Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2163/2023 14.11.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Fuad Əli oğlu və X1 ibarət tərkibdə, İddiaçı Sumqayıt Bələdiyyəsinin Cavabdeh qarşı “icarə haqqı üzrə borcun ödənilməsi, icarə müqaviləsinə xitam verilməsi və torpaq sahəsinin boşaldılaraq təhvil verilməsi” tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6700/2023 nömrəli, 16 oktyabr 2023-cü il tarixli qərardadından iddiaçı Sumqayıt Bələdiyyəsi tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı Sumqayıt Bələdiyyəsi Cavabdeh qarşı icarə haqqı üzrə borcun ödənilməsi, icarə müqaviləsinə xitam verilməsi və torpaq sahəsinin boşaldılaraq təhvil verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-6700/2023 saylı qərardadı ilə iddiaçı Sumqayıt Bələdiyyəsinin Cavabdeh qarşı icarə haqqı üzrə borcun ödənilməsi, icarə müqaviləsinə xitam verilməsi və torpaq sahəsinin boşaldılaraq təhvil verilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə sənədlərin geri qaytarılması qərara alınmışdır (hakim Elmir Hüseynov). Qərardaddan narazı qalan Sumqayıt Bələdiyyəsi xx.xx.2023-cü il tarixində şikayətlə məhkəməyə müraciət edərək Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-6700/2023 saylı qərardadının ləğv edilməsi və iddia ərizəsinin məhkəmə icraatına qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Sumqayıt Bələdiyyəsinin 04 iyul 2003-cü il tarixli,80 saylı iclasının qərarı ilə Sumqayıt şəhərinin Superfosfat zavodunun cənubunda yerləşən sahəsi 2,3 hektar olan torpaq sahəsi istehsal sahələrinin tikintisi məqsədi ilə Cavabdeh icarəsinə verilmişdir.Belə ki,Sumqayıt Bələdiyyəsi ilə Cavabdeh arasında qeyd edilən torpaq sahəsinə dair 22 mart 2005-ci il tarixli,118 saylı torpaq icarə müqaviləsi bağlanılmışdır ki, müqaviləyə əsasən icarənin müddəti 31 dekabr 2029-cu il tarixədək müəyyən edilmişdir. Lakin Cavabdeh müqavilə üzrə öhdəliklərini lazımi şəkildə icra etməmişdir ki,bunun da nəticəsində onun torpaqdan istifadəyə görə torpaq icarə müqaviləsi üzrə Sumqayıt Bələdiyyəsinə 2023-cü ilin sentyabr ayınadək ümumilikdə 13104,16 (on üç min bir yüz dörd manat on altı qəpik) manat məbləğində icarə haqqı borcu yaranmışdır. Tərəfimizdən borcun ödənilməsi ilə bağlı dəfələrlə Cavabdeh xəbərdarlıqlar edilsə də,cavabdeh bələdiyyənin tələblərinə məhəl qoymayaraq özünün müqavilə öhdəliklərini yerinə yetirməmişdir. Bütün bu sadalananlar Sumqayıt Bələdiyyəsini torpaq üzərində mülkiyyət hüququnun qorunması, pozulmuş hüquqlarının bərpası və cavabdeh tərəfindən torpaq icarə müqaviləsinin şərtlərinə zidd olaraq yol verilmiş qanunsuzluqların aradan qaldırılması üçün məhkəmə müdafiəsindən istifadə etmək məcburiyyətində qoymuşdur. Lakin məhkəmə tamamilə əsassız olaraq iddia ərizəsinin geri qaytarılması barədə qərardad çıxarmışdır. Məhkəmənin öz qərardadında iddia ərizəsinin geri qaytarılması üçün qeyd etdiyi əsas, yəni Cavabdeh eyniləşdirmə məlumatlarının (şəxsiyyət vəsiqəsinin seriya nömrəsinin) göstərilməməsi kimi dəlilləri sadalanan prosessual hüquq normasına əsasən iddia ərizəsinin geri qaytarılması üçün əsas sayıla bilməz. Belə ki, qanunverici həmin məlumatların iddia ərizəsində mütləq şəkildə qeyd edilməsini deyil, bu barədə məlumat olduğu halda göstərilməsini müəyyən etmişdir. Həmin məlumatların tərəflərindən əldə edilməsi mümkün olmadığı üçün cavabdehin şəxsiyyət vəsiqəsinin seriya nömrəsi iddia ərizəsində qeyd edilməmişdir. Birinci instansiya məhkəməsi sadalanan prosessual hüquq normasını düzgün tətbiq və təfsiq etməmişdir. Nəzərə alınsa ki, məhkəmənin özü cavabdehin eyniləşdirmə məlumatlarını əldə etmək üçün kifayət qədər texniki imkanlara və müvafiq səlahiyyətlərə malikdir, məhkəmənin bu əsasla iddia ərizəsini geri qaytarmasını anlamaq olmur. Məhkəmənin iddia tələblərinə bu mövqedən yanaşması hesab edirlər ki, sadalanan prosessual hüquq norması ilə yanaşı, Konstitusiya Məhkəməsi Plenumunun da iddia ərizələrinin icraata qəbul edilməsi ilə əlaqədar məsələlərə dair şərhləri ilə də açıq-aşkar ziddiyyət təşkil etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-6700/2023 saylı qərardadı ilə şikayət təmin edilməmiş, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-6700/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılmış, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-6700/2023 saylı qərardadından iş üzrə iddiaçı Sumqayıt Bələdiyyəsinin verdiyi xx.xx.2023-cü il tarixli şikayətin baxılması üçün mülki işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakim Elmir Hüseynov). Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən şikayət mümkün sayılaraq yazılı icraata qəbul edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149.2.2-ci maddəsinə əsasən iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) iddia ərizəsində göstərilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi Mülki-Prosessual Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. İddia ərizəsi və ona əlavə edilmiş sənədlərdən görünür ki, iddia ərizəsində cavabdeh kimi Cavabdeh qeyd edilsə də, cavabdehin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi) göstərilməmişdir. Belə olduğu halda cavabdeh barədə məlumatları Elektron məhkəmə informasiya sisteminə daxil etmək mümkün deyil. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarılır. Şikayətin dəlili ilə bağlı məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iddia ərizəsində cavabdehin eyniləşdirmə məlumatları göstərilmədiyindən hazırkı iddia tələbi üzrə mübahisənin “Elektron məhkəmə” informasiya sisteminə əsasən ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyatını da müəyyən etmək mümkün deyildir. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının dəlilləri əsassızdır, birinci instansiya məhkəməsi iddia ərizəsini geri qaytararkən doğru qənaətə gəlmiş, mahiyyətcə düzgün qərardad çıxarmışdır. Ona görə də şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Azərbaycan Respublikası MPM-nin 398.0.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 395-396, 397.2, 398, 400 və 402.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı Sumqayıt Bələdiyyəsi tərəfindən verilmiş şikayət təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6700/2023 nömrəli, 16 oktyabr 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-2163/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2163/2023
14.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Torpaq icarə müqaviləsi - Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver