaqədar yaranmamışsa, həmin mübahisələr üzrə işlərə ümumi məhkəmələr baxır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.1. və 2.2.2. madddələrinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, etibarsız hesab edilməsi tələb edilən cavabdehin adına verilmiş Torpağın Mülkiyyətə verilməsinə dair şəhadətnamənin etibarsız hesab edilməsi üçün iddiaçı Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinə müraciət etməli, həmin orqan onun tələbini icra etməkdən və mübahisəli torpaq sahəsi üçün tərtib edilmiş hazırki Torpağın Mülkiyyətə verilməsinə dair şəhadətnamənin etibarsız hesab etməkdən imtina etdiyi təqdirdə mübahisənin həlli üçün inzibati məhkəməyə müraciət etməlidir. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara əsasən iddiaçının şikayətində göstərdiyi dəlilləri formal mülahizələr kimi qeyd edərək işə mülki məhkəmə icraatında baxılması barədə dəlillərini əsassız hesab edir. AR Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, şikayəti təmin edilməməli, Quba Rayon Məhkəməsinin 20 iyul 2023-cü il tarixli, 2(027)-1509/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 263, 264, 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Quba Rayon Məhkəməsinin 20 iyul 2023-cü il tarixli, 2(027)-1509/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. İddiaçı X4 tərəfindən verilmiş şikayət təmin edilməsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərarddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-2119/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2119/2023
07.11.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver