Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-214/2025 13.03.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 qarşı mülki iş üzrə (Açar sözlər: maddi və mənəvi ziyanın ödənilməsi) X4 Süleymanovanın sədrliyi və məruzəsi, X1 Qafari və Afiq Hüseyn oğlu Hüseynzadədən ibarət tərkibdə, Əli Seyran oğlu İsmayılovun katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil3 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 (üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyi) qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 21 noyabr 2023-cü il tarixli, 2(012)-115/2023 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları:
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, üçüncü şəxs qismində Azərbaycan Respublikası Maliyyə Nazirliyi cəlb olunmaqla, cavabdehlər Cavabdeh1ndən və Cavabdeh2 maddi ziyana görə 82183 manat, mənəvi ziyana görə 17000 manat olmaqla, cəmi 99183 manat pulun onun xeyrinə tutulması və ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.2010-cu il tarixdə kreditoripoteka saxlayan "xxxx" ASC-dən 42000 manat məbləğində kredit götürmüş, İpoteka Fondu ilə müqavilə bağlayaraq Abşeron rayonu, Yoncalıq ərazisində yerləşən yeni yaşayış massivində Cavabdeh2 tikinti briqadası ilə birlikdə tikib öz adına rəsmiləşdirdiyi və satdığı evlərdən birini 70000 manata əldə etmişdir. Xidməti vəzifəsi ilə əlaqədar sözügedən fərdi yaşayış evini əldə etdikdən sonra həmin evdə yaşamamışdır. O, ailə üzvləri ilə birlikdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin Yaşma Hərbi şəhərciyində zabitlər üçün xidməti evdə yaşamışlar. 2014-cü ilin may ayında xidmət yeri dəyişildiyinə görə yaşamaq üçün ev əşyaları və ailə üzvləriylə birlikdə həmin evə qayıtdıqda evin yararsız vəziyyətə olduğunu aşkar etmişlər. Belə ki, fərdi yaşayış evinin bütün divarlarında ikitərəfli iri çatlar əmələ gəlmişdir. Evin qəzalı vəziyyətdə olduğunu gördükdə o, məcburiyyət qarşısında qalaraq cehiz əşyalarının əksəriyyətini həmin evə yerləşdirib ailə üzvləriylə birlikdə ayda 250 manat ödəməklə başqa evdə kirayədə yaşayırlar. Bundan başqa həmin qəzalı evə görə aylıq 146 manat "xxxx" ASC-yə kredit borcu ödəyir. Evin vəziyyəti ilə əlaqədar ilkin olaraq evi satan Cavabdeh2, Azərbaycan Respublikası İpoteka Fonduna, Azərbaycan Respublikası FHN-nə çoxsaylı müraciətlər etmişdir. Azərbaycan Respublikası FHN və Azərbaycan Respublikası İpoteka Fondunun əməkdaşları fərdi yaşayış evinə yerli baxış zamanı evin dörd tərəfini qazdırdıqları vaxt evin bünövrəsinin bəzi yerlərdə 7 sm, bəzi yerlərdə 14-17 sm çatın olduğunu və heç bir yerdə dəmir karkasın olmadığını aşkar etmişlər. Bu və digər keyfiyyətsiz materiallardan keyfiyyətsiz tikilən evin tikinti norma və qaydalarına uyğun tikilmədiyini, evin ağırlığa davam gətirməyərək bünövrədəki çatların divarlarda, arakəsmələrdə olan qüsurlar üzündən qəzalı vəziyyətə düşdüyünü bildirmişlər. Daha sonra, o, Cavabdeh1nə dəfələrlə bu barədə yazılı müraciətlər etsə də, heç bir cavab verilməmişdir. Bundan sonra Cavabdeh1nə qarşı maddi və mənəvi zərərin ödənilməsinə dair iddia tələbi ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. Qanunun 330 saylı xx.xx.2005-ci il və 375 saylı xx.xx.2006-cı il və 1046 saylı xx.xx.2007-ci il tarixli sərəncamlarla tərtib olunmuş və komissiya tərəfindən tərtib edilmiş “Qeyri-dövlət qurumları, fiziki şəxslər tərəfindən inşa edilmiş (yenidən qurulmuş) bina və tikililərin (qurğuların) istismara qəbul edilməsi haqqında” akta əsasən, komissiya görülmüş işlərin tikinti norma və qaydalarına uyğun aparıldığı qənaətinə gələrək fərdi yaşayış evini yararlı kimi istismara qəbul etmişdir. Cavabdeh Abşeron RİH evi tikib ona satan bu işdə Cavabdeh2 İstismara qəbul edərək Dövlət Aktını verməmişdən öncə sözü gedən evə baxış keçirməli idi. Azərbaycan Respublikası Prezidentinin 06 iyun 2012-ci il tarixli 648-saylı fərmanının 4.11.14-cü bəndində açıq aydın qeyd olunur ki, hətta əsaslı tikinti olmayan parakəndə ticarət, mənzil və sair komplekslərin istismara qəbil edilməsi üzrə komissiyalar yaratmaq və həmin obyektlərin istifadəyə verilməsi haqqıda Aktlar qəbul etmək yerli İcra Hakimivvəti bascısının səlahiyyətinə aiddir. Bu barədə Sumqayıt İnzibati İqtisad, sonradan İnzibati Məhkəməsinin 01 mart 2021 -ci il tarixli, 2- 1(118)-3/2021 saylı qərarı ilə iddia tələblərinin təmin edilməməsi qərara alınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 sentyabr 2021-ci il tarixli, 2-1(105)-385/2021 saylı qərardadına əsasən, Sumqayıt İnzibati Məhkəməsinin 01 mart 2021-ci il tarixli, 2-1(118)-3/2021 saylı qərarının ləğv edilərək iddianın mümkün sayılmaması və ona aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (mülki məhkəmə icraatı qaydasında) müraciət etmək hüququnun izah olunması qərara alınmışdır. Ona görə hazırda cavabdehlər Cavabdeh1nə və evi tikib ona satan Cavabdeh2 qarşı vurulmuş maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsiylə məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Ekspert və mütəxəssis rəyləri ilə müəyyən edilmişdir ki, sözügedən fərdi yaşayış evi tikinti norma, qaydalarına uyğun olmayan və keyfiyyətsiz materiallardan inşa edilmiş, o cümlədən ümumiyyətlə fərdi yaşayış evinin normal istismarını təmin etmək üçün bərpa-gücləndirmə işlərinin aparılmasının qeyri-mümkün olması, həmçinn fərdi yaşayış evi qəzalı vəziyyətdə olduğuna görə istismara tam yararsız olduğu üçün yalnız həmin evin tam sökülməsinə və indiki bazar qiyməti ilə yenidən tikintisinə Ekspertlərin rəyi əsasında 82183 manat məbləğində vəsait tələb olunur. Cavabdeh2 ilə fərdi yaşayış evinin alqı-satqısına dair müqaviləni həmin evə dair digər hüquqi sənədlərlə yanaşı, digər Cavabdeh1 tərəfindən 330 saylı xx.xx.2005-ci il, 375 saylı 06.10. 2006-cı il və 1046 saylı xx.xx.2007-ci il tarixli sərəncamlarla komissiya tərəfindən tərtib edilmiş “Qeyri-dövlət qurumları, fiziki şəxslər tərəfindən inşa edilmiş (yenidən qurulmuş) bina və tikililərin (qurğuların) istismara qəbul edilməsi haqqında” akta əsasən bağlamışdır.
3. Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 tərəfindən iddia ərizəsinə qarşı yazılı etiraz daxil olmuşdur.
4. Etiraz onunla əsaslandırılmışdır ki, cavabdeh özü etiraf edir ki, evlə bağlı Cavabdeh1 tərəfindən istismar aktı verilmişdir. Belə ki, o, tərəfindən tikilmiş evin istismara qəbul vəziyyətinin müəyyən edilməsi üçün evin tikilməsindən sonra Abşeron İH-ə müraciət etmişdir. İcra Hakimiyyəti komissiya təşkil etmiş və komissiya tərəfindən “Qeyri-dövlət qurumları, fiziki şəxslər tərəfindən inşa edilmiş (yenidən qurulmuş) bina və tikililərin (qurğuların) istismara qəbul edilməsi haqqında” Akt tərtib edilmişdir. Həmin akt icra hakimiyyətinin 330 saylı xx.xx.2005-ci il tarixli və 375 saylı xx.xx.2006-cı il, həmçinin 1046 saylı xx.xx.2007-ci il tarixli sərəncamları ilə təsdiq edilmişdir. Evin tikintisi ilə bağlı görülmüş işlər icra hakimiyyətinin təsdiq etdiyi istismar aktı ilə tikinti norma və qaydalarına uyğun hesab edilmiş, fərdi yaşayış evinin istifadəyə yararlı olması nticəsinə gəlinmişdir. Daha sonra həmin sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrinə müraciət edərək evi dövlət reyestr qeydiyyatından keçirmiş və çıxarış alaraq iddiaçıya satmışdır. Bildirir ki, AR Prezidentinin “Yerli icra hakimiyyətləri haqqında Əsasnamənin təsdiq edilməsi barəsində” 16 iyun 1999-cu il tarixli 138 saylı Fərmanının (AR Prezidentinin 6 iyun 2012-ci il tarixli 648 saylı fərmanı ilə qüvvədən düşmüşdür) 31-ci maddəsinə əsasən, rayonun, şəhərin və şəhər rayonunun planlaşdırılması sxemlərinin və layihələrinin hazırlanmasını təşkil etmək və onları təsdiq etmək, həyata keçirilməsini təşkil etmək, rayon və şəhərlərin ərazisində aparılan tikintilərin layihələrini və titul siyahılarını qanunvericiliklə müəyyən edilmiş qaydada təsdiq etmək, sosial-məişət və mənzil tikinti obyektlərinin qəbul edilməsi üzrə dövlət komissiyaları yaratmaq və onların istifadəyə verilməsi haqqında aktları qəbul etmək icra hakimiyyəti başçısının səlahiyyətlərindən hesab edilirdi. Tərəfindən tikdirilmiş ev Abşeron RİH başçısı tərəfindən yaradılmış müvafiq komissiya tərəfindən hərtərəfli müayinə olunmuş, istifadəyə yararlılığı müəyyən edilmiş və yaşayış üçün uyğun hesab edilmişdir. Bildirir ki, həmin zaman qüvvədə olan qanunvericiliyə əsasən, təsdiqlənmiş layihə əsasında ev tikmək və ya tikdirmək hər bir vətəndaşın hüququ idi və bu hüquq məlumatlandırma və ya tikintiyə icazə icraatı qaydasında indi də mövcuddur. 2013-cü ilin yanvarın 1-dən qüvvəyə minən Şəhərsalma və Tikinti Məcəlləsinin qüvvəyə minməsinə qədər olan qanunvericilik normalarına görə, yaşayış evləri üçün icra hakimiyyəti orqanları tərəfindən verilən istismar aktı həmin yaşayış sahəsinin dövlət qeydiyyatı üçün əsas hesab edilirdi. Bu, yeni dəyişikliklərlə indiki qanunvericilikdə də mövcuddur. Belə ki, Mülki Məcəllənin 139-1.1.10. və 139-1.1.10.1.-ci maddələrinə əsasən, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair - tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün – torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsas hesab edilir. Göründüyü kimi, o, evin tikintisini qüvvədə olan qanunvericiliyə müvafiq qaydada aparmış və bu aidiyyəti dövlət orqanının yaratdığı komissiyanın apardığı tikinti araşdırılması və tərtib etdiyi aktla tam təsdiq olunur. O, tikinti mütəxəssisi olmasa belə, tikintini razılaşdırılmış layihə əsasında aparmış və bu layihə icra hakimiyyəti orqanı tərəfidən razılaşdırılmışdır. Tikintinin normalara uyğun tikilib-tikilməməsi isə müvafiq komissiyanın aktı ilə müəyyən edilirdi ki, belə bir akt da mövcuddur.Tikintinin istismara qəbulundan sonra baş vermiş dəyişikliklər müxtəlif səbəblərdən ola bilərdi ki, bunu da mütəxəssislər müəyyən edə bilərlər. Bununla bağlı hazırkı iş üzrə onun bir vəsatəti də vardır. Bildirir ki, mübahisə obyekti olan evin alqı-satqısı baş verdikdən 4 il sonra, yəni 2014-cü ildə alıcı İddiaçı evdə konstruktiv dəyişiklik etmək qərarına gəlmişdir. Bu məqsədlə evin eyvanının daşıyıcı divarı olan 1-ci mərtəbənin qapı kandarı bütövlüklə sökülmüşdür. Nəticədə evin beton/dayaq konstruksiyası ilə əlaqəli olan eyvan uçmuş və bu zərbə evin ümumi zədələnməsinin səbəblərindən biri olmuşdur. Şikayətlər də məhz həmin gündən sonra başlamışdır. Deyilənləri sübut etmək üçün 2014-cü ildə evə baxmağa dəvət edildiyi zaman çəkdiyi şəkilləri məhkəməyə təqdim edir. Şəkillərdə eyvanın altından sökülən divarlar əks olunmasa da onları əsas divara bağlayan izlər və o divarin daşlarının bir kənara yığılması açıq aydın görsənməkdədir. Evin kontruksiyasına bu dəyişikliyi etmədən öncəki vəziyyətin necə olmasını texniki pasportdakı sxemə baxmaqla aydınlaşdırmaq da mümkündür. Eyni zamanda ev və həyətyanı sahə illərlə baxımsız qalmış, evin su ötürücü novları və dam örtükləri zədələnmiş, həmyağış suyu, həmdə ehtimal edir ki, evin su xəttinin zədələnməsi nəticəsində evin çat verən hissəsinə çat verməmişdən əvvəl illərlə su axmışdır. Evin hasarının da həmin zədəli yerə yaxın hissəsinin çat verməsi və ordakı su xətləri bunu deməyə əsas verir. Hesab edir ki, bütün bunları yalnız ekspertizanın keçirilməsi və ya mütəxəssis rəyi alınması ilə aydınlaşdırmaq, dəqiqləşdirmək mümkündür. Bildirir ki, tərəfindən ev tikilərkən qüvvədə olan qanunvericilik tikintiyə nəzarəti tənzimlədiyi üçün ev tikdirən vətəndaşın hər hansı məsuliyyətindən söhbət gedə bilməz. Çünki tikinti işləri layihə əsasında aparılırdı və tikintiyə nəzarət qanunvericiliklə tənzim olunurdu. Yekunda isə tikilinin yararlılığı/dayanıqlılığı aidiyyəti komissiya və onun mütəxəssisləri tərəfindən müəyyən edilirdi. Belə bir halda ev tikdirən vətəndaşın mülki məsuliyyətindən söhbət gedə bilməz. Çünki, onun tikdiyi evin yararlılığını komissiya və məsul mütəxəssisləri müəyyən edirdi. Əgər o, evin yarasız olduğunu bilsə idi, onu satmazdı və belə bir problemlər də yaşanmazdı. Lakin, ev səlahiyyətli komissiya tərəfindən yaşayış üşün yararlı hesab edilmişdir. Komissiyanın müvafiq aktı onun mülki məsuliyyətini istisna edir. Göstərilənlərə əsasən, bildirir ki, iddiaçının ona qarşı tələbləri əsassızdır və təmin oluna bilməz. İddia tələblərinin onunla bağlı hissəsinin rədd edilməsinə dair qətnamə qəbul olunması xahiş olunur.
5. xx.xx.2010-cü il tarixli İP-446/K saylı kredit müqavilədən görünür ki, kreditor "xxxx" ASC ilə borcalan İddiaçı arasında müqavilə imzalanmışdır. Həmin müqaviləyə əsasın kreditor borcalana Abşeron rayonu Xırdalan şəhəri Yoncalıq ərazisi yeni yaşayış massivi ünvanında 2 mərtəbəli 3 otaqlı ümumi sahəsi 165,8 kv.m, o cümlədən yaşayış sahəsi 58,4 kv.m olan fərdi yaşayış evi üçün 35.000 manat məbləğində krediti hər ay 324 manat odəmək şərtilə verilmişdir.
6. xx.xx.2010-cü il tarixli İP-446 saylı alqı-satqı və ipoteka müqaviləsində görünür ki, satıcı Cavabdeh2 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron ərazi idarəsi tərəfindən verilmiş xx.xx.20210-cu il tarixli 1421 saylı arayışa əsasən 3 otaqlı ümumi sahəsi 165,8 kvm olan o cümlədən, yaşayış sahəsi 58,4 kv.m olan Abşeron rayonu Xırdalan şəhəri Yoncalıq ərazisi yeni yaşayış massivi ünvanında 2 mərtəbəli fərdi yaşayış evi ipoteka qoyanın mülkiyyətinə verir. Satılan fərdi yaşayış evi xx.xx.2010-cu il tarixli MA ******* saylı hüquqların X3 Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən satıcıya məxsusdur.Mənzilin satış qiyməti 42.000 manatdır,mənzilin dəyərinin 7.000 manatı alıcı ipoteka qoyanın özü tərəfindən, 35.000 manatı isə kreditor-ipoteka saxlayan tərəfindən xx.xx.2010-cü il tarixli İP-446/K saylı kredit müqaviləsinə əsasən alıcı ipoteka qoyana verilmiş kredit vəsaiti hesabına ödənilir.
7. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş MA Seriyalı, ******* №-li çıxarışdan görünür ki, Abşeron rayonu Xırdalan şəhəri Yoncalıq ərazisi yeni yaşayış massivi ünvanında 2 mərtəbəli 3 otaqlı ümumi sahəsi 165,8 kv.m, o cümlədən yaşayış sahəsi 58,4 kv.m olan fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə xx.xx.2010-cu il tarixdə qeydiyyata alınmışdır.
8. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli 2-1(105)-385/2021 saylı qərardadından görünür ki, İddiaçı Cavabdeh1nə qarşı “maddi və mənəvi ziyana görə kompensasiyanın tutulması” tələbinə dair apelyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(118)- 3/2021 saylı qərarı ləğv edilərək iddia mümkünsüz hesab edilmişdir.
9. xx.xx.2018-ci il tarixli Fövqalada Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət agentliyinə ünvanlanan mütəxəssis rəyindən görünür ki, Abşeron rayonu Xırdalan şəhəri Yoncalıq ərazisi yeni yaşayış massivi fərdi yaşayış evinin texniki vəziyyəti haqqında mütəxəssis rəyilə yaşayış evi hazırda istismar üçün (təhlükəli) yolverilməz vəziyyətdədir, gələcəkdə normal istismarını təmin etmək üçün müvafiq layihə əsasında bərpa gücləndirmə işlərinin aparılması vacib hesab olunur. Göstərilən fəsadlar təbii fəlakətlər nəticəsində əmələ gəlməmişdir.
10. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2019-cu il tarixli 1889 saylı rəyindən görünür ki, Fövqalada Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən tərtib edilmiş xx.xx.2018-ci il tarixli mütəxəsis rəyinə əsasən Abşeron rayonu Xırdalan şəhəri Yoncalıq ərazisində yerləşən İddiaçı məxsus fərdi yaşayış evi hazırda istismar üçün (təhlükəli) yolverilməz vəziyyətdə olduğu, gələcəkdə normal istismarını təmin etmək üçün müvafiq layihə əsasında bərpa gücləndirmə işlərinin aparılması vacib hesab olunduğu müəyyən edilmişdir. Daha sonra tədqiq olunan yaşayış evinin divarlarında çatların əmələ gəlməsi haqqında yekun rəy ərazidə mühəndis axtarış işləri aparıldıqdan və bünövrə altı qruntlar öyrənildikdən sonra vermək olar. Lakin bununla belə mütəxəssis rəyinə əsasən tətqiq olunan fərdi yaşayış evin tikinti norma və qaydalarına əməl olunmadan inşa edilməsi, həmçinin bina ətrafı su səkisi olmadığından atmosfer sularının mütamadi olaraq bünövrəyə axması eləcədə bünövrənin dərinliyinin və eninin mövcud qrunta uyğun seçilməməsi səbəbindən yaşayış evinin tikildiyi vaxtdan indiyə qədər keçən müddət ərzində bünövrə altı qrunt əsasında tədricən qeyri bərabər çökməsi baş verdiyi və nəticədə son vaxtlarda binanın ön, arxa və orta boyuna divarlarında iki tərəfli (keçici) çatlar əmələ gəldiyi müəyyən olunur.
11. Hüquq və Torpaq Məsələləri MMC-nin xx.xx.2019-cu il tarixli mütəxəsis rəyindən görünür ki, Abşeron rayonu Xırdalan şəhəri Yoncalıq ərazisi yeni yaşayış massivi ünvanında 2 mərtəbəli 3 otaqlı ümumi sahəsi 165,8 kv.m, o cümlədən yaşayış sahəsi 58,4 kv.m olan fərdi yaşayış evinin yükdaşıyan və arakəsmə divarlarında müxtəlif ölçülü üfüqi və şaquli istiqamətlərdə daxildən xaricə qədər çatların olduğu 2-ci mərtəbəsində dəmir beton sütunların olmadığı, bünövrəaltı dəmir beton konstruksiyanın müxtəlif ölçülü 15,0 və 7.0 sm olduğu, hamar olmadığı və 1-ci mərtəbənin tavanına qədər olan sütunları ovxalandığı üçün fərdi yaşayış evinin normal istismarını təmin etmək üçün bərpa gücləndirmə işlərinin aparılması mümkün deyildir.
12. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli 10/613 saylı rəyindən görünür ki, Hüquq və Torpaq Məsələləri MMC tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli 82 saylı mütəxəsis rəyinə əsasən Abşeron rayonu Xırdalan şəhəri Yoncalıq ərazisi yeni yaşayış massivi ünvanında 2 mərtəbəli 3 otaqlı ümumi sahəsi 165,8 kv.m,o cümlədən yaşayış sahəsi 58,4 kv.m olan fərdi yaşayış evinin qəzalı vəziyyətdə olduğuna görə istismara tam yararsız olduğu və həmin evin tam sökülməsinə və indiki bazar qiyməti ilə yenidən tikintisinə çəkiləcək xərclərə təqribən 82,183.0 manat məbləğində vəsait lazımdır.
13. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2019-cu il tarixli 18893 saylı rəyindən görünür ki, Hüquq və Torpaq Məsələləri MMCnin xx.xx.2019-cu il tarixli mütəxəsis rəyinə əsasən, Abşeron rayonu Xırdalan şəhəri Yoncalıq ərazisi yeni yaşayış massivində yerləşən X2 məxsus 2 mərtəbəli 3 otaqlı ümumi sahəsi 165,8 kvm olan fərdi yaşayış evinin yükdaşıyan və arakəsmə divarlarında müxtəlif ölçülü üfüqi və şaquli istiqamətlərdə daxildən xaricə qədər çatların olduğu 2-ci mərtəbəsində dəmir beton sütunların olmadığı,bünövrəaltı dəmir beton konstruksiyanın müxtəlif ölçülü 15,0 və 7.0 sm olduğu, hamar olmadığı və 1-ci mərtəbənin tavanına qədər olan sütunların ovulması səbəbindən həmin fərdi yaşayış evinin normal istismarını təmin etmək üçün bərpa gücləndirmə işlərinin aparılması mümkün olmadığı müəyyən edilmişdir.
14. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/2836 saylı rəyindən görünür ki, Fövqalada Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən tərtib edilmiş xx.xx.2018-ci il tarixli mütəxəsis rəyinə əsasən Abşeron rayonu Xırdalan şəhəri Yoncalıq ərazisində yerləşən İddiaçı məxsus fərdi yaşayış evi hazırda istismar üçün (təhlükəli) yolverilməz vəziyyətdə olduğu, gələcəkdə normal istismarını təmin etmək üçün müvafiq layihə əsasında bərpa gücləndirmə işlərinin aparılması vacib hesab olunduğu müəyyən edilmişdir. Fərdi yaşayış evinin əsas yükdaşıyan divarların və arakəsmələrin üzərində çoxlu sayda üfüqi və şaquli istiqamətlər iki tərəfli çatlar əmələ gəlməsi, evin eyvanın daşıyıcı divarı olan 1-ci mərtəbənin qapı kənarının sökülməsi müəyyən olunmuşdur. Eyni zamanda mütəxəssis rəyinə əsasən tədqiq olunan fərdi yaşayış evinin tikinti norma və qaydalarına əməl olunmadan inşa edilməsi, həmcinin bina ətrafı sel səkisi olmadığıdan atmosfer sularının mütamadi olaraq bünövrəyə axması, eləcə də bünövrənin dərinliyi və eninin mövcud qrunta uyğun secilməməsi səbəbindən tədricən qeyri bərabər çökmə baş verdiyi və nəticədə son vaxtlarda binanın ön, arxa və orta boyuna divarlarında ikitərəfli (keçici) catlar əmələ gəldiyi müəyyən olunur. Mütəxəsis rəyinə əsasən, Abşeron rayonu Xırdalan şəhəri Yoncalıq ərazisi yeni yaşayış massivində yerləşən 5 otaqlı 165.8 kv.m olan fərdi yaşayış evinin qəzalı vəziyyətdə olduğuna görə istismara tam yararsız olduğu və həmin evin tam sökülməsinə və indiki bazar qiyməti ilə yenidən tikintisinə cəkiləcək xərclərə təqribən 82183.0 manat məbləğində vəsait tələb olunduğu müəyyən edilmişdir.
15. Cavabdehin nümayədəsi tərəfindən təqdim olunan ərizənin məzmunundan görünür ki, iddia tələbi üzrə iddia müddətinin tətbiq edilməsini və iddiadan imtina edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktları
Birinci instansiya məhkəməsində icraat
16. Abşeron Rayon Məhkəməsinin 21 noyabr 2023-cü il tarixli, 2(012)-115/2023 nömrəli qətnaməsi ilə (hakim Elman Məmmədov) İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı «maddi və mənəvi ziyanın ödənilməsi» barədə iddia tələbinin rədd edilməsi, ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilən 18 avqust 2023-cü il tarixli, 10/2836 saylı məhkəmə tikinti-texniki ekspertizasına 100 manat ekspertiza xərcinin İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir.
17. Məhkəmə mövqeyini onunla əsasladırmışdır ki, iddia tələbinin Cavabdeh1nə qarşı hissəsi ilə bağlı qeyd edir ki, məhz mübahisə predmeti olan fərdi yaşayış evinin istismara qəbul edilmə aktının təstiq edilməsinə görə pulun Cavabdeh1ndən iddiaçının xeyrinə tutulmasını əsaslı hesab etmir.Belə ki,işin faktiki hallarından göründüyü kimi iddiaçı fərdi yaşayış evini digər cababdeh Cavabdeh2 alqı-satqı yolu ilə əldə etmiş, Cavabdeh1 ilə iddiaçı arasında qarşılıqlı mülki hüquq və vəzifələr yaranmamışdır.
18. Məhkəmə iddia tələbinin digər Cavabdeh2 ilə bağlı qeyd edir ki, Cavabdeh2 aid hissədə isə iddia müddəti tətbiq edilməklə iddia rədd edilməlidir. İşin faktiki hallarından göründüyü kimi, iddiaçı mübahisə predmeti olan fərdi yaşayış evini 2010-cu ildə əldə etmiş və 2014-cü ildə artıq iddiaçıya fərdi yaşayış evinin qüsurları məlum olmuşdur. Belə ki,bu hal iddiaçının iddia ərizəsində 2014-cü ilin may ayında xidmət yeri dəyişildiyinə görə yaşamaq üçün ev əşyaları və ailə üzvləriylə birlikdə həmin evə qayıtdıqda evin yararsız vəziyyətə olduğunu aşkar etməsi barədə göstərdiyi izahatı ilə tam təstiq olunur. Belə olan təqdirdə məhkəmə hesab edi ki,Cavabdeh2 ilə bağlı iddia müddəti tətbiq edilməklə iddia rədd edilməlidir
19. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 372.1. 372.2, 373.2, 375.2, 377.1, 384.0.4-cü, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 107, 119.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayəti və onun dəlilləri
20. İddiaçı apellyasiya şikayəti verərək, Abşeron Rayon Məhkəməsinin 21 noyabr 2023-cü il tarixli, 2(012)-115/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
21. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iddia tələbinin Cavabdeh2 aid hissədə, iddia müddətinin tətbiq edilməklə iddianın rədd edilməsi kimi hüquqi qiymət vermiş və qətnamədə neçə illik iddia müddətinin tətbiq edildiyini və iddia müddətinin axımının başlanmasını ümumiyyətlə əsaslandırmamışdır. Qeyd etmişdir ki, iddiaçı alqı-satqı müqaviləsindən irəli gələn tələblər üzrə yox, məhz Cavabdeh2 və Cavabdeh1 tərəfindən ona vurulmuş zərərin əvəzini tələb etmişdir. Buna görə belə hesab etmişdir ki, hazırkı məsələyə bu prizmadan yanaşılmalı və ümumi iddia müddətinin, yəni 10 illik müddətin tətbiq edilməsi məqsədə uyğun olmalıdır. Göründüyü kimi məhkəmə qətnamə qəbul edərkən sadalanan normaların tələblərinə biganə yanaşaraq iddiaçının Cavabdeh1nə qarşı tələblərinin əsassız olduğu qənaətinə gəlmişdir. Hesab etmişdir ki, mübahisəli qətnamə ləğv edilərək, iddia tələblərinin tam təmin olunması barədə yeni qətnamə qəbul edilməlidir. Belə ki, məhkəmə öz qətnaməsində iddia tələbinin Cavabdeh1nə qarşı hissəsi ilə bağlı qeyd etmişdir ki, məhz mübahisə predmeti olan fərdi yaşayış evinin istismara qəbul edilmə aktının təsdiq edilməsinə görə pulun Cavabdeh1ndən iddiaçının xeyrinə tutulmasını əsaslı hesab etməmişdir. Belə ki, işin faktiki hallarından göründüyü kimi iddiaçı fərdi yaşayış evini digər Cavabdeh2 alqı-satqı yolu ilə əldə etmiş, Cavabdeh1 ilə iddiaçı arasında qarşılıqlı mülki hüquq və vəzifələr yaranmamışdır. Bu hissədə qeyd etmişdir ki, Cavabdeh1 qanun və digər normativ hüquqi aktlarla üzərinə tikinti obyektinin istismarına icazə verilməsi öhdəliyi qoyulmuş və bununla əlaqədar ona müəyyən səlahiyyətlər vermişdir. Lakin cavabdehin vəzifəli şəxslərinin həmin səlahiyyətlərə qarşı biganə yanaşmaları və səhlənkarlıqları nəticəsində (fərdi yaşayış evinə baxış keçirmədən və bununla əlaqədar zəruri tədbirlər görmədən) iddiaçıya maddi zərər vurulmuşdur. Məhkəmə iddia tələbinin digər Cavabdeh2 aid hissədə isə iddia müddətini tətbiq edilməklə iddianın rədd edilməsi kimi hüquqi qiymət vermiş və qətnamədə neçə illik iddia müddətinin tətbiq edildiyini və iddia müddətinin axımının başlanmasını ümumiyyətlə əsaslandırmamışdır. Hesab etmişdir ki, məhkəmə tərəfindən AR MM-nin 373cü maddəsi tətbiq edilməklə, iddia müddətinin ötürülməmiş hesab edilməsi qənaətinə gəlinməli idi. Belə ki, həmin maddəyə əsasən ümumi iddia müddəti on il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı il təşkil edir. Lakin burada vurğulamışdır ki, iddiaçı alqı-satqı müqaviləsindən irəli gələn tələblər üzrə yox, məhz Cavabdeh2 və Cavabdeh1 tərəfindən ona vurulmuş zərərin əvəzini tələb etmişdir. Fikrincə, hazırkı məsələyə bu prizmadan yanaşılmalı və ümumi iddia müddətinin, yəni 10 illik müddətin tətbiq edilməsi məqsədə uyğun olmalıdır. Həmçinin, qeyd etmişdir ki, AR MM-nin 379-cu maddəsinə əsasən iddia müddətinin axımı iddiaçı hərbi vəziyyətə keçirilmiş silahlı qüvvələrin tərkibində olduğuna görə ümumiyyətlə, dayandırılmış hesab edilməlidir. Ona görə ki, iddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin Yaşma Hərbi şəhərciyində, daha sonra isə, ölkənin müxtəlif regionlarında xüsusi hərbi xidmətdə, hərbi əməliyyatlarda, o cümlədən, “aprel döyüşlərində”, “44 günlük Vətən müharibəsində” və zaman-zaman müxtəlif hərbi və təlim xarakterli təlimlərdə iştirak etmişdir. Çoxsaylı ekspert və mütəxəssis rəyləri ilə müəyyən edilmişdir ki, sözügedən fərdi yaşayış evi tikinti norma və qaydalarına uyğun inşa edilməmiş, o cümlədən ümumiyyətlə fərdi yaşayış evinin normal istismarını təmin etmək üçün bərpa gücləndirmə işlərinin aparılmasının qeyri-mümkün olması, həmçinin fərdi yaşayış evi qəzalı vəziyyətdə olduğuna görə istismara tam yararsız olduğu üçün yalnız həmin evin tam sökülməsinə və indiki bazar qiyməti ilə yenidən tikintisinə 82183 manat məbləğində vəsait tələb olunur.
Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
22. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-566/2024 nömrəli mülki iş üzrə 19 aprel 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər İ.Dəmirov (sədrlik edən və məruzəçi), L.Rəhimli və F.Məmmədov) İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə çıxarılması, iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh2 maddi ziyana görə 82183 manat pul alınaraq İddiaçı verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, iddia tələbi qismən təmin edildiyindən iddia ərizəsi üzrə ödənilmiş dövlət rüsumunun 304 manat hissəsi və apellyasiya şikayəti üzrə ödənilmiş dövlət rüsumunun 152 manat hissəsi, cəmi 456 manatın Cavabdeh2 alınaraq İddiaçı xeyrinə tutulması, qalan hissədə dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir.
23. Məhkəmə kollegiyası Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli 2-1(105)-385/2021 nömrəli qərardadı barəsində qeyd etmişdir ki, prosessual hüquq nəzəriyyəsində cavabdeh - iddia tələbinin yönəldiyi şəxs, başqa sözlə iddiaya cavab verməli olan şəxsdir. İddiaçının tələbinə görə cavabdeh onun subyektiv hüququnu və ya qanunla qorunan marağını pozur və ya ona mübahisə edir. Məhkəmə icraatında iddiaçı və cavabdeh ona görə “tərəflər” adlandırılır ki, digər şəxslər deyil, məhz iddiaçı ilə cavabdeh hüquq münasibətinin və ya mübahisəsinin yaranmasında bilavasitə iştirak edir və bununla da bu prosedurun iştirakçısına çevrilirlər. Bu səbəbdən də onlara “tərəf” adının verilməsi təsadüfi deyil. Başqa sözlə iddiaçı və cavabdeh mübahisəli hüquq münasibətinin tərəfi olurlar.
24. Məhkəmə kollegiyası bildirmişdir ki, hazırda yaranmış mübahisəli hüquq münasibətinin bir tərəfi iddiaçı, digər tərəfi Cavabdeh1 deyildir. Çünki sonuncu mübahisəli hüquq münasibətinin bilavasitə iştirakçısı, tərəfi deyil, zərərin ödənilməsi tələbi üzrə cavabdehlik daşıya bilməz, buna görə də onun üzərinə hər hansı vəzifə ( məsələn zərərin ödənilməsi) qoyula bilməz və bu səbəbdən də bu iddiaya cavab verməli olan orqan deyil. Belə ki, iddiaçının marağını ona lazımi keyfiyyətdə olmayan daşınmaz əmlak satmış satıcı pozmuşdur. Bu səbəbdən də iddiaçı ona vurulmuş zərərin əvəzini Cavabdeh1ndən deyil, lazımi keyfiyyətdə olmayan malın ona satılmasına nail olmuş şəxsdən - Cavabdeh2 tələb etməli idi.
25. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin Cavabdeh2 aid hissədə isə iddia müddəti tətbiq edilməklə iddianın rədd edilməsi ilə bağlı dəlili ilə razılaşmayaraq hesab etmişdir ki, İddiaçı tərəfindən iddia müddəti ötürülməmişdir.
26. Məhkəmə kollegiyası iddia tələbinin “mənəvi ziyanın ödənilməsi” hissəsi ilə bağlı hesab etmişdir ki, bu hissədə iddia təmin olunmamalıdır. Belə ki, iddiaçı mənəvi zərərin əvəzi olaraq 17000 manat kompensasiya ödənilməsini tələb etsə də, ona dəymiş mənəvi zərərin nədə ifadə olunmasını göstərməmiş, hansı mənəvi sarsıntı və iztirablar keçirməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir.
27. Məhkəmə mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 377.1, 380.1, 387.3, 567, 581.1, 581.2, 587.1, 587.2, 588, 646, 1115-ci, Mülki Prosessual Məcəlləsinin 14.2, 88, 119.1, 217.3, 217.4, 384.0, 385.1, 402-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
28. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Kassasiya instansiyası məhkəməsindəki icraat
29. İddiaçı (Vəkil1) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
30. Həmçinin cavabdeh(Vəkil3) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
31. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31 oktyabr 2024-cü il tarixli, 2(102)-2730/2024 nömrəli qərarı ilə (hakimlər Vüqar Həsənov (məruzəçi), Əhməd Əhmədov və İspəndiyar Şəfiyev) Cavabdeh2 kassasiya şikayətinin qismən təmin edilməsi, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-566/2024 nömrəli, 19 aprel 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi və işin yeni apellyasiya baxışına qaytarılması, İddiaçı kassasiya şikayətinin təmin olunmaması qərara alınmışdır.
32. Kassasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmişdir.
33. Apellyasiya instansiya məhkəməsi tərəfindən tərəflər arasında olan münasibəti müəyyən etmədən müxtəlif əsaslı münasibətlər üçün tətbiq edilməli olan müddətləri sadalasa da mövqeyindən aydın olmur ki, iddianın təmin olunması anında hansı müddətin ötürülmüş olmaması qənaətinə gəlmişdir.
34. Eyni zamanda apellyasiya məhkəməsi müddətin kəsilməsi və dayandırılmasına dair əsasların mövcud olmasını göstərmiş olsa da, bununla bağlı mövqeyini hər bir əsas üzrə əsaslandırmamışdır. Belə ki, iddia müddətinin axımının kəsilməsi kimi istinad etdiyi əsasların (hüquq mühafizə orqanlarına və ya inzibati məhkəməyə müraciət etməsi və s), iddianın müddətinin axımının dayandırılması əsasının (aprel döyüşlərində və ya vətən müharibəsində iştirak etməsi və s) faktiki olaraq qanunvericiliyin müəyyən etdiyi əsaslara uyğunluğu yoxlanmamışdır. Belə ki, nəzərə alınmalı idi ki, tərəflər arasında hansı münasibətin yaranması, hansı müddətinin tətbiqinin mümkünlüyünü ilə bağlı qənaətin formalaşmadığı halda münasibətə uyğun iddia müddətinin ötürülməməsi aydınlaşdırıldıqdan sonra axımının kəsilməsinin və dayandırılmasının müzakirəsinin əhəmiyyəti ola bilər.
35. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, tərəflər arasında daşınmaz əmlakın alqı-satqısına dair müqavilə bağlanması nəzərə alınaraq iddia tələbi Mülki Məcəllənin 587-ci maddəsinin tələbinə uyğun olması baxımından araşdırılmamışdır.
36. Kollegiya qeyd etmişdir ki, təkrar apellyasiya baxışında tərəflərin izahatları və dəlilləri (o cümlədən etirazla bağlı dəlillər) dinlənilməli, mübahisəli hallar, habelə bu hallar üzrə sübutetmə yükü düzgün müəyyən edilməklə işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmalı, təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməli, tərəflərin dəlillərinin hansı səbəbdən qəbul edilib-edilməməsi əsaslandırılmalı, ədalətli məhkəmə araşdırması hüququ təmin olunmaqla mübahisəyə qanunvericiliyə uyğun qaydada yekun hüquqi qiymət verilməlidir.
37. Ali Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 372.1, 372.2, 374.1, 374.2, 377.1, 377.2, 377.3, 587.1, 587.2, 1095, 1096.1 və 1097.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
Apellyasiya icraatı iştirakçılarının izahatları
38. İddiaçı apellyasiya şikayətini müdafiə edərək, təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. Əlavə olaraq bildirdi ki, müqavilənin ləğv edilməsini, pul məbləğinin geri qaytarılmasına razı deyildir. Hazırda həmin fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin dəyəri xeyli artmışdır. O, pul tələbini müdafiə edir, maddi zərəri ödəniləcəyi halda köhnə evi söküb, yenisini inşa etdirəcəkdir.
39. İddiaçı eləcə də qeyd etdi, tərəflər arasında müqavilə 2010-cu ildə bağlansa da, o, xidməti işi ilə əlaqədar həmin evə arada gəlib-getmiş, daimi yaşamamışdır, 2014-cü ildə evə köçmək istədikdə evin qüsurlu, yaşayış üçün yararsız olduğunu aşkar etmiş, bundan sonra aidiyyatı qurumlara şikayət etmişdir.
40. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətini müdafiə edərək, təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi.
41. Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil3 apellyasiya şikayətinə etiraz edərək, təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi. Həmçinin bildirdi ki, müqavilədə nəzərdə tutulan fərdi yaşayış evinin yenisi ilə əvəz edilməsi mümkün deyildir, hüquqlarını müdafiə etdiyim şəxsdə əvəz edilmənin həyata keçirilməsi üçün digər fərdi yaşayış evi yoxdur. Eyni zamanda on il müddət keçdikdən sonra belə bir tələbin irəli sürülməsi əsassızdır.
42. İş üzrə Cavabdeh1 nümayəndəsi və üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzrsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır.
Apellyasiya baxışının hədləri
43. Apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi iddiaçı apellyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin 21 noyabr 2023-cü il tarixli, 2(012)- 115/2023 nömrəli qətnaməsinin ləğv edilib, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Odur ki, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin tam yoxlanılmasını vacib hesab edir.
Tətbiq edilən hüquq
44. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Maddə 372.2. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Maddə 374.1. Əgər müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətləri və onların hesablanması qaydası bu Məcəllə ilə müəyyənləşdirilir. Maddə 374.2. İddia müddətləri axımının dayandırılması və kəsilməsi əsasları bu Məcəllə ilə müəyyənləşdirilir. Maddə 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Maddə 377.2. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Maddə 377.3. İcra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır. Maddə 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 581.1. Satıcı alıcıya keyfiyyəti alğı-satqı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur. Maddə 587.1. Əgər satıcı əşyanın qüsurları barəsində qabaqcadan məlumat verməmişsə, lazımi keyfiyyətli olmayan əşyanın verildiyi alıcının ixtiyarı var ki, satıcının təqsiri olub-olmamasından asılı olmayaraq, satıcıdan öz seçimi ilə aşağıdakıları tələb etsin: 587.1.1. alış qiymətinin mütənasib azaldılması; 587.1.2. əşyanın qüsurlarının ağlabatan müddətdə əvəzsiz aradan qaldırılması; 587.1.3. əşyanın qüsurlarının aradan qaldırılması üçün özünün çəkdiyi xərclərin əvəzinin ödənilməsi. Maddə 587.2. Əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, öz seçimi ilə: 587.2.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin; 587.2.2-ci maddəsinə əsasən, lazımi keyfiyyətli olmayan əşyanın müqaviləyə uyğun əşya ilə əvəz olunmasını tələb etsin.
45. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Maddə 385.1., 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Maddə 420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
46. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdırıb, kassasiya instansiyası məhkəməsinin göstərişlərini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 21 noyabr 2023-cü il tarixli, 2(012)-115/2023 nömrəli qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilərək iddia rədd olunmalıdır.
47. Kollegiya araşdırması zamanı müəyyən edildi ki, İddiaçı xx.xx.2010-cu il tarixdə alqı-satqı müqaviləsi bağlayaraq Cavabdeh2 Abşeron rayonu, Yoncalıq ərazisində yerləşən yeni yaşayış massivində yerləşən mübahisə predmeti olan fərdiy yaşayış evini 70.000 manata əldə etmişdir. Fərdi yaşayış evini 2010-cu il tarixdə əldə etməsinə baxmayaraq, iddiaçı xidməti vəzifəsi ilə əlaqədar sözügedən fərdi yaşayış evindən uzun müddət istifadə etmədiyini, yalnız 2014-cü il tarixdə yaşamaq üçün evə köçmək istədikdə evin yaşayış üçün yararsız, qəzalı vəziyyətdə olduğunu müəyyən etdiyini, bu səbəbdən kirayədə yaşamağa məcbur olduğunu, istismara yararsız olduğu üçün həmin evin tam sökülərək yenidən tikintisinə zərurət olduğunu, bunun üçün 82.183 manat məbləğində vəsait tələb olunduğunu iddia edərək araşdırılan tələblə məhkəməyə müraciət etmişdir.
48. Birinci instansiya məhkəməsi iddianı rədd etmişdir.
49. Məhkəmənin gəldiyi nəticə ilə razılaşmayan iddiaçı apellasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddianın təmin edilməsini xahiş etmişdir.
50. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməkdə haqlı olsa da, qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmamış, aidiyyəti maddi hüquq normaları üzrə qiymətləndirmə apamamışdır.
51. Nəzərə alınmalıdır ki, məhkəmə aktlarının əsaslandırılmış olması qəbul edilmiş qərarın iş üzrə tərəflərdə qanuni və ədalətli olduğuna inam yaratmaqla yanaşı, ümumilikdə məhkəmə hakimiyyətinə olan etimadın möhkəmlənməsinə xidmət edir. Məhkəmə qərarlarının qanunvericiliyin tələblərinə əməl olunmadan, əsaslandırılmamış qaydada çıxarılması həmin qərarları ədalət mühakiməsinin aktı kimi qəbul etməyə imkan vermir.
52. İddia tələbindən göründüyü kimi mübahisə cavabdeh (satıcı) tərəfindən lazımı keyfiyyətdə olmayan əşyanın alıcıya (iddiaçı) satılması ilə bağlıdır.
53. Əvvala qeyd olunmalıdır ki, tərəflər arasında daşınmaz əmlaka dair alqı-satqı müqaviləsi bağlanılması, alıcının aldığı əşyanın dəyərini ödəməsi, satıcının əşyanı alıcıya təhvil verməsi işin mübahisəsiz halıdır.
54. Bu qeyd olunanlara əsasən, habelə Kollegiya Ali Məhkəmənin Qərarının 59cu bəndi üzrə araşdırma aparan kollegiya hesab edir ki, tərəflər arasında yaranmış mübahisə müqavilə hüquq münasibətlərindən irəli gəlir. Bu baxımdan iddia tələbi üzrə hüquqi dəyərləndirmə Mülk Məcəllənin 29-cu fəslində nəzərdə tutulan Alğı-satqı haqqında ümumi müddəalar çərçivəsində olmalıdır.
55. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
56. Göründüyü kimi iddiaçı (alıcı) cavabdeh (satıcı) tərəfindən ona keyfiyyətsiz, qüsurlu əşya (fərdi yaşayış evi) satıldığını, həmin qüsurların aradan qaldırılmasının mümkün olmadığını, fərdi yaşayış evinin yenidən tikilməli olduğunu iddia edərək pul tələbi ilə çıxış edir.
57. İddia tələbi üzrə qiymətləndirmə aparan kollegiya qeyd edir ki, Mülki Məcəllənin 587.2-ci maddəsinin tələbinə görə əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda alıcının ixtiyarı var ki, öz seçimi ilə: 587.2.1. alğı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin; 587.2.2. lazımi keyfiyyətli olmayan əşyanın müqaviləyə uyğun əşya ilə əvəz olunmasını tələb etsin.
58. Araşdırılan mübahisədən göründüyü kimi iddiaçı (alıcı) əşyanın keyfiyyəti barədə mübahisə açsa da, qeyd olunan hüquq normasında ifadə olunan tələblərlə çıxış etmir. Halbuki hüquq normasının məzmunundan göründüyü kimi əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda alıcıya yalnız iki seçim hüqüqu verilmişdir ki, bu baxımdan araşdırılan iddia tələbini şərh olunan nomanın tələbinə uyğun deyildir.
59. Məhkəmə kollegiyası Ali Məhkəmənin Qərarının 73-cü bəndinin göstərişi üzrə araşdırma apararaq iddiaçıya iddia tələbinə dair iradə ifadəsinin dəqiqləşməsi təklif olunmuş, iddiaçı alğı-satqı müqaviləsinin icrasından imtina edilməsinin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasının onun mənafeyinə uyğun olmadığını, hazırda evin yerləşdiyi torpaq sahəsinin dəyərinin iki-üç dəfə qalxdığını bildirdi, yenidən ev inşa etmək üçün tələb olunan məbləğin ona ödənilməsində israrlı olduğunu göstərdi.
60. Eyni zamanda cavabdeh tərəf əşyanın müqaviləyə uyğun əşya ilə əvəz olunmasının, yəni, cavabdeh tərəfindən iddiaçıya müqavilə şərtlərinə uyğun yeni ev verilməsinin mümkün olmadığını, cavabdehdə belə bir evin olmadığını bildirdi.
61. Qeyd olunanları ümumiləşdirərək kollegiya bu nəticəyə gəlir ki, araşdırılan iddia tələbi Mülki Məcəllənin 587.2-ci maddəsində ifadə olunan hüquq normalarının tələblərinə uyğun olmadığının əsassız hesab edilməlidir. Kollegiyanın qənatincə iş üzrə faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşmadığından iddia təmin oluna bilməz.
62. Kollegiya həmçinin qeyd edir ki, göründüyü kimi tərəflər arasında hüquq münasibətləri müqavilə hüququndan irəli gəlir. Cavabdeh1 müqavilə tərəfi olmamaqla, hər hansı bir öhədliyin daşıyıcısı olmadığından ona qarşı irəli sürülmüş tələbin maddi hüquqi əsası yoxdur, tələb əsassızdır.
63. Məhkəmə kollegiyası həmçinin Ali Məhkəmənin Qərarının 67-71-ci bəndlərinin göstərişinə uyğun olaraq iddia müddəti məsələsini də müzakirə edərək aşağıdakıları göstərir:
64. İlk əvvəl qeyd olunmalıdır ki, cavabdeh tərəf ərizə təqdim edərək iddia müddətinin tətbiq edilməsini xahiş etmişdir.
65. Mülki Məcəlləyə əsasən, ümumi iddia müddəti on il, müqavilə tələbləri üzrə iddia müddəti üç il, danşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti altı ildir. Eyni zamanda tələblərin ayrı-ayrı növləri üçün bu Məcəllə ilə ümumi müddətə nisbətən qısaldılmış və ya uzadılmış xüsusi iddia müddətləri təyin edilə bilər.
66. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Bu mənada, hüquqları pozulmuş şəxsin öz hüquqlarının bərpasını tələb etmək hüququnun vaxtında həyata keçirilməsinə zəmin yaradan iddia müddətinin axımının başlanğıcının müəyyən edilməsi xüsusi əhəmiyyət kəsb edir.
67. Araşdırılanlarla müəyyən edildi ki, tərəflər arasında alqı-satqı müqaviləsi 2010-cu il tarixdə bağlanmaqla, iddiaçı (alıcı) tərəfindən fərdi yaşayış evi qəbul edilmişdir. İddiaçı evdə yaşamadığını, bu səbəbdən evin qusurlarını yalnız 2014-cü il tarixdə aşkar etdiyini, həmin vaxtdan tərəflər arasında mübahisə yarandığını, müxtəlif qurumulara, o cümlədən inzibati icraata qaydasında məhkəməyə müraciət etdiyini bildirdi.
68. Kollegiya ilk öncə qeyd edir ki, müvafiq orqanlara, habelə məhkəməyə müraciət etmək iddiaçının konstitutsion hüququ olmaqla, hər hansı formada məhdudlaşdırıla bilməz.
69. Lakin qeyd olunmalıdır ki, iddiaçının müxtəlif qurumlara, o cümlədən inzibati icraat qaydasında mübahisə ilə bağlı müraciət etməsi iddia müddətinin axımının kəsilməsi və ya dayandırılması halı kimi qəbul edilə bilməz.
70. Kollegiya vurğulayır ki, məhkəmə müdafiəsi hüququnun təminatlardan biri Konstitusiyanın 62-ci maddəsində təsbit edilmiş hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququdur. Hüquqi mövqeyə görə bu normada qeyd edilən “qanunla müəyyən edilmiş məhkəmə” müddəası işlərin aidiyyət qaydaları, qanuni məhkəmə tərkibinin mövcudluğu və s. subyektiv elementləri ehtiva edir.
71. Mülki qanunvericiliyə görə müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur (MM-in 399.1-ci maddəsi). Öhdəliyin qarşılıqlı icra edilməsi müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur.
72. İşdən də göründüyü kimi 2010-cu ildə tərəflər arasında bağlanmış müqavilə üzrə öhdəliyin qarşılıqlı icra edilməsi başa çatmışdır.
73. İddiaçının göstərdiklərinə görə hüquqlarının pozulduğunu bildiyi an 2014-cü il tarixdir.
74. Lakin göründüyü kimi qanunvericiliklə müəyyən edilmiş müddətlər daxilində (daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə altı il ərzində) müvafiq iddia ilə məhkəməyə müraciət edilməmişdir.
75. İstər fərdi yaşayış evinin təhvil verildiyi 2010-cu ildən, istərsə də şəxsin hüquqlarının pozulduğunu iddia etdiyi 2014-cü ildən hesablandıqda iddia müddəti ötmüşdür.
76. Bununla yanaşı kollegiya qeyd edir ki, L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin qərarında qeyd edilmişdir ki, iddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Buna görə, məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulubpozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir.
77. Göründüyü kimi Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə görə əgər iddia tələbi əsaslıdırsa və iddia müddəti keçibsə, iddia müddəti tətbiq edilə bilər. Yox əgər iddia tələbi əsassızdırsa, iddia müddətinin tətbiq edilməsinə zərurət yoxdur. Yəni iddia ərizəsi əsassızlığına görə rədd edilməlidir.
78. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyindən çıxış edərək hazırkı halda da kollegiya iddia müddətinin tətbiq edilməsinə zərurət görmür, hesab edir ki, iddia tələbi və apellyasiya şikayəti əsassız olduğundan rədd edilməlidir.
79. Kollegiya mənəvi zərərin əvəzinin ödənilməsi barədə də tələbin təmin edilməsi üçün əsaslar görmür. Belə ki, hesab edir ki, maddi zərərin ödənilməsi hissədə iddia əsas tələb olmaqla və bu hissədə tələb təmin olunmadığından, törəmə tələb olan mənəvi zərərin ödənilməsi hissədə də iddia təmin oluna bilməz.
80. Beləliklə, məhkəmə kollegiyası şərh olunanlara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 21 noyabr 2023-cü il tarixli, 2(012)-115/2023 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək iddia təmin olunmamalıdır.
81. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.2, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 21 noyabr 2023-cü il tarixli, 2(012)-115/2023 nömrəli qətnaməsi ləğv edilsin və yeni qətnamə qəbul olunsun. İddiaçı cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 (üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyi) qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddiası təmin olunmasın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.