Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-216/2021 03.05.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə iclas katibi X23, İddiaçı nümayəndəsi X19, Cavabdeh, müstəqil tələb irəli sürməyən üçüncü şəxs X25 iştirakı ilə Xaçmaz Rayon Məhkəməsinin 16 mart 2020-ci il tarixli, 2(067)-441/2020 saylı qətnaməsindən Cavabdeh verdiyi apelyasiya şikayəti üzrə işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Xaçmaz Rayon Məhkəməsinin 16 mart 2020-ci il tarixli, 2(067)-441/2020 saylı qətnaməsi ilə (hakim İ.Ə.Xəlilov) İddiaçı Cavabdeh qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, torpaq sahəsinin planı və ölçüsünə dair kadastr sənədinin və çıxarışın ləğv edilməsi, mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair iddia təmin edilib, ünvan 1ində yerləşən X8 miras qalmış mülkə 08.02.1994-cü ildə X9 adına verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə, evin yerləşdiyi 0,12 ha torpaq sahəsinə İddiaçı adına 07.10.2013-cü il tarixdə verilmiş torpaq sahəsinin plan və ölçüsünə dair kadastr sənədi və X9 adına 11.03.2019-cu il tarixdə işlənmiş **********470-13301 reyestr saylı Seriya RX, ******* saylı çıxarış ləğv edilmiş, ünvan 1ində yerləşən X8 miras qalmış mülkə münasibətdə mirasın İddiaçı tərəfindən qəbul edilməsi faktı müəyyən edilmiş və İddia ərizəsi verilərkən ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. Cavabdeh apelyasiya şikayəti verib, Xaçmaz Rayon Məhkəməsinin 16 mart 2020-ci il tarixli, 2(067)-441/2020 saylı qətnaməsininin ləğv edilrərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı tələblini onunla əsaslandırmışdır ki, ünvan 1ində mərhum X5na məxsus olmuş 1920ci ildə tikilmiş yaşayış evi və evin yerləşdiyi həyatyanı torpaq sahəsi miras qalmışdır. X5 24.04.1991-ci ildə vəfat etmiş, onun vəfatı ilə əmlakına vərəsəlik açılmışdır.Mərhumun vəfat etdiyi məqamda onun birinci növbəli vərəsələri o, X31, X15 və X32 olmuşdur. Başqa sözlə mərhumun 4 nəfər birinci növbəli vərəsələri olmuşdur. Miras açıldıqdan sonra yəni, anasının vəfatından sonra miras əmlakı onun tərəfindən idarə olunmağa başlamışdır. Həmin evə o, baxmış və təsərrüfata o, qulluq etmişdir. Elə miras açılandan bir neçə ay sonra yəni,1991-ci ilin sentyabr ayından mərhumun birinci növbəli vərəsələrindən Sarmanın oğlu X28 ailəsi ilə birlikdə o, anasından miras qalmış evə yerləşdirmişdir ki, təsərrüfata baxsınlar, həm də yaşasınlar. Çünki o, tez-tez kəndə gəlib-gedə bilmirdi. 1991-ci ildən 2007-ci ilin iyun ayına qədər X36 ailəsi ilə birlikdə həmin evdə yaşamışlar. O, da mütəmadi olaraq, ailə üzvləri ilə birlikdə miras qalmış mülkə gəlib-getmiş və təsərrüfata rəhbərlik etmişdir.X17 tam təsdiq edə bilər. X6 özünə yeni yaşayış evi tikərək öz evinə köçmüşür. Miras evə isə Sarmanın qızı X33 baxmağa başladı. Son vaxtlara qədər təsərrüfata özü rəhbərlik etmişdir.Yaşayış evinə qaz və suyun çəkilməsi onun göstərişi və razılığı ilə Bəşirova Aytən və Bəşirov İlyas tərəfindən həyata keçirilmişdir. Miras əmlak son vaxtlara qədər nə mərhum X2, nə də cavabdehin istifadəsində olmamışdır. İş üzrə Cavabdeh həyat yoldaşı olmuş mərhum qardaşının X20 vərəsəlik açıldıqdan sonra qanunda nəzərdə tutulmuş qaydada və müddətdə mirası qəbul etməsə də, sonradan yəni, X36 həyətyanı torpaq sahəsində kartof əkmiş və gəlib-getməyə başlamışdır. Özü də xəstə olduğuna görə hərdən bir gəlib gedirdi. Mirasla əlaqədar vərəsələr arasında mübahisə mövcud olmadığına görə miras rəsmilləşdirilməmiş qalmışdır. Qardaşı Həmzəyev Şirinbala Binət oğlu 12 iyun 2018-ci il tarixdə vəfat etdikdən sonra eşidib ki, onun arvadı iş üzrə Cavabdeh anasından miras qalmış mülki satışa çıxarmaq istəyir. Bundan sonra vəkil sorğusu vasitəsi ilə müvafiq sənədləri əldə etdikdə məlum olmuşdur ki, anasından miras qalmış Quba rayonun Susay kəndində yerləşən mülk vərəsəliklə mərhum qardaşı, cavabdehin əri olmuş X9 adına qeydə alınmışdır. Miras əmlakın X9 adına keçməsini onun vəfatından sonra bildiyinə görə qanunda nəzərdə tutulmuş iddia müddəti tərəfindən ötürülməmişdir. Miras əmlaka vərəsəlik açıldıqdan sonrakı dövrdə mirasa o, sahiblik etməmiş, miras evə o, adam yerləşdirmişdir. Ona görə də X9 adına işlənmiş 08.02.1994-cü ildə verilmiş Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə, evin yerləşdiyi 0,12 ha torpaq sahəsinə 07.2013-cii il tarixdə verilmiş, torpaq sahəsinin planı və ölçüsünə dair kadastr sənədi və X9 adına 11.03.2019-cu il tarixdə işlənmiş Seriya RX, ******* nömrəli Çıxarış ləğv edilməlidir. Qeyd edir ki, miras əmlaka hazırda cavabdeh sahiblik edir.Göstərilən miras əmlakı tərəfindən faktiki qəbul edildiyinə görə həmin əmlaka münasibətdə mirasın tərəfindən qəbul edilməsi faktı müəyyən edilməlidir. Mirasın qəbııl edilməsi müddəti 6 ay müəyyən edilmişdir. Qəbul edilmiş miras mirasın açıldığı vaxtdan vərəsənin mülkiyyəti hesab olunur. O, qanunda nəzərdə tutulmuş müddətdə və qaydada mirası faktiki qəbul etmiş, ona görə də bu fakt məhkəmə tərəfindən təsdiqlənməlidir.Qeyd olunanlarla əlaqədar məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.Ona görə də, ünvan 1i ünvanda yerləşən mərhum X5ndan miras qalmış mülkə 08.02.1994-cü ildə mərhum X2 adına verilmiş Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, evin yerləşdiyi 0,12 ha torpaq sahəsinə İddiaçı adına 07.10.2013-cü il tarixdə verilmiş torpaq sahəsinin planı və ölçüsünə dair kadastr sənədinin və X9 adına 11.03.2019-cu il tarixdə işlənmiş **********470-13301 reyestr saylı Seriya RX, ******* saylı Çıxarışın ləğv edilməsi, ünvan 1i ünvanda yerləşən mərhum X5ndan miras qalmış mülkə münasibətdə mirasın tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN İZAHATİ: Cavabdeh verdiyi apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Xaçmaz Rayon Məhkəməsi 16 mart 2020-ci il tarixli qətnaməni qəbul edərkən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh və vəkili X29 apelyasiya şikayətini müdafiə edib, təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında İddiaçı, nümayəndəsi X19 və nümayəndəsi və vəkili X21 apelyasiya şikayətinə etiraz edib, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs R.S.Həmzəyev apelyasiya şikayətini müdafiə edib, təmin edilməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini, işdə iştirak edən şəxslərin izahatını dinləyib və apelyasiya şikayətini müzakirə edərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilib, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iddianın təmin olunmaması barədə yeni qətnamə qəbul edilməlidir. Belə ki, iş materiallarında olan AZE seriyalı, 000***** saylı şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.1937- ci il tarixdə ünvan 1ində anadan olmuşdur, hazırda Abşeron rayonu Ceyranbatan qəsəbəsi, Xətai küçəsi ev, 3 mənzil 8-də yaşayır. Quba rayon Qeydiyyat şöbəsinin 26.07.2019-cu il tarixli arayışından müəyyən olunur ki, İddiaçı xx.xx.1937- ci il tarixdə ünvan 1ində anadan olmuş, atası X27, X5dır. Quba rayon Qeydiyyat şöbəsinin 26.07.2019-cu il tarixli arayışından müəyyən olunur ki, X20 24.04.1941-ci il tarixdə ünvan 1ində anadan olmuşdur, atası X27, X5dır. Quba rayon Qeydiyyat şöbəsinin 26.07.2019-cu il tarixli arayışından müəyyən olunur ki, X7 rayonunun Susay kəndində 24.04.1991-ci il tarixdə ürək-damar çatışmamazlığından vəfat etmişdir. Quba rayon Qeydiyyat şöbəsinin 26.07.2019-cu il tarixli arayışından müəyyən olunur ki, X37 28.10.2006-cı il tarixdə ünvan 1ində vəfat etmişdir. AZ-İİ seriyalı, 040619 saylı ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X34 07.11.2019-cu il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikası Dövlət arxivinin Quba filialının 19 iyul 2019-cu il tarixli, 1203 saylı Arxiv arayışından müəyyən olunur ki, ünvan 1ində X11 şəxsi mülkiyyətində ümumi sahəsi 1986- 1987-ci illərdə 50 kv.metr, 1988-1990-cı illərdə 134 kv.metr, o cümlədən yaşayış sahəsi 1986- 1987-ci illərdə 26 kv. metr, 1988-1990- cı il tarixlərdə 39 kv. metr olan 1920-ci il tarixdə tikilmiş divarları çay daşından, dam örtük matereialı şiferdən olan yaşayış evi və şəxsi istifadəsində 0,25 ha həyətyanı torpaq sahəsi vardır.X1 adından başqa heç kəsin adı qeyd edilməmişdir. Quba rayon Qeydiyyat şöbəsinin 26.07.2019-cu il tarixli, 415 saylı sorğuya cavab məktubundan müəyyən olunur ki, X9 ölümü Quba rayon qeydiyyat şöbəsində aşkar edilməmişdir. Quba RİHB-nın Susay kənd İƏD üzrə icra nümayəndəliyinin 18.07.2019-cuil tarixli, 30 saylı çıxarışından müəyyən olunur ki, təsərrüfatda X20, (vəfat edib) Cavabdeh adları qeyd olunmuşdur. Xususi mülkiyyətdə olan həyətyanı torpaq sahəsi 0,25 ha-dır. Pay torpaq sahəsi yoxdur. Xususi mülkiyyətdə olan evin ümumi sahəsi 110 kvadrat metr, yaşayış sahəsi isə 42 kvadrat metdir. Xaçmaz RPŞ-nin 31.07.2019-cu il tarixli məktubundan müəyyən olunur ki,xx.xx.1953-cü il təvəllüdlü Cavabdeh Xaçmaz şəhəri H.Əliyev prospekti 70 saylı evdə qeydiyyatdadır. Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, ünvan 1i ünvanda yerləşən mərhum X8 miras qalmış mülkə 08.02.1994-cü ildə mərhum X9 adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. İddiaçı Binyət oğlu tərəfindən Quba rayon Dövlət notariat kontoruna ünvanlanmış ərizəsindən görünür ki, o, anası X10 qalmış Quba rayonu, Susan kəndində yerləşən evdən tələbi yoxdur. X2 adına keçməsinə razılıq vermişdir. A 472648 saylı, 07.10.2013-cü il tarixli Torpaq sahəsinin planı və ölçüsündən müəyyən olunur ki, ünvan 1indən X12 Quba rayon Aqrar İslahat Komissiyasının 15.08.1997-ci il tarixli 08 qərarı ilə sahəsi 1200 kv.m olan fərdi yaşayış evi tikmək üçün torpaq sahəsi verilmişdir. 11.03.2019-cu il tarixdə işlənmiş **********470-13301 reyestr saylı Seriya RX, ******* saylı Çıxarışdan müəyyən olunur ki, ünvan 1ində yerləşən mərhum X8 miras qalmış 0.12 ha torpaq sahəsi X9 adına rəsmiləşdirimişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Xaçmaz 1 saylı notariat ofisi tərəfindən X3 verilmiş cavab məktubundan görünür ki, ünvan 1i ərazisində yerləşən, mərhum X5ndan miras qalmış evə və evin yerləşdiyi 0,12 ha həyətyanı torpaq sahəsinə münasibətdə payına düşən hissəyə dair adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi ilə əlaqədar Xaçmaz rayon 1 saylı Notariat oifısinə təqdim etdiyi sənədlər araşdırılmış, müəyyən edilmişdir ki, vərəsəlik işi mübahisəli xarakter daşıyır. Belə ki, mərhum X8 miras qalmış əmlaklara dair bütövlükdə X9 adına vərəsəlik hüququ haqqında şəhadətnamə verilmiş və əmlaklar onun adına rəsmiləşdirilmişdir. Vərəsəlik işi aparılarkən Sizin də birinci növbəli vərəsə olmağınız göstərilməmiş və bu barədə notariat ofisinə sənəd təqdim edilməmişdir. Belə olduğu halda vərəsəlik işinin aparılması mümkün deyildir. Hazırki vəziyyətdə vərəsəliyin müəyyən edilməsi ilə əlaqədar məhkəməyə müraciət etməyi tövsiyyə edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə xətşünaslıq ekspertizası barədə 17 mart 2021-ci il tarixli, 4/186 saylı ekspert rəyi ilə müəyyən edilir ki, ekspertizaya təqdim edilmiş mülki işin 182-ci vərəqində İddiaçı adından olan ərizənin kserosurətində əks olunmuş “Quba Dövlət notariat kontoruna İddiaçı tərəfindən Ərizə...” sözləri ilə başlayıb, “İddiaçıB” sözləri ilə bitən yazılar və “İddiaçıB” yzıları qarşısında əks olunmuş imza - İddiaçı tərəfindən icra olunmuşdur. İddia tələbini təmin etdikdə birinci instansiya məhkəməsi Azərbaycan SSR-in 1964-cü ildə qəbul edilmiş və 1 sentyabr 2000-ci il tarixədək qüvvədə olmuş Mülki Məcəlləsinin 527, 528, 529, 532, 552, 553, 561 və 562-ci maddələrinə istinad etməklə hesab etmişdir ki, miras açıldığı gündən 6 ay keçdikdən sonra mirasa dair şəhadətnamənin verilməsi ilə bağlı müraciət olunduqda notarius birbaşa mirasın qəbuluna dair şəhadətnamə verə bilməz, bu halda mirasın qəbul edilməsi müddətinin ötürülüb-ötürülməməsi məsələsinin müzakirəsi məhkəmə qaydasında aparılmalıdır. Yalnız məhkəmə mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti üzrlü səbəb olduğu halda uzada bilər. Müddətlə bağlı məhkəmə qaydasından yeganə istisna hal isə müddət bitdikdən sonra mirası qəbul etmiş bütün vərəsələrin mirasın qəbul edilməsinə razı olmalarıdır. Lakin, işin hallarından müəyyən olunur ki, X26 24.04.1991-ci il tarixdə vəfat etmiş, həmin miras əmlaka dair 08.02.1994-cü ildə mərhum X9 adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Şəhadətnamənin həmin vaxt qüvvədə olan qanunvericiliyin tələblərinə müvafiq qaydada verilib-verilməməsinin araşdırılması üçün məhkəmə sorğularının verilməsinə baxmayaraq, vərəsəlik işi ilə bağlı materiallar müəyyən edilməmişdir. Belə olduğu halda X11 24.04.1991-ci il tarixdə vəfatından uzun müddət keçdikdən sonra 08.02.1994-cü ildə mərhum X9 adına verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin mötəbərliyi şübhə doğurur. Həmçinin, qanunvericiliyin tələbinə əsasən mirası qəbul etmiş bütün digər vərəsələrin X9 mirası qəbul etməsinə razılıqlarını ifadə edən ərizələr və ya mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin uzadılmasına dair məhkəmə qətnaməsi mövcud olmadığından məhkəmə iddia tələbini qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, torpaq sahəsinin plan və ölçüsünə dair kadastr sənədinin və çıxarışın ləğv edilməsinə dair hissədə əsaslı hesab edir. Məhkəmə bu nəticəyə gələrkən həm də Həmzəyev Şirinbala Binət oğlunun 12 iyun 2018-ci il tarixdə vəfatından sonra həmin şəxsə 11.03.2019-cu il tarixdə ünvan 1ində yerləşən mərhum X8 miras qalmış 0.12 ha torpaq sahəsinə dair çıxarışın verilməsinin qeyri-mümkün olması, vəfat etmiş şəxsə çıxarışın verilməsi üçün hüquqi əsasın olmaması, həmin çıxarışın verilməsini şərtləndirən hüquqi faktların mövcud olmadığına istinad edir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməkdən imtina etdikdə maddi və prosessual hüquq normalarının tətbiqində və təfsirində səhvə yol verilməklə həmin normaların tələbləri pozulmuşdur. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 1964-cü il sentyabrın 11-də qəbul olunmuş və 01 mart 1965-ci ildə qüvvəyə minmiş Azərbaycan Respublikası Mülki Məcəlləsinin 527-ci maddəsinə əsasən vərəsəlik qanunu üzrə və vəsiyyət üzrə həyata keçirilir. Vərəsəlik o vaxt qanun üzrə vərəsə ola bilər ki, o, vəsiyyətlə dəyişdirilməsin. Həmin Məcəllənin 528-ci maddəsinə əsasən vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud onun ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 552-ci maddəsinə əsasən mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə miras əmlakı faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə o eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanının miras qəbul etmək barədə ərizə verikdə miras qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər açılan gündən 6 ay müddətində edilməlidir. Yalnız başqa vərəsələr olmadıqda və ya onlar mirası qəbul etmədiyi halda vərəsəlik hüququ əmələ gəlmiş vətəndaşlar mirası qəbul etmək üçün qalan müddət ərzində onu qəbul etmək üçün öz razılığını bildirə bilər. Bu müddət 3 aydan az olmadıqda isə həmin müddət 3 aya qədər uzadılır. Həmin Məcəllənin 553-cü maddəsinə əsasən mirasın qəbul edilməsi üçün bu Məcəllənin 552-ci maddəsi ilə müəyyən edilən müddətin keçməsi səbəbləri üzrlü hesab edildikdə, məhkəmə tərəfindən həmin müddət uzadıla bilər. Mirası qəbul etmiş bütün vərəsələrin hamısının razılığı olduqda, göstərilən müddət keçdikdən sonra məhkəməyə müraciət etmədən də miras qəbul oluna bilər. Həmin Məcəllənin 561-ci maddəsinə əsasən qanun üzrə və ya vəsiyyət üzrə vərəsəliyə çağırılmış vərəsələr, vərəsəlik açılan yerin notariat kontorundan, onların vərəsəlik hüququnu təsdiq edən şəhadətnamənin (vərəsəlik hüququ haqqında şəhadətnamənin) verilməsini xahiş edə bilərlər. 1964-cü il sentyabrın 11-də qəbul olunmuş və 2000-ci il sentyabrın 1-dən qüvvədən düşmüş Azərbaycan Respublikası Mülki Məcəlləsinin 73-cü maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası üzrə onun hüquqlarının müdafiəsi üçün ümumi müddət (iddia müddəti) üç il müəyyən edilmişdir. Həmin Məcəllənin 82-ci maddəsinin 1-ci hissəsinə əsasən iddia qaldırılana qədər iddia müddətinin keçməsi iddianı rədd etmək üçün əsasdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli, 4 saylı qərarının 2.2-ci bəndin əsasən məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Qeyd edilən qərarın 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası işin həqiqi hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddia ərizəsini təmin etməklə düzgün nəticəyə gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 385.1.1 - 385.1.4-cü maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsaslar hesab edilir. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbi üzrə işin bütün faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmamış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə görə məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Ona görə də, məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilib, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilib, İddiaçı Cavabdeh qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, torpaq sahəsinin planı və ölçüsünə dair kadastr sənədinin və çıxarışın ləğv edilməsi, mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair idiası təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası hesab edir ki, iddia ərizəsi təmin edilmədiyindən iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu özü nə aid edilməli, həmçinin ekspertiza tədqiqatına xərclənmiş 126 (yüz iyirmi altı) manat məbləğində pul İddiaçı alınıb müvafiq hesaba keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh apelyasiya şikayəti təmin edilsin. Xaçmaz Rayon Məhkəməsinin 16 mart 2020-ci il tarixli, 2(067)-441/2020 saylı qətnaməsi ləğv edilin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, torpaq sahəsinin planı və ölçüsünə dair kadastr sənədinin və çıxarışın ləğv edilməsi, mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair idiası təmin edilməsin. İddia ərizəsi verilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 126 (yüz iyirmi altı) manat pul İddiaçı alınıb AZ.MEM, VÖEN **********, X13, KOD 210005 VÖEN ********** müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22 hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-216/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-216/2021
03.05.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver