Məhkəmə qərarları › İş №2(105)-2123/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2123/2021

08.07.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2123/2021 08.07.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Tağızadə Gülnarə Fikrət qızı və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, Cavabdeh4 iştirakı ilə açıq məhkəmə iclasında, Quba Rayon Məhkəməsinin 08.12.2016-cı il tarixli, 2(027)-119/2016 saylı qətnaməsindən Cavabdeh3 apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq MÜƏYYƏN E T D İ: Quba Rayon Məhkəməsinin 08.12.2016-cı il tarixli, 2(027)-119/2016 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Elman Əhmədov) İddiaçı məhdud məsuliyyətli cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı çıxarışın etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə iddia qismən təmin edilmiş, Cavabdeh3 qətnamədən apellyasiya şikayəti vermişdir. Quba Rayon Məhkəməsi Sumqayıt Apellyasiya Məhkəməsinə müraciət edərək Quba Rayon Məhkəməsinin 06.05.2021-ci il tarixli, 2(027)-119/2016 saylı qərardadının ləğv edilməsinə dair İddiaçı məhdud məsuliyyətli cəmiyyətinin 04.06.2021-ci il tarixli ərizəsi daxil olduğundan ərizənin müzakirə olunması üçün mülki işin Quba Rayon Məhkəməsinə qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 362-ci maddəsində göstərilir ki, apellyasiya şikayəti və ona əlavə olunan yazılı sənədlər işdə iştirak edən şəxslərin sayına görə işə birinci instansiyada baxmış məhkəməyə təqdim edilir. Həmin Məcəllənin 364-cü maddəsinə görə birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Quba Rayon Məhkəməsinin 08.12.2016-cı il tarixli, 2(027)-119/2016 saylı qətnaməsindən Cavabdeh3 apellyasiya şikayəti üzrə mülki iş Sumqayıt Apellyasiya Məhkəməsinin icraatında olsa da, Quba Rayon Məhkəməsi Sumqayıt Apellyasiya Məhkəməsinə müraciət edərək Quba Rayon Məhkəməsinin 06.05.2021-ci il tarixli, 2(027)- 119/2016 saylı qərardadının ləğv edilməsinə dair İddiaçı məhdud məsuliyyətli cəmiyyətinin 04.06.2021-ci il tarixli ərizəsi daxil olduğundan ərizənin müzakirə olunması üçün mülki işin Quba Rayon Məhkəməsinə qaytarılmasını xahiş etmişdir. Ona görə də məhkəmə kollegiyası yuxarıda qeyd olunan maddələrin tələblərini əsas tutub hesab edir ki, İddiaçı məhdud məsuliyyətli cəmiyyəti Cavabdeh3 Quba Rayon Məhkəməsinin 08.12.2016-cı il tarixli, 2(027)-119/2016 saylı qətnaməsindən apelyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa edilməsinə dair ərizəsi üzrə Quba Rayon Məhkəməsinin 06.05.2021-ci il tarixli, 2(027)-119/2016 saylı qərardadını mübahisələndirdiyindən və onun şikayətinə qanunla müəyyən edilmiş qaydada Quba Rayon Məhkəməsində baxılıb hüquqi qiymət verilmədən, işə baxılması mümkün olmadığından, mülki iş baxışdan çıxarılaraq Quba Rayon Məhkəməsinə qaytarılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA A L D İ: İddiaçı məhdud məsuliyyətli cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı çıxarışın etibarsız hesab edilməsi tələbinə dair mülki iş baxışdan çıxarılsın və Quba Rayon Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar