Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2148/2021 05.07.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X3 Tağızadənin sədrliyi və məruzəsi, X1 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Elnarə Nəriman qızı Ağayevanın katibliyi, İddiaçı: İddiaçı iştirakı ilə, İddiaçı İddiaçı Cavabdeh qarşı maddi və mənəvi zərənin ödənilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 06 aprel 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 06 aprel 2021-ci il tarixli qətnaməsi ilə (hakim E.A.Abdullayev) İddiaçı Cavabdeh qarşı cavabdehdən maddi ziyana görə 1000 manat, mənəvi zərərin əvəzi olaraq 5000 manat məbləğində pulun onun xeyrinə tutulması barədə iddiası təmin edilməməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehdən mənəvi zərərə görə 5000 manat məbləğində pulun və ona dəymiş maddi ziyanın əvəzi olaraq 1000 manat məbləğində pulun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 09.11.2019-cu il tarixdə Sumqayıt şəhəri “Pioner” marketin yaxınlığında yol-nəqliyyat hadisəsi zamanı xəsarət almışdır. Həmin tarixdə Sumqayıt-Lənkəran xətti üzrə hərəkət edən “Ford” markalı mikroavtobusa minmiş, günorta saatlarında Sumqayıt şəhərinə çatmışdır. Sürücüdən “Pioner” mağazasının yanında saxlamasını xahiş etmişdir. Sürücü tələsdiyindən, həm də məsuliyyətsizlik etdiyindən o, avtobusdan düşməmiş avtobusu tərpətmişdir. Bu səbəbdən də o, avtobusdan yerə yıxılmışdır. Sürücü dərhal onu Sumqayıt şəhər TTYX-yə aparmış, yolda onu sakitləşdirərək xəstəxanada öz səhvi ucbatından yıxıldığını deməyi xahiş etmişdir. Xəstəxanada yıxıldığını bildirmiş, cavabdeh də ona lazım olan yardımları etmişdir. Bundan əlavə özünə aid telefon nömrələrini ona verərək kömək lazım olduğunda zəng etməyini bildirmişdir. Evə gəldikdən sonra ağrıları artmış, qolunu tərpədə bilməyəcək vəziyyətə gəlib çatmışdır. O, özünə yemək, çay belə hazırlaya bilmədiyindən cavabdehə zəng edərək ona bir baxıcı tutmasını və ya ailə üzvlərindən birinin sağalanadək ona baxmasını istəmişdir. Cavabdehə zəng vurarkən ona qarşı kobudluq etmiş, artıq onunla işinin bitdiyini söyləmişdir. Bundan sonra o, Sumqayıt Şəhər Polis İdarəsinə müraciət etmişdir. Xeyli müddət keçməsinə baxmayaraq müraciəti nəticəsiz qalmışdır. Daha sonra təkrar ərizə ilə polis idarəsinə müraciət etmişdir. Hadisə ilə bağlı tərəflərin izahatları alınmışdır. Cavabdeh yalan ifadə vermiş, guya onun müvazinətini itirərək yıxıldığını bildirmişdir. Halbuki, o, sürücünün diqqətsizliyi ucbatından yıxılmış, bununla bağlı ciddi narahatlıqlar yaşamışdır. Hətta məhkəmə-tibbi ekspertizası təyin edilmiş, Məhkəmə-Tibbi ekspertizanın 1801 saylı, 20.12.2019-cu il tarixli rəyinə əsasən “az ağır” zərərvurmaya aid bədən xəsarəti olması müəyyən edilmişdir. Bundan əlavə Sumqayıt Travmatologiya xəstəxanasında 4 ay qolu gipsdə qalmışdır. Cavabdeh isə bir dəfə olsun onunla maraqlanmamışdır. O, məcbur olub özünə köməkçi tutmuşdur. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə qətnaməsi qanunsuz və əsassızdır. Onun tərəfindən lazım olduğundan da artıq bütün sübutlar məhkəməyə təqdim edildiyi halda, cavabdehin öz etirazlarının əsaslılığını təstiq edən heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Lakin məhkəmə bütün bu hallara heç bir qiymət verməmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 06 aprel 2021-ci il tarixli 2(060)- 1165/2021 saylı qətnaməsini ləğv edərək iddianın tam təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. İddiaçı apellyasiya şikayətinin dəlillərini müdafiə etdi, eyni məzmunlu izahat verdi və şikayətin təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası məruzəçi hakimi, tərəfin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara görə iş üzrə məhkəmə qətnaməsi dəyişdirilməməlidir, apellyasiya şikayəti isə təmin edilməməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddia rədd edərkən, cavabdeh tərəfindən iddiaçıya maddi ziyanın vurulmasının sübuta yetirilməməsinə istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına uyğundur. Belə ki, Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, İddiaçı apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İşdə olan Sumqayıt şəhəri TTYX-nın 22.11.2019-cu il tarixli, TQS 027 MY saylı ambulator çıxarışından və 09.11.2019-cu il tarixli, 7800 saylı rentgen müayinəsindən görünür ki, iddiaçının sağlamlığına ziyan dəymişdir. İşə əlavə Sumqayıt şəhər Polis İdarəsinin Təhqiqat şöbəsinin baş təhqiqatçısı, polis mayoru Zamiq Seyfullayevin cinayət işinin başlanmasının rədd edilməsi haqqında 20.12.2019-cu il tarixli 20.12.2019-cu il tarixli qərarında göstərilmişdir ki, hadisə baş verən ərazidə quraşdırılmış təhlükəsizlik kameralarına baxış zamanı müəyyən edilmişdir ki, cavabdehin idarə etdiyi “Ford-Transit mikroavtobus” markalı, **-CB-*** dövlət nömrə nişanlı mikroavtobus Sumqayıt şəhəri, C.Cabbarlı küçəsində yolun kənarında saxlamış, təxminən 1 dəqiqə sonra mikroavtobusun qapısı açılmış, qapı açıldıqdan sonra iddiaçı avtobusdan düşərkən ehiyatsızlığa yol verərək avtobusun qapısından yerə yıxılmış, həmin vaxt avtobus tam olaraq hərəkətsiz və dayanmış vəziyyətdə olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın (21.1.). Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir) (1096.1.). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (1096.2). Sadalanan maddi hüquq normalarına görə hazırkı mübahisə üzrə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində, o cümlədən cavabdehin qanunsuz hərəkətləri nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan iddiaçının üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsində nəzərdə tutulmuşdur ki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın (21.1.). Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (21.2.). Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır (21.3.). Göründüyü kimi, hazırkı halda iddia tələbinin təmin edilməsi üçün iddiaçıya iddia ərizəsində göstərilən məbləğdə maddi ziyanın cavabdehin təqsirli hərəkətləri nəticəsində vurulduğu sübut edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəllədə həmçinin, göstərilmişdir ki, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur (1108.1.). İşin müəyyən edilmiş hallarından göründüyü kimi iddiaçı sərnişin kimi cavabdehin idarə etdiyi mikroavtobusa minmişdir. İddiaçının mikroavtobusdan düşməsi üçün sürücü mikroavtobusu saxlamış və iddiaçı düşərkən mikroavtobus tam hərəkətsiz vəziyyətdə olmuşdur. Bu zaman iddiaçı müvazinətini itirərək mikroavtobusun qapısından bayıra yıxılmış və xəsarət almışdır. Yəni, iddiaçının yıxılmasında cavabdehin hər hansı təqsirli hərəkəti müəyyən edilməmişdir. Mikroavtobusda əlavə oturacaqların quraşdırılması ilə bağlı iddiaçının dəlililinə gəldikdə qeyd edilməlidir ki, qeyd edilən hal iş materialları ilə sübuta yetirilmir. Hətta mikroavtobusada əlavə oturacaqlar quraşdırılmış olsaydı belə iddiaçı nəqliyyat vasitəsinə minərkən həmin oturacaqları görmüş və öz iradəsi ilə mikroavtobusa minmişdir. Yəni, iddiaçının xəsarət alımasına səbəb onun öz ehtiyatsızlığı olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə (bundan sonra – MPM) əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (77.1.). İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər (77.3.).Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir (78.1.). Məhkəmə kollegiyası iddiaçının məhkəmənin onun tərəfindən sübutların təqdim edilməsinə baxmayaraq iddianın təmin olunmaması barədə gətirdiyi dəlili qəbul etmir. Belə ki, iddiaçıya maddi və mənəvi ziyanın cavabdeh tərəfindən yetirilməsi barədə iş materialları ilə sübuta yetirilmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nın 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Beləliklə, məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərilən digər dəlilləri də araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan və işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 384.0, 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin bu iş üzrə 06 aprel 2021-ci il tarixli 2(060)-1165/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-2148/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2148/2021
05.07.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver