Məhkəmə qərarları › İş №2(105)-217/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-217/2024

29.02.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-217/2024 29.02.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı və digər İddiaçı2 hüquqi varisi İddiaçı1, iddiaçılar - İddiaçı3 və İddiaçı4 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mülki iş üzrə (Açar sözlər: tikilidən cavabdehlərin məcburi çıxarılması) X62 Süleymanovanın sədrliyi və məruzəsi, X80 Məmmədov və Elman Məmməd oğlu Əhmədovdan ibarət tərkibdə, Günay Asif qızı Səlimin katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı3, İddiaçı1 nümayəndəsi və vəkili Vəkil2, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2, Cavabdehlərin nümayəndəsi və vəkili Vəkil3, Üçüncü şəxslər X24, X33 və X25 iştirakları ilə, İddiaçı və digər İddiaçı2 hüquqi varisi İddiaçı1, iddiaçılar - İddiaçı3 və İddiaçı4 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı cavabdehlərin tikilidən məcburi çıxarılması tələbinə dair mülki iş üzrə Qobustan Rayon Məhkəməsinin 2(026)-164/2022 saylı, 11 may 2022 ci il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətlərinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları

1. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, və İddiaçı4 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia qaldıraraq 1997-ci ildə torpaq islahatı zamanı onlara əmlak payı kimi verilmiş “Qarıq" qışlağından qoyun banıstanından (qoyunun qışlaması üçün nəzərdə tutulmuş tikilidən) cavabdehlərin məcburi çıxarılması tələbinə dair qətnamə çıxarılması məhkəmədən xahiş etmişlər.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Qobustan rayonunun Göydərə kənd sakini olmaqla 1997-ci ildə respublikada gedən torpaq islahatı zamanı 17 nəfərə “Qarıq” qışlağında 9X110 metr uzunluğunda qoyun banıstanı (qoyun ferması) əmsal payına uyğun olaraq verilmişdir. Həmin banıstan 2 hissədən ibarət olmuş, bundan başqa 1 ədəd quzu küzü və bundan başqa 2 ailəlik 2 çoban evi olmuşdur. Ümumilikdə həmin banstanların eni 9 metr, uzunluğu isə 110 metrdir və 1500 baş xırda buynuzlu heyvan üçün nəzərdə tutulmuşdur. Həmin qoyun banstanları qurum üzvlərinin razılığı ilə cavabdehlərə icarəyə verilmişdir. 2016-cı ilə kimi icarə haqqı alınaraq qurum üzvləri arasında bərabər bölünmüşdür. 2016-cı ildən sonra cavabdehlər qurum üzvləri ilə şifahi razılaşmanı pozmaqla heç bır icarə haqqı verməmiş və həmin tikililəri qanunsuz olaraq söküb balacalaşdırmışdır. Dəfələrlə deyilməsinə baxmayaraq cavabdehlər oradan könüllü çıxmaq istəmirlər. Qurum üzvlərinə pay kimi ayrılmış həmin qoyun banstanlarından istifadə etmək istəyirlər, lakin cavabdehlər buna razılıq vermədiyindən onların məhkəmə qaydasında məcburi çıxarılması zərurətində qalmışlar. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 1997-ci ildə torpaq islahatı zamanı onlara əmlak payı kimi verilmiş “Qarıq” qışlağından qoyun banıstanından (qoyunun qışlaması üçün nəzərdə tutulmuş tikilidən) məcburi çıxarılması barədə qətnamə çıxarılmasını xahiş edirlgr.

3. İddia ərizəsinə qarşı cavabdehlər etiraz verməmişlər.

4. X2 göstərmişdir ki, respublikada aqrar islahat keçirilərkən o, yerli islahat komissiyasının sədr müavini olmuşdur. İslahat zamanı İddiaçı4 rəhbəri olduğu quruma “Qarığ” qışlağındakı heyvanları saxlamaq üçün banıstanlar, quzu küzü və iki çoban evi əmlak payı kimi verilmişdir. Həmin qurumda nə qədər adam olduğu yadında deyil. Həmin yataqda əvvəllər Əlifxan Poladov, sonra isə indi cavabdeh olan uşaqları heyvan saxlayıblar. Eşitdiyinə görə icarə pulunu qurum rəhbərinə veriblər. “Qarığ” qışlağındakı örüş sahələrinin yeri ölçülüb dəqiqləşdirilərkən xəritəyə əsasən Ərəbqədim bələdiyyəsinin mülkiyyətində olduğu müəyyən olunmuşdur.

5. X14 da digər şahidin ifadəsinə oxşar ifadə vermişdir.

6. Göydərə islahat komissiyasında əmlakdan pay alan subyektlərə veriləcək bina və qurğuların əmlak payına bölmək üçün birlikdirmə cədvəlindən görünür ki, iddiaçıların əmlak payına düşmüş “Qarığ” qoyun qışlağında əvvəlki qiymətlərlə hər birinin dəyəri 12750000 manat olan iki ədəd qoyun banıstanı, dəyəri ******* manat olan quzu küzü, hər birinin dəyəri ******* manat olan 2 çoban evi olmuşdur.

7. İddiaçıların daxil olduğu qurum üzvlərinin əmlak paylarının bölünməsinə dair sənəddən görünür ki, hər bir qurum üzvünün paydakı kofsentləri müəyyən olunmuşdur.

8. Azərbaycan Respublikası Milli Arxiv idarəsinin Qobustan rayon dövlət arxivinin Qobustan rayonu Göydərə kənd sakini İddiaçı1 ünvanlandığı 07 aprel 2022-ci il tarixli 10 saylı məktubundan görünür ki, Göydərə kənd Göydərə kolxozunda vətəndaşlara verilən əmlak payı aşağıdakı qaydada qeyd edilmişdir: X15 21.87, İddiaçı3 52.02, X64 21.87, X7 2.24, İddiaçı2 80.0, X34 21.87, İddiaçı1 2.19, X3 2.67, X8 21.87, X35 21.87, X9 5.0, İddiaçı4 57.04, X47 21.87, X10 87.29, X4 21.87, X48 81.39, Həmidova Gülgəzə 21.87.

9. Qobustan rayonu Ərəbqədim bələdiyyəsinin 28 sentyabr 2007-ci il tarixli 13 saylı qərarının surətindən görünür ki, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə, ’”Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanununa (11 dekabr 1998-ci il), “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa (07 dekabr 1999-cu il), ’’Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa (29 iyun 2001-ci il), “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnaməyə (15 mart 2002-ci il) müvafiq olaraq Ərəbqədim bələdiyyəsinin ehtiyat fondunda olan örüş sahəsindən 140 hektar Ərəbqədim kənd sakini Cavabdeh2 verilməsi ilə bağlı onun 20 sentyabr 2007-ci il tarixli ərizəsini, Ərəbqədim bələdiyyəsinin 28 sentyabr 2007-ci il tarixli 10 saylı qərarını və DT və XK Qobustan rayon şöbəsinin rəyini əsas tutaraq Qobustan rayonu Ərəbqədim kənd sakini Cavabdeh2 Ərəbqədim bələdiyyəsinin ehtiyat fondunun icarə predmeti olan örüş sahəsindən 140 hektar torpaq sahəsi 15 il müddətində icarəyə verilmişdir.

10. X94 kitabında 13 may 2011-ci il tarixdə 2385 nömrə ilə qeydə alınmış A 328990 saylı Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin torpaq sahəsinin planı və ölçüsü haqqında sənədin surətindən görünür ki, Qobustan rayonu Ərəbqədim bələdiyyəsinin 28 sentyabr 2007-ci il tarixli 13 saylı qərarına əsasən Ərəbqədim kənd sakini Cavabdeh2 heyvandarlığın inkişafı məqsədilə Qobustan rayon Ərəbqədim kəndi ərazisindən ******* kv.m torpaq sahəsi ayrılmışdır.

11. Qobustan rayon İcra hakimiyyəti başçısının 08 noyabr 2012-ci il tarixli 188 saylı sərəncamından çıxarışın surətindən görünür ki, Göydərə kənd sakini Cavabdeh2 müraciətini və memarlıq və tikinti şöbəsinin rəyini nəzərə alaraq Qobustan rayon Ərəbqədim bələdiyyəsinin 28 sentyabr 2012-ci il tarixli 13 nömrəli qərarı ilə Cavabdeh2 icarəsinə verilmiş 140 ha torpaq sahəsində çobanların yaşaması və heyvanların saxlanılması üçün Rayon İcra Hakimiyyətinin Başçısı Aparatının Memarlıq və tikinti şöbəsinin təsdiq etdiyi layihə əsasında ferma binalarının tikintisinə icazə verilmişdir.

12. Birinci instansiya məhkəməsi tərəfindən mübahisəli qoyun banstanlarına, quzu küzünə və iki ədəd çoban evlərinə yerində baxış keçirilmiş və müəyyən olunmuşdur ki, əmlak payı kimi verilmiş qoyun banstanları cavabdehlər tərəfindən sonradan tikilmiş qoyun banstanı ilə üst-üstə düşmür, ayrı-ayrı ərazidə tikilmişdir. Həmçinin, əmlak payı kimi verilmiş çoban evləri və quzu küzündən istifadə edilmiş, cavabdehlər əlavə xüsusi yer tikmişlər, yanmış banstan isə bərpa edilərək yenilənmişdir. Əmlak payı kimi verilmiş qoyun banstanları, 2 ədəd çoban evi və quzu küzünün divarları daşlar ilə sement-qum qarışığından ibarət məhlulla hörüldüyündən, dam hissəsi taxta material və şiferdən quraşdırıldığı üçün onların dəyərinə və təyinatına zərər gətirmədən sökülməsi mümkün deyil.

İş üzrə qəbul edilmiş məhkəmə aktları

a) Birinci instansiya məhkəməsində icraat

13. Qobustan Rayon Məhkəməsinin e-2(026)-164/2022 nömrəli iş üzrə 11 may 2022-ci il tarixli qətnaməsi ilə (hakim Mirələm Quliyev) iddia təmin edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 1997-ci ildə torpaq islahatı zamanı iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 əmlak payı kimi verilmiş “Qarıq" qışlağından qoyun banıstanından (qoyunun qışlaması üçün nəzərdə tutulmuş tikilidən) məcburi çıxarılması qət edilmişdir.

14. Birinci instansiya məhkəməsi öz mövqeyini onunla əsaslandırmışdır ki, 1997ci ildə gedən torpaq islahatı zamanı 17 nəfərə “Qarıq” qışlağında 9X110 metr uzunluğunda qoyun banıstanı (qoyun ferması) əmsal payına uyğun olaraq verilmişdir. Həmin banıstan 2 hissədən ibarət olmaqla cəmi dəyəri 25.500.000 manat (o vaxtkı dövriyyədə olan manatla) olmuş, bundan başqa 2.500.000 manat dəyərində 1 ədəd quzu küzü və 2 ailəlik hər biri ayrı-ayrılıqda 3000.000 manat dəyərində 2 çoban evi olmuşdur. Ümumilikdə həmin banstanların eni 9 metr, uzunluğu isə 110 metrdir və 1500 baş xırda buynuzlu heyvan üçün nəzərdə tutulmuşdur. Əmlak payı kimi verilmiş qoyun banstanları cavabdehlər tərəfindən sonradan tikilmiş qoyun banstanı ilə üst-üstə düşmür, ayrı-ayrı ərazidə tikilmişdir. Əmlak payı kimi verilmiş çoban evləri və quzu küzündən istifadə edilmiş, cavabdehlər əlavə xüsusi yer tikmiş, yanmış banstan isə bərpa edilərək yenilənmişdir. Əmlak payı kimi verilmiş qoyun banstanları, 2 ədəd çoban evi və quzu küzünün divarları daşlar ilə sement-qum qarışığından ibarət məhlulla hörüldüyündən, dam hissəsi taxta material və şiferdən quraşdırıldığı üçün onların dəyərinə və təyinatına zərər gətirmədən sökülməsi mümkün deyil. Həmin qoyun banstanları qurum üzvlərinin razılığı ilə cavabdehlərə icarəyə verilmiş və 2016-cı ilə kimi icarə haqqı alınaraq qurum üzvləri arasında bərabər bölünmüşdür. 2016-cı ildən sonra cavabdehlər qurum üzvləri ilə şifahi razılaşmanı pozmaqla heç bır icarə haqqı verməmişdir. İddiaçılar tərəfindən cavabdehlərə dəfələrlə deyilməsinə baxmayaraq cavabdehlər oradan könüllü çıxmaq istəmirlər.

15. Birinci instansiya məhkəməsi işin qeyd edilən hallarına əsasən iddianın təmin edilməsi nəticəsinə gəlmiş, gəldiyi nəticəni də “Aqrar islahatın əsasları haqqında” Qanunun 5-ci, “Torpaq islahatı haqqında” Qanunun 11, 12-ci, “Sovxoz və kolxozların islahatı haqqında” Qanunun 11,12-ci, Mülki Prosessual Məcllənin 14.2 və 80-ci maddələri ilə əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

a) Apellyasiya şikayəti və onun dəlilləri

16. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayəti verərək Qobustan Rayon Məhkəməsinin 2(026)-164/2022 saylı, 11 may 2022 ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddianın rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişlər.

17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə maddi və prossesual normalarının pozulması və düzgün tətbiq edilməməsi, həmçinin qətnamədə göstərilən nəticələrin işin hallarına uyğun gəlməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların kifayət qədər tam və hərtərəfli aydınlaşdırılmaması nəticəsində qəbul edildiyindən həmin qətnamə ləğv edilməli, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmalıdır. İlk olaraq onu qeyd edir ki, işə baxan məhkəmə hesab etmişdir ki, “Göydərə islahat komissiyasında əmlakdan pay alan subyektlərə veriləcək bina və qurğuların əmlak payına bölmək üçün birlikdirmə cədvəlindən görünür ki, iddiaçıların əmlak payına düşmüş “Qarıq” qoyun qışlağında əvvəlki qiymətlərlə hər birinin dəyəri 12750000 manat olan iki ədəd qoyun banıstanı, dəyəri ******* manat olan quzu küzü, hər birinin dəyəri ******* manat olan 2 çoban evi olmuşdur. İddiaçıların daxil olduğu qurum üzvlərinin əmlak payının bölünməsinə dair sənəddən görünür ki, hər bir qurum üzvünün paydakı kofisentləri müəyyən olunmuşdur. Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Qobustan rayon dövlət arxivinin 07 aprel 2022-ci il tarixli, 10 saylı məktubundan görünür ki, Göydərə kənd Göydərə kolxozunda vətəndaşlara verilən əmlak payı aşağıdakı qaydada qeyd edilmişdir: X15 21.87, İddiaçı3 52.02, X64 21.87, X16 2.24, İddiaçı2 80.0, X34 21.87, İddiaçı1 2.19, X3 2.67, X17 21.87, X35 21.87, X9 5.0, İddiaçı4 57.04, X49 21.87, X18 87.29, X5 21.87, X48 81.39, Həmidova Gülgəzə 21.87. 1997-ci ildə gedən torpaq islahatı zamanı 17 nəfərə “Qarıq” qışlağında 9 X 110 metr uzunluğunda qoyun banıstanı (qoyun ferması) əmsal payına uyğun olaraq verilmişdir. Həmin banıstan 2 hissədən ibarət olmaqla cəmi dəyəri 25.500.000 manat (o vaxtkı dövriyyədə olan manatla) olmuş, bundan başqa 2.500.000 manat dəyərində 1 ədəd quzu küzü və 2 ailəlik hər biri ayrı-ayrılıqda ******* manat dəyərində 2 çoban evi olmuşdur. Ümumuilikdə həmin banıstanların eni 9 metr, uzunluğu isə 110 metrdir və 1500 baş xırda buynuzlu heyvan üçün nəzərdə tutulmuşdur. Həmin qoyun banıstanları qurum üzvlərinin razılığı ilə cavabdehlərə icarəyə verilmiş və 2016-cı ilə kimi icarə haqqı alınaraq qurum üzvləri arasında bərabər bölünmüşdür. 2016-cı ildən sonra cavabdehlər qurum üzvləri ilə şifahi razılaşmanı pozmaqla heç bir icarə haqqı verməmişdir”. Qeyd olunanlarla bağlı olaraq bildirirlər ki, məhkəmənin iş üzrə gəldiyi bu nəticə qanusuz olmaqla yanaşı həm də əsassızdır. Belə ki, iddia tələbində göstərilən “Qarıq” qışlağındakı 4,4 X 42 metr uzunluğunda olan qoyun banıstanı əmlak payı kimi Qobustan rayonu Göydərə kənd sakinləri olmaqla 14 nəfərə verilmişdir. Onlardan yalnız 3 nəfəri iddia tələbi ilə məhkəməyə müraciət etmişlər. Digər 10 şəxsin tələbi olmamışdır. Halbuki, iddia predmeti olan qoyun banıstanı əmlak payı üzrə bütün payı olan şəxslərin razılığı ilə onlara verilmişdir. Məhkəmə digər 10 nəfər şəxsi iş üzrə cəlb etməmiş, onların iddia tələbi ilə bağlı münasibətini müəyyənləşdirməmişdir. Əksinə məhkəmə heç bir təsdiqedici möhür olmayan kağız vərəqinə istinad edərək 17 nəfər şəxsi əmlak payçısı kimi göstərmişdir. Hətta həmin 17 nəfər şəxsin paylarını da qeyd etmişdir. Halbuki, məhkəmə qanunla müəyyən olunmuş sənədə istinad etməli idi. Əmlak payı olan şəxslər isə aşağıdakı 14 nəfər şəxslərdir: 1.X26; 2.X11; 3.X27; 4.X36; 5.X37; 6. X28; 7.X65; 8.İddiaçı2; 9.İddiaçı4; 10.X50; 11. X33; 12. X1; 13. İddiaçı3; 14.X81. Bununla bağlı olaraq bildirirlər ki, məhkəmə əmlak payı olan qeyd olunan şəxslərin dairəsini müəyyən etmədən, təsdiq olunmayan bir kağız vərəqinə istinad etmişdir. Hansı ki, vərəqdə qeyd olunan şəxslərin əksəriyyəti əmlak payçıları deyildir. Əmlak payçılarının bir neçəsi dünyasını dəyişmişdir. Vərəsəlik də müəyyən olunmamışdır. Məhkəmə banıstanın ölçüsünü də düzgün müəyyənləşdirməmişdir. Həmin banıstanı onlar öz vəsaiti hesabına təmir etmişdir, bütün əmlak payçılarının razılığı ilə onlara qalmaq şərti ilə bərpa etmişlər. Bununla bağlı 2016-cı ilə qədər də pulunu ödəmişlər. Əmlak payçılarına 300 manat ödəmişlər, hazırkı İddiaçı2 və Pərvaz 1000 manat istədiyi üçün razılaşmamışlar. Əmlak payçılarından bir neçə nəfər dünyasını dəyişdikdən sonra hazırkı iddiaçılar bu tələblə məhkəməyə müraciət etmişlər. Bundan başqa bildirilir ki, Qobustan rayon Ərəbqədim bələdiyyəsinin 28 sentyabr 2007-ci il tarixli 13 nömrəli Qərarı ilə 140 hektar torpaq sahəsi 15 il müddətinə onlara icarəyə verilmiş və müvafiq qaydada icarə müqaviləsi bağlanılmışdır. Qeyd olunan sənədlər əsasında Azərbaycan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən A № 328990 nömrəli torpaq sahəsinin planı və ölçüsü verilmişdir. “Qarıq” qışlağının ümumi torpaq sahəsi olan 440 hektar torpaq sahəsinin 140 hektar torpaq sahəsi hissəsi Qobustan Rayon İcra Hakimiyyəti Başçısının 08 noyabr 2012-ci il tarixli 188 saylı Sərəncamı ilə çobanların yaşaması və heyvanların saxlanılması üçün təsdiq edilmiş layihə əsasında ferma binalarının tikintisinə onlara icazə verilmişdir. “Qarıq” qışlağının qalan 300 hektar torpaq sahəsini isə digər şəxslər istifadə edir. 2017-ci ildən isə sərəncamda göstərilən qaydada istifadədə olan torpaq sahəsində çobanların yaşaması və heyvanların saxlanılması üçün tikililər inşa edərək istifadə edirlər. İddiaçıların da 3-nün daxil olmaqla cəmi 14 nəfər şəxsə isə əmlak payı kimi yalnız banıstan verilmişdir. Göründüyü kimi məhkəmə torpaq sahəsinin qanunla müəyyən olunmuş qaydada onlara məxsus olduğu halda “Qarıq” qışlağından da məcburi çıxarılmalarını qət etmişdir. Halbuki, torpaq sahəsi və sərəncam əsasında üstündə inşa etdikləri tikililər onlara məxsusdur. 2000-ci ildən başlayaraq 14 nəfərə əmlak payı kimi verilmiş “Qarıq” qışlağındakı 4,4 metr eni 42 metr uzunluğu olan banıstanlarda heyvan saxlamışlar. Baxmayaraq ki, məhkəmə banıstanın ölçüsünü 9 metr eni 110 metr uğyluğu olduğunu qeyd etmuşdir. Yatağa gələndə banıstanlar yanmış vəziyyətdə olmuşdur. Banıstanların üst hissələri yanmış vəziyyətdə, açıq olmuşdur. Banıstanlar yanmış vəziyyətdə olduğundan daşlarına toxunduqda ovulub tökülürdü. Banıstandan istifadə etməklə bağlı 2005-ci ildə ölmüş atası Əlifxan ilə qurum başçısı İddiaçı4 arasında qarşılıqlı razılaşma olmuşdur. Manat dəyişilənə kimi qurum rəhbərinə hər il 300000 manat, 2007-ci ildən hər il 200 manat, daha sonra isə 2017-ci ilə kimi hər il 300 manat icarə haqqı ödənilmişdir. İstifadə etdikləri örüş sahəsi Ərəbqədim bələdiyyəsinin ehtiyat fonduna aid olmuşdur. Həmin vaxt Ərəbqədim və Göydərə bələdiyyələri birləşdirilməmişdi. 2007-ci ildə Ərəbqədim bələdiyyəsi ilə 140 hektar örüş sahəsinin icarəyə götürülməsi barədə icarə müqaviləsi bağlamışlar. İcarə haqqı olaraq 280 manatı Ərəbqədim bələdiyyəsinə ödəmişlər. 2016-cı ildə qurum üzvü olan İddiaçı1 onlardan banıstandan istifadəyə görə 1000 manat tələb etdiyi üçün razılaşmamışlar. Halbuki, qurum üzvlərinə aid olan banıstandan istifadə etmək mümkün olmamışdır. Odur ki, 2012-ci ildə icarəyə götürdüklləri 140 hektar örüş torpaq sahəsində banıstan və çoban evi tikilməsinə icazə verilməsi üçün Qobustan Rayon İcra Hakimiyyətinə müraciət etmişlər. Qobustan Rayon İcra Hakimiyyətinin 08 noyabr 2012-ci il tarixli 188 saylı Sərəncamı ilə onlara İcra Hakimiyyət Başçısı aparatının Memarlıq və Tikinti şöbəsinin təsdiq etdiyi layihə əsasında tikintiyə icazə verilmiş, 2016-cı ildə başladıqları tikintini 2017-ci ildə başa çatdırmışlar. Həmin vaxtdan da quruma əmlak payı kimi verilmiş tikililərdən iddiaçılar istifadə etməmişlər. Onlara məxsus olan tikililər əmlak payı olan tikililərdən kənarda inşa edilmişdir. Məhkəmə bu faktı yerli baxış zamanı müəyyən etmiş və qətnamədə qeyd etmişdir. Əmlak payı kimi verilmiş banıstandan istifadə etmədikləri halda, qurum üzvlərinin də heç birinə əmlak payının aparılmasına etiraz etmədiklərinə baxmayaraq məhkəmə onların banıstandan istifadə etdikləri qənaətinə gəlmişdir. Halbuki, banıstan istifadəyə tamamilə yararsız vəziyyətdədir. Bundan əlavə iddiaçıların əmlak payından istifadə etmələrinə cavabdehlər tərəfindən maneələr yaradılması, iddiaçıların hüquqularının pozulması məhkəmə araşdırması zamanı müəyyən olunmamışdır. İddiaçılar tərəflər arasında mübahisələndirilən “Qarıq” qışlağının torpaq sahəsinin onların zəbtində olmasına dair məhkəməyə heç bir sübutu olmaması səbəbindən təqdim edə bilməmişlər. Məhkəmə hazırkı iş üzrə iddia ərizəsində göstərilən xüsusatlara, o cümlədən əmlak payı torpaq sahəsinin və qoyun banıstanının cavabdehlər tərəfindən istifadə edilib-edilməməsini aydınlaşdırmaq məqsədilə mülki iş üzrə mütəxəssis cəlb etməmiş və mütəxəssislərin iştirakı ilə sözü gedən əraziyə baxış keçirməmişdir. Məhkəmə araşdırması zamanı iddiaçılar irəli sürdüyü tələblərin əsasını sübuta yetirə bilməmiş, torpaq sahəsinin cavabdehlər tərəfindən zəbt olunduğu barədə əsaslı sübutlar təqdim etməmiş, ümumiyyətlə iş materiallarına əlavə edilmiş hüquqmüəyyənedici sənədlər əsasında tərəflərin isifadə etdiyi torpaq sahələrinin üst-üstə düşdüyü müəyyən olunmamışdur. Məhkəmə iş üzrə ekspertiza təyin etməklə mübahisəyə aydınlıq gətirə bilərdi. Məhkəmə qətnamənin nəticə hissəsində yanlış nəticəyə gəlmişdir. Belə ki, mübahisə predmeti “Qarıq” qışlağındakı qoyun banıstanı 14 nəfərə əmlak payı kimi verildiyi halda, qətnamənin qət etdi hissəsində 4 nəfər iddiaçılara verilmiş əmlak payı kimi qeyd etmiş və “Qarıq” qışlağından qoyun banıstanından məcburi çıxarılma barədə nəticəyə gəlmişdir. Halbuki, “Qarıq” qışlağının yerləşdiyi torpaq sahəsi icarə hüququ əsasında onların istifadəsindədir və həmin torpaq sahəsində qanunla müəyyən olunmuş qaydada banıstanlar və digər zəruri tikililər inşa etmişlər. Bununla bağlı təsdiqedici sənədlər də məhkəməyə təqdim edilmişdir. Təəsüf ki, məhkəmə işə qeyri obyektiv və diqqətsiz baxmış, faktlara düzgün hüquqi qiymət verməmişdir. Bu isə qanunsuz qətnamədir.

b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri: İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

18. Apellyasiya instansiyası məhkəməsi mübahisədə adı keçən tikililərin, cavabdehlərin icarəsində olan torpaq sahəsinin naturada yerinin müəyyən olunması, həmin tikililərin cavabdehlərin istifadə etdikləri torpaq sahəsi ilə üst-üstə düşübdüşməməsi və tikililərin zəbt olunub-olunmaması ilə bağlı hallara aydınlıq gətirilməsi məqsədilə tikinti-texniki ekspertizası təyin etmişdir.

19. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/2000 nömrəli ekspert rəyinə əsasən (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri“ publik hüquqi şəxsi 14 saylı Şamaxı Ərazi İdarəsinin 28 fevral 2023-cü il tarixli **********35 nömrəli mütəxəssis rəyinə istinad olunmaqla) 1997-ci ildə torpaq islahatı zamanı iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 əmlak payı kimi verilmiş “Qarıq” qışlağından qoyun banıstanının (qoyunun qışlaması üçün nəzərdə tutulmuş tikilidən) yerləşdiyi torpaq sahəsinə aid hüquq müəyyənedici və texniki sənədlər təqdim edilmədiyindən yerdə (naturada) müəyyən etmək mümkün olmadı. Lakin iddiaçıların naturada iddia etdikləri və göstərdikləri banıstanın (tikililərin) yerləşdiyi torpaq sahəsinin koordinatları ölçülərək götürülmüşdür. Qobustan rayonu, Ərəbqədim bələdiyyəsinin 28 sentyabr 2007-ci il tarixli 13 saylı qərarı əsasında Qobustan rayonu, Ərəbqədim kənd sakini Cavabdeh2 15 il müddətində icarəyə verilmiş Ərəbqədim bələdiyyəsinin icarə predmeti olan örüş sahəsindən 140,0 ha torpaq sahəsi yerdə (naturada) müəyyən edildi. İddiaçıların naturada iddia etdikləri qoyun banıstanı (tikililər) elektron məlumat bazasına və mülki işə əlavə olunmuş A№328990 nömrəli plan ölçü sənədinə əsasən cavabdehlərin icarəsinə verilmiş və faktiki istifadələrində olan torpaq sahəsində yerləşir.

20. Apellyasiya instansiyası məhkəməsi X24, X33 və X38 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb etmişdir.

21. Apellyasiya baxışında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X24 bildirmişdir ki, Şahməmməd Məmmədov atası, Anabacı Məmmədova anasıdır. Ağababa ilə eyni kənddəndir. Qışlaqdan ona məxsus olan payını Cavabdeh1 verib. Onun payı qışlaqda olan banıstana və əmlaka idi. Banıstanın forması “P” şəkilli idi. Bərpa olunana qədər dağınıq vəziyyətdə idi və yanmışdı. Cavabdehlər orada təzə tikili də tikiblər, bərpa işləri də aparıblar. Onlara pul da veriblər. Cavabdehlərdən heç bir tələbi yoxdur. Onların banıstandan çıxarılmasına razı deyil. Mübahisənin həllini məhkəmənin mülahizəsinə buraxır.

22. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X33 bildirmişdir ki, siyahıda onun öz adı da var, Quba Qurbanova anası, Ağamirzə Qurbanov atasıdır. İkisi də ölüb. O, mübahisəli əmlakda nə payı varsa, Cavabdeh1 verib. Onların həmin yerdən çıxarılmasını istəmir. Zəhmətlə həmin ərazidə tikinti işləri aparıblar. Payını ona verəndə yanmamış cəmi bir tikili var idi. Cavabdehlərə qarşı heç bir tələbi yoxdur. Mübahisənin həllini məhkəmənin mülahizəsinə buraxır.

23. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X51 bildirmişdir ki, o, Alma Gülaliyevanın oğludur, siyahıda öz adı yoxdur, anası ölüb, bütün payını da cavabdehlərə verib. Onlar bibisi oğlanlarıdır, ona pul da veriblər. Onlara qarşı heç bir tələbi yoxdur. Mübahisənin həllini məhkəmənin mülahizəsinə buraxır.

24. Sumqayıt Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-123/2023 nömrəli, 25 may 2023-ci il tarixli qətnaməsi ilə (hakimlər Lətifə Məmmədova (sədrlik edən və məruzəçi), Ayaz Mahmudov, Səyyad Qafari) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilərək, iddia təmin edilməmişdir.

25. Məhkəmə kollegiyası öz mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçıların mübahisələndirdiyi banıstan 17 nəfərə verilsə də, hazırki iddia tələbini həmin şəxslərdən 4 nəfəri qaldırıb. Halbuki həmin banıstan iddiaçıların və üçüncü şəxslərin birgə mülkiyyətindədir. Mübahisəli banıstanın bir hissəsi yanıb. Cavabdehlər isə orada bərpa işləri görüblər. İddiaçılar cavabdehlərin banıstandan çıxmasını tələb etsələr də, üçüncü şəxslər onların oradan çıxmasını istəmədiklərini bildirmişlər. Həmin banıstanın bir neçə şəxsə verilməsinə, eləcə də onların payları müəyyən olunmasına baxmayaraq, paylar naturada bölünərək yerləri müəyyən edilməyib. Yəni banıstanın hansı hissəsinin iddiaçılara məxsus olması məlum olmadığına görə cavabdehlərin banıstanın hansı hissəsindən çıxarılmasını müəyyən etmək mümkün deyil. Mübahisəli banıstan birgə mülkiyyətdə olduğundan, yalnız paylar müəyyən olunduqdan sonra iddia qaldırıla bilər. Bu səbəbdən də hazırkı iddia tələbi təmin edilə bilməz.

26. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 213.1, 213.2, 213.5, 213.6, 222.1, 222.2, 222.3 və 223.2-ci maddələri ilə əsaslandırmışdır.

27. İddiaçılar İddiaçı3, İddiaçı4, İddiaçı1 (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya məhkəməsinin qətnaməsinin ləğv, iddia tələbinin təmin edilməsini xahiş etmişlər.

Kasasiya instansiyası məhkəməsindəki icraat

28. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 17 oktyabr 2023-cü il tarixli Qərarı ilə iddiaçılar İddiaçı3, İddiaçı4 və İddiaçı1 kassasiya şikayətinin qismən təmin edilməsi, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)- 123/2023 nömrəli, 25 may 2023-ci il tarixli qətnaməsinin ləğv edilməsi, işin yeni apellyasiya baxışına qaytarılması qərara alınmışdır.

29. Məhkəmə kollegiyası öz mövqeyini onunla əsaslandırmışdır ki, Apellyasiya instansiyası məhkəməsi iddianı rədd edərkən mübahisədə adı keçən əmlakın bir neçə şəxsə verilməsinə, onlardan yalnız 4 nəfərin iddia qaldırmasına, mülkiyyətçilərin paylarının müəyyən olunmasına baxmayaraq, payların naturada bölünərək yerlərinin müəyyən edilməməsinə, yəni banıstanın hansı hissəsinin iddiaçılara məxsus olmasının məlum olmadığına görə cavabdehlərin banıstanın hansı hissəsindən çıxarılmasını müəyyən etmək mümkün olmamasına istinad etmişdir. Apellyasiya instansiyası məhkəməsi iddianı yuxarıda göstərilən əsasla rədd etməklə, Mülki Məcəllənin 213.6-cı maddəsinin tələblərini pozmuşdur. Bundan əlavə, apellyasiya instansiyası məhkəməsi üç nəfəri mübahisə poredmeti barəsində müstəqil tələb irəli sürməyən şəxs kimi işə cəlb edərək, həmin üçüncü şəxslərin cavabdehlərin banıstandan çıxmasını tələb etməməsini də qeyd etmişdir. Apellyasiya instansiyası məhkəməsi həmin şəxslərin qeyd edilən əmlaka münasibətdə miras qoyanların yeganə vərəsəsi olub-olmamasını müəyyən etməmişdir. Buna görə də həmin şəxslərin izahatının əmlak üzərində yeganə sərəncamverici şəxslər kimi qəbul edilməsi əsaslı sayıla bilməz. Hətta üçüncü şəxs olaraq qeyd edilən şəxslərin izahatı da Mülki Məcəllənin 213.6-cl maddəsinin tətbiqi baxımından hər hansı əhəmiyyət kəsb etmir. Məhkəmə kollegiyası onu da qeyd etmişdir ki, iddia tələbi “Qarıq" qışlağından qoyun banıstanından (qoyunun qışlaması üçün nəzərdə tutulmuş tikilidən) cavabdehlərin məcburi çıxarılması barədədir. İşin müəyyən edilmiş hallarına görə həmin tikililərin yerləşdiyi torpaq sahəsi cavabdehlərə icarəyə verilmişdir. Cavabdehlər həmin tikililərin əmlak payı kimi iddiaçılar tərəfindən götürülməsinə etiraz etməyiblər.

30. Məhkəmə kollegiyası öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.1, 213.2, 213.5, 213.6, 222.1, 222.2, 223.2-ci maddələri, “Aqrar islahatın əsasları haqqında” Qanunun 5-ci maddəsi, “Torpaq islahatı haqqında” Qanunun 11 və 12ci maddələri, “Sovxoz və kolxozların islahatı haqqında” Qanunun 11 və 12-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 407.2, 416.1, 416.2, 417.1.1, 417.1.2, 417.1.3, 417.1.4, 418.1 və 418.3-cü maddələrinə istinad edərək əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

31. İş materiallarına əlavə edilmiş AZ-İİ № 375362 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, İddiaçı2 xx.xx.2023-cü il tarixdə durğunluq ürək çatmamazlığı səbəbindən ölmüşdür.

32. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 dekabr 2023-cü il tarixdə keçirdiyi məhkəmə iclasında, İddiaçı2 kassasiya icraatı zamanı vəfat etdiyi üçün digər idiaçı İddiaçı1 onun hüquqi varisi kimi tanınmışdır.

33. İddiaçıların nümayəndəsi və vəkili Vəkil2 tərəfindən məhkəmə kollegiyasına təqdim edilmiş Qobustan rayon İcra Hakimiyyəti Başçısının Ərəbqədim kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli, 08 nömrəli arayışından görünür ki, xx.xx.1969-cu il təvəllüdlü X51 həqiqətən Qobustan rayon Göydərə kəndində yaşayır.

34. Qobustan rayon İcra Hakimiyyəti Başçısının Ərəbqədim kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən imzalanmış 08 dekabr 2023-cü il tarixli AKT-lardan görünür ki, X52, X66, X19, X39, X20, X67, X40, X44, X41, X29, X82, X30, X31, X21, X12və X24 təsdiq edirlər ki, X53 həqiqətən ata evində yaşayır.

35. Qobustan rayon Ərəbqədim bələdiyyəsindən vəkil Cəfərov X96 ünvanlanmış sorğuya cavabdan görünür ki, Göydərə kənd sakini Cavabdeh2 əvvəllər icarəsində olmuş 140.0 ha örüş sahəsinin 28 sentyabr 2022-ci il icarə müddəti bitmişdir. Yenidən ərizə ilə müqavilə müddətinin uzadılması üçün müraciət etmiş, həmin ərazidə hazırda tikili ilə bağlı məhkəmə işi olduğu üçün sənədləşmə işi dayandırılmış, hazırda heç bir sənədləşdirmə işi aparılmamışdır.

36. Qobustan rayon Dövlət Arxivinin 29 dekabr 2023-cü il tarixli, 3-48-28RA1/2- 23-8 nömrəli “Qanunçuluq” Vəkil Bürosuna ünvanlanmış sorğuya cavabdan görünür ki, Göydərə kənd Göydərə Kolxozunun islahat sənədlərində İddiaçı1 - pay əmsalı 2.19 tikintidən 2339, İddiaçı2 – pay əmsalı 80.0 tikintidən 3635580, İddiaçı4 – pay əmsalı 57.04 tikintidən 2631501, İddiaçı3 – pay əmsalı 52.02 tikintidən ******* qaydada qeyd edilmişdir.

37. Seyidbaba Abasov, Adil İbrahimov, Bəyverdi Hümbətov, İddiaçı3, Ağaəhməd Məmmədov və İddiaçı4 tərəfindən imzalanmış 20 dekabr 2023-cü il tarixli AKT-dan görünür ki, 1997-ci ildə Respublikada aparılan torpaq islahatı zamanı onlar Göydərə kəndində islahat komissiyasının üzvləri olmuşlar. Göydərə kəndində torpaq və əmlak bölgüsü onların iştirakları ilə aparılıb. Qurumlar arasında əmlak bölgüsü aparılan zaman İddiaçı4 rəhbər olduğu quruma “Qarıq” qışlağındakı heyvanların saxlanılması üçün banıstanlar eni 9 metr, uzunluğu isə 110 metr içərisində bir ədəd quzu küzü olmaqla, ümumilikdə 1500 baş xırda buynuzlu heyvan saxlanılması üçün banıstanlar, bundan başqa hər biri iki ailəlik olmaqla iki Çoban evi əmlak payı kimi verilmişdir.

38. 12.02.2024-cü il tarixdə Qobustan rayon Göydərə kənd sakini X33 tərəfindən məhkəməyə daxil olmuş teleqramdan görünür ki, Qobustan rayon Göydərə kəndi Aqrar Komissiyasının qərarı ilə ona ayrılan Qarıq qışlağındakı qoyun banıstanından düşən əmlak payını kənd sakini Cavabdeh1 satmış və pulunu hisə-hissə almişdır. Həmin banıstandakı əmlak payı Cavabdeh1 məxsusdur, o, Cavabdeh1 həmin qarıq qışlağından istifadə etməsinə etiraz etmir və nəzərə alınmasını xahiş edir.

39. 13.02.2024-cü il tarixdə Qobustan rayon Göydərə kənd sakini X53 tərəfindən məhkəməyə daxil olmuş teleqramdan görünür ki, Qobustan rayon Göydərə kəndi Aqrar Komissiyasının qərarı ilə anası X42 ayrılan Qarıq qışlağındakı qoyun banıstanından düşən əmlak payını kənd sakini Cavabdeh1 satmış və pulunu hisə-hissə almişdır. Həmin banıstandakı əmlak payı Cavabdeh1 məxsusdur, o, Cavabdeh1 həmin qarıq qışlağından istifadə etməsinə etiraz etmir və nəzərə alınmasını xahiş edir.

40. 13.02.2024-cü il tarixdə Qobustan rayon Göydərə kənd sakini X24 tərəfindən məhkəməyə daxil olmuş teleqramdan görünür ki, Qobustan rayon Göydərə kəndi Aqrar Komissiyasının qərarı ilə atası X32 və anası X6 ayrılan Qarıq qışlağındakı qoyun banıstanından düşən əmlak payını kənd sakini Cavabdeh1 satmış və pulunu hisə-hissə almişdır. Həmin banıstandakı əmlak payı Cavabdeh1 məxsusdur, o, Cavabdeh1 həmin qarıq qışlağından istifadə etməsinə etiraz etmir və nəzərə alınmasını xahiş edir.

41. 13.02.2024-cü il tarixdə Qobustan rayon Göydərə kənd sakini X33 tərəfindən məhkəməyə daxil olmuş teleqramdan görünür ki, Qobustan rayon Göydərə kəndi Aqrar Komissiyasının qərarı ilə atası X22 və anası X13 ayrılan Qarıq qışlağındakı qoyun banıstanından düşən əmlak payını kənd sakini Cavabdeh1 satmış və pulunu hisə-hissə almişdır. Həmin banıstandakı əmlak payı Cavabdeh1 məxsusdur, o, Cavabdeh1 həmin qarıq qışlağından istifadə etməsinə etiraz etmir və nəzərə alınmasını xahiş edir.

42. İddiaçıların nümayəndəsi və vəkili Vəkil2 məhkəmə kollegiyasına iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı 1997-ci ildə torpaq islahatı zamanı iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 əmlak payı kimi verilmiş və onlara məxsus “Qarıq" qışlağındakı qoyun banıstanından (1 ədəd quzu küzü və 2 ailəlik 2 çoban evi də daxil olmaqla qoyunun qışlaması üçün nəzərdə tutulmuş tikililərdən) məcburi çıxarılması barədə qətnamə qət edilməsini xahiş etmişdir.

b) Apellyasiya icraatı iştirakçılarının izahatları

43. Cavabdeh1 apellyasiya şikayətini müdafiə edərək, təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi.

44. Cavabdeh2 apellyasiya şikayətini müdafiə edərək, təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi.

45. Cavabdehlərin nümayəndəsi və vəkili Vəkil3 apellyasiya şikayətini müdafiə edərək, təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi.

46. İddiaçı1 apellyasiya şikayətinə etiraz edərək, təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi.

47. İddiaçı3 apellyasiya şikayətinə etiraz edərək, təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi.

48. İddiaçıların nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinə etiraz edərək, təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi.

49. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X24 bildirdi ki, Məmmədov Şahməmməd atası, Məmmədova Anabacı anasıdır. Ağababa ilə eyni kənddəndir. Qışlaqdan ona məxsus olan payını Cavabdeh1 verib. Onun payı qışlaqda olan banıstana və əmlaka idi. Banıstanın forması “P” şəkilli idi. Bərpa olunana qədər dağınıq vəziyyətdə idi və yanmışdır. Cavabdehlər orada təzə tikili də tikiblər, bərpa işləri də aparıblar. Onlara pul da veriblər. Cavabdehlərdən heç bir tələbi yoxdur. Onların banıstandan çıxarılmasına razı deyil. Valideynlərinin ölümündən sonra vərəsəlik açılmayıb, lakin miras əmlakı faktiki olaraq o, idarə edib.

50. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X33 bildirdi ki, siyahıda onun öz adı da var, Qurbanova Quba anası, Qurbanov Ağamirzə atasıdır. İkisi də ölüb. O, mübahisəli əmlakda nə payı varsa, Cavabdeh1 verib. Onların həmin yerdən çıxarılmasını istəmir. Zəhmətlə həmin ərazidə tikinti işləri aparıblar. Payını ona verəndə yanmamış cəmi bir tikili var idi. Cavabdehlərə qarşı heç bir tələbi yoxdur. Valideynlərinin ölümündən sonra vərəsəlik açılmayıb, lakin miras əmlak faktiki onun sahibliyində olub.

51. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X51 bildirdi ki, o, Alma Gülaliyevanın oğludur, siyahıda öz adı yoxdur, anası ölüb, bütün payını da cavabdehlərə verib. Onlar bibisi oğlanlarıdır, ona pul da veriblər. Onlara qarşı heç bir tələbi yoxdur. Anasının ölümündən sonra vərəsəlik işi açılmayıb, lakin faktiki olaraq miras əmlakı o, idarə edir.

Apellyasiya baxışının hədləri

52. Apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi cavabdehlər apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddia tələbinin təmin edilməməsini xahiş edərək, qətnaməni tam mübahisələndirmişlər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır.

Tətbiq edilən hüquq

53. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Maddə 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Maddə 213.5. Birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. Maddə 213.6. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilər. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi əmlakı yalnız bütün mülkiyyətçilərin xeyrinə tələb edə bilər. Maddə 222.1. Birgə mülkiyyətin əmələ gəlməsi üçün əsas olmuş ümumiliyin iştirakçıları birgə mülkiyyətin mülkiyyətçiləridir. Əgər birgə mülkiyyətin mülkiyyətçiləri arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onlar ümumi əmlaka birgə sahiblik edir və ondan birgə istifadə edirlər. Maddə 222.2. Birgə mülkiyyətdə olan əşyaya dair sərəncamçılıq bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirilir və əmlaka dair sərəncam verilməsi haqqında əqdi mülkiyyətçilərdən hansının bağlamasından asılı olmayaraq bu razılıq ehtimal edilir. Maddə 223.2. Birgə mülkiyyətin mülkiyyətçiləri tərəfindən ümumi əşyanın bölünməsi və ya onlardan birinin payının ayrılması mülkiyyətçilərdən hər birinin payı qabaqcadan müəyyənləşdirildikdən sonra həyata keçirilə bilər.

54. “Aqrar islahatın əsasları haqqında” Qanun: Maddə 5. İslahat torpaqların dövlət və bələdiyyə mülkiyyətinə ayrılmasını, müəyyən edilmiş normalar əsasında torpaqların xüsusi mülkiyyətə əvəzsiz verilməsini, mülkiyyət formasından asılı olmayaraq torpaq istifadəçilərinə təsərrüfat fəaliyyəti üçün bərabər şərait yaradılmasını nəzərdə tutur. Torpaq mülkiyyətçisinin Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə uyğun olaraq torpağı satmaq, bağışlamaq, dəyişmək, girov qoymaq, icarəyə və vərəsəliyə vermək, əlavə torpaq sahəsi satın almaq hüquqları vardır. Torpaq islahatı zamanı ərazinin təbii-coğrafi şəraiti, əhalinin sıxlığı və kənd təsərrüfatı istehsalında iştirakı, torpaqların keyfiyyəti, torpaqdan istifadənin yerli xüsusiyyətləri nəzərə alınır, torpaqlardan təyinatına görə istifadə olunması və ətraf mühiti mühafizə tələbləri gözlənilir.

55. “Torpaq islahatı haqqında” Qanun: Maddə 11. Sovxozların (dövlət mülkiyyətində saxlanan müəssisələr istisna olmaqla), kolxozların özəlləşdirilən torpaqları onların daimi istifadəsindəki torpaqlarından bələdiyyənin ehtiyat fonduna ayrılan torpaqlar çıxılmaqla müəyyən edilir. Sovxozların bazasında dövlət kənd təsərrüfatı istehsalı müəssisəsi yaradıldıqda həmin ərazidə özəlləşdirilən torpaqlar yeni müəssisənin istehsal məqsədləri üçün tələb olunan və bələdiyyənin ehtiyat fonduna verilən torpaqlar çıxılmaqla müəyyən edilir. İslahat zamanı bələdiyyənin ehtiyat fonduna sovxoz və kolxozların kənd təsərrüfatına yararlı torpaqlarının 5 faizindən çox olmayan hissəsi, kənd təsərrüfatına az yararlı, yararsız torpaqları bütövlükdə ayrılır. Bələdiyyə ehtiyat fonduna ayrılan kənd təsərrüfatına yararlı torpaqların ölçüsü və yeri yerli islahat komissiyaları ilə birlikdə rayon aqrar islahat komissiyaları tərəfindən sovxozun və kolxozun torpaq ehtiyatlarından, torpaq payı almaq hüquqi olanların sayından və rayon üzrə adambaşına düşən orta torpaq payından asılı olaraq müəyyən edilir. Yardımçı kənd təsərrüfatı üçün sovxoz və kolxozların ərazisindən nazirliklərə, komitələrə, şirkətlərə, birliklərə, müəssisələrə, idarə və təşkilatlara verilmiş torpaqlar Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi qaydada onların istifadəsində saxlanılır, yaxud bütövlükdə və ya qismən əvvəlki istifadəçilərinə qaytarılır. Bu Qanun qüvvəyə mindiyi günədək sovxozun və kolxozun torpaqlarında yaradılmış təsərrüfatlararası müəssisələrin, kooperativlərin, kiçik müəssisələrin, kəndli (fermer) təsərrüfatlarının və digər kənd təsərrüfatı müəssisələrinin torpaq sahələrinin bu Qanunun 13-cü maddəsində müəyyən edilən torpaq paylarından artıq hissəsi özəlləşdirilən torpaqlara, təsərrüfatlararası müəssisələrdə isə payçı təsərrüfatların torpaqlarına daxil edilir. Həmin müəssisələrin torpaq sahələri torpaq payından az olduqda onlara əlavə torpaq verilir. Maddə 12. Sovxoz və kolxozların özəlləşdirilən torpaqlarından pay almaq hüququ olan subyektlər aşağıdakılardır: sovxoz və kolxozlarda daimi işləyən şəxslər; bu Qanun qüvvəyə mindiyi günədək daimi yaşayış yeri sovxozun və kolxozun ərazisində olan şəxslər; sovxoz və kolxozlardan təqaüdə çıxmış və müvafiq rayonun (şəhərin) ərazisində yaşayan şəxslər; sovxozun və ya kolxozun ərazisindən həqiqi müddətli hərbi qulluğa çağırılmış və müvəqqəti qaib olmuş şəxslər; bu Qanun qüvvəyə mindiyi günədək sovxozun və ya kolxozun ərazisində yaradılmış və təyinatına uyğun fəaliyyət göstərən təsərrüfatlararası müəssisələrin, kooperativlərin, kiçik müəssisələrin, kəndli (fermer) təsərrüfatlarının və digər kənd təsərrüfatı istehsalı müəssisələrinin təsisçiləri və əsas iş yeri həmin müəssisələr olan şəxslər.

56. “Sovxoz və kolxozların islahatı haqqında” Qanun: Maddə 11. Sovxozlarda və digər dövlət kənd təsərrüfatı istehsalı müəssisələrində əmlak payının müəyyənləşdirilməsi sovxozlarda və digər dövlət kənd təsərrüfatı istehsalı müəssisələrində əmlak payı aşağıdakı qaydada müəyyənləşdirilir: əmlak inventarlaşdırılır və qiymətləndirilir; müəssisənin debitor və kreditorlarla haqq-hesabı aparılır və əmək haqqı üzrə borclar, ödənilir; əmlakdan pay almaq hüququ olan şəxslərin siyahısı müəyyənləşdirilir; müəssisənin əmlakında bölünməyən və bölünən hissələr müəyyənləşdirilir. Ümumi istifadəsi zəruri hesab edilən əmlak bölünməyən, yerdə qalan əmlak bölünən əmlaka aiddir; əmlak payları əmək fəaliyyəti nəzərə alınmaqla müəyyənləşdirilir və mülkiyyətçilərə verilir. Maddə 12. Kolxozların əmlakının bölüşdürülməsi kollektivin ümumi yığıncağının qərarı əsasında aparılır. Bölgü əmlakın bölünməsi, satılması və bələdiyyə mülkiyyətinə verilməsi qaydalarından istifadə olunmaqla həyata keçirilir.

57. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

58. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdırıb, kassasiya instansiyası məhkəməsinin göstərişlərini nəzərə alaraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia təmin edilməlidir.

59. Belə ki, kollegiya araşdırması zamanı müəyyən edildi ki, 1997-ci ildə gedən torpaq islahatı zamanı 17 nəfərə “Qarıq” qışlağında 9X110 metr uzunluğunda qoyun banıstanı (qoyun ferması) əmsal payına uyğun olaraq verilmişdir. Həmin banıstan 2 hissədən ibarət olmaqla cəmi dəyəri 25.500.000 manat (o vaxtkı dövriyyədə olan manatla) olmuş, bundan başqa 2.500.000 manat dəyərində 1 ədəd quzu küzü və 2 ailəlik hər biri ayrı-ayrılıqda 3000.000 manat dəyərində 2 çoban evi olmuşdur. Ümumilikdə həmin banstanların eni 9 metr, uzunluğu isə 110 metrdir və 1500 baş xırda buynuzlu heyvan üçün nəzərdə tutulmuşdur. Həmin qoyun banstanları qurum üzvlərinin razılığı ilə cavabdehlərə icarəyə verilmiş və 2016-cı ilə kimi icarə haqqı alınaraq qurum üzvləri arasında bərabər bölünmüşdür. 2016-cı ildən sonra cavabdehlər qurum üzvləri ilə şifahi razılaşmanı pozmaqla heç bır icarə haqqı verməmişlər. İddiaçılar tərəfindən cavabdehlərə dəfələrlə deyilməsinə baxmayaraq, cavabdehlər oradan könüllü çıxmadıqlarından iddiaçılar araşdırılan iddia tələbi ilə məhkəməyə müraciət etmişlər.

60. Qobustan Rayon Məhkəməsinin e-2(026)-164/2022 nömrəli iş üzrə 11 may 2022-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 1997-ci ildə torpaq islahatı zamanı iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 əmlak payı kimi verilmiş “Qarıq" qışlağından qoyun banıstanından (qoyunun qışlaması üçün nəzərdə tutulmuş tikilidən) məcburi çıxarılması qət edilmişdir.

61. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayəti verərək Qobustan Rayon Məhkəməsinin 2(026)-164/2022 saylı, 11 may 2022 ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddianın rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişlər.

62. Apellyator şikayətin dəlilləri olaraq işin faktiki hallarının aydınlaşdırılmaması, iddiaçılara məxsus banistanın yanaraq yararsız hala düşməsi, sonradan onlar tərəfindən yeni tiklilərin tikilməsi, həmin banıstanda əmlak payı olan digər payçıların öz əmlak paylarını onlara satması, hazırda həmin payların onlarda olması və bu əsaslara görə iddia tələbinin əsassız olması, məhkəmənin səhv nəticəyə gəlməsi, mübahisə predmeti “Qarıq” qışlağındakı qoyun banıstanı olduğu halda qətnamədə “Qarıq” qışlağından qoyun banıstanından məcburi çıxarılmalarının göstərilməsi, həmin qışlaqda yerləşən torpaq sahəsinin onların istifadəsində olmasını göstərmişlər.

63. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq həmin dəlilləri qismən əsaslı hesab edir və gəlmiş olduğu nəticəni aşağıda şərh olunanlarla əsaslandırır:

64. Göründüyü kimi apellyasiya şikayətinin dəlillərindən biri - məhkəmənin qətnamənin nəticə hissəsində yanlış nəticəyə gəlməsi, mübahisə predmeti “Qarıq” qışlağındakı qoyun banıstanı olduğu halda qətnamədə “Qarıq” qışlağından qoyun banıstanından cavabdehlərin məcburi çıxarılmalarının göstərilməsi, “Qarıq” qışlağında 140ha torpaq sahəsinin müvafiq bələdiyyə qərarına əsasən cavabdehlərin istifadəsində olması ilə bağlıdır.

65. Kollegiya bu hissədə apellyasiya şikayətinin dəlilini əsaslı hesab edir.

66. Kollegiya iş materiallarını araşdıraraq qeyd edir ki, araşdırılan iddiadan cavabdehlərin tiklilərdən və ya qışlaq ərazisindən çıxarılmasının tələb olunduğunu dəqiq müəyyən etmək mümkün deyildir. İddianı təmin edən birinci istansiya məhkəməsi tərəfindən həmin hala aydınlıq gətirilməmişdir.

67. MPM-nin 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

68. Məhkəmə kollegiyası şikayətin qeyd olunan dəlilini, həmçinin kassasiya instansiya məhkəməsinin Qərarının 48-50-ci bəndlərinin göstərişlərini nəzərə alaraq iddiaçıların iddia tələbi ilə bağlı iradə ifadələrini aydınlaşdırmışdır.

69. Məhkəmə kollegiyası həmin bəndlər üzrə araşdırma apararaq müəyyən etmişdir:

70. Məhkəmə kollegiyasının iclasında iddiaçı tərəf izahat verərək, eləcə də məhkəməyə ərizə təqdim edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı 1997-ci ildə torpaq islahatı zamanı iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 əmlak payı kimi verilmiş və onlara məxsus “Qarıq" qışlağındakı qoyun banıstanından (1 ədəd quzu küzü və 2 ailəlik 2 çoban evi də daxil olmaqla qoyunun qışlaması üçün nəzərdə tutulmuş tikililərdən) məcburi çıxarılması barədə qətnamə qət edilməsini xahiş etdilər.

71. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, mübahisə predmeti “Qarıq" qışlağındakı qoyun banıstanı olduğu halda birinci instansiya məhkəməsi “Qarıq" qışlağından qoyun banıstanından cavabdehlərin məcburi çıxarılmasına dair səhf nəticəsiyə gəlmişdir.

72. MPM-nin 217.1-ci maddəsinə əsasən məhkəmə qətnaməsi qanuni və əsaslı olmalıdır.

73. Qanunvericiliyin tələbinə görə qətnamə maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir.

74. Qeyd olunanları ümumiləşdirərək kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi prossesual hüquq normalarının pozulması ilə qəbul edildiyindən qeyd olunan hissədə apellyasiya şikayətinin dəlili əsaslıdır və bu hal məhkəmə qətnaməsinin ləğv edilməsi üçün əsasdır.

75. Məhkəmə kollegiyası şikayətin digər dəlillərini əsassız hesab edir. Kollegiyanın qənaətincə şikayətin yuxarıda sadalanan dəlilləri iddianın rədd edilməsi üsün əsas kimi qəbul edilə bilməz.

76. Göründüyü kimi cavabdehlər mübahisə predmeti olan banistanın iddiaçılara əmlak payı kimi verilməsini, həmin banıstanın onlara icarəyə verildiyini, 2016-cı ilədək iddiaçılara icarə haqqı ödədiklərini, həmin ildən sonra icarə haqqının ödənilmədiyini etiraf etmişlər. Bu göstərilənlər işin mübahisəsiz hallarıdır.

77. İşin mübahisə doğuran və cavabdehlərin iddiaya etirazlarının, o cümlədən şikayətin dəlillərinin əsası iddiaçılara məxsus banistanın yanaraq yararsız hala düşməsi, sonradan onlar tərəfindən yeni tiklilərin tikilməsi, həmin banıstanda əmlak payı olan digər payçıların öz əmlak paylarını onlara satması, hazırda həmin payların onlarda olması və bu əsaslara görə iddia tələbinin əsassız olması ilə bağlıdır.

78. Məhkəmə kollegiyası ilk əvvəl qeyd edir ki, apellyasiya icraatı zamanı mübahisələndirilən hallara aydınlıq gətirilməsi, işin hərtərəfli, obyektiv və tam araşdırılmasının təmin edilməsi məqsədi ilə mübahisə predmeti olan əraziyə tərəflərin iştirakı ilə yerli müayinə keçirilmişdir. Yerli müayinə zamanı mübahisə predmeti olan banıstanın «P» şəkilli olması, «P» qurluşunda olan banıstan ərazisinin sağ və sol hissəsində (P -nin sağ və sol qanadı) tiklilərin olduğu, hazırda həmin tiklilərin uçub dağılmaqla yararsız vəziyyətdə olduğu, eləcə də «P» qurluşundan kənarda sağ və sol tərəflərdə çoban evi adlanan tiklilərin olduğu müəyyən edilmişdir.

79. Yerli müayinə zamanı o cümlədən «P» qurluşlu ərazinin daxilində yeni tiklilərin olduğu müəyyən edildi. Cavabdeh tərəf həmin tiklilərin onlar tərəfindən inşa edildiyini bildirdi. İddiaçı tərəf qeyd olunan tiklilərin cavabdehlər tərəfindən inşa edildiyini təsdiq etdi. Bununla yanaşı bildirdilər ki, həmin tiklilər banistanın daxilində inşa edilmişdir. Həmin ərazi heyvanların açıq havada saxlanılması üçün nəzərdə tutulmuş banistan daxilində boş hissə olmuşdur.

80. Kollegiya işin faktiki hallarını araşdırıb tətbiq edilməli olan hüquq normalarına istinadən qiymətləndirərək hesab edir ki, iddiaçılara məxsus banistanın yanaraq yararsız hala düşməsi, sonradan cavabdehlər tərəfindən yeni tiklilərin tikilməsi araşdırılan iddia tələbinin rədd edilməsi, iddiaçıların tələblərində haqlı olmamaları qənaətinə gəlinməsi üçün qanuni əsas hesab edilə bilməz.

81. Belə ki, iş üzrə toplanmış və mötəbərliyi mübahisə doğurmayan sübutlarlardan da göründüyü kimi mübhisə predmeti olan banıstan ərazisi 1997-ci ildə olan torpaq islahatı zamanı əmlak payı olaraq iddiaçılara verilmişdir. Eyni zamanda müəyyən edildi ki, həmin banıstan cavabdehlərə tərəflər arasında olan şifahi razılaşmaya əsasın icarəyə verilmiş, 2016-cı ilədək icarə haqqı ödənilmiş, daha sonra icarə haqqının miqdarı ilə bağlı tərəflər arasında mübahisə yaranmış, cavabdehlər icarə haqqını ödəməyi dayandırmışlar.

82. Kollegiya qeyd edir ki, iddiaçılara əmlak kimi verilmiş ümumi (birgə) mülkiyyətdə olan banistanın icarə hüququ əsasında cavabedlərin icarəsinə verilməsi əmlaka mülkiyyət hüququnun digər şəxslərə keçməsinə səbəb olan hal deyildir.

83. O cümlədən qeyd olunmalıdır ki, hazırda həmin tiklilərin dağılması, iddianın rədd edilməsi üçün əsas deyildir. Belə ki, həmin banistan ərazisi əmlak payı olaraq iddiaçıların əvəzsiz qaydada xüsusi mülkiyyətinə ayrılmışdır, banıstanın ərazisi aşkardır, çoban evləri mövcuddur.

84. Həmin ərazidə cavabdehlərin öz vəsaitləri hesabına yeni tiklilər inşa etdikləri və bu tikililərin onlara məxsus olmasına gəldikdə isə kollegiya bununla bağlı qeyd edir ki, işin mübahisəsiz halından göründüyü kimi tərəflər arasında icarə hüquq münasibətləri olmuşdur. Mülki qanunvericilik icarəçiyə qanunla nəzərdə tutulmuş hallar və əsaslar olduğu halda icarəyə verilmiş əşyanın yaxşılaşdırılması xərclərinin əvəzinin ödənilməsini tələb etmək hüququnu tanımışdır. Bu baxımdan qeyd olunur ki, cavabdehlər müvafiq iddia tələbi ilə çıxış edərək zəruri xərclərin əvəzini ödəməyi tələb edə bilər.

85. Kollegiya şikayətin - həmin banıstanda əmlak payı olan digər payçıların öz əmlak paylarını cavabdehlərə satması, hazırda həmin payların onlarda olması, bu səbəbdən iddiaçıların onların payına münasibətdə belə bir iddia qaldırmasının əsassız olması - barədə dəlilini də əsassız hesab edir.

86. Belə ki, qeyd edidiy kimi mübahisə predmeti olan banistan iddiaçılara əmlak payı olaraq verilmiş və birgə mülkiyyətdədir, həmin əmlakdan paylar naturada ayrılmamış, mübahisə predmeti olan əmlak paylı mülkyyyətə çevirilməmişdir. Cavabdehlərin iddia etdiklərin payların alınması ilə bağlı alqı-satqı müqaviləsi mövcud deyildir. Belə olan halda cavabdehlərin iddia etdiyi payların onlara satılması barədə göstərdikləri xüsusatlar heç bir qanüni əsasa söykənmir. Qanunvericiliyin tələbinə görə birgə mülkiyyətdə olan əşyaya dair sərəncamçılıq bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirilir.

87. Kollegiya Ali Məhkəmə Qərarının 45-ci bəndi üzrə də araşdırma aparmış, məhkəmə iclasında dindirilmiş üçüncü şəxslər mübahisə predmeti olan əmlakda paylarının valideynlərindən miras qaldıqlarını, lakin vərəsəlik şəhadətnaməsinin olmadığını, əmlaka faktiki olaraq onlar tərəfindən sahiblik edildiyini bildirdilər.

88. Qeyd olunanları ümumiləşdirərək, həmçinin Ali Məhkəmənin Qərarının 41-ci bəndinin göstərişindən çıxış edərək kollegiya qeyd edir ki, araşdırılan mübahisə üzrə iddia predmetini təşkil edən əmlak ümumi (birgə) mülkiyyətdə olan əmlakdır. Qanunvericiliyin tələbinə görə ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilər. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi əmlakı yalnız bütün mülkiyyətçilərin xeyrinə tələb edə bilər. Bu göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı iddia tələbində haqlıdır.

89. Kollegiya qışlaq ərazisinin (140ha) Bələdiyənin müvafiq Qərarı ilə cavabdehlərin istifadəsinə ayrılması barədə dəlilinə münasibətdə qeyd edir ki, araşdırma zamanı müəyyən edildi ki, Göydərə kənd sakini Cavabdeh2 əvvəllər icarəsində olmuş 140.0 ha örüş sahəsinin 28 sentyabr 2022-ci il icarə müddəti bitmişdir. Bu xüsusatla bağlı həm də kollegiya vurğulayır ki, iddia tələbindən göründüyü kimi iddiaçının tələbi cavabdehlərin «Qarıq» qışlağından deyil, əmlak payı olan banıstandan çıxarılması ilə bağlıdır. Yuxarıda sadalanan qanunvericilik aktlarından da göründüyü kimi sovxozların, kolxozların özəlləşdirilən torpaqları onların daimi istifadəsindəki torpaqlarından bələdiyyənin ehtiyat fonduna ayrılan torpaqlar çıxılmaqla müəyyən edilməsi nəzərdə tutulmuşdur ki, bələdiyyələr tərəfindən də torpaq sahələri icarəyə verilərkən həmin xüsusatların nəzərə alınması tələb olunur.

90. Beləliklə, şərh olunanları ümmuiləşdirərək məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Qobustan Rayon Məhkəməsinin 2(026)-164/2022 saylı, 11 may 2022 ci il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək iddia təmin olunmalıdır.

91. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 372-376, 378- 382, 384.0.1, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi: Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Qobustan Rayon Məhkəməsinin 2(026)-164/2022 saylı, 11 may 2022-ci il tarixli qətnaməsi ləğv olunsun, iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı və digər İddiaçı2 hüquqi varisi İddiaçı1, iddiaçılar İddiaçı3 və İddiaçı4 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «tikilidən məcburi çıxarılma» barədə iddiaları təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 1997-ci ildə torpaq islahatı zamanı iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 əmlak payı kimi verilmiş və onlara məxsus “Qarıq" qışlağındakı qoyun banıstanından (1 ədəd quzu küzü və 2 ailəlik 2 çoban evi də daxil olmaqla qoyunun qışlaması üçün nəzərdə tutulmuş tikililərdən) məcburi çıxarılsınlar. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar